Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi



Yüklə 0,73 Mb.
səhifə5/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   2   3   4   5   6   7   8   9   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Dini hüquq sistemləri — Bu hüquq sisteminin əsasını dini kitabların və dini təlimlərin müəyyən etdiyi normalar təşkil edir. Bura islam hüququ (şəriət) və iudaizm hüququ (qalaxa) aiddir.

Hüquq normaları müxtəlif hüquqi aktlarda əks olunmaqla, məcburi davranış modelinə çevrilir. Hüquq normasının vaciblik dərəcəsi onun əks olunduğu hüquqi aktın qüvvəsi ilə adekvat şəkildə müəyyən edilir. Məsələn daha vacib hüquq normaları Konstitusiya və məcəllələrdə əks olunursa, az əhəmiyyətli hüquq normaları daha aşağı hüquqi qüvvəyə malik hüquqi aktlarda ehtiva olunur.


Bu baxımdan qeyd olunmalıdır ki, hər hansı davranış qaydasının hüquq normasına çevrilməsi üçün onun müəyyən qəlibə, hüquqi formaya salınması zəruridir. Bu proses isə dövlətin normayaratma fəaliyyəti nəticəsində baş verir. Bu fəaliyyət elə formada realizə edilməlidir ki, istər ali hüquqi dəyərlərə, istərsə də dövlət idarəçiliyinin ümumi fəlsəfəsinə zidd olmasın. Yeni təsis edilən bir norma qüvvədə olan digər normalarla harmoniya təşkil etməklə, ümumi normalar sisteminin bir halqası olmalıdır. Hesab edirik ki, məhz bu xüsusiyyətlər barəsində bəhs ediləcək qeyd edilən prosesə son dərəcə həssas və əhatəli yanaşmanı labüd edir.
Fəsil 2. HÜQUQİ AKTLARIN NÖVLƏRİ. NORMAYARATMA FƏALİYYƏTİNİN ÜMUMİ MƏSƏLƏLƏRİ

Azərbaycan Respublikasında normayaratma fəaliyyətini tənzimləyən, həmin fəaliyyətə dair ümumi qayda və tələbləri müəyyən edən əsas qanunvericilik aktı 21.12.2010-cu il tarixli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunudur. Normativ hüquqi aktların ha­zır­lan­ması, qəbul olunması, rəsmi­ləş­di­ril­məsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydaları məhz bu Konstitusiya Qanunu ilə müəyyən edilir.


Qanunda normayaratma fəaliyyətinə aşağıdakı kimi anlayış verilmişdir:



Normayaratma fəaliyyəti - normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyətdir.

Bu baxımdan normayaratma fəaliyyətini aidiyyəti subyektlərin iştirakı ilə normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi məqsədilə həyata keçirilən çoxmərhələli proses kimi qiymətləndirmək mümkündür. Normayaratma fəaliyyəti ilə bağlı əsas anlayışlar Konstitusiya Qanununun 1-ci maddəsində öz əksini tapmışdır.


Qanunun 1-ci maddəsinə görə normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər) normayaratma fəaliyyətinin subyekti, normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı isə normayaratma orqanı hesab edilir. Dövlət orqanının normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə normayaratma fəaliyyəti normayaratma prosesi adlandırılır.

Konstitusiya Qanununa görə hüquqi aktın 3 növü fərqləndirilmiş və onların anlayışları verilmişdir:





Konstitusiya Qanununda normativ hüquqi akta müvafiq anlayış verilməklə yanaşı, onu digər hüquqi akt növlərindən fərqləndirən 4 əsas əlaməti müəyyən edilmişdir. Belə ki, həmin Qanuna əsasən:



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin