Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 165-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ pozma



Yüklə 0,72 Mb.
səhifə149/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   145   146   147   148   149   150   151   152   ...   352
Cinayət Məc

Maddə 165-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ pozma

    165-1.1. Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsini çıxarma istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsini inteqral sxemə daxil etmə yolu ilə və ya surətini başqa şəkildə çıxarma, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi tətbiq etmə, gətirmə, satış üçün təklif etmə, satma, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa —

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

    165-1.2. Eyni əməllər:

      165-1.2.1. təkrar törədildikdə;

      165-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə —

    • iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Bu Məcəllənin 165-1.1-ci maddəsində «xeyli miqdar» dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür. (14, 45, 82, 111, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin