715
ARDA, f.894, s.10, i.70, v.3
207
VII FƏSİL
Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətinin genişlənməsi və Versalda ilk
diplomatik addımlar
1919-cu ilin əvvəllərində Azərbaycanın beynəlxalq və daxili vəziyyəti
gərgin olaraq qalmaqda idi. Lakin Bakı azad edildikdən sonra hökumətin paytaxta
köçməsi və dövlət quruculuğuna başlaması, istər ölkə daxilində və istərsə də
Azərbaycanda müvəqqəti yerləşən müttəfiq ordu komandanlığında ona olan
etimadı artırmışdı. Noyabr böhranı arxada qalmış, ölkədə parlamentli üsul-idarə
yaranmışdı. Əvvəllər müxtəlif bəhanələrlə, daha çox siyasi mülahizələrlə
Azərbaycan parlamentində onlar üçün ayrılmış yerlərdən imtina edən rus və erməni
deputatları tədricən məclisin işində iştirak etməyə üstünlük verdilər.
Hələ, 1918-ci ilin noyabrında müttəfiqlərin gəlişindən ruhlanıb Azərbaycanı
Rusiyanın bir hissəsi hesab edən, "Rusiyanın iradəsindən xəbərdar olmadan biz nə
Azərbaycan Respublikasının müstəqilliyini, nə də onun parlamentini tanıma
hüququna malik deyilik"
716
- deyən rus milli şurasının nümayəndələri 1919-cu ilin
yanvar ayının 30-da Azərbaycanın mövcudluğu faktı ilə barışıb parlamentin işinə
qatılmağa qərar verdilər. Rusların bu addımından "ruhlanan" erməni Milli Şurası
da Azərbaycan dövlətinin inkar edilməsinin uğursuzluğunu başa düşüb 1919-cu
ilin fevral ayının 9-da Nazirlər Şurasının sədri F.X.Xoyskiyə göndərdikləri
məktubda parlamentdə iştirak etmək istəklərini bildirdilər. Azərbaycan hökuməti
bu müraciətləri dəyərləndirərkən, Azərbaycan parlamentində oturan hər kəsin onun
müstəqilliyini tanımasını mühüm şərt kimi irəli sürdü. Rus və erməni Milli
Şuralarının üzvləri bu şərtləri qəbul edib Azərbaycan parlamentində təmsil
olundular. Azərbaycan Milli Məclisi 1919-cu ilin fevralından başlayaraq tam
heyətdə fəaliyyət göstərməyə başladı. Milli azlıqların parlamentdə təmsil olunması
müəyyən çətinliklər yaratsa da, hökumət bu məsələni səbr və təmkinlə yoluna
qoyurdu. Lakin siyasi xarakterli çətinliklər yalnız bununla bitmirdi. Parlamentdə
təmsil olunan sol və islamçı partiyalar ölkənin daxilindəki, xüsusilə onun
beynəlxalq aləmə inteqrasiya olmaq yolundakı çətinlikləri nəzərə almayaraq tez-tez
hakimiyyət böhranı yaratmağa meylli idilər. Yanvar ayının 28-də parlamentin on
birinci iclasında İttihad fraksiyasının 3 bənddən ibarət sorğusu belə meyllərin aydın
təzahürü idi. Sorğuda neft möhtəkirliyi, taxıl məhsullarının talanması və
H.Z.Tağıyev fabrikində bezlə bağlı məsələlərin araşdırılması tələb edilirdi.
717
Bir
sıra nazirlərin izahatından sonra fevral ayının 5-də baş nazir Fətəli xan parlament
iclasında çıxış edərək bəzi məsələlərə aydınlıq gətirdi. О dedi: "Siz bunu bilirsiniz
ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Bilirsiniz, indi elə vaxtdır ki,
nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız
716
Единая Россия, 1918, 17 декабря.
717
Azərbaycan Xalq Cümhuriyyəti. Parlament, I cild, s.213-226
208
əldən gedər. Belə mühüm zamanlarda hökumət işlərini Tağıyev fabrikasının bezi
ilə ölçmək olarmı? Bilirsiniz ki, hökumətin həftədə 5-6 iclası olur, gecə saat
ikiyədək otururuq, lakin bu neçə vaxtda iş о qədər olmuşdur ki, sorğudakı
məsələlərə keçmək mümkün olmamışdır. Xarici siyasət о qədər gərgin olmuşdur
ki, sıradakı məsələlərə keçmək mümkün olmamışdır. Bu halda mümkündürmü
hökumət gedib sənin bezlərini ölçsün, Azərbaycanın başına bir bəla gələrsə, onda
bez nəyə gərək, çit və neft nəyə gərək olar."
718
F.X.Xoyskinin bu sözlərinə və
Müsavat partiyasının ciddi cədhlərinə baxmayaraq hökumət böhranının qarşısını
almaq mümkün olmadı. Baş nazir fevral ayının 25-də səhhəti ilə bağlı
səlahiyyətlərinin təhvil verilməsi haqqında bəyanatla çıxış etdi. Yeni hökumətin
təşkili N.Usubbəyova tapşırıldı.
Uzun müzakirələrdən sonra N.Usubbəyov aprel ayının 14-də dördüncü
hökumət kabinetinin tərkibini parlamentə təqdim etdi. Yeni hökumətdə Nazirlər
Şurasının sədri və daxili işlər naziri N.Usubbəyov, maliyyə naziri Əliağa Həsənov,
ticarət və sənaye naziri Ağa Əminov, xarici işlər naziri Məmməd Yusif Cəfərov,
poçt və teleqraf naziri Cəmo bəy Hacınski, ədliyyə və əmək naziri Aslan bəy
Səfikürdski, hərbi nazir Səməd bəу Mehmandarov, təminat naziri V.Klenovski,
səhiyyə naziri A.Dostakov, maarif və dini etiqad naziri Rəşid bəу Kaplanov,
əkinçilik naziri A.Qardaşov, portfelsiz nazir X.Amaspur, nazir müfəttiş
N.Nərimanbəyov təsdiq edildilər. Yeni baş nazir N.Usubbəyov aprel ayının 14-də
parlamentdə hökumət proqramı ilə çıxış etdi. Xarici siyasət məsələlərinə
toxunaraq, о dedi: "Azərbaycan türklərinin yaxın bir zamanda dünyanın bilcümlə
mədəni millətləri ailəsinə daxil olacağına ümidimiz qəvidir... Çünki millətin bu
əzminə bilavasitə şahid olan böyük və demokratik İngiltərə komandanlığı heyətinin
aldığı təəssüratı qərəzsiz, mübaliğəsiz Parisdə toplanan ümumdünya məhkəməsinə
ərz edəcəyi şübhəsizdir". N.Usubbəyov Muğanda, Borçalıda, İrəvanda baş verən
hadisələrə toxunaraq bildirdi ki, Azərbaycanın ayrılmaz bir hissəsini təşkil edən
Lənkəran qəzası hələ yadellilərin əlindədir. 100 minə qədər vətəndaşımızın
həyatlarına, irz və namuslarına təcavüz edilir. Azərbaycanın Tiflis və İrəvan
vilayətlərində bulunan hissələrinə göz dikənlər dəxi vardır. Şimali Qafqazda
cərəyan edən hadisələrə toxunaraq, N.Usubbəyov dedi ki, Şimali Qafqaz
azərbaycanlıların vətəni, Azərbaycan Şimali qafqazlı dindaşlarımızın yurdu, ocağı
məsabəsindədir. Məlumi-alilərinizdir ki, Denikinin orduları Şimali Qafqazın
üzərinə hücum edərək cəsur və şücaətli dindaşlarımızın qarlı dağlarını al qanlara
boyayıb, onları və onlarla bərabər bizləri yenidən təhti-əsarətinə almaq
fikrindədirlər."
719
Baş nazir hökumətin proqramını elan edərkən, Qarabağın adını
çəkmədiyindən müəyyən qüvvələr bundan onu tənqid etmək məqamı kimi
istifadəyə cəhd göstərdilər. N.Usubbəyov onlara üzünü tutaraq dedi: "Mənim
bəyannaməmdə nə qədər mübahisəli yerlər və məsələ varsa о xüsusda sözümü
718
Yenə orada, s.263-264
719
Azərbaycan Xalq Cümlıuriyyəti. Parlament, I cild, s.444-445.
209
dedim. Çox mübahisəsiz məsələlər vardır ki, hökumət о xüsusda söz söyləməyi
artıq bilir. İrəvan, Lənkəran, Tiflis sözü oldusa о da ondan ötəridir ki, onlar
mübahisəlidir. Qarabağ xüsusunda mübahisə yoxdur. Onun üçün də mən
mübahisəli olmayan məsələ haqqında bir söz söyləməyi artıq bildim. Müsavat
fraksiyasının rəhbəri M.Ə.Rəsulzadə söz alaraq, N.Usubbəyovun mövqeyini
müdafiə etdi. О dedi: "Meydanda Lənkəran məsələsi var. Çünki Lənkəran daha
əlimizdə deyil, çünki oraya hələ Azərbaycan məmuriyyəti təyin edilməmişdir.
Tiflis quberniyasında Borçalı məsələsi var. Çünki orası da bizim hökumət və
qüvvətimizin xaricindədir. İrəvan quberniyasının bəzi yerlərinə aid məsələlər var.
Çünki hökumət oralara hələ nüfuz etməyib, torpaqlarımız başqa əllərdədir. Halbuki
Qarabağ məsələsi belə layənhəll halda deyildir. Oraya general-qubernator təyin
edilmişdir. Oradakı hüquqi-mülkiyyəmiz, hətta bir dərəcəyə qədər beynəlmiləl bir
halı iktisab eləmişdir. Bir də İrəvan quberniyasının davasını edən hökumətdən
qalxıb da Qarabağ məsələsini istizah etmək yersizdir. Çünki İrəvana gedən
hökumət təbiidir ki, Qarabağ dağlarını aşıb keçmədən gedəməzdi. Bizcə və
hökumətcə Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də
Qarabağ ünvanı ilə vaqə olan hər növ təklifi rədd edirik".
720
Azərbaycan hökumətinin yeni baş naziri N.Usubbəyov 1881-ci ildə
Gəncədə doğulmuş, XX əsrin əvvəllərində Odessa Universitetinin hüquq
fakültəsində oxumuş, 1907-ci ildə məşhur türkçü mütəfəkkir İsmayıl bəу
Qaspralının "Tərcüman" qəzetinin əməkdaşı olmuşdu. Krımda olarkən,
İ.Qaspralının qızı Şəfiqə Soltanla ailə həyatı quran Nəsib bəу 1908-ci ildə
Türkiyəyə mühacirət etmiş və 1909-cu ildə Gəncəyə qayıtmışdı. Fevral
inqilabından sonra Gəncədə Türk Ədəmi-Mərkəziyyət partiyasını yaradan
N.Usubbəyov 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının Bakı, həmin ilin
mayında Rusiya müsəlmanlarının Moskva qurultayının fəal iştirakçısı olmuşdu.
M.Ə.Rəsulzadə sonralar onun haqqında yazırdı: "Azərbaycan ideyasını siyasi bir
tələb maddəsi şəklində formula etmək şərəfi mərhum Nəsib bəyindir".
721
Azərbaycana səfər edən və baş nazir kimi N.Usubbəyovla görüşən xaricilər onu
çox yüksək qiymətləndirirdilər. 1919-cu ilin payızında Qafqaza Britaniya Ali
Komissarı təyin edilmiş Oliver Uordrop sentyabrda Bakıya ilk səyahətindən və
N.Usubbəyovla keçirdiyi görüşlərdən sonra oktyabrın 2-də Londona göndərdiyi
hesabatda yazırdı: "Baş nazir Usubbəyov geniş dünyagörüşə malik, yüksək təhsil
görmüş, itiağıllı, liberal ideyalara sədaqətli, səmimi, vicdanlı, qarşısına qoyduğu
məqsədə nail olmağa çalışan nəzakətli bir insandır... Baş nazirin ideyaları dini
ideyalar deyil, milli ideyalardır. O, bolşevizmə nifrət edir. Onun istədiyi bircə şey
varsa, о da ölkəsinin müstəqilliyidir. Onun komandası və kabineti bəzi Avropa
ölkələri üçün nümunə ola bilər... Onlar öz işlərini yaxşı idarə edirlər və bütün
720
Azərbaycan parlamentinin iyirmi doqquzuncu iclasının stenoqramı. 14.04.1919.// ARDA, f.895,
s.1,i-82, v.70-71
721
Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. II cild. Bakı, 2005, c.441
210
ləyaqətli adamlar kimi, hər şeydən daha çox yeni dünyada öz yerlərini tutmağa can
atırlar."
722
Dördüncü hökumət kabinetində xarici işlər naziri vəzifəsini tutan Məmməd
Yusif Cəfərov artıq xeyli vaxt idi ki, diplomatik fəaliyyətlə məşğul olurdu. O,
1918-ci ilin iyunundan xarici işlər naziri vəzifəsinə təyin olunana qədər
Azərbaycan hökumətinin Tiflisdə diplomatik nümayəndəsi olmuşdu. Dövrünün
savadlı, istedadlı, geniş dünyagörüşə malik adamlarından olan M.Y.Cəfərovun
Gürcüstandakı fəaliyyəti faydalı olmuş, o, burada Azərbaycanın siyasi və iqtisadi
maraqlarının qorunması istiqamətində qonşu dövlətlərin, Avropa ölkələri və
Türkiyənin nümayəndələri ilə diplomatik danışıqlar aparmış, Tiflisdə keçirilən
Zaqafqaziya konfransında Azərbaycanı təmsil etmişdi. 1919-cu ilin payızında
Bakıya səfər emiş Tiflisdəki Britaniya Ali Komissarı O.Uordrop xarici işlər naziri
M.Y.Cəfərovla görüşündən aldığı təəssüratı Londona göndərdiyi şifrəli teleqramda
belə ümumiləşdirirdi: "Keçmiş Rusiya Dövlət Dumasında Kadet partiyasının üzvü
və eyni zamanda müsəlman fraksiyasının lideri olmuş M.Y.Cəfərov müharibə və
inqilablar dövründə Rusiyanın və Сənubi Qafqazın tarixində böyük rol oynamışdır.
O, bacarıqlı və çox tanınmış bir natiqdir".
723
M.Y.Cəfərov 1919-cu ilin aprel ayının 14-də xarici işlər naziri vəzifəsinə
başladıqdan sonra həm nazirliyin mərkəzi aparatında, həm də xaricdəki diplomatik
nümayəndəliklərdə bir sıra dəyişikliklər etdi. Aprel ayının 15-də xarici işlər
nazirliyi üzrə verilmiş 2 saylı əmrdə nazirliyin şəxsi heyəti və diplomatik
missiyaların başçıları öz yerlərinə təsdiq edildilər. Yeni əmrə əsasən, Mir Yusif
Vəzirov Ukrayna, Polşa və Krımda, Mahmud bəу Əfəndiyev Batumda, Məmməd
Xan Təkinski Ermənistanda, Əbdürrəhim bəу Haqverdiyev Dağlılar İttifaqında,
Cəfər bəу Rüstəmov Kuban hökumətində, Əkbər ağa Sadıxov Aşqabadda öz
diplomatik fəaliyyətlərini davam etdirməli idilər.
724
M.Y.Cəfərovun Bakıya
dönüşündən sonra Tiflisdəki Azərbaycan diplomatik nümayəndəliyinə onun
müavini olmuş Fariz bəy Vəkilov başçılıq etməyə başladı. Elə fəaliyyətinin ilk
günlərində F.Vəkilov 1919-cu ilin martında ermənilər tərəfindən əsir alınmış
müsəlman dinc əhalisinin təcili şəkildə azad edilməsi ilə bağlı müttəfiqlərin
komandanlığı qarşısında məsələ qaldırdığını xarici işlər nazirliyinə yazırdı.
General Biç ilə söhbətində F.Vəkilov ermənilərin bu azğınlığının qarşısının
alınmasını ingilis komandanlığından tələb etmişdi. Eyni zamanda Azərbaycanın
Paris Sülh konfransındakı nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşovun
722
Cənab O.Uordropun şifrəli teleqramı. 02.10.1919.// Azərbaycan Xalq Cümhuriyyəti. Böyük
Britaniyanın Arxiv sənədləri, s. 188-194
723
Cənab O.Uordropun şifrəli teleqramı. 02.10.1919.// Azərbaycan Xalq Cümhuriyyəti. Böyük
Britaniyanın Arxiv sənədləri, s.188
724
Diplomatik missiyaların başçılarının təyin olunması haqqında xarici işlər nazirliyinin əmrindən
çıxarış. 15.04.1919.//ARDA, f.970, s.2, i.157, v.1-2
211
Bakıya göndərdiyi diplomatik yazışmaların Batumda Britaniya komandanlığı
tərəfindən açılmasına qarşı da o, öz etirazını general Biçə bildirmişdi.
725
M.Y.Cəfərov xarici işlər nazirliyinin operativliyini artırmaq məqsədilə bir
sıra struktur islahatların aparılmasına cəhd göstərirdi. Bu məqsədlə o, 1919-cu ilin
may ayının 18-də gündəlik informasiyalar üzrə məruzələrin hazırlanması və
onların surətlərinin diplomatik nümayəndələrə göndərilməsi haqqında əmr verdi.
Əmrdə göstərilirdi: "Dəftərxana direktoruna təklif edilir ki, nazirlik üzrə səliqəli
şəkildə gündəlik məlumatlar haqqında məruzələr hazırlanması və onların
surətlərinin respublikanın diplomatik nümayəndəlikləri, səfirlik və konsulluqlarına
göndərilməsi haqqında sərəncam versin. Eyni zamanda respublikanın bütün
diplomatik nümayəndəlikləri və konsulluqları akkreditə olunduqları ölkələrin
gündəlik siyasi və dövlət həyatı haqqında eyni məzmunlu məruzələr hazırlayıb
nazirliyə təqdim etməli idilər."
726
M.Y.Cəfərovun təşəbbüsü ilə 1919-cu ilin iyul ayının 9-da xarici işlər
nazirliyinin dəftərxanasının müvəqqəti ştat cədvəli təsdiq edildi. Sənədə görə
dəftərxana diplomatik, ümumi işlər və təsərrüfat şöbələrindən ibarət olmalı idi.
Yeni əsasnamədə ilk dəfə olaraq, xarici işlər nazirliyi şöbələrinin vəzifələri
dəqiqliklə göstərilirdi. Əsasnaməyə görə, diplomatik şöbəyə nazirliyin katibi
rəhbərlik etməli idi. Şöbə diplomatik xarakterli yazışmalar aparmalı, nazirin
göstərişi ilə xarici dövlətlərə təqdim edilmək üçün etiraz notaları, cavab notaları,
hökumətin adından məktublar hazırlamalı, müxtəlif akt və sənədlərin xarici və türk
dillərindən tərcüməsini təşkil etməli, məxfi xarakterli yazışmalar və şifrələnmə
işlərini təmin etməli idi. Ümumi şöbəyə gəldikdə isə, bu şöbə mərkəzi və yerli
idarələrlə yazışmaları, respublikaya gələn xaricilərin, xaricə gedən Аzərbaycan
vətəndaşlarının sənədlərinin qaydaya salınmasını, nazirliyin bütün strukturlarında
olan şəxsi heyətin işlərini yoxlamalı, respublikanın müxtəlif idarələrindən
parlamentə göndərilən qanun layihələri ilə tanış olmalı, nazirliyin adından qanun
layihələri hazırlamalı və rəhbərlik üçün müxtəlif məsələlərə aid hesabatlar tərtib
etməli idi.
727
Aparılan struktur islahatlarından sonra xarici işlər nazirliyinin ştat
cədvəli 60 nəfərdən ibarət idi. Bura nazir, nazir müavini, məsləhətçi, 4 nəfər
dəftərxana, 11 nəfər diplomatik şöbənin, 10 nəfər informasiya şöbəsinin, 10 nəfər
ümumi şöbənin, 5 nəfər təsərrüfat şöbəsinin, 17 nəfər arxiv, draqomanat, ümumi
qeydiyyat işçiləri daxil idi.
728
Əsasnaməyə görə Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin kollegial orqanı kimi Şura yaradılmışdı, Şuraya nazir, onun
müavini və məsləhətçiləri daxil idi. Şöbə müdirləri Şuraya dəvət edilir və rəhbərlik
etdikləri sahələr üzrə hesabatlar verirdilər. Şura nazirliyin fəaliyyəti ilə bağlı ən
725
Gürcüstandakı Azərbaycan Respublikasının diplomatik nümayəndəsinin müavini F.Vəkilovun xarici
işlər naziri M.Y.Cəfərova məlumatı. 31.03.1919.//ARDA, f.970, s.1, i.54, v.2
726
Азербайджанская Демократическая Республика. Внешняя политика, с.223
727
ARDA, f.970, s.2, i.80, v.33-34
728
ARDA, f.970, s.2, i.132, v.7-69
212
zəruri məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edirdi. Məsələn,
diplomatik sahədə işləmək arzusu ilə nazirliyə müraciət etmiş bütün şəxslər
Şuranın ciddi müzakirəsindən keçirdi. Xarici işlər nazirliyinə işə qəbul edilən şəxs
mütləq fransız dilini bilməli və beynəlxalq hüququn əsasları ilə tanış olmalı idi.
Xarici işlər naziri M.Y.Cəfərovun 1919-cu ilin avqust ayının 12-də
imzaladığı 27 saylı əmrlə nazirliyin yanında Kartoqrafiya və Statistika şöbələri
yaradıldı. 1919-cu ilin sentyabrında bu şöbələr informasiya bürosu ilə birlikdə
nazirliyin dəftərxanasına birləşdirildi. Nazirin əmri ilə müəyyən edildi ki, xarici
işlər nazirliyindən bütün informasiyalar dəftərxana müdiri ilə razılaşdırıldıqdan
sonra İnformasiya Bürosu tərəfindən verilə bilərdi. Siyasi xarakterli məlumatların
isə nazirin icazəsi olmadan verilməsi qadağan edilirdi.
729
İnformasiya Bürosunun
tərkibində yaradılan kitabxana 8 bölmədən ibarət olub hüquqi, coğrafi, tarixi,
etnoqrafik, mədəniyyət, sənaye, soraqlama və inqilabi ədəbiyyatı əhatə etməli idi.
Kitabxananın tarix bölməsində Azərbaycan, Türküstan, Türkiyə, Qafqaz və İslam
tarixi ilə bağlı ədəbiyyat toplanmalı, toplanan ədəbiyyatdan diplomatik danışıqlar
və yazışmalar zamanı istifadə edilməli idi.
730
Toplanan kitablar və məqalələr,
abunə olunan qəzet və jurnallar, müxtəlif kanallarla əldə edilən məlumatlar
əsasında hazırlanan arayışlar, kitab və broşurlar Azərbaycanın xaricdə yerləşən
diplomatik missiyalarına göndərilirdi. Eyni zamanda bu məlumatlar əsasında
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xəbərləri" adlı dövrü orqanın
buraxılması planlaşdırılırdı. Burada nazirliyin əmrlərinin, hökumətin xarici
siyasətlə bağlı sərəncamlarının, siyasi hadisələrin xronikasının, Qafqazda və
dünyada baş verən hadisələrin təhlilini əks etdirən məqalələrin, mətbuat
icmallarının dərc olunması nəzərdə tutulurdu. Jurnal ayda bir dəfə dörd çap
vərəqindən az olmayaraq nəşr olunmalı idi.
731
Azərbaycanın xarici əlaqələrini genişləndirmək məqsədilə M.Y.Cəfərov
İstanbulda və Tehranda yeni diplomatik nümayəndəliyin yaradılması haqqında
hökumət qarşısında məsələ qaldırmışdı. Hələ 1919-cu ilin mart ayında danışıqlar
aparmaq üçün Tehrana İsmayıl xan Ziyadxanov başda olmaqla fövqəladə
səlahiyyətli missiya göndərmək məsələsinə хаrici işlər nazirliyi yenidən qayıtdı.
Bu missiyaya Azərbaycan hökuməti adından səlahiyyət verilirdi ki, İranın Bakıda
və Gəncədə, Azərbaycanın isə Tehranda, Təbrizdə, Rəştdə və Məşhəddə
diplomatik nümayəndəliklər açmaq məsələsini, İranla Azərbaycan arasında ticarət,
poçt-teleqraf, gömrük, su, dəmir və avtomobil yolları ilə əlaqələr yaradılması
haqqında müqavilələrin əsas prinsiplərini, sərhəd xəttinin qorunması üçün birgə
tədbirlər görülməsini İran tərəfi ilə müzakirə etsin.
729
ARDA, f.970, s.2, i.120, v.20; i.121, v.31
730
ARDA, f.970, s.l, i.209, v.l
731
ARDA, f.970, s.l, i.103, v.12-13
213
1919-cu ilin birinci yarısında bir sıra xarici ölkələrin Azərbaycanda
diplomatik nümayəndəlikləri açıldı. Fevral ayının 5-də Tiflisdə yerləşən
Qafqazdakı İsveçrə Milli Şurasının rəhbərliyi Bernə göndərdiyi məktubda Bakıda
İsveçrə respublikasının diplomatik nümayəndəsinin təyin edilməsini təklif edirdi.
Onlar bu vəzifəyə artıq Bakıda olan Robert de Rianın namizədliyini irəli
sürürdülər.
732
Fevral ayının 8-də Ukrayna xarici işlər naziri V.Çexovski
Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Bakıda Ukraynanın
diplomatik nümayəndəliyini açmaq arzusunu ifadə edirdi. Azərbaycan Xarici İşlər
Nazirliyi cavabında İ.Kraskovskinin Bakıya diplomatik nümayəndə təyin
edilməsinə razılığını verdi və Ukrayna diplomatik missiyasının başçısı öz
etimadnaməsini Azərbaycan hökumətinin başçısına təqdim etdi.
733
Fevral ayının
19-da polkovnik Karqaleteli Gürcüstan hökumətinin Azərbaycanda hərbi attaşesi
təyin edildi. Tiflisdəki Azərbaycan diplomatik nümayəndəliyində isə bu vəzifəni Dostları ilə paylaş: |