159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma—
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma—
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma—
iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (1, 12, 45, 82, 128)