Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktı (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir



Yüklə 0,73 Mb.
səhifə56/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   53   54   55   56   57   58   59   60   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktı (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:



  • normativ xarakterli aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda;

  • normativ xarakterli akt (onun struktur elementi) ləğv edildikdə;

  • normativ xarakterli akt (onun struktur elementi) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin XV fəslinə uyğun olaraq məhkəmənin qərarı ilə etibarsız (qüvvədən düşmüş) hesab edildikdə.

Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya faktiki olaraq əhəmiyyətini itirən, yaxud yerli icra hakimiyyəti orqanının yeni normativ xarakterli aktı qəbul etməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən həmin yerli icra hakimiyyəti orqanının bütün normativ xarakterli aktları və ya onların struktur elementləri ləğv edilməlidir. Normativ xarakterli aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş yerli icra hakimiyyəti orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən ayrıca norma qəbul edilir.


Yerli özünüidarə orqanları normativ xarakterli aktların layihələrini bu orqanların icra aparatlarının, daimi və başqa komissiyalarının iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilərlər.
Normativ xarakterli aktların layihələri yerli icra hakimiyyəti orqanlarının hüquq şöbəsinin (hüquqşünasın), yerli özünüidarə orqanlarının isə hüquq məsələləri daimi komissiyasının (hüquqşünasın) mütləq iştirakı ilə hazırlanır.
Yerli icra hakimiyyəti orqanlarının sahəvi məsələlərlə bağlı normativ xarakterli aktlarının layihələri bu sahədə dövlət tənzimlənməsini həyata keçirən dövlət orqanları ilə razılaşdırılmalıdır.
Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktında digər dövlət orqanlarının fəaliyyəti ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.
Yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktını yerli icra hakimiyyətinin başçısı qəbul edir və imzalayır.Yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir.
Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II və III hissələrinə uyğun olaraq yerli özünüidarə orqanlarının normativ xarakterli aktları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə, yerli vergilər və ödənişlərlə bağlı aktları isə bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Yerli özünüidarə orqanının normativ xarakterli aktını bələdiyyənin sədri imzalayır. Bələdiyyənin nizamnaməsinə uyğun olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyələrə verdiyi bələdiyyə aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı, nəticələri rəsmən elan edilməlidir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin