348.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və sair hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə və ya məhv etmə ağır nəticələrə səbəb olduqda—
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 128)