Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   2   3   4   5   6   7   8   9   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

 

 

                                                        

92

 Azərbaycan tarixi. Yeddi cilddə, V cild. Bakı, 2001, s.296 



 

36 

 

II FƏSİL 



 

Trabzon və Batum konfransları.  

Azərbaycanın müstəqilliyinə doğru ilk diplomatik addımlar 

 

Trabzon konfransı ərəfəsində Seymin ayrı-ayrı fraksiyaları sülh məsələsi ilə 

bağlı  qarşıya  çıxan  vəzifələri  müzakirə  edir  və  problemə  münasibətlərini 

dəqiqləşdirirdilər.  Fevral  ayının  26-da  Azərbaycan  fraksiyası  bu  məsələ  ilə  bağlı 

iclas keçirdi. Müsəlman Milli Şurası Azərbaycanda və onun ətrafında cərəyan edən 

hadisələri  dərindən  təhlil  etdi.  Qafqaz  cəbhəsindən  qayıdan  erməni  hərbi 

hissələrinin  Bakıda  toplanması,  Yaxın  Şərqdəki  ingilis  hərbi  hissələrinin  İranın 

şimalına - Xəzərin cənubuna doğru hərəkət etməsi nəticəsində Bakı üçün yaranan 

təhlükə,  almanların  Qafqazda  fəallaşması  və  Bakı  neftini  ələ  keçirməklə  bağlı 

niyyətləri  Azərbaycan  milli  fraksiyasını  narahat  etməyə  başlamışdı.  Müsəlman 

fraksiyası Türkiyə ilə sülh müqaviləsinin tezliklə imzalanması və Cənubi Qafqazda 

vəziyyətin sabitləşməsini zəruri hesab edirdi. 

Fevral ayının 28-də isə Trabzona gedəcək nümayəndə heyətinin birgə iclası 

oldu.  İclasda  erməni  nümayəndələri  millətlərin  öz  müqəddəratını  təyin  etmək 

hüququna istinad edərək, "Türkiyə Ermənistanı" üçün muxtariyyət tələb etdilər və 

Osmanlı dövlətinin Qars, Batum, Ərdahana olan iddiasının rədd edilməsi haqqında 

fikirlər  söylədilər.  Müsəlman  sosialist  bloku  adından  çıxış edən  İ.Heydərov  bunu 

Türkiyənin  daxili  işlərinə  müdaxilə  kimi  qiymətləndirdi  və  Cənubi  Qafqaz 

xalqlarının  öz  müqəddəratını  təyin  etməsindən  yalnız  Zaqafqaziya  hüdudlarında 

ola  biləcəyini  mühüm  şərt  kimi  irəli  sürdü.  Türkiyəni  Ərzincan  barışığının 

pozulmasında  günahlandırmağa  cəhd  edənlərə  qarşı  cavab  olaraq  M.Ə.Rəsulzadə 

qeyd etdi ki, türklərin də bizi barışığı pozmaqda günahlandırmağa haqları vardır.

93

 

Bundan iki gün əvvəl isə Zaqafqaziya seyminin iclasında F.Xoyskinin çox kəskin 



çıxışı  olmuşdu  və  sülh  danışıqları  ilə  bağlı  bir  sıra  məsələlərə  münasibətdə 

E.Geqeçkori ilə onun arasında ciddi fikir ayrılıqları meydana çıxmışdı.

94

 

Müzakirələrin  gedişində  ilk  dəfə  olaraq  gürcü  nümayəndəsi  Q.B.Qvazov 



Sülh  konfransı  barədə  almanları  məlumatlandırmaq  ideyasını  irəli  sürdü.  Lakin 

Azərbaycan nümayəndələri bunun əleyhinə çıxdı, A.Çxenkeli isə haqlı olaraq sülh 

nümayəndələrinin  buna mandatı  olmadığını  bildirdi.  O, Türkiyənin hərbi hazırlıq 

işlərindən və daimi müharibə vəziyyətində yaşamağın çətinliyindən narahatçılığını 

ifadə etdi. X.Xasməmmədovun fikrincə, "nə vaxt türklər sərhədi keçsələr, о zaman 

fikirləşmək lazımdır ki, müharibə elan edək, ya yox, Cənubi Qafqazın bütün əhalisi 

müharibə elan edəcək, yoxsa onun bir hissəsi". M.Mehdiyevin fikrincə, sülh heyəti 

Seymə Cənubi Qafqazın müstəqilliyini elan etməyi tövsiyə etməli idi. О bildirdi: 

"Nə  qədər  ki,  müstəqillik  elan  edilməmişdir,  danışıqlar  heç  bir  nəticə 

                                                        

93

 С.Аркомед. Материалы по истории отпадения Закавказья от России. Тифлис, 1923, с.31  



94

 Документы и материалы по внешней политике Закавказья и Грузии, с.98-106 



37 

 

verməyəcəkdir".



95

  Hadisələrin  sonrakı  gedişi  M.Mehdiyevin  bu  fikrinin 

doğruluğunu təsdiq etdi. 

Cənubi  Qafqaz  Seymi  nümayəndələrinin  Trabzona  yola  düşdüyü  ərəfədə 

mart ayının 2-də RSFSR Xalq xarici işlər komissarının müavini, Sovet Rusiyasının 

Brest  sülh  nümayəndəliyindəki  katibi  L.Karaxandan  alınan  teleqram  vəziyyəti 

xeyli  mürəkkəbləşdirdi.

96

  Teleqramda  deyilirdi:  "Biz  hələlik  müzakirədə  olan 



müqaviləni  imzalamaq  qərarına  gəldik.  21  fevral  (3  mart)  müqaviləsinin  ən  ağır 

şərti  Ərdahan,  Qars  və  Batumun  təyini  müqəddəratı  adı  altında  Rusiyadan 

ayrılmasıdır".

97

 Bir gün sonra Sovet Rusiyası Brest-Litovsk müqaviləsini imzaladı 



və  bununla  da  iki  ay  əvvəl  V.İ.Leninin  və  İ.V.Stalinin  "Türkiyə  Ermənistanı" 

haqqında imzaladıqları dekretdən rəsmi şəkildə imtina etdi. Müqavilədə göstərilirdi 

ki, Rusiya Şərqi Anadolunun tezliklə təmizlənməsi və onun Türkiyəyə qaytarılması 

üçün  hər  şeyi  edəcəkdir.  Ərdahan,  Qars  və  Batum  vilayətləri  rus  ordularından 

təmizlənəcəkdir.  Rusiya  bu  vilayətlərdə  yeni  dövlət  –  hüquqi  münasibətlərin 

yaradılmasına  müdaxilə  etməyəcəkdir.  Qars,  Ərdahan  və  Batum  sancaqlıqlarına 

münasibətdə  1877-1878-ci  il  rus-türk  müharibəsinə  qədərki  sərhəd  xətti  bərpa 

ediləcəkdir.

98

 

Brest müqaviləsinə toxunan bir sıra xarici müəlliflər "Türkiyə Ermənistanı" 



haqqında  dekretin  əməli  deyil,  təbliğati  məqsədlərə  xidmət  etdiyini  göstərirlər. 

Onların  fikrincə,  Xalq  Komissarları  Soveti  bir  tərəfdən  "Türkiyə  Ermənistanı" 

haqqında  dekret  verdi,  digər  tərəfdən  isə  rus  ordusunu  çıxartmaqla  bu  ərazilərin 

Türkiyə  tərəfindən  tutulması  üçün  şərait  yaratdı.

99

  Brest  müqaviləsi  ermənilərin 



Türkiyənin Şərq vilayətlərini ələ keçirmək niyyətlərini, Sovet Rusiyasının müdafiə 

etdiyi  "Türkiyə  Ermənistanı"  yaratmaq  planlarını  puça  çıxartdı.  Petroqradda  və 

digər  şəhərlərdə  olan  erməni  koloniyaları  Brest  müqaviləsinə  öz  etirazlarını 

bildirsələr də, lakin  bunun  elə  bir əhəmiyyəti  olmadı.

100

  Brest  müqaviləsinə  görə, 



Sovet  Rusiyası  nəinki  Qars,  Ərdahan  və  Batumun  Türkiyəyə  keçdiyini  təsdiq 

edirdi, eyni zamanda həmin müqaviləyə əlavə olaraq RSFSR ilə Türkiyə arasında 

imzalanmış  müqaviləyə  əsasən,  o,  öz  üzərinə  öhdəlik  götürürdü  ki,  müharibə 

zamanı rus qoşunlarının tutduğu türk ərazilərində və Rusiya hüdudlarında erməni 

könüllü  dəstələrini  tamamilə  tərksilah  edib  buraxsın.

101


  Əlavə  müqavilənin  II 

                                                        

95

 С.Аркомед. Материалы по истории отпадения Закавказья от России, с.31-32 



96

  Türkiyə  ilə  sülh  danışıqlarının  gedişi  haqqında  Zaqafqaziya  seyminin  nümayəndəliyinin  məruzəsi. 

19187/ARDA, f.970, s.1, i.3, v.1-2 

97

 Документы и материалы по внешней политике Закавказья и Грузии, с.85 



98

 Ю.Ключников и А. Сабанин. Международная политика новейшего времени в договорах, нотах 

и декларациях. Часть II, Москва, 1926, с. 123-127 

99

 R.Hovannisian. The Republic of Armenia. Berkley-Los-Angelos-London, 1971, p.20 



100

 F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.93 

101

 Bax: Ronald Grigor Suny.  Looking toward  Ararat.  Armenia in  Modern History. Indiana  University 



Press,  Bloomington  and  Indianapolis,  1993,  p.  123-124:  R.Hovannisian.  Armenia  on  the  Road  to 

Independence, 1918. Berkeley, 1967, p.97-100 



38 

 

maddəsi Rusiya vətəndaşları olan müsəlmanlara öz əmlaklarını da aparmaq şərti ilə 



Türkiyəyə  azad  surətdə  mühacirət  etmək  hüququ  verirdi.  Lakin  R.Hovanisyanın 

belə  bir  mülahizəsi  ilə  razılaşmaq  olmaz  ki,  guya  Sovet  Rusiyası  Brest 

müqaviləsini  "dünya  inqilabı"  naminə  müsəlman  aləminin  rəğbətini  qazanmaq 

üçün bağlamışdı.

102

 

Türkiyənin ciddi təkidinə və yardım göstərəcəyi barədə vədinə baxmayaraq, 



Cənubi Qafqaz hökumətinin Brest-Litovsk sülh danışıqlarında iştirak etməkdən və 

öz müstəqilliyini elan etməkdən imtina etməsi indi həmin hökuməti pis vəziyyətdə 

qoymuşdu.  L.Karaxandan  teleqram  alınan  kimi,  Cənubi  Qafqaz  hökuməti 

Petroqrada,  Londona,  Parisə,  Vaşinqtona,  Romaya,  Tokioya,  İstanbula,  Berlinə, 

Vyanaya,  Kiyevə  göndərdiyi  teleqramda  bolşeviklərin  Brest-Litovskdakı 

hərəkətləri əleyhinə öz etirazını bildirdi. Orada deyilirdi: "Cənubi Qafqaz hökuməti 

Zaqafqaziya  və  onun  sərhədləri  barədə  ondan  xəbərsiz  və  iştirakı  olmadan 

imzalanmış hər hansı müqaviləni özü üçün qüvvədən düşmüş hesab edir".

103

 Lakin 


gec idi. Trabzon konfransı açılana qədər Vehib paşa Qafqazdakı rus ordusunun Baş 

komandanı  general  Lebedinskidən  tələb  etdi  ki,  Rusiya  Respublikası  ilə 

imzalanmış Brest-Litovsk müqaviləsinin şərtlərinə görə Qars, Batum və Ərdahanı 

boşaltsın. Bir çox keçmiş sovet müəlliflərinin, о cümlədən A.Kadişevin Türkiyənin 

bu  tələbini,  qeyd  edilən  vilayətlərin  əhalisinin  guya  "erməni  və  gürcülərin 

çoxluğundan  ibarət  olduğuna"  əsaslanaraq  müdaxilə  kimi  qiymətləndirməsi  ilə 

razılaşmaq  olmaz.

104 


Çünki  istər  XIX  əsrin  və  istərsə  də  XX əsrin  əvvəllərindəki 

əhali sayımlarının nəticəsi Qars, Batum və Ərdahanda türk əhalisinin çoxluq təşkil 

etdiyini göstərir. Bu dövrdə Cənub-Qərbi Qafqazda yaşayan 730 min əhalinin 56,3 

faizi  türk,  26  faizi  erməni,  3  faizi  gürcü,  15  faizi  rus,  qaraçı,  yunan  və  digər 

xalqların nümayəndəsi  idi.  Ayrı-ayrı  vilayətlərə  gəldikdə isə,  Batumun əhalisinin 

70 faizi türk, 12,5 faizi erməni, 7 faizi gürcü, Qarsın əhalisinin 49,5 faizi türk, 29 

faizi  erməni,  0,3  faizi  gürcü,  19,3  faizi  rus  idi.

105


  Axalsıxın  əhalisinin  73,5  faizi 

türk, 12,5 faizi erməni, 8,8 faizi gürcü idi.

106

 Rusların məlumatına görə, Ərdahanda 



yaşayan 89 min nəfər əhalinin 51,9 faizi türk, 20 faizi kürd, 17,2 faizi rus-yunan, 

7,5 faizi  yezdi, 2,9 faizi erməni idi.

107

  Bu  ərazilərdə türk  əhalisinin  çoxluq  təşkil 



etməsini  əsas  tutaraq  Türkiyə  Brest  müqaviləsinə  əsasən,  burada  rəy  sorğusu 

keçirilməsinə razı olmuşdu. U.Allen və Paul Muratov Brest sülhü ilə bağlı yazırlar 

ki,  "hadisələrin  belə  dəyişməsi  bu  rayonların  (Qars,  Batum,  Ərdahanın  -  C.H.) 

                                                        

102

 R.Hovannisian. The Republic of Armenia, p.21 



103

 Документы и материалы по внешней политике Закавказья и Грузии, с.85 

104

 А.Б.Кадишев. Интервенция и гражданская война в Закавказье. М., 1960, с.46  



105

 İrəvan  quberniyasının  qəzalarında əhalinin  yerləşməsi  haqqında. 01.01.1916.//ARDA,  f.28,  s.1.i.42, 

v.34 

106


  B.Şahtaxtinski  V.Leninə  "Zaqafqaziya  respublikaları  arasında  mübahisə  obyekti  olan  ərazilər 

haqqında". 01.03.1921.//RDSSTA, f.5, s.1, i.2796, v.4 

107

 Rusiya Federasiyası Xarici Siyasət Arxivi, f.4, s.39, qovluq 232, i.53001, v.79 



39 

 

xristian  azlığını  çətin  vəziyyətdə  qoydu".



108 

İndi  bir  tərəfdən  Cənubi  Qafqaz 

hökuməti  və  parlamenti  öz  müstəqilliyini  elan  etmirdi,  digər  tərəfdən  də  Sovet 

Rusiyasının  imzaladığı  müqavilə  ilə  razılaşmırdı.  Bu  məntiqsizlik  Trabzon 

konfransında  Cənubi  Qafqaz nümayəndələrinin  qarşılaşdığı  ən  çətin  məsələlərdən 

biri  oldu.  Cənubi  Qafqaz  nümayəndələri  mart  ayının  8-də  Trabzona  çatdılar  və 

martın  12-nə  qədər  türk  nümayəndə  heyətini  Batumdan  gəldikləri  "Kral  Karl" 

gəmisində  gözlədilər.

109

  Mart  ayının  14-də  konfrans  rəsmən  açıldı.  Türkiyə 



nümayəndə heyətinin başçısı Rauf Orbay konfransın açılışında bildirdi ki, sədrlik 

növbə  ilə  hər  iki  nümayəndə  heyətlərinin  başçılarına  həvalə  olunacaq.  Lakin 

Cənubi  Qafqaz  nümayəndəliyi  bundan  imtina  etdi.  Rauf  bəy  öz  giriş  nitqində 

Türkiyənin  Cənubi  Qafqazla  mehriban  münasibətlər  əsasında  uzunmüddətli  sülh 

müqaviləsi  bağlamaq  istədiyini  bildirdi.  Elə  ilk  gündən  Türkiyə  nümayəndələri 

Qafqazda yaranan yeni respublikanın idarəçilik forması, siyasi və inzibati strukturu 

barədə  sorğu  ilə  müraciət  etdilər.  Türklər  üçün  maraqlı  idi  ki,  bu  nümayəndəlik 

kimi təmsil edir - müstəqil dövləti, yoxsa Rusiyanın bir hissəsini.

110

 

Cənubi  Qafqaz  nümayəndələri  türkləri  inandırmağa  çalışırdılar  ki,  Cənubi 



Qafqaz  "demək  olar  ki"  müstəqil  dövlətdir.  Bununla əlaqədar  F.Kazımzadə haqlı 

olaraq obrazlı formada yazır: "guya beynəlxalq hüquq nöqteyi-nəzərindən "demək 

olar ki, müstəqildir" anlayışı vardır".

111


 

Konfransda  Zaqafqaziya  nümayəndəliyi  Brest  müqaviləsinin  Qafqaza  aid 

olan maddələrinə etiraz etdi.

112


 Lakin türklər bildirdilər ki, Cənubi Qafqazın Brest 

sülhündə marağı  və  mənafeyi  olduğu  üçün,  beynəlxalq hüquq normalarına  cavab 

verən  prinsiplər  əsasında  qurulmalı  və  digər  dövlətlər  tərəfindən  tanınması  üçün 

tədbirlər  görməlidir.  Ona  görə  Cənubi  Qafqaz  hökuməti,  hətta  indi  tanınsa  belə, 

əvvəlki beynəlxalq hüquqi prinsiplərə etiraz edə bilməz.

113


 Halbuki həmin hökumət 

yanvar  ayının  23-də  vurduğu  teleqramda  Brest  sülhündə  iştirak  etməkdən imtina 

etdiyini və özünü Rusiyanın tərkib hissəsi olduğunu bildirmişdir. Odur ki, Türkiyə 

nümayəndəliyi  Brest  sülhü  haqqında  etirazı  rədd  etdi.

114

  Türk  nümayəndələrinin 



fikrincə, əgər doğrudan da, Cənubi Qafqaz hökuməti beynəlxalq hüququn subyekti 

olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir.

115

 

Belə  olan  surətdə  Türkiyə  onunla  mehriban  qonşuluq  münasibətlərinə  girməyə 



                                                        

108


 W.E.D.Allen and Paul Muratof. Caucasian Battlefields, p.463 

109


  Türkiyə  ilə  sülh  danışıqlarının  gedişi  haqqında  Cənubi  Qafqaz  Seymi  nümayəndəliyinin  məruzəsi. 

1918. //ARDA, f.970, s.1, i.3, v.2 

110

 Yenə orada, v.3 



111

 F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.96 

112

  Türkiyə  ilə  sülh  danışıqlarının  gedişi  haqqında  Cənubi  Qafqaz  Seymi  nümayəndəliyinin  məruzəsi. 



1918. //ARDA, f.970, s.1, i.3, v.4 

113


  İnsan  Berkuk.  Böyük  Наrpda  Şimali  Kafkasyadakı  faaliyetlerimiz  ve  15.firkanın  hareketi  ve 

müharibeleri. //Askeri mecmua, 1934, № 35 

114

 Документы и материалы по внешней политике Закавказья и Грузии, с. 110 



115

  Türkiyə  ilə  sülh  danışıqlarının  gedişi  haqqında  Cənubi  Qafqaz  Seymi  nümayəndəliyinin  məruzəsi. 

1918. //ARDA, f.970, s.1, i.3, v.6 


40 

 

hazırdır. Türkiyə tərəfi Trabzon konfransında Cənubi Qafqazın idarəçilik forması, 



onun  sərhədləri,  dövlət  dili  və  dini, həmçinin  Zaqafqaziya  hökumətinin  Osmanlı 

imperiyasına olan münasibətinin rəsmən müəyyən edilməsi məsələlərini müzakirə 

etməyin  zəruriliyini  qeyd  etdi.  Qoyulan  məsələlərlə  bağlı  Zaqafqaziya 

nümayəndələri  xüsusi  bəyanatla  çıxış  etdi.  Orada  göstərilirdi:  "Cənubi  Qafqaz 

dövlətinin  idarəçilik  forması  Seym  tərəfindən  işlənilir  və  belə  düşünməyə  əsas 

vardır ki, demokratik federativ respublika qurulacaqdır. Cənubi Qafqazın ərazisinə 

Bakı, Yelizavetpol, İrəvan, Tiflis, Kutaisi quberniyaları, Batum və Qars vilayətləri, 

Suxumi  və  Zaqatala  dairələri  daxildir.  Dağıstan  vilayəti  və  Qara  dəniz  sahili 

quberniyalarının  məsələsi  onların  Seymə  nümayəndə  göndərməsinə  qədər  açıq 

qalır. Rəsmi dil hələlik rus dilidir, lakin hazırlanan Konstitusiyada gürcü, erməni 

və türk dilləri dövlət dili olacağı nəzərdə tutulur. Cənubi Qafqazda vicdan azadlığı 

haqqında  qanun  fəaliyyətdədir,  heç  şübhəsiz  ki,  Konstitusiya  kilsəni  dövlətdən 

ayıracaq və pravoslav kilsəsinin hökmranlığını aradan qaldıracaqdır".

116


 

Cənubi Qafqaz nümayəndəliyinin Batum və Qars vilayətlərinə olan iddiaları 

üzərində dayanmaları, Brest sülhünün şərtlərini tanımaqdan imtina etmələri, habelə 

bir  sıra  digər  mübahisəli  məsələlər  tərəflər  arasında  ziddiyyətləri  daha  da 

dərinləşdirdi. 

Seym tərəfindən müstəqilliyin elan edilməməsi Türkiyənin danışıqlara olan 

marağını  zəiflədirdi.  Akaki  Çxenkeli  etiraf  edirdi  ki,  "Türkiyə  obyektiv  olaraq 

Cənubi  Qafqazın  müstəqilliyinin  elan  edilməsində  maraqlıdır.  Çünki  Cənubi 

Qafqazın müstəqilliyi Türkiyənin şimaldan təhlükəsizliyini təmin edir".

117


 

Osmanlı imperatorluğu nümayəndə heyətinin başçısı Rauf bəу bildirirdi ki, 

Cənubi  Qafqaz  nümayəndələrinin  bəyanatı  Türkiyənin  daxili  işlərinə  müdaxilə 

ruhunda  olduğu  üçün  Türkiyə  nümayəndəliyi  onu  rədd  edir.  Onun  fikrincə, 

bəyanatda  irəli  sürülən  fikirlər  mehriban  qonşuluq  siyasəti  ilə  bir  araya  sığmır. 

Cənubi  Qafqaz hökumətinin  Osmanlı  imperiyası  tərəfindən  qəti  və  rəsmi  şəkildə 

tanınması  о  zaman  mümkündür  ki,  bu  hökumət  Qars,  Batum  və  Ərdahana  olan 

iddialarından  xüsusi  müqavilə  vasitəsi  ilə  imtina  etmiş  olsun.

118

  Bu,  Rusiya  ilə 



Osmanlı  imperiyası  arasında  qarşılıqlı  öhdəliklərə zidd  deyildir,  çünki  Rusiya  öz 

xalqlarının  təyini  müqəddərat  hüququnu  qəbul  etmişdir.  Brest-Litovskda 

imzalanmış beynəlxalq akt Osmanlı imperiyasına əsas verir ki, bu üç sancaqlıqda 

yeni  qaydalar  yaratsın  və  eyni  zamanda  Osmanlı  hökuməti  bu  sancaqlıqlarla 

Qafqaz əraziləri arasında əlverişli iqtisadi əlaqələri bərqərar etməyə də hazırdır.

119


 

Cənubi Qafqaz nümayəndələrirıin öz aralarında da birlik yox idi. İrəli sürülən hər 

                                                        

116


 С.Аркомед. Материалы по истории отпадения Закавказья от России, с.37 

117


 С.Аркомед Материалы по истории отпадения Закавказья от России, с.39 

118


  Türkiyə  ilə  sülh  danışıqlarının  gedişi  haqqında  Cənubi  Qafqaz  Seymi  nümayəndəliyinin  məruzəsi. 

1918. //ARDA, f.970, s.1, i.3, v.7 

119

 С.Аркомед. Материалы по истории отпадения Закавказья от России, с.45-46 



 

41 

 

hansı fikir ya bu, ya da digər tərəfin mənafeyinə uyğun gəlmirdi. A.Çxenkeli haqlı 



olaraq  bildirirdi  ki,  bizim  vəziyyətimizin  ağırlığı  onunla  bağlıdır  ki,  Cənubi 

Qafqazın  formalaşması  hələ  başa  çatdırılmamışdır  və  "nümayəndə  heyətimiz  öz 

tələbləri üzərində möhkəm durmur. Biz buraya hazırlıqsız gəldik. Seymin özündə 

də  о  qədər  birlik  yoxdur  ki,  biz  burada  öz  mövqelərimizi  möhkəm  müdafiə  edə 

bilək".

120 


Onun  fikrincə,  vəziyyətdən  yeganə  çıxış  yolu  hər  xalqa  ayrılıqda  öz 

vəziyyəti  və  qarşısında  duran problemlərdən  çıxış  yolunu aydınlaşdırmaq  imkanı 

verilməsində  idi.  A.Çxenkeli  deyirdi:  "Mən  bilirəm,  buna  həddindən  çox  vaxt 

gedəcək,  lakin  təkrar  edirəm,  bu,  yeganə  çıxış  yoludur.  Diqqət  yetirin,  bu  gün 

bizim  irəli  sürdüyümüz  maddələrdən  biri  bir  xalqı  təmin  edir,  eyni  zamanda 

digərinin  mənafeyinə  uyğun  deyildir,  ikincini  təmin  edən  üçüncünün mənafeyinə 

uyğunlaşmır".

121


  Ona  görə  də  Çxenkeli  bildirirdi  ki,  Trabzonda  qalmağın  heç  bir 

əhəmiyyəti  yoxdur. Nümayəndələrin bir qismi Tiflisə qayıtmağın, digər qismi isə 

İstanbula  gedib  Osmanlı  dövlət  adamları  ilə  daha  yaxından  danışıqlar  aparmağın 

tərəfdarı idi. Qarşılıqlı razılıq əsasında sülh danışıqları müvəqqəti dayandırıldı və 

elan  olunmuş  fasilə  müddətində  tərəflər  təmsil  etdikləri  dövlətlərlə 

məsləhətləşmələr  keçirib  müvafiq  direktivlər  almalı  idi.  Cənubi  Qafqaz 

nümayəndəliyi  belə  qərara gəldi  ki,  Seymə  məruzə  etmək üçün  öz  üzvlərindən  3 

nəfəri  Tiflisə  göndərsinlər.  İ.Heydərov,  Q.Lasxişvili  və  R.Kaçaznuni  tezliklə 

Tiflisə gəldilər və mart ayının 22-də Trabzon danışıqları haqqında Seymdə məruzə 

etdilər.


122

  Seymin  iclasında  iki  məsələ  qoyulmuşdu:  1.  Cənubi  Qafqazın 

müstəqilliyinin  elan  edilməsi  haqqında;  2.  Əvvəllər  elan  edilmiş  sülh  şərtlərində 

dəyişikliklər haqqında. Elə  bu  zaman  Vehib  paşa  Cənubi Qafqazdakı  mübahisəli 

əraziləri boşaltmağı tələb etdi. Bununla əlaqədar Seymdə gedən gərgin müzakirələr 

Zaqafqaziya  xalqları  arasında  ziddiyyətlərin  güclü  olduğunu  əks  etdirirdi. 

Ermənilər və gürcülər Türkiyənin tələblərini rədd edib onunla müharibə aparmağa 

çağırırdılarsa, müsəlman fraksiyası qarşılıqlı güzəştlər əsasında Osmanlı imperiyası 

ilə  razılığa  gəlməyi  təklif  edirdi.  Müzakirələr  zamanı  M.Mehdiyev  müsəlman 

fraksiyası  adından  bildirdi  ki,  əgər  Cənubi  Qafqazın  müstəqilliyi  elan  edilməsə, 

fraksiya sülh danışıqlarını davam etdirilməsini müdafiə etməyəcəkdir. О qeyd etdi 

ki,  ümumiyyətlə,  sülh  danışıqlarını  Seym  üzvləri  deyil,  öz  xarici  işlər  naziri 

vasitəsi  ilə  suveren  hökumət  aparmalıdır.

123


  Ərazi  məsələlərinin  müzakirəsi  son 

anda ona gətirib çıxartdı ki, gürcülər Batumu əldə saxlamaqla Qars və Ərdahanın 

güzəştə  gedilməsinə  razı  idilərsə,  ermənilər  Batum  və  Acariyanın  güzəştə 

gedilməsinə  tərəfdar  olub,  Qarsın  Türkiyəyə  verilməsinə  razı  deyildilər.  Qeyd 

                                                        

120


 Z.İbrahimov. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi. Bakı, 1957, s.300 

121


  О.Минасян.  Внешняя  политика  Закавказской  контрреволюции  в  первой  половине  1918  года. 

//Историк-марксист, 1938, книга VI, с.66 

122

  Türkiyə  ilə  sülh  danışıqlarının  gedişi  haqqında  Cənubi  Qafqaz  Seymi  nümayəndəliyinin  məruzəsi. 



1918. //ARDA, f.970, s.1, i.3, v.7 

123


 Документы и материалы по внешней политике Закавказья и Грузии, с. 145 

 


42 

 

edilən ərazilərlə bağlı Azərbaycan fraksiyası bu  fikirdə idi ki, Qars və Ərdahanın 



əhalisinin  əksəriyyəti  türklər  olduğu  üçün,  Brest-Litovsk  müqaviləsinin  bu  iki 

sancaqlıq  haqqındakı  maddələri  yerinə  yetirilməlidir.  Onların  fikrincə,  Acariya 

Cənubi  Qafqazın  tərkibində  ayrıca  müsəlman  respublikasına  çevrilməli,  əgər  bu, 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin