Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

11-15.01.1919.// ARDA, f.894, s.10, i.151, v.54-55, 58-59 

654

  Azərbaycan  Respublikasının  Sülh  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  erməni  milli 



şurasının  sədri  və  Paris  Sülh  konfransında  erməni  nümayəndəliyinin  başçısı  A.Ağaronyanla  söhbəti. 

16.01.19197/ ARDA, f.894, s.10, i.151, v.60-62 



188 

 

mənzilində Azərbaycan nümayəndə heyətinin ilk iclası keçirildi və bir sıra təşkilati 



məsələlərə  baxıldı.

655


  İlk  növbədə  nümayəndə  heyətinə  bəzi  əməkdaşlar  əlavə 

edildi  və  texniki  işçilər  aşağıdakı  tərkibdə  təsdiq  edildi:  Ə.M.Topçubaşov 

nümayəndə  heyətinin  sədri,  M.Hacınski,  Ə.Ağayev,  Ə.Şeyxülislamov 

nümayəndəliyin üzvləri, M.Məhərrəmov, M.Mehdiyev, C.Hacıbəyli məsləhətçilər, 

Ə.Hüseynzadə,  V.Marçevski  əməkdaşlar,  Səfvət  bəy  Məlikov  və  Ələkbər  bəу 

Topçubaşov katiblər, A.Qafarov fransız dili, Q.Qafarova ingilis dili, Н.Мəmmədov 

fransız və türk dilləri tərcüməçiləri və nəhayət, Rəşid bəy Topçubaşov sədrin şəxsi 

katibi kimi təsdiq olundular. 

İclasda iş  bölgüsü üzrə üç bölmə yaradıldı. Bunlar siyasi və milli, iqtisadi 

kommersiya, təbliğat və məlumat məsələləri ilə məşğul olan bölmələrdən ibarət idi. 

Siyasi  və  milli  məsələlərlə  məşğul  olan  bölməyə  Ə.M.Topçubaşov,  Ə.Ağayev, 

Ə.Hüseynzadə, M.Məhərrəmov, S.Məlikov və H.Məmmədov daxil oldular. İkinci 

iqtisadi  kommersiya  bölməsi  M.Hacınski,  V.Marçevski,  Ə.Şeyxülislamov, 

M.Mehdiyev,  Ə.Topçubaşov,  A.Qafarovdan  ibarət  idi.  Üçüncü  bölmə  isə 

Ə.M.Topçubaşov, Ə.Ağayev, C.Hacıbəyli, Q.Qafarova və Ə.Hüseynzadədən ibarət 

idi. Nümayəndə heyətinin hər bir üzvünün aydın fəaliyyət dairəsi müəyyən edildi. 

Ə.M.Topçubaşov  nümayəndəliyin  siyasi  və  milli  məsələlərlə  bağlı  işlərinə 

rəhbərlik etməli, memorandum hazırlamalı idi. M.H.Hacınski iqtisadi və maliyyə 

məsələləri,  Ə.Hüseynzadə  tarixi-etnoqrafik  və  ədəbi  materiallar  hazırlanması, 

Ə.Şeyxülislamov statistika, sərhəd və xəritələr hazırlanması, M.Məhərrəmov xalq 

təsərrüfatı  və  əkinçilik,  M.Mehdiyev  ticarət  və  sənaye,  Ə.Ağayev  siyasi 

publisistika,  C.Hacıbəyli  məlumat  məsələləri  ilə  məşğul  olmalı  idilər.  S.Məlikov 

sədrə,  V.Marçevski  M.H.Hacınskiyə,  Ə.Topçubaşov  Ə.  Hüseynzadəyə  kömək 

etməli idi.

656

 Bundan əlavə, nümayəndəliyin öz daxili işləri ilə bağlı vəzifə bölgüsü 



də  keçirilmişdi.  Ə.M.Topçubaşov  nümayəndəliyin,  bölmə  və  komissiyaların 

iclaslarını təyin etməli, bütün orqanların, xərclənən bütün vəsaitin üzərində nəzarət 

etməli  idi.  M.H.Hacınski  sədrin  müavini  və  xəzinədar  idi.  Ə.Hüseynzadə  məsul 

katib  və  protokolların  qısa  məzmununun  fransızca  yazılmasına  cavabdeh  idi. 

M.Məhərrəmov protokolları ana dilində, Ə.Topçubaşov rus dilində yazmalı idilər, 

Ə.Şeyxülislamov  nümayəndəliyin  kitabxanasına  baxmalı,  M.Mehdiyev  maliyyə 

hesabatlarına nəzarət, S.Məlikov isə dəftərxanaya rəhbərlik etməli idi. 

İstanbulda  olduğu  ilk  günlərdə  Azərbaycan  nümayəndələri  təşkilatı 

məsələlərlə yanaşı, bir sıra mühüm sənədlər hazırladılar, fəaliyyət proqramı tərtib 

etdilər  və  qarşıda  duran  əsas  məsələləri  müəyyən  etdilər.  Sosial-iqtisadi  həyat 

məsələlərinə dair hazırlanmış sənəddə siyasi vəziyyət və siyasi partiyalar, milli və 

dini  məsələlər,  mədəniyyət  məsələləri  öz  əksini  tapmışdı.  Bütün  bunlara 

                                                        

655


  А.Раевский.  Мусаватское  правительство  на  Версальской  конференции.  Донесения 

председателя Азербайджанской мусаватской делегации. Баку, 1930, с.25 

656

  Paris  Sülh  konfransına  gedən  Azərbaycan  nümayəndə  heyətinin  iclasının  protokolu.  22.01.1919.// 



ARDA, f.970, s.l, i. 147, v.1-3 

189 

 

baxmayaraq, yanvar ayının 27-də M.H.Hacınski qarşıdakı mübarizənin çətinliyini 



nəzərə  alaraq  F.X.Xoyskiyə  yazdığı  məktubda  nümayəndə  heyətinin  tanınmış 

siyasi xadimlər hesabına qüvvətləndirilməsini və bir sıra mütəxəssislərin Bakıdan 

göndərilməsini  xahiş  edirdi.  О  yazırdı:  "Fətəli  xan,  bir  daha  xahiş  edirəm 

nümayəndəliyin  gücləndirilməsi  barədə  fikirləşin...  Demək  olar  ki,  bütün  xalqlar 

ora  /Parisə  -  C.H./  böyük  tərkibdə  ən  güclü  adamları  göndərirlər.  Axı  böyük 

mübarizə  gözlənilir."  Xüsusən  Ə.Ağayevin  xəstələnməsi  və  onun  haqqında 

ermənilərin  müttəfiqlərin  mətbuatında  qaldırdıqları  kampaniya,  habelə 

Ə.Hüseynzadənin Parisə buraxılmayacağı barədə yayılmış şayiələr vəziyyəti daha 

da  ağırlaşdırırdı.  Azərbaycan  nümayəndə  heyəti  İstanbula  gələn  günün  səhərisi 

fransız dilində çıxan qəzetlərin çoxu  və xüsusən, ermənilərin fransız dilində nəşr 

etdiyi  "Renaissanse"  qəzeti  Ə.Ağayevi  müttəfiqlərə  qarşı  yazmış  və  türk 

parlamentində Antantaya qarşı mübarizə aparmış fəal jurnalist kimi təqdim edirdi. 

Ona qarşı başlanmış güclü təbliğat kampaniyası о dəqiqə  müttəfiqlərin İstanbulda 

olan 


nümayəndələrinin 

diqqətini 

cəlb 

etdi. 


Ə.M.Topçubaşovun 

və 


M.H.Hacınskinin  ciddi  cəhdləri,  Ə.Ağayevin  Qarabağdan  olması  və  Azərbaycan 

Parlamentinin  nümayəndə  heyətində  olmasının  vacibliyi,  habelə  bilavasitə 

müttəfiqlərin  Bakıda  olan  silahlı  qüvvələrinin  Baş  komandanı  general 

V.Tomsondan zəmanət məktubu barədə gətirilən dəlillər şübhələri dağıda bilmədi. 

İstanbulda  olan  ingilis  və  fransız  nümayəndələri  açıq  şəkildə  bildirdilər: 

"Azərbaycan nümayəndə heyəti  Ə.Ağayevi  özü  ilə  götürməməlidir.  Biz  məsləhət 

görmürük,  o,  arzuolunmaz  adamdır,  türk  jurnalisti  və  Türkiyə  Parlamentinin 

deputatı  kimi  bizim  əleyhimizə  yazmış  və  danışmışdır."  Yanvar  ayının  27-də 

M.H.Hacınski Bakıya yazırdı ki, burada Ə.Ağayevə qarşı ciddi şəkildə kampaniya 

başlanmışdır,  ingilislər  onun  Parisə  getməsinin  əleyhinədirlər.  Bu  və  ya  digər 

formada  artıq  aydındır  ki,  о  gedə  bilməyəcək.

657


  Ə.M.Topçubaşov  mart  ayının 

əvvəllərində  Bakıya  göndərdiyi  ilk  geniş  hesabatda  qeyd  edirdi  ki,  "İttihad  və 

Tərəqqi" partiyasının, xüsusilə, Tələt-Ənvər kabinetinin bütün günahlarını Əhməd 

bəу Ağayevin adına yazırlar. Bununla kifayətlənməyən "Renaissanse" qəzeti bütün 

Azərbaycan və Gürcüstan nümayəndə heyətini "İndiserable" - yəni arzuolunmayan 

heyət adlandırdı.

658

 

Azərbaycana  qarşı  Avropa  və  Amerikada  ermənilərin  apardığı  təbliğat 



kampaniyasının  gedişində,  ya  "Azərbaycan"  adlı  dövlətin  mövcud  olmadığı 

əsaslandırılır,  ya  da  Azərbaycan  Antantaya  qarşı  vuruşmuş  məğlub  Türkiyənin 

ayağına yazılırdı və bütün vasitələrlə müttəfiqlərin rəhbər xadimlərinə Azərbaycan 

haqqında qərəzli məlumatlar verilirdi. İlkin addım kimi onlar Ə.Ağayevin "İttihad 

və Tərəqqi" komitəsinin üzvləri ilə birlikdə həbs edilib, ingilislərin nəzarəti altında 

olan Malta adasına sürgün edilməsinə nail oldular. T.Svyatoçevski haqlı olaraq bu 

                                                        

657


 Yenə orada, v.3 

658


 А.Раевский. Мусаватское правительство на Версальской конферунации, с.26 

190 

 

hadisəni müttəfiqlərin Azərbaycan nümayəndə heyətinə birinci hörmətsizliyi kimi 



qiymətləndirir.

659


 

İstanbulda  olduğu  dövrlərdə  Azərbaycan  nümayəndə  heyəti  ehtiyac  və 

çətinliklər içərisində yaşayan Ə.Ağayevin ailəsinə hər ay 150 türk lirəsi həcmində 

maddi yardım göstərirdi. İstanbulda Azərbaycan nümayəndə heyətinə daxil edilmiş 

Əli bəу Hüseynzadə də Əhməd bəу Ağayevlə birlikdə həbs edilmişdi.

660


 Lakin onu 

həbsdən  azad  etmək  mümkün  olsa  da,  Parisə  getməyə  Ə.Hüseynzadəyə  viza 

verilmədi. Ermənilər, təkсə azərbaycanlılara qarşı deyil, eyni zamanda gürcülərə və 

Dağlılar İttifaqının nümayəndələrinə qarşı da mübarizə aparırdılar. "Renaissanse" 

qəzeti  Parisə  gedən  Çxeidze  və  Sereteli  haqqında  yazırdı  ki,  onlar  Fransaya  ona 

görə  gedirlər  ki,  Petroqrad  Sovetinin  nümayəndələri  kimi  bolşevizmi  sosializm 

ruhunda  Avropada  təbliğ  etsinlər.

661


  Ermənilərin  və  yeni  yaradılmış  ağ  rus 

hökumətlərini təmsil edən nümayəndələrin təbliğatı öz işini gördü. Bu iki qüvvənin 

təsiri  altına  düşmüş  Fransa  hökuməti  Azərbaycan  nümayəndələrini  Parisə 

buraxmamaq  üçün  tez-tez  müxtəlif  bəhanələrə  əl  atırdı  və  nəticədə  Azərbaycan 

nümayəndələri üç ay İstanbulda gözləməli oldu. 

Paris  Sülh  konfransı  1919-cu  ilin  yanvar  ayının  18-də  Versal  sarayında 

təntənəli  şəkildə  açıldı.  Konfransa  mindən  artıq  nümayəndə  gəlmişdi.  Lakin  işə 

operativ  xarakter  verməkdən  ötrü  beş  böyük  dövlətin  hər  birindən  beş  həlledici 

səsə  malik  nümayəndəlik  müəyyən  edilmişdi.  150-dən  artıq  jumalist  konfransın 

işini işıqlandırmaq üçün qeydə alınmışdı. 

Konfransın  işini  Fransanın  prezidenti  R.Puankare  qısa təbrik nitqi  ilə açdı 

və  ölkənin  baş  naziri  Jorj  Klemanso  Sülh  konfransının  prezidenti  seçildi. 

Əvvəlcədən  əldə  edilmiş  razılaşmaya  görə  Robert  Lansinq  /ABŞ/,  Devid  Lloyd 

Corc /Böyük Britaniya/, Orlando /İtaliya/ və Sayandzi /Yaponiya/ konfransın vitse-

prezidentləri seçildilər və Jorj Klemanso, Devid Lloyd Corc və Vudro Vilsondan 

ibarət "böyük üçlük" yaradıldı. İlk vaxtlarda Vilsonun "14 maddəsi" problemlərin 

müzakirəsi  üçün  əsas  kimi  götürüldü.  Konfransın  işçi  orqanında  Onlar  Şurası 

həlledici əhəmiyyətə malik idi. Bura ABŞ-ın prezidenti V.Vilson və Dövlət katibi 

R.Lansinq, Böyük Britaniyanın Baş naziri Lloyd Corc və xarici işlər naziri Balfur, 

müvafiq  olaraq  Fransadan  Klemanso  və  Pişon,  İtaliyadan  Orlando  və  Sonnino, 

Yaponiyadan Makino və Şinda daxil idilər. 

Konfransın  gündəliyində  çoxlu  məsələlər  olmasına  baxmayaraq,  "rus 

məsələsi" diqqət mərkəzində olan məsələlərdən biri idi. Rusiyanın konfransa dəvət 

edilib  -  edilməməsi  siyasi  müzakirələrə  hələ  üç  ay  əvvəl  1918-ci  ilin  noyabrında 

daxil olmuşdu. 1918-ci ilin dekabrında Klemansoya göndərdiyi notada Lloyd Corc 

Sovet  Rusiyasının  konfransa  buraxılmasına  tərəfdar  olduğunu  bildirmişdi. 

                                                        

659


 T.Swietochowski. Russian Azerbaijan, p. 154 

660


  M.H.Hacınskinin  Nazirlər  Şurasının  sədri  və  XARİCİ  İŞLƏR  NAZİRİ  F.X.Xoyskiyə  məktubu. 

27.01.1919.// ARDA, f.894, s.10, i.66, v.9 

661

 А.Раевский.Мусаватское правительство на Версальской конференции, с.26 



191 

 

Müttəfiqlərarası  müşavirədə  Balfur,  lord  Kerzon  və  Klemanso  bunun  əleyhinə 



oldular. Lakin Lloyd Corc bildirdi ki, Rusiya Avropa ərazisinin üçdə iki, Asiyanın 

isə  böyük  bir  hissəsini  əhatə  edir.  200  milyon  nəfər  əhaliyə  aid  olan  məsələləri 

onları  dinləmədən  həll  etmək  olmaz.  Bolşeviklər  əhalinin  böyük  bir  hissəsini  öz 

ardlarınca  aparırlar.  Heç  şübhəsiz  ki,  bu  xoşagələn  fakt  deyildir,  lakin 

xoşagəlmədiyi  üçün  hər  hansı  faktı  inkar  etmək  olmaz.

662


  Lloyd  Corc  Sovet 

Rusiyası  ilə  birlikdə ağqvardiyaçı  hökumətlərin  və  yeni  yaranmış respublikaların 

da konfransa dəvət edilməsinə tərəfdar idi.

663


 J.Klemanso müzakirələrin gedişində 

bildirdi  ki,  indi  bərqərar  edilməsi  olan  sülhün  Rusiyaya  heç  bir  dəxli  yoxdur. 

Yanvar ayının 12-də Onlar Şurasının iclasında Fransanın xarici işlər naziri Pişonun 

təklifi üzrə qərar qəbul edildi ki, Rusiya rəsmi şəkildə konfransa dəvət edilməsin. 

Lakin  Sazonov,  Lvov,  Milyukov  və  digər  şəxslər  öz  fikirlərini  bildirmək  və  bəzi 

məsləhətlər vermək üçün konfransın işinə buraxılsınlar... 

Yanvar  ayının  22-də  Onlar  Şurasının  iclasında  "rus  məsələsi"  yenidən 

ətraflı şəkildə müzakirə edildi. ABŞ prezidenti V.Vilsonun Rusiyada bütün qarşı-

qarşıya  duran  qüvvələrə  müraciəti  elan  edildi.  Burada  göstərilirdi  ki,  Rusiyada 

vuruşan  qüvvələr  öz  aralarında  müvəqqəti  razılığa  gəlməli,  hərbi  əməliyyatları 

dayandırmalı,  həm  bolşeviklər,  həm  ağqvardiyaçı  hökumətlər  və  həm  də  Rusiya 

imperiyası  ərazisində  yaranmış  yeni  dövlətlər  öz  aralarında  danışıqlar  aparmaq 

üçün  fevral  ayının  15-nə  qədər  Мərmərə  dənizində,  İstanbulun  yaxınlığındakı 

Şahzadə /İl de Prins/ adasında xüsusi konfrans keçirməlidirlər.

664

 Fransa, İngiltərə, 



Amerika  və  İtaliya  nümayəndələri  də  Şahzadə  adasında  keçiriləcək  konfransda 

iştirak etməli idilər.

665

 Əslində bu layihənin müəllifi Lloyd Corc idi, lakin bir sıra 



mülahizələrə görə həmin layihə ilə V.Vilson çıxış etmişdi. 

Lakin  "rus  konfransı"  üçün  heç  də  uğurlu  yer  seçilməmişdi.  Мərmərə 

dənizindəki  Şahzadə  adası  çoxdan  baxılmayan  bir  ada  idi,  hətta  orada  konfrans 

keçirmək üçün münasib bina belə yox idi. Ona lap yaxın olan adaların birinə isə 

müharibə  illərində  türklər  İstanbulun  küçələrini  dolanan  on  minlərlə  yoluxucu 

xəstəliyə  tutulmuş  itləri  aparıb  tökmüşdülər.  Əvvəlcə,  onlar  bir-birinin  ətini 

yeməklə  bir  müddət  dözmüş,  sonra  isə  hamısı  acından  ölmüşdü.  Qırılmış  itlərin 

ağarmış  sümükləri  adada  qar  təpələrini  xatırladırdı.  U.Çörçil  yazırdı  ki,  onların 

sümükləri  hələ  indiyə  qədər  bu  qonaq  sevməyən  adaları  bəzəyirdi  və  bu  hadisə 

ətraf yerlərdə hələ unudulmamışdı.

666

 

Yanvarın  axırında  İstanbulda  olan  ingilis  zabitləri  "rus  konfransı"  üçün 



yararlı  bir  yer  hazırlamaq  üçün  Şahzadə  adasına  getdilər.  Polşa  və  Finlandiyanı 

                                                        

662

 Д.Ллойд Джордж. Правда о мирных договорах. В 2-х томах. Москва, 1957, том 1, с.278-279 



663

 З. Авалов. Независимость Грузии в международной политике, с. 178 

664

  Международная  политика  новейшего  времени  в  договорах,  нотах  и  декларациях.  Москва, 



1926, ч.2, с.219-220 

665


 M.H.Hacınskinin Nazirlər Şurasının sədri və xarici işlər naziri F.X.Xoyskiyə məktubu. 27.01.1919.// 

ARDA, f.894, s.10, i. 66, v.3 

666

 У.Черчиль. Мировой кризис. М., 1932, с. 108 



192 

 

çıxmaq şərti ilə keçmiş Rusiya imperiyasının ərazisində yaranmış bütün dövlətlərə, 



о cümlədən Azərbaycan respublikasının İstanbulda olan nümayəndələri də Şahzadə 

adasında  keçiriləcək  "rus  konfransı"na  dəvət  almışdı.  İlk  anda  konfransın 

mahiyyətini müəyyənləşdirmək о qədər də asan deyildi və dəvət edilən tərəflərin 

cavabları  da  eyni  olmamışdı.  Sovet  Rusiyası  fevral  ayının 4-də radio  vasitəsi  ilə 

Böyük  Britaniya,  Fransa,  İtaliyaya,  ABŞ  və  Yaponiyaya  verdiyi  notada  Şahzadə 

adalarında  keçiriləcək  konfransda  iştirak  etməyə  hazır  olduğunu  bildirdi.

667

 

Pribaltika  dövlətləri  bu  şərtlə  konfransda  iştirak  etməyə  razı  idilər  ki,  onların 



müstəqilliyi böyük dövlətlər tərəfindən tanınsın və bu konfrans Sovet Rusiyası ilə 

sülh  danışıqları  ilə  məhdudlaşsın.  Dağlılar  İttifaqının  xarici  işlər  naziri 

H.Bammatovun  Berndə  ABŞ  nümayəndəsinə  konfransda  iştirak  etməyə  razılıq 

verməsini çıxmaq şərti ilə Qafqaz respublikalarından heç birisi "rus konfransı"nda 

iştirak  etməyə  razılıq  vermədi.

668


  İstanbulda  olan  ingilis,  fransızların  təzyiqinə 

baxmayaraq  yanvar  ayının  28-də  Azərbaycan  və  Gürcüstan  nümayəndəliyi 

Şahzadə  adalarındakı  konfransda  iştirak  etməyəcəklərini  bildirdilər.  Onların 

fikrincə,  konfrans  ancaq  Rusiyanın  özündə  qarşı-qarşıya  duran  tərəflərin 

mübahisəli  məsələlərini  müzakirə  etməli,  rus  xalqının  birliyini  bərpa  etməli  idi. 

Azərbaycan  və  Gürcüstan  nümayəndələri  öz  respublikalarının  istiqlaliyyətinin 

tanınması  uğrunda  mübarizə  apardıqları  üçün  nə  bolşevik  Rusiyası,  nə  də  köhnə 

Rusiya  nümayəndələri  ilə  bir  masa  arxasında  danışıqlar  aparmağı  və  konfransda 

iştirak  etməyi  lazım  bilmirdilər.  M.Hacınski  Azərbaycan  hökumətinin  sədrinə 

yazdığı  məktubda  bildirirdi  ki,  bu  konfransda  iştirak  etməyi  "biz  özümüz  üçün 

yolverilməz hesab edirik."

669


 

Fevral  ayının  8-də  Gürcüstanın  Parisdə  olan  nümayəndələri  /Gürcüstan 

nümayəndə  heyətinin  əsas  hissəsi  İstanbulda  idi,  nümayəndəliyə  daxil  edilərkən 

Avropa  paytaxtlarında  olan  gürcü  nümayəndələri  Parisə  gələ  bilmişdilər.  -  C.H/ 

ABŞ-ın Sülh konfransında olan nümayəndələrinə nota ilə müraciət edib bildirdilər 

ki,  onların  məsələsi  rus  məsələsindən  ayrılıqda  həll  edilməlidir  və  Gürcüstanın 

müstəqilliyinin  tanınması  Sülh  konfransının  gündəliyinə  qoyulmalıdır.

670


  Parisdə 

olan  Ukrayna  nümayəndəsi  Sidorenko  yazılı  şəkildə  konfransın  sədri 

J.Klemansoya bildirdi ki, onun hökuməti Şahzadə adalarında keçirilən konfransda 

iştirak edə bilməz.

671

 Rusiyanın ağqvardiyaçı hökumətlərinin /Sibir, Arxangelsk və 



Cənubi  Rusiya/  Parisdə  olan  nümayəndələrinin  bu  konfransa  münasibəti  müsbət 

deyildi. Onlar Fransa siyasi dairələri ilə sıx əlaqədə idilər, fransızlar isə Vilsonun 

                                                        

667


 Документы внешней политики СССР. М., 1958, т.2, с.58  

668


 Foreign Relations of the United States. Russia. 1919, pp.43-44 

669


 M.H.Hacınskinin Nazirlər  Şurasının  sədri və  xarici işlər  naziri  F.X.Xoyskiyə  məktubu.  27.01.1919. 

//ARDA, f.894, s.10, i.66, v.3 

670

 З. Авалов. Независимость Грузии в международной политике, с. 181 



671

 Foreign Relations of the United States. Russia, 1919, p.54 



193 

 

və Lloyd Corcun "rus konfransı" keçirmək təşəbbüslərinə açıq etiraz etməsələr də, 



lakin bolşeviklərlə danışıqlar aparmağı da arzulamırdılar.

672


 

Rus mühacirləri, Rusiyanın siyasi xadimləri və bolşevik inqilabından sonra 

Avropaya  yayılmış  köhnə  rus  diplomatları  yeni  zəmində  köhnə  Rusiyanı  bərpа 

edəcəklərinə ümid bəslədikləri üçün bolşeviklərlə hər hansı danışıqlar aparmaqda 

maraqlı  deyildilər.  Bu  məsələ  yanvar  ayının  30-da  Rusiya  siyasi  xadimlərinin 

Fransanın xarici işlər naziri Pişona təqdim etdikləri bəyanatda öz əksini tapmışdı. 

Bəyanatda  Rusiyada  əsl  xalq  hakimiyyətinin  bərqərar  ediləcəyinə,  dini 

məhdudiyyətlərin və vətəndaş azadlıqlarına tətbiq edilən qeyri-bərabərliyin aradan 

götürüləcəyinə,  dərin  iqtisadi  dəyişikliklər  keçiriləcəyinə,  aqrar  məsələnin  qısa 

müddətdə həll ediləcəyinə, idarəçilikdə mərkəzləşmənin aradan qaldırılacağına və 

"nəhayət  yeni  Rusiyanın  qeyri-rus  xalqlara  münasibətində  yeni  siyasət 

yeridəcəyinə" vədlər verilirdi.

673

 

Ona görə də Parisdə olan Sazonov, Lvov, Çaykovski, Maklakov və digərləri 



Fransa rəsmi  dairələrinə  təsir  göstərirdilər  ki,  keçmiş  Rusiya  ərazisində  yaranmış 

yeni dövlətlərlə heç bir məsələni müzakirə etməsinlər və Paris konfransında yalnız 

Ümumrusiya  məsələsini  qoysunlar.  Rusiya  nümayəndələrinin  Şahzadə  adalarına 

getmək  istəməməsi  bir  tərəfdən  də  yeni  yaranmış  respublikaları  tanımamaq  və 

onlarla heç bir danışıqlar aparmamaq niyyətindən irəli gəlirdi. Fevral ayının 12-də 

Sazonov və Çaykovski Versal konfransının Baş katibliyinə nota ilə müraciət edib 

bildirdilər ki, "indiki şəraitdə bolşeviklərlə fikir mübadiləsi etməkdən söhbət gedə 

bilməz  və  bu  mümkün  deyildir."

674

  Bununla  da  Şahzadə  adasında  konfrans 



keçirmək  ideyası  özünü  doğrultmadı,  lakin  konfransa  tərəflərin  münasibəti  yeni 

yaranmış  respublikalarla  Rusiyanı  təmsil  edən  hər  iki  tərəf  arasında,  habelə 

Rusiyanın özündəki siyasi qüvvələr arasında ziddiyyətin xeyli dərin olduğunu əks 

etdirirdi. Parisə gedən Azərbaycan nümayəndə heyətinin məsləhətçisi M.Mehdiyev 

yazırdı:  "Mərkəzi  Rusiyada  hadisələrin  heyrətamiz  dərəcədə  sürətli  inkişafı  bu 

planın  həyata  keçirilməsinə  mane  olmuşdur.  Az  sonra  о  dövrdə  ingilis-sakson 

ölkələrində çox tanınan Lloyd Corc parlamentə bəyan etdi ki, "indi heç bir ölkənin 

Rusiyanın  adından  danışmağa  hüququ  yoxdur..."  Bu  minvalla  Rusiyada  yeni 

yaranmış  dövlətlərin  birgə  konfransının  çağırılması  planı  beləcə  dəfn  olundu."

675


 

Bundan sonra amerikanların "Rus məsələsində" cəhd göstərdiyi Bullit missiyası da 

elə bir uğurlu nəticə vermədi. Bullitin sülh təkliflərində keçmiş Rusiya ərazisində 

yaranmış yeni dövlətlərin öz aralarında barışığa gəlib sülh konfransı çağırana qədər 

hər birinin öz ərazisində rəsmi hakimiyyət kimi tanınması məsələsi qoyulmuşdu və 

                                                        

672

 З.Авалов. Независимость Грузии в международной политике, с. 182 



673

 ARDA, f.894, s.10, i.64, v. 12-17 

674

  Б.Е.Штейн.  «Русский  вопрос»  на  Парижской  мирной  конференции  /1919-20  гг./.  М.,  1919,  с. 



107 

675


 Mir Yacoub. Le probleme du Caucase, p.119 

194 

 

bu  layihədə  digər  yeni  dövlətlərlə  yanaşı,  Azərbaycan  respublikası  da 



xatırladılırdı.

676


 

Yeni  respublikalardan  olan  nümayəndə  heyətləri  İstanbulda  gözləyərkən 

fevral  ayının  13-də  gürcü  nümayəndələrindən  iki  nəfərin  Çxeidze  və  Seretelinin 

Parisə buraxılması haqqında məlumat gəldi. О zaman İstanbulda bunu müxtəlif cür 

izah  edirdilər.  Bir  fərziyyəyə  görə guya  onlara  "rus ictimai  xadimləri"  kimi  icazə 

vermişdilər,  digərlərinin  fikrincə,  sosialist  hərəkatında  xidmətlərinə  görə  fransız 

sosialistləri  onlara  icazə  almışdır,  üçüncü  bir  fərziyyədə  guya  bu  icazəni 

Seretelinin  fransızda  ərdə  olan  bacısının  yaxın  tanışları  vasitəsi  ilə  alındığı  qeyd 

edilirdi.  Əslində  isə  bu  işi  əvvəlcə  Londonda  olan,  sonra  isə  Parisə  gələn  gürcü 

nümayəndələri  Avalov  və  Qambaşidze  görmüşdülər.  Onlar  hələ  yanvar  ayında 

Londonda,  sonralar  Paris  Sülh  konfransının  katibi  olmuş  fransız  səfiri  Pol 

Kambonla  görüşmüş,  gürcü  nümayəndələrinin  Parisə  gəlmək  məsələsini  onunla 

müzakirə etmiş və ondan yardım istəmişdilər. Versal konfransı başlandıqdan sonra 

onlar  konfransın  katibliyinə  də  müraciət  etmişdilər.  Burada  onlara  Almaniya  və 

Türkiyə  ilə  əməkdaşlıq  etməklə,  Çxeidze  və  Seretelinin  özlərini  nüfuzdan 

salmaları,  gürcü  məsələsi  haqqında  aydın  təsəvvürün  olmaması,  Rusiya  və  digər 

qonşularla  sabit  münasibətlərin  olmaması,  rus  borclarına  Gürcüstanın  qeyri-

müəyyən  münasibəti  və  ən nəhayət,  erməni  və  azərbaycanlılarla  ciddi  ixtilafların 

olduğu  xatırladıldı,  lakin  son  nəticədə  İstanbulda  olan  gürcü  nümayəndəliyindən 

iki nəfərin Parisə gəlməsinə icazə verildi.

677

 

Fevral ayının 14-də Ə.M.Topçubaşov İstanbuldakı Fransa nümayəndəliyinə 



gedib,  onların  bu  sayğısız  münasibətinin  Azərbaycan  nümayəndəliyinə  pis  təsir 

göstərdiyini bildirdi. Fransa nümayəndəliyi azərbaycanlılardan da iki nəfərin qeyri-

müəyyən  vaxtda  Parisə  buraxılacağını  bildirdi.  Fevral  ayının  22-də 

Ə.M.Topçubaşov Azərbaycan hökumətinin  sədrinə vurduğu teleqramda bildirirdi: 

"Təəssüflər olsun ki, hələ Parisə gedə bilməmişik, icazə gözləyirik".

678


 

Əvvəllər  daha  çox  texniki  məsələlərlə  izah  edilən  yubanmaların  az  sonra 

siyasi məzmuna malik olduğu bəlli oldu. Azərbaycan hökumətinə mart ayının 5-də 

göndərdiyi hesabatında Ə.M.Topçubaşov yazırdı: "İlk əvvəllər bu bizə asan iş kimi 

görünürdü,  Marsel  vasitəsilə  Parisə  arabir  gedən  paraxodlara  yer  tapmaq  kimi 

texniki  xarakterli  maneələrlə  rastlaşa  biləcəyimizi  düşünürdük.  Lakin  iki  dəfə 

mənim ingilis  və  fransız nümayəndələri ilə  görüş  və  danışıqlarımdan,  bəzi heyət 

üzvlərinin  İngiltərə  qərargahlarına  baş  vurmaları,  onların  yanına  heyətin 

tərcüməçilərinin  dəfələrlə  ezam  edilməsi  və  nəhayət,  ingilis  qərargahına  şəxsən 

                                                        

676

 Документы внешней политики СССР. Т.II. М., 1958, с.92 



677

 З.Авалов. Независимость Грузии в международной политике, с. 180-187 

678

  Azərbaycan  Respublikasının  Sülh  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  Nazirlər  Şurasının 



sədri və xarici işlər naziri F.X.Xoyskiyə teleqramı. 22.02.1919. // ARDA, f.894, s.10, i. 66, v.42 

195 

 

özümün  getməyim  nəticəsində  aydın  oldu  ki,  Parisə  səfərin  ləngiməsi  texniki 



çətinliklərdən əlavə, məhz siyasi xarakterli mülahizələrlə bağlıdır."

679


 

Azərbaycan nümayəndələri hələ İstanbulda ikən Parisdə olan Ermənistan və 

İran  nümayəndələri  Azərbaycanın  mənafeyinə  toxunan  böyük  ərazi  iddiaları  ilə 

çıxış  etdilər.  İran  xarici  işlər  naziri  Paris  Sülh  konfransında  İranın  "tarixi 

hüquqlarına"  istinad  edərək  Qafqazda  Dərbənddən  aşağı,  Orta  Asiyada  Aral 

dənizindən Şimala qədər ərazilərin, habelə Türkiyə ərazisinin bir hissəsinin XVII-

XVIII  əsrlərdə  ona  məxsus  olması  haqqında  bəyanat  verib,  578  min  kvadrat 

kilometrlik böyük bir ərazinin İrana qaytarılmasını tələb edirdi.

680

 

Müttəfiqlərin  onlara  göstərdiyi  isti  münasibətdən  ruhlanaraq  ermənilər 



1919-cu  ilin  əvvəllərində  qonşu  xalqlara  qarşı  ərazi  tələblərinin  geniş 

kampaniyasına başlamışdılar. İstər iki tərəfli görüşlərdə və istərsə də özlərinə yaxın 

olan  mətbuat  səhifələrində  onlar  "Böyük  Ermənistan"  ideyasının  təqdimatına 

başlamışdılar ki, burada da, ilkin hədəf Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq 

hissəsi idi. 1919-cu ilin yanvarında müttəfiqlərin Bakıda olan komandanı general 

V.Tomsonun  Qarabağın  dağlıq  hissəsini  və  Zəngəzur  qəzasını  Azərbaycanın 

idarəçiliyində  olmasını  təsdiqləməsi  və  Xosrov  bəу  Sultanovun  bu  ərazilərə 

general-qubernator  kimi  göndərilməsini  bəyənməsi  erməniləri  daha  da 

əsəbləşdirmişdi.  V.Tomson  bölgənin  demoqrafiyası  ilə  yaxından  tanış  olduqdan 

sonra  belə  qənaətə  gəlmişdi  ki,  böyük  miqyasda  olmasa  da,  köçürmə  və 

yerdəyişmə zəruri olacaqdır. Məsələn, nə Qarabağda erməni anklavı qala bilər, nə 

də  hal-hazırdakı  kimi  "düşmən"  sayılan  müsəlmanlar  İrəvanın  cənubi-qərbində 

oturub  qala  bilərlər.

681


  Bakıya  səfərindən  sonra  fevral  ayının  6-da  Londona 

məlumat göndərən general Corc Miln ermənilərin Qarabağda törətdiyi vəhşiliklərlə 

bağlı yazırdı: bizim Bakını tutmağımızdan əvvəl Şuşanı iki türk alayı Andronikin 

ordusunun  hücumlarından  qoruyurdu.  İndi  isə  ermənilər  şəhərə  dolmuşlar  və 

tatarları  (azərbaycanlıları-  C.H.)  qırırlar.  Hökumət  (Azərbaycan hökuməti  -  C.H.) 

qayda-qanunu  qorumaq  üçün mümkün  olan hər  şeyi  edir. Qayda-qanun  yaratmaq 

üçün oraya Britaniya əsgərlərindən ibarət bir batalyon göndərmək lazımdır.

682


 

Ermənilər  Zəngəzur  və  Qarabağın  dağlıq  hissəsi  ilə  bağlı  başladıqları 

pozuculuq  işlərini  diplomatik  müstəviyə  keçirməyə  cəhd  göstərdiklərindən 

Azərbaycan  Xarici  İşlər  Nazirliyi  qeyd  edilən  ərazilərlə  bağlı  bir  sıra  təbliğat 

xarakterli  addımlar  atmalı  oldu.  Bu  məqsədlə  nazirliyin  informasiya  şöbəsinin 

məsul  əməkdaşı  A.S.Şepotovun  rəsmi  hökumət  qəzeti  olan  "Azərbaycan"da 

"Qarabağ"  adlı  geniş  məqaləsi  dərc  olundu.  A.S.Şepotov  Qarabağın  tarixinin 

həlledici məqamları, XIX əsrin 20-30-cu illərindən başlayaraq, oraya ermənilərin 

                                                        

679


 А.Раевский. Мусаватское правительство на Версальской конференции, с.25 

680


 История дипломатии. Т.3., М., 1945, с.33 

681


 T.Swietochowski. Russia and Azerbaijan, p.76 

682


 General C.Milnin təcili diplomatik məlumatı. 06.02.1919. // Azərbaycan Xalq Cümhuriyyəti. Böyük 

Britaniya Arxiv sənədləri, s.237 



196 

 

köç etməsinin intensiv xarakter almasından maraqlı məlumatlar verirdi. O, yazırdı 



ki,  Qarabağın  Rusiya  imperiyasına  birləşdirilməsi  başa  çatdırıldıqdan  sonra  bu 

ərazi 1844-cü ildə "Zaqafqaziya müsəlman vilayətləri"nin tərkibinə daxil edildi və 

sonra  Gəncə  quberniyası  yaradılan  zaman  Qarabağ  dörd  qəzaya  bölünərək  onun 

inzibati hüdudlarına birləşdirildi. A.S.Şepotov 1917-ci ilin statistik məlumatlarına 

əsasən, Qarabağda 170 min erməninin və 415 min türkün yaşadığını bildirir, onun 

coğrafi  baxımdan  vahid  bir  inzibati  məkan  olduğunu  izah  edirdi.  О  yazırdı: 

Türklərin  Qarabağa  tarixi  hüquqları  şəksizdir,  belə  ki,  doqquz  əsrdən  çoxdur  ki, 

türk  etnosu  Qarabağda  oturuşmuşdur.  Ona  görə  də  Ermənistan  hökumətinin  son 

vaxtlar Qarabağa qarşı iddiaları daşnak nazirlərinin fantaziyasından ibarət olub heç 

nə ilə əsaslandırılmır. Erməni hökumətinin Qarabağa münasibətdə belə iddiaları nə 

tarixi, nə iqtisadi, nə də etnoqrafik məlumatlarda öz təsdiqini tapmır. A.S.Şepotov 

belə  hesab  edirdi  ki,  Borçalını  ələ  keçirmək  uğrunda  mübarizədə  məğlub  olan 

daşnaklar indi Azərbaycanın tarixən ayrılmaz hissəsi olan Qarabağa qarşı iddialar 

irəli sürürlər. Məqalədə bildirilirdi ki, erməni hökumətinin bir vaxtlar rəsmi şəkildə 

imtina  etdiyi,  indi  isə  öz  himayəsi  altına  aldığı  "general"  Andronikin 

müraciətlərindən  bu  iddiaların  çoxdan  hazırlandığı  bəlli  olur.  A.S.Şepotovun 

fikrincə, Qarabağın qalan Azərbaycan ərazisinə bağlılığı hər bir Azərbaycan türkü 

üçün  о  qədər  mübahisəlidir  ki,  bu  barədə  heç  bir  söhbət  ola  bilməz.  Məqalə 

Qarabağla  tanış  olmayan  və  ermənilər  tərəfindən  birtərəfli  məlumatlandırılan 

xaricilərə regionun keçmişi və çağdaş vəziyyəti haqqında geniş məlumat verməklə 

ermənilərin  iddialarının  tamamilə  əsassız  olduğunu  ortaya  qoyurdu.

683


  Bu 

materialdan  Azərbaycanın  xaricindəki  nümayəndələri  təbliğati  işlərində  səmərəli 

istifadə etdilər. 

Ermənilərin  azğınlığının  və  Könüllü  ordunun  nümayəndələrinin 

özbaşınalığının  qarşısını  almaq  üçün  Baş  nazir  F.X.Xoyski  1919-cu  ilin  fevral 

ayının  ortalarında  Bakının  hərbi  qubernatoru  V.Tomsona  müraciət  etmişdi.  О 

yazırdı:  "Əlimizdə  olan  məlumatlara  görə  son  vaxtlar  Bakı  şəhərində  baş  verən 

hadisələr  dövlətin  maraqları  və  hökumətin  ləyaqəti  nöqteyi-nəzərindən  yol 

verilməzdir.  Könüllü ordunun nümayəndələri Prjevalski və  Erdeli Bakı şəhərində 

və  onun  rayonlarında  səfərbərlik  aparırlar,  topladığı  adamlara  silah  paylayır  və 

hərbi  təlimlər  keçirirlər,  bir  sözlə  hərbi  hissələrin  güclü  hazırlığına  başlayıblar. 

Digər  tərəfdən,  özünü  erməni  xadimləri  adlandıran,  о  cümlədən  bütün  keçmiş 

fəaliyyəti Azərbaycanın müsəlman əhalisinin məhv edilməsinə yönəlmiş Amazasp 

adlı  birisi  silah  gəzdirə  bilən  erməni  əhalisinin  qeydiyyatını  aparır,  onları 

qruplaşdıraraq, silahlandıraraq və təşkilatlandıraraq hərbi hissələr yaradır. Hansısa 

qarışıq  rus-erməni  hərbi  hissələri  şəhərin  bütövlükdə  müsəlmanlar  yaşayan  Qala 

hissəsindəki  Duma  meydanının  qapılarının  yanındakı  kazarmaları  tutmuşdur. 

Bakının müsəlman əhalisi içərisində qorxu və həyəcan ən yüksək həddə çatıb. Belə 

                                                        

683


 Азербайджан, 1919, 11 февраля. 

197 

 

vəziyyətdə  ölkənin  paytaxtındakı  hərəkətləri  ilə,  nəinki,  dövlətin  suverenliyini 



pozmuş,  hətta  onun  mövcudluğuna  qarşı  yönəlmiş  addımların  qarşısının 

alınmamasına görə, həm əhali arasında, həm də parlamentdə hökumətin ünvanına 

ədalətli  tənqidi  eyhamlar  səsləndirilmişdir.  Мən  əminəm  ki,  siz  belə  vəziyyətin 

hökumət üçün tamamilə dözülməz olduğu ilə razılaşarsınız. Heç bir dövlətdə, heç 

bir ölkədə elə bir nümunə yoxdur ki, dövlətə və hökumətə tamamilə yad olan, ona 

münasibətdə  qərəzkar  əhvali-ruhiyyədə  olan  müxtəlif  təşkilatlar  bu  dövlətin 

paytaxtında  belə  azad  şəkildə  yerləşsinlər  və  hökumətin  gözü  qarşısında,  hətta 

dövlətin  əsaslarına  qarşı  yönəlmiş  öz  silahlı  qüvvələrini  bu  cür  açıq  şəkildə 

yaratsınlar".

684


  Fətəli  xan  bu  azğın  qüvvələrin  fəaliyyətinin  dayandırılmasını 

Könüllü  ordunun  hər  hansı  təşkilatının  və  əməkdaşları  ilə  birlikdə  Amazaspın 

Azərbaycanın  hüdudlarından  uzaqlaşdırılmasını  tələb  edirdi.  Bu  məlumat  xarici 

işlər  nazirliyi  tərəfindən  İstanbulda  viza  gözləyən  Azərbaycan  Sülh  heyətinə  də 

çatdırılmışdı. 

Qonşu dövlətlər Parisdə öz ərazi iddiaları ilə çıxış edən zaman Azərbaycan 

nümayəndələri İstanbulda viza gözləməyə məcbur idilər. Azərbaycan nümayəndə 

heyətinin  bu  çətin  vəziyyəti  ilə  bağlı  professor  T.Svyatoçovski  yazır: 

"Qonşularından  fərqli  olaraq  onlara  heç  bir  kömək  göstərilmədi.  Qərbdəki 

ermənipərəstlik  hərəkatı,  yaxud  gürcü  menşeviklərinin  beynəlxalq  sosializm  ilə 

əlaqələri  fonunda  azərbaycanlıların  mövqeyi  zəif  idi."

685


  Lakin  fransızların 

ermənipərəst  mövqeyi  ilə  müqayisədə  ingilislərin  Azərbaycana  münasibəti 

ümidverici  idi.  Burada  Böyük  Britaniya  imperiyasının  müəyyən  dərəcədə  marağı 

və  mənafeyi  vardı.  İstanbulda  olan  ingilis  nümayəndəsi  admiral  R.Vebblə 

söhbətində Ə.M.Topçubaşov bunu nəzərə alaraq bildirirdi: "Azərbaycanın müstəqil 

yaşamasında  Böyük  Britaniya  maraqlı  olmalıdır,  sizin  İranda  mənafeyinizi 

qorumaq  üçün  müstəqil  Azərbaycan  dövləti  şimal  təhlükəsinə  qarşı  etibarlı 

sipərdir. Bizim coğrafi vəziyyətimiz dövlət müstəqilliyimizi tanımaq üçün başlıca 

təminatdır.  Buna  mən  və  mənim  ölkəmdə  çoxları  inanır  ki,  kiçik  Azərbaycanın 

mənafeyi  ilə  Böyük  Britaniyanın  mənafeyi  tamamilə  bir-birinə  uyğun  gəlir".  Bu 

məsələlər  admiralın  böyük  marağına  səbəb  olmuşdu  və  o,  bildirmişdi:  "Dinc 

həyatınızı  qoruyun  və  Paris  konfransının  qərarını  gözləyin.  Sizi  hələ  rəsmi 

tanımayıblar,  ona  görə  görüşlər  xüsusi  xarakterdə  olacaqdır".

686


  Admiral  Vebb 

Azərbaycan  nümayəndələrinə  Parisə  Sülh  konfransına  getmək  üçün  kömək 

edəcəyinə söz verdi. Bundan sonra ingilis  nümayəndələri ilə keçirilən görüşlər az 

da  olsa  müəyyən  irəliləyişə  səbəb  oldu.  Mart  ayının  6-da  Londondan  məlumat 

gəldi  ki,  Böyük  Britaniya  hökuməti  Azərbaycan  nümayəndələrinin  Paris  Sülh 

konfransında  iştirak  etməsinin  əleyhinə  deyildir  və  yalnız,  Versala  getmək  üçün 

                                                        

684


 Fətəli xan Xoyski. Həyat və fəaliyyəti, s.48-49 

685


 T.Swietochowski. Russia and Azerbaijan, p.154 

686


  Ə.M.Topçubaşovun  Azərbaycan  Nazirlər  Şurasının  sədri  və  xarici  işlər  naziri  F.X.Xoyskiуə 

məktubu. 29.03.1919.//ARDA, MDA f.894, s.10, i. 66, v.9 



198 

 

Fransa  hökumətinin  vizası  lazımdır.



687

  Lakin  Fransa  nümayəndələrindən  hələlik 

heç  bir  müsbət  cavab  eşidilmirdi.  Azərbaycan  nümayəndələrindən  başqa,  Don, 

Kuban, Dağlılar İttifaqı nümayəndələri, Ukrayna və gürcü nümayəndəliklərinin bir 

hissəsi  hələ  İstanbulda  idi.  Ona  görə  nümayəndəliklər  bir  sıra  məsələlərdə  və 

xüsusən  Parisə  buraxılış  almaq  məsələsində  birgə  hərəkət  etmək  qərarına 

gəldilər.

688


  Ə.M.Topçubaşovun  sədrliyi  ilə  memorandum  hazırlandı  və  onu 

Azərbaycan,  Ukrayna,  Don,  Kuban  və  Dağlılar  İttifaqının  nümayəndələri 

imzaladılar.  Gürcüstan  nümayəndəliyində  Çxeidzeni  əvəz  edən  Çixiladze  siyasi 

xarakterli  addım  atmamaq  haqqında  ondan  göstəriş  aldığı  üçün  memorandumu 

imzalamadı.  Memorandumda  deyilirdi:  "Keçmiş  Rusiya  imperiyasında  yaşayan 

xalqlar, 1917-ci  ilin  oktyabrında  bolşeviklər hakimiyyəti  qəsb  etdikdən  sonra  bir-

birinin  ardınca  öz  istiqlaliyyətlərini  elan  etmiş  və  müstəqil  hökumətlərini 

yaratmışlar.  Müstəqillik  uğrunda  mübarizədə  ukraynalı,  donlu,  kubanlı,  dağlı  və 

azərbaycanlılar  çoxlu  sayda  öz  oğullarını  qurban  vermişlər  və  bundan  sonra  da 

müstəqilliklərini qorumaq üçün nə lazımsa edəcəklər. Öz ədalətli mübarizəsində bu 

xalqlar  prezident  Vilson tərəfindən  elan  edilmiş humanist  prinsiplərə arxalanırlar. 

Öz xilaslarını Saziş ölkələrinin maddi və mənəvi yardımında görürlər. Müstəqilliyə 

qədəm qoymuş xalqlar Paris Sülh konfransına böyük ümid bəsləyirlər. Ona görə də 

memorandum  imzalayan  ölkələrin  parlament  və  hökumətləri  təcili  şəkildə 

nümayəndəlik  yaratmış,  onlara  lazımi  səlahiyyətlər  verib,  Sülh  konfransına  yola 

salmışdır. Nümayəndə heyətləri onların üzərinə qoyulan məsuliyyəti dərindən dərk 

edərək, Parisə vaxtında getmək arzusunda idilər. Lakin təəssüflər olsun ki, bizim 

nümayəndələrimiz  bir  aydan  çoxdur  ki,  İstanbulda  viza  gözləyir.  Yaranmış 

vəziyyətlə  əlaqədar  Ukrayna,  Azərbaycan,  Don,  Kuban  və  Dağlılar  İttifaqının 

nümayəndələri  Saziş  ölkələrinin  İstanbuldakı  hakimiyyət  orqanlarına  müraciət 

edərək,  onların  Parisə  səfərini  tezliklə təşkil  etməyi  xahiş edir".

689


  Memorandum 

nümayəndə  heyətlərinin  sədrləri  tərəfindən  imzalanaraq  mart  ayının  əvvəllərində 

İstanbulda olan ingilis ali komissarı admiral Vebbə təqdim edildi. O, viza verilməsi 

barədə fransız komissarı admiral Amedlə danışacağına söz verdi. Mart ayının 5-də 

memorandumu imzalayan nümayəndələr İtaliya və Amerika komissarlıqlarında da 

oldular.  Fransa  siyasi  dairələrinin  belə  inadkarlığında  yeni  yaranmış  dövlətləri 

tanımaq  fikrindən  uzaq  olan  rus  mühacirlərinin  şovinist  mövqeyi  az  rol 

oynamamışdı.  Ə.M.Topçubaşov  ürək  ağrısı  ilə  Bakıya  yazırdı  ki,  bizi  hələ  ki, 

nəinki,  konfransa, heç  almanlar,  avstriyalılar,  macarlar,  bolqarlar  və  türklər  kimi 

                                                        

687

 ARDA, f.970, s.1, i. 139, v.1 



688

 ARDA, f.894, s.10, i. 152, v.7 

689

  Ukrayna,  Don,  Kuban,  Şimali  Qafqaz  və  Azərbaycan  nümayəndələrinin  Paris  Sülh  konfransına  və 



müttəfiqlərin  İstanbuldakı  nümayəndələrinə  memorandumu.  Mart,  1919.//  ARDA,  f.894,  s.10,  i.147, 

v.65-67 


199 

 

"məğlubların"  buraxılmadığı  Parisə  də  buraxmırlar.  Lakin  konfransda  görünən 



kimi biz də öz sözümüzü deyəcəyik.

690


 

Yeni  yaradılmış  respublikaların  nümayəndə  heyətləri  İstanbulda  olarkən, 

Versal  Ali  Şurasının  qərarı  ilə  Rusiyanın  cənubunda  siyasi  və  iqtisadi  vəziyyəti 

öyrənmək  üçün  30  nəfərdən  ibarət  xüsusi  komissiya  yaradılıb  yerlərə  ezam 

edilmişdi. Nümayəndə heyəti üç hissəyə bölünmüşdü. Onlardan biri Qafqazda olan 

vəziyyəti öyrənməli idi. Bu bölməyə amerikalı polkovnik Bencamin Burçeq Moore 

rəhbərlik edirdi. Martın 3-də Ə.M.Topçubaşov və M.H.Hacınski yolüstü İstanbulda 

dayanan  Moore  ilə  görüşüb  çox  mühüm  məsələlər  ətrafında  fikir  mübadiləsi 

etdilər.  Danışıqlar  zamanı  Moore  Azərbaycanla  bağlı  aşağıdakı  məsələləri 

öyrənmək istəyirdi: 

1.  Siz  əminsinizmi  Qafqaz  Azərbaycanı  siyasi  və  iqtisadi  baxımdan 

müstəqil fəaliyyət göstərə bilər? 

2.  Bunun üçün sizin maddi və mənəvi gücünüz bəs edirmi? 

3.  Qafqazda  və  уa  Cənubi  Qafqazda  siz  federasiya  və  уа  konfederasiya 

yarada bilərsinizmi? 

4.  Əgər  Rusiya  Federativ  Respublikası  yaranarsa,  Azərbaycan  onun 

tərkibinə daxil olmağı arzulayırmı? 

5.  Нər  hansı  başqa  bir  dövlətin  sizə  təsiri 

məsələsi  barədə 

düşünürsünüzmü? 

6.  İndi  Azərbaycanın  daimi,  yaxud  müvəqqəti  neytrallığını  təmin  etmək 

barədə məsələ qaldırmaq mümkündürmü?

691

 

Əslində  birinci  iki  sualın  cavabını  Ə.M.Topçubaşov  Sülh  konfransına 



təqdim etmək üçün hazırladığı memorandumda əsaslandırmışdı və ona görə də bu 

suallara  müsbət  cavab  verdi.  Cənubi  Qafqaz  federasiya  yaxud  konfederasiya 

yaratmağın  mümkünlüyü  ilə  bağlı  Ə.M.Topçubaşov  bildirdi  ki,  indiki  şəraitdə  o, 

bunun  mümkünlüyünə  şübhə  edir.  Çünki  Saziş  ölkələri  regionda  mövcud 

reallıqlarla  hesablaşmayaraq,  Türkiyənin  və  Azərbaycanın  hesabına  Böyük 

Ermənistan yaratmaq arzusu ilə çıxış edən ermənilərin hədsiz tələblərini  müdafiə 

edirlər. Rusiya Federativ Respublikasına münasibətə gəldikdə isə o, aydın formada 

bildirdi  ki,  Rusiyada  hər  hansı  hökumətin  olmasından  asılı  olmayaraq,  öz 

istiqlaliyyətini  elan  etmiş,  öz  parlamenti  və  hökuməti  olan  Azərbaycan  bir  daha 

onun  tərkibinə  qayıtmayacaqdır.  Moorenin  Azərbaycana  qəyyumluq  edə  biləcək 

ölkəni  öyrənmək  arzusuna  cavab  olaraq,  Ə.M.Topçubaşov  bildirdi  ki,  bizdən 

maddi  heç  nə  ummayacağı  və  prezident  V.Vilsonun  14  sülh  prinsiplərinin 

ümumbəşəri  və  mənəvi  dəyərlərinə  əsaslanacağı  halda  ABŞ  Azərbaycan  üçün 

                                                        

690

  Azərbaycanın  Paris  Sülh  konfransındakı  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  Nazirlər 



Şurasının  sədri  və  xarici  işlər  naziri  F.X.Xoyskiyə  məlumatı.  05.05.1919.//  ARDA,  f.894,  s.10,  i.152, 

v.16 


691

  Bencamin  Burçeq  Moorenin  Azərbaycan  Respublikası  Sülh  heyətinin  sədrinə  məktubu. 

03.03.1919.//ARDA, f.970, s.l, i.68, v.21. 


200 

 

qəyyum dövlət ola  bilər.



692 

Neytrallıq məsələsi ilə bağlı o, bildirdi ki, bu, Cənubi 

Qafqazda  sabitlikdən  asılıdır.  Əgər  Azərbaycana  qarşı  xarici  təhlükə  olmazsa, 

istiqlaliyyəti  böyük  dövlətlər  tərəfindən  tanınarsa,  onun  daimi neytrallığının  elan 

edilməsinin  mümkünlüyü  Mooreyə  bildirildi.  Diplomatik  missiyanın  Bakıya 

gedəcəyini  nəzərə  alaraq  Azərbaycan  nümayəndələri  Moorenin  maraqlandığı 

məsələlər barədə Azərbaycan hökumətinə yazılı məlumat göndərdi.

693


 

Yaranmış  vəziyyətlə  əlaqədar  Azərbaycan  nümayəndə  heyəti  Paris  Sülh 

konfransı  sədrinin  adına  qısa  məktubla  müraciət  etməyi  qərara  aldı.  Mart  ayının 

21-də bu məktub hazırlanıb, nümayəndə heyətinin sədri Ə.M.Topçubaşov və katibi 

M.Məhərrəmovun imzası ilə Parisə göndərildi.

694


 Orada göstərildi ki, hələ 1918-ci 

ilin may ayının 28-də öz müstəqilliyini elan etmiş, paytaxtı Bakı olan Azərbaycan 

Respublikasının  dörd  milyon  əhalisi  və  100  min  kvadrat  kilometrə  qədər  ərazisi 

vardır.  Azərbaycan  Parlamentinin  rəhbərliyi  altında  ölkə,  respublikada  yaşayan 

əhalinin nümayəndələrindən  təşkil  olunmuş  14 nazirliyi  olan hökumət  tərəfindən 

idarə olunur. Sülh konfransında bu respublikanın tanınması və  onun mənafeyinin 

qorunması məqsədi ilə altı nəfərlik parlament və hökumət üzvlərindən ibarət xüsusi 

nümayəndəlik  təsis  edilmişdir.  Bu  nümayəndəlik  Bakıdan  çıxarkən,  müttəfiq 

qoşunlarının  komandanı  general  Tomsondan  tam  təminat  almış,  onun  üzvlərinə 

zəmanət  məktubu  verilmişdir.  Azərbaycan  nümayəndələri  yanvar  ayının  20-də 

İstanbula gəlmiş və özünün bütün cəhdlərinə baxmayaraq iki aydır Parisə getmək 

üçün icazə gözləyir. Gürcüstanla Şimali Qafqaz xalqlarının nümayəndələrinə viza 

verilmişdir  və  onlar  artıq  Sülh  konfransının  müxtəlif  komissiyalarında  öz 

ölkələrinin mənafeyini qoruyurlar. Lakin onlarla bağlı olan iqtisadi, ərazi, sərhəd 

və digər mühüm məsələlər Azərbaycanın iştirakı olmadan həll edilə bilməz. Yarım 

il  ərzində  öz  istiqlaliyyəti  uğrunda  bolşeviklərə  qarşı  fədarkarcasına  mübarizə 

aparan  azərbaycanlılar  ədalətli  qayğıya  möhtac  olub,  prezident  Vilsonun  böyük 

prinsiplərinə  ümid  bağlayıb,  öz  səslərinin  eşidiləcəyinə  inanırlar.  Məktubun 

sonunda Sülh konfransının sədrindən xahiş edilirdi ki, iki ay  İstanbulda gözləyən 

Azərbaycan  nümayəndələrinin  Parisə  buraxılmasına  və  Sülh  konfransında  digər 

yeni yaranmış dövlətlərlə bərabər şəkildə iştirak etməsinə köməklik göstərilsin.

695


 

Eyni  zamanda  müraciətin  surəti  ABŞ,  İngiltərə,  Fransa  və  İtaliyanın  hökumət 

başçılarına göndərildi.

696


 

                                                        

692

 A.Раевский. Мусаватское правительство на Версальской конференции, с.29  



693

 ARDA, f.970, s.1,i. 68,v.21 

694

  Prèsident  de  la  Dèlègation  de  Paix  de  la  Rèpublique  d'Azerbaïdjan  Ali  Mardan  Toptchibacheff, 



Secrètaire  Mahomed  Maheramoff  -  A  Son  Excellence  Monsieur  le  Prèsident  de  la  Confèrence  de  la 

Paix.  Constantinople,  le  21  mars  1919.//  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives 

Diplomatique, vol.638, folio 9 

695


 

Azərbaycan 

Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun Sülh konfransının sədrinə məktubu. 21.03.1919.// ARDA, f.894, s.10, i. 66,v.11 

696


 Bax: Prèsident de la Dèlègation de Paix de la Rèpublique d'Azerbaïdjan Ali Mardan Toptchibacheff, 

Secretaire Mahomed Maheramoff - A Son Excellence Monsieur le Prèsident des Etats-Unis d'Amèrique. 



201 

 

Sülh heyəti  üzvlərinin  Azərbaycan  hökuməti  ilə  yazışmalardan  aydın  olur 



ki,  mart  ayının  ortalarında  Fransa  hökuməti  nümayəndəliyin  bəzi  üzvlərinin 

əvvəlcə  M.H.Hacınski,  sonra  isə  Ə.Şeyxülislamov  və  C.Hacıbəylinin  Parisə 

getmələrinə  etiraz  etməyibdir.

697


 

Lakin  nümayəndə  heyətinin  rəhbəri 

Ə.M.Topçubaşovun adı  bu  siyahıda  xatırlanmırdı.  Azərbaycan nümayəndələri ilk 

əvvəl  Ə.M.Topçubaşov  olmadan  Parisə  getməyi  uyğun  hesab  etmirdilər  və  onun 

Parisə  buraxılmamasının  səbəbləri  də  aydın  deyildi.  Ona  görə  yenidən 

müttəfiqlərin İstanbulda olan nümayəndələrinə müraciət edildi. Buna cavab olaraq, 

mart  ayının  27-də  İstanbuldakı  Amerika  komissarı  Devis  Hek  Azərbaycan 

nümayəndə heyətinin sədrinə bildirdi ki, sizin nümayəndəliyin Sülh konfransında 

iştirak  etmək  məqsədilə  Parisə  getmək  arzusu  barədə  şifahi  sorğusuna  cavab 

olaraq,  sizə  bildirməyi  özümə  şərəf  sayıram  ki,  Amerika  missiyası  Azərbaycan 

nümayəndələrinin  Fransaya  getmək  üçün  səlahiyyətli  hakimiyyət  orqanlarından 

viza  alınmasına  heç  bir  maneə  görmür.

698

  Mart  ayının  29-da  belə  bir  məlumatla 



İtaliya komissarlığının nəzarət bölməsinin nümayəndəsi Serezoli də çıxış etdi. O, 

Azərbaycan  nümayəndəliyinə  göndərdiyi  yazılı  cavabda  qeyd  edirdi:  "Əlahəzrət 

cənab,  İtaliya  ali  komissarı  mənə  tapşırmışdır  sizə  bildirim  ki,  Azərbaycan  sülh 

nümayəndələrinin Parisə getməsinə qarşı heç bir maneçiliyi yoxdur".

699

 Demək iş, 



ancaq  fransızlardan  asılı  idi.  Mart  ayının  15-də  Fransa  Аli  komissarı  polkovnik 

Foulon  Azərbaycan  nümayəndələrindən  bəzilərinin  Parisə  getməsinə  razılıq 

vermişdisə də, mart ayının 25-də Ali komissarın müavini İ.Seon Fransa Xarici İşlər 

Nazirliyinin Azərbaycan nümayəndələrinin Parisə buraxılmasına icazə vermədiyini 

bildirdi  və  bunun  səbəbləri  də  izah  edilmirdi.

700 


Ə.M.Topçubaşov  Azərbaycan 

hökumətinə  mart  ayının  29-da  yazırdı  ki,  Parisdən  mənfi  cavab  aldıqdan  sonra 

Azərbaycan  nümayəndələrindən  M.H.Hacınski,  C.Hacıbəyli  və  M.Məhərrəmov 

ingilis  nümayəndələrinin  yanında  olublar  və  bizim  Parisə  getməyimizə  yardım 

göstərməyi,  bu  mümkün  olmadıqda  isə  Londona  getməyə  icazə  verməyi  xahiş 

ediblər.  İngilis  nümayəndəsi  M.Holer  Fransa  nümayəndəsi  Q.Dyupe  ilə 

danışacağına vəd vermiş və söz vermişdir ki, əgər Parisə getməyə icazə verilməsə 

nümayəndəliyi  Londona  yola  salacaqdır".

701

  Mart  ayının  28-də  Ə.M.Topçubaşov 



Müttəfiq  qoşunlarının  Şərqdə  Ali  Baş  komandanı,  Birinci  dünya  müharibəsində 

                                                                                                                                

(La  mème  lettre  a  ètè  envoyè  à  M.  Clemenceau).Constantinople,  le  21  mars  1919.//  Ministère  des 

Affaires Etrangère de France, Archives Diplomatique, vol.832, folio 40 

697

  Ə.M.Topçubaşovun  Azərbaycan  Respublikası  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskiyə  məlumatı. 



17.03.1919.//ARDA, f.894, s.10, i. 66, v.11 

698


 Amerikalı komissar Devis Hekin Ə.M.Topçubaşova məktubu. 27.03.1919.// ARDA, f.970, s.1.i. 139. 

v.1; i. 5,v.4 

699

 İtaliya komissarlığının  nümayəndəsi  Serezolinin Ə.M.Topçubaşova  məktubu. 29.03.1919.// ARDA, 



f.970, s.l, i. 5, v.5 

700


 Fransa Ali komissarının müavini İ.Seonun Ə.M.Topçubaşova məktubu. 25.03.1919.// ARDA, f.970., 

s.l.i. 140, v. 1-5 

701

  Ə.M.Topçubaşovun  Azərbaycan  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskiyə  məlumatı.  29.03.1919.// 



ARDA, f 894, s.10, i. 66, v 11 

202 

 

mühüm  hərbi  əməliyyatlara  rəhbərlik  etmiş  tanınmış  fransız  generalı  Franş 



D'Esperinin  qəbulunda  oldu.  Azərbaycan  nümayəndə  heyətinin  sədrini  diqqətlə 

dinləyən general onlara kömək edəcəyini bildirdi və nəticəni söhbətdə iştirak edən 

fransız  zabiti  vasitəsilə  ona  bildirəcəyini  vəd  etdi.  Doğrudan  da,  general  vədinə 

əməl etdi. Bir gün sonra Azərbaycan nümayəndəliyinə məktubla məlumat göndərdi 

ki,  Fransa  nümayəndəsi  Dyupenin  yanına  getsinlər  və  onlardan  iki-üç  nəfərinə 

icazə  verilmişdir.

702

  Ə.M.Topçubaşov  yazır:  "General  Franş  D'Esperin  29  mart 



tarixli  göstərişinə  əsasən,  mən  31  martda  Fransanın  diplomatik  nümayəndəsi 

Dyupenin  yanında  oldum.  Aydın  oldu  ki,  bizim  üç  nəfərimizə  Parisə  getmək 

imkanı veriləcəkdir. Həmin nümayəndənin tələbi ilə nümayəndə heyətinin siyahısı 

ona  təqdim  olundu  /üçüncü  dəfə/.  Üç  gün  sonra  adı  çəkilən  nümayəndənin 

dəftərxanasından  bildirildi  ki,  M.H.Hacınski,  M.Məhərrəmov,  C.Hacıbəyli  gedə 

bilərlər.  Bununla  əlaqədar  Fransa  nümayəndəliyinin  nəzərinə  çatdırılmışdır  ki, 

Parisə gedəcək nümayəndə heyətinin əvəzinə nümayəndəliyin ayrı-ayrı üzvlərinin 

seçilməsi  məqsədəuyğun  deyildir".

703

  Bu  elə  bir  dövr  idi  ki,  Azərbaycan 



nümayəndələrindən başqa İstanbulda Parisə gedən heç bir heyət qalmamışdı. Bütün 

sənədlərdən  aydın  olur  ki,  ermənilərin  yalan  məlumatlarının  təsiri  altına  düşən 

Fransa  hakimiyyət  dairələrinin  bu  süründürməçiliklərdə  məqsədi  nümayəndə 

heyətinin başçısı, Azərbaycanın görkəmli siyasi xadimi Ə.M.Topçubaşovu  Parisə 

buraxmamaq  idi.  M.H.Hacınski  mart  ayının  30-da  Tiflisdəki  Azərbaycan 

nümayəndəsi  M.Y.Cəfərova  yazırdı  ki,  əvvəllər  Ə.Ağayevə  qarşı  kampaniya 

qaldırmışdılar, indi də Topçubaşovu ləkələmək istəyirlər, açıq surətdə bildirirlər ki, 

o,  Parisə  buraxılmamalıdır.  "Bunun  hamısını  fransızlar  edirlər.  İngilislərdən  də, 

amerikanlılardan da yazılı xəbərdarlıq almışıq. Onlar bizim Parisə getməyimizin və 

tam  heyətdə  konfrasda  iştirakımızın  əleyhinə  deyillər.  Mart  ayının  axırlarında 

yaranmış  vəziyyətlə  əlaqədar  Ə.M.Topçubaşovun  Sülh  heyətinə  sədrlikdə 

dəyişdirilməsi məsələsi meydana çıxmışdı. M.H.Hacınski göstərirdi ki, İstanbulda 

olan  nümayəndələrdən  heç  kim  Əli  Mərdan  bəyi  əvəz  etmək  məsuliyyətini  öz 

üzərinə götürmək istəmir. Onun fikrincə, işə az-çox tanış olan M.Y.Cəfərovun və 

X.Xasməmmədovun  nümayəndə  heyətinə  əlavə  edilməsi  yaxşı  olardı.  О  yazırdı: 

"Fətəli  xanı  təklif  etməyə  qorxuram,  çünki  Parisdə  Azərbaycan  hökumətinin 

başçısı  kimi  guya  erməni  qırğını  törətməkdə  onu  günahlandırıb,  ləkələməyə 

başlayacaqlar".

704

 

Azərbaycan  Respublikasının  Batumda  olan  konsulu  da  Bakıya  göndərdiyi 



məlumatda  təsdiq  edirdi  ki,  ermənilərin  intriqası  nəticəsində  müttəfiqlər  Əli 

Mərdan  bəyi  Parisə  buraxmaq  istəmirlər.  M.Əfəndiyev  yazırdı:  "Məndə  olan 

məlumata  görə  xaricdə  olan  erməni  nümayəndələrinin  ciddi  cəhdləri  nəticəsində 

bizim Əli Mərdan bəy, Əhməd bəy kimi yaxşı xadimlərimiz, indi bizə lazım olan 

                                                        

702


 Yenə orada, v. 11 

703


 ARDA, f.970, s.1, i.142, v.4 

704


 M.H.Hacınskinin M.Y.Cəfərova məktubu. 30.03.1919.// ARDA, f.970, s.l, i. 141, v.6  

203 

 

məqamda,  o,  xaricilərin  gözündə  hörmətdən  salınır  ki,  həmin  xaricilər  bizim 



taleyimizi  həll  etməlidirlər.  İstanbulda  çıxan  müttəfiqlərin  mətbuatı  və  xüsusən, 

fransız qəzetləri Əhməd bəydən sonra, bizim çox hörmətli, tanınmış xadimimiz və 

Azərbaycanın  patriotu  Əli  Mərdan  bəyin  nüfuzunu  aşağı  salmaq  üçün  ona 

böhtanlar  yağdırmağa  başlamışlar".

705

  Ə.Ağayev  və  Ə.M.Topçubaşova  qarşı 



qaldırılan  kampaniya  heç  də  təsadüfi  deyildi.  Ermənilər  çox  yaxşı  bilirdilər  ki, 

bunlar Qafqazda milli məsələni çox gözəl bilən, məhdud millətçilikdən uzaq, geniş 

dünyagörüşə malik demokratik ruhlu ziyalılar idi. Onların hər ikisi hələ 1905-ci il 

hadisələrindən  sonra  1906-cı  ildə  ermənilərlə  müsəlmanlar  arasında  Tiflisdə 

keçirilən sülh danışıqlarının iştirakçısı olmuşdular. Ə.M.Topçubaşov  1915-ci ildə 

Türkiyənin  Şərq  vilayətində  baş  verən  hadisələr  barəsində  ermənilərin  də, 

ermənipərəst  rus  mətbuatının  da  qaldırdığı  hay-küylə  bağlı  bilavasitə  hadisələrin 

baş  verdiyi  vilayətlərdə  olmuş  və  ermənilərin  qaldırdığı  təbliğat  kampaniyasının 

müxtəlif  məqsədlərə  xidmət  etdiyini  göstərmişdi.  İndi  ermənilər  bu  iki  tanınmış 

siyasi  xadimlərə  qarşı  kampaniya  aparmaqla,  Qərb  siyasi  dairələrində  onlar 

haqqında yanlış təsəvvürlər yaratmaqla, Azərbaycan nümayəndə heyətini həm güc, 

həm nüfuz, həm də intellekt baxımından zəiflətmək istəyirdilər. 

Fransa  nümayəndəliyindəki  mübahisədən  sonra  M.H.Hacınski  Bakıya 

vurduğu teleqramında bildirirdi ki, Fransa hökuməti bizim nümayəndəliyin Parisə 

buraxılmasına  icazə  vermir.  Burada  söhbət  nümayəndəliyin  tam  heyətdə  Fransa 

paytaxtına buraxılmasından gedirdi. Azərbaycan hökuməti də yaranmış vəziyyətlə 

əlaqədar bərk narahatçılıq keçirirdi. Mart ayının 30-da F.X.Xoyski İstanbula ingilis 

komandanlığı vasitəsi ilə göndərdiyi teleqramda işlərin vəziyyətini və nümayəndə 

heyətinin yola düşəcəyi vaxtı bildirməyi xahiş edirdi. Bununla yanaşı, Azərbaycan 

nümayəndə  heyətinə  bildirilirdi  ki,  Batum  və  Qars  vilayətlərində  təşkil  olunmuş 

Cənub-Qərbi  Qafqaz  Respublikasının  müstəqilliyinə,  general  Denikinin  Dağlılar 

Respublikasından  çıxarılmasına  nail  olsunlar.  Teleqramda  deyilirdi:  "Qarabağ, 

Naxçıvan və Sürməlini Ermənistanın, Axalsıx, Axalkələk və Borçalını gürcülərin 

iddialarından  müdafiə  edin".

706

  Artıq  aprel  ayının əvvəllərində nümayəndəlik tam 



heyətdə  gedə  bilmədiyinə əmin  olduqdan  sonra  öz  üzvlərindən  üç  nəfərin  Parisə 

getməsinə razılıq vermişdi. Aprel ayının 7-də Bakıya bu məzmunda bir teleqram 

göndərildi: "Bakıya - Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli Xan 

Xoyskiyə.  Nümayəndəlik  yola  düşə  bilmir.  Parisə  Hacınskinin,  Ceyhunun  və 

Məhərrəmovun  getməsinə  icazə  verirlər.  Mən  burada  qalmağa məcburam.  Başqa 

nümayəndələr Londona getməyə çalışırlar. Bura təzə adamlar göndərəcəyiniz halda 

                                                        

705


  Azərbaycan  Respublikasının  Batumdakı  konsulu  M.Əfəndiyevin  Xarici  İşlər  Nazirliyinə  məktubu. 

03.04.1919.//ARDA, f.970. s.1, i.141, v.6 

706

  Azərbaycan  Respublikası  Nazirlər  Şurasının  sədri  və  xarici  işlər  naziri  F.X.Xoyskinin 



Ə.M.Topçubaşova teleqramı.30.03.1919.//ARDA, f.970, s.l, i.141, v.10 

 


204 

 

onların  Parisə  buraxılışını  orada,  Bakıda  təmin  edin.  Nümayəndə  heyətinin 



prezidenti Topçubaşov".

707


 

Azərbaycan  nümayəndələri  ümidlərini  üzməyərək,  Parisə  gedib 

Azərbaycanın  hüququnu  və  mənafeyini  müdafiə  etmək  üçün  döymədikləri  qapı 

qoymadılar.  Nümayəndə  heyətinin  iclasında  qərara  alındı  ki,  Sülh  konfransının 

sədrinə,  Amerika,  Böyük  Britaniya,  Fransa  və  İtaliya  Baş  Nazirlərinə  teleqramla 

müraciət edilsin. Aprel ayının 8-də həmin teleqramın mətni hazırlanıb, qeyd edilən 

ünvanlara  göndərildi.  Orada  göstərildi:  "Cənab  sədr,  sizə  bildirməyi  özümə  şərəf 

hesab  edirəm  ki,  tərkibində  Azərbaycan  parlamentinin  sədri  və  beş  üzvü  olan 

Azərbaycan  Respublikasının  sülh  nümayəndə  heyəti  yanvar  ayının  əvvəllərində 

Bakıdan çıxmış, yanvarın 20-də İstanbula çatmış və indiyə qədər Parisə getməyə 

icazə ala bilmədiyi üçün burada yubanırlar. Nəzərə alın ki, Qafqazda Azərbaycan 

Respublikası ilə  qonşu olan erməni, gürcü və Şimali Qafqaz nümayəndələri artıq 

Parisdədirlər  və  öz  xalqlarını  təmsil  edirlər.  Cənab  sədr  Azərbaycan  sülh 

nümayəndə heyəti sizdən xahiş edir ki, qeyd edilən nümayəndəliyin Parisə gəlməsi 

üçün  buraxılış  verilməsinə  və  Sülh  konfransına  buraxılmasına  köməklik 

edəsiniz".

708

 

Elə  həmin  gün  Fransa  Respublikasının  İstanbulda  olan  fövqəladə 



səlahiyyətli  nazirinə  də  məktubla  müraciət  edildi.  Məktubun  mətni  də  yuxarıda 

qeyd  edilən  teleqramın  məzmununa  uyğun  idi.  Lakin  məktubda  Azərbaycan 

nümayəndələrinin konfransın  çağırıldığı  şəhərə  buraxılmamasına  gətirilən  texniki 

səbəblərin  əsassız  olduğu  göstərilir,  öz  parlamentindən  və  hökumətindən  vəkalət 

alan  bir  nümayəndəliyin  sülh  konfransında  iştirakına  maneçilik  törədilməsinin 

beynəlxalq  hüquq  normalarına  zidd  olduğu  xatırladılırdı.  Eyni  zamanda  Fransa 

Xarici  İşlər  Nazirliyinin  texniki  şöbəsi  məlumat  vermişdi  ki,  Azərbaycan 

nümayəndələrinin  Parisə  buraxılmaması  texniki  məsələlərlə  bağlı  deyildir. 

Məktubda göstərilirdi ki, fransız generalı Franş D'Esperi ilə razılaşdırılmış 3 nəfər 

nümayəndənin  də  Parisə  göndərilməsində  uzun  süründürməçiliyə  yol  verilir  və 

əsassız  maneələr  irəli  sürülür.  Parisə  gedəcək  üç  nəfərin  Azərbaycan 

nümayəndələri tərəfindən deyil, Fransa səlahiyyətli orqanları tərəfindən müəyyən 

edilməsi  Azərbaycan  parlamentinə  və  hökumətinə  hörmətsizlik  kimi 

qiymətləndirilirdi  və  göstərilirdi  ki,  nə  qədər  ki,  gec  deyil  Parisə  gedəcək  üç 

nəfərin nümayəndəliyin özü tərəfindən müəyyən edilməsinə şərait yaradılsın.

709


 

İngilis  nümayəndəliyində  aparılan  danışıqlarda  məlum  oldu  ki,  onlar  da 

Ə.M.Topçubaşovu  Londona  buraxmaq  istəmirlər,  yalnız  Ə.Şeyxülislamov  və 

                                                        

707

  Ə.M.Topçubaşovun  Azərbaycan  Respublikası  Nazirlər  Şurasının  sədri  və  xarici  işlər  naziri 



F.X.Xoyskiyə teleqramı. 07.04.1919.// ARDA, f.894, s.10, i. 70, v.2 

708


  Ə.M.Topçubaşovun  Sülh  konfransının  sədrinə,  ABŞ,  Böyük  Britaniya,  Fransa  və  İtaliya  hökumət 

başçılarına teleqramı. 08.04.19197/ ARDA, f.970, s.1, i. 140, v.11 

709

  Ə.M.Topçubaşovun  Fransa  hökumətinin  İstanbuldakı  fövqəladə  səlahiyyətli  nazirinə  məktubu. 



08.04.19197/ARDA, f.970, s.1, i.140, v.6-8 

205 

 

M.Mehdiyevin İngiltərəyə getməsinə razılıq verirlər. Aprel ayının 12-də isə Fransa 



nümayəndələri aprelin 8-də onlara təqdim edilmiş məktuba cavab olaraq bildirdilər 

ki,  yalnız  fransızların  müəyyən  etdikləri  üç  nəfərə  Parisə  getməyə  icazə  verilir. 

Nəhayət, Azərbaycan nümayəndə heyəti yaranmış vəziyyəti müzakirə edərək belə 

qərara  gəldi  ki,  bir  neçə  hissəyə  bölünsün.  Üç  nəfər  -  M.H.Hacınski, 

M.Məhərrəmov  və  C.Hacıbəyli  Parisə,  iki  nəfər  -  Ə.Şeyxülislamov  və 

M.Mehdiyev  Londona  getməli,  Ə.M.Topçubaşov  nümayəndə  heyətinin  katibliyi, 

əməkdaşları  və  texniki  işçiləri  ilə  birlikdə  İstanbulda  qalmalı  idi.  Belə  olduqda 

razılıq  əldə  edilmişdi  ki,  hərə  öz  gedəcəyi  yerdə  nümayəndə  heyətinin  adından 

deyil, yalnız onun üzvü kimi fəaliyyət göstərsin. Bu zaman Parisə gedən üç nəfər 

ən  əvvəl  bütün  səylərini  ona  yönəltməli  idilər  ki,  nümayəndə  heyətinin  qalan 

üzvlərinə də Fransaya gəlmək üçün viza alsınlar.

710


 

Ə.M.Topçubaşovun teleqramları və göndərilən kuryer vasitəsi ilə vəziyyətlə 

tanış  olduqdan  sonra  Azərbaycan  hökuməti  belə  qərara  gəldi  ki,  M.H.Hacınski 

nümayəndə heyətinin başçısı təyin edilsin və bu məqsədlə aprel ayının 17-də Ə.M. 

Topçubaşova  təcili radioqram  göndərildi.  Orada  bildirilirdi:  "Hökumət  təklif  edir 

ki, nümayəndə heyətinin üzvləri yubanmasınlar, tezliklə Parisə getməyə çalışsınlar. 

Əgər  şəxsən  sizə  Paris  konfransına  getmək mümkün  deyilsə, hökumət  təklif  edir 

ki,  sədrliyi  Hacınskiyə  verəsiniz,  nə  olur-olsun  nümayəndəliyi  göndərmək 

lazımdır.  Nümayəndəliyin  tərkibini  qüvvətləndirmək  üçün  bu  yaxınlarda  yeni 

adamlar  gələcək".

711

  Lakin  bu  teleqramın  müzakirəsinə  ehtiyac  olmadı.  ABŞ 



prezidenti  Vudro  Vilsonun  rəsmi  şəkildə  Versal  Sülh  konfransında  Qafqaz 

məsələsini  qoymasına  bir  neçə  gün  qalmış  təcili  şəkildə  Azərbaycan 

nümayəndələrini Parisə çağırdılar.

712


 1919-cu ilin aprel ayının 14-də ABŞ-ın dövlət 

katibi R.Lansinqə Bakı nefti haqqında təqdim olunmuş qısa xülasə Amerikanların 

Qafqaza  marağından  xəbər  verirdi.

713 


Ə.M.Topçubaşovun  prezident  V.Vilsona 

müraciətini  əsas  tutaraq  ABŞ  dövlət  katibi  R.Lansinq  Azərbaycan 

nümayəndələrinə viza verilməsi xahişi ilə Fransanın xarici işlər naziri J.M.Pişona 

məktub  göndərdi.

714

  Nəhayət,  uzun  yazışmalardan  sonra  nümayəndə  heyətinin 



bütün üzvlərinə, texniki işçiləri çıxmaq şərti ilə Parisə getmək üçün pasport və viza 

verdilər.  Aprel  ayının  22-də  Azərbaycan  nümayəndələri  İstanbuldan  çıxdılar. 

                                                        

710


 Azərbaycan Sülh nümayəndəliyinin iclasının protokolu. 12.04.19197/ ARDA, f.970, s.1, i- 142, v.5 

711


  Azərbaycan  Respublikası  Nazirlər  Şurasının  sədri  və  xarici  işlər  naziri  F.X.Xoyskinin 

Ə.M.Topçubaşova radioqramı. 17.04.19197/ ARDA, f.894, s.10, i. 70, v.l 

712

 Azərbaycan SSR EA Tarix institutunun əsərləri. XIII cild. Bakı, 1958, s.345 



713

 Gouvernement d'Azerbaïdjan. Lettre du 14 avril 1919 à M. Lansing Ministre des Affaires Etrangères 

des Etats-Unis d'Amèrique, la Commission amèricaine auprès  de la Confèrence de la Paix, au sujet de 

fournitures  de  pètrole  au  Gouvemement  des  Soviets.//  Ministère  des  Affaires  Etrangère  de  France, 

Archives Diplomatique, vol. 832, folio 52 

714


  R.Lansing  (American  commission  to  negotiate  peace)  -  His  Excellency  M.Pichon,  Minister  of 

Foreign  Affairs  of  France.//  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives  Diplomatique,  vol. 

638, folio 24 


206 

 

İstanbul-Saloniki-Pirey  /Afina/-Messina-Neapol  xətti  ilə  üzən  gəmi  ilə  onlar 



İtaliyaya gəldilər və may ayının 7-də qatarla Romadan Parisə yola düşdülər.

715


 

Beləliklə, Azərbaycan nümayəndələrinin İstanbulda üç aydan artıq apardığı 

gərgin mübarizə öz nəticəsini verdi. Ə.M.Topçubaşov  başda olmaqla Azərbaycan 

Sülh heyəti Versal Sülh konfransının keçirildiyi Paris şəhərinə buraxıldı. Bu, süni 

maneələrlə üzləşmiş Azərbaycan diplomatiyasının böyük uğuru idi. Yeni yaranmış 

gənc bir dövlətin nümayəndələri ilk dəfə olaraq, Birinci dünya müharibəsinin hərbi 

nəticələrini  siyasi  baxımdan  yekunlaşdıran  ümumdünya  Sülh  konfransında 

Azərbaycanı  təmsil  edəcəkdilər.  Bununla  da,  Azərbaycan  diplomatiyasının 

qarşısında öz ölkəsini dünyanın taleyini həll edən  dövlətlər tərəfindən tanıdılması 

baxımından yeni üfüqlər açılırdı. 

 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin