`
nin Guney Kafkasya Politikası Olarak Ermenistan Sorunu
1919-1921. İstanbul, 2005; Omer Engin Lutem. The Armenian Demands at Paris Peace Conference of
1919.// Review of Armenian Studies, no. 11-12, vol.4, 2007
18
N.Nəsibzadə. Azərbaycanın xarici siyasəti. Bakı, 1996; İ.Musayev. Azərbaycanın Naxçıvan və
Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1996;
yenə onun. Azərbaycanın xarici siyasəti (XX əsr). Bakı, 2001; M.Qasımov. Birinci dünya müharibəsi
illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). II hissə, Bakı, 2001; M.Qasımlı,
E.Hüseynova. Azərbaycanın xarici işlər nazirləri. Bakı, 2003; X.İbrahimli. Azərbaycan siyasi
mühacirəti. Bakı, 1996; M.Süleymanov. Azərbaycan ordusu (1918-1920). Bakı, 1998; Yenə onun.
Qafqaz İslam ordusu və Azərbaycan. Bakı, 1999; Azərbaycan tarixi. VII cilddə, V cild. Bakı, 2001;
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I-II cildlər. Baş redaktor, Y.Mahmudov. Bakı, 2004-
2005; R.Hətəmov. Almaniya - Osmanlı münasibətlərində Azərbaycan amili (1917-1918-ci illər).
Namizədlik dissertasiyasının avtoreferatı. Bakı, 2005; Азербайджанская Демократическая
Республика (1918-1920 гг.). Отв. ред. Н.Агамалиева. Баку, 1998; Р.С.Мустафазаде. Две
республики. Азербайджано-российские отношения в 1918-1922 гг. М., 2006; Азербайджанская
Демократическая Республика. Сборник статей. Сост. Р.Абуталыбов. М., 2008; А.Балаев. Мамед
Эмин Расулзаде (1884-1955). М., 2009; С.М.Исхаков. Российские мусульмане и революция (весна
1917 - лето 1918). М, 2004; А.Гаджиев. Демократические республики Юго-Западного Кавказа
(Карская и Аракс-Тюркская республики). Баку, 2004; П.Дарабади. Военные проблемы
политической истории Азербайджана начала XX века. Баку, 1991; С.З.Юсифзаде. Первая
Азербайджанская республика: история, события, факты англо-азербайджанских отношений.
Баку, 1998.
14
olunmuş xatirələrində böyük dövlətlərin Azərbaycana münasibətdə yeritdiyi
siyasət, Birinci Dünya müharibəsinin sonunda Bakı uğrunda apardıqları gərgin
mübarizə, Azərbaycanın müstəqilliyinin Paris Sülh konfransı tərəfindən tanınması
ilə bağlı maraqlı səhnələr vardır.
19
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik fəaliyyətinin araşdırılması,
1918-1920-ci illərdə həyata keçirilən xarici siyasətin dolğun mənzərəsinin
yaranması məqsədilə müəllif respublika və xarici ölkələrdə saxlanılan çoxsaylı
arxiv sənədlərinə müraciət etmişdir. Azərbaycan hökumətinin, onun xarici işlər
nazirliyinin, qonşu ölkələrdəki diplomatik nümayəndəliklərinin, Paris Sülh
konfransında iştirak etmiş Azərbaycan heyətinin fəaliyyətini əhatə etmək üçün
Azərbaycan Dövlət Arxivi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
yanında Siyasi Partiyalar və
İctimai Hərəkatlar Dövlət Arxivi, Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin Arxiv İdarəsinin, Rusiya Dövlət Sosial
Siyasi Tarix Arxivi, Rusiya Federasiyası Xarici Siyasət Arxivi, Fransa Xarici İşlər
Nazirliyinin Diplomatik Arxivi, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Arxivi
və Birləşmiş Ştatların Dövlət Departamentinin sənəd və materiallarından geniş
istifadə etmişdir. Göstərdikləri diqqət və qayğıya görə, müəllif bütün arxiv
işçilərinə təşəkkür edir. Bu əsərin yazılmasında və nəşrə hazırlanmasında verdiyi
tövsiyələrə və praktiki köməyə görə müəllif Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin rəhbərliyinə, nazirliyin nəzdində yaradılmış redaksiya şurasının
üzvlərinə öz dərin minnətdarlığını bildirir.
19
З.Авалов. Независимость Грузии в международной политике. Париж, 1924; Б.Байков.
Воспоминания о революции в Закавказье (1917-1920 гг). Берлин, 1922; А.И.Деникин. Очерки
русской смуты. М., 1991; П.Н. Милюков. Воспоминания. М., 1991; Д. Ллойд Джордж. Военные
мемуары. T.I-VI. М., 1934-1938; Его же. Правда о мирных договорах. Т.2. М, 1957; У.Черчиль.
Мировой кризис. М., 1932; Ф.Нитти. Вырождение Европы. М.-Пг., 1923; М.Кeмаль.
Воспоминания президента Турецкой республики. М., 1924; Э.Людендорф. Мои воспоминания о
войне. Т.2, М., 1924; Л.Денстервиль. Британский империализм в Баку и Персии в 1917-1918 гг.
Тифлис, 1925; A.Rowlinson. Adventures in the New East, 1918-1922, London-New-York, 1923;
R.MacDonell. And Nothings Long. London. 1938; Haydar Bammate. Le Caucase et la revolution
Russe. Paris, 1929; C.E.Bechofer. In Denikin's Russia and the Caucase, 1919-1920. London 1921; Talat
Paşanın Hatıraları. İstanbul, 1946; Записки Джемал паши (1903-1919). Тифлис. 1923; K.Karabekir.
İstiklal Harbimiz. İstanbul, 1988; S.İzzet. Büyük Harbte (1918) 15 Piyade Tameninin Azerbaycan ve
Şimali Kafkasiyadakı Hareket ve Müharibeleri. İstanbul, 1936
15
I FƏSİL
1917-ci ilin fevral inqilabından sonra Cənubi Qafqazda vəziyyət və region
uğrunda diplomatik mübarizənin başlanması
Azərbaycanın istiqlalı 1918-ci ilin may ayının 28-də elan edilsə də, Cənubi
Qafqazın beynəlxalq münasibətlərə daxil olması bir qədər tez baş verdi. Birinci
dünya müharibəsinin sonunda yanacağa olan ehtiyacın artması vuruşan ölkələrin
Qafqaza marağını artırmış, neft uğrunda mübarizə Bakını qarşı-qarşıya dayanan
hərbi blokların cazibə mərkəzinə çevirmişdi. Qafqaz cəbhəsində baş verən
ziddiyyətli dəyişikliklər, 1917-ci il rus inqilabının siyasi sarsıntıları, bütövlükdə
Cənubi Qafqazdan və о cümlədən, Azərbaycandan da yan keçməmişdi. Ölkənin
taleyi ilə bağlı həyati əhəmiyyətli məsələlər Azərbaycan aydınlarını daha fəal
şəkildə siyasi proseslərə cəlb etmiş, bölgədə baş verən hərbi, siyasi və diplomatik
xarakterli hadisələr onları tarixin sınağından keçirmişdi. Cənubi Qafqazla bağlı
siyasi vəziyyətin tez-tez dəyişdiyi 1917-ci ildə, Trabzon və Ваtum konfranslarının
keçirildiyi tarixi şəraitdə Azərbaycanın qabaqcıl siyasi xadimləri müstəqillik
ərəfəsində maraqlı diplomatik təcrübə toplamışdılar.
Birinci dünya müharibəsi Rusiyaya görünməmiş fəlakətlər gətirdi, ictimai-
siyasi həyatın bütün axarlarında ziddiyyətləri kəskinləşdirdi. 1917-ci ilin fevral
inqilabı çar monarxiyasını devirməklə yanaşı, imperiya ənənələrinə də ağır zərbə
endirdi, "xalqlar həbsxanası" olan Rusiya imperiyasında milli azadlıq meylləri
genişləndi. Mütləqiyyətin devrilməsi Cənubi Qafqazda siyasi prosesləri
sürətləndirdi və sonrakı dövrdə hadisələrin inkişafına ciddi təkan verdi. Fevral
inqilabından sonra yaranmış Müvəqqəti hökumətin ilk addımlarından biri Cənubi
Qafqazın idarə edilməsi ilə bağlı xüsusi qurum yaratmaqdan ibarət oldu. Bu
məqsədlə mart ayının 9-da Cənubi Qafqazı idarə etmək üçün Dövlət Dumasının
yerli üzvlərindən ibarət Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) yaradıldı ki,
ona da rus kadeti V.A.Xarlamov sədrlik edirdi. Komitənin tərkibinə gürcü
menşeviki A.İ.Çxenkeli, sosial federalist K.Abaşidze, azərbaycanlı kadet, sonralar
Xalq Cümhuriyyətinin dördüncü hökumət kabinetində xarici işlər naziri vəzifəsini
tutmuş Məmməd Yusif Cəfərov və erməni kadeti M.M.Papacanov daxil idilər.
Xüsusi Komitə bilavasitə Müvəqqəti hökumətə tabe idi. Bu orqan mülki
işləri idarə etmək üçün təsis edildiyindən qanunvericilik hüququna malik deyildi.
Bir sıra məhdud cəhətlərinə görə Xüsusi Komitə kollektiv canişinlik təsiri
bağışlayır və hadisələrin gərginliyi fonunda batıb qalırdı. Digər tərəfdən, fevral
inqilabından ruhlanmış Zaqafqaziya xalqlarının siyasi azadlıqlara, muxtariyyətə
olan güclü meyli, habelə çoxlu milli partiya və təşkilatların fəaliyyətinin
leqallaşması, bölgəyə beynəlxalq marağın artması və digər mühüm amillər Cənubi
Qafqazın idarəçiliyini xeyli çətinləşdirmişdi.
16
Mütləqiyyətin
devrilməsi
ilə
nəticələnmiş
fevral
inqilabından
azərbaycanlılar da çox şey gözləyirdilər. XX əsrin əvvəllərindən başlayaraq milli
hərəkatda, siyasi proseslərdə fəal iştirak etmiş qabaqcıl ziyalılar rus inqilabını
sevinclə qarşıladılar. "Molla Nəsrəddin" jurnalı öz səhifələrində mütləqiyyətin
devrilməsini Azərbaycan xalqı üçün xoşbəxtlik hesab edirdi.
20
M.Ə.Rəsulzadənin
fikrincə, "1917-ci il inqilabı məhkum siniflərə hürriyyət, məhkum millətlərə də
muxtariyyət verəcəkdi".
21
İnqilab xəbərini alan kimi Bakıda müxtəlif milli qruplar,
neft sənayeçiləri ittifaqı və digər təşkilatlar şəhəri idarə etmək üçün İctimai
Təşkilatların İcraiyyə Komitəsini yaratdılar. Komitəyə sağ menşevik L.L.Biç
sədrlik edirdi. İcraiyyə Komitəsində azərbaycanlı əhalinin nümayəndələri kimi
M.H.Hacınski və M.Ə.Rəsulzadə də təmsil edilirdilər. Fevral inqilabından sonra
leqal vəziyyətə çıxan bolşeviklərin fəaliyyəti də şəhərdə genişlənməyə başladı,
lakin onlar yeni formalaşan Bakı Sovetində azlıq təşkil edirdilər. Martın 6-da 52
min fəhlə və qulluqçu tərəfindən seçilmiş Bakı Sovetinin 52 üzvündən cəmi 9
nəfəri bolşevik partiyasının üzvü idi.
22
Sovetin ilk iclasına menşevik Q.Ayolla
sədrlik etsə də, mart ayının 8-də sürgündən qayıtmış S.Şaumyan qiyabi şəkildə
Sovetin sədri seçildi. Lakin tezliklə o, öz yerini eserlərin lideri Sako Saakyana
verməli oldu.
23
Bakıda fəallaşan müsəlman milli təşkilat və cəmiyyətləri 1917-ci ilin mart
ayının 27-də şəhərdə Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsini
yaratdılar. Şuranın İcraiyyə Komitəsinə az sonra yaranan Azərbaycan Xalq
Cümhuriyyətinin ilk xarici işlər naziri, hüquqşünas Məmməd Həsən Hacınski
sədrlik edirdi. Şurada ən böyük nüfuza malik olan partiya "Müsavat" partiyası idi
və siyasi proseslərin dərinləşməsi fonunda tezliklə bu partiya Ümumazərbaycan
partiyasına çevrildi. 1917-ci ilin oktyabr ayında Bakı Sovetinə keçirilən yeni
seçkilərdə "Müsavat" 25 min seçicidən 9617 nəfərinin - yəni bütün seçicilərin 40
faizinin səsini qazanmışdı. Halbuki özləri üçün əlverişli şəraitdə keçirilən bu
seçkilərdə bolşeviklər 3823, eserlər 6305, menşeviklər 687, daşnaklar 528 seçicinin
səsini ala bilmişdilər.
24
Bakı Sovetinə keçirilən oktyabr seçkiləri qüvvələr
nisbətinin hansı siyasi partiyanın xeyrinə olduğunu nümayiş etdirdi. Bu uğurlar bir
tərəfdən müsəlman kütlələrinin siyasi proseslərə fəal cəlb edilməsi ilə bağlı idisə,
digər tərəfdən milli təşkilatların Rusiyanın ərazi muxtariyyəti prinsipi üzərində
qurulması tələbi və müsəlmanlara geniş siyasi hüquqlar verilməsi ideyasını irəli
sürmələri ilə bağlı idi.
Milli-ərazi muxtariyyət ideyası ilk dəfə Qafqaz müsəlmanlarının aprel
ayının 15-dən 20-dək keçirilən Bakı qurultayında müzakirəyə çıxarıldı. Qurultay
20
Molla Nəsrəddin, 1917, № 5
21
M.Ə. Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990, s.26.
22
Баку, 1917, 9 марта
23
Сурен Шаумян. Бакинская коммуна 1918 года//Пролетарская революция, 1926, № 12, с.71
24
Каспий, 1917, 25 октября
17
fevral inqilabının qələbəsindən sonra Nəsib bəy Usubbəyovun başçılığı ilə
Gəncədə yaranmış Türk-ədəmi mərkəziyyət və Müsavat partiyalarının milli
demokratik prosesdə qabaqcıl rol oynadığını nümayiş etdirdi. Gərgin
müzakirələrdən sonra qurultay milli məsələyə dair bu məzmunda qərar qəbul etdi:
"Federativ əsaslarla demokratik respublika Rusiya dövlət quruluşunun müsəlman
xalqlarının mənafeyini ən yaxşı təmin edən forması kimi tanınsın".
25
Bakı qurultayı milli məktəblərin dövlət tərəfindən müdafiə edilməsi, ana
dilində universitet açılması Zaqafqaziya Xüsusi Komitəsinin müsəlmanlar hesabına
genişləndirilməsi, müsəlman əhalisinin siyahıya alınması və gözlənilən təhlükə ilə
əlaqədar onun hərbi potensialının öyrənilməsinin zəruriliyini də qeyd etdi.
26
Məhəlli muxtariyyət tərəfdarı olan türkçülərlə milli mədəni muxtariyyət tərəfdarı
olan islamçılar və sosialistlər arasındakı mübahisə Bakı qurultayından 10 gün sonra
1917-ci ilin may ayının 1-də Moskvada keçirilən Ümumrusiya müsəlman
qurultayında da davam etdi. Moskva qurultayında sosialistlər məhəlli muxtariyyətə
etirazlarını onunla əlaqələndirirdilər ki, guya məhəlli muxtariyyət inqilabın
nailiyyətlərinin məhvi ilə nəticələnər, milli mədəni muxtariyyət çərçivəsində isə
Mərkəzi Rusiya hökuməti müsəlmanların hüquqlarının qorunmasının təminatçısı
olar.
May ayının 3-də qurultayda əsas məruzə ilə çıxış edən M.Ə.Rəsulzadə ərazi
muxtariyyətinin tələb edilməsinin zəruriliyini tutarlı dəlillərlə izah etdi. İslam
amilini ön plana gətirənlərə о bildirdi ki, artıq bir çox türk xalqları anlamağa
başlayıblar ki, "əvvəlcə onlar türkdürlər, sonra isə müsəlman". M.Ə.Rəsulzadə
qeyd edirdi ki, məsələni belə qoymaq lazımdır: "Millət nə deməkdir? Mən əminəm
ki, millət üçün zəruri olan amillər dil, tarixi əlaqələr, adət və ənənələrin
ümumiliyindən ibarətdir. Bəzən türk tatardan onun milliyyəti haqqında soruşduqda,
о cavab verir ki, müsəlmanam. Lakin bu səhv nöqteyi-nəzərdir. Xristian milləti
mövcud olmadığı kimi, islam milləti də mövcud deyildir. Bu böyük müsəlman
evində türkün, farsın, ərəbin ayrıca mənzili olmalıdır."
27
Uzun müddət sovet və
xarici ədəbiyyatda pantürkizmdə günahlandırılan M.Ə.Rəsulzadə qurultaydakı
məruzəsində türk xalqlarının bir-birindən xeyli dərəcədə fərqləndiyini qeyd edirdi.
Mədəni-milli muxtariyyət tərəfdarlarının güclü müqavimətinə baxmayaraq, may
ayının 7-də qurultayın 6-cı iclasındakı səsvermədə M.Ə.Rəsulzadənin məruzəsində
irəli sürülən məhəlli muxtariyyət ideyası 271 səsə qarşı 446 səslə qəbul edildi.
28
Rusiya müsəlmanlarının Moskva qurultayında məhəlli muxtariyyət ideyasının
qələbəsindən sonra məqsəd və məramları bir-birinə yaxın olan Türk-ədəmi
25
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f.970, s.l, i.18, v.3
26
Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998, s.39
27
İhsan İlgar. Rusiya'da Birinci müslüman Kongresi tutanakları. Ankara, 1990, s.164-165
28
С.М.Исхаков. Российские мусульмане и революция (весна 1917 г.- лето 1918 г.) - Москва,
2004, с. 176
18
mərkəziyyət və Müsavat partiyaları birləşməyi qərara aldılar. May-iyun aylarında
hazırlıq işləri başa çatdırıldıqdan sonra iyun ayının 20-də Bakıda keçirilən I
qurultayda hər iki partiyanın birləşdirilməsi prosesi başa çatdırıldı və birgə mərkəzi
komitə yaradıldı. "Türk-ədəmi mərkəziyyət Müsavat partiyası"nın Mərkəzi
Komitəsinə
M.Ə.Rəsulzadə,
M.H.Hacınski,
R.Vəkilov,
X.Rəfibəyov,
N.Usubbəyov, Ş.Rüstəmbəyov, A.Ağazadə və M.Axundov daxil oldular. Bununla
da qısa vaxtda Müsavat partiyası təkcə Bakıda deyil, bütün Azərbaycanda böyük
siyasi qüvvəyə çevrildi. Birləşdirici qurultaydan sonra "Türk-ədəmi mərkəziyyət
Müsavat partiyası" təcili olaraq öz nümayəndələrini Daşkəndə göndərdi. Bu
nümayəndələr Türküstanın ayrı-ayrı şəhərlərində keçirilən toplantılarda Türküstan
federalistlər partiyasının yaradılmasında mühüm rol oynadılar.
29
Siyasi partiyalara daxil olmayan nüfuzlu Azərbaycan ziyalıları da fevral
inqilabının nailiyyətlərinin qorunub saxlanmasını zəruri hesab edirdilər. Müvəqqəti
hökuməti devirməyə yönəlmiş Kornilov qiyamı baş verdikdə məşhur siyasi xadim
Əlimərdan bəу Topçubaşovun imzası ilə Cənubi Qafqazda müsəlmanların rus
inqilabına həmrəy olduğunu əks etdirən vərəqələr yayıldı. Eyni zamanda müsəlman
əhalisini siyasi proseslərə daha yaxından cəlb etmək üçün 1917-ci ilin yayında
Bakıda Müsəlman Milli Komitəsi yenidən təşkil edildi, Ə.M.Topçubaşov
Komitənin sədri seçildi. Yeni Komitənin üzvlərindən olan Fətəli xan Xoyski
Müəssislər Məclisinə seçkilərlə bağlı çağırılmış xüsusi müşavirədə iştirak etmək
üçün Petroqrada ezam olundu.
1917-ci ilin oktyabr çevrilişi xalqların milli müstəqilliyə olan ümidlərini
daha da artırdı. Bu ümidlər xeyli dərəcədə bolşeviklərin ilk günlərdə elan etdikləri
bəyannamələrdən qidalanırdı. Sülh haqqında dekret, habelə "Rusiya xalqlarının
hüquq bəyannaməsi", Rusiyanın və Şərqin müsəlman zəhmətkeşlərinə
müraciətnaməsi ilk addım kimi keçmiş imperiyaya daxil olan xalqların azad
surətdə ayrılıb öz müstəqil dövlətlərini yaratmaq üçün hüquqi təminat verirdi.
Lakin az sonra məlum oldu ki, bu sənədlər real əməli addımlardan uzaq olub, daha
çox təbliğat xarakteri daşıyır. Tanınmış sovetoloq V.Kolarzın qeyd etdiyi kimi,
"1917-ci ilin Oktyabr inqilabı rus müstəmləkəçiliyinə son qoymaq əvəzinə ona
yeni təkan verdi".
30
Bütün bunların nəticəsi olaraq fevral inqilabından sonra Rusiya
ərazisində yaranmış müxtəlif idarəçilik formaları Petroqraddakı Xalq Komissarları
Sovetini tanımayacaqlarını elan etdilər.
Petroqradda Oktyabr hadisələri baş verən gün Bakıda beş gün davam edən
Müsavat partiyasının birinci qurultayı işə başladı. Qurultay yaranmış vəziyyətdə
29
С.М.Исхаков. Российские мусульмане и революция, с. 176
30
V.Kolarz. Russia and her Colonia. London, 1953, p.7
19
Azərbaycana milli ərazi muxtariyyəti verilməsinin taktiki və strateji istiqamətlərini
müəyyən etdi.
31
M.Ə.Rəsulzadə partiya MK-nın sədri seçildi.
Noyabr ayının 11-də Tiflisdə Cənubi Qafqazda fəaliyyət göstərən siyasi
təşkilatların yığıncağı keçirildi. Gürcü menşeviklərinin rəhbəri Noy Jordaniya
geniş nitq söyləyib bildirdi ki, son yüz ildə Cənubi Qafqaz Rusiya ilə çiyin-çiyinə
olmuşdur və özünü "Rusiya dövlətinin ayrılmaz hissəsi" hesab etmişdir. İndi bizə
bədbəxtlik üz vermişdir. Rusiya ilə əlaqə kəsilmiş və Cənubi Qafqaz tək qalmışdır.
Biz ayağa qalxmalıyıq, ya özümüzü xilas etməliyik, ya da anarxiya burulğanında
məhv olmalıyıq. Sonra Jordaniya Cənubi Qafqazı fəlakətdən xilas etmək üçün
müstəqil yerli hökumət yaradılmasını təklif etdi. Qərara alındı ki, Məclisi
Müəssisan tərəfindən hakimiyyət məsələsi həll edilənə qədər regionu idarə etmək
üçün Cənubi Qafqaz komissarlığı yaradılsın. Noyabrın 15-də yeni yaradılmış
hökumətin tərkibi elan edildi. Ona gürcü menşeviki E.P.Geqeçkori sədrlik edirdi
və Cənubi Qafqazın hər üç milləti komissarlıqda təmsil edilmişdi. Daxili İşlər
Nazirliyinə A.İ.Çxenkeli, hərbi nazirliyə D.Donskoy, maarif nazirliyinə F.Xoyski,
ədliyyə nazirliyinə Ş.Alekseyev-Mesxeyev, ticarət və sənaye nazirliyinə
M.Y.Cəfərov, yollar nazirliyinə X.Məlik-Aslanov, qanunlara nəzarət nazirliyinə
X.Xasməmmədov, əkinçilik, dövlət əmlakı və dini işlər nazirliyinə A.Neruçev,
maliyyə nazirliyinə X.Korçikyan, himayəçilik nazirliyinə A.Ohancanyan, ərzaq
nazirliyinə A.Ter-Qazarov rəhbərlik edirdilər. Yeni yaradılmış hökumətdə əmək və
xarici işlər nazirliyi E.Geqeçkorinin öz səlahiyyətində idi.
32
Müvəqqəti Komitə ilə
müqayisədə Komissarlıq irəliyə, müstəqilliyə doğru daha bir addım idi. Lakin
Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün yeni hökumətin icra orqanları hələ
zəif idi. Cənubi Qafqazın üç millətinin və bölgədə fəaliyyət göstərən siyasi
partiyaların nümayəndələri Komissarlıqda təmsil olunduğu üçün müxtəlif
partiyalar öz milli fraksiyalarını yaratdılar. Noyabr ayında M.Ə.Rəsulzadənin
rəhbərliyi ilə Azərbaycan Milli Fraksiyası təsis edildi. Komissarlığın qəbul edəcəyi
qərarlar əvvəlcə fraksiyaların iclaslarında müzakirə edilir, sonra isə qəti qərar
çıxarılırdı. Müəssislər Məclisinə qədər özünü Cənubi Qafqazın Müvəqqəti
hakimiyyət orqanı elan etmiş bu hökumət Birinci dünya müharibəsi və daxili
ziddiyyətlərlə əlaqədar Cənubi Qafqazın ərazi bütövlüyünü saxlamağı xarici
siyasətin başlıca vəzifəsi kimi qarşıya qoymuşdu. Komissarlıq yarandıqdan iki
həftə sonra noyabr ayının 26-da Məclisi Müəssisana seçkilər keçirildi. Nəticədə
gürcü menşevikləri 11 yer, müsavatçılar 10, daşnaklar 9 yer, müsəlman sosialist
bloku 2 yer, bolşeviklər, eserlər və ittihadçılar hər biri 1 yer əldə etdilər.
33
Bu
Zaqafqaziya seçki dairəsində bütövlükdə 4,4 faiz səs alan bolşeviklərin sosial
31
Программные документы мусульманских политических партий. 1917-1920 гг. Оксфорд, 1985,
с. 13-15
32
Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919, с.7
33
С. Беленки и А. Манвелов. Революция 1917 года в Азербайджане. Баку, 1927, с.219
20
bazasının olmamasının əyani təsdiqi idi.
34
Seçkilərin gedişində aydın oldu ki,
Azərbaycan türklərinin böyük əksəriyyəti Müsavatın uğrunda mübarizə apardığı
ərazi muxtariyyəti ideyasını müdafiə edirlər.
Oktyabr hadisələri Qərb dövlətlərinin Cənubi Qafqaza olan marağını artırdı.
Bolşeviklərin döyüşən ölkələrə sülh dekreti ilə müraciət etməsi Antanta tərəfindən
Qafqaz cəbhəsinə diqqəti artırmağı tələb edirdi. Böyük dövlətlərin Cənubi
Qafqazda olan nümayəndələri ABŞ konsulu Smit, ingilis generalı Şor, fransız
polkovniki Şardinyi və digərləri bölgədə gedən prosesləri diqqətlə izləyir və öz
ölkələrinə mütəmadi məlumatlar göndərirdilər. Tiflisdəki ABŞ konsulu Dövlət
Departamentinə vurduğu teleqramda xatırladırdı ki, Cənubi Qafqazın yerli
əhalisinin əksəriyyəti və ordu, bolşeviklərin ardınca getməkdən imtina etmişlər.
Smit sözünə davam edərək bildirirdi: "Müttəfiqlərin mənafeyinə uyğun
göstərilməsi zəruri olan maliyyə yardımını almadan onların beş gündən artıq
dözəcəyinə mən şübhə edirəm".
35
Vaşinqtona göndərdiyi məktubda Smit Cənubi
Qafqaz Komissarlığını de-fakto tanımağı və bolşevizmə qarşı mübarizə məqsədilə
Tiflisə 10 milyon dollar göndərməyi təklif edirdi.
36
Doqquz gün sonra vurduğu ikinci teleqramda o, Bakının bolşeviklərin
əlində olduğunu göstərməklə bərabər, Cənubi Qafqazın əhalisinin əksəriyyətinin
bolşevikləri və onların rəhbərlərini tanımaq istəmədiklərini, separat sülhə tərəfdar
olmadıqlarını yazırdı. Lakin ABŞ hökuməti Rusiyanın parçalanmasından ehtiyat
edərək, Cənubi Qafqaz Komissarlığına maliyyə yardımı göstərməyi lazım bilmədi
və dövlət katibi Robert Lansinqin tapşırığı üzrə Smitə məlumat verildi ki,
Rusiyadakı hadisələr aydınlaşmayınca Cənubi Qafqaz hökumətini tanımaq üçün
Amerika konsuluna vəkalət verilmir. ABŞ-ın əksinə olaraq Fransa, İngiltərə və
İtaliya rəhbərləri Cənubi Qafqazdakı hərəkatı müdafiə etməyi mümkün hesab
edirdilər. Bu, daha çox alman-türk qoşunlarının Bakıya girə biləcəyi ehtimalının
doğurduğu təşvişdən irəli gəlirdi. Almaniya-Avstriya ordusu yanacaqla təchiz
olunsaydı, bu, Qərb cəbhəsində müttəfiqlərin vəziyyətini ağırlaşdırardı.
37
Cənubi Qafqaz Komissarlığının xarici siyasətinə münasibətdə ilk gündən
milli fraksiyalar arasında fikir ayrılığı mövcud idi və bu fikir ayrılığı sonralar daha
da dərinləşdi. Müsəlman fraksiyası ayrı-ayrı dövlətlərlə əlaqə məsələsində
hökumətin tam müstəqilliyini elan edən Bəyannamə qəbul edilməsini zəruri hesab
edirdi. Gürcü fraksiyası yalnız bir sıra daxili məsələlərin həll edilməsi ilə
34
Л.М.Спирин. Итоги выборов во Всероссийское Учредительное Собрание в 1917 г. //История
СССР, 1988, № 2, с.96
35
Papers relating to the Foreign Relations of the United States, 1918, Russia, vol. II Washington, 1932,
p.581
36
Е.Токаржевский. Из истории иностранных интервенций и гражданской войны в Азербайджане.
Баку, 1957, с.39
37
W.E.D. Allen and Paul Muratof. Caucasian Battlefields: A History of the Wars and Turco-Caucasian
Border (1828-1921). Cambridge, 1953, p.458
21
kifayətlənməyi lazım bilirdi. Erməni milli fraksiyasının isə nə müstəqilliyin elan
edilməsi, nə də sülh məsələsində yekdil fikri yox idi.
Cənubi Qafqaz Komissarlığının yaranması ilə Qafqaz cəbhəsində olan rus
ordusu ağır vəziyyətdə qaldığından Türkiyə ilə müharibənin davam etdirilməsinin
qeyri-mümkünlüyü artıq heç kəsdə şübhə oyatmırdı.
38
Rus ordusunun iflic
vəziyyətə düşdüyü bir vaxtda Komissarlığın ordusu demək olar ki, mövcud deyildi.
Digər tərəfdən, Sovet Rusiyasının Mərkəz ölkələri ilə atəşi dayandırmaq haqqında
razılığa gəlməsi Qafqazda da hərbi əməliyyatları dayandırmaq üçün zəmin
yaradırdı. Komissarlıqdakı fraksiyalara gəldikdə isə, müsəlman fraksiyası Türkiyə
ilə vuruşmağın əleyhinə idi. Gürcülər sazişə gəlməyi təhlükəli hesab etmirdilər.
Ermənilər müharibənin əvvəllərində Türkiyədə milli qırğın törətdiklərinə görə pis
vəziyyətə düşəcəklərindən ehtiyat edirdilər.
39
Ümumilikdə isə, Komissarlığın
Türkiyə ilə danışıqlara başlamaq qərarına gəlməsi onun ilk mühüm müstəqil xarici
siyasət addımı kimi qiymətləndirilməlidir.
1917-ci ilin noyabr ayının axırlarında Ənvər paşanın göstərişi ilə Qafqaz
cəbhəsi üçüncü türk ordusunun komandanı Mehmed Vehib paşa barışıq
bağlanması ilə əlaqədar Qafqaz cəbhəsinin komandanı general Prjevalskiyə
müraciət etdi. Cənubi Qafqaz Komissarlığı Prjevalskinin təklifini müzakirə edərək
Antantanı qıcıqlandırmamaq üçün türk qoşunlarının heç bir yerdəyişmə
aparmayacağı təqdirdə atəşin dayandırılması barədə barışıq bağlanmasına razı
olduğunu bildirdi.
40
Noyabr ayının 21-də general Prjevalski Komissarlığın qərarı
haqqında türk komandanlığına məlumat verdi. Bir neçə gündən sonra A.Smirnov,
V.Tevzaya, general Vışinski və daşnak A.Camalyandan ibarət kiçik nümayəndə
heyəti Ərzincana gəldi və dekabr ayının 5-də (18-də) on dörd maddədən ibarət
barışıq imzalandı.
41
Barışığın şərtlərinə görə, onun maddələrı sülh müqaviləsi
bağlanana qədər tərəflərin hər biri üçün məcburi idi. Müqaviləni pozan tərəflərdən
biri hərbi əməliyyata başlamağı 14 gün əvvəldən bildirməli idi. Əks təqdirdə,
barışıq müqaviləsi ümumi sülh müqaviləsi bağlananadək qüvvədə qalmalıydı.
Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli idi.
Tərəflər öz ordularının strateji yerdəyişməsinə yol verməməli idilər və xüsusən
türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmamalı idi.
Barışıq müqaviləsində qeyd olunurdu ki, Rusiya Respublikası ilə Mərkəz
ölkələri arasında ümumi barışıq sazişi imzalanacağı təqdirdə onun maddələri
Qafqaz cəbhəsi üçün də məcburi olmalıdır. Həmçinin Qara dənizdə də vuruşan
ölkələrin hərbi gəmiləri arasında hərbi əməliyyatlar dayandırılırdı. Barışıq
38
З.Авалов. Независимость Грузии в международной политике (1918-1921). Париж, 1924, с.30
39
Жорж де Малевил. Армянская трагедия 1915 года. Баку, 1990, с.66-98
40
Документы и материалы по внешней политике Закавказья, с. 11-12
41
A.Nimet Kurat. Türkiye ve Rusiya. Ankara, 1990, s.332-333
22
müqaviləsinə əlavə olaraq Ərzincanda elə həmin gün demarkasiya xətti haqqında
akt imzalandı.
42
Göründüyü kimi, "Ərzincan barışığı" Petroqrad hökuməti ilə deyil, Cənubi
Qafqaz Komissarlığı ilə imzalanmışdı və bununla da dolayısı ilə Osmanlı Baş
Komandanlığı Cənubi Qafqaz Komissarlığını hökumət kimi tanımış olurdu.
43
Ərzincanda barışıq müqaviləsi imzalanmaqla Qafqaz cəbhəsində rus
qoşunları geri çəkilməyə başladı. Əslində isə Rusiya üçün bu cəbhə dağıldı. Qafqaz
cəbhəsi qərargahının komissarı D.Donskoy qərara aldı ki, ordunu milli zəmində
təşkil etsin. Buraya gürcü, erməni, azərbaycanlı, ukraynalı, rus milli korpusları
daxil olmalı idi. Cənubi Qafqaz Komissarlığı rus ordusunun Qafqazda qalmasından
ehtiyat edirdi, dağılma və pozğunluq həddinə çatmış ordu bolşevik təbliğatının
təsirinə düşüb Komissarlıq üçün təhlükə törədə bilərdi. Bolşevik təbliğatçıları
Qafqaz cəbhəsində ordu içərisində əsgərləri zabitlərə qarşı qoyur və bildirirdilər ki,
inqilab dərinləşmədən xalq nə sülh, nə torpaq, nə də çörək əldə edəcəkdir.
44
Qafqaz
ordusunun II qurultayında yeni ordu dairə sovetləri seçildi ki, ora 52 bolşevik düşə
bildi. Hətta sonralar Bakı Kommunasında hərbi komissar işləmiş Q.Korqanov
Sovetin sədri seçildi. Ordunun bolşevikləşməsi ciddi narahatçılıq doğururdu. Ona
görə də hökumət 1917-ci il dekabrın 19-da Qafqazda olan rus ordusunun tərxis
olunması haqqında əmr verdi və həmin əmrə, əsasən, Qafqazdan olan hərbi hissələr
yalnız milli korpuslar halında saxlanılırdı. İlk addım kimi Qafqaz cəbhəsi baş
komandanlığının 26 dekabr əmrinə əsasən, tərkibində üç piyada diviziyası, bir atlı
briqadası və bir neçə ərazi polkları olan erməni ordu kоrpusu yaradıldı. Lakin az
sonra bu kоrpuslar Cənubi Qafqazda və Şərqi Anadoluda müsəlman əhalisinə
divan tutan başıpozuq dəstələrə çevrildi. Əslində milli korpusların təcili
yaradılması cəbhədən qayıdan rus əsgərlərinin yerli əhaliyə qarşı törətdiyi terror və
soyğunçuluqla da bağlı idi. Ordunun milli zəmində yaradılması Komissarlığa daxil
olan millətlərin Hərbi Şurasının yaradılması ilə nəticələndi. Hərbi Şura hökumət
strukturunda yeganə orqan idi ki, cəbhədən qayıdarkən fərarilik edən rus
ordusunun soyğunçuluğunun qarşısını almağa cəhd göstərirdi.
Erməni və gürcü milli korpuslarının yaradılması bir qədər asanlıqla oldu,
çünki Qafqaz cəbhəsində rus ordusunun tərkibində onlar könüllü hərbi dəstələr adı
ilə fəaliyyət göstərirdilər. Ordunun özəyini təşkil edən zabit heyətini də qısa
müddətdə yaratmaq mümkün idi. Lakin erməni və gürcü milli korpusları türklərdən
müdafiə olunmaq zərurətindən yaranmışdısa da, çox vaxt daxili milli
münaqişələrdə iştirak edirdilər. Xüsusilə yarandığı gündən etibarən rəhbərliyi
avantürist və qatı millətçi dairələrin əlində olan erməni hərbi hissələri bölgədə
azərbaycanlılara qarşı terror əməliyyatlarına başladılar. Həmin dövrdə yaranmış
42
Документы внешней политики СССР. Т.1, Москва, 1957, с.53-57
43
Kemal Öke. Ermeni meselesi. İstanbul, 1986, s.158
44
Г.В. Хачапуридзе. Борьба грузинского народа за установление Советской власти. М., 1956,
с.78
23
belə dəstələrdən biri müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklərə görə ad
çıxarmış qaniçən Andronikin dəstəsi idi.
45
Bu təhlükəni Azərbaycanın qabaqcıl siyasi xadimləri artıq 1917-ci ilin
əvvəllərində hiss edirdilər və ona görə də Fevral inqilabından sonra onlar
Müvəqqəti hökumətə müraciət edərək milli ordunun yaradılmasına icazə istədilər.
Lakin müsbət cavab almadılar. 1917-ci ilin payızında baş verən məlum
hadisələrdən sonra Müsəlman milli fraksiyası milli ordunun yaradılması
istiqamətində əhəmiyyətli addımlar atdı. Milli fraksiyanın təşəbbüsü ilə Gəncədə,
Bakıda, Lənkəranda və Tiflisdə Azərbaycanın qabaqcıl aydınlarının iştirakı ilə
müsəlman hərbçilərinin yığıncaqları keçirildi. Hərbi hissələrin yaradılması böyük
çətinliklərlə qarşılaşdı. Ordunu yaratmaq üçün zəruri olan zabit heyəti çatışmırdı,
silah və hərbi sursat isə yox dərəcəsində idi. Azərbaycan milli hərbi korpusunun
əsasını Petroqraddan köçürülən əfsanəvi "müsəlman diviziya"sının tatar süvari
polku təşkil edirdi. Lakin inqilab və qarışıqlıq bu diviziyadan da yan keçməmişdi,
çoxlu sayda istedadlı hərbçilər tatar süvari polkunu tərk etmişdilər. General Əliağa
Şıxlinski ümumi komandanlığı öz üzərinə götürdü. Qafqaz cəbhəsindən tərxis
olunan zabitlər, ilk növbədə isə müsəlmanlar milli hərbi birləşmələrə götürülürdü,
1917-ci ilin payızında Bakıda kadet məktəbində yerli zabit kadrlarının
hazırlanması işinə də başlanıldı. Çətinlik bir də onunla bağlı idi ki, erməni və
gürcülərdən fərqli olaraq, Azərbaycanın əsas sənaye şəhəri olan Bakı 1917-ci ilin
payızından etibarən bolşeviklərin nəzarəti altında olduğundan bolşeviklər milli
hərbi hissələrin yaradılmasına güclü müqavimət göstərir, ordunu sinfi əsasda
yaratmaq adı altında özlərinə yaxın olan silahlı qüvvələri orduya cəlb edirdilər.
Bu məsələdə Cənubi Qafqazın xristian əhalisinin üstünlüyü həm də onda idi
ki, Tiflisdə olan Antanta ölkələrinin konsulları və hərbi nümayəndələri erməni,
gürcü hərbi hissələrinin yaradılmasında maraqlı idilər və bu işdə onlara yardım
göstərirdilər. Bu yardımın göstərilməsində başlıca məqsəd türk ordusunu Qafqaz
cəbhəsində
saxlamaq, onun Mesopotamiyadakı ingilis ordusuna qarşı
toplanmasının qarşısını almaq idi. Əsl həqiqətdə Cənubi Qafqazda milli
korpusların yaradılması ideyası ingilislərdən gəlirdi. Onlar belə hesab edirdilər ki,
ermənilərdən, gürcülərdən və rus ordularının tör-töküntülərindən yaradılan milli
hissələr vasitəsi ilə alman-türk blokunun Bakıya doğru irəliləməsinin qarşısını
almaq olar. Milli korpusların yaradılması vəzifəsi Tiflisdə olan Britaniya
missiyasının başçısı briqada generalı Offli Şor üzərinə qoyulmuşdu. Qafqazda
gedən prosesləri yaxından izləmək üçün Bakıda yeddi ilə yaxın vitse-konsul
işləmiş, Forin Ofisin Britaniya Kəşfiyyat Xidmətinin fəaliyyətdə olan keçmiş
əməkdaşı Ronald Makdonell Tehrandan Tiflisə göndərilmişdi. Az sonra digər
xüsusi xidmət əməkdaşı, rus və fars dillərini yaxşı bilən kapitan Edvard Hoel də
ona qoşuldu. R.Makdonell özü də yerli adətləri və dilləri çox yaxşı bilirdi.
45
Rusiya Dövlət Ən Yeni Tarix Arxivi (RDƏYTA), f.5, s.33, i.221, v.37
24
1917-ci ilin oktyabrında R.Makdonell ilk olaraq aydınlaşdırdı ki, rus
ordusunun böyük bir hissəsi artıq Qafqaz cəbhəsini tərk edib. Rus ordusunun
tərkibində olmuş erməni hissələri isə hələ ki, cəbhə xəttində qalmaqda idilər. Bu
vəziyyətdə britaniyalılar belə qərara gəldilər ki, erməni, assuriya, rus, yunan və
digər millətlərin nümayəndələrindən ibarət bir diviziya yaradıb türklərin cəbhədə
irəliləməsinin qarşısını alsınlar. R.Mak-donellin etirafına görə gürcülərə ümid yox
idi. Belə ki, onların piyada qüvvələri bolşevik meylli idi, atlı dəstələri isə öz
ərazilərini qoruyacaqlarını bildirmişdilər. Maddi cəhətdən bu hissələri müdafiə
etmək üçün maliyyə vəsaiti ayırmaq və həmin vəsaiti Rusiya Baş qərargahı
vasitəsilə çatdırmaq haqqında qərar qəbul edildi. Britaniyalılar ona görə belə
edirdilər ki, kömək göstərilən millətlər "ingilis yardımı" haqqında əlavə söz-söhbət
yaratmasınlar və bu yardımın müstəsna qaydada onlara göstərildiyini öz
maraqlarına uyğun yaymasınlar. Lakin R.Makdonellin etiraf etdiyi kimi, ermənilər
bu məsələni öz maraqlarına uyğun şəkildə yaya bildilər və belə təəssürat yaratdılar
ki, britaniyalılar müstəsna qaydada erməniləri müdafiə edirlər. Erməni diviziyaları
Qafqaz cəbhəsində olduqları üçün onlar Rusiya Baş qərargahı vasitəsi ilə 1 milyon
rubl həcmində Britaniya yardımını aldılar, 200 min rubl isə rus könüllüləri əldə
etdilər. Bundan əlavə, Tiflis hökumətinə də 4 milyon rubl həcmində borc ayrıldı.
Eb bu zaman Britaniya Xarici İşlər Nazirliyinin təlimatına uyğun ingilis konsulu
Stivens bəyan etdi ki, "Britaniya hökuməti bütün mümkün vasitələrlə ermənilərə
yardım göstərmək niyyətindədir". Bununla bağlı R.Makdonell yazırdı ki, ermənilər
bizdən yardım alan yeganə qüvvə idi və onlar böyük məharətlə bundan Qafqazın,
xüsusilə Bakının və Yelizavetpolun müsəlman əhalisinə qarşı təbliğati məqsədlər
üçün istifadə edirdilər.
46
Britaniyalılar ermənilərin onlar üçün yaratdığı yeni problemləri çox tez
anladılar. Bununla bağlı R.Makdonell yazırdı: "Mənim Tiflisə gəlişim zamanı
ermənilər və sadə adamların bir hissəsi belə düşünürdü ki, Britaniya missiyası
ermənilərə kömək üçün yaradılıb və onlar bunu böyük uğur kimi təqdim edirdilər
və bununla da müsəlmanlar arasında bizim haqqımızda yayılmış acı təəssüratları
daha da ağırlaşdırır, onlarla dil tapmağı qeyri-mümkün edirdilər".
47
Bunu nəzərə
alaraq Yaxın Şərqdə, xüsusilə müsəlmanlar arasında böyük iş təcrübəsi və strateji
planları olan ingilislər Azərbaycan məsələsinə ehtiyatla yanaşmağa başladılar.
E.Noel 1917-ci ilin dekabrında Tehrandakı Britaniya nümayəndəsi Koksa yazırdı
ki, ingilislər loyal Azərbaycan müsəlmanlarının Hindistan və Mesopotamiya
müsəlmanları ilə birlikdə vahid blok yaradıb, Türkiyə və İranda almanpərəst
qruplara qarşı qoyulması haqqında fikirləşməlidirlər. Onun fikrincə, əgər ingilislər
buna nail olsaydılar, bu halda İranın Azərbaycan vilayətinin əhalisi Qafqaz
46
Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri. Elmi redaktoru və ön sözün
müəllifi Y.Mahmudov, tərtib edəni N.Makevell. Bakı, 2009, s.68
47
Yenə orada, s.69
25
Federasiyasına birləşməyi arzulayardılar və İranın asılılığından qurtarardılar. Bu,
İran məsələsinin həllində güclü vasitə ola bilərdi".
48
İran Azərbaycanının muxtariyyəti və tədricən onun Cənubi Qafqaza
birləşməsi ideyası diplomatik yazışmalarda hələ 1908-1909-cu illərdə meydana
çıxmışdı. Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili V.F.Minorski Müvəqqəti
hökumətin xarici işlər naziri P.N.Milyukova və sonra bu vəzifədə onu əvəz edən
M.İ.Tereşenkoya yazdığı məktublarda qeyd edirdi ki, "Azərbaycanın muxtariyyəti"
artıq Rusiyada keçirilən müsəlman qurultaylarında və geniş yayılan şayiələrə görə,
eyni zamanda Təbrizdə dəfələrlə xatırladılmışdır. Belə siyasi meyllərin hansı
nəticələri ola bilər? V.F.Minorskinin fikrincə, Azərbaycan türklərinin özü üçün
birləşmənin və özünüidarənin faydaları aydındır. İran dövlət orqanizminin
içərisində bu milli qrup ən möhkəm və sağlam qüvvədir. Rusiya üçün isə
Azərbaycanın ayrılması (İrandan-C.H.) onun Cənubi Qafqazla daha sıx
yaxınlaşması demək olardı.
49
1917-ci ilin axırlarında Qafqaz cəbhəsindən tərxis olunan rus ordusunun
vətənə dönməsi ciddi bir problemə çevrilmişdi. Geri qayıdan silahlı rus əsgərləri
aclıq və səfalət içində olduğu üçün keçdiyi ərazilərdə talançılıqla məşğul olurdu.
Cənubi Qafqaz Komissarlığı bu başıpozuq qüvvəni Tiflisə buraxmadı və rus
əsgərlərinin Tiflisə daxil olmadan Qarayazı stansiyasından yola salınması barədə
göstəriş verdi. 1918-ci ilin yanvarında Şamxor stansiyasında rus əsgərləri ilə
hökumət qüvvələri arasında ağır nəticələr verən qanlı toqquşma baş verdi.
S.Şaumyan yanvar ayının 9-12 arasında baş verən hadisələri Müsavatın əksinqilabi
fəaliyyəti ilə əlaqələndirməyə cəhd göstərirdi.
50
Halbuki məsələ heç də belə
deyildi. Bakıya doğru hərəkət edən rus ordusunun bolşeviklərə xidmət edəcəyi və
ən azı öz silah və hərbi sursatlarını bolşeviklərə verəcəyini nəzərə alıb, Cənubi
Qafqaz Komissarlığı onların tərksilah edilməsini zəruri bildi. Komissarlığın milli
hərbi şurası Cənubi Qafqazda olan silahın və hərbi sursatın burada qalmasını zəruri
bilib, rus əsgərlərinin tərksilah edilməsi haqqında qərar qəbul etdi. Ordunun
qayıtmasından ən çox ziyan çəkən Azərbaycan əhalisi idi. V.Stankeviç özünün
"Rusiya xalqlarının taleyi" əsərində bu hadisəyə obyektiv yanaşaraq qeyd edir ki,
"qəzəblənmiş və dağılmış rus ordusu cəbhədən qayıdan zaman əsasən müsəlman
əhalisini soyur və talayırdılar. Məlumatlara əsasən, bu əməliyyat zamanı 200
müsəlman kəndi dağıdılmışdı." İyirmi ilə qədər Bakıda yaşamış rus kadeti
B.Baykov Berlində 1922-ci ildə nəşr olunmuş xatirələrində qeyd edir ki,
"Müsəlman kəndlərindən başqa digər millətlərin yaşadığı heç bir yaşayış
məntəqəsinə toxunulmamışdı."
51
Belə bir vəziyyətdə daxili işlər naziri N.Ramişvili
əmr verdi ki, rus əsgərlərini Şamxor stansiyasında saxlasınlar. Bundan əlavə, 1918-
48
Yenə orada, s.69
49
С.М.Алиев. История Ирана. XX век. Москва, 2004, с.90-91
50
В. Станкевич. Судьба народов России. Берлин, 1921, с.245
51
Б. Байков. Воспоминания о революции в Закавказье 1917-1920 гг. Берлин, 1922, с.114
26
ci ilin yanvar ayının 6-da N.Jordaniyanın cəbhədən geri qayıdan rus əsgərlərinin
tərksilah edilməsi barədə yerlərə məktubu var idi.
52
Cənubi Qafqaz hökumətinin
qərarı ilə Şamxor stansiyasında rus əsgərlərinin tərksilah edilməsi işi rotmistr
Abxazova həvalə edildi. Əsgərlər silahı verməkdən imtina etdikdə tərəflər arasında
toqquşma baş verdi ki, hər iki tərəfdən ölənlər və yaralananlar oldu. Bu hadisələrdə
azərbaycanlılar fəal iştirak edirdilər. Çünki qeyd olunduğu kimi, rus əsgərlərinin
qayıtmasından ən çox ziyan çəkən azərbaycanlılar idi. Hökumətin əmrinin yerinə
yetirilməsində erməni və gürcülərlə yanaşı, azərbaycanlıların da iştirakına təbii
baxılmalıdır, onlar külli miqdarda silahın müsəlmanların milli mənafeyi və
muxtariyyəti üçün ciddi təhlükə törədən Bakı Sovetinin timsalında bütün
Azərbaycana sahib durmaq niyyətində olan bolşeviklərin əlinə keçməsini
istəmirdilər. Digər tərəfdən, qonşularının silahlandığı bir şəraitdə müdafiə olunmaq
üçün onlar da silahlanmaq istəyirdilər. Bu məsələ ilə bağlı ayrı-seçkilik etdiyinə
görə, azərbaycanlılar komissarlığın siyasətindən narazı idilər. A.Səfikürdski qeyd
edirdi ki, "Cənubi Qafqazda kiçik qardaşlar olan ermənilər və gürcülər
silahlandırıldıqları halda, böyük qardaş olan müsəlmanlara silah verilmədi".
53
Gəncədə olan Azərbaycanın tanınmış siyasi xadimləri ata-oğul Ələkbər və Xudadat
bəу Rəfibəyovlar, Ş.Rüstəmbəyov, A.Səfikürdski Şamxor toqquşmasının
dayandırılmasında mühüm rol oynadılar. Tanınmış cərrah Xudadat bəу Rəfibəyov
yaralı rus əsgərlərinin müalicə edilməsi işini öz üzərinə götürdü. Qırğının qarşısını
almaq məqsədi ilə yuxarıda adları çəkilən şəxslərlə stansiyada olan rus ordusu
rəhbərliyi arasında yanvarın 11-də danışıqlar aparıldı. Bundan əlavə, münaqişənin
dayandırılmasında Cənubi Qafqaz seyminin üzvləri Xan Xoyskinin,
X.Xasməmmədovun və X.Məlik-Aslanovun müsəlman əhalisinə müraciət
imzalamalarının böyük əhəmiyyəti oldu. Dəmir yolu ətrafına toplanmış 10 minə
yaxın adamın ehtirasını soyutmaq üçün tərəflər arasında protokol imzalandı.
Nəzərə almaq lazımdır ki, münaqişə zamanı azərbaycanlı əhali içərisindən xeyli
ölənlər var idi. Protokola əsasən, yaxın vaxtlarda Tiflisdən bir hərbi batareyanın
silah və sursatını müsəlman korpusuna verməyi eşalonun rəhbərliyi öz üzərinə
götürdü.
54
Eşalonun rəhbərliyi ilə danışıqlar zamanı A.Səfikürdski bildirdi ki,
ordunun tərksilah edilməsi haqqında N.Jordaniyanın teleqramı vardır.
55
Şamxor və
ona yaxın dəmir yolu stansiyalarında ordunun tərksilah edilməsi əməliyyatına
bütövlükdə gürcü polkovniki, knyaz L.Maqalov rəhbərlik edirdi. Az sonra Tiflisdə
keçirilən Diyar Sovetinin sessiyasında Şamxor hadisələrinin törədilməsində
N.Ramişvili günahlandırıldı. Şamxor hadisələrində nə qədər rus əsgər və zabiti
həlak olub? Bu rəqəm haqqında müxtəlif fərziyyələr mövcuddur. Və elə həmin
52
С.Е.Сеф. Борьба за Октябрь в Закавказье. Тифлис, 1932, с.74
53
Cənubi Qafqaz dəmir yolunun Ağstafa-Hacıqabul sahəsində 9-13 yanvar 1918-ci ildə baş vermiş
hadisələrin təsviri. Yanvar, 19187/ARDA, f.970, s.I, i.86, v.22
54
Yenə orada, v.26-27
55
Yenə orada, v.22
27
dövrdə Bakıda bolşeviklər bu hadisədən müsəlmanlara divan tutmaq məqsədi ilə
istifadə etmək istədikləri üçün ölənlərin və yaralananların sayını süni surətdə
şişirdirdilər.
İlk dəfə bu barədə çıxış edən S.Şaumyan Şamxor hadisələri zamanı bir neçə
min əsgərin öldüyünü və yaralandığını bildirdi.
56
Sonralar, 20-ci illərdən 80-ci
illərin axırlarına qədər Sovet tarixçiləri, əsasən, S.Şaumyanın və "Бакински
рабочи» qəzetinin məlumatlarına istinad edirdilər. A.Stavrovskinin 1925-ci ildə
nəşr edilən kitabında 2000-ə qədər əsgərin öldürüldüyü iddia edilirdi. 50-ci illərdən
başlayaraq Azərbaycan sovet tarixçiləri Şamxorda mindən artıq əsgərin
öldürüldüyünü göstərirdilər. Xarici müəlliflərdən Tadeuş Svyatoxovski və Brain
Kollins Azərbaycanda çıxan ədəbiyyata əsaslanaraq "mindən artıq" rəqəmini,
57
Firuz Kazımzadə bir neçə yüz
58
Ronald Qriqor Syuni min nəfərin öldürüldüyünü
yazır.
59
Lakin həmin eşalonla birlikdə Ümumqafqaz diyar ərzaq komitəsinin
iclasına gedən, bir çox xalqların (o cümlədən rusların) nümayəndələrindən ibarət
olan bir heyət, eşalon rəhbərliyinin iştirakı ilə bilavasitə şahidi olduqları hadisələr
barəsində "1918-ci il yanvar ayının 9-13-də Cənubi Qafqaz dəmir yolunun
Ağstafa-Hacıqabul sahəsində baş vermiş hadisələrin təsviri" adlı sənəd tərtib
ediblər. Orada göstərilir ki, Bakıya çatan kimi nümayəndəlik qərara aldı ki, fəhlə
və əsgər deputatları sovetində və şəhər Dumasında yolda baş vermiş hadisələr
barədə məruzə ilə çıxış etsinlər. Belə bir məruzə ona görə zəruri idi ki, şəhərdə baş
vermiş hadisələr barədə yalan şayiələr dolaşırdı.
60
Əsl həqiqətdə isə baş vermiş
münaqişə zamanı eşalonun sərnişinlərindən 53 nəfər ölmüş, 212 nəfər isə
yaralanmışdı".
61
Şamxor hadisələri ətrafında Bakı Sovetinin güclü təbliğat kampaniyası
qaldırması bir sıra amillərlə bağlı idi. Birincisi, Cənubi Qafqaz hökumətini bu işdə
ittiham edib, regionun sovetləşməsi üçün ictimai rəyi hazırlamaq. İkincisi,
cəbhədən qayıdan rus ordusunun yerli əhaliyə qarşı qəzəbini coşdurub onun Bakı
Sovetinin xidmətinə keçməsinə nail olmaq və həmin silahlı qüvvə ilə Azərbaycanın
sovetləşməsi adı altında onun ələ keçirilməsini başa çatdırmaq. Üçüncüsü isə, bu
hadisədən istifadə edib müsəlman əhalisini tərksilah etmək və Bakıda "əksinqilaba
qarşı mübarizə" adı ilə müsəlman qırğını törətmək, bununla da şəhəri müsəlman
"əksinqilabından" təmizləmək. B.Baykov sonuncu fikirlə bağlı yazır ki, hərbi
hissələrdən biri öz ölən yoldaşlarını gətirib Bakı qəbristanlığında dəfn etdilər. Dəfn
mərasimini sosialist təşkilatları böyük hay-küylə keçirdilər və azərbaycanlı
56
С.Г. Шаумян. Статьи и речи 1917-1918 гг. Баку, 1929, с.99
57
T.Swietochowski and B.Collins. Historical Dictionary of Azerbaijan. The Scarecrow Press, Inc,
Lanham, Maryland and London, 1999, p.116
58
F.Kazemzadeh. The Struggle for Transcaucasia (1917-1921). New York, 1951, p.
59
R.G.Suny. The Baku Commune, 1917-1918. Princeton, 1972, p.199
60
Cənubi Qafqaz dəmir yolunun Ağstafa-Hacıqabul sahəsində 9-13 yanvar 1918-ci ildə baş vermiş
hadisələrin təsviri. Yanvar, 1918. //ARDA, f.970, s.1, i.86, v.25
61
Yenə orada, v.26
28
əhalisində bu, qorxunc təəssürat yaratdı. Şəhərin azərbaycanlılar yaşayan
hissəsində həyəcan gözlənilirdi, lakin xoşbəxtlikdən bu, baş vermədi. Şəhərdə
əhvali-ruhiyyə son dərəcə gərgin idi, azərbaycanlıların qırğını gözlənilirdi.
62
Şamxor hadisələri ətrafında qaldırılan təbliğat kampaniyası müsavatçılarla
bolşeviklər arasındakı ziddiyyətləri daha da dərinləşdirdi. Müsavatın Azərbaycan
muxtariyyəti uğrunda mübarizəsinin genişlənməsi, S.Şaumyan başda olmaqla,
bolşevikləri narahat etməyə başlamışdı. "Бакински рабочи" qəzeti bu barədə
yazırdı: "Azərbaycanın muxtariyyəti türk burjuaziyasının muxtariyyətidir. Bu
muxtariyyətlə nə Rusiya burjuaziyası, nə də Rusiya demokratiyası razıdır.
Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə xarabazar alacaqlar".
63
Azərbaycan muxtariyyətinə qarşı mübarizə aparan S.Şaumyan Rusiya XKS
tərəfindən Qafqaza fövqəladə komissar təyin edildikdə, "Türkiyə Ermənistanı"nın
muxtariyyəti haqqında Xalq Komissarları Sovetinin İ.Stalin tərəfindən hazırlanmış
29 dekabr 1917-ci il tarixli dekretinin icrası ona tapşırılmışdı. Dekretdə deyilirdi
ki, Xalq Komissarları Soveti rus ordusu tərəfindən işğal edilmiş "Türkiyə
Ermənistanı"nda erməni xalqının tam istiqlaliyyətini elan etməklə, təyini
müqəddərat haqqını müdafiə etdiyini bütün erməni xalqına bildirir. Dekretdə rus
ordusu çıxdıqdan sonra "Türkiуə Ermənistanı" əhalisinin və onların əmlakının
təhlükəsizliyi üçün erməni milis dəstələrinin yaradılması, "Türkiyə
Ermənistanı"ndan mühacirət etmiş ermənilərin maneəsiz ora qaytarılması,
demokratik yolla seçilən erməni xalq deputatlar şurasının müvəqqəti idarəçiliyinin
yaradılması kimi məsələlər öz əksini tapmışdı. Dekretdə Qafqazın fövqəladə
komissarı S.Şaumyana həvalə edilirdi ki, bu bəndlərin həyata keçirilməsində
"Türkiyə Ermənistanı" əhalisinə hər cür yardım göstərsin.
64
Cənubi Qafqaz xalqları
arasında milli ziddiyyətlərin güclənməsində, hadisələrin millətlərarası qırğına
gətirilib çıxarılmasında bu dekretin acı nəticələri oldu. Bu dekretlə bolşeviklər
"ermənilərin hamisi" olduqlarını və bununla da çar Rusiyasının siyasətini təkrar
etdiklərini göstərdilər.
65
Eyni zamanda son yüzillikdə Rusiya tarixində 29 dekabr
(11 yanvar) dekreti "Böyük Ermənistan" yaratmağa rəvac verən ilk rəsmi sənəd idi.
Lakin bu dekretin arxasında daha böyük məqsədlər dururdu. 29 dekabr dekreti ilə
türk torpaqlarında erməni çoxluğu yaratmaq, referendum yolu ilə rus himayəsi
altında oyuncaq bir erməni dövləti qurmaq, gələcəkdə bu yolla türk torpaqlarını
bolşevik Rusiyasına ilhaq etmək nəzərdə tutulurdu. Lakin Cənubi Qafqazdakı real
vəziyyət heç də bu dekreti həyata keçirmək üçün əlverişli deyildi. İki aydan sonra
Sovet Rusiyasının xarici işlər komissarının müavini L.Karaxan Brest-Litovskdan
vurduğu teleqramla Qars, Batum, Ərdəhanın Türkiyəyə keçdiyini Sovet Rusiyası
62
Б. Байков. Воспоминания о революции в Закавказье 1917-1920 гг., с. 114
63
M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti. 1918-1920" kitabçasının türk dilindən tərcüməsi. Əli
Hüseynzadənin "Bir fikir" adlı ön sözü ilə. 1923.//ARDA, f.894, s.10, i.198, v.29
64
Документы внешней политики СССР. Т.1, с.74-75
65
T.Sünbül. Azerbaycan Dosyası. Ankara, 1990, s.75
29
tərəfindən tanındığını bildirməklə əslində, "Türkiyə Ermənistanı" haqqında elan
olunmuş dekretdən imtina edildiyini bildirdi. Eyni zamanda "Türkiyə Ermənistanı"
haqqında dekretə münasibətdə erməni siyasi dairələrinin özləri arasında fikir
ayrılıqları var idi. Qafqazdakı hadisələrdə fəal iştirak edən A.Mikoyan "Qafqaz
məsələsinə dair" V.Leninə göndərdiyi məruzənin tezislərində etiraf edirdi ki, Sovet
Rusiyasının heç bir müsbət nəticələri olmayan, yalnız Türkiyənin deyil, Qafqazın
da bütün müsəlman əhalisini özünə qarşı qoyan Türkiyə Ermənistanının
müstəqilliyi haqqında dekreti (1917-ci il) böyük səhv idi.
66
1917-ci ilin ortalarından başlayaraq türklər Rusiyada сərəyan edən
hadisələri böyük diqqətlə izləyirdilər. 1918-ci ilin əvvəllərindən başlayaraq
Türkiyə Cənubi Qafqazı özünün fəal xarici siyasət orbitinə daxil etdi. Ərzincan
barışığı müvəqqəti olduğu üçün 1918-ci ilin yanvarında Türkiyə Cənubi Qafqaz
hökuməti ilə sülh danışıqlarına başlamağa təşəbbüs etdi. Yanvarın 14-də türk
komandanlığı general Odişilidzeyə göndərdiyi məktubda bildirdi ki, Ənvər paşa
bilmək istəyir sülh bağlamaq üçün hansı formada "müstəqil Qafqaz hökuməti" ilə
əlaqə yaratmaq olar. Və elə həmin məktubda Vehib paşa Tiflisə nümayəndə heyəti
göndərməyi mümkün hesab etmişdi.
67
İki gün sonra Vehib paşa Odişilidzeyə yeni
məktubla müraciət etdi. Həmin məktubda Türkiyə hökuməti Cənubi Qafqaz
Komissarlığını Brest-Litovskda aparılan sülh danışıqlarına dəvət edirdi və vəd
edirdi ki, yeni dövlətin tanınması üçün əlində olan bütün vasitələrdən istifadə
edəcəkdir. Cənubi Qafqazın müstəqilliyi yolunda bu uğurlu addım ola bilərdi.
Hətta Türkiyənin subyektiv niyyətlərindən asılı olmayaraq bu təklifin siyasi
nəticələri Cənubi Qafqaz üçün əhəmiyyətli idi. Şübhəsiz ki, Rusiya imperiyasının
dağılmasından sonra Türkiyə Сənubi Qafqazı öz təsiri altında olan müstəqil dövlət
kimi görmək istəyirdi. Bu dövlət Rusiya ilə Türkiyənin bir əsrə yaxın qarşı-qarşıya
dayandığı Qafqazda bufer rolunu oynayıb, Asiya Türkiyəsinə gedən yolda
Rusiyaya qarşı ciddi maneəyə çevrilə bilərdi. Ona görə də Türkiyə Cənubi Qafqaz
Komissarlığını nəinki özü tanımaqla kifayətlənir, eyni zamanda onu Brest-Litovsk
danışıqlarına cəlb etməklə Mərkəz ölkələri (Almaniya, Avstriya-Macarıstan və
Bolqarıstan) və Rusiya tərəfindən də tanınmasına nail olmaq istəyirdi. Belə ki,
1918-ci ilin əvvəllərində Sovet Rusiyasının ağır vəziyyəti ilə əlaqədar Cənubi
Qafqaz Komissarlığını tanımaq üçün bolşevik hökumətinə diplomatik təzyiq
göstərməyə əlverişli şərait var idi. Bundan əlavə, rus ordusunun Qafqazdan çıxması
ilə əlaqədar Antantanın bölgəyə nüfuz etməsindən də Türkiyə ehtiyat edirdi. Türk
siyasi dairələrinin fikrincə, Cənubi Qafqazda yaranan müstəqil dövlət, necə
olmasından və hansı formada fəaliyyət göstərməsindən asılı olmayaraq, Türkiyə
66
RK(b)P-nın Qafqaz diyar komitəsinin üzvü A.Mikoyanın "Qafqaz məsələsinə dair" V.Leninə
göndərdiyi məruzənin tezisləri. Dekabr, 1919.//Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi (RDSSTA),
f.5, c1, i.1202, v.9
67
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.24-25
30
üçün Rusiyadan dəfələrlə münasib olardı. Ona görə də Türkiyə hökuməti Brest-
Litovskda Komissarlığın iştirakçı dövlətlər tərəfindən tanınmasını vəd edirdi.
Vehib paşa Osmanlı dövləti adından bildirirdi: "Vəkalətim çərçivəsində Sizə
məlum etməyi özümə şərəf bilirəm ki, Brest-Litovskda toplanan Mərkəz
ölkələrinin nümayəndələri var qüvvə ilə Cənubi Qafqaz hökumətinin
müstəqilliyinin tanınmasını müdafiə edəcəklər. Siz uğur qazanacağınıza əmin olub
öz səlahiyyətli nümayəndələrinizi Brest-Litovska göndərə bilərsiniz".
68
Lakin
Cənubi Qafqaz hökumətinin Türkiyə ilə əməkdaşlıq etmək niyyəti yox idi. İlk
növbədə hökumətin tərkibi yekcins deyildi. Komissarlığın gürcü və xüsusi ilə
erməni fraksiyası Türkiyə ilə əməkdaşlığın əleyhinə idilər. Digər tərəfdən isə,
Komissarlıqda çoxları bolşevizmə müvəqqəti hal kimi baxır və fevral inqilabının
nəticəsi kimi bölünməz demokratik Rusiyanın yaranacağına ümidlərini
itirməmişdilər.
69
Ermənilər isə hər hansı partiya və təşkilata mənsub olmalarından
asılı olmayaraq, türklərlə əməkdaşlığın əleyhinə idilər. Oktyabr çevrilişinin ilk
günlərindən onlar bu fikirdə idilər ki, "türklərdənsə bolşeviklər yaxşıdır, onlar hər
halda rusdurlar".
70
"Türkiyə Ermənistanı" haqqında dekretin imzalanması belə
fikrin formalaşmasında az rol oynamamışdı.
Cənubi Qafqaz hökumətinin müsəlman nümayəndələri müzakirələrin
gedişində Türkiyə təkliflərinin qəbul edilməsini mümkün hesab edirdilər. Yanvar
ayında
sülh
məsələsi
ətrafında
gedən
müzakirələrdə
Azərbaycan
nümayəndələrindən
hökumət
üzvləri
X.Məlik-Aslanov,
M.Y.Cəfərov,
M.H.Hacınski iştirak edirdilər. Komissarlığın sədri E.Geqeçkori sülh danışıqlarına
başlamağın qeyri-mümkünlüyünü keçmiş Rusiya imperiyasına daxil olan xalqlarla
birgə müzakirə etməyin və habelə baş tutmasına hələ ümid bəslənilən Məclisi
Müəssisanla razılaşdırılmağın zəruriliyi ilə əlaqələndirdi. Əslində bu, Məclisi
Müəssisanı gözləmək bəhanəsi ilə Türkiyənin təklifini rədd etmək demək idi.
71
Azərbaycan nümayəndəsi X.Məlik-Aslanov öz çıxışında bildirdi ki, Rusiya
ərazisində yeni yaranmış hökumətlərin Cənubi Qafqazda heç bir marağı yoxdur.
Ona görə də o, yeni yaranmış hökumətlərin rəyini gözləmədən Cənubi Qafqazın
müstəqilliyini elan edib sülh danışıqlarına başlamağın zəruri olduğunu bildirdi. Son
nəticədə sülh məsələsində ümumi bir rəyə gələ bilməyən hökumət türklərdən "üç
həftəlik vaxt verilməsini məqsədəuyğun hesab etdi".
72
Lakin bu fikir də qəti
deyildi, çünki hadisələrin gedişi Məclisi Müəssisana olan ümidləri itirdi, məlum
oldu ki, bolşeviklər hakimiyyət məsələsini kiminləsə müzakirə etmək fikrində
deyillər.
68
Yenə orada, s.52
69
З. Авалов. Независимость Грузии в международной политике. Париж, 1924, с.31
70
Б. Байков. Воспоминания о революции в Закавказье 1917-1920 гг., с.191
71
A.N. Kurat. Türkiye ve Rusiya. Ankara, 1990, s.465
72
Kemal Öke. Ermeni meselesi, s.158
31
Cənubi Qafqazın özündə də vəziyyət getdikcə mürəkkəbləşdi, cəbhədən
qayıdan rus ordusunu əvəz edən erməni dəstələri yerli türk əhalisinə qarşı bir sıra
cəza tədbirləri həyata keçirirdi. Vehib paşa general Odişelidzeyə və Prjevalskiyə
müraciət edərək müsəlman əhalisinə qarşı törədilən cinayətləri, hətta bəzi
adamların diri-diri yandırılması barədə vəhşilikləri xatırlatdı. Yanvar ayı ərzində
çoxlu sayda müsəlman əhalisinin öldürülməsi türk komandanlığında ciddi narazılıq
yaratmışdı.
73
Erməni hərbi hissələrinin belə vəhşilikləri "Qafqaz çərçivəsində
türklərin qüvvəsi yoxdur" fikrinə inamdan irəli gəlmişdi. Ərzincan danışıqlarında
iştirak edən A.Camalyan təsdiq edirdi ki, "bütün demarkasiya xətti boyunca onlar
bir nəfər də türk əsgəri ilə qarşılaşmamışlar, hamı aclıq və soyuqdan qaçmışdır".
74
Əlverişli məqamdan istifadə edərək Komissarlıq tərəfindən 1917-ci ilin axırlarında
general-mayor titulu almış Andronik Torosoviç Ozanyan erməni xalqının milli
hissləri ilə oynayaraq türklərə qarşı möhkəm dayanmaq çağırışı ilə çıxış etmişdi.
75
Cəzasız qalacaqlarına arxayın olan daşnak hərbi hissələri "dənizdən-dənizə erməni
dövləti yaratmaq" sərsəm iddiası altında yerli türk əhalisinə qarşı açıq vəhşiliklərə
əl atdı.
Eyni zamanda sülh məsələsinə həsr olunmuş növbəti iclasda general
Odişelidze belə vəhşiliklərin törədilməsini etiraf etmişdi. İclasda iştirak edən
M.Y.Cəfərov general Lebedinskidən müsəlmanların vəhşicəsinə öldürülməsi və
evlərinin yandırılmasının günahkarları haqqında nə tədbir görüldüyünü
soruşduqda, baş komandan Rize və Trabzonda əhalinin öldürülməsi və evlərinin
yandırılmasının rus ordu hissələrinin geri çəkilən dəstələrinin əsgərləri tərəfindən
törədildiyini bildirmişdi.
76
General bu məsələdən çıxış yolunu millətlərin qarşılıqlı
danışıqlarında və sülh konfransının açılmasında görürdü. Yanvar ayının 29-da
xarici işlər naziri E.Geqeçkori Ukraynaya və Cənub-Şərq İttifaqına Türkiyənin sülh
təşəbbüsü haqqında məlumat verib, birgə siyasət hazırlamaq üçün fevral ayının 14-
nə onları Tiflisə dəvət etmişdi.
77
Lakin bu dövlətlərdən heç biri dəvəti müxtəlif
bəhanələrlə qəbul etmədi, çünki bu məsələnin onlara doğrudan da, dəxli yox idi.
Həm də Ukrayna almanların köməyi ilə Brest-Litovsk danışıqlarında iştirak etməyə
can atırdı.
Cənubi Qafqaz hökumətinin tərəddüdləri Türkiyəni işə qarışmağa sövq
edirdi. Fevral ayının 12-də türk komandanlığı ermənilərin törətdiyi vəhşiliklərin
davam etdirildiyini bir daha xatırladıb, türk ordusunun müsəlmanların
qırılmasında, sadəcə müşahidəçi olmayacağını bildirdi. Vehib paşa öz ordusuna
hücum etmək əmri verdi. Yerli əhalinin qırğınında fərqlənən erməni ordu hissələri
73
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.41-46
74
Лео. Из прошлого. Эривань, 1921, с. 17
75
RDƏYTA, f.5, s.33, i.221, v.43; О. Минасян. Внешняя политика Закавказской контрреволюции
в первой половине 1918 года. //Историк марксист, 1938, книга VI, с.59
76
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.54
77
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.36-37
32
iş əsl müharibə həddinə çatanda döyüşmək qabiliyyətinə malik olmadıqlarını
nümayiş etdirdilər. Ərzurumun müdafiəsinə cavabdeh olan Andronik erməni
ordusunun kütləvi fərariliyinin qarşısını ala bilmədi.
78
Polkovnik Morel (Tokioda
keçmiş rus hərbi attaşesi) rəhbərlik etdiyi Ərzincan polkuna geri çəkilmək əmri
verdi. Erməni və az miqdarda gürcü hərbi birləşmələrinin geri çəkilməsi on bir gün
davam etdi.
79
Sayca üstün olmalarına baxmayaraq, ermənilər demək olar ki,
Ərzurumu döyüşsüz verməli oldular.
80
Son illərdə Rusiyada çıxan yeni ədəbiyyatda
1918-ci ilin fevral hadisələrini tamamilə təhrif olunmuş formada təqdim etmək
cəhdləri vardır. Türkiyə komandanlığı, məhz erməni silahlı dəstələrinin törətdikləri
vəhşiliklərə cavab olaraq hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldıqları
halda, bir sıra rus müəllifləri bunun üzərindən sükutla keçir və yazırlar ki,
"türklərin hücumu erməni əhalisinin dəhşətli qırğını ilə müşayiət olunurdu".
81
Cənubi Qafqaz Komissarlığı başlanmış hərbi əməliyyatlara münasibətdə
müəyyən qərara gələ bilmirdi. Nəhayət, bu məsələnin fevral ayının 23-də (10-da)
açılacaq Cənubi Qafqaz Seymində (Parlamentində) baxılması qərarına gəlindi və
bu barədə türk komandanlığına məlumat verildi.
Yeni ali hakimiyyət orqanı haqqında ilkin müzakirələrdən sonra gürcü
fraksiyası onu Rusiya imperiyasından ayrılmış Polşanın parlament strukturuna
uyğun Seym adlandırmaq təklifini irəli sürdü. Müvəqqəti hökumətin son
günlərində Zaqafqaziyada olan bolşeviklər buna bənzər ideyanı müdafiə edirdilər.
82
Lakin 1918-ci ilin fevralında bolşeviklər müstəqilliyə doğru yeni bir addım olacaq
Seym yaradılmasının qatı əleyhdarlarına çevrildilər. Menşeviklərin Seym yaratmaq
təklifi daşnaklar və eserlər tərəfindən də etirazla qarşılandı.
83
Azərbaycan
fraksiyasının mövqeyi belə vəziyyətdə həlledici əhəmiyyət kəsb edirdi. Onlar
Seym ideyasına tərəfdar çıxmaqla Cənubi Qafqaz parlamentli üsul-idarə
yaradılmasına öz əhəmiyyətli yardımını göstərmiş oldular. Seym Məclisi
Müəssisan seçkilərində iştirak etmiş partiyaların nümayəndələrindən təşkil
olunduğundan on siyasi partiya orada təmsil edilmişdi. Bura menşeviklər,
müsavatçılar, daşnaklar, kadetlər, eserlər, sosial-federalistlər, milli demokratlar,
ittihadçılar, müsəlman sosialistləri və hümmətçilər daxil idilər. Bütün partiyalar,
əsasən, Cənubi Qafqazda yaşayan üç millətin nümayəndələrindən ibarət idilər.
Məclisi Müəssisana seçilmiş nümayəndələrin sayını bərabər şəkildə üç dəfə
artırmaq yolu ilə Seymdə menşeviklər 33 yer, müsavatçılar 30 yer, daşnaklar 27
yer, eserlər 5 yer tutmuşdular.
84
Seymdə çoxluq müsəlman partiyaları blokuna
78
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.87
79
W.E.D. Allen and Paul Muratof. Caucasian Battlefields, p.462
80
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.88
81
Системная история международных отношений. В двух томах. Под редакцией А.Д.Богатурова.
Том первый. События 1918-1945 годов. Москва, 2007, с. 117
82
С. Беленький, Н. Манвелов. Революция 1917 года в Азербайджане. Б., 1927, с.28
83
Пролетарская революция, 1924, № 5, с .15
84
Ю. Семенов. «Закавказская республика». //Возрождения, Париж, 1949, с. 122
33
məxsus idi. Müsavatdan başqa müsəlman sosialist bloku 7 yer, hümmətçilər 4 yer,
ittihadçılar 3 deputat yeri əldə etmişdi.
85
Ümumiyyətlə, 1917-ci ilin noyabrında
Məclisi Müəssisana keçirilən seçkilərdə Müsavat partiyası Zaqafqaziya
müsəlmanlarının 63 faizinin səsini almışdı.
86
Bu böyük qələbə onun Qafqazda
güclü siyasi partiyaya çevrildiyindən xəbər verirdi.
Cənubi Qafqaz Seyminin yeni formalaşan müsəlman fraksiyasından
Müsavat partiyasından Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəу Торçubaşov,
Nəsib bəу Usubbəyov, Fətəli xan Xoyski, Məmməd Yusif Сəfərov, Həsən bəу
Ağayev, Xosrov Paşa bəу Sultanov, Məmməd Həsən Hacınski, Mir Hidayət
Seyidov, Xəlil bəу Xasməmmədov, Qazi Əhməd Məhəmmədbəyov, Aslan bəу
Qardaşov, Şəfi bəy Rüstəmbəyov, Cavad Məlik-Aslanov, Mustafa Mahmudov,
Mehdi bəу Hacıbabayev, Hacı Molla Səlim Axundzadə, Mehdi bəy Hacınski,
Xudadat bəу Məlik-Aslanov, Müseyib Axicanov, Lütfəli bəy Behbudov, Firudin
bəу Köçərli, İbrahim ağa Vəkilov, Həmid bəy Şaxtaxtinski, Rəhim bəу Vəkilov,
Ələsgər bəу Mahmudbəyov, Yusif Əfəndi Əfəndizadə, Mirzə Cəlal Yusifzadə,
Məmmədrza Vəkilov, İslam bəу Qəbulov, Müsəlman sosialist blokundan İbrahim
bəу Heydərov, Əlixan Qantəmir, Aslan bəу Səfikürdski, Əhməd Cövdət Pepinov,
Bağır Rzayev, Camo Hacınski, Мəhəmməd Məhərrəmov, "İttihad" partiyasından
Sultan Məcid Qənizadə, Mir Yaqub Mehdiyev, Heydərqulu Məmmədbəyov,
"Hümmət" partiyasından Cəfər Axundov, İbrahim Əbilov, Əkbər ağa
Şeyxülislamov, Səmədağa Ağamalıoğlu təmsil olunurdular.
87
Məhz bu şəxslər
Аzərbаусаnın sonrakı taleyində mühüm rol oynadılar və siyasi proseslərin
ağırlığını öz çiyinlərinə götürdülər.
Seym yarandıqdan sonra müzakirəyə ilk çıxarılan məsələ Türkiyə ilə sülh
danışıqlarına başlamaq haqqında idi. Seymdə təmsil olunan Azərbaycan
nümayəndələri Trabzon danışıqlarında ilk dəfə olaraq geniş diplomatik arenaya
çıxdılar. Fevral ayının 23-də Vehib paşa Cənubi Qafqaz hökumətinin sülh
danışıqlarına başlamaq xahişinə müsbət cavab verdi. Elə həmin gün Cənubi Qafqaz
Komissarlığı və Seyminin birgə iclası keçirildi. İclasda türk komandanı Vehib
paşanın Tiflisdə, yaxud Batumda sülh danışıqlarına başlamağa Osmanlı
hökumətinin hazır olduğunu göstərən məktubu oxundu. Sülh danışıqlarının Tiflisdə
və Batumda keçirilməsinə Seym üzvlərinin bir çoxu razı olmadı. İclasda
Azərbaycan nümayəndələri adından çıxış edən F.Xoyski hökumətin sülh
danışıqlarına başlamasını onun müstəqilliyə olan meyli kimi qiymətləndirdi və sülh
danışıqlarına başlanmasının zəruriliyini qeyd etdi. Onun fikrincə, konfransın
harada keçirilməsi о qədər də prinsipial əhəmiyyətə malik deyildi. Müzakirələrin
85
M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. Ankara, 1991, s.67
86
S. Zenkovsky. Pan-Turkism and Islam in Russia. Cambridge, 1960, p.257
87
Адрес-календарь Азербайджанской Республики на 1920-й год, ч.2. Под ред. А.М.Ставровского.
Баку, 1920, с.8-9
34
gedişində münasib bir yer kimi İstanbul və ya Trabzon təklif edildi, son anda Sülh
konfransının Trabzonda keçirilməsi barədə qərar qəbul edildi.
Mart ayının 1-də Seymin bütün partiyalardan və milli qruplardan ibarət olan
xüsusi komitəsi türklərlə sülhün hansı prinsiplər üzrə bağlanacağını müəyyən
etməyə cəhd göstərirdi.
88
Seym üzvü Aleksandr Xatisyan Rusiyadan ümidini
üzmüş ermənilərin fikrini ifadə edərək bildirirdi: "Cənubi Qafqaz Rusiyadan
ayrıldıqdan sonra ermənilərlə Türkiyə arasında mehriban qonşuluq münasibətləri
tamamilə mümkündür".
89
O, ermənilərə Türkiyə daxilində altı vilayət hüdudlarında
muxtariyyət verilməsi təklifi ilə çıxış etdi. A.Xatisyan, hətta Cənubi Qafqaz
respublikalarının ayrılıqda Türkiyə Federasiyasına daxil olmasının mümkünlüyünü
də bildirdi. Bu fikir Seymin erməni və gürcü fraksiyasında öz gələcəklərinə
ehtiyatla yanaşmaq zərurətindən irəli gəlirdi. Onların fikrincə, Almaniya Rusiya ilə
sazişə gələrdisə, onda öz qüvvələrini Qərb cəbhəsində toplayıb Antantanı tezliklə
məğlub edə bilərdi. Belə olan surətdə Osmanlı imperiyası nəinki öz hüdudlarını
saxlayırdı və ümumilikdə regionda nüfuzlu və güclü dövlətə çevrilirdi. Seym daxili
müzakirələrdə Türkiyə əleyhinə hərbi əməliyyatlarda iştirak etməyəcəyini
bildirməklə yanaşı, Azərbaycan fraksiyası Cənubi Qafqazın hər hansı formada
Türkiyə Federasiyasına daxil olmasının əleyhinə olduğunu bildirmişdi.
90
Ona görə
də mart ayının 1-də keçirilən iclasda Seymin bütün fraksiyaları aşağıdakı təkliflər
əsasında türklərlə sülh bağlanmasına tərəfdar oldular.
1. Seym sülh bağlamaq üçün səlahiyyətlidir;
2. Türkiyə ilə yekun sülh müqaviləsinin bağlanmasını Seym əsas vəzifəsi
hesab edir;
3. Türkiyə ilə sülh müqaviləsi 1914-cü il sərhədlərinin bərpa edilməsinə
əsaslanmalıdır;
4. Cənubi Qafqaz nümayəndələri Şərqi Anadolunun təyini müqəddəratına
və Türkiyə dövləti daxilində Türkiyə Ermənistanına muxtariyyət verilməsinə
çalışacaqlar.
91
Seymin kadet partiyasından olan üzvü Y.Semyonov müttəfiqlərin sülh
konfransına dəvət edilməsini təklif etdi. Lakin bu, mümkün olan iş deyildi. Nə
ingilis-fransızlar Türkiyə ilə danışıqlar stolu arxasında oturmağa razılıq verərdi, nə
də Türkiyə belə şərt daxilində konfransa gələrdi. Y.Semyonov, həmçinin ikinci
maddəyə qarşı öz etirazını bildirib, yekun sülh müqaviləsinin Ümumavropa sülh
konfransında hazırlanacağını göstərdi.
Danışıqlar üçün seçilmiş nümayəndəlikdə Cənubi Qafqazın hər üç
millətinin nümayəndələri təmsil edilmişdilər. Nümayəndəliyin rəhbəri Akaki
Çxenkeli
idi.
Seymin
Azərbaycan
fraksiyasından
M.H.Hacınski,
88
N. Kurat. Türkiye ve Rusiya, s.466
89
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.90
90
T.Swietochowski. Russian Azerbaijan, p.121
91
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.83-84
35
X.Xasməmmədov,
M.Mehdiyev, İ.Heydərov, Ə.Şeyxülislamov Trabzon
konfransına gedəcək nümayəndə heyətinin tərkibinə daxil idilər.
92
Eyni zamanda
ümumən prosesə nəzarət etmək və danışıqları istiqamətləndirmək məqsədilə
M.Ə.Rəsulzadə və Ə.Pepinov da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi.
Azərbaycan heyətinə daxil olan bu siyasi xadimlərin üç nəfəri - M.H.Hacınski,
M.Mehdiyev və Ə.Şeyxülislamov sonralar Paris Sülh konfransında da respublikanı
təmsil etdilər. Beləliklə, 1917-ci ilin rus inqilabından sonra Cənubi Qafqazda son
dərəcə mürəkkəb siyasi şərait yaranmış, vuruşan ölkələrin region uğrunda
mübarizəsi açıq müstəviyə keçmiş, qarşı-qarşıya dayanan hərbi blokların Qafqaza
nəzarət etmək cəhdləri intensivləşmişdi. Dünya müharibəsinin gedişində, hərbi,
siyasi və diplomatik çəkişmələrin gündən-günə kəskinləşdiyi bir dövrdə, milli
maraqlara uyğun xarici orientasiya müəyyənləşdirmək Azərbaycan siyasi
dairələrinin qarşısında duran başlıca vəzifə idi. 1918-ci ilin yazında keçirilən
Trabzon və Batum konfransları bu mühüm vəzifəni həll etməli idi.
Dostları ilə paylaş: |