Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi



Yüklə 0,73 Mb.
səhifə4/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   2   3   4   5   6   7   8   9   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Hipoteza

Dispozisiya

Sanskiya

Arzuolunan davranış qaydası, yəni kim, nə vaxt, hansı şəraitdə normanı icra etməlidir.

Normanın icrası hansı hərəkətdən və ya hərəkətsizlikdən ibarət olmalıdır.

Normanın icra edilməməsi hansı nəticələrin yaranmasına səbəb ola bilər.

Bununla belə qeyd edilməlidir ki, heç də bütün normalar bu 3 elementin hər birini özündə birləşdirən struktura malik deyildir. Bəzi normalar, yalnız subyektiv hüquqları müəyyən etməklə, özlərində həmin normanın pozulmasına görə yaranacaq nəticələri ehtiva etmirlər.


Bundan əlavə normaları göstərişin xarakterindən asılı olaraq 3 qrupa bölmək mümkündür :



Normaları, həmçinin onların müəyyən etdikləri göstərişlərin məcburilik dərəcəsinə görə də qruplaşdırmaq mümkündür :

DİSPOZİTİV NORMALAR: Bu cür normalarda hüquq subyekti üçün alternativ davranmaq imkanı müəyyən edilir.
İMPERATİV NORMALAR: Bu cür normalarda vahid davranış qaydası təsbit olunur, hüquq subyektinə alternativ davranmaq imkanı verilmir.
Onu da qeyd etmək lazımdır ki, hüquq ədəbiyyatına əsasən  hüquq normalarını, institutlarını, hüquq sahələrini özündə birləşdirən vahid sistem hüquq sistemi hesab olunur. Hüquq sistemlərinin ən geniş yayılmış növləri aşağıdakılardır:

  • Roman-German hüquq sistemi — Kontinental Avropada yayılmışdır. Roma hüququ əsasında formalaşmışdır. Bu hüquq sistemində hüququn əsas mənbəyini normativ-hüquq akt təşkil edir. Azərbaycan Respublikasının hüquq sistemi də Roman-German hüquq sisteminə aiddir.

  • Anqlo-sakson hüquq sistemi — Bu sistem Böyük Britaniya, Kanada, ABŞ, Yamayka, Avstraliyada yayılmışdır. Əsasını İngiltərənin hüquq sistemi təşkil edir. Anqlo-sakson hüquq sisteminin əsasını məhkəmə presedenti təşkil edir.
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin