Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 300. Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma



Yüklə 0,72 Mb.
səhifə301/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   297   298   299   300   301   302   303   304   ...   352
Cinayət Məc

Maddə 300. Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma

    Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda—

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 101, 128)

Maddə 301. Məhkəmə və hüquq mühafizə orqanları işçiləri barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma

    301.1. Hakimlər, andlı iclasçılar, icra məmurları, prokurorlar, müstəntiqlər, təhqiqatçılar, əməliyyat-axtarış fəaliyyətini, gömrük işini həyata keçirən, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, habelə istintaq orqanlarının və ya prokurorların qərarlarını icra edən şəxslər və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə—

    • min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    301.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

    • bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 63, 94, 128)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin