248
Cənubi Qafqaz Seyminin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. Səhər iclası.
25.05.1918.//ARDA, f.970, s.1, i.l, v.43-45
73
III FƏSİL
Müstəqilliyin elan edilməsi və Azərbaycan Xarici İşlər Nazirliyinin ilk
addımları
May ayının 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda
çıxış edən İ.Sereteli Zaqafqaziya Federasiyasının dağılmasının günahını çox
asanlıqla Azərbaycan fraksiyasının üzərinə qoydu. İ.Sereteli müsəlman
fraksiyasının və Cənubi Qafqazın müsəlman əhalisinin Türkiyəyə qarşı vuruşmaq
istəməməsini, Batum konfransına nümayəndə göndərməklə yanaşı, yerlərə də
təbliğatçılar göndərildiyini xüsusi şəkildə vurğuladı. Onun fikrincə, bu təbliğatçılar
müsəlman vilayətlərinin Türkiуəyə birləşdirilməsini tələb edirdilər.
249
İ.Sereteliyə
cavab verən Ş.Rüstəmbəyov qeyd etdi ki, Cənubi Qafqaz federasiyasından çıxmaq
qərarına gəlmiş gürcü nümayəndələrinin gətirdiyi dəlillər həqiqətə uyğun deyildir.
Lakin gürcülər artıq bizimlə işləyə bilmirsə, biz Seymin buraxılmasının əleyhinə
deyilik. Mübahisələrin qarşısını almaq üçün gürcü milli demokratı Q.Qvazov daha
düzgün yol seçdi. О dedi: "Cənablar, gəlin mübahisə etməyək. Bu gün biz
özümüzü buraxırıq, lakin biz dostcasına ayrılmalıyıq. Mehribanlıqla toplanmışdıq,
mehribanlıqla da ayrılağın".
250
Beləliklə, Gürcüstanın federasiyadan çıxmaq
haqqında bəyanatından sonra Cənubi Qafqaz Seymi özünün buraxılması haqqında
qərar qəbul etdi. May ayının 26-da Gürcü Milli Şurası tərəfindən Gürcüstanın
müstəqilliyi elan edildi və H.Ramişvili başda olmaqla hökumət kabinəsi
yaradıldı.
251
Yeni yaradılmış hökumətin ilk xarici siyasət addımı may ayının 28-də
Almaniya ilə əvvəlcədən hazırlanmış sazişi imzalamaq oldu, bununla da yeni
yaranmış Gürcüstan Respublikası Almaniya qəyyumluğunu qəbul etdi.
252
Cənubi Qafqaz Seyminin buraxılması ilə əlaqədar yaranmış böhranlı siyasi
vəziyyəti müzakirə etmək üçün Azərbaycan Seym fraksiyasına daxil olan
nümayəndələrin mayın 27-də fövqəladə iclası keçirildi. İclas Batumdan qayıtmış
sülh heyətinin üzvü N.Usubbəyovun məruzəsini dinlədi. Nəsib bəy Batumda
danışıqların gedişi, orada müşahidə edilən alman-türk ziddiyyətləri və Türkiyə ilə
danışıqların davam etdirilməsinin zəruriliyi haqqında ətraflı məlumat verdi. О dedi
ki, Batumdakı türk nümayəndələrinin fikrincə Zaqafqaziyanın çiçəklənməsinin
başlıca təminatı Qafqaz xalqlarının həmrəyliyi və birliyidir. Buna nail olmaq üçün
bizim tərəfimizdən ermənilərə müəyyən ərazi güzəştlərinin edilməsi zəruri
olacaqdır.
253
Yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq iclas yekdilliklə
249
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.317-325.
250
Адрес Календарь Азербайджанской Республики, с. 14.
251
Hikmet Yusuf Bayur. Türk İnkilabi tarihi. c.III, s.205.
252
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.332-336
253
Keçmiş Cənubi Qafqaz Seyminin müsəlman üzvlərinin fövqəladə iclasının protokolu. 27.05.1918.
//ARDA, f.970, s.1, i.1, v.46
74
Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürməyi qərara aldı və özünü
Azərbaycan Müvəqqəti Milli Şurası elan etdi. Gizli keçirilən səsvermədə
M.Ə.Rəsulzadə böyük səs çoxluğu ilə Milli Şuranın sədri seçildi. Onun
namizədliyini ittihaddan başqa bütün partiyaların nümayəndələri müdafiə etdilər.
H.Ağayev və M.Seyidov gizli səsvermə ilə sədrin müavinləri, M.Mahmudov və
R.Vəkilov isə Milli Şuranın katibləri seçildilər. Sonra isə müxtəlif sahələrdə işlərə
rəhbərlik etmək üçün partiya prinsipinə uyğun Milli Şuranın doqquz nəfərdən
ibarət icraiyyə orqanı yaradıldı. F.X.Xoyski yekdilliklə icraiyyə orqanının sədri
seçildi.
May ayının 28-də Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. İclasda 26
nəfər iştirak edirdi və gündəlikdə üç məsələ dururdu: 1. H.Ağayevin Gəncədəki
son hadisələr barədə məlumatı; 2. M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi
teleqramın və məktubun oxunması; 3. Seymin buraxılması və Gürcüstanın
müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti. Birinci məsələ ilə
bağlı çıxış edən H.Ağayev Gəncədə yaranmış vəziyyət barədə müfəssəl məlumat
verdi, ora 2-3 nəfər türk zabitinin gəldiyini göstərdi. O, qəti şəkildi bildirdi ki, türk
zabitlərinin
Gəncəyə
gəlişi
Azərbaycanın
gələcək
siyasi
həyatının
müəyyənləşdirilməsi ilə bağlı deyildir. O, əlavə etdi ki, türklər Qafqaz
Azərbaycanında heç bir təcavüzkarlıq məqsədi güdmürlər, əksinə, onlar
Azərbaycanın və Cənubi Qafqazın müstəqilliyində maraqlıdırlar.
254
Hələ may
ayının 26-da Xəlil Menteşənin ultimatumunda göstərilirdi ki, Cənubi Qafqazın türk
əhalisini hər yerdə soyub qırırlar və "xüsusən Bakıda minlərlə adam qəddar
quldurların qanlı zülmündən əzab çəkir".
255
Ultimatumda açıq şəkildə qeyd edilirdi
ki, türklər onları quldur inqilabçıların əlində qoya bilməzlər.
256
Bu barədə Batumda
olan türklərlə Azərbaycan nümayəndələri arasında danışıqlar olmuşdu.
28 may iclasında ən mühüm məsələ Seymin buraxılması və Gürcüstanın
istiqlaliyyətinin elan edilməsi ilə bağlı Azərbaycanın vəziyyəti barədə müzakirə
idi. Şuranın üzvü X.Xasməmmədov bu məsələ barəsində məruzə ilə çıxış edərək
təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini
əsaslandırırdı. Şura üzvlərindən N.Usubbəyov, Ə.Şeyxülislamov, M.Seyidov və
digərləri bu fikrə tərəfdar çıxdılar. F.X.Xoyski təklif etdi ki, yerlərdə bəzi
məsələlərin aydınlaşdırılmasına qədər Milli Şura Azərbaycanın istiqlaliyyətini elan
etməkdən çəkinsin, ölkələrlə sülh danışıqları aparmaq üçün tamhüquqlu
Azərbaycan hökumətinin yaradılması ilə kifayətlənsin. Bu təklif ətrafında geniş
müzakirələrdən sonra Milli Şura 24 səslə (iki nəfər - S.M.Qəniyev və C.Axundov
bitərəf qalmışdı) dərhal Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında
qərar qəbul etdi və altı bənddən ibarət "İstiqlal bəyannaməsi"ni, Azərbaycanın
254
Müsəlman Milli Şurasının 2 saylı iclasının protokolu. 28.05.1918. //ARDA, f.970, s.1, i.l, v.49
255
T.Sünbül. Azerbaycan Dosyesi. S.85
256
З.Авалов. Независимость Грузии в международной политике, с.61
75
istiqlaliyyəti haqqında tarixi aktı elan etdi.
257
Sənəddə göstərilirdi: "Böyük Rusiya
inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması
Zaqafqaziyanın rus orduları tərəfindən tərkini mövcud bir vəziyyəti siyasiyyə hasil
oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri
müqəddəratlarının idarəsini bizzət kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq
Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü
milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil gürcü
Xalq Cümhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə Osmanlı imperatorluğu arasında zihur edən müharibənin
tövsiyəsi yüzündən hasil olan vəziyyəti-hazıreyi-siyasiyyə və məmləkət daxilində
bulunan misilsiz anarşi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana
dəxi bulunduğu xarici və daxili müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət
təşkilatı qurmaq lüzumunu təlqin ediyor.
Buna binaən arai ümumiyyə ilə intixab olunan Azərbaycan Şurayi-milliyeyi
islamiyyəsi bütün cəmaətə elan ediyor ki;
1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu
kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamil-əl-hüquq
müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkil-idarəsi xalq cümhuriyyəti olaraq
təqərrür ediyor.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar
olduğu millət və dövlətlərlə münasibəti-həsənə təsisinə əzm edir.
4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məshəb, sinf, məslək və cins
fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və
vətəniyyə təmin eylər.
5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə
millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında
arai ümumiyyə ilə intixab olunmuş Şurayi Milli və Şurayi Milliyə qarşı məsul
hökuməti müvəqqətə durur.
258
İclasda iştirak edən bütün Milli Şura üzvləri
"İstiqlaliyyət bəyannaməsi"ni ayaq üstə dinlədilər. "İstiqlaliyyət bəyannaməsi" elan
olunduqdan sonra Azərbaycan hökumətinin yaradılmasını Milli Şura F.X.Xoyskiyə
tapşırdı. Bir saatlıq fasilədən sonra F.X.Xoyskinin hökumətin yaradılması
haqqında məruzəsini dinləmək üçün Milli Şuranın iclası öz işini davam etdirdi. İlk
Azərbaycan müvəqqəti hökumətini F.X.Xoyski aşağıdakı tərkibdə təqdim etdi:
Nazirlər Şurasının sədri və
daxili işlər naziri - Fətəli xan Xoyski, hərbi nazir
Xosrovpaşa bəу Sultanov, xalq maarifi və maliyyə naziri - Nəsib bəy Usubbəyov,
xarici işlər naziri – Məmməd Həsən Hacınski, poçt-teleqraf və yollar naziri -
257
Müsəlman Milli Şurasının 2 saylı iclasının protokolu. 28.05.1918. //ARDA, f.970, s.1, i.l, v.50
258
Azərbaycanın istiqlaliyyəti haqqında Akt. 28.05.1918. //ARDA, f.970, s.l, i. 4, v.1-2
76
Xudadat bəy Məlik-Aslanov, əkinçilik və əmək naziri - Əkbər ağa Şeyxülislamov,
ədliyyə naziri - Xəlil bəy Xasməmmədov, ticarət və sənaye naziri – Məmməd
Yusif Cəfərov, dövlət nəzarəti naziri - Cəmo bəy Hacınski.
259
Bununla da, Azərbaycan Milli Şurası Azərbaycan milləti qarşısında çox
böyük tarixi bir missiyanı yerinə yetirdi. Müsəlman mənşəli bütün dövlətlər,
əsasən, dini təməl üzərində qurulduğu halda, Azərbaycan Xalq Cümhuriyyəti
dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. Azərbaycan milli dövlətinin
yaradılması bir sıra mühüm səbəblərə görə millətin taleyində tarixi hadisə idi.
M.Ə.Rəsulzadə bu barədə yazırdı: "28 mayis 1918 Bəyannaməsini nəşr etməklə
Azərbaycan Şurayi - Millisi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin
varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və
linqvistik bir kəlmə olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur".
260
Məlum olduğu kimi, Sovet tarixşünaslığında milli istiqlaliyyətin elan
edilməsi faktına uzun müddət qeyri-elmi, qeyri-obyektiv, məhdud sinfi ideoloji
təkəbbür mövqeyindən yanaşılıb, səhv olaraq istiqlaliyyətin elan edilməsinin yalnız
bəy, xan, mülkədar, buıjuaziyanın mənafeyinə uyğun olduğu göstərilib. Bir il sonra
müstəqillik günü münasibətilə M.Ə.Rəsulzadə "İstiqlal" qəzetinin 31 may tarixli
nömrəsindəki məqaləsində yazırdı: "Mayisin 28-də istiqlal bayramını qeyri-qabili-
təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki,
istiqlaldan əl çəkməyəcəklər və bütün böhtançılara deyəcəklər ki, istiqlal xanların,
bəglərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs
idealıdır."
261
Bir çox cəhətlərinə görə 1918-ci ilin mayında Azərbaycan
Respublikasının yaradılması Rusiyada, Cənubi Qafqazda və dünyada gedən hərbi,
diplomatik və siyasi proseslərin tərkib hissəsi olduğundan, keçmiş rus
imperiyasının dağılması baxımından digər yeni respublikaların təşəkkülü ilə
birlikdə beynəlxalq əhəmiyyətli hadisə idi.
Fətəli xan Xoyskinin formalaşdırdığı birinci və ikinci hökumət
kabinetlərində xarici işlər naziri vəzifəsini tutan M.H.Hacınski 1918-ci ilin
oktyabrına qədər bu vəzifədə qaldı və Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici
işlər naziri kimi tarixə düşdü. May ayının 28-də Azərbaycan Respublikası
yaranandan sonra müvəqqəti olaraq yerləşdiyi Tiflis şəhərində müvafiq şəraitin
olmaması ilə bağlı ciddi təşkilati işlər görmək mümkün olmasa da, xarici işlər
nazirliyinin fəaliyyəti ilə bağlı müəyyən məsələlərin nizamlanmasına və kadr
məsələlərinin həllinə başlanıldı, funksional-operativ şöbələrin yaradılması üçün ilk
addımlar atıldı.
259
Azərbaycan Cümhuriyyəti Hökumətinin qanun və binagüzarlıqları məcmuəsi. 1919, № 1, s.6
260
İstiqlal, 1933, 28 may
261
İstiqlal, 1919, 31 may
77
Azərbaycan Respublikası yarandığı gündən xarici siyasət fəaliyyətinə
başlamış, dövlətlərarası münasibətlərə daxil olmağa cəhd göstərilmişdir. Hökumət
kabinəsi yaradılan kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin ilk addımı Batumda
olan Osmanlı hökumətinin Ədliyyə naziri, Türkiyə Dövlət Şurasının sədri və
Batum sülh danışıqlarında Türkiyə nümayəndəliyinə rəhbərlik edən, yaxud
sənəddə deyildiyi kimi, "Osmanlı heyyəti mürəxxəsə rəisi" Xəlil bəyə Azərbaycan
Milli Şurasının və F.X.Xoyskinin rəhbərlik etdiyi hökumət kabinəsinin yaradılması
haqqında məlumat vermək oldu.
262
May ayının 30-da isə Azərbaycan
Respublikasının yaranması barədə Nazirlər Şurasının sədri F.X.Xoyskinin
imzaladığı məlumat radioteleqrafla bütün ölkələrin xarici işlər nazirliklərinə
göndərildi. İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya,
Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristaniya (Oslo) və
Kopenhagenə göndərilən məlumatda deyilirdi: "Gürcüstanın ittihaddan çıxması
üzərinə "Mavərayi-Qafqaz müttəhid cümhuriyyəti" inhalal eyləmişdir. Şəhri halın
28-ci günü əqdi-ictimai edən "Azərbaycan Şurayi-Millisi" Mavərayi-Qafqazın
Cənubi-Şərqisində vaqe olan Azərbaycan Cümhuriyyətini təşkil eyləmişdir.
Keyfiyyətdən hökuməti-mətbuənizin xəbərdar edilməsini surəti məxsusda rica
eylər və ehtiramati - faiqəmi təqdim ilə kəsbi şərəf edərəm. Hökumətin şimdilik
məqərri - müvəqqəti Elizavetpoldur. 30 mayis 1918. Azərbaycan Cümhuriyyəti
məclisi - nüzzar rəisi Xoyski".
263
Xarici ölkələrin paytaxtlarına Tiflisdən bu
məlumatı çatdırmaq çətinlik təşkil etdiyi üçün F.Xoyski Batumda olan xarici işlər
naziri M.Hacınskiyə yazırdı ki, Azərbaycanın istiqlaliyyəti haqqında teleqramı
göndərmək üçün bizim qarşımıza müxtəlif çətinliklər çıxıb. Teleqramın rus və
fransız dillərində olan mətnlərini Sizə göndərirəm ki, siz oradan onu birbaşa radio
vasitəsi ilə İstanbula çatdırasınız və oradan da radio vasitəsi ilə yayasınız.
Teleqramı xarici işlər naziri kimi özünüz də imzalaya bilərsiniz. Fransızca mətnin
axırına əlavə edin ki, hökumətin müvəqqəti olaraq yerləşdiyi yer Elizavetpol şəhəri
olacaqdır.
264
F.X.Xoyski xarici işlər naziri M.H.Hacınskiyə bildirirdi ki, Nəsib bəy
və Sultanov əhalini məlumatlandırmaq və hazırlamaq üçün Gəncəyə getmişlər. O,
əlavə edirdi ki, ermənilərlə bütün mübahisələri sona çatdırıblar. F.X.Xoyski
yazırdı: "Onlar ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar. Biz İrəvanı
güzəştə getdik".
Ümumilikdə yeni yaranmış respublikanın dövlətlərarası münasibətlərə daxil
olması böyük çətinliklərlə qarşılaşırdı. Lakin bu işin zəruriliyi də dərindən başa
düşülürdü. Yaranmış çətin vəziyyətdən çıxış yolu Osmanlı dövlətinin xarici işlər
262
Azərbaycan xarici işlər naziri M.H.Hacınskinin Osmanlı imperatorluğu sülh heyətinin başçısı Xəlil
Menteşəyə məktubu. 29.05.1918. //ARDA, f.970, s.1, i. 4, v.6
263
Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin müstəqil Azərbaycan Respublikasının yaradılması
haqqında bir sıra dövlətlərin xarici işlər nazirlərinə radioqramı. 30.05.1918. //ARDA, f.970, s.1,i. 4
264
Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi haqqında
radioqramın göndərilməsi barədə xarici işlər naziri M.H.Hacınskiyə təlimatı. 29.05.1918. //ARDA,
f.970, s.1, i. 4, v.1-2
78
nazirliyinin imkanlarından istifadə edilməsində idi. Bu məqsədlə xarici işlər naziri
M.Hacınski Türkiyə Xarici İşlər Nazirliyinə teleqramında göstərirdi ki, böyük
dövlət əhəmiyyətli məsələlər Avropa ölkələri ilə münasibətlər yaratmağı zəruri
edir. Lakin yenicə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası məlum
səbəblərə görə, tezliklə Avropa mərkəzlərində nümayəndəliklər yaratmağa çətinlik
çəkir. "Belə bir şəraitdə Osmanlı dövləti beynəlxalq qaydalar əsasında Avropa
paytaxtlarında, о cümlədən Moskvada olan türk səfirlikləri vasitəsilə Azərbaycanla
Avropa dövlətləri arasında vasitəçi olmağa razıdırmı?"
265
Bu məsələ ilə bağlı qeyd
etmək lazımdır ki, müxtəlif ölkələrin paytaxtlarında olan türk səfirlikləri sonralar
Azərbaycan Respublikasının yaradılması haqqında məlumatla çıxış etmişdilər.
Cənubi Qafqaz hökumətinin başladığı Batum danışıqlarını yeni elan edilmiş
milli respublikalar davam etdirdi və hər dövlətin nümayəndəsi öz sülh şərtlərini
irəli sürdü. İstiqlaliyyət elan edildikdən sonra yeni yaranmış dövlətin sərhədlərini
müəyyən etmək zərurəti meydana çıxmışdı və Cənubi Qafqazda yaranan milli
respublikalar içərisində ən çətin vəziyyətə Ermənistan respublikası düşmüşdü. Hələ
müqavilə bağlanmazdan əvvəl erməni nümayəndələri yardım üçün Azərbaycan
hökumətinə müraciət etmiş və xeyirxahlıq görmüşdülər. May ayının 29-da erməni
Milli Şurası ilə danışıqlar barədə Nazirlər Şurasının sədri F.X.Xoyski Azərbaycan
Milli Şurasının iclasına məlumat verdi. О göstərdi ki, Ermənistan Federasiyası
yaratmaqdan ötrü onlara siyasi mərkəz lazımdır, Aleksandropol türklər tərəfindən
tutulduqdan sonra belə bir siyasi mərkəz, ancaq İrəvan şəhəri ola bilər, ona görə bu
şəhərin ermənilərə güzəştə gedilməsi labüddür. Bu məsələ barəsində
X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov, M.Məhərrəmov çıxış edərək
İrəvan şəhərinin ermənilərə güzəşt edilməsini qaçılmaz bəla kimi
qiymətləndirdilər. Milli Şuranın iclası İrəvan şəhərinin ermənilərə güzəştə
gedilməsi barədə öz razılığını bildirdi.
266
İki gün sonra İrəvan Milli Şurasının
üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvan
şəhərinin Ermənistan Respublikasına güzəştə getməsinə etiraz etdilər, lakin iyun
ayının 1-də keçirilən Azərbaycan Milli Şurasının iclası bu etirazı qəbul etmədi.
267
Bununla belə, Milli Şura İrəvan şəhərinin güzəşt edilməsi ilə bağlı meydana çıxan
problemləri həll etməkdən ötrü İrəvana M.Seyidov, B.Rzayev, M.Y.Cəfərovdan
ibarət nümayəndə heyəti göndərməyi lazım bildi. Sonra iclas Yelizavetpol
quberniyasındakı məsələni müzakirə etdi. Bu barədə Gəncədən qayıdan
N.Usubbəyov və Ş.Rüstəmbəyov məlumat verdilər. İclas qərara aldı ki, Batumdakı
265
Xarici işlər naziri M.H.Hacınskinin Türkiyə Xarici İşlər naziri Əhməd Nəsim bəyə Türkiyə
səfirliklərinin Azərbaycanı Avropa paytaxtlarında təmsil etmək xahişi barədə teleqramı. 30.05.1918.
//ARDA, f.970, s.1, i. 5, v.14
266
Azərbaycan Milli Şurasının 3 saylı iclasının protokolu. 29.05.1918. //ARDA, f.970, s.1, i.l, v.51
267
Azərbaycan Milli Şurasının 4 saylı iclasının protokolu. 01.06.1918. //ARDA, f.970, s.1, i.1,v.53
79
Azərbaycan nümayəndələrini respublikadakı vəziyyətlə yaxından tanış etmək üçün
N.Usubbəyovu Batuma ezam etsin.
268
Batumda olan Azərbaycan və Ermənistan nümayəndələri arasında da sərhəd
məsələləri ilə bağlı danışıqlar aparıldı və razılıq əldə edildi ki, Azərbaycan
"Aleksandropol quberniyası" hüdudlarında Erməni dövlətinin yaradılmasına
razıdır, bu şərtlə ermənilərə güzəştə gedilir ki, ermənilər Yelizavetpol
quberniyasının bir hissəsinə (Qarabağa) olan iddialarından imtina edirlər.
269
Azərbaycan nümayəndələri Türkiyə ilə Ermənistan arasında müqavilə
bağlanmasına yardım göstərəcəklərini vəd etdilər.
Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılmasına və tarixən
azərbaycanlılara məxsus olan bir sıra ərazilərin dövlət ola bilmək üçün ermənilərə
verilməsində Osmanlı siyasi dairələrinin fikirləri birmənalı deyildi. Birinci dünya
müharibəsinin sonunda Türkiyənin siyasətini müəyyən edən baş nazir Tələt paşa və
hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını uyğun
bilmir, bu mümkün olmazsa zəif, yaşamaq qabiliyyəti olmayan bir Ermənistanın
yaradılmasını mümkün hesab edirdilər.
270
Batum danışıqlarında Türkiyəni təmsil
edən Xəlil bəy və Vehib paşa isə tarixən Azərbaycana məxsus bir sıra ərazilərin
ermənilərə verilməsini qaçılmaz hesab edir və bu məqsədlə sülh konfransında olan
Azərbaycan nümayəndələrinə tövsiyə edirdilər ki, beynəlxalq aləm qarşısında
ermənilərin mövcudluğunu tanımaq və onlara müəyyən güzəştlər edilməsi
qaçılmazdır.
271
Batumda olan Xəlil bəy Ənvər paşaya ərazi güzəştləri barədə
məlumat verdikdə Ənvər paşa buna qarşı çıxdı. O, may ayının 27-də Vehib paşaya
göndərdiyi teleqramda yazırdı: "Xəlil bəyin teleqramından anlaşıldığına görə,
ermənilər bizə qaytardıqları ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid
ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna muvafakat
edəcəklərmiş. Мəncə, bu, tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz
min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül
edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, о tərəfdən gələn ermənilərlə bu
hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan
daha yaranar ki, bu bizim üçün Rusiyadan daha müzir bir düşmən olar". Ənvər
paşa ermənilər tərəfindən işğal edilmiş ərazilərin, ilk növbədə isə müsəlmanların
yaşadıqları İrəvan quberniyasının ermənilərdən azad edilməsinə üstünlük verirdi.
O, yazırdı: "Mənafeyimizə ən çox uyğun olan bu şəkil gerçəkləşməzsə, onda
ermənilərə də bir mövcudiyyət verilməsi qaçılmaz olar. Belə olan təqdirdə,
268
Yenə orada, v.54
269
ARPİİ SPİHDA, f.276, s.9, i. 1, v.47; З.Авалов. Независимость Грузии в международной
политике, с.57
270
N.Kurat. Türkiye ve Rusiya. S.661-662.
271
Türkiye Cümhuriyeti Genelkurmay Başkanlığı Askeri Tarih ve Stratejik Etüd Arşivi. 4/3671. k.2919,
d.61-499, f.3-26 (Bu iqtibas V.Qafarovun "Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə
münasibətlərində (1917-1922-ci illər)" adlı əlyazmasından götürülmüşdür).
80
ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə olduqca çox zəif bir
halda buraxılmalarına çalışmaq lazımdır. Həm hökumətimizin, həm də Qafqazdakı
müsəlmanların indiki və gələcəkdəki mənafeləri, ancaq bu surətdə təhlükədən
qurtarıla bilər".
272
Ənvər paşanın teleqramına cavabında Vehib paşa 1918-ci ilin
may ayının 29-da yazırdı: "Erməniləri büsbütün qeyri-mövcud edə bilmərik. Нər
halda onlara bir vücud vermək zərurəti və məcburiyyətindəyik".
273
Bu halda Ənvər
paşa elə həmin gün Batuma göndərdiyi təlimatda belə hesab edirdi ki, Osmanlı
dövlətinin mərkəzi Gəncə olan hökumətlə birbaşa sərhədləri olmalıdır. Onun
fikrincə, bu sərhədlər Qarakilsənin şimalından və Naxçıvandan keçməli idi.
Bütün bu məsələlər Batum danışıqlarının nəticəsi kimi iyun ayının 4-də hər
üç respublika ilə "Sülh və Dostluq" haqqında müqavilələrin imzalanmasında bu və
ya digər formada öz əksini tapdı. İyun ayının 4-də "Osmanlı imperatorluğu
hökuməti ilə Аzərbaycan Respublikası arasında dostluq müqaviləsi" imzalandı.
Müqaviləni Türkiyə tərəfindən Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin
baş komandanı Ferik Mehmet Vehib paşa, Azərbaycan tərəfindən xarici işlər naziri
M.H.Hacınski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladılar. Bu, Azərbaycan
Respublikasının xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi. Onun
preambulasında göstərilirdi. "Bir tərəfdən Osmanlı imperiyası hökuməti, digər
tərəfdən isə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası hökuməti öz
ölkələri arasında siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq
münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlirlər".
274
Müqavilənin birinci bəndi təsbit edirdi ki, Osmanlı imperiyası ilə
Azərbaycan Respublikası arasında daimi sülh və möhkəm dostluq bərqərar
olacaqdır. İkinci maddə Osmanlı imperiyası ilə Azərbaycan, Gürcüstan və
Ermənistan arasında sərhəd xəttinin müəyyən edilməsinə aid idi. Bu maddədə
göstərilən hüdudlara əsasən, Azərbaycan Türkiyə ilə geniş sərhədləri olan dövlət
idi. Müqavilənin üçüncü bəndinə əsasən, Azərbaycan, Gürcüstan və Ermənistan öz
aralarında tezliklə sərhədləri müəyyən edən protokol imzalayacaq və Osmanlı
hökumətinə məlumat verəcək, öz növbəsində həmin protokollar bu müqavilənin bir
hissəsini təşkil edəcəkdir. Azərbaycan üçün ən mühüm olan dördüncü maddədə
göstərilirdi ki, dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin
etmək üçün əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına
hərbi yardım göstərməyi öz üzərinə götürür. Beşinci maddəyə əsasən, Azərbaycan
hökuməti onun sərhədyanı ərazilərində yaradılmış silahlı quldur dəstələrini
tərksilah etməyi və qovmağı öz üzərinə götürürdü. Altıncı maddə dəmiryol
272
Türkiye Cümhuriyeti Genelkurmay Başkanlığı Askeri Tarih ve Stratejik Etüd Arşivi. 4/3671. k.2919,
d.61-499, f.3-31 (Bu iqtibas V.Qafarovun "Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə
münasibətlərində (1917-1922-ci illər)" adlı əlyazmasından götürülmüşdür).
273
Yenə orada. K.2930, d.553, f.4.
274
Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi.
04.06.1918. //ARDA, f.894. s.2, i. 88, v.l
81
yüklərinin daşınmasında tərəflərin öhdəliklərindən, yeddinci maddə konsulluq
konvensiyası, ticarət müqaviləsi və digər aktların hazırlanmasından, səkkizinci
maddə azad gediş-gəlişdən, doqquzuncu maddə Azərbaycanın beynəlxalq poçt-
teleqraf ittifaqına qoşulmasına qədər iki ölkə arasında poçt-teleqraf əlaqələrindən,
onuncu maddə hazırkı müqaviləyə zidd olmayan Brest-Litovsk müqaviləsinin
tərəflər arasında qüvvədə olmasından bəhs edirdi. Sonuncu, on birinci maddədə
müqavilənin bir ay ərzində təsdiq edilməsi və təsdiq edilmiş mətnlərin İstanbulda
mübadilə ediləcəyi göstərilirdi.
275
Osmanlı imperiyası ilə bağlanan müqavilə Azərbaycan hökumətinin
beynəlxalq nüfuzuna müsbət təsir göstərməklə yanaşı, Azərbaycan türk millətinin
mövcudluğunu qoruyub saxlamaq üçün zəruri bir təminat idi. Müqaviləyə hərbi
yardım haqqında maddənin daxil edilməsi о demək idi ki, əslində Qarabağın dağlıq
hissəsində azğınlıq törədən erməni quldur dəstələri ləğv ediləcək və Bakı xarici
düşmənlərdən təmizlənib orada əmin-amanlıq yaradılacaqdır.
276
1918-20-ci illər Azərbaycan Türkiyə münasibətləri ilə bağlı əsərlər yazan
sovet tarixçiləri bu müqavilənin üstündən çox vaxt sükutla keçmiş və ya bu
müqaviləni soyğunçu müqavilə kimi təqdim etmişlər. Qeyd edilən səhv nöqteyi-
nəzər bu dövrlə bağlı tədqiqatların hamısı üçün xarakterikdir. Sovet tarixçilərindən
fərqli olaraq bu məsələ ilə bağlı T.Svyatoçevski daha doğru mövqedən yanaşaraq
yazırdı: "İyunun 4-də hər üç dövlət Türkiyə ilə "sülh və dostluq" haqqında separat
müqavilə bağladı. Dörd min kvadrat kilometr ərazi itirmiş Ermənistan və ya iki
rayonunu tərk etmək məcburiyyəti qarşısında qalmış Gürcüstandan fərqli olaraq
Azərbaycan-Osmanlı müqaviləsindəki "dostluq" sözü xüsusi məna kəsb edirdi.
Azərbaycan, nəinki bütün ərazilərini özündə saxladı, həm də imzalanmış
müqavilənin IV maddəsinə görə təhlükəsizlik və ictimai asayişin bərpa edilməsi
üçün osmanlılardan hərbi kömək haqqında, habelə Bakının azad edilməsi və
Qarabağın dağlıq hissəsində fəallıq göstərən erməni dəstələrinin təcavüzünü
cilovlamaq haqqında təminat aldı.
277
F.Kazımzadənin fikrincə isə
4 iyun müqaviləsi
nəticəsində "Azərbaycan heç nə itirmirdi, əksinə Osmanlı yardımına arxalanaraq
Bakını tutmaq ümidində idi".
278
Lakin qeyd etmək lazımdır ki, istifadə etdiyi sovet
məxəzlərinin təsiri altına düşərək T.Svyatoçevski də müqavilədə Azərbaycanın
müstəqil dövlət kimi tanınmadığını göstərir.
279
Osmanlı-Azərbaycan müqaviləsinə
münasibətdə belə səhv nöqteyi-nəzər R.Syuni tərəfindən də təsdiq edilir.
280
Qeyd
275
Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi.
04.06.1918. //ARDA, f.894, s.2, i. 88, v.1-3
276
N.Kurat. Türkiye ve Rusiya. s.662-669
277
T.Swietochowski. Russian and Azerbaijan, p.69
278
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p. 128
279
T.Swietochowski. Russian and Azerbaijan. p.69
280
R.Suny. The Baku Commune. 1917-1918. Class and Nationality in the Russian Revolution.
Princeton, 1972, p.287-288
82
edilən səhv yanaşma son illərdə Rusiyada çıxan bir sıra araşdırmalara da aiddir.
281
Halbuki son illərdə bu sənədi daha düzgün dəyərləndirmək üçün çoxlu arxiv
mənbələri açıqlanmışdır. 4 iyun müqaviləsinin mətninin və onun doğurduğu siyasi
nəticələrin araşdırılması belə mülahizələrin əsassız olduğunu söyləməyə imkan
verir. Birincisi, beynəlxalq münasibətlərin nəzəriyyəsində və praktikasında bir-
birini müstəqil dövlət kimi tanımayan tərəflərin siyasi, hüquqi və iqtisadi zəmində
mehriban qonşuluq münasibətləri barədə müqavilə imzalanması qeyri-mümkündür.
İkincisi, bir-birini müstəqil dövlət kimi tanımayan tərəflər arasında müqavilənin
birinci bəndində göstərilən daimi sülhün və möhkəm dostluğun təsbit edilməsinə
ehtiyac olmazdı. Üçüncüsü, beynəlxalq münasibətlərin tarixində müqaviləyə girən
hər hansı tərəfin, müstəqilliyini tanımadığı hər hansı tərəfə yardım göstərməsi
təcavüz və işğal kimi qiymətləndirilir. Dördüncüsü isə, müqavilə imzalandığı
andan işlək sənədə çevrilmiş, Bakının azad edilməsinin və Azərbaycanın
suverenliyinin təmin edilməsinin hüquqi, hərbi, siyasi və diplomatik əsaslarını
təşkil etmişdir. Müqavilədə iştirak edən hər iki ölkənin hökumətləri diplomatik
addımlarında onun maddələrini əsas kimi götürmüşdür. Lakin yuxarıda qeyd edilən
"tanımamaq" mülahizəsini qəbul etməməklə yanaşı, qeyd etmək lazımdır ki, 4 iyun
müqaviləsi və ona əlavə kimi imzalanmış Bakı-Batum neft kəməri, Cənubi Qafqaz
dəmiryolu haqqında olan saziş və protokollar Türkiyə tərəfinə müəyyən imtiyazlar
verirdi.
Batum konfransının yekunu kimi iyunun 4-də Türkiyə Gürcüstan və
Ermənistanla da "Sülh və Dostluq" müqavilələri imzalayıb onların müstəqilliyini
tanıyırdı. Gürcüstanla müqaviləyə, əsasən, Qars, Batum və Ərdahanın, habelə
Axaltsıx və Axalkələkin Türkiyəyə keçdiyi təsdiq edilirdi. Lakin Türkiyə may
ayının 11-də elan etdiyi tələbləri yumşaldaraq Abastuman və Askurun Gürcüstanda
qalmasına razılıq verdi.
282
4 iyun müqaviləsi ilə Ermənistan Brest-Litovsk
müqaviləsinin şərtlərini qəbul edir, Eçmiədzin və Aleksandropol Türkiyəyə
keçirdi, habelə Türkiyə Aleksandropol-Culfa yolundan istifadə etmək hüququ əldə
edirdi. Ermənistanın sərhədi İrəvanın yaxınlığından keçirdi. Onun ixtiyarında
cəmisi altı kilometrlik dəmir yolu qalmışdı. Batum müqaviləsinin şərtlərinə görə
Ermənistan Respublikası Cənubi Qafqazda 10 min km
2
ərazisi olan dövlət idi.
283
Ermənistan tərəfindən müqaviləni R.Kaçaznuni, A.Xatisyan və M.Papacanov
imzalamışdılar. Batum müqaviləsinə, əsasən, Gürcüstan və Ermənistan
respublikaları öz ərazisində yaşayan müsəlman əhalisinin təhlükəsizliyini və azad
281
Bax: Р.Мустафазаде. Две республики. Азербайджано-российские отношения в 1918-1922 гг.
Москва, 2006, с. 113; М.Волхонский, В.Муханов. По следам Азербайджанской Демократической
республики. Москва, 2007, с. 127
282
Документы и материалы по внешней политике Закавказье и Грузии, с.343-349.
283
R.Hovanuisian. Armenia on the Road to Independence, 1918. Berkeley, University of California
Press, 1967, p.190-194; İ.Parmaksızoğlu. Ermeni Komitelerinin İhtilal hareketleri ve Besledikleri
emeller. Ankara, 1981, s.133.
83
inkişafını təmin etmək, ana dilində təhsil almaq, dini ayinləri azad şəkildə icra
etməyə şərait yaratmaq barədə öz üzərlərinə öhdəliklər götürürdülər. 4 iyun
müqavilələri əsasında Türkiyənin Azərbaycanı və digər Qafqaz respublikalarını
tanıması barədə Ə.M.Topçubaşov "Azərbaycanın təşəkkülü" əsərində yazır: "Bu
gün Azərbaycan hökuməti cümhuriyyəsini işğal edən yeganə məsələ cümhuriyyət
istiqlalının dövlətlər və bilxassə etilaf dövlətləri tərəfindən təsdiqi məsələsidir.
Burada Dövləti-Aliyi-Osmaniyənin Azərbaycanla və sair Cənubi Qafqaziyə
hökumətlərinə qarşı nə böyük alicənablıq göstərmiş olduğu zikr edilmədən
keçilməz. Üç cümhuriyyətin üçü də, yəni Azərbaycan, erməni və gürcü
cümhuriyyətləri ilk əvvəl Osmanlı hökuməti tərəfindən təsdiq edildi".
284
İyun ayının 4-də Batumda Azərbaycanla Türkiyə arasında "Sülh və
Dostluq" müqaviləsinə əlavə olaraq, daha iki müqavilə imzalandı. Birinci müqavilə
əsasında sərhədyanı zonada ticarət, gediş-gəliş və gömrük məsələləri əhatə
edilirdi.
285
İkinci müvəqqəti əlavə müqavilə, 4 iyun müqaviləsində ümumi şəkildə
təsbit edilmiş bəzi maddələri dəqiqləşdirirdi. Altı maddədən ibarət olan
müqavilənin birinci maddəsinə əsasən, Azərbaycan hökuməti Osmanlı imperiyası
və onun müttəfiqləri ilə müharibə edən ölkələrin zabit və mülki çinovniklərini
təcili şəkildə respublikanın hüdudlarından çıxardacağını öz üzərinə götürürdü.
Bundan əlavə, müharibənin davam etdiyi dövrdə Azərbaycan hökuməti Dördlər
İttifaqına qarşı vuruşan ölkələrin zabitlərini hərbi xidmətə qəbul etməməli idi.
Müqavilənin ikinci maddəsi Azərbaycan dəmir yolundan istifadə qaydasını
müəyyənləşdirirdi. Bu maddəyə əsasən, Osmanlı hərbi komendantlığı hərbi
məqsədlərlə Azərbaycan dəmir yolundan istifadə etmək hüququ alırdı. Osmanlı və
Azərbaycan birgə komissiyası dəmir yoluna aid meydana çıxan problemləri birgə
həll etməli idilər. Azərbaycan Respublikası dəmir yolunu öz qüvvələri ilə mühafizə
etməli idi. Əgər müxtəlif səbəblərlə bağlı Azərbaycan hökuməti bunu edə
bilmədikdə, türk ordusu bu vəzifəni öz üzərinə götürməli idi və nəhayət, ordunun
daşınmasına zərurət olmadığı halda, Türkiyə hərbi komandanlığı Azərbaycan
hökumətinin dəmir yollarının istismarını çətinləşdirməməli idi.
286
4 iyunda imzalanmış "Sülh və Dostluq" müqavilələrinə əlavə olaraq daha
iki saziş də bağlandı. Birinci saziş Bakı-Batum neft kəmərinə aid olub Azərbaycan,
Gürcüstan və Türkiyə arasında imzalandı. Tərəflər razılığa gəldilər ki, öz
ərazilərində neft kəmərinin fəaliyyətini təmin etsinlər. Bu sazişin imzalanması
Azərbaycan neft sənayesinin işinə müsbət təsir göstərib, onun xarici bazara çıxışını
təmin edirdi.
287
Eyni zamanda bununla Türkiyə tərəfində Trabzon və Batum
284
Ə.M. Topçubaşov. Azərbaycanın təşəkkülü. //Azərbaycan EA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq
seriyası. 1990, №3. c.133.
285
Sərhədyam yerlərdə ticarətə tətbiq edilən xüsusi güzəştlər barədə. 04.06.1918 //AR Pİİ SPİHDA,
f.277, s.2, i.17, v.8.
286
Türkiyə ilə Azərbaycan Respublikası arasında dostluq haqqında müqaviləyə əlavə olaraq imzalanmış
müqavilə. 04.06.1918. //ARDA, f.894, s.10, i. 47, v.5-6
287
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.364
84
konfranslarında qarşıya qoyduqları əsas strateji məqsədə - Bakı neftinin Batum
limanına daşınmasına nail olurdular. İkinci saziş dəmir yollarına aid idi və dörd
dövlət - Osmanlı imperiyası, Ermənistan, Azərbaycan və Gürcüstan respublikaları
arasında imzalanmışdı. Sazişdə qeyd edilirdi ki, keçmiş Rusiya dövlətinin
mülkiyyəti olan dəmir yol nəqliyyat vasitələri müqavilə imzalayan tərəflərinin
ərazi hüdudlarına uyğun olaraq onlar arasında bölüşdürüləcək.
288
Cənubi Qafqaz
respublikalarından Gürcüstana məxsus dəmir yolları Türkiyə ilə bərabər 28 may
müqaviləsinə görə almanların da istifadəsinə verilirdi. Almaniya Gürcüstan
qəyyumluğunu qəbul etdikdən və onun dəmir yollarından azad şəkildə istifadə
etmək imtiyazı aldıqdan sonra Bakı neftinə doğru əhəmiyyətli addım atmış oldu.
Almaniya Gürcüstana daxil olduqdan sonra müxtəlif yollarla türklərin Bakıya
nəzərdə tutulan hücumunu pozmağa çalışırdı. Amerika alimi C.Lençkovski yazır:
"İstənilən vəziyyətdə almanlar neftlə zəngin olan bu vilayəti türklərə güzəştə
getmək istəmirdilər, ona görə gizli alman casusları bu zaman Tiflisə uzağa gedəcək
vədlər verirdilər".
289
Azərbaycan Respublikasının müstəqilliyinin elan edilməsi xarici dövlətlər
içərisində birinci olaraq Sovet Rusiyasını və İranı narahat edirdi. Dəqiq müəyyən
edilməmiş sərhədlər daxilində yeni yaradılmış dövlətin Azərbaycan Xalq
Cümhuriyyəti adlandırılmasından İranın rəsmi dairələri şübhələnirdi ki,
Azərbaycan Respublikası Türkiyənin köməkliyi ilə Cənubi Azərbaycanı onlardan
alsınlar, iyun ayının 4-də Osmanlı imperiyası ilə Azərbaycan arasında dostluq
müqaviləsinin imzalanması bu şübhələri daha da artırdı. İran tərəfinin narahatçılığı
özünü onda ifadə edirdi ki, müxtəlif xarici yazışmalarda Tehran Azərbaycan
hökumətini Qafqaz Azərbaycanı kimi təqdim etməyə başlamışdı. Osmanlılara
gəldikdə isə onlar hər iki Azərbaycanla Türkiyə arasında, hələlik qeyri-müəyyən
şəkildə də olsa, əlaqələrin güclənəcəyini ehtimal edirdilər.
290
Batumda olan Azərbaycan nümayəndələri respublikadakı vəziyyət haqqında
Milli Şuranın nümayəndəsi N.Usubbəyovdan və ayrı-ayrı yerlərdən gəlmiş
nümayəndələrdən ətraflı məlumat aldıqdan sonra 4 iyun müqaviləsinin dördüncü
bəndinə istinad edərək Osmanlı hökumətindən yardım istəməyi qərara aldılar. Bu
məqsədlə Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski
Azərbaycana hərbi yardım göstərilməsi barədə Türkiyə nümayəndələri ilə
danışıqlar apardılar. Müqavilə öhdəliklərinə görə onlar Osmanlı hökumətindən
Azərbaycana ordu göndərilməsini rica etdilər.
291
İyun ayının 13-də Milli Şuranın Tiflisdə keçirilən iclasında Batumdan yeni
qayıtmış Xarici İşlər naziri M.H.Hacınski sülh danışıqları, yardım istənilməsi və
288
Yenə orada, s.365; ARPİİ SPİHDA, f.277, s.2, i.9, v.24
289
G.Lençzowski. Russia and the west in Iran. A study in Creat Powers Rivalry: 1918-1948. Ithara,
N.Y.: Cornell University press. 1968, p. 17
290
T.Swietochovski. Russia and Azerbaijan, p.71
291
N.Kurat. Türkiye ve Rusiya. s.530
85
imzalanmış diplomatik sənədlər barəsində geniş məlumat verdi. Onun sözlərindən
aydın oldu ki, Batumda imzalanmış sülh müqaviləsi İstanbulda Almaniya, Avstriya
və Bolqarıstan nümayəndələri ilə birlikdə müzakirə ediləcəkdir. M.H.Hacınski
İstanbula Azərbaycan nümayəndələrinin göndəriləcəyini bildirdi.
292
Bu barədə
M.Ə.Rəsulzadə yazır: "Azərbaycanın nə kimi müşkilatə məruz qaldığı və bu
təhlükəli müşkilatdan çıxa bilmək üçün Türkiyənin müavinətinə möhtac olduğunu
Azərbaycan müməssilləri Trabzon və Batumda türklərlə vaqe olan təmasları
əsnasında gərək şifahən və gərək təhrirən anlatmışlardı. Bu kərə Azərbaycan
Şurayi - Millisi naminə biz və Xariciyyə Nəzarəti naminə də Məhəmməd Həsən
bəy salifüzzikr müahidənin dördüncü maddəsinə istinadən Türkiyə hökumətinə
müraciətlə qəvayi-imdadiyyə istədik. Bütün Azərbaycan xəlqinin çarçeşmlə
bəklədiyi ümidə tərcüman olan bu müraciətimizə Türkiyə heyəti-mürəxxəsi həman
müvafiqət cavabını verdi". Bununla əlaqədar qeyd edilməlidir ki, xüsusi dəvət və
dövlətlərarası müqavilə zəminində Azərbaycana hərbi yardım göstərilməsinin
xarici hərbi müdaxilə ilə heç bir əlaqəsi yox idi. Bu məsələ ilə bağlı Аzərbaycan
Nazirlər Şurasının sədri F.X.Xoyskinin də fikri belə idi. О deyirdi: "Türkiyə-
Azərbaycan sülhnaməsinin bir maddəsinə görə, məmləkətimizə nə vaxt lazım olsa
hüququmuzun müdafiəsi üçün türklər bizə bir qədər əsgər verməli idilər. Ona
görədir ki, darda qaldıqda bu çarəyə təvəssül edildi. Türklər imzalarına əməl və
vəzifələrini hüsni-ifa etdilər. Əlbəttə, qoşunsuz, gücsüz görülməsi pək müşkül olan
işlər çox çətinliklə yavaş-yavaş işlənirdi. Bizə xaricdən qüvvə almaq üçün başqa
millət və dövlətə müraciət etmək bəzi şəraitdən dolayı mümkün deyildi, müraciət
etdikdə də bir nəticə hasil olmazdı, ona görədir ki, dindaş və millətdaşımız olan
Türkiyəyə müraciət edildi".
293
Azərbaycan nümayəndələrinin müraciətini qəbul edən Osmanlı dövləti elə
etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Almaniyanın etirazına səbəb
olmasın. Ona görə Türkiyə hökuməti qərara aldı ki, Osmanlı ordusu və Azərbaycan
könüllülərindən ibarət "İslam Ordusu" yaradılsın. Ənvər Paşanın fikrincə, belə
olduqda Almaniyanın müqavimətini aradan götürmək olardı.
294
Əslində, "Qafqaz
İslam Ordusu"nun yaradılmasına Ənvər paşa hələ 1918-ci ilin mart ayından
başlamışdı.
İstanbula gəlib çatan Azərbaycan nümayəndələrindən vəziyyət haqqında
məlumat alan baş nazir Tələt paşa Azərbaycana yardım məsələsini hökumət
kabinetinin müzakirəsinə çıxarmış və müvafiq qərar qəbul etmişdi. Qərara uyğun
olaraq Azərbaycana gedəcək zabitləri seçmək üçün komissiya yaradılmışdı.
295
İlkin
olaraq komissiya tərəfindən 20 nəfərədək zabit seçilmişdi. Komanda heyətini
292
Azərbaycan Milli Şurasının 6 saylı iclasının protokolu. 13.06.1918. //ARDA, f.970, s.1, i. 6, v.l
293
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament (stenoqrafik hesabatlar). I cild. Bakı, 1998,
s.39
294
Öke Kemal. Ermeni meselesi. s.164
295
N.Şeyxzamanlı. Аzərbaycan istiqlal mücadiləsi xatirələri. Bakı, 1997, s.68-71
86
formalaşdırmaq üçün Nuru paşa təcili olaraq Mosula yollanmışdı. Burada o, VI
Ordunun içərisindən Azərbaycana göndərilmək üçün 149 zabit, 488 gizir və əsgər
seçmişdi. Bu kiçik dəstə 1918-ci ilin aprel ayının əvvəlində Azərbaycana yola
düşmüşdü. Seçiləcək digər zabitlər və hərbçilər az sonra Azərbaycana yola
salınmalı idi.
296
Aprel ayının 5-də Ənvər paşa Qafqaz İslam ordusunun təşkili haqqında əmri
imzaladı. Aprel ayının 8-də Mosuldan hərəkətə başlayan Nuru paşa mayın 9-da
Təbrizə çatdı və mayın 20-də Araz çayını keçib Gəncəуə doğru hərəkətə başladı.
297
Mayın 24-də Nuru paşa artıq Yevlaxda idi. İyunun əvvəllərində Türk hərbi
dəstələri artıq Gəncəyə yetişməkdə idilər. Türkiyə qoşunlarının bir qismi Qars və
Gümrüdən keçib Qarakilsə-Dilican-Qazax və Ağstafa yolu ilə, digər hissəsi isə
Cənubi Azərbaycan-Qarabağ istiqamətindən hərəkət edirdi.
298
Mürsəl paşanın
başçılıq etdiyi Türkiyə ordusunun ən yaxşı diviziyalarından olan 5-ci diviziya iyun
ayının əvvəllərində Gəncəyə daxil oldu. 257 zabitdən və 5575 əsgərdən ibarət olan
bu diviziyanı Azərbaycan əhalisi böyük sevinclə qarşıladı.
299
Türkiyənin Qafqazda
olan hərbi hissələrinin yeni baş komandanı Ənvər paşanın ögey qardaşı Nuru paşa
da öz qərargahı ilə birlikdə Gəncəyə gəldi. Amerika tarixçisi T.Svyatoçovskinin
yazdığı kimi "əhali Osmanlı əsgərlərini hərarətlə qarşıladı".
300
Türk qoşunlarının Gəncə istiqamətində hərəkəti Sovet Rusiyasını və öz
hakimiyyətini bütün Azərbaycana yaymaq arzusunda olan Bakı Xalq Komissarları
Sovetində ciddi narahatçılığa səbəb oldu. V.İ.Lenin hələ may ayının axırlarında
S.G.Şaumyana göndərdiyi teleqramda yazırdı: "Bakının beynəlxalq vəziyyəti
çətindir. Buna görə də məsləhət görərdim ki, Jordaniya ilə ittifaqa girməyə cəhd
edin".
301
Bu direktivə uyğun olaraq Bakı XKS-i adından S.G.Şaumyan iyun ayının
6-da Gürcüstana, N.Jordaniyaya müraciət edərək guya Cənubi Qafqazın
istiqlaliyyətini Türkiyə hücumlarından müdafiə etməkdə Sovet hakimiyyətinə
yardım göstərməyi təklif etmişdi. Məktubda göstərilirdi ki, əgər Gürcüstan
hökuməti Türkiyə qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, RSFSR
XKS-nin hakimiyyəti Cənubi Qafqazda bərqərar edildikdən sonra Gürcüstana
muxtariyyət verilə bilər.
302
Bu məsələ ilə bağlı öz növbəsində Almaniya da
Gürcüstana təzyiq göstərirdi və bütün bu amillərlə bağlı Gürcüstan hökuməti
Türkiyə qoşunlarını öz ərazisindən Azərbaycana buraxmamaqda hər iki baxımdan
maraqlı idi. Ona görə iyun ayının 10-da Borçalı istiqamətindən Azərbaycana doğru
hərəkət edən türk qoşunları alman-gürcü qoşunları ilə üz-üzə dayandı. Böyük
296
M.Süleymanov. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı, 1999, s.104
297
Yenə orada, s.106.
298
E.K.Rüştü. Böyük Наrpte Bakü yollarında. s.24
299
Yenə orada, s.24; N.Nəsibzadə. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı, 1996, s.63
300
T.Swietochowski. Russian and Azerbaijan, p. 131
301
V.İ.Lenin. Azərbaycan haqqında. Bakı, 1970, s.126
302
Возрождение. 1918, 29 июня.
87
müharibənin bütün çətinliklərində müttəfiq olan Almaniya və Türkiyə Qafqaz
siyasətində bir-birinə qarşı durmalı olmuşdu. Çox da böyük olmayan hərbi
əməliyyat nəticəsində Türkiyə ordusu general Kressin başçılıq etdiyi alman-gürcü
dəstələrini geri oturtdu və xeyli sayda əsir aldı. Bu hadisə ilə bağlı iyun ayının 11-
də Almaniya Baş qərargahı öz teleqramında Türkiyədə və Yaxın Şərqdə olan hərbi
hissələrini çıxaracağı ilə Osmanlı hökumətini hədələyirdi və hərbi əsirləri
buraxmağı tələb edirdi.
303
Hərbi əsirlər azad edildisə də, alman-gürcü qoşunları
Türk ordusunun Gəncəyə, son nəticədə isə Bakıya hərəkətinin qarşısını ala bilmədi.
Lakin bu hadisə hələ Tiflisdə olan Azərbaycan hökumətinə münasibəti dəyişdirdi
və bundan sonra Gürcüstanda qalmağın mümkünsüzlüyünü başa düşən Azərbaycan
hökuməti və Milli Şura iyun ayının 16-da Gəncəyə köçməli oldu.
Eyni zamanda Bakı bolşevikləri və şəhəri ələ keçirmiş ermənilər Gümrü-
Qarakilsə erməniləri ilə əlaqə yaradıb onlara bildirmişdilər ki, Türkiyə ordusunun
Azərbaycana doğru irəliləməsinin qarşısını almaq üçün onlara hər cür yardım
göstərəcəklər.
304
Bu məqsədlə Bakıda bolşeviklər ermənilərlə birlikdə hərbi
hazırlıq işlərini xeyli sürətləndirdilər. İyun ayının əvvəllərində Bakı sovetinin hərbi
hazırlıq tədbirləri və Gəncə istiqamətində hərəkətə başlaması Osmanlı qoşunlarının
Gəncədə toplanmasının sürətləndirilməsini zəruri edirdi. Bu zaman Osmanlı
dövlətinin Bakını azad etmək üçün gördüyü hazırlıq tədbirlərinə toxunan Ənvər
paşa Qafqaz cəbhəsi komandanı Vehib paşaya yazırdı ki, Bakı və ətrafının
bolşeviklərdən təmizlənməsi üçün lazımi hərbi qüvvələri bölgəyə göndərdim və
ehtiyac olarsa, bu qüvvələri daha da gücləndirəcəyəm.
305
Tiflisdəki 18 günlük fəaliyyətdən sonra Milli Şura və hökumət Gəncəyə
gəldi. Bu zaman Azərbaycanın hər yerindən müxtəlif dairələrin nümayəndələri
Gəncəyə axışmağa başladı. Onların məhdud dünyagörüşlü mürtəce hissəsi Milli
Şuranın və hökumətin demokratik, inqilabi əhvali ruhiyyəli şəxslərdən təşkil
olunmasından narazı idilər. Azərbaycanın Türkiyəyə ilhaq edilməsi tərəfdarı olan
bəzi islamçı dairələr Milli Şuraya qarşı fəal kampaniyaya başlayaraq Nuru paşanı
öz tərəflərinə çəkə bildilər. Azərbaycana gəldiyi günlərdə Nuru paşa Azərbaycan
hökumətinə hörmət və etimadla yanaşacağını, onun daxili siyasi həyatına müdaxilə
etməyəcəyini bildirib, türklərin Azərbaycanı idarə etmək üçün deyil, müdafiə
etmək üçün gəldiklərini qeyd etmişdisə, iyun böhranı zamanı onun klerikal islamçı
dairələrin təsiri altına düşdüyü açıq-aydın hiss edilirdi. Mürtəce və ilhaqçı dairələr
tərəfindən birtərəfli və qərəzli şəkildə məlumatlandırılmış Nuru paşa hiss etdirdi ki,
solçulardan və müsavatçılardan daha çox mühafizəkar islam ittihadçılarına rəğbət
bəsləyir. O, hökumətin və Milli Şuranın tamamilə buraxılmasına və onun
303
W.E.D.Allen and Paul Muratof. Caucasian Battlefields, p.479
304
T.Sünbül. Azerbaycan Dosyesi, s.84
305
Türkiye Cümhuriyyeti Genelkurmay Başkanlığı Askeri Tarih ve Stratejik Etüd Arşivi. A. 4/3671,
k.2922, D.512, F.27 (Bu iqtibas V.Qafarovun "Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə
münasibətlərində (1917-1922-ci illər)" adlı əlyazmasından götürülmüşdür)
88
hüquqlarının paşanın öz arzusu ilə təşkil edəcəyi hökumətə verilməsini istəyirdi.
"Təşkil olunacaq bu "hökumət" isə rus çarlığının köhnə qapı qulları və
şeyxülislamdan ibarət olacaqdı". Nuru paşanın Milli Şuraya belə münasibəti onu
rus inqilabının nəticəsi kimi qəbul etməsi ilə bağlı idi. İyunun ortalarında türk hərbi
nümayəndəliyinin Xan Xoyski hökumətinə etimadsızlığını bildirməklə kabinetin
böhranı yarandı. Yaranmış böhranı aradan qaldırmaq üçün Milli Şuranın sədri
M.Ə.Rəsulzadə, baş nazir Xan Xoyski və xarici işlər naziri M.H.Hacınskidən
ibarət nümayəndə heyəti Nuru paşa ilə görüşüb danışmaq istədilər. Onlar Milli
Şuranın və hökumətin adından İslam Ordusunun komandanı kimi Nuru paşanı
təbrik etdilər. Lakin Nuru paşa "özünün əsgər olduğunu, siyasətdən başı
çıxmadığını, ordunun siyasi müşaviri Əhməd bəу Ağaoğlu ilə görüşüb danışıq
aparmağın lazım olduğunu" bildirdi.
306
Görüş zamanı Milli Şuraya qarşı göstərilən
soyuq münasibət böhranı daha da ciddiləşdirdi. Əslində, Azərbaycan
istiqlaliyyətinin taleyi məsələsi qarşıya çıxmışdı. Nuru paşanın tövsiyəsi ilə Əhməd
bəy Ağaoğlu ilə görüşdə Azərbaycanın siyasi həyatının mühüm məsələləri
müzakirə edildi. Müzakirələr zamanı Əhməd bəу bildirdi ki, Milli Şura buraxılsın
və Nuru paşanın təqdimatı üzrə yeni hökumət yaradılsın. Lakin Azərbaycan
nümayəndələri buna qəti şəkildə etiraz etdilər və belə bir addımın Azərbaycanı
beynəlxalq münasibətlər baxımından işğal faktı qarşısında qoyacağını bildirdilər.
Yalnız güclü müqavimətdən sonra türk komandanlığı yeni hökumət kabinəsinin
Milli Şura tərəfindən təşkil olunmasına, Milli Şuranın isə bütün səlahiyyətini yeni
təşkil olunmuş hökumətə verib özünü buraxmasına razılıq verdi.
307
Belə bir gərgin
vəziyyətlə yalnız M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın tutduğu prinsipial
mövqe Azərbaycan istiqlaliyyətinin başı üzərini almış ölüm təhlükəsini
sovuşdurmağa imkan verdi. M.Ə.Rəsulzadə haqlı olaraq deyirdi ki, "qanun
çərçivəsində bir çıxış yolu tapmayınca, başımızın üstünü alan qara irtica təhlükəsi
həmişə qalacaqdır".
308
Bir il sonra M.Ə.Rəsulzadə bu hadisəni xatırlayaraq yazırdı:
"Bizə deyirlər ki, türkləri tənqid etmək olmaz, çünki onlar bura bizi idarə etməyə
yox, bir əsgər kimi xalqı müdafiə etməyə gəlmişdilər. Bu, doğrudur. Lakin о da
doğrudur ki, bizim öz içərimizdə elə bəylər və ağalar var idi ki, onlar burada
İstanbulun ağalıq etməsini tələb edirdilər".
309
İyun ayının 17-də Milli Şuranın say etibarı ilə yeddinci iclası gərgin bir
vəziyyətdə işə başladı. Sosialist bloku ilə hümmətçilər Milli Şuranın tərkibindən
çıxmaq barədə bəyanat verdilər. İclasa M.Ə.Rəsulzadə sədrlik edirdi və o, Əhməd
Ağaoğlu ilə danışıqların yekunları barədə məlumat verib vəziyyətdən çıxış yolu
araşdırılmasını zəruri hesab etdi. Onun çıxışında iyun ayının ortalarında
306
Gəncə şəhər idarəsinin binasında Azərbaycan Milli Şurasının qapalı iclasının protokolu. 17.06.1918.
//ARDA, f.970, s.1, i. 1, v.48
307
H.Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992, s.240
308
T.Swietochowski. Russian and Azerbaijan, p.71
309
Azərbaycan, 1919, 29 may
89
Azərbaycandakı böhranlı vəziyyət, onu doğuran səbəblər, Azərbaycan
demokratlarının rus inqilabına (fevral inqilabına) müsbət münasibəti ətraflı şəkildə
şərh edildi. M.Ə.Rəsulzadə öz çıxışında Milli Şuranın buraxılmasını təklif edib
göstərdi: ola bilsin ki, bu qərar sevindirici deyildir, lakin yaranmış vəziyyətlə
əlaqədar biz onu qəbul etməliyik. Əgər biz yaranmış vəziyyətdən çıxış yolu
tapmasaq hakimiyyətə qaragüruhçuların keçmək təhlükəsi vardır. О deyirdi:
"Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncədə Xalq Nümayəndəliyinin heç
olmasa bir hissəsini təmsil edən bir müəssisənin bu şəkildə səhnəni tərk etməsi
məcburiyyəti qarşısında qalması heç şübhəsiz ki, demokratiyanın bir geriləməsi və
mürtəce qüvvələrin müvəffəqiyyətidir. Bu geriləmə işıqlı və раk qüvvələrin
məğlubiyyəti, qara və müdhiş qüvvələrin güclənməsidir. Bu vəziyyət bizdə Rusiya
inqilabının prinsiplərinin iflasa uğramasına dair bir təsəvvür yaratmaqdadır. Fəqət,
əfəndilər, yalnız zahiri cəhətlərə aldanmayaq, çox da məyus olmayaq. Kim nə deyir
desin Rusiyanın böyük inqilabı məğlub olmadı... Azərbaycan Rusiya inqilabının
irəli sürdüyü müsbət ideyaların təsiri altında formalaşan ümumi hürriyyətdən son
dərəcə faydalanacaqdır. Müstəqil Azərbaycanda ictimai və şəxsi azadlıqların hər
halda müstəbid Rusiyada olduğundan daha geniş, daha sərfəli olacağına dair heç
bir şübhəm yoxdur. Hətta əfəndilər, söyləmək istəyirəm ki, Azərbaycan Qafqazda
ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan da daha məsuddur.
Çünki burada bizim daxili işlərimizə müdaxilə edəcəyi gözlənilən qüvvə yabançı
qüvvə deyil, öz qüvvəmizdir".
310
Milli Şuranın iclasında Türkiyə hərbi nümayəndəliyinin hərəkətlərindən
bədgüman olanlar, Türkiyə hərbi yardımına olan ümidlərinin puça çıxdığını
söyləyənlər də var idi. Osmanlı rəhbərliyində Nuru paşanın mövqeyi ilə razı
olmayanlar Azərbaycanın daxili işlərinə qarışmağın əleyhinə idilər. Vehib paşa
Azərbaycan hökumətinə məktubunda yazırdı ki, Osmanlı ordusu müəyyən
müqaviləyə əsasən, müstəqil Azərbaycan hökumətinin müraciəti əsasında
gəlmişdir və bu ordu Azərbaycan hökumətinin əmrlərini yerinə yetirməlidir.
Milli Şuranın 17 iyun tarixli iclasında M.Ə.Rəsulzadəni müdafiə edən
N.Usubbəyov yaranmış böhranla bağlı deyirdi: "Aşkardır ki, paşa həzrətləri və
Dövləti-Aliyyeyi-Osmaniyyə Azərbaycanın müstəqilliyini qoruyaraq özünə
hökumət təşkil etməsinə tərəfdardır. Məlum məsələdir ki, onlar bizim işlərimizə
qarışmaq istəməzlər. Lakin paşanın ətrafını məxsusi adamlar, şübhəli şəxslər
tutmuşlar. Bu adamlara qarşı əlimizdə olan hüquqlarımızdan istifadə etmək
lazımdır. Əgər biz bu hüquqdan bərk yapışsaq və güzəşt etmək istəməsək ölkənin
beynəlxalq vəziyyətinə ziyan vurmuş olarıq. Bu isə belə bir müşkül vəziyyətə
düşdüyümüz üçün vətənpərvəranə hərəkət ola bilməz. Buna görə təklif edirəm ki,
kabinənin istefasını qəbul edək, sonra rəisimizə tapşırılsın ki, özü inandığı bir
adama yeni hökumət təşkilini tapşırsın. Yeni təşkil olunacaq hökumətə əldə edilən
310
Milli Şuranın iclasının protokolu. 17.06.1918, //ARDA, f.970, s.1, i.3, v.12-15
90
bütün azadlıqları mühafizə etməsi və onlara sadiq qalması şərti ilə tam səlahiyyət
verək ki, məmləkəti idarə edib yaxın zamanlarda Müəssisələr Məclisi çağırsın və
bu ixtiyarını heç kəsə könüllü surətdə təslim etməyərək ən qiymətli bir əmanət
kimi saxlasın və yalnız qüvvəyə, süngüyə təslim olsun. Bunu da ərz etməliyəm ki,
istiqlalımıza qarışa biləcək təcavüzə qarşı ilk əvvəl üsyana qalxan mən özüm
olacağam".
311
Nəhayət, iclasda Baş nazir F.X.Xoyski Milli Şura və rəhbərlik etdiyi
hökumət kabinəsi adından göstərdi ki, "Gürcüstan Cənubi Qafqazdan ayrıldıqdan
sonra bizim ölkəmiz hökumətsiz və hakimiyyətsiz qalmışdı. Buna görə də biz
Müvəqqəti hökumət təşkil etməyə məcbur olduq. İndi biz öz ərazimizdəyik. Мən
və mənim yoldaşlarım bizim istefaya çıxmağımızı xahiş edirik. Ümid edirik ki,
bizim
xahişimizi
qəbul
edəcək
və
bizim
çatışmamazlıqlarımızı
bağışlayacaqsınız".
312
Bundan sonra davam etdirilən müzakirələr nəticəsində iki
qətnamə qəbul edildi. Birinci qətnamə Müvəqqəti hökumətin hüquq və vəzifələrinə
aid idi. Orada deyilirdi, Müvəqqəti hökumət dövlət müstəqilliyini və mövcud siyasi
azadlıqları ləğv etmək, aqrar və buna bənzər inqilabi qanunları dəyişdirmək
hüququna malik deyildir, о altı ay müddətindən gec olmayaraq Məclisi Müəssisanı
çağırmağa borcludur, qalan məsələlərin idarəsində tam hüquqa malikdir. İkinci
qətnamə isə Azərbaycan Milli Şurasının buraxılmasına aid idi. Milli Şura
Azərbaycanın daxili və xarici vəziyyətindəki gərginliyi nəzərə alaraq bütün
hakimiyyəti Fətəli Xan Xoyskinin rəhbərliyi ilə təşkil edilən hökumətə verir və ona
tapşırır ki, yaxın vaxtlarda çağırılacaq Məclisi Müəssisandan başqa öz
hakimiyyətini heç kimə güzəştə getməsin.
313
Beləliklə, "iyun böhranı" Milli
Şuranın fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə nəticələnsə də, hər halda,
Milli Şura öz əsas vəzifəsini yerinə yetirmiş oldu. Azərbaycanın dövlət
müstəqilliyini siyasi və diplomatik baxımdan qoruyub saxlamaq mümkün oldu.
İyunun 17-də axşam F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət kabinəsi
yaradıldı. On iki nəfərdən ibarət olan hökumət kabinəsinə köhnə hökumətin altı
üzvü və altı yeni nazir daxil oldu. Yeni təşkil olunan hökumətdə nazir portfelləri
aşağıdakı qaydada bölüşdürüldü. F.X.Xoyski - Nazirlər Şurasına və ədliyyə
nazirliyinə, M.H.Hacınski - xarici işlər nazirliyinə, B.Cavanşir - daxili işlər
nazirliyinə, X.Məlik-Aslanov - yollar nazirliyinə, Ə.Əmircanov - maliyyə
nazirliyinə, X.Sultanov - əkinçilik nazirliyinə, N.Usubbəyov - xalq maarifi
nazirliyinə, A.Aşurov - ticarət və sənaye nazirliyinə, X.Rəfibəyli - xalq səhiyyə və
himayəçilik nazirliyinə rəhbərlik etməyə başladı. Hökumət kabinəsinə daxil
edilmiş Ə.M.Topçubaşov, X.Xasməmmədov, M.Rəfiyev portfelsiz nazir oldular.
Müvəqqəti olaraq poçt və teleqraf nazirliyinə rəhbərlik etmək X.Məlik-Aslanova,
ərzaq nazirliyinə rəhbərlik etmək A.Aşurova, Nəzarət nazirliyinə rəhbərlik etmək
311
Azərbaycan Milli Şurasının 7 saylı iclasının prolokolu. 17.06.1918 //ARDA, f 970 s.1, i.l, v.58.
312
Yenə orada, v.57.
313
Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurasının iclaslarının protokolu.
Bakı, 2006, s.151-152.
91
xarici işlər naziri M.H.Hacınskiyə tapşırıldı. Hökumət böhranı başa çatan kimi,
iyun ayının 19-da Nuru paşa xüsusi qatarla cəbhəyə yola düşdü. Elə həmin gün 600
nəfərdən ibarət Azərbaycan könüllüləri də ön xəttə göndərildi.
314
İyun ayının 23-də
Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün
Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.
315
İslam Ordusunun Bakıya doğru
hərəkətinə Titlisdə olan Almaniya nümayəndələrinin neftə görə maneçilik
cəhdlərini nəzərdə tutaraq iyun ayının 24-də Şərq Orduları Qrupunun komandanı
Vehib paşa Nuru paşaya teleqramında yazırdı ki, Azərbaycan ərazisində Osmanlı
ordusundan başqa digər bir ordu ola bilməz.
316
Yenicə yaradılmış İslam Ordusuna
tapşırıldı ki, hərbi vəziyyətə uyğun olaraq daxili işlər nazirliyinin rəhbərliyi altında
fəaliyyət proqramı hazırlasınlar. İslam Ordusu osmanlıların Beşinci piyada
diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu
əsasında təşkil edilmişdi. Ümumilikdə Nuru paşanın komandanlıq etdiyi İslam
Ordusuna on səkkiz minə qədər adam daxil idi. Bunun altı min nəfəri türk nizami
ordusundan, on iki min nəfərə qədəri isə hərbi təlim görməmiş, əslində xalq qoşunu
təsiri bağışlayan Azərbaycan hərbi hissələrindən ibarət idi.
317
Türkiyə tərəfi
Osmanlı imperatorluğunun üzləşdiyi maliyyə çətinliklərini əsas tutaraq
Azərbaycanın öz ordusunun yaradılmasına üstünlük verirdi. Ənvər paşa bildirirdi
ki, Azərbaycanda ordu saxlamaq Türkiyəyə hər ay 50 min lirəyə, yəni bir milyon
manata başa gəlir.
318
Azərbaycanın müstəqilliyinə qarşı olan solçuların, xüsusilə
bolşeviklərin "iyun irticası" kimi təqdim etdikləri ikinci hökumət kabinəsi iyunun
sonuncu ongünlüyündən etibarən fəal siyasət dövrünə qədəm qoydu. Beynəlxalq
siyasət baxımından Milli Şura özünü buraxmazdan əvvəl çox əhəmiyyətli bir
addım atdı. 4 iyunda Osmanlı dövləti ilə imzalanmış müqavilə və sazişlər Milli
Şuranın iclasında "böyük razılıq hissi və alqışlarla" təsdiq edildi və ratifikasiya
edilmiş sənədlər iyulun 2-də Azərbaycan hökuməti tərəfindən Türkiyə Xarici İşlər
Nazirliyinə təqdim edildi.
319
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabineti yarandıqdan
sonra iyun ayının 26-da hökumətin qərarı ilə nazirliklərin işini fəallaşdırmaq üçün
hər nazirlikdə, о cümlədən xarici işlər nazirliyində də bir müavin vəzifəsi təsis
edildi.
320
İyun ayının 30-da isə xarici işlər nazirliyi də daxil olmaqla nazirliklərdə
314
Azərbaycan Cümhuriyyəti. (1918-1920). Bakı, 1998. s.105
315
Адрес Календарь Азербайджанской Республики, с.22
316
Türkiye Cümhuriyeti Genelkurmay Başkanlığı Askeri Tarih ve Stratejik Etüd Arşivi. K.3827, D.38,
F.2 (Bu iqtibas V.Qafarovun "Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917-
1922-ci illər)" adlı əlyazmasından götürülmüşdür)
317
W.E.D.Allen and Paul Muratof. Caucasian Battlefields, p.480
318
Azərbaycanın İstanbuldakı nümayəndəliyinin sədri M.Ə.Rəsulzadənin xarici işlər naziri
M.H.Hacınskiyə məktubu. 19.07.1918.//ARDA, f.894, s.10, i. 31, v.3
319
İstiqlal, 1919, №1, s.70. M.B.Mehmetzade. Devletlerarası Münasibetlere Dair Vesikalar.
//Azerbaycan Yurt Bilgisi, №31-32, Temmuz-Ağustos, 1934, s.261
320
Azərbaycan Cümhuriyyəti hökumət qanun və binaküzarlıqları məcmuəsi. 1919, №1, s.25.
92
katib, işlər müdiri, iki mirzə, bir kuryer olmaqla dəftərxana yaradıldı.
321
Lakin belə
kiçik bir heyətlə xarici işlər nazirliyinin fəaliyyətini effektli təmin etmək çətin
olduğundan M.H.Hacınski hökumətin toplantısında xarici işlər nazirliyinin
tərkibinin genişləndirilməsini təklif etsə də, Bakının azad edilməsinə qədər bu
məsələyə baxılmadı. Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkəti dövründə
xarici siyasət idarəsinin başlıca vəzifəsi ölkənin paytaxtının yadellilərdən azad
edilməsini diplomatik cəhətdən təmin etməkdən ibarət idi. Azərbaycan Xarici İşlər
Nazirliyi bu istiqamətdə müstəsna dərəcədə fədakarlıq göstərdi və öz üzərinə düşən
vəzifəni şərəflə yerinə yetirdi.
İyun ayının 17-də yaradılmış hökumətin ilk addımlarından biri Mərkəz
(Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) və Qafqaz (Gürcüstan,
Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) dövlətlərinin İstanbul konfransına
göndəriləcək diplomatik heyətinin müəyyən edilməsi və onlar üçün müvafiq
sənədlərin təsdiq edilməsi oldu. Bu konfransın Azərbaycanın həyatında oynayacağı
mühüm rolu nəzərə alaraq hökumət diplomatik heyətinin üç nəfərdən -
M.Ə.Rəsulzadədən, X.Xasməmmədovdan və A.Səfikürdskidən, habelə dörd nəfər
məsləhətçi, texniki işçidən ibarət olmasını təsdiq etdi. Onlara hökumət tərəfindən
səlahiyyət verildi ki, İstanbul beynəlxalq konfransının iştirakçısı olan Türkiyə,
Almaniya, Avstriya-Macarıstran, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar
İttifaqının nümayəndələri ilə siyasi, iqtisadi maliyyə və hərbi məsələlərlə bağlı
danışıqlar aparsınlar və müqavilələr bağlasınlar. Bundan əlavə, hökumət İstanbula
gedən diplomatik nümayəndəliyə Osmanlı dövləti ilə hər cür gizli siyasi və hərbi
müqavilələr bağlamaq və imzalamaq hüququ da verirdi. Belə bir səlahiyyət
Dağlılar respublikası ilə münasibətlərə də aid idi.
322
Tanınmış alim T.Svyatoçevski
bu addımı tam müstəqilliyə tərəfdar olan qüvvələrin Azərbaycandan
uzaqlaşdırılması kimi qiymətləndirir. О yazır: "Osmanlı hakimiyyət dairələri,
aralarında Rəsulzadə də olmaqla, bir neçə siyasi xadimi Azərbaycandan
uzaqlaşdırmaq niyyəti ilə onları uzunmüddətli görüş üçün Türkiyəyə dəvət
etdilər".
323
Bu məsələ ilə bağlı sənəd və materialların dərindən araşdırılması
T.Svyatoçevskinin qeyd edilən fikrini inkar etməyə əsas verir. Birincisi, İstanbul
konfransı Türkiyənin təşəbbüsü olmayıb, Almaniya və Gürcüstanın təşəbbüsü idi.
İkincisi, konfransın uzunmüddətli olacağını hələ heç kim bilmirdi. Üçüncüsü isə,
müstəqilliyin tanınması yolunda konfransa böyük ümid bəslənildiyi üçün, habelə
Türkiyə tərəfindən daha səmərəli yardım almaq məqsədi ilə Türkiyə siyasi dairələri
içərisində böyük nüfuza malik olan, Batum müqaviləsini imzalamış
M.Ə.Rəsulzadə kimi tanınmış bir siyasi xadimin nümayəndə heyətinə rəhbər təyin
edilməsini zəruri edirdi. Bunlardan əlavə, İstanbulda konfrans keçirmək ideyası
321
Yenə orada. s.37
322
İstanbul şəhərində beynəlxalq konfransda iştirak etmək üçün nümayəndə heyətinin göndərilməsi
haqqında Nazirlər Şurasının qərarı. 18.06.1918. //ARDA, f.970, s.1, i. 138, v.3-5
323
T.Swietochowski. Russian and Azerbaijan, p.71
93
ortaya çıxanda hələ "iyun böhranı" baş verməmişdi və kimisə Azərbaycandan
uzaqlaşdırmaq cəhdləri də yox idi. Azərbaycandan yola düşən nümayəndələr iyun
ayının 24-də İstanbula çatdılar. Türkiyəyə gedən Azərbaycan nümayəndələri ora
çatan kimi Ənvər paşaya məktub təqdim edib Azərbaycanın müstəqilliyinin
qorunmasının zəruriliyini göstərmişdilər.
324
Məktubda qeyd edilirdi ki, Türkiyənin
böyük siyasəti Azərbaycanın hələ ki, müstəqil və güclü olmağını tələb edir.
Məktubda Azərbaycanın siyasi vəziyyəti, Bakı quberniyasında cərəyan edən faciəli
hadisələr öz əksini tapmışdır. Azərbaycan nümayəndələri Türkiyənin öz
müttəfiqləri, xüsusən Almaniya qarşısında Qafqaz xalqlarına eyni cür münasibət
bəsləmək məsələsini qaldırmışdılar. Erməni və gürcülərin Almaniya ilə apardığı
separat danışıqlara toxunaraq, ermənilərin öz ərazi iddialarını Almaniya vasitəsi ilə
həyata keçirmək arzusunda olduqları məktubda qeyd edilirdi. Bakı quberniyasında
baş verən hadisələrlə bağlı Azərbaycan nümayəndələri Türkiyə tərəfindən yardım
göstərilməsinin sürətləndirilməsini zəruri hesab edirdilər. Onlar Osmanlı
nümayəndələrinə xatırladırdılar ki, regionda yaranmış qarışıq və mürəkkəb
vəziyyət Cənubi Qafqaz türklərinin həyatını təhlükə altına almışdır. Azərbaycan
sülh heyətinin üzvləri yazırdılar: həqiqətən, ermənilər Türkiyədə törətdikləri
görünməmiş vəhşilikləri və böyük bəlaları indi Cənubi Qafqaz müsəlmanlarına
qarşı törətdiklərindən onlar haqqında hissiz-hiddətsiz danışmaq qeyri-mümkündür.
Biz bilirik ki, hər bir böyük dövlət kimi Türkiyə də öz dövlət siyasətini hisslər
üzərində qurmur. Lakin biz Cənubi Qafqaz müsəlmanları üçün yaranmış böhranlı
vəziyyəti dəfələrlə Dövləti-Alinin diqqətinə çatdırmışıq. Hərbi hissələrin, silahın,
qayda-qanunun və təşkilatçılığın olmaması bizi köməksiz vəziyyətə salmışdır. Bakı
quberniyası və İrəvan quberniyasının cənub hissəsi ermənilərin və erməni bolşevik
quldur dəstələrinin əlinə düşmüş və rəhmsizcəsinə məhv edilmişlər. Müsəlmanların
maddi və mənəvi zənginliyinin mərkəzi olan Bakı isə bolşeviklərin əlinə keçmiş və
ağlagəlməz bir surətlə dağıdılmışdır. Biz şəhərin tezliklə azad edilməsini acizanə
şəkildə sizdən xahiş edirik. Ötən hər gün bizə böyük bədbəxtliklər gətirir. Bir həftə
də yubansaq Cənubi Qafqazda bir çəllək də neft qalmayacaq, neft olmadığından
sizin istifadə etmək istədiyiniz dəmir yolu öz hərəkətini dayandıracaq, bolşeviklər
tərəfindən həbs olunmuş bütün ziyalılar və kapitalistlər vəhşicəsinə məhv
ediləcəklər. Biz təxirə salınmadan ora hərbi kömək göndərilməsini rica edirik.
İstanbulda keçirdikləri birinci görüşlər haqqında M.Ə.Rəsulzadə xarici işlər
naziri M.H.Hacınskiyə bunları yazırdı: "İyunun 24-də İstanbula yetişdik və Pera
Palasda yerləşdik. Bir gün sonra Tələt paşanın qəbulunda olduq, xarici işlər naziri
Ənvər paşa, Хəlil bəy, Şeyxülislam və digər nazirlər də orada idilər. Eyni zamanda
Almaniya səfiri Bernsdorfun qəbulunda olduq. Ənvər paşa təklif etmişdi ki,
ərazilərimizin hüdudlarını elan edək. Hökumətdən rica edirik təcili şəkildə bunu
324
M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskinin Türkiyənin hərbi naziri Ənvər paşaya
məktubu. İyun, 1918. //ARDA, f.970, s.1, i. 7, v.4
94
etsin, əgər vaxtında edə bilməsəniz, biz özümüz müvafiq bəyanat hazırlayırıq.
Bütün nümayəndələr buradadır. Bernsdorf bizi nəzakətlə qəbul etdi, bizim
hökumətin təşkili qaydası, Milli Şura, siyasi partiyalar haqqında soruşdu. Eyni
zamanda ordumuzun olub-olmadığı ilə, hansı qüvvə ilə Bakıya qarşı bolşeviklərlə
mübarizə apardığımızla maraqlandı. Həmçinin soruşdu ki, biz konfransda
sərhədlərimizin müəyyən edilməsini zəruri hesab edirikmi. Mən cavab verdim ki,
bunu biz öz aramızda həll etməyə ümidliyik, nəticələr barədə isə müttəfiqlərə
məlumat verəcəyik. Fikirləşirik ki, konfrans Ramazan bayramından tez
başlamayacaq".
325
Konfrans ideyasını ilk dəfə Gürcüstan irəli sürmüşdü. Batum müqaviləsinin
imzalanmasından iki gün sonra Almaniya Xarici İşlər Nazirliyinə verdiyi notada
Gürcüstan hökuməti Dördlər İttifaqı ilə Gürcüstan arasında Brest-Litovsk sülhü
əsasında əlaqələr yaratmaq məqsədi ilə konfrans keçirilməsi ideyasını irəli
sürmüşdü. İyun ayının 9-da Almaniya cavab notasında konfrans çağırılması
ideyasına tərəfdar çıxmışdı, lakin onlar konfransın tək Gürcüstanla deyil,
Qafqazdakı yeni respublikalarla birlikdə keçirilməsini mümkün hesab etmişdilər.
326
Praktiki mülahizələrlə almanlar konfransın İstanbulda keçirilməsini irəli sürdülər.
İyun ayının 24-də Reyxstaqdakı çıxışında fon Külman Dördlər İttifaqı üzvlərinin
Qafqaz məsələsi ilə bağlı konfrans keçirməyə hazır olduğunu bildirmişdi. İstanbul
konfransının keçirilməsində Almaniyanın məqsədləri var idi. Onların Gürcüstanda
olan qüvvələri о qədər də böyük deyildi və bu qüvvə ilə Qafqazda nə Türkiyəyə
qarşı durmaq olardı, nə də Bakı istiqamətdə hərəkət etmək mümkün deyildi. Ona
görə də almanlar özlərinin Qafqaz siyasətini diplomatik yolla davam etdirməyi
üstün tuturdular.
327
Konfransın keçirilməsində təşəbbüsçü kimi çıxış edən
Almaniya öz müttəfiqlərini və Qafqaz respublikalarını Türkiyə vasitəsi ilə
konfransa dəvət etdi. İyulun əvvəllərində konfransa gəlmiş nümayəndələr bir sıra
ikitərəfli danışıqlar apardılar və bəzi gizli görüşlər keçirdilər. Türkiyə İstanbul
konfransı açılana qədər Qafqazda işlərini başa çatdırıb öz nüfuzunu
möhkəmləndirmək və müsəlman həmrəyliyinə nail olmaq istəyirdi.
328
Dağlılar
respublikası nümayəndələri Osmanlı hökumətinin təşəbbüsü ilə konfransa dəvət
edilmişdilər.
İkitərəfli danışıqların gedişində Almaniya ilə Türkiyə arasında Qafqaz
respublikalarını nüfuz dairəsinə salmaq uğrunda gərgin mübarizə başlanmışdı. Bu
mübarizənin gedişində gürcülər almanların, azərbaycanlılar isə türklərin tərəfdarı
olduqlarını nümayiş etdirdilər. Ermənilər köməksiz vəziyyətdə olub tərəddüd
edirdilər. Qısa tərəddüddən sonra İstanbulda olan erməni nümayəndələri güclü
325
Azərbaycanın İstanbuldakı nümayəndəliyinin sədri M.Ə.Rəsulzadənin xarici işlər naziri
M.H.Hacınskiyə məktubu. 28.06.1918. //ARPİİ SPİHDA, f.277, s.2, i. 7, v.52-53
326
З.Авалов. Независимость Грузии в международной политике, с.98
327
W.E.D.Allen and Paul Muratof. Caucasian Battlefields, p.480
328
З.Авалов. Независимость Грузии в международной политике, с. 100
95
türkofil təbliğata başladılar və bununla onlar özlərinin Türkiyənin "pərəstişkarı"
olduqlarını sübuta yetirməyə cəhd göstərirdilər. İstanbulda olan Azərbaycan
nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadə iyul ayının 19-da xarici işlər naziri
M.H.Hacınskiyə göndərdiyi məktubda yazırdı ki, ermənilər türkofil təbliğatla öz
yerlərini bir az bizim, bir az da türklərin hesabına genişləndirmək fikrində idilər.
329
Onların Ənvər paşaya təqdim etdikləri ərazi tələbləri də bunu sübut edirdi. Erməni
layihəsinə görə Sürməli, Naxçıvan, Ordubad, Axalkələk, Eçmiədzin, İrəvan
(qəzası), Borçalı, Qazax, Qarabağ və Zəngəzur qəzaları Ermənistana verilməli idi.
Erməni nümayəndələri bu tələblərini onunla əsaslandırırdılar ki, guya bu qəzaların
əhalisinin 70 faizi ermənilərdir.
330
Ermənilərin İstanbul konfransının müzakirəsinə
təqdim etmək istədikləri belə şişirdilmiş ərazi iddiaları onların real vəziyyətinə
uyğun deyildi. Məsələn, ermənilərin iddia etdikləri Qarayazı mahalında əhalinin 89
faizini müsəlmanlar, 11 faizini isə ruslar və digər millətlərin nümayəndələri təşkil
edirdi. Ermənilərin daha çox tələb etdikləri Zəngəzur qəzasına gəldikdə isə burada
123095 nəfər müsəlman, 99257 nəfər erməninin yaşadığı qeydə alınmışdı.
331
Rusiya Federasiyası Xarici İşlər Komissarlığının sənədlərində isə ermənilərin iddia
etdikləri, 90250 nəfər əhalisi olan, Şərur-Dərələyəz qəzasında əhalinin 67,5 faizini
müsəlmanlar təşkil edirdi. 131142 nəfər əhalisi olan Naxçıvanda bu rəqəm 60
faizin, 104791 nəfər əhalisi olan Sürməli qəzasında isə 70 faizin üstündə idi.
332
İstanbulda olan Azərbaycan nümayəndələri respublikanın hüdudları barədə
hazırladıqları sənədi həm Türkiyə və həm də Almaniya nümayəndələrinə təqdim
etmişdilər. Sənəddə Azərbaycan Respublikasına daxil olan ərazilər və onun
sərhədləri göstərilirdi. Bura bütün Bakı quberniyası (Bakı şəhəri də daxil olmaqla
Bakı qəzası, Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları), Gəncə
quberniyası (Gəncə, Cavanşir, Şəki, Ərəş, Qarabağ, Cəbrayıl, Zəngəzur, Qazax
qəzaları), İrəvan quberniyası (Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bəyazid qəzaları),
Tiflis quberniyası (Borçalı, Sığnax qəzaları və Tiflis qəzasının bir hissəsi),
Zaqatala sancaqlığı daxil idi.
333
Azərbaycan nümayəndələrinin təqdim etdikləri
layihə və tərtib etdikləri xəritə əsasında Borçalı qəzası vasitəsi ilə Türkiyə ilə
Azərbaycan arasında koridor açılması nəzərdə tutulurdu.
334
Bu layihə əsasında
almanlara məlum oldu ki, Türkiyənin müdafiə və yardım etdiyi Azərbaycan
hökuməti hazırda bolşeviklərin əlində olan Bakı quberniyasını heç kimə güzəşt
329
Azərbaycanın İstanbuldakı nümayəndəliyinin sədri M.Ə.Rəsulzadənin xarici işlər naziri
M.H.Hacınskiyə məktubu. 19.07.1918. //ARDA, f.894, s.10, i. 31, v.4.
330
Yenə orada. v.20-21
331
Zaqafqaziya Respublikaları arasında mübahisəli olan ərazilər haqqında. 01.03.1921. //RDSSTA, f.5,
s.l,i. 2796, v.4
332
Qəza administrasiyalarının 1 yanvar 1916-cı il məlumatı əsasında hazırlanmışdır. 28.02.1921.
//Rusiya Federasiyası Xarici Siyasət Arxivi (RFXSA), f.04, s.39, qovluq 232, i. 5300, v.80
333
Topçubaşov Ə.M. Azərbaycanın təşəkkülü. s.122
334
Azərbaycanın İstanbuldakı nümayəndəliyinin sədri M.Ə.Rəsulzadənin xarici işlər naziri
M.H.Hacınskiyə məktubu. 15.09.1918. //ARDA, f.894, s.10, i. 31, v.27
96
etmək fikrində deyildir. Qafqaz dövlətləri ilə bir sıra ikitərəfli danışıqlar
apardıqdan sonra Almaniya nümayəndələri belə bir qənaətə gəldilər ki, Bakı
probleminin həllinin açarı Cənubi Qafqaz respublikalarında deyil, Moskvadadır.
335
Bakı Xalq Komissarlar Sovetinin müvəqqəti mövcudluğu və onun Sovet Rusiyası
tərəfindən hərtərəfli müdafiə edilməsi Almaniya nümayəndələrini belə qənaətə
gətirmişdi. Ona görə də Almaniya Sovet Rusiyası nümayəndələrinin İstanbul
konfransına dəvət edilməsi təşəbbüsü ilə çıxış etdi, lakin türklər qəti şəkildə bu
təklifə qarşı çıxdılar. Bundan sonra iyul ayının əvvəllərindən etibarən Bakı
barəsində almanlar Sovet Rusiyası ilə gizli diplomatik danışıqlara girdilər. Bununla
kifayətlənməyərək Bakıya şimal istiqamətindən hərəkət etmək məqsədi ilə
Almaniya hökuməti digər bir gizli addım atmış oldu. Ukrayna getmanı və Don
kazaklarının atamanı Krasnov Spa şəhərində kayzer II Vilhelm tərəfindən qəbul
edildi. Danışıqlar zamanı razılıq əldə edildi ki, Bakı uğrunda türklərə və ingilislərə
qarşı kazakların qüvvəsindən istifadə edilsin.
336
Almaniyanın Türkiyədən gizli
Sovet Rusiyası, Ukrayna getmanı və Don kazaklarının atamanı ilə apardığı gizli
danışıqlar barəsində şaiyələrin yayılması Osmanlı hökumətinin rəhbər siyasi
dairələrində antialman əhvali-ruhiyyəsini gücləndirdi.
Beləliklə, Bakının azad edilməsi diplomatik cəhətdən böyük sınaq
qarşısında idi. Bu sınaqdan uğurla çıxmaqdan ötrü Azərbaycan hökuməti, onun
xarici siyasət idarəsi bütün imkanlarını, diplomatik bacarığını ölkənin paytaxtının
azad edilməsi üçün səfərbər etmişdi. Azərbaycanın daxilində gedən siyasi proseslər
və onun xaricində cərəyan edən mürəkkəb beynəlxalq çəkişmələr yalnız bir
məqsədə, Bakının azad edilməsinə tabe edilmişdi.
Dostları ilə paylaş: |