1455
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Arxivi, sənəd № 8856
419
NƏTİCƏ
Azərbaycan Xalq Cümhuriyyətinin ikiillik diplomatik fəaliyyətinin
araşdırılması belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan xalqının milli
maraqlarına uyğun xarici siyasət kursunun müəyyən edilməsi, mürəkkəb
beynəlxalq şəraitdə həmin kursun həyata keçirilməsi, Azərbaycan Respublikasının
dünya birliyi tərəfindən tanınmasına nail olunması respublika hökumətinin, onun
xarici siyasət idarəsinin başlıca məqsədi idi. 1918-1920-ci illərdə Azərbaycan
hökumətinin xarici siyasət kursunun öyrənilməsi təsdiq edir ki, bu illərdə
Azərbaycan diplomatiyasının əsas qayəsi Azərbaycanın istiqlaliyyətini qorumaq,
beynəlxalq münasibətlər sisteminə daxil olmaq və tədricən Qərbin bərabər hüquqlu
tərəfdaşına və regionun aparıcı dövlətinə çevrilməkdən ibarət olmuşdur. Bu
vəzifələri yerinə yetirmək üçün Azərbaycan diplomatiyası istiqlaliyyətin ilk
aylarındakı Türkiyə oriyentasiyasından Versal Ali Şurası tərəfindən de-fakto
tanınmaya qədər, bir sıra qonşu dövlətlərlə mürəkkəb münasibətlərdən normal
əməkdaşlığa, hətta bəzi məqamlarda strateji tərəfdaşlığa qədər maraqlı bir yol
keçmişdir.
Azərbaycanın yerləşdiyi coğrafi vəziyyət hələ qədim zamanlardan onu
dövlətlərarası münasibətlərin subyektinə, dünya ticarət və mal mübadiləsinin
mərkəzinə, qərblə şərq, şimalla cənub arasında əlaqələrin kəsişdiyi ölkəyə
çevirmişdi. Uzun əsrlər boyu Azərbaycan diplomatiyası regionda mürəkkəb
beynəlxalq vəziyyətin tənzimlənməsində, Avropa ölkələri ilə çoxtərəfli
münasibətlərin yaradılmasında mühüm rol oynamış, beynəlxalq münasibətlər tarixi
və təcrübəsi baxımından xalqın mənəvi sərvətinə çevrilmiş zəngin təcrübə
toplamışdır.
Hələ XIX əsrin axırları - XX əsrin əvvəllərində genişlənən milli demokratik
ideyalar, müstəmləkə əsarətindən azad olmaq zərurətini və müstəqil Azərbaycan
ideyasını doğurmağa başladı. XX yüzilliyin əvvəllərində bütün Yaxın və Orta
Şərqdə oyanma prosesinin önündə gedən, islam ümmətçiliyindən türk
millətçiliyinə tarixi keçidi uğurla başa çatdıran Azərbaycan böyük dünya siyasətinə
inteqrasiyanın üç mühüm istiqamətini baxışlar sisteminə çevirə bilmişdi. Bu sistem
milli kimlikdə türkçülük, dini inancda islamçılıq, düşüncə tərzində qərbçilik
üzərində qurulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti öz xarici siyasətini bu üçlü
düsturun vəhdəti üzərində qurmuş, onun hazırlanması və gerçəkləşdirilməsində
tarixi təcrübə ilə yanaşı, yeniləşmiş dünyanın çağdaş tələbləri də nəzərə alınmış,
tarixilik və müasirlik baxımından toplanmış zəngin təcrübədən səmərəli istifadə
edilmişdi. 1918-1920-ci illərdə Azərbaycan diplomatiyasının keçdiyi tarixi yolun
araşdırılması nəticəsində müəyyən edildi ki, Azərbaycan xarici siyasətində rəhbər
tutulan bu üç istiqamət Avropa mədəniyyətinin dağıdıcısı kimi təqdim edilən
pantürkizm və panislamizmlə, yaxud bir sıra məqamlarda süni şəkildə qabardılan
"Qərb aludəçiliyi" ilə bağlı olmayıb, real və sağlam ideya istiqamətinə söykənmiş,
420
Şərq mənəviyyatı ilə Qərb mədəniyyətinin universal dəyərlərini özündə ehtiva
etmişdir.
Xalqların bərabərliyi əsasında sülh və əmin-amanlıq, dövlətlərarası
münasibətlərdə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin bərqərar edilməsi
Azərbaycan diplomatiyasının çıxış nöqtəsini təşkil edirdi. 1918-1920-ci illərin
tarixi təcrübəsi göstərdi ki, regional çəkişmələr və millətlərarası ziddiyyətlər, zor
gücünə əsarət altına alma və milli istismarın qapalı və açıq formaları deyil,
qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə müdaxilə etməmək, mübahisəli
məsələləri danışıqlar yolu ilə həll etmək, beynəlxalq münasibətlərin subyekti olan
hər bir dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi, dünya
xalqlarının mədəni bağlantılarının dərinləşdirilməsi Azərbaycan Respublikasının
xarici siyasətinin səciyyəvi cəhətləri idi. Məhz, ilk dəfə Azərbaycan hökuməti
tərəfindən həmin dövrdə irəli sürülən Qafqaz xalqlarının həmrəyliyi ideyası bu
mühüm prinsiplərə sədaqətin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Qafqazdakı
milli ədavətin yerli deyil, gətirilmə bir fəlakət olduğunu, onun rus müstəmləkə
əsarətinin mirası olduğunu göstərən Azərbaycan siyasi xadimləri Qafqaz
xalqlarının müstəqilliyini onların dinc birgə yaşayışı ilə əlaqələndirirdilər.
Ə.M.Topçubaşov hələ Azərbaycan istiqlaliyyəti elan edilməzdən bir il əvvəl
yazırdı: "Rusiyada yaşayan qeyri-rus xalqlar barəsində köhnə rus hökumətinin
siyasəti bu xalqları bir-birindən ayırmaq, onları bir-birinin üzərinə təhrik etmək
siyasəti idi. Ermənilər ilə azərbaycanlılar arasında toqquşma, məhz bu zərərli
siyasətlə, insana nifrət siyasəti ilə izah edilməlidir".
1456
1918-1920-ci illərin tarixi təcrübəsi göstərdi ki, aralarında olan müxtəlif
ziddiyyətlərə baxmayaraq, Qafqaz xalqlarının dinc birgəyaşayışı, siyasi və iqtisadi
maraqları, bütün sahələri əhatə edən regional əməkdaşlığı bölgədə daimi sülhün və
davamlı inkişafın, bütövlükdə Qafqazın çiçəklənməsinin ən etibarlı təminatıdır.
1919-cu ilin iyununda öz aralarında olan kiçik mübahisələri bir kənara qoyaraq,
Gürcüstan və Azərbaycan respublikalarının Denikin təhlükəsinə qarşı birgə hərbi
ittifaq bağlamaları bunun ən yaxşı nümunəsi idi. Cənubi Qafqazın bu iki
respublikası arasında formalaşan hərbi-siyasi birlik ideyasını dünya siyasətini
müəyyən edən dövlətlər də müdafiə edirdilər. Lakin Ermənistan tərəfinin
pozuculuq mövqeyində dayanması "Qafqaz evi" ideyasını о dövrdə reallaşmağa
imkan vermədi. Bu bir tərəfdən Cənubi Qafqaz respublikalarının beynəlxalq
aləmdə tanınmasını çətinləşdirirdi, digər tərəfdən isə bu respublikaların Sovet
Rusiyası tərəfindən işğal edilməsi üçün əlverişli şərait yaradırdı. Halbuki Baltik
respublikalarının həmrəyliyi onların tarixi inkişafının və milli müstəqilliklərinin
mühüm şərti idi. M.Ə.Rəsulzadə sonralar yazırdı: "Təkcə Azərbaycan deyil, onunla
eyni müqəddərat daşıyan digər Qafqaz cümhuriyyətləri daha əllərinə keçən fürsəti
1456
Каспи, 1917, 18 апреля
421
tamamilə istifadə etmək imkanında olmadılar. Məlum olduğu kimi, Baltik
sahilindəki cümhuriyyətlərin qazandıqları zəfər onlara nəsib olmadı".
1457
Araşdırılan tarixi çərçivədə Azərbaycan Respublikasının beynəlxalq
münasibətlər sistemində iştirakını şərti olaraq, üç dövrə bölmək olar: Türkiyə
oriyentasiyası dövrü (1918-ci ilin may-oktyabr ayları), Qərb oriyentasiyası dövrü
(1918-ci ilin noyabrı - 1920-ci ilin yanvarı), geniş beynəlxalq əməkdaşlığa daxil
olmaq uğrunda mübarizənin başlanması dövrü (1920-ci il yanvar-aprel ayları).
1918-ci ilin may - oktyabr aylarını əhatə edən birinci dövr Azərbaycan
Respublikasının həyatında ən ağır dövr idi. Digər iki Cənubi Qafqaz
respublikalarından fərqli olaraq, Azərbaycan istiqlaliyyətinin elan edilməsi daha
çətin bir vəziyyətlə üzləşmişdi. Bolşevik Rusiyasının Azərbaycana münasibətdə
Bakı Xalq Komissarları Soveti vasitəsilə yeritdiyi işğalçılıq siyasəti ağır nəticələr
vermiş, müxtəlif yadelli ünsürlər bu vəziyyətdən öz maraqlarına uyğun istifadə
etmiş və nəticədə Azərbaycan ərazisində bolşevik-erməni koalisiyası tərəfindən
1918-ci ilin yazında azərbaycanlıların soyqırımı törədilmişdi. Bolşeviklər Bakıda
azərbaycanlıların meyitləri üzərindən addımlayaraq, hakimiyyəti qəsb etmişdilər.
Azərbaycanın bolşeviklərə qarşı mübarizədə böyük qurbanlar verdiyinə toxunan
Ə.M.Topçubaşov 1920-ci ilin iyun ayının 30-da Versal Ali Şurasının sədrinə
yazdığı məktubda yalnız 1918-ci ilin mart ayında 12 min azərbaycanlının qətlə
yetirildiyini bildirirdi.
1458
Belə bir dövrdə ölkənin istiqlaliyyətini elan etməklə
Azərbaycan siyasi xadimləri təmsil etdikləri millətin taleyində böyük bir tarixi
missiyanı yerinə yetirmiş oldular. XIX əsrin əvvəllərində Azərbaycan ərazisi
Rusiya tərəfindən ayrı-ayrı xanlıqlar formasında işğal edilmişdisə, bir əsrlik
müstəmləkə zülmünün bütün ağırlığına baxmayaraq, müxtəlif tarixi amillərin təsiri
altında imperiyanın tərkibindən vahid millət, vahid dövlət, vahid vətən ideyası ilə
çıxdı. Bu mütərəqqi tarixi proses idi və bununla da Azərbaycan məsələsi
beynəlxalq bir məsələyə çevrildi. Bu faktın əhəmiyyətindən bəhs edərək,
M.Ə.Rəsulzadə yazırdı: "28 may 1918-ci il Bəyannaməsini elan etməklə
Azərbaycan Milli Şurası, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin
varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafik və
linqvistik bir kəlmə olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur. Bu tarixdən
etibarən bu isimdə bir türk millətinin öz varlıq və istiqlalı yolunda mücadilə
qurduğunu bütün cahan duymuş, digər milli məsələlər yanında, Azərbaycan
məsələsi daha beynəlmiləl bir qiymət və əhəmiyyət qazanmışdır".
1459
Bu dövrdə Azərbaycanda və dünyada gedən siyasi proseslərin dərindən
araşdırılması belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan xarici
1457
İstiklal, 1933, 28 may
1458
Président de la Délégation de Paix de la République d'Azerbaïdjan A.Toptchibacheff - Monsieur le
Président du Conseil Suprême de la Conférence de la Paix. Le 30 juin 1920. // Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 135
1459
İstiklal, 1933, 28 may
422
siyasətindəki Türkiyə oriyentasiyası Birinci dünya müharibəsinin sonunda
yaranmış obyektiv reallıqlardan irəli gəlirdi. Yeni qurulmuş milli hökumətin ölkəni
Sovet Rusiyasının təcavüzündən, erməni talanlarından və yadellilərin
Azərbaycanın əleyhinə olan müxtəlif planlarından qorumaq üçün Osmanlı
imperiyasından hərbi yardım alması (4 iyun 1918-ci il müqaviləsinə əsasən)
beynəlxalq hüquqa uyğun yeganə mümkün diplomatik addım idi. Məhz bu mühüm
diplomatik addım nəticəsində Birinci dünya müharibəsinin sonunda vuruşan
güclərin əsas hədəfinə çevrilmiş Bakı şəhəri yadellilərdən təmizləndi,
Azərbaycanın milli, mədəni, tarixi, siyasi və iqtisadi mərkəzi kimi əbədilik
respublikanın paytaxtına çevrildi. Bu ümummilli hadisə çətin beynəlxalq şəraitdə
fəaliyyət göstərən Azərbaycan diplomatiyasının ən böyük uğuru idi.
Birinci dünya müharibəsində alman-türk blokunun məğlubiyyəti
Azərbaycan Respublikasının beynəlxalq vəziyyətinə ağır təsir göstərdi, gənc
dövləti böyük güclərin imzaladığı Mudros barışığının subyektinə çevirdi.
Azərbaycan hökumətinin, onun İstanbuldakı diplomatik nümayəndəliyinin
etirazlarına baxmayaraq Xalq Cümhuriyyəti Mudros barışığının ağır şərtlərini öz
çiyinlərində daşımalı oldu. Azərbaycanın bloklararası münasibətlərin və
beynəlxalq hüququn subyektinə çevrilməsi onun strateji mövqeyinin, təbii
imkanlarının dünya siyasətinə təsiri ilə bağlı idi. Birinci dünya müharibəsinin
qurtarması ilə Azərbaycan diplomatiyasının türk-alman oriyentasiyası da başa
çatdı.
Dünya müharibəsinin yekunu kimi müttəfiqlərin Bakıya daxil olması ilə
Azərbaycan Cümhuriyyəti diplomatiyasında Qərb oriyentasiyasının güclənməsi
kimi səciyyələnən ikinci dövr başlanır. 1918-ci ilin noyabrında Antanta
qüvvələrinin Bakıya daxil olması ilə antiazərbaycan qüvvələri fəallaşsa da, lakin
imperiya ənənələrini bərpа etmək istəyənlərin ümidləri doğrulmadı. Müttəfiq
komandanlığı Azərbaycan hökumətini respublikanın ərazisində yeganə qanuni,
həyat qabiliyyətinə malik hökumət kimi tanıdı.
1460
Mudros barışığının şərtlərinə
uyğun olaraq, Bakıya işğal məqsədilə daxil olan müttəfiq komandanlığı tərəfindən
Azərbaycan hökumətinin respublika ərazisində yeganə qanuni hakimiyyət kimi
tanınması böhranlı şəraitdə Azərbaycan xarici siyasətinin mühüm diplomatik uğuru
kimi dəyərləndirilməlidir.
Qalib dövlətlər arasında münasibətləri tənzimləyəcək Paris Sülh
konfransına yeni yaranmış respublikalar öz istiqlaliyyətini tanıtmaq baxımından
böyük ümidlər bəsləyirdilər. 1918-ci ilin noyabrında yenidən fəaliyyətini bərpa
edən Azərbaycan Milli Şurası ABŞ prezidenti V.Vilsona, dünya xalqları və
dövlətlərinə müraciət qəbul etməklə müharibədən sonra qurulan beynəlxalq
münasibətlər sistemində fəal iştirak etmək arzusunda olduğunu nümayiş etdirdi.
1460
Le Commandant des troupes alliées à Bakou Général-Major V.N. Thomson Bakou, le 28 decembre
1918. // Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 832, folio 42
423
Böyük çətinliklər hesabına Azərbaycan nümayəndələrinin Parisə buraxılması,
onların ABŞ prezidenti V.Vilson və digər nüfuzlu şəxslər tərəfindən qəbul
edilməsi, Versal konfransının rəhbərləri və müxtəlif komissiyalarına çoxsaylı nota,
memorandum və müraciətlərin təqdim edilməsi Azərbaycan haqqında təsəvvürləri
genişləndirdi, onun dünya siyasi proseslərinə daxil olmaq uğrunda əzmini ortaya
qoydu. Rus siyasi mühacirləri, erməni təbliğatçılarının Qərb siyasi dairələrində
Azərbaycan əleyhinə formalaşdırdıqları mənfi əhvali-ruhiyyəni aradan qaldırmaq
üçün Parisdə olan Azərbaycan nümayəndələri ciddi çətinliklərlə qarşılaşmalı
oldular. Azərbaycanın əleyhdarlarının ciddi cəhdlərinə baxmayaraq, Qafqaza gələn
müxtəlif xarici missiyalar Azərbaycan hökumətinin elan etdiyi demokratik
prinsiplərə sədaqətini, öz qonşuları ilə sülh və dostluq şəraitində yaşamaq arzusunu
və ən nəhayət, Azərbaycanın Qafqazda yeganə həyat qabiliyyətli respublika
olduğunu təsdiq etdilər. Bu böyük həqiqətin etirafına nail olunmasında Azərbaycan
xarici siyasət idarəsi, Azərbaycan diplomatiyasının müstəsna rolu olmuşdu.
Öyrənilən dövrdə Azərbaycan üçün ən ciddi təhlükə Şimaldan - Rusiya
tərəfindən idi. Rusiyada qarşı-qarşıya duran hər iki qüvvə - bolşeviklər və
denikinçilər Azərbaycan üçün eyni dərəcədə təhlükəli idi. Onların hər ikisi eyni
məqsəd - dağılmış Rusiya imperiyasını 1914-cü il hüdudlarında bərpa etmək
uğrunda mübarizə aparırdılar. Mövcud şəraitdə isə Denikin ordusu müttəfiqlərlə
sıx bağlı olduğundan o, ingilislər tərəfindən müdafiə edilən Azərbaycan və
Gürcüstana açıq müdaxilə etməyə cəsarət etmirdi. Denikinçilərin subyektiv
niyyətlərindən asılı olmayaraq, uzun müddət Könüllü ordunun bolşevik Rusiyası
ilə yeni yaranmış respublikalar arasında yerləşməsi bu respublikalara bolşevik
təcavüzünü yubandırırdı. Müttəfiqlər tərəfindən müdafiə edilən Denikin
könüllülərinə münasibətdə Azərbaycan Respublikasının ehtiyatlı hərəkət etməsi,
rus ağqvardiyaçılarına qarşı, əsasən, diplomatik yolla mübarizə aparması mövcud
vəziyyətin, yaranmış reallıqların obyektiv qiymətləndirilməsi ilə bağlı idi. Ağ və
qırmızı Rusiyaya münasibətdə rəng çalarlarından asılı olmayaraq, Azərbaycan
hökumətinin tutduğu mövqe ölkənin müstəqilliyinə, respublikanın suverenliyinə
əsaslanırdı. Azərbaycan Xarici İşlər Nazirliyinin ölkənin istiqlaliyyətini təhdid
edən Şimal təhlükəsinə qarşı ortaya qoyduğu sərt movqe ondan ibarət idi ki, "kim
olursa-olsun bolşevik - menşevik, denikinçi və i.a. Azərbaycanın istiqlaliyyətinə
qəsd edən hər kəs onun düşmənidir."
1461
Bu prinsipial mövqe 1918-1920-ci illərdə
xarici dövlətlər, xarici qüvvələrə münasibətdə Azərbaycan diplomatiyasının çıxış
nöqtəsini təşkil edirdi.
1919-cu ilin payızında beynəlxalq vəziyyətin yeni yaranmış respublikaların
xeyrinə dəyişməsi Rusiyada, Qərb ölkələrində və ümumilikdə dünyada cərəyan
edən proseslərlə bağlı olsa da, respublikanın taleyindəki dönüş məqamlarında
1461
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini A.Ziyadxanovun Kuban hökumətindəki
diplomatik nümayəndə C.Rüstəmbəyova təcili diplomatik məlumatı. 26.06.1919. //APDAf.970, s.l.i-89,
v.38
424
Azərbaycan hökumətinin, onun xarici işlər nazirliyinin, bütövlükdə diplomatik
korpusun istiqlaliyyətə sədaqəti müəyyənedici meyar idi. Böyük dünya siyasətinin
əzablı yollarında heç bir çətinlik Azərbaycan hökumətinin, onun Paris Sülh
konfransındakı nümayəndələrinin azadlıq və müstəqilliyə olan inamını sarsıda
bilmədi. Nəhayət, böyük çətinliklərdən sonra dünya siyasətini müəyyən edən Paris
Sülh konfransının Versal Ali Şurası 1920-ci ilin yanvar ayının 11-də Azərbaycan
Respublikasının istiqlaliyyətini de-fakto tanıdı. Bu tanınma təkcə Azərbaycan üçün
deyil, bütün Yaxın və Orta Şərq ölkələri üçün, türk və İslam dünyası üçün
əhəmiyyətli hadisə idi. Çünki Azərbaycan dövləti qabaqcıl Qərb ölkələri tərəfindən
rəsmi şəkildə tanınan, Qərb ictimai fikrində qəbul edilən ilk türk və müsəlman
respublikası idi. Versal Ali Şurası tərəfindən tanınma Azərbaycan diplomatiyasının
Birinci dünya müharibəsindən sonra yeni tənzimlənən beynəlxalq münasibətlər
sistemində qazandığı ən böyük qələbə idi. Bu qələbəni qazananlar Azərbaycan
diplomatiyası tarixində özlərindən sonrakı nəsillərə örnək olacaq vətənə xidmətin,
müstəqilliyə sədaqətin parlaq bir nümunəsini yaratdılar.
1920-ci ilin yanvarından başlanan üçüncü dövr Azərbaycan Respublikasının
geniş beynəlxalq əlaqələrə, dövlətlərarası münasibətlərə daxil olması uğrunda
mübarizə ilə səciyyələnir. Bu dövrdə Azərbaycan nümayəndələri müttəfiqlərin Ali
Şurasının London, San-Remo konfranslarında iştirak etmiş, Millətlər Cəmiyyətinə
və digər beynəlxalq təşkilatlara üzv olmağa cəhd göstərmiş, Bakıda iyirmidən artıq
dövlətin diplomatik nümayəndəlikləri təsis edilmişdi. 1919-cu ilin axırlarından İran
dövləti ilə aparılan diplomatik danışıqlar uğurlu nəticələr vermiş, 1920-ci ilin
martında İran Azərbaycanın müstəqilliyini de-yure tanımış və iki dövlət arasında
münasibətlərin bütün kompleksini tənzimləyən müqavilələr və sazişlər sistemi
imzalanmışdı. 1920-ci ilin aprelində isə Azərbaycan Parlamenti Avropa və
Amerika ölkələrində altı mühüm diplomatik nümayəndəlik təsis etmək haqqında
hökumətin təqdim etdiyi qanun layihəsini qəbul etmişdi. Bu qanuna və
dövlətlərarası razılığa əsasən, Azərbaycan hökuməti London, Paris, Cenevrə,
Roma, Varşava və Vaşinqtona diplomatik missiyalar göndərməli idi. Buna qədər
isə İran, Türkiyə, Gürcüstan, Ermənistan, Dağlılar İttifaqı, Ukrayna, Krım, Mərkəzi
Asiya və digər qonşu dövlətlərdə Azərbaycanın səlahiyyətli nümayəndələri işə
başlamışdılar. 1920-ci ilin əvvəllərində Cənubi Azərbaycanın bütün böyük
şəhərlərində Cümhuriyyət hökumətinin ya baş konsıılluğu, ya konsulluğu, уа da
konsul agentliyi fəaliyyət göstərirdi.
Azərbaycan
Respublikası
beynəlxalq
vəziyyətinin
sabitləşdiyi,
istiqlaliyyətinin dünya tərəfindən təsdiqləndiyi, geniş beynəlxalq əməkdaşlığa daxil
olduğu bir dövrdə Sovet Rusiyasının təcavüzünə məruz qaldı. Dünyada bərqərar
edilən beynəlxalq münasibətlərin və beynəlxalq hüququn elementar normalarına
zidd olaraq, xarici təcavüz nəticəsində müstəqil, suveren Azərbaycan Respublikası
devrildi. Bu hadisə ilə bağlı sənəd və materialların araşdırılması təkzibedilməz
şəkildə sübut edir ki, Azərbaycan hökumətinin devrilməsi yerli "inqilabi
425
hadisələrlə" bağlı olmayıb, ümumdünya tarixi prosesinin tərkib hissəsidir. Rusiya
imperiyası qalib Antantanın məğlub üzvü kimi dağıldığından dünyanın taleyini
müəyyən edən dövlətlər bu dağılmaya hazır deyildilər. Çar Rusiyasının
hüdudlarında yaranmış yeni respublikaların beynəlxalq münasibətlər sisteminə
çətinliklə daxil olması və son nəticədə onların bolşeviklər tərəfindən işğal edilməsi
qalib dövlətlərin öz keçmiş müttəfiqlərinə ehtiyatlı münasibətlərinin məntiqi
nəticəsi idi.
İlk Azərbaycan Respublikasının diplomatik addımlarının hazırlanıb həyata
keçirilməsində Azərbaycanın tanınmış dövlət və siyasi xadimlərindən
Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Usubbəyov, M.H.Hacınski,
M.Y.Cəfərov, Ə.Şeyxülislamov, C.Hacıbəyov, M.Mehdiyev, M.Məhərrəmov,
A.Ziyadxanov və digərləri yaxından iştirak etmişlər. Mürəkkəb beynəlxalq şəraitdə
Azərbaycan istiqlaliyyətinin ağır yükünü öz çiyinlərində daşıyan bu şəxslərin
diplomatik bacarığı nəticəsində Azərbaycan Respublikası ümumdünya tarixi
prosesinə daxil ola bilmişdi. Məhz bu şəxslərin sayəsində Azərbaycan siyasi
müstəvidə dünya səhnəsinə çıxmış və xalqın taleyinin dönüş məqamlarında milli
maraqların firqə mənafeyindən üstün olduğunu sübut edə bilmişdi. Onların keçdiyi
həyat yolu, müstəqillik ideallarına siyasi məzmun vermək bacarıqları "milli dirilik"
tariximizin ən parlaq səhifələrindəndir.
1920-ci ilin aprel işğalından sonra Parisdə qalan Azərbaycan sülh heyətinin
üzvləri Avropada siyasi mühacirlərin ilk dəstəsinə çevrildilər və siyasi
fəaliyyətlərini davam etdirdilər. Azərbaycan parlamentinin sədri kimi Əli Mərdan
bəy 1920-1923-cü illərdə Millətlər Cəmiyyətinin Cenevrədə keçirilən
toplantılarında iştirak edib, Cəmiyyətin rəhbərliyinə təqdim etdiyi müraciətlərdə
Azərbaycanın bolşevik əsarətindən azad edilməsi üçün beynəlxalq birlikdən
yardım istədi.
1462
Azərbaycanın Paris Sülh konfransındakı nümayəndə heyətinin
başçısı kimi o, 1920-1921-ci illərdə Versal Ali Şurasının rəhbərliyinə dəfələrlə
müraciətlər ünvanladı.
1463
1920-ci ildə Fransa Xarici İşlər Nazirliyinə göndərdiyi
1462
Président de la Délégation de Paix de la République d'Azerbaïdjan Ali Mardan Toptchibacheff - A
Son Excellence M.Paul Hymans, Président de la Premiére Assemblée Générale de la Sociéte des
Nations, Genéve. Le 7 décembre 1920.// Ministère des Affaires Etrangère de France, Archives
Diplomatique, vol. 639, folio 185-186; Président de la Délégation de Paix de la République
d'Azerbaïdjan Ali Mardan Toptchibacheff - A Son Excellence Sir Eric Drummond, K.C.M.G., C.B.,
Secrétaire général de la Ligue des Nations, à Genève. Le 4 septembre 1921.// Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 233-234; Président de la Délégation de
Paix de la Rèpublique d'Azerbaïdjan Ali Mardan Toptchibacheff - A Son Excellence Sir Eric
Drummond, Secrétaire Général de la Société des Nations. Le l
er
fevrier 1923.// Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 279
1463
Président de la Délégation de Paix de la République d'Azerbaïdjan A.Toptchibacheff - Monsieur le
Président du Conseil Suprême de la Conférence de la Paix. Le 30 juin 1920.// Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 135; Président de la Délégation de Paix de
la République d'Azerbaïdjan A.M.Toptchibacheff – А Son Excellence Monsieur le Président du Conseil
Suprême des Alliés Paris. Le 20 janvier 1921.// Ministère des Affaires Etrangère de France, Archives
426
məktubda Ə.M.Topçubaşov ölkədə bolşevik terrorundan bəhs edir və Sovet
Rusiyasının təcavüzünə qarşı Fransa hökumətindən yardım istəyirdi.
1464
1921-ci
ildə müttəfiqlərin Ali Şurasının London konfransına təqdim etdiyi notada o,
müstəqilliyi Versal Ali Şurası tərəfindən tanınmış Azərbaycanın bolşevik
təcavüzünə qarşı müdafiə edilməsini xahiş edirdi.
1465
1922-ci ildə Avropa
iqtisadiyyatının bərpasına dair Genuya konfranslarında, 1923-cü ildə Türkiyə və
boğazlar məsələsinə dair keçirilən Lozanna konfransında iştirak edərək,
Ə.M.Topçubaşov Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi məsələsini
gündəliyə gətirdi. Paris Sülh konfransına göndərilmiş nümayəndə heyətinin üzləri
Fransanın və digər dövlətlərin nümayəndələri ilə görüşərək, Azərbaycanın
bolşeviklər tərəfindən işğalının faciəli nəticələri barədə onlara ətraflı məlumatlar
verdilər.
1466
Müasir dünyanın reallıqları fonunda 1918-1920-ci illərin tarixi təcrübəsi bir
sıra məqamlarda bu gün də öz aktuallığını saxladığından ilk Azərbaycan
Cümhuriyyətinin diplomatik fəaliyyətinə milli-mənəvi xəzinə kimi qayğı ilə
yanaşılır, respublika xarici siyasətinin həyata keçirilməsində həmin illərdə
toplanmış tarixi təcrübədən səmərəli istifadə edilir. 1998-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyi ilə bağlı, 1918 - 1920-ci illərdə fəaliyyət göstərmiş
parlamentin, hökumətin və xarici işlər nazirliyinin sənədlərinin ümummilli lider
Heydər Əliyevin sərəncamı ilə nəşr edilməsi bunun aydın təzahürü idi.
1467
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından ötən 90 il ərzində dünya
siyasətində ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, beynəlxalq münasibətlər
Diplomatique, vol. 639, folio 194; Président de la Délégation de Paix de la République d'Azerbaïdjan
A.M.Toptchibacheff - A Son Excellence Monsieur le Président du Conseil Suprême des Alliés. Le 26
mars 19217/ Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 15 bis
1464
Président de la Délégation de Paix de la République d'Azerbaïdjan A.Toptchibacheff – А Son
Excellence Monsieur le Président du Conseil des Ministre et Ministre des Affaires Etrangères de la
République Française. Le 8 octobre 1920.// Ministère des Affaires Etrangère de France, Archives
Diplomatique, vol. 639, folio 165
1465
Cachet de la Délégation de Paix de la République d'Azerbaïdjan - A Son Excellence Monsieur le
Président du Conseil Suprême des Alliés à Londres. Le 17 février 1921.// Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 198
1466
Secrétaire Général de la Délégation de Paix de la République d'Azerbaïdjan A.Atamalibekov - Au
Ministère des Affaires Etrangères de la République Française. Le 7 juillet 1922.// Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 257; Visite de M.Djeyhoun bey Hadjibeyli,
Membre de la Mission diplomatique de la République d'Azerbaïdjan, à M. de Peretti. Le 20 juillet
1923.// Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 285;
Président de la Délégation de Paix de la République d'Azerbaïdjan A.M.Toptchibacheff - A Son
Excellence Monsieur Raymond Poincaré, Président du Conseil des Ministres et Ministre des Affaires
Etrangères de la République Française. Le 23 août 1923.// Ministère des Affaires Etrangère de France,
Archives Diplomatique, vol. 639, folio 287; Président de la Délégation de Paix de la République
d'Azerbaïdjan A.M.Toptchibacheff - A Son Excellence Monsieur Edouard Herriot Président du Conseil
de la République Française Quai d'Orsay Paris. Le 17 juin 1924.// Ministère des Affaires Etrangère de
France, Archives Diplomatique, vol. 639, folio 291
1467
Азербайджанская Демократическая Республика. Внешняя политика. Баку, 1998
427
sistemində demokratizm meylləri güclənmişdir. Əgər 90 il əvvəl, 1918-ci ildə elan
edilmiş Azərbaycan Respublikasının beynəlxalq cəhətdən de-fakto tanınması üçün
iki ildən bir qədər az vaxt lazım gəlmişdisə, ötən əsrin 90-ci illərində bu proses bir
neçə həftə ərzində başa çatdı. Hazırda Azərbaycan Respublikasının sivilizasiyalı
beynəlxalq münasibətlər sisteminə daxil olmuş, dünya xalqları ailəsinin
bərabərhüquqlu üzvünə çevrilmiş, böyük transmilli layihələrin həyata keçirildiyi
ölkə kimi beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Bununla da 1918-1920-ci
illərdə Azərbaycan diplomatiyasının qarşısında duran böyük dünya siyasətinin
iştirakçısına çevrilmək, beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olmaq, dünya
xalqları ailəsinə daxil olmaq kimi qlobal vəzifələr artıq yerinə yetirilmişdir.
Azərbaycan xalqının tarixi ənənələri, milli dəyərləri əsas götürülməklə, müasir
beynəlxalq münasibətlərin başlıca meylləri nəzərə alınmaqla Azərbaycan
prezidenti İlham Əliyevin dediyi kimi, XXI əsrin əvvəllərində Azərbaycan Cənubi
Qafqazın lider dövlətinə çevrilmişdir.
Dostları ilə paylaş: |