Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 319. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə



Yüklə 0,72 Mb.
səhifə327/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   323   324   325   326   327   328   329   330   ...   352
Cinayət Məc

Maddə 319. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə

    319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə—

    319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

    • dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)

Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə

    320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—

    • üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 48, 61, 82, 128)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin