Daxİlİ İşlər orqanları əməkdaşlarının təmİnat xərclərİ
91. Daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir.
92. Daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına sığortalanır. 29
93. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş daxili işlər orqanları əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir.30
94. Xidməti vəzifələrin icrası zamanı daxili işlər orqanları əməkdaşlarının əmlakına dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına tam həcmdə ödənilir.
95. Daxili işlər orqanları əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət keçmə yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının vəsaiti hesabına həyata keçirilir.
96. Daxili işlər orqanları əməkdaşlarına əlavə yaşayış sahəsinin verilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir.
Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. 31
98. Daxili işlər orqanları əməkdaşlarının xidmət keçdiyi, yaxud yaşadığı yerlərdə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələri olmadığı hallarda daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə digər dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir.
99. Daxili işlər orqanları əməkdaşları və onların ailə üzvləri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının sanatoriyalarında, sanatoriya-kurort müəssisələrində, istirahət evlərində, pansionatlarında və turist bazalarında istirahət hüququna malikdirlər. Daxili işlər orqanları əməkdaşlarına hər il yollayışın qiymətinin 75 faizi miqdarında, ailə üzvlərinə isə - 50 faizi miqdarında imtiyaz verilir.
100. Daxili işlər orqanları əməkdaşları Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində sanatoriya-kurort müalicəsi ilə təmin edilmədiyi hallarda onlar Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının hesabına imtiyazlı ödəmə şərtilə digər orqanların, müəssisə və təşkilatların sanatoriya-kurort müəssisələrinə yollayış ata bilərlər.
101. (Çıxarılıb) 32
102. Xidməti ezamiyyətə göndərilən daxili işlər orqanları əməkdaşlarının növbədənkənar qaydada nəqliyyatın bütün növlərinə bilet və mehmanxanada yer almaq hüququ vardır.
103. Mənzil növbəsinə dayanmış daxili işlər orqanları əməkdaşı öldükdə onun ailəsinin yaşayış sahəsi almaq hüququ saxlanılır.
104. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir.
Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği daxili işlər orqanları əməkdaşları üçün ayda 27 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. 33
105. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni yerdə xidmətə göndərilən daxili işlər orqanları əməkdaşlarının ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər.
106. (Çıxarılıb) 34
107. (Çıxarılıb) 35
VII Fəsil
Dostları ilə paylaş: |