Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 325. Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma



Yüklə 0,72 Mb.
səhifə329/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   325   326   327   328   329   330   331   332   ...   352
Cinayət Məc

Maddə 325. Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma

    Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma—

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 128)

Maddə 326. Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə

    326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə—

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama

    • min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 48, 61, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin