Kamran Əliyev
Azərbaycan Respublikasının Baş prokuroru
hüquq elmləri üzrə fəlsəfə doktoru
Fəsil 1. HÜQUQ NORMASI NƏDİR.
HÜQUQ NORMASININ NÖVLƏRİ
Dövlət və hüquq cəmiyyətin mərhələli inkişafının məhsulu olmaqla, qarşılıqlı əlaqə ilə inkişaf edən, biri digərinin mövcudluğunu şərtləndirən institutlar hesab olunurlar. Bəhs edilən institutların qarşılıqlı əlaqəsi daim hüquq ədəbiyyatlarının əsas müzakirə mövzularından biri olmaqla, bu mövzuya müxtəlif yanaşmalar vardır. Hüquq və dövlətin qarşılıqlı əlaqəsi aşağıdakı formalarda ifadə olunur:
Dövlət hüquq normalarının mövcudluğunu, onların həyata keçirilməsini təmin edir, bir növ hüququn keşikçisi rolunu oynayır.
Eyni zamanda, hüquq da dövlətin normal əsaslarla fəaliyyətini təmin edir.
|
Pozitiv və normativ hüquq nəzəriyyəsinə görə hüquq ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur.
Hüquq - ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusudur
|
Yuxarıda qeyd olunduğu kimi, hüquq müxtəlif normalardan ibarət elə bir sistemdir ki, bu baxımdan norma hüququn ən kiçik komponenti, başqa sözlə bütöv bir orqanizmin fəaliyyətini təmin edən hüceyrədir. “Norma” latın sözü olmaqla, tərcümədə “qayda”, “nümunə” mənasını verir. Qeyd edilməlidir ki, hər bir norma özündə arzuolunan və qanuni hesab olunan davranış modelini, nümunəsini əks etdirir. Əksər hüquq normaları özlərində müəyyən davranış qaydasını, müvafiq subyektlər dairəsinə münasibətdə hüquq və vəzifələri, eləcə də, arzuolunan davranış modelinə uyğun şəkildə hərəkət etməyən subyektlərə münasibətdə tətbiq ediləcək təsir tədbirlərini ehtiva edir. Hüquq ədəbiyyatında hüquq normasına aşağıdakı kimi tərif verilmişdir:
Hüquq norması — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.
Hüquq normalarının 3 əsas elementini fərqləndirmək mümkündür:
Dostları ilə paylaş: |