Azərbaycan Respublikasının daxili işlər orqanlarinda xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə


Daxİlİ İşlər orqanlarında xİdmətİn şərtlərİ



Yüklə 51,95 Kb.
səhifə6/38
tarix02.01.2022
ölçüsü51,95 Kb.
#46152
1   2   3   4   5   6   7   8   9   ...   38
168-IIQ Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Daxİlİ İşlər orqanlarında xİdmətİn şərtlərİ

73. Daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.

Zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq olan müddətdə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq olan müddət xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir.25

Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.

74. Xidmət şəraiti nəzərə alınmaqla daxili işlər orqanlarının əməkdaşları üçün müddəti qısaldılmış iş günü müəyyən edilir.

75. Hər hansı vəzifənin müvəqqəti icrasına görə daxili işlər orqanları əməkdaşlarına vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir.

76. Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir:

hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət);

qısamüddətli;

xəstəliyə görə;

tətilə çıxmaqla əlaqədar (müdavimlər üçün);

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar;

əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə);

77. Daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

78. Əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir.

Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir.

79. Ümumi müddəti 40 təqvim günü və daha çox olan əsas və əlavə məzuniyyət götürmək hüququ olan daxili işlər orqanları əməkdaşlarına onların öz arzusu ilə məzuniyyət iki hissəyə bölünərək verilir.

80. Daxili işlər orqanlarında xidmətə qəbul edilən il əsas məzuniyyətin müddəti xidmətə qəbul olunduğu gündən başlayaraq xidmətin hər tam ayına məzuniyyətin 12 hissəsindən biri düşmək hesabı ilə verilir. Bu zaman 15 təqvim günü və daha çox müddətə məzuniyyət almaq hüququ olan daxili işlər orqanı əməkdaşlarına məzuniyyəti keçirmə yerinə getmə və geriyə qayıtma üçün yol haqqı ödənilir və yol getmə vaxtı məzuniyyətin müddətinə əlavə edilir. 15 təqvim günündən az müddətə olan məzuniyyət daxili işlər orqanları əməkdaşlarına onların arzusu ilə gələn ilin növbəti illik məzuniyyəti ilə eyni vaxtda verilə bilər.

81. Bu Əsasnamənin 135-ci maddəsində nəzərdə tutulan əsaslarla xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşına öz arzusu ilə məzuniyyət verilir.

Xaric edilmə ilində istifadə olunmayan əsas məzuniyyətə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada pul ödənişi verilir.

82. Təxirəsalınmaz sosial-məişət məsələlərinin həlli və qohumluq borclarının yerinə yetirilməsi üçün, həmçinin digər üzrlü səbəblərə görə daxili işlər orqanları əməkdaşlarına 14 günə qədər qısamüddətli məzuniyyət verilə bilər.

Qısamüddətli məzuniyyət əsas məzuniyyətin müddətinə daxil edilmir.

83. Xəstəliyə görə məzuniyyət daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibbi-həkim komissiyasının rəyi əsasında verilir.

Xəstəliyə görə məzuniyyətin müddəti xəstəlikdən asılı olaraq müəyyən edilir. Tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaş üçün xəstəliyə görə fasiləsiz məzuniyyətdə olma vaxtı (qüvvədə olan qanunvericiliklə müalicə olunma daha uzun müddət nəzərdə tutulduğu hallar istisna olmaqla) altı aydan artıq olmamalıdır. Bu müddət müalicə müəssisəsinin rəyi əsasında məzuniyyəti vermək hüququ olan rəisin qərarı ilə uzadıla bilər. Xəstəliyə və müalicəyə görə fasiləsiz məzuniyyət üçün müəyyən edilən müddət qurtardıqdan sonra daxili işlər orqanları əməkdaşları xidmətə yararlılığın yoxlanılması məqsədilə tibbi-həkim komissiyasının müayinəsindən keçməlidirlər.

Xidməti vəzifələrinin icrası zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud şikəstliklə əlaqədar daxili işlər orqanları əməkdaşlarının müalicədə olma müddəti məhdudlaşdırılmır.26

Yuxarıda göstərilən əməkdaşlar müalicə başa çatdıqdan və yaxud müalicənin mümkünsüzlüyü müəyyən olunduqdan sonra tibbi müayinəyə göndərilir.

Xəstəliyə görə məzuniyyət əsas məzuniyyətə hesablanmır.

Daxili işlər orqanların əməkdaşları xidmətdən xaric edildikdə onlara xəstəliyə görə məzuniyyət verilmir.

84. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə aşağıdakı məzuniyyətlər verilir:

qış tətili ilə əlaqədar 14 təqvim günü müddətində;

yay tətili ilə əlaqədar 30 təqvim günü müddətində.

85. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirən məzunlara 30 təqvim günü müddətində məzuniyyət verilir. Digər ali və orta-ixtisas təhsil müəssisələrini bitirdikdən sonra daxili işlər orqanlarında xidmətə qəbul edilən məzunlara verilən məzuniyyət cari ilin növbəti illik məzuniyyətinə hesablanır.

Təhsil müəssisələrini bitirməklə əlaqədar verilən məzuniyyət məzunların xidmətkeçmə yerlərinə göndərilmələrinə qədər istifadə olunmalıdır.

86. Məzuniyyəti keçirmə yerinə getmə və qayıtma vaxtı daxili işlər orqanları əməkdaşlarına verilən əsas, qısamüddətli və xəstəliyə görə, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar məzuniyyətlərin müddətinə əlavə edilir və ödənilir.

87. Daxili işlər orqanlarında xidmət illərinə görə ödənişli əlavə illik məzuniyyət aşağıdakı hallarda verilir:

10 ildən 15 ilədək xidmət keçməyə görə - 5 təqvim günü;

15 ildən 20 ilədək xidmət keçməyə görə -10 təqvim günü;

20 il və daha çox xidmət keçməyə görə -15 təqvim günü.

Xüsusi şəraitdə xidmətə görə əlavə illik məzuniyyətin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.

Əlahiddə xidmətə görə əlavə illik məzuniyyət - xidməti, yüksək fiziki və əsəbi gərginliklə bağlı olan daxili işlər orqanları əməkdaşlarının peşəkar iş qabiliyyətlərinin bərpa edilməsi üçün 10 təqvim günü müddətində verilir.

Əlahiddə xidmətə görə əlavə illik məzuniyyətin verilmə qaydası və şərtləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Əlavə məzuniyyətlər cəmləşdirilərək əsas məzuniyyətlə eyni vaxtda və ya daxili işlər orqanları əməkdaşlarının arzusu ilə müəyyən edildiyi vaxtlarda verilə bilər.

87-1. Qadın polis əməkdaşı hamiləliyə və doğuşa görə ödənişli, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət almaq hüququna malikdir.

Hamiləliyə və doğuşa görə məzuniyyətlər müvafiq tibb müəssisələrinin arayışları əsasında doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü (doğuş çətin olduqda, yaxud iki və daha çox uşaq doğulduqda 70 təqvim günü) müddətində verilir.

Qadın polis əməkdaşına qismən ödənişli sosial məzuniyyət öz arzusu ilə tam və ya hissələrə bölünməklə verilə bilər. Qadın polis əməkdaşının verilmiş məzuniyyət müddəti bitənə qədər də öz xidməti vəzifələrinin icrasına başlamaq hüququ vardır.

Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddəti növbəti xüsusi rütbədə xidmət müddətinə, qismən ödənişli sosial, habelə uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət müddəti yalnız xidmət illərinə və pensiya üçün xidmət illərinə əlavə edilir.

Hamiləliyə və doğuşa görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. Qadın polis əməkdaşına öz arzusu ilə hamiləliyə və doğuşa görə məzuniyyətdən qabaq, yaxud bilavasitə ondan sonra cari il üçün növbəti məzuniyyət verilir. 27

88. Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.

Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. 28

89. Daxili işlər orqanları əməkdaşlarına məzuniyyəti keçirmə (ölkə daxilində) yerinə getmə və geriyə qayıtma üçün yol haqqı aşağıdakı məzuniyyətlər verilərkən ödənilir:

əsas və xəstəliyə görə (ildə bir dəfə);

tətilə çıxmaqla əlaqədar (ildə iki dəfə);

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar.

90. Daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərindən birinə əsas məzuniyyəti keçirmə yerinə getmə və geri qayıtmaq üçün iki ildə bir dəfə yol haqqı ödənilir.

VI Fəsil


Yüklə 51,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin