Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Normativ hüquqi aktların layihələri normayaratma orqanına təqdim edilərkən



Yüklə 0,73 Mb.
səhifə16/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   12   13   14   15   16   17   18   19   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Normativ hüquqi aktların layihələri normayaratma orqanına təqdim edilərkən ona aşağıdakı sənədlər əlavə edilir:



  • müşayiət məktubu;

  • normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;

  • normativ hüquqi aktın layihəsinin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;

  • normativ hüquqi aktın layihəsinə dair ekspert rəyləri;

  • normativ hüquqi aktın layihəsini hazırlamış şəxslərin siyahısı;

  • normativ hüquqi aktın layihəsinə aid digər sənədlər (layihəni təqdim edən subyektin qərarına əsasən).



Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihəsinə layihənin redaksiyasına dair ekspert rəyləri müvafiq təşəbbüsün subyektləri tərəfindən layihəyə əlavə olunur. Bu zaman layihədə texniki xarakter daşıyan dəyişikliklər edildikdə layihə təkrar ekspert rəylərinin alınması üçün göndərilmir. Əlavə olaraq qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Milli Məc­li­si­nin komitə­lə­ri haqqında” Qa­­nu­nun 2-ci maddəsinə əsasən Milli Məclisin ko­­mit­ə­ləri Azərbaycan Respublikası Milli Məclisinin depu­tat­la­rı­nın, Azərbaycan Respub­likası Prezidentinin, Azərbaycan Respub­li­ka­sı Ali Məh­kəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəb­büsü qaydasında təqdim etdikləri qanun layihələrinin ilkin müzakirəsini təş­kil edir və Azərbaycan Respublikasının Milli Məclisində baxılmasına dair rəy verir.
Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl əlavə olunur.
Konstitusiya Qanununun 48.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur və Qanununun 48.3-cü və 48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır.
Normativ hüquqi aktın layihəsi normayaratma orqanına kağız da­şı­yı­cı­da və eyni zamanda elektron daşıyıcılarda mətn faylları formasında təq­dim edilir.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin