Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma—
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 128)
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama—
min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 48, 61, 128, 131)