335
W.E.D.Allen and Paul Muratof. Caucasian Battlefields, p.481
336
W.Allen and P.Muratof. Caucasian Battlefields, p.481
97
IV FƏSİL
Bakının azad edilməsi uğrunda diplomatik mübarizə
1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən istər daxili və
istərsə də beynəlxalq vəziyyət Bakının tezliklə azad edilməsini zəruri edirdi.
Birinci dünya müharibəsinin sonunda Bakı Osmanlı imperiyası, Almaniya,
İngiltərə və Sovet Rusiyası arasında mübarizənin əsas obyektinə çevrilmişdi. Rus
ağqvardiyaçı generalı A.Denikin obrazlı formada yazırdı ki, Bakı nefti Avropa və
Asiya siyasətçilərinin ağıllarını və qəlblərini möhkəmcə fəth etmişdi. 1918-ci ilin
yazından başlayaraq Bakıya tez çatmaq uğrunda yürüş başlamışdı. İngilislər
Ənzəli, Nuru paşa Azərbaycan, Almaniya isə Gürcüstan vasitəsi ilə son məqsəd
olan Bakıya can atırdılar.
337
Göründüyü kimi, Bakı məsələsinə, orada cərəyan edən
hadisələrə təkcə daxili siyasi proseslər kimi deyil, bütövlükdə dünya müharibəsi,
regionda cərəyan edən hadisələr, Almaniya-Türkiyə-Sovet Rusiyası-İngiltərə
hərbi-diplomatik münasibətləri, habelə Dördlər İttifaqı ilə Antanta dövlətlərinin
qarşıdurması müstəvisində yanaşılmalıdır. Bu baxımdan Bakı ətrafında cərəyan
edən hadisələr nəinki dünya müharibəsinin, eyni zamanda ümumdünya tarixinin
maraqlı bir səhifəsi idi. Yaxın Şərqdə işləyən Britaniya xüsusi xidmət orqanlarının
əməkdaşı P.Hopkirk Bakı hadisələri haqqında belə yazır: "Ötən əsrin sonlarında
Bakı dünyanın ən zəngin şəhərlərindən birinə çevrilmişdi. Rusiya imperiyasının
ucqarında yerləşən bu diyarda neft ehtiyatlarının aşkar edilməsi müxtəlif xalqların
bura axışmasının başlıca səbəbinə çevrilmişdi. Маcəra axtaranlar və bütün
təbəqələrdən olan avantüristlər bura сan atırdılar. Mütəxəssislər belə hesab
edirdilər ki, Bakı bütün yer kürəsini işıqlandırmaq və isindirmək iqtidarındadır.
Neft Bakının bütün ətrafını dövrəyə almışdı. Bir kibrit yetərli idi ki, bir dəqiqə
ərzində Xəzər dənizini alov bürüsün. Qısa zaman ərzində Bakı bir anın içərisində
kazinoda varlanan xoşbəxtləri xatırladırdı. Az savadlı olan bu adamlar dəniz
sahilində təmtəraqlı saraylar tikmişdilər. Bir vaxtlar Bakı ABŞ-ın bütövlükdə
istehsal etdiyindən daha çox neft verirdi."
338
May ayında Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra Bakı Soveti
və onun icraiyyə orqanı olan Bakı Xalq Komissarlar Soveti nəinki milli hökuməti
tanımadı, eyni zamanda mümkün saydığı bütün vasitələrlə (siyasi, iqtisadi, hərbi və
diplomatik yollarla) ona qarşı mübarizə elan etdi. Bakı Sovetinin özünü heç bir
cəhətdən Azərbaycan mühiti ilə bağlamaması, Azərbaycan əhalisinin öz
müqəddəratını təyin etmək hüququnun inkar edilməsi, hətta "Bakinski raboçi"
qəzetində azərbaycanlıların lağa qoyulması, Bakıda 1918-ci ilin mart hadisələri,
337
A.И.Дeникин. Очерки русской смуты. Москва, 1991, с.35
338
Peter Hopkirk. On secret service East of Constantinople. The Plot to Bring Down the British Empire.
John Murray, London, 1994, p.331-332
98
onun davamı kimi Şamaxıda və digər ətraf yerlərdə müsəlmanlara divan tutulması,
kommuna ordusunun əsasən ermənilərdən təşkil edilməsi hələ Cənubi Qafqaz
Seyminin müsəlman deputatlarında ciddi narazılıq yaratmış, istər Bakı Sovetinin
və istərsə də erməni silahlı dəstələrinin törətdiyi cinayətlərdən müdafiə olunmaq
üçün Azərbaycan əhalisinin Türkiyəyə meylini və rəğbətini xeyli gücləndirmişdi.
Bakı XKS öz fəaliyyəti ilə, Gəncə üzərinə yürüş etməklə Cənubi Qafqazda
mürəkkəb olan siyasi vəziyyəti daha da kəskinləşdirdi. Kommuna dövründə demək
olar ki, bütün siyasi və iqtisadi məsələlər yalnız silah gücünə həll edilirdi. Yenicə
yaranmış Azərbaycan hökuməti hələ Gəncəyə keçməzdən əvvəl Bakı XKS
"vətəndaş" müharibəsini yenidən alovlandırıb Gəncə üzərinə yürüşə hazırlaşırdı.
İyun ayının 2-də Saritsində olan İ.Stalin S.Şaumyana Gəncəni tutmaq barədə
direktiv vermişdi. İyun ayının 5-də keçmiş daşnak, sonra isə inqilab ab-havasında
bolşevikə çevrilmiş A.Əmiryan "Bakinski raboçi" qəzetində çap olunmuş "Tarixin
dərsləri haqqında" baş məqaləsində Paris kommunasının "Yaşasın vətəndaş
müharibəsi" şüarını əsas tutaraq qeyd edirdi: "Təəssüf olsun ki, Paris
Kommunasının səhvlərini bizim Bakı Soveti də təkrar edir... Qafqazın Versalına
qarşı hücuma keçmək əvəzinə, əksinqilabın bütün başçılarını tutub həbs etmək
əvəzinə, biz onları toplaşmağa, möhkəmlənməyə və əksinqilabın xarici
düşmənlərimizlə ittifaqa girərək, inqilab əleyhinə hücuma keçməsinə imkan verdik.
Bu fəlakətli və bağışlanmaz səhv idi. Lakin "keçənə güzəşt deyərlər", görünür ki,
indi biz doğru yol tutmuşuq. Müdafiə deyil, nесə olursa-olsun hücuma keçmək,
yenə və yenə təkrar edirik ki, hücuma keçmək lazımdır. Bizim başqa çıxış yolumuz
yoxdur".
339
Bu yazıdan bir gün sonra iyunun 6-da Bakı kommunasının ordu və
donanma işləri üzrə komissarı Q.N.Korqanov Gəncə üzərinə yürüş haqqında əmr
verdi. Burada əsas məqsəd türk hərbi dəstələri toplanana qədər Azərbaycan
istiqlaliyyətinin beşiyi olan Gəncəni dağıtmaq idi. Kommunanın belə təcavüzkar
siyasətində may ayının ortalarında V.İ.Lenindən alınan teleqram da az rol
oynamamışdı. V.İ.Lenin S.Şaumyana yazırdı: "Sizin möhkəm və qəti siyasətinizə
məftunuq. Bacarıb həmin siyasəti, indiki çox çətin vəziyyətin şəksiz tələb etdiyi
çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin, - onda biz qalib gələrik. Çətinliklər
hədsizdir. Hələlik bizi, ancaq imperialistlər arasındakı ziddiyyətlər, toqquşmalar və
mübarizə xilas edir. Bacarıb həmin toqquşmalardan istifadə edin, hələlik
diplomatiyanı öyrənmək lazımdır.
340
Gəncəyə hücum başladıqda Bakı
kommunasının gələcəkdə N.Jordaniya ilə Azərbaycan Respublikasına qarşı sazişə
girmək cəhdləri də elə "diplomatiyadan istifadə etmək bacarığından" irəli gəlirdi.
Əslində 1918-ci ilin yazında bolşeviklərin planı tək Gəncəni deyil, eyni zamanda
Tiflisi də tutmaq idi. Bu məqsədlə Tiflisdə toplanmış keçmiş Qafqaz cəbhəsi
əsgərlərinin üsyanı hazırlanırdı və bu üsyan Bakıdan hərəkət edən Qırmızı
Ordunun Tiflisə girməsilə nəticələnməli idi. Gözlənilən təhlükəni hiss edən gürcü
339
Бакинский рабочи, 1918, 5 июня.
340
V.İ.Lenin. ƏTK, 50-ci cild, s.81-82
99
menşevikləri onun qarşısını almaq üçün rus menşeviklərinə müraciət etdi.
Qəzetlərdə gürcü menşeviki M.Seretelinin Plexanov və Martova müraciəti dərc
edildi. Müraciətdə bolşevik yürüşünün doğura biləcəyi qan tökülməsinin qarşısını
almaq üçün yardım istənilirdi.
341
Rus menşevikləri belə hesab edirdilər ki, Tiflis
üzərinə yürüş ideyası V.İ.Lenindən deyil, Cənubi Qafqazda öz manevrlərini
gücləndirmək istəyən İ.Stalindən gəlir. Ona görə də mərkəzi menşevik mətbuatında
İ.Stalinin əleyhinə güclü kampaniya başlandı.
342
Bakıya ezam olunmuş menşevik
nümayəndələri S.Şaumyanı inandırmağa çalışırdılar ki, V.Lenin Qafqazın yeni
milli dövlətlərini tanıya bilər, əks təqdirdə hadisələrin gedişi Stalinin bu regionda
siyasi təsirini gücləndirə bilər. Menşevik təbliğatı S.Şaumyanı Tiflis üzərinə
"yürüşdən" yayındırsa da, Qafqazın fövqəladə komissarı Gəncə üzərinə getməyə
qərarlı idi.
İyun ayının 12-də S.Şaumyan teleqraf vasitəsi ilə V.İ.Leninə və İ.Stalinə
Bakı hərbi hissələrinin Gəncəyə hücumu barədə məlumat verirdi. Gəncə üzərinə
hücumla bağlı müsəlman əhalisinə qarşı soyqırım müharibəsi qəzalarda yenidən
təkrar olmağa başladı. Hərbi əməliyyatların getdiyi ərazilərdə müsəlman əhalisi
yeni talanlara məruz qalmağa başladı. Bu Bakı Soveti ordusunun 70 faizinin
343
,
zabit heyətinin isə hamısının ermənilərdən ibarət olması ilə bağlı idi.
344
Bakı XKS-
nin ordusunun komanda heyətinin əsasən ermənilərdən ibarət olduğunu və yerli
türk əhalisinə qarşı onların törətdikləri zorakılıqları həmin əməliyyatlarda iştirak
etmiş Suren Şaumyan da sonralar etiraf edirdi.
345
May ayının 22-də Sovet Rusiyası
XKS-nə göndərdiyi məruzədə Q.N.Korqanov yazırdı ki, Kommuna ordusunun sayı
18 mindir, əsgərlərin böyük hissəsi ermənilərdir, az miqdarda müsəlman
hümmətçilər və sol eserlər də vardır. O, öz məruzəsində göstərirdi: "Erməni kəndli
kütlələri və şəhər demokratiyası qəti şəkildə vahid Rusiya Respublikasının və
Sovet hakimiyyətinin arxasında dayanmışlar.
346
İyunun 18-də Q.Korqanov Bakı
XKS-nə məlumatında cəbhədə vəziyyətin bolşeviklərin xeyrinə olduğunu,
"düşmənin" böyük itki verdiyini yazırdı. О bildirirdi: briqada komandiri
Q.Hamazaspın məlumatına görə, "düşmən" Qaraməryəm kəndində hücuma keçib,
ciddi müqavimətə rast gəlib və həyəcan içində geri qaçıb. Bizim itkimiz 5 nəfər
ölən, 49 nəfər yaralıdan ibarətdir. "Düşmən" 400 nəfərə qədər itki verdi.
347
Bakı
Kommunası haqqında iri həcmli əsərin müəllifi olan Amerika alimi R.Syuni haqlı
olaraq bu qənaətə gəlir ki, S.Şaumyanın daşnaklarla ittifaqı təsadüfi deyildi. O,
yaxşı başa düşürdü ki, daşnak ordusuna arxalanmadan Bakı hökumətini, idarə və
341
Кавказский листок, 1918, 3 апреля.
342
Новая жизнь, 1918, 19 апреля.
343
T.Swietochowski. Russian Azerbaijan, p. 137
344
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p. 131
345
ÜİK(b)P MK yanında Partiya Tarixi İnstitutunda Azərbaycan qrupunun iclasında Suren Şaumyanın
məruzəsi. 11.07.19277/ RDSSTA, f.84, s.3, i.283. v.53
346
Q.Korqanov. Rusiya XKS-nə. 22.05.1918. //ARPİİ SPİMDA, f.276, s.3, i.55, v.2-5
347
Q.Korqanov-S.Şaumyana. 18.06.1918. //ARPİİ SPİHDA, surət fondu, sənəd № 374, v.20
100
şəhəri müdafiə etmək olmaz.
348
Bunu həmin dövrdə, iyun ayının 23-də Sovet
Rusiyasının hərbi-dənizçilik komissarı L.Trotskiyə məlumat göndərən Bakı
rayonunun rəis müavini B.Şeboldaev daha qabarıq şəkildə təsdiq edirdi. О yazırdı:
Bakı kommunasının silahlı qüvvələrinin şəxsi heyətinin əksəriyyəti, komanda
heyətinin isə hamısı ermənilərdən ibarətdir. İyun ayının 10-da kommuna
ordusunun briqadaları və korpus qərargahları yaradılanda məlum oldu ki, bura
daxil olan korpus komandiri (keçmiş polkovnik) Qazarov, qərargah rəisi (baş
qərargahın keçmiş polkovniki) Avetisov və başqaları siyasi görüşlərinə görə
əksəriyyəti daşnaklardır. Ordunun komanda heyəti yararsızdır, erməni zabitlərin
böyük əksəriyyəti daşnaklardır və bu ordu о zamana qədər Sovet hakimiyyətinin
dayağı olacaqdır, nə qədər ki, daşnaklar "Rusiya orientasiyası" tutublar. Əgər
orientasiya məsələsi ingilislərin xeyrinə dəyişsə, ordunun buna necə reaksiya
verəcəyini demək çətindir. Lakin nəzərə almaq lazımdır ki, ordunun 60-70 faizini
ermənilər təşkil edir və ona görə də hər cür gözlənilməz hadisələr baş verə bilər.
349
Orduya ümumi komandanlıq müsəlman əhalisinə qarşı mübarizədə ad
çıxarmış polkovnik Z.Avetisovun və S.Qazarovun, habelə Azərbaycan əhalisinə
qarşı partizan hərəkatının "qəhrəmanı" Hamazaspın əlində idi. Sonuncunun
fikrincə, "hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır".
350
Məhz elə bunun nəticəsi idi ki, Gəncə üzərinə hücum zamanı yol boyu erməni
əsgərləri müsəlman əhalisinə qarşı qarətçilik və zorakılıqla məşğul olduğundan,
"Kəndlilər arasında bolşeviklərə rəğbətin ən kiçicik bir təzahürünü belə məhv
etmişdilər".
351
R.Syuni qeyd edir ki, Qırmızı Ordu Gəncə üzərinə hərəkət edən
zaman keçdikləri Azərbaycan kəndlərinin əhalisi onlara yaxşı münasibət
bəsləmirdilər. Azərbaycan kəndliləri "öz müsəlman qardaşlarını - türkləri
gözləyirdilər".
352
Kiçik bir hərbi dəstə ilə Bakı bolşeviklərinə kömək məqsədilə
göndərilmiş sol eser Petrov Şamaxı cəbhəsində emənilərin müsəlman əhaliyə qarşı
törətdikləri vəhşilikləri gördükdə Bakıya, XKS-nə teleqramda yazırdı ki, "mən
bilmirəm müqəddəs sovet işi uğrunda mübarizə aparıram, yoxsa quldur dəstələrinin
arasına düşmüşəm". Petrovun belə mövqeyi onun S.Şaumyandan asılı olması ilə
bağlı idi. Çünki o, "Qafqaz məsələləri üzrə fövqəladə hərbi komissar" kimi Bakıya
göndərildiyində özünü S.Şaumyandan yuxarı tutmasa da ona bərabər hesab
edirdi.
353
Kommuna qoşunlarının Gəncəyə doğru hücumunun qarşısı iyun ayının
sonlarında Göyçayda alındı. İyunun 27-si ilə iyulun 1-i arasındakı dörd günlük
gərgin vuruşma cəbhənin taleyini həll etdi. Göyçay vuruşmasında Kommuna
348
R.Suny. The Baku Commune, p.322
349
B.Şeboldaev-L.Trotskiyə. 23.06.1918. //ARPİİ SPİHDA, surət fondu, sənəd № 371, v.1 -4
350
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p. 131
351
T.Swietochowski. Russian Azerbaijan, p.137
352
R.Suny. The Baku Commune, p.323
353
ÜİK(b)P MK yanında Partiya Tarixi İnstitutunda Azərbaycan qrupunun iclasında Suren Şaumyanın
məruzəsi. 11.07.1927.// RDSSTA, f.84, s.3, i.283, v.57
101
qoşunlarının məglubiyyəti bolşevik ordusu içərisində fərariliyi gücləndirdi. Belə
vəziyyət İslam Ordusunun Bakı istiqamətində hərəkətinə dönməz xarakter verdi və
iyul ayının axırlarında İslam Ordusu Bakı ətrafına gəlib çıxdı. İslam Ordusunu
gücləndirmək məqsədilə iyul ayının 11-də 1894-1899-cu illərdə doğulmuş
azərbaycanlıların orduya səfərbərliyi elan edildi. Bu səfərbərlik İslam Ordusunun
tərkibində azərbaycanlıların sayını əhəmiyyətli dərəcədə artırdı. Bunun
müqabilində iyunun axırlarında Rusiyadan gətirilən silah və hərbi sursat, о qədər
də böyük olmayan hərbi qüvvə vəziyyətə ciddi təsir göstərə bilmədi. İyulun 20-də
Bakı istiqamətində mühüm strateji əhəmiyyətə malik olan Şamaxı azad edildi.
Şamaxını sürətlə azad edən və Bakının astanasına gəlib çıxan İslam Ordusu
tərəfindən şəhərin azad edilməsinin yubadılması Bakı ətrafında diplomatik
mübarizənin kəskinləşməsi ilə bağlı idi. 1918-ci ilin iyul ayının əvvəllərində
Almaniyanın İstanbuldakı konsulluğunun hazırladığı hesabatda göstərilirdi: "Əgər
biz bolşeviklərlə sazişə gələ bilsək, onda Bakının neft mədənləri və neft ehtiyatları
bütövlükdə əlimizə salamat keçəcək. Əgər bunun əksinə olaraq, bolşeviklər şəhəri
tərk etməyə məcbur olsalar mədənləri yandıracaqlar, bu halda nə biz, nə də türklər
neft ehtiyatlarından istifadə edə biləcəyik. Neftsiz isə Qafqaz dəmir yolunun
hərəkəti tezliklə dayanacaqdır".
354
Bu fikri M.Ə.Rəsulzadə ilə görüşündə
İstanbuldakı Almaniya səfiri Bernsdorf da dilə gətirmişdi. О qeyd etmişdi ki,
Qafqaz İslam Ordusu tərəfindən Bakıya hücum edildiyi təqdirdə, bolşeviklər şəhəri
dağıdıb neft mədənlərini məhv edə bilərlər.
355
Əlbəttə, öz hərəkətlərini siyasi
avantüra üzərində quran bolşeviklərdən belə bir təhlükə gözlənilirdi və bu
istiqamətdə mərkəzi bolşevik hökumətindən belə bir direktiv alınmışdı. Ona görə
də 1918-ci ilin iyunun 23-də S.Şaumyan V.Leninə yazırdı: "Hərgah Bakını
qoruyub saxlamaq mümkün olmazsa... onda biz sizin resepti həyata keçirərik".
356
Beləliklə, "Bakı məsələsi" haqqında diplomatik mübarizənin kəskinləşdiyini
M.Ə.Rəsulzadə İstanbuldan Azərbaycanın xarici işlər naziri M.H.Hacınskiyə
məktubunda belə şərh edirdi: "Almanların Bakıya hücum əleyhinə olmalarının
dəlili bu imiş ki, Bakıya hərbi yolla gedilərsə, bolşeviklər neft mədənlərini və neft
ehtiyatlarını yandırarlar. Halbuki, neft müharibə edən müttəfiqlərə su kimi
lazımdır. Buna görə də almanlar Bakı məsələsini başqa formada, sülh yolu ilə həll
etmək istəyirlər... Şəxsi kanallarla bizdə məlumat var ki, neftə dair almanlarla
bolşeviklər arasında xüsusi müqavilə mövcuddur. Məlumunuz olsun ki, neft
məsələsi Azərbaycan-Almaniya məsələsindən daha çox Türkiyə-Almaniya
354
Г.Папия. Политика Германии в Закавказье в 1918 г. Тбилиси, 1971, с.58-59
355
İstanbuldakı Azərbaycan nümayəndəliyinin rəhbəri M.Ə.Rəsulzadənin xarici işlər naziri
M.H.Hacınskiyə məktubu. 19.07.1918. //ARDA, f.894, s.10, i.31, v.2
356
Z.İbrahimov. V.İ.Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi. Bakı, 1970, s.255
102
məsələsidir. Batum müqaviləsinə görə, neftin artıq qalan hissəsi Türkiyənindir.
Görünür, türklər neft amili zəminində almanlardan istifadə etmək istəyirlər".
357
Sovet Rusiyasından effektli hərbi yardım ala bilməyən Bakı XKS cəbhədə
vəziyyət ağırlaşdıqda Moskvanın diplomatik yardımına və İranda olan kazak hərbi
dəstələrindən birinin başçısı L.Biçeraxovun köməyinə ümid bəsləyirdi. Sovet
Rusiyasının Almaniya vasitəsi ilə işə qarışması Azərbaycan hökumətinin Bakıya
daxil olmasını bir qədər yubandırdı. Kommuna qüvvələri vasitəsi ilə Azərbaycan-
türk hücumunun qarşısını ala bilməyəcəyini nəzərə alan Sovet Rusiyası 1918-ci ilin
iyununda Almaniya ilə danışıqlara girib diplomatik yolla Bakını əldə saxlamaq
istəyirdi. Əvvəllər qeyd olunduğu kimi, Qərb cəbhəsində və ümumilikdə
müharibənin gedişindəki vəziyyət Almaniyanın Bakıya marağını kifayət qədər
artırmışdı. İyun ayında İstanbul konfransına gəlmiş nümayəndələrlə danışıqlar
əsnasında Almaniya Rusiya vasitəsi ilə Bakı neftinə nail olmağı
müəyyənləşdirmişdi. Öz müttəfiqi Türkiyənin və Azərbaycan hökumətinin ona neft
verəcəyinə ümidini itirən Almaniya əlverişli vəziyyətdən istifadə etmək qərarına
gəldi. Hələ Rusiya ilə danışıqlar başlamazdan əvvəl iyun ayının ortalarında Tiflisdə
olan Almaniya nümayəndələri Bakıya hücum edən türk-Azərbaycan hərbi hissələri
içərisinə kiçik alman hərbi dəstəsinin daxil edilməsini təklif etmişdi, lakin
"Azərbaycan hökuməti almanların bu tələbinə qəti surətdə etiraz etdi".
358
Bu cavab
Almaniyanın Rusiya ilə danışıqlara başlamaq fikrini daha da reallaşdırdı və onun
Bakı uğrunda fəal diplomatik mübarizəsi Sovet Rusiyasının Berlindəki səfiri
A.İoffenin bu məsələyə qarışması ilə başlandı. İslam Ordusu Bakı istiqamətində
hərəkətə başladıqda, A.İoffe Brest-Litovsk müqaviləsinin şərtlərini pozduqlarına
görə, almanlara etiraz notası verdi və tələb etdi ki, onlar Osmanlı ordusunu
dayandırmaq üçün işə müdaxilə etsinlər.
359
Almaniya Azərbaycanda cərəyan edən
hadisələrin ona dəxli olmadığını bildirdisə də, edilən təklifdən faydalanmaq
qərarına gəldi və Sovet Rusiyasının Almaniyaya neft verəcəyi təqdirdə, Türkiyənin
hücumunu dayandırmaq üçün işə qarışacağını bildirdi. İyunun axırlarında başlanan
alman-sovet danışıqlarında ilkin razılıq əldə edildi. Bunu V.İ.Leninin iyunun 30-da
İ.Stalinə vurduğu teleqram da təsdiq edir. Teleqramda göstərilirdi: "Bu gün, iyunun
30-da Berlindən - İoffedən xəbər gəlmişdir ki, Külman İoffe ilə ilkin danışıq
aparmışdır. Bu danışıqdan bəlli olduğuna görə, almanlar razıdırlar ki, türkləri Brest
müqaviləsində göstərilən sərhəddə hərbi əməliyyatı dayandırmağa məcbur etsinlər,
bizim üçün dürüst demarkasiya xətti müəyyənləşdirsinlər. Söz verirlər ki, türkləri
Bakıya qoymasınlar, özləri də neft istəyirlər. İoffe cavab vermişdir ki, biz Brest
sülhünə ciddi əməl edəcəyik, lakin almaq xatirinə vermək prinsipinə tamamilə
razıyıq. Bu xəbərə ciddi diqqət yetirin və çalışıb onu Şaumyana tez çatdırın, zira
357
İstanbuldakı Azərbaycan nümayəndəliyinin rəhbəri M.Ə.Rəsulzadənin xarici işlər naziri
M.H.Hacınskiyə məktubu. 19.07.1918. //ARDA, f.894, s.10, i.31, v.2
358
Ə.M.Topçubaşov. Azərbaycan təşəkkülü, s.133
359
Документы по истории гражданской войны в СССР. М., 1940, т.1, с.381
103
Bakını əldə saxlamaq üçün indi ən ciddi imkanlar vardır. Neftin bir qismini,
əlbəttə, verərik".
360
Almanların ciddi təzyiqi ilə, general Lüdendorfun bilavasitə işə qarışması
ilə türklərin fəal hərbi əməliyyatları müvəqqəti dayandırıldı. Ənvər paşanın bütün
yazışmaları türk ordusunda xidmət edən alman müşavirlərinin nəzarətində olduğu
üçün o, özünün rəsmi əmrlərində Bakı üzərinə hücumun dayandırılmasını tələb
edirdi.
361
Göyçay döyüşünün qələbə ilə başa çatdığı gün, iyul ayının 1-də yeni
kömək göndərilməsini tələb edən İslam Ordusu komandanlığına göndərdiyi
teleqramda Ənvər paşa yazırdı ki, sizə qüvvə göndərmək lazım deyildir. Vəzifəmiz Dostları ilə paylaş: |