Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi



Yüklə 0,73 Mb.
səhifə6/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   2   3   4   5   6   7   8   9   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Normativ hüquqi akt :



  • tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilən;

  • hamı üçün məcburi davranış qaydalarını əks etdirən;

  • qeyri-müəyyən subyektlər dairəsi üçün nəzərdə tutulan;

  • dəfələrlə tətbiq olunan müəyyən formalı rəsmi sənəddir.

Normativ hüquqi akt hesab olunan hüquqi aktların dairəsi Konstitusiya Qanununun 2-ci maddəsi ilə müəyyən edilir. Qanunun həmin müddəası blanket xarakteri daşımaqla, özündə Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinə göndərişi əks etdirir. Konstitusiyanın həmin maddəsi normativ hüquqi aktların siyahısını, 149-cu maddəsi isə həmin qanunvericilik aktlarının ierarxiyasını müəyyən edir. Konstitusiyaya əsasən normativ hüquqi aktların ierarxiyası aşağıdakı kimi müəyyən edilmişdir:





  • Konstitusiya

  • Referendumla qəbul edilmiş aktlar

  • qanunlar

  • fərmanlar

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları

  • mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları

Dövlətimizin beynəlxalq praktikanın öyrənilərək, mütərəqqi təcrübənin milli qanunvericilikdə öz əksini tapmasına daim xüsusi önəm verməsi qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyada da öz əksini tapmışdır. Belə ki, Konstitusiyanın 148.2-ci və 151-ci maddələrinə əsasən Azərbaycan Respub­li­ka­sı­nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanun­v­ericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respub­li­ka­sı­nın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası mü­qa­vilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.


Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hökumətlərarası müqa­vilələrin milli qanunvericilik aktlarına münasibətdə hüquqi qüvvəsi Konstitusiya Qanununda təsbit edilmişdir. Belə ki, Qanuna əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq mü­qa­vilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. Qanunda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsinə yönəlmiş normativ hüquqi aktların qəbul edilməsi halları da əks olunmuşdur:
1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin predmetini Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənməyən məsələlər təşkil etdikdə;
2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi müvafiq normativ hüquqi akt qəbul edilmədən mümkün olmadıqda;
3. beynəlxalq müqavilənin tərəfləri müvafiq normativ hüquqi aktların qəbul edilməsi barədə razılığa gəldikdə.
Eyni zamanda, Konstitusiya Qanunu təcrübədə normativ hüquqi aktların müddəaları arasında yarana biləcək kolliziya ehtimallarını nəzərə almaqla, mümkün ziddiyyət hallarında hansı normativ hüquqi aktın tətbiq olunmalı olduğunu müəyyən edir. Belə ki, Konstitusiya Qanununa əsasən:



Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respub­li­ka­sının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir.

Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əksetdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.

Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir.

Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Res­pub­li­kasının ayrılmaz tərkib hissəsi olmaqla, onun qanunvericilik sistemi Azər­baycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.





Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin