Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 321. Hərbi xidmət keçməkdən boyun qaçırma



Yüklə 0,72 Mb.
səhifə328/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   324   325   326   327   328   329   330   331   ...   352
Cinayət Məc

Maddə 321. Hərbi xidmət keçməkdən boyun qaçırma

    321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—

    • iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə —

    • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 322. Özbaşınalıq

    322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—

    322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—

    • üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 82, 128)

Maddə 323. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini ləkələmə və ya alçaltma

    323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma —

    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    323.1-1. Bu Məcəllənin 323.1-ci maddəsində nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə —

    • min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    323.2. Bu Məcəllənin 323.1 və ya 323.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə —

    • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir. (1, 45, 118, 128)

Maddə 324. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər

    Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər—

    • iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin