Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   2   3   4   5   6   7   8   9   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

mümkün olmazsa Türkiyəyə birləşdirilməli idi. Batum isə xaricə mühüm çıxış yolu 

kimi  Cənubi  Qafqazın  tərkibində  qalmalı  idi.  Bu  məsələdə  Azərbaycanın  xarici 

iqtisadi-ticarət mənafeyi  əsas  götürülürdü.  T.Svyatoçevski  qeyd  edir  ki,  Batumun 

Cənubi  Qafqazda  qalması  ideyası  yalnız  neft  sənayesi  ilə  bağlı  idi  və  bu  təklifi 

müsəlman  fraksiyası  adından  X.Xasməmmədov  müdafiə  edirdi.

124

  Bu,  əslində 



bütün  Azərbaycan  fraksiyasının  fikri  idi.  Seymin  martın  26-dakı  iclasında 

F.X.Xoyski  də  öz  çıxışında  Batum  məsələsinə  toxunmuşdu.  О  da  Azərbaycan 

fraksiyasının  fikrini  ifadə  edərək  bildirmişdi  ki,  Batum  Cənubi  Qafqazın  dənizə 

yeganə çıxış yoludur (Bakı bolşeviklərin əlində olduğu üçün - C.H.), onsuz Cənubi 

Qafqaz  keçinə  bilməz".

125


  Trabzona  ezam  olunmuş  hökumət  üzvü  N.Usubbəyov 

aprel ayının 1-də Seymə məlumatında qeyd edir ki, "Batumu heç bir halda vermək 

olmaz".

126


 Batum məsələsində Azərbaycan və gürcü fraksiyasının mövqeyi üst-üstə 

düşürdü.  Çünki  Batum  Türkiyənin  ucqar,  əhəmiyyətsiz  bir  şəhəri  olacağı  halda, 

Cənubi  Qafqazın  xaricə  başlıca  çıxış  yolu  olub,  əslində  onun  üçün  həyati 

əhəmiyyəti  olan  bir  şəhər  idi.  Seymin  hələ  11  mart  tarixli  iclasında  N.Jordaniya 

qeyd  edirdi  ki,  "Petroqrad  Rusiya  üçün,  İzmir  Türkiyə  üçün  nə  dərəcədə 

əhəmiyyətlidirsə,  Batum  da  Zaqafqaziya  üçün  eyni  dərəcədə  əhəmiyyətli  bir 

şəhərdir".

127


  N.Jordaniya  bu  çıxışında  qəti  surətdə  Brest  müqaviləsinin  inkar 

edilməsini tələb edirdi. О bildirirdi: "Biz böyük inqilabı ona görə etmədik ki, bir 

köləlikdən digər köləliyə düşək".

128


 N.Jordaniya Seymi Türkiyənin tələblərini rədd 

etməyə  çağırırdı.  Ondan  sonra  Azərbaycan  fraksiyası  adından  F.X.Xoyski  geniş 

nitq  söylədi.  O,  bildirdi  ki,  sülh  danışıqlarına  münasibət  Cənubi  Qafqaz  üçün 

həyati  əhəmiyyətli  məsələdir.  Müharibə  region  üçün  ağır  nəticələr  verə  bilər  və 

onsuz da sabit olmayan vəziyyəti daha da gərginləşdirər. Türkiуə ilə münasibətlərə 

gəlincə  о  dedi  ki,  Türkiyənin  hərəkətlərində  biz  "məntiqi  bir  ardıcıllıq  görürük. 

Türkiyə  hökuməti  dəfələrlə  bizə  müstəqil  bir  qurum  kimi  baxırdı  və  əgər  belə 

demək  mümkünsə,  bu  ideyanı  bizə  qəbul  etdirmək  istəyirdi.  Türkiyə  hökuməti 

Zaqafqaziya  hökumətinə  danışıqlar  aparmaq  üçün  öz  nümayəndələrini  Brest-

Litovska  göndərməyi  təklif  etdi.  Bəzi  mülahizələrə  görə,  Zaqafqaziya  hökuməti 

bunu  о  zaman  edə  bilmədi.  Türkiyə  hökuməti  bir  neçə  dəfə  Zaqafqaziya 

hökumətinə müraciət edərək onun istiqlaliyyətinin elan edilməsini arzuladı. Buna 

                                                        

124


 T.Swietochowski. Russian Azerbaijan, p. 123 

125


  О.Минасян.  Внешняя  политика  Закавказской  контрреволюции  в  первой  половине  1918  года, 

с.70 


126

 С.Аркомед. Материалы по истории отпадения Закавказья от России, с.68 

127

 Документы и материалы по внешней политике Закавказья и Грузии, с.94-95 



128

 Yenə orada, s.95 

 


43 

 

müsbət  cavab  verilmədi.  Seymin  əvvəlki  iclasında  bu  məsələ  bütün  qətiyyəti  ilə 



qarşımızda  qoyulduğu  zaman,  biz  ona  aydın  bir  cavab  vermədik.  Ona  görə  indi 

Türkiyə  bizi  Rusiya  Respublikasının  bir  hissəsi  hesab  edirsə,  bizə  Rusiyanın  bir 

hissəsinə baxdığı kimi baxırsa və Rusiya ilə bağladığı sülh müqaviləsinin şərtlərinə 

əməl  etməyi  bizə  təklif  edirsə,  bu  hərəkətdə  bir  məntiq  görməmək  mümkün 

deyildir."

129


  F.Xoyski  hökuməti  qeyri-ardıcıllıqda  günahlandırırdı  ki,  bir 

vəziyyətdə  о  özünü  Rusiyanın  ayrılmaz  hissəsi  hesab  edir,  digər  bir  vəziyyətdə 

Rusiyanın  imzaladığı  müqaviləni  tanımaqdan  imtina  edir.  Lakin  F.Xoyskinin 

obyektiv  reallığı  əks  etdirən  "ədalətli  qeydləri"

130

  eser  İ.Lordkipanidze  və  kadet 



Semyonovun,  habelə  erməni  fraksiyasının  müqavimətinə  rast  gəldi,  E.Geqeçkori 

isə  onları  müdafiə  etdi.  Lakin heç  bir  qərar  qəbul  edilmədi.  İndi  Cənubi  Qafqaz 

Seyminin  qarşısında  iki  yol  qalırdı:  ya  Brest  sülhünün  Qafqaza  aid  olan 

maddələrini təsdiqləmək və öz müstəqilliyini elan etmək, ya da müharibəni davam 

etdirmək. 

Trabzonda  və  Tiflisdə  mübahisələrin  getdiyi  bir  vaxtda  türk  ordusu  Brest 

sülhünün  ona  verdiyi  hüquqların  gerçəkləşdirilməsinə  başladı.  Martın  19-da 

Ərdahan alındı və erməni hərbi dəstələri tərksilah edildi.

131 

Erməni terroruna məruz 



qalmış  yerli  müsəlman  əhalisi  hərbi  əməliyyatlarda  Türkiyəni  müdafiə  edirdi. 

Əlverişli  məqam  yarananda  erməni  hərbi  hissələri  yerli  türk  əhalisinə  qarşı 

zorakılıq  törədən  zaman  susan  Seymdəki  və  hökumətdəki  erməni  nümayəndələri 

indi  Müsavatı  müsəlman  əhalisinin  mövqeyi  ilə  əlaqədar  xəyanətdə 

təqsirləndirməyə cəhd göstərirdi. 

Mart ayının 25-də hökumət üzvlərinin və Seym liderlərinin birgə keçirdiyi 

iclasda  müharibə  və  sülh  məsələsinə  münasibətdə  mövqelər  xeyli  aydınlaşdı. 

Trabzon  danışıqlarında  iştirak  edən  erməni  nümayəndəsi  R.Kaçaznuni  məlumat 

verdi  ki,  Türkiyə  Cənubi  Qafqazın  müstəqilliyinin  elan  edilməsini  zəruri  sayır. 

Onlar  üçün  Türkiyə  ilə  Rusiya  arasında  bufer  olacaq  bir  dövlət  vacibdir. 

Azərbaycan  fraksiyası  adından  çıxış  edənlər  aydın  şəkildə  Cənubi  Qafqazın 

müstəqilliyinin  elan  edilməsini  zəruri  sayırdılar.  Azərbaycan  fraksiyası  adından 

çıxış edənlər aydın şəkildə Cənubi Qafqazın müstəqilliyinin elan edilməsini tələb 

etdilər.  Müzakirələrdə  iştirak  edən  Azərbaycan  nümayəndələri,  müxtəlif  siyasi 

partiyalara  mənsub  olmaqlarına  baxmayaraq  Türkiyə  ilə  müharibə  aparılmasına 

razı  deyildilər.  Onlar  müharibə  elan  edilərsə,  azərbaycanlıların  türklərə  qarşı 

vuruşmayacaqlarını bildirdilər. X.Xasməmmədov qeyd edirdi ki, əgər siz türklərin 

tələblərini  qəbul  etməsəniz,  onda  müharibə  labüddür,  biz  türklərlə  olan  bu 

müharibədə iştirak edə bilmərik. Əgər erməni və gürcü xalqları özlərində güc və 

qüvvət hiss edirlərsə, qoy onda məsuliyyəti öz üzərlərinə götürüb müharibəyə risk 

etsinlər. Müsəlmanlar bu müharibədə iştirak etməyəcəklər. "Hümmət" partiyasının 

                                                        

129

 Документы и материалы по внешней политике Закавказья и Грузии, с.99 



130

 F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.95 

131

 N.Kurat. Türkiye ve Rusiya, s.469 



44 

 

üzvü  Ə.Şeyxülislamov  da  bu  fikirdə  idi  ki,  Türkiyə  ilə  müharibə  başlandığı 



təqdirdə müsəlmanlar neytral olacaqlar.

132


 Bu iclas qəti qərar qəbul etməsə də, iki 

mühüm  məsələ  aydınlaşdı.  Birincisi,  Cənubi  Qafqaz  hökuməti  öz  vəziyyətinin 

həddindən  çox  böhranlı  olduğunu  anlamağa  başladı,  ikincisi,  Trabzon 

danışıqlarında işi sürətləndirmək üçün A.Çxenkeliyə fövqəladə səlahiyyət verildi, 

üçüncüsü, Seym Türkiyə əleyhinə Antanta dövlətlərindən yardım almaq məsələsini 

aydınlaşdırmağa cəhd göstərdi. Lakin 1917-ci ilin payızından fərqli olaraq, 1918-ci 

ilin yazında nə Böyük Britaniya, nə Fransa, nə də ABŞ bu dövrdə Cənubi Qafqaz 

hökumətinə  real  köməklik  göstərmək  iqtidarında  deyildilər.  ABŞ  dövlət  katibi 

Lansinq Tiflisdəki konsul Smitə vurduğu teleqramda etiraf edirdi ki, "ABŞ Qafqaz 

cəbhəsindəki hərbi əməliyyatları fəal müdafiə etmək iqtidarında deyildir".

133

 

Mart ayının 25-də Tiflis sarayında Seymin bütün müsəlman fraksiyalarının 



və  Şimali  Qafqaz  dağlılarının  nümayəndələrinin  birgə  iclası  keçirildi. 

M.Y.Cəfərovun  sədrliyi  və  Rəhim  bəy  Vəkilovun  katibliyi  ilə  keçirilən  iclasda 

Seymin  müsəlman  fraksiyalarının  üzvləri  ilə  yanaşı,  Şimali  Qafqazdan  Zubayir 

Temirxanov,  Məhəmməd  Qazi  Dibirov,  Heydər  Bammatov,  Tona  Çermoev  və 

İnquşetiyanın  təmsilçisi  Liyanov  iştirak  edirdilər.  İclasda  Şimali  Qafqazın 

Zaqafqaziya  dövlətinə birləşdirilməsi  məsələsi geniş müzakirə edildi. İlk söz alan 

H.Bammatov Şimali Qafqazda gedən hadisələrin siyasi xarakteri və yaxınlaşan rus 

təhlükəsi  qarşısında  dağlıların  ağır  vəziyyətlə  üzləşməsi  barədə  geniş  məlumat 

verdi. H.Bammatov eyni zamanda bir gün əvvəl gürcü və erməni nümayəndələri ilə 

aparılmış  danışıqlar  barədə  məlumat  verib,  ermənilərin  xarici  təhlükəyə  qarşı,  öz 

qonşuları ilə həmrəy olmadıqlarını bildirdi. Bununla yanaşı, o, erməni məsələsinə 

münasibətdə  dözümlü  olmağı  təklif  etdi.  H.Bammatov  velikorus-bolşevik 

təhlükəsinin  dəf  edilməsi  üçün  Qafqaz  daxilində  millətlərarası  münasibətlərin 

tezliklə həll ediləcəyinə əminliyini ifadə etdi. N.Usubbəyov Qafqaz dağlılarının və 

Zaqafqaziya türklərinin vahid müsəlman ailəsinin üzvləri kimi yaxınlaşmalarını və 

Cənubi  Qafqaz  dövlətində  birləşmək  arzularını  yüksək  qiymətləndirdi.  Qafqaz 

dağlılarının  Zaqafqaziya  hökumətinə  birləşməsini  işləyib  hazırlamaqdan  ötrü 

Cənubi Qafqaz türklərinin və dağlıların nümayəndələrindən ibarət hər birindən üç 

nəfər olmaqla altı nəfərdən ibarət xüsusi komissiya yaradıldı.

134


 Mart ayının 26-da 

keçirilən  Seymin  bütün  müsəlman  fraksiyasının iclasında Trabzon  konfransından 

yeni  qayıtmış  sülh  heyətinin  üzvü  Ə.Şeyxülislamovun  məruzəsi  dinlənildi  və 

müsəlman  partiyalarının  sonrakı  fəaliyyəti  müzakirə  edildi.  İclasda  müsəlman 

fraksiyasının  üzvləri  Brest  sülhünün  şərtlərinin  qəbul  edilməsinə  tərəfdar 

                                                        

132

 С.Аркомед. Материалы по истории отпадения Закавказья от России, с.55 



133

 Papers Relating to the Foreign Relation of the United States, 1918, Russia, vol.VII, p.263 

134

  Seymin  bütün  müsəlman  fraksiyasının  və  Şimali  Qafqaz  Dağlılarının  nümayəndələrinin  iclasının 



protokolu. 25.03.1918.//ARDA, f.970, s.1, i.1, v.3-4 

 


45 

 

olduqlarını  bildirdilər.  Müzakirələr  zamanı  bir  neçə  gün  əvvəl  Seym  üzvü 



M.H.Hacınskinin məhz bu təlimatla Trabzona ezam edilməsi bəyənildi.

135


 

Erməni  və  bolşevik  qüvvələrinin  birgə  səyi  ilə  törədilmiş  mart  qırğınları 

barədə  Bakıdan  alınan  həyəcanlı  xəbər  sülh  danışıqlarında  və  Seymdə  vəziyyəti 

daha  da  gərginləşdirirdi.  Aprelin  2-də  Bakı  hadisələri  barədə  Seymdə  məlumat 

verildi.  Seym  üzvü  N.Ramişvili  bunu  Tiflisə  bolşevik  hücumunun  və  Cənubi 

Qafqazda  hakimiyyəti  ələ  keçirməsinin  başlanğıcı  kimi  qiymətləndirdi.  Mart 

soyqırımından  sarsılmış  müsəlman  fraksiyası  Bakıda  bolşeviklərə  qarşı  təcili 

tədbirlər  görülməsini tələb  etdilər  və  əks təqdirdə müsəlman  fraksiyasının  Seymi 

boykot edəcəyini bildirdilər. 

Azərbaycanda hakimiyyəti  ələ keçirmək üçün  mart ayında Bakı  Sovetinin 

daşnaklarla  birlikdə  şəhərdə  törətdiyi  müsəlman  qırğını  və  aprel  ayında  Bakı 

quberniyasında həyata keçirilən milli qırğın siyasəti xalqların təyini müqəddəratını 

elan  etmiş  Sovet  Rusiyasının  və  bütövlükdə  bolşeviklərin  Azərbaycana 

münasibətinin  təzahür  forması  idi.  Ona  görə  bu  hadisələrə,  əsasən,  ermənilərdən 

ibarət  olan  Bakı  bolşeviklərinin  Azərbaycanda  hakimiyyəti  ələ  keçirməsi  kimi 

deyil,  Sovet  Rusiyasının  yeritdiyi  təcavüzkarlıq  siyasətinin  tərkib  hissəsi  kimi 

baxılmalıdır. Hadisələrin sonrakı inkişafı bunu daha aydın şəkildə təsdiq etdi. Bakı 

quberniyasında  mart-aprel  aylarında  törədilən  milli  qırğınlar  ilk  baxışda  yerli 

hadisə  təsiri  bağışlasa  da,  Sovet  Rusiyasının  və  Osmanlı  imperatorluğunun 

mövqeyi baxımından bu, beynəlxalq məzmuna malik bir hadisə idi. Mart qırğınını 

törətməklə  bolşeviklər  Bakıda  milli  qüvvələrin  sosial  bazasını  məhv  etməyə  nail 

olmaq ümidində idilər. Mart soyqırımında qarşıya qoyulan məqsədləri S.Şaumyan 

bu hadisə törədiləndən və müsəlman əhalisinə divan tutulduqdan sonra daha açıq 

etiraf  edirdi.  O,  yazırdı  ki,  əgər  müsəlman  "əksinqilabı"  qalib  gəlsəydi,  Bakını 

Azərbaycanın paytaxtı edərdi və "Zaqafqaziya Rusiya üçün itirilmiş olardı".

136


 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  əhalisinin  geniş  kütlələri  tərəfindən 

müdafiə  edilən  muxtariyyət  məsələsinə  münasibətdə  Rusiya  mərkəzi  bolşevik 

hökuməti ilə Bakı Soveti arasında fikir ayrılığı var idi. Mart hadisələri ərəfəsində, 

ayın  19-da  RK/b/P  MK-nın  S.Şaumyan  və  A.Caparidzeyə  göndərdiyi  məktubda 

deyilirdi  ki,  əgər  müsəlmanlar  muxtariyyət  tələb  edirlərsə,  bunu  onlara  vermək 

lazımdır.

137


  Lakin azərbaycanlıların muxtariyyətə  olan  təbii  arzularını  S.Şaumyan 

Bakını  "Azərbaycan  xanlığının  paytaxtına"  çevirmək  istəyən  "Azərbaycan 

millətçilərinin arzuları" kimi şərh edirdi.

138


 Hələ 1918-ci ilin əvvəllərində "Türkiyə 

Ermənistanı"  haqqında  dekretin  icrasına  cavabdeh  olan  S.Şaumyan  "Bakını 

                                                        

135


  Seymin  bütün  müsəlman  fraksiyalarının  birgə  iclasının  protokolu.  26.03.1918.//ARDA,  f-970, 

s.1,i.1,v.4 

136

  С.Г.Шаумян.  Избранные  произведения  в  двух  томах.  Том  2,  1915-1918  гг.  Баку,  1978,  с.245-



246 

137


 Я.Ратгаузер. Революция и гражданская война в Баку. T.I, 1917-1918. Баку, 1927, с. 140 

138


 С.Г.Шаумян. Избранные произведения, с.257 

46 

 

Azərbaycanın  paytaxtı  etmək  xülyasına  düşən"



139

  müsəlmanlara  tamamilə  başqa 

münasibət  bəsləyirdi.  "Azərbaycan  kəlməsi  onun  dilində  həmişə  məsxərə  ilə 

səslənirdi".

140

  Amerika  alimi  T.Svyatoçovski  haqlı  olaraq  qeyd  edir  ki,  "bunun 



əksinə,  bolşeviklər  daşnaklara  mülayim  münasibət  bəsləyir,  ermənilər  də  buna 

məhəbbətlə  cavab  verirdilər".

141

  Belə  bir  şəraitdə  Bakı  Soveti  əlverişli  məqamın 



yetişdiyini  dəqiqləşdirib  fəaliyyətə  başladı.  Mart  ayının  15-də  Bakı  Sovetinin 

iclasında  "Cənubi  Qafqazda  işlərin  vəziyyəti"  mövzusunda  məruzə  edən 

S.Şaumyan  göstərirdi:  "Bakı  Soveti  Cənubi  Qafqazda  vətəndaş  müharibəsinin 

başlıca və mərkəzi dayağı olmalıdır".

142

  Artıq  bu  zaman  silahlı  qüvvələri, əsasən, 



ermənilərdən ibarət olan Bakı Soveti ilə daşnaklar və digər erməni milli təşkilatları 

arasında müsəlmanlara  divan tutmaq,  şəhəri əsl  sahiblərindən  təmizləmək  barədə 

gizli razılıqlar əldə edilmişdi. 

Beləliklə,  ciddi hazırlıq  görüldükdən  sonra  mart ayının 30-da  başlayan  və 

üç gün davam edən Bakı faciəsi zamanı əksinqilabçı adı ilə 12 min nəfər müsəlman 

əhalisi  qətlə  yetirildi.

143

  Bakı  qırğınlarından  az  sonra  eyni  faciəli  hadisələr 



Şamaxıda da yaşandı. Qısa zaman ərzində Şamaxıda 7 min nəfərdən çox müsəlman 

əhalisi məhv edildi ki, bunun da 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi.

144

 

Az  sonra  yaranan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Xarici  İşlər 



Nazirliyinin  ilk  əhəmiyyətli  addımlarından  biri  1918-ci  ilin  martında  Bakıda  və 

ümumilikdə həmin ilin yazında Azərbaycanda bolşevik-erməni silahlı dəstələrinin 

törətdiyi  müsəlman  soyqırımını  təhqiq  edən  Fövqəladə  İstintaq  Komissiyasının 

yaradılması haqqında təşəbbüslə çıxış etməsi oldu. 

Avropada  ermənilərin  təsiri  altında  olan  informasiya  vasitələrinin 

Azərbaycanda onların törətdiyi vəhşiliklərin tamam əks istiqamətdə təbliğ etməsi 

Azərbaycan  Xarici  İşlər  Nazirliyini  məcbur  etdi  ki,  hökumət  qarşısında  bu 

məsələnin  ətraflı  təhqiq  edilməsini  qaldırsın.  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

ilk  xarici  işlər  naziri  M.H.Hacınski  1918-ci  ilin  iyul  ayının  15-də  hökumətə 

məruzəsində  yazırdı:  "Dörd  aydan  artıq  bir  müddətdə  Azərbaycan  ərazisində 

bolşevizm  adı  altında  məsuliyyətsiz  erməni  milli  dəstələrinin  dinc  müsəlman 

əhalisinə  qarşı  görünməmiş  vəhşiliklər  törətdikləri  məlumdur.  Eyni  zamanda  bu 

quldur  dəstələrin  təşkilatçıları  ictimai  rəyi  öz  xeyirlərinə  formalaşdırmaq  üçün 

                                                        

139

 Yenə orada, s.192 



140

 T.Swietochowski. Russian Azerbaijan, p.114 

141

 Yenə orada, s. 114 



142

 С.Г.Шаумян. Избранные произведения, с. 189 

143

  Fövqəladə  İstintaq  Komissiyasının  üzvü  A.E.Kluqenin  Bakı  şəhərinin  müsəlman  əhalisi  üzərində 



törədilən  zorakılıqlar  haqqında  komissiyanın 

sədri 


A.Xasməmmədova 

məruzəsi.  İyul, 

1919.//Azərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsinin  Siyasi  Partiyalar  və  İctimai  Hərəkatlar 

Dövlət  Arxivi  (ARPİİ  SPİHDA),  f.277,  s.2,  i.27,  v.18;  1918-ci  ilin  martında  Bakıda  törədilmiş  türk-

müsəlman  soyqırımı  haqqında  geniş  məlumat  üçün  bax:  С.Рустамова-Тохиди.  Март  1918  в  Баку. 

Азербайджанские программы в документах. Баку, 2009 

144

 Fövqəladə İstintaq Komissiyasının qərarı. 28.07.1919.//ARDA, f.1061, s.1, i.108, v.7  



47 

 

bunun əksinə olan saxta materiallar Avropa ölkələrinə göndərirlər. Ona görə Xarici 



İşlər  Nazirliyi  təcili  şəkildə  istintaq  komissiyası  yaradıb.  1.Bütün  zorakılıq 

hadisələrinin dəqiq qeydə alınmasını; 2. Zorakılığın hansı şəraitdə törədilməsini; 3. 

Günahkarların və dəyən ziyanın müəyyən edilməsini zəruri hesab etdi. Məruzədə 

göstərilirdi:  "Yaradılacaq  təşkilat  Fövqəladə  İstintaq  Komissiyası  xarakterində 

olmalıdır, onun materialları başlıca Avropa dillərində (rus, fransız, alman və türk) 

elan  edilməli  və  geniş  yayılmalıdır".

145

  Avqust  ayının  31-də hökumətin  qərarı ilə 



Fövqəladə  İstintaq  Komissiyası  təsis  edildi.  Komissiya  qısa  vaxtda  bütövlükdə 

Bakı  quberniyasında  törədilən  cinayətkarlıqlar  barədə  külli  miqdarda  istintaq 

materialları topladı, həmin materialların çox cüzi bir hissəsindən 1919-cu ildə Раris 

sülh  konfransında  iştirak  edən  Azərbaycan  nümayəndələri  məqalə  və  broşura 

buraxılmasında istifadə etdilər. 1919-cu ildə İstanbulda fransız dilində buraxılmış 

73 səhifəlik "Ermənilərin müsəlman əhalisi üzərində etdikləri vəhşiliklər haqqında 

sənədlər"

146


 toplusunda da bəzi məsələlər öz əksini tapmışdır. 

Əsasən,  qeyri-azərbaycanlılardan  təşkil  olunmuş  Fövqəladə  İstintaq 

Komissiyasının  materiallarının  bir  hissəsi  Xarici  İşlər  Nazirliyi  tərəfindən 

Parisdəki  Azərbaycan  nümayəndəliyinə  göndərildi  və  nümayəndəlik  həmin 

materiallardan təbliğati məqsədlər üçün nəşr etdikləri kitab və broşurlarda istifadə 

etdilər. 1919-cu ildə Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə 

heyətinin  Parisdə  buraxdığı  kitabçada  qeyd  edilirdi:  "Müsəlmanlar  üçün  məlum 

nəticələri olan bu qanlı hadisələrdə hər yerdə olduğu kimi, Bakıda da öz millətçi 

partiyalarını  (Daşnaksutyun)  yaratmış  ermənilər  fəal  iştirak  edirdilər...  Həmin 

dəhşətli  günlərdə  12000-dən  çox  azərbaycanlı  əhalini  öldürdülər.  Öldürülənlər 

arasında  qocalar,  qadınlar  və  uşaqlar  üstünlük  təşkil  edirdilər.  Yəqin  ki,  gələcək 

tarixçilər  bu  hadisələrin  üstündən  sükutla  keçməyəcəklər".

147

  Ermənilərin  mart 



hadisələrində  fəal  iştirakını  həmin  dövrdə  Bakıda  fəaliyyət  göstərən  Britaniya 

missiyasının  əməkdaşı  R.Makdonell  də  təsdiq  edir.  О  yazır:  "ermənilər 

müsəlmanlara qarşı bolşeviklərlə birləşməklə öz tarixlərinin ən böyük səhvinə yol 

verdilər.  Bunun  üçün  bütün  məsuliyyət  "Daşnaksutyun"  təşkilatının  üzərinə 

düşür".

148


 

Bakı  quberniyasında  törədilən  müsəlman  soyqırımı  Seym  daxilində 

ziddiyyətləri  gücləndirməklə  yanaşı,  Türkiyə  ilə  aparılan  danışıqlara  da  ciddi 

şəkildə  təsir  göstərdi.  Digər  tərəfdən,  Bakıda  törədilən  hadisələrlə  bir  vaxtda 

ermənilər  1918-ci ilin mart  ayının  ortalarında Türkiyədə,  xüsusilə  Ərzurumda  da 

buna  bənzər  hadisələr  törətmişdilər.  Ərzurum  şəhərinin  yaxınlığındakı 

                                                        

145


  Xarici  işlər  naziri  M.H.Hacınskinin  müsəlmanlara  qarşı  törədilmiş  zorakılıqların  istintaqının 

aparılması  üçün  komissiya  yaradılmasının  zəruriliyi  haqqında  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskiyə 

məruzəsi. 15.07.1918.//ARDA, f.1061, s.1, i.95, v.1 

146


  Documents  relatil's  aux  Alrecites  Commises  parles  Armenies  Surla  population  musulmane. 

Constantinopol, 1919, p.73 

147

 Claims of the Peace Delegation of Caucasian Azerbaijan. Paris, 1919, p.16-17 



148

 Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri, s.169 



48 

 

Yaşılyaylada  təkcə  mart  ayının  11-12-də  üç  min  türk  əhalisi  məhv  edilmişdi. 



Ərzurum  cinayətlərinə  erməni  başçıları  Andronik,  Muradyan,  Doluxanov  və 

digərləri  rəhbərlik  edirdilər.

149

  Türk  ordusunun  təzyiqi  altında  geri  çəkilən  bu 



quldur  dəstələri  yolboyu  Azərbaycan  kəndlərini  dağıdır,  əhalini  kütləvi  şəkildə 

qırırdılar.  Bu  vəhşiliklərin  törədilməsində  Andronikin  dəstəsi  xüsusi  fəallıq 

göstərirdi. Törətdiyi cinayətin ağırlığına, vəhşiliklərin dərəcəsinə görə azərbaycanlı 

və  türk  əhalisinin  yaddaşında  Andronik  "qəddarlıq"  simvolu  kimi  qalıb.

150

  Bakı 


quberniyasındakı mart-aprel qırğını,  eyni  vaxtda  Ərzurumda  və  Türkiyənin  digər 

Şərq vilayətlərində türk əhalisinə qarşı törədilən vəhşiliklərlə sıx surətdə bağlı idi 

və bu hadisələr Türkiyə ilə aparılan danışıqları daha da çətinləşdirirdi. 

Müharibə və sülh  məsələsinə münasibət ayrılıqda Seym fraksiyalarında da 

müzakirə  edilirdi.  Lakin  uzun  müzakirələrdən  sonra  aprel  ayının  5-də  Cənubi 

Qafqaz  nümayəndələri  Qars  və  Ərdahanın  bir  hissəsinin  güzəştə  gedilməsinə 

tərəfdar oldusa da, Brest müqaviləsinin qanuniliyini qəbul etməkdən imtina edirdi. 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin