XI FƏSİL
ABŞ-da lobbiçilik cəhdləri və Qərbi Avropada təbliğat işlərinin
genişləndirilməsi
1919-cu ilin payızından başlayaraq beynəlxalq vəziyyət yeni yaranmış
respublikaların xeyrinə dəyişməyə başladı. Bunu müəyyən edən ən mühüm amil
rus ağqvardiyaçı generalların məğlubiyyəti idi. Bu dövrdə Yudeniç və Kolçakın
məğlub olması, Denikinin isə ümidsiz vəziyyətə düşməsi Antanta siyasi
dairələrində "vahid və bölünməz Rusiya" ideyasına inamı sarsıtmış, Avropa üçün
ciddi təhlükəyə çevriləcək vahid bolşevik Rusiyasının yaranma ehtimalı isə onları
bu və ya digər dərəcədə vahimələndirmişdi.
Versal müqaviləsinin ağır şərtləri ilə taqətdən salınmış Almaniyanın
bolşevik Rusiyası ilə yaxınlaşma planları, Baltik respublikalarının Sovet Rusiyası
ilə sülh bağlamaq meyllərinin meydana çıxması, Antanta dövlətlərinin yeni
yaranmış respublikalara münasibətinin dəyişməsini zəruri edirdi. Sovet
hökumətinin 1919-cu ilin avqust ayının 31-də Estoniyaya, sentyabr ayının 11-də
isə Litva, Latviya və Finlandiyaya sülh danışıqlarına başlamaq barədə təkliflərlə
müraciət etməsi, uzun müddət Antanta dövlətləri tərəfindən tanınmalarını gözləyən
bu ölkələrin Rusiyaya meylini artırmışdı.
Digər tərəfdən, Amerika Senatının Versal sülhünə və ümumiyyətlə, sülh
konfransına mənfi münasibətinin meydana çıxması müttəfiqlərarası zıddiyyətləri
dərinləşdirir və beynəlxalq münasibətlərdə yeni meyllər doğururdu. Bütün bunlar
Azərbaycan hökumətindən, Respublika xarici işlər nazirliyindən və onun Parisdəki
nümayəndələrindən yaranmış yeni beynəlxalq şəraitə uyğun xarici siyasət xətti
yeritməyi tələb edirdi. Bu baxımdan xarici siyasət xəttinin həyata keçirilməsində
ABŞ-la ikitərəfli münasibətlərin yaradılmasına xüsusi əhəmiyyət verilirdi.
Azərbaycan Respublikası və onun Parisdə olan nümayəndələri ABŞ-la
iqtisadi və siyasi əlaqələr yaradılmasına, xüsusilə, Birləşmiş Ştatlar tərəfindən
tanınmağa böyük səy göstərirdilər. Bu xeyli dərəcədə onunla bağlı idi ki, ənənəvi
Avropa dövlətləri ilə yanaşı, Birinci dünya müharibəsindən sonra ABŞ iqtisadi
cəhətdən çox qüvvətlənmiş və əslində dünya siyasətini müəyyən edən dövlətlərdən
birinə çevrilmişdi. Müharibədən sonrakı ilk illərdə Birləşmiş Ştatlar dünyanın əsas
bankiri rolunu oynayırdı, yaxud ABŞ dövlət katibi Lansinqin dili ilə desək,
Amerika dünyanı iqtisadi cəhətdən idarə edirdi və siyasi cəhətdən də onu idarə
etməyə hazırlaşırdı. Bundan əlavə, prezident Vudro Vilson dünya müharibəsindən
sonra yaranan dünya sisteminin əsas memarı, yeni yaranmış dövlətlərin
müdafiəçisi, kiçik xalqların dostu kimi tanınırdı. Paris Sülh konfransı dövründə
Vilsonun Qafqaz respublikalarına soyuq münasibəti onunla bağlı idi ki, bir növ bu
respublikalar Polşa, Finlandiya, Çexoslovakiya, Yuqoslaviya və digərlərindən
fərqli olaraq, "gözlənilmədən" yaranmışdılar, yaxud Vilsonun 1918-ci ilin
323
yanvarında elan edilmiş on dörd sülh prinsipində kiçik xalqların təyini müqəddəratı
hüququ təsbit edilsə də, həmin prinsiplərdə Rusiya imperiyasının dağılması
nəzərdə tutulmamışdı. Bir növ Vilson üçün Rusiyanın dağılması və onun
hüdudlarında Gürcüstan və Azərbaycan adlı respublikaların yaranması tamamilə
gözlənilməz bir hadisə idi. Qafqazda "qəflətən" meydana çıxan bu respublikalar
haqqında, nəinki Amerika prezidentinin və siyasi dairələrinin, eləcə də Birləşmiş
Ştatların ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə.M.Topçubaşov
Azərbaycan və Gürcüstanı ABŞ-da təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı
öz üzərinə götürmüş, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr
palatasının üzvü, vəkil Valter Çandler vasitəsi ilə sentyabr ayının 26-da prezident
V.Vilsona məktub və bir sıra materiallar göndərmişdi. Məktubda 1919-cu ilin may
ayının 28-də, istiqlaliyyət elan edilməsinin birinci ildönümü günü Azərbaycan
nümayəndələrinin Vilson tərəfindən qəbul edilməsi prezidentə xatırladılır və bu
görüşün onlar üçün unudulmaz hadisə olduğu qeyd edilirdi. О yazırdı ki, "biz sizin
simanızda xalqları, xüsusən sizin prinsipləriniz əsasında milli və siyasi cəhətdən öz
müqəddəratını təyin etmiş kiçik xalqları sülhə, azadlığa və yanaşı yaşamağa
çağıran müasir Apostolu görürük. Belə xalqlardan biri olan Azərbaycan xalqının
nümayəndəsi kimi, biz ümidvarıq ki, xalqımız Böyük Amerika və Sizin
tərəfinizdən də müstəqilliyini və azadlığını qorumaq kimi müqəddəs işdə müdafiə
olunacaq və yardım alacaqdır."
1097
Prezident Vilsonun Azərbaycan haqqında
məlumatının azlığını nəzərə alaraq, Ə.M.Topçubaşov Azərbaycanın müstəqilliyi
haqqında memorandumu, sərhədlər göstərilən iqtisadi xəritəni, Azərbaycanın
iqtisadi və maliyyə vəziyyəti haqqında diaqramları, etnoqrafik xəritə ilə birlikdə
Azərbaycan əhalisinin milli-etnik tərkibi haqqında memorandumu ona
göndərdi.
1098
Amerika ilə əlaqələri genişləndirməyi zəruri edən digər bir səbəb də var idi.
Dünya müharibəsi başa çatan kimi ermənilər ABŞ-da "Müstəqil Ermənistanın
Amerika Komitəsi"ni yaratmışdılar və bu komitə, təkcə Ermənistanın
müstəqilliyini tanıtmaq uğrunda deyil, eyni zamanda Azərbaycanı və Gürcüstanı
Amerika siyasi dairələri, Amerika ictimaiyyətinin gözündə nüfuzdan salmaq
istiqamətində iş aparırdı. Ona görə, ABŞ-da Azərbaycan haqqında həqiqətin
yayılmasına, Amerika siyasi dairələrinin Azərbaycan haqqında təsəvvürlərinin
düzgün formalaşmasına böyük zərurət duyulurdu. Bu məqsədlə Baltik ölkələri,
Azərbaycan və Gürcüstan nümayəndələri vəkil V.Çandlerlə müqavilə
bağlamışdılar.
1099
1919-cu ilin sentyabrında Ə.M. Topçubaşov Parisdə olan bütün
nümayəndə heyətinin iştirakı ilə V.Çandlerlə iki müqavilə imzaladı. 3 ay
1097
Azərbaycanın Paris Sülh konfransındakı nümayəndə heyətinin sədri Ə.M.Topçubaşovun ABŞ
prezidenti V.Vilsona məktubu. 26.09.1919.//ARDA, f.970, s.l, i.146, v.55
1098
Yenə orada, v.56
1099
Third session of the Sixty-Fifth Congress of the USA, vol.57, part 5, p.39
324
müddətinə imzalanmış birinci müqaviləyə görə, Amerika vətəndaşı Valter
M.Çandler Azərbaycan nümayəndə heyətinin tərkibinə təbliğati məsələlərlə bağlı
hüquq məsləhətçisi kimi qəbul edilirdi və üç ay müddətinə Azərbaycan
Respublikasının mənafeyini və müstəqilliyini müdafiə etməyi öz üzərinə
götürürdü. Azərbaycan tərəfi isə bu xidmətin müqabilində V.Çandlerə 5 min
Amerika dolları həcmində zəhmət haqqı verməli idi. Bu məbləğin yarısı müqavilə
imzalanan kimi, qalan yarısı isə 1919-cu ilin dekabr ayının 1-dən gec olmayaraq
ödənilməli idi. Qarşılıqlı razılığa əsasən, müqavilə imzalandığı andan qüvvəyə
minirdi. Azərbaycan tərəfi müqavilənin parlamentdə təsdiq edilməsinə təminat
verirdi. Bu müqavilə ilə yanaşı, eyni zamanda tərəflər uzunmüddətli dövr üçün
nəzərdə tutulan ikinci kontraktı hazırlamalı idilər və oktyabr ayının 4-dən
başlayaraq V.Çandler öz müqavilə öhdəliklərinin icrasına, yəni ABŞ-da
Azərbaycan haqqında təbliğat kampaniyasına başlamalı idi.
1100
Az sonra imzalanan
ikinci müqavilənin preambulasında göstərilirdi: bu sazişə əsasən, Azərbaycan
Respublikası parlamentinin sədri, Azərbaycan Respublikasının Paris Sülh
konfransında nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov Azərbaycan
Respublikası tərəfindən ona verilmiş səlahiyyətə əsasən, Amerika Birləşmiş
Ştatlarında müstəqil Azərbaycan Respublikasının mənafeyini müdafiə və təbliğ
etmək məqsədi ilə Nyu-York şəhərindən olan, hüquq məsləhətçisi işləməyə razılıq
verən vəkil Valter M.Çandlerin xidmətindən istifadə etməyə razılıq verir.
İmzalanmış müqavilənin şərtlərinə görə, yuxarıda qeyd edilən vəzifəni yerinə
yetirmək üçün Ə.M.Topçubaşov V.M.Çandlerə ABŞ Azərbaycanın tam
müstəqilliyini de-fakto tanıyan kimi əlli min dollar zəhmət haqqı verməli idi.
Müqavilədə göstərilirdi ki, əgər ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan
imtina edərdisə, V.M.Çandlerə Azərbaycan tərəfindən heç bir kompensasiya
ödənilmirdi! Müqavilə Azərbaycan Parlamentində təsdiq edildikdən sonra
Ə.M.Topçubaşov və Valter M.Çandlerin imzası və Azərbaycan hökumətinin
möhürü ilə hüquqi cəhətdən qüvvəyə minirdi.
1101
Öz növbəsində Gürcüstan
Respublikası da V.Çandlerlə təxminən bu məzmunda bir saziş imzalamışdı.
V.Çandlerlə imzalanmış müqavilə barədə Ə.M.Topçubaşov Azərbaycan
hökumətinə yazırdı: "Amerikalı vəkil Çandlerlə bağlanmış kontraktlara gəldikdə,
deməliyəm ki,...bu vəkil Estlandiyanın /Estoniyanın -C.H./, Litvanın və
Letoniyanın /Latviyanın - C.H./, həmçinin, Gürcüstan və Azərbaycanın
mənafelərini müdafiə etməyi öz üzərinə götürür...Bütün bunlar ondan irəli gəlir ki,
Amerikada kimi isə əldə saxlamaq zəruridir."
1102
V.Çandler ABŞ-a yola düşdükdən sonra Ə.M.Topçubaşov Parisdə olan və
Vaşinqtona yola düşmək ərəfəsində olan Amerika nümayəndə heyətinin üzvü
1100
Contract № 1. September 1919. // ARDA, f.970, s.l, i.142, v.131-132
1101
ARDA, f.970, s.l, i.142, v. 133-134; Jamil Hassanov. Azerbaijani-American Relations from 1918-
1920: A Page in Their History, p.7
1102
А.М.Топчибашев. Письма из Парижа, с.72
325
H.Morqentau ilə görüşüb xahiş etdi ki, Azərbaycanın Birləşmiş Ştatlarda
müvəkkili olan, onun yaxşı tanıdığı V.Çandlerə köməklik göstərsin. H.Morqentau
buna razılıq verərək məsləhət gördü ki, "ABŞ-da Azərbaycanın öz nümayəndəliyi
olsa, daha yaxşı olar." Söhbət zamanı Morqentau bildirdi: "Biz bütün kiçik
xalqların dostuyuq. Sizin hamınıza kömək etməyə şadıq, lakin beynəlxalq
siyasətdə, təkcə biz hər şeyi həll etmirik. Mən sizin memorandumla tanış oldum və
görürəm ki, Azərbaycan varlı ölkədir və özü sərbəst yaşaya bilər. Siz Amerikada
yaxşı qəbul edilirsiniz və həm də ola bilsin ki, sizin sərvətinizə layiq kapital tapıla
bilər".
1103
Əlbəttə, sonuncu məsələ Parisdə olan Azərbaycan nümayəndələrinin
diqqətindən yayınmamışdı və Amerika ilə iqtisadi əlaqələr yaratmaq üçün ABŞ
işgüzar dairələrinin nümayəndəsi Maks Rabinov Azərbaycan nümayəndəliyinin
maliyyə işləri üzrə məsləhətçisi təyin olunmuşdu və onunla müqavilə bağlanmışdı.
M.Rabinov Azərbaycandan dünya qiymətlərinə uyğun neft alınmasını, ABŞ
maliyyə orqanları tərəfindən Azərbaycana kredit buraxılmasını, habelə,
Azərbaycan üçün Amerika manufaktura mallarının alınmasını təşkil etməli idi.
1104
Bu əməliyyatda əldə olunmuş gəlirin 3 faizi M.Rabinova çatmalı idi. M.Rabinovla
bağlı məsələlər Azərbaycan və Gürcüstan nümayəndələrinin 23 avqust, 18 sentyabr
tarixli birgə iclaslarında müzakirə edilmişdi.
1105
M.Rabinovla müqavilə altı ay
müddətinə bağlandı, tərəflər arzulayardısa, müddət artırıla bilərdi. M.Rabinov
ABŞ-a qayıdan kimi Amerikanın "Standard oyl kompani of Nyu-York" neft
şirkətinin direktoru, hələ 1919-cu ilin iyununda neft alınması ilə bağlı Bakıda
danışıqlar aparmış P.İ.Tomas onunla əlaqəyə girib, Bakıdan neft alınması ilə bağlı
uzun müddətli müqavilə bağlamaq istəmişdi. Bu barədə M.Rabinov noyabr ayının
1-də Ə.M.Topçubaşova göndərdiyi teleqramda "Standard oyl"la danışıqlar
aparmaq üçün Ə.M.Topçubaşovdan icazə istəyirdi.
1106
Bu kompaniya ilə 1919-cu
ilin iyul ayında 12 milyon pud kerosin alınması barədə P.İ.Tomasla yollar naziri
X.Məlik-Aslanov arasında müvəqqəti saziş imzalanmışdı. 1920-ci ilin 31
yanvarına qədər "Standard oyl" kompaniyasına hər tonu 34 dollardan 6 milyon pud
kerosin verilməli idi.
1107
Bu kompaniyanın vasitəsi ilə Azərbaycan ABŞ-dan hər
pudu 2,5 dollara 40 min ton taxıl almışdı.
1108
1103
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.970, s.1, i-146, v.10
1104
Maks Rabinovun Paris Sülh konfransındakı Azərbaycan nümayəndəliyinin sədri Ə.M.Topçubaşova
məktubu. 22.09.1919.//ARDA, f.970, s.l, i.142, v.116-117
1105
Azərbaycan və Gürcüstan Sülh nümayəndələrinin birgə iclasının protokolu. 28.08.1919. //ARDA,
f.970, s.l, i.142, v.228-229; Azərbaycan və Gürcüstan Sülh nümayəndələrinin birgə iclasının protokolu.
18.09.1919. //ARDA, f.970, s.1, i.142, v.235-236
1106
Maks Rabinovun Paris Sülh konfransındakı Azərbaycan nümayəndəliyinin sədri Ə.M.Topçubaşova
məktubu. 01.11.19197/ARDA, f.970, s.l, i.146, v.57
1107
Азербайджан, 1919, 6 июля.
1108
Азербайджан, 1919, 9 декабря.
326
ABŞ-da əlaqəli şəkildə fəaliyyət göstərən V.Çandler və M.Rabinov qarşıya
çıxan siyasi, iqtisadi və hüquqi xarakterli məsələləri aydınlaşdırmaq üçün
Azərbaycan nümayəndə heyətinin üzvü M.Məhərrəmovu ABŞ-a ezam etməyi
xahiş edirdilər.
1109
Lakin bu zaman Azərbaycan xarici işlər naziri M.Y.Cəfərovun
imzası ilə sosialist partiyası və Azərbaycan parlamentinin üzvü Abbas bəу
Ataməlibəyov Versala ezam edilmişdi ki, öz firqə yoldaşı M.Məhərrəmovu əvəz
etsin.
1110
Nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov belə mexaniki əvəz
edilmələrin əleyhinə idi. О yazırdı: "Нər şeydən əvvəl bu vəziyyətdə əvəz olunan
şəxsin vəzifə borcunun əvəz edən şəxsin üzərinə qoyulmasının mümkün olub-
olmadığını nəzərə almadan bir kəsi başqası ilə sadəcə mexaniki yolla əvəz etmək,
demək olar ki, yolverilməz haldır. Nümayəndə heyəti tərkibinə yeni şəxs əlavə
edilməsini başa düşmək olar. Amma çətin ki, bu və ya digər kombinasiyanı tələb
edən dəlilləri nəzərə almadan işin xeyrinə sadəcə dəyişiklik etmək mümkün olsun.
Bundan əlavə qeyd edilən dəyişikliklərlə bağlı partiyanın qərarı nəzərə çatdırılır.
Əlbəttə, mən bunun əleyhinə deyiləm. Lakin deməliyəm ki, nümayəndə heyəti
müxtəlif partiyalara mənsub şəxslərdən ibarət olsa da, lakin indiyədək o, öz
fəaliyyətində əsasən, bütün Azərbaycanın ümumi mənafeyi naminə çalışmışdır, bu
mənafe partiyaların mənafeyindən üstün tutulurdu."
1111
Son nəticədə, Versalda olan
sosialist partiyasının nümayəndələri bu məsələni birlikdə həll etdilər. Oktyabr
ayının 9-da Parisə yetişən A.Ataməlibəyov nümayəndə heyətinin tərkibinə əlavə
edildi və katib kimi işə başladı. O, Parisdəki heyətin tərkibində olan və müvəqqəti
Bakıya dönən M.H.Hacınskini əvəz etdi. M.Məhərrəmov isə təcrübəli bir işçi kimi
nümayəndə heyətinin tərkibində saxlanıldı.
Oktyabr ayının 18-də Valter Çandler Amerikadan Ə.M.Topçubaşova
özünün hesabat xarakterli birinci məktubunu göndərdi. О yazırdı ki, ABŞ-da
Gürcüstan və Azərbaycan kimi ölkələr barədə təbliğat kampaniyası aparmaq çox
çətindir, çünki onlar Amerikada tanınmırlar və eyni zamanda estonlar, ukraynalılar,
latışlar və ermənilər kimi koloniyaya malik deyildirlər. Çandler təklif edirdi ki, ya
Azərbaycan və Gürcüstan nümayəndələri Amerikaya gəlməlidir, ya da bu işi о özü
dostları ilə birlikdə görməlidir. V.Çandler yazırdı: "Prezidentin (V.Vilsonun -
C.H.) uzunmüddətli xəstələnməsi təbliğat aparılması yolunda başlıca maneədir.
Digər ölkənin müstəqilliyinin tanınması bizim hökumətin icra orqanının qərarından
asılıdır. Bu, о deməkdir ki, hər şeydən əvvəl prezident fəaliyyətə başlamalıdır."
V.Çandler prezident sağaldıqda onunla mütləq görüşəcəyini, Ə.M.Topçubaşovun
məktubunu və Azərbaycana aid materialları ona çatdıracağını bildirirdi. İndi isə o,
1109
Maks Rabinovun Paris Sülh konfransındakı Azərbaycan nümayəndəliyinin sədri Ə.M.Topçubaşova
məktubu. 01.11.1919.//ARDA, f.970, s.1, i.146, v.57
1110
Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 89
1111
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.19197/ARDA, f.970, s.1, i.146, v.19
327
Azərbaycan nümayəndələrindən aldığı materialları Amerika senatorları arasında
yayaraq qeyd edirdi ki, prezident işə çıxdıqda "mən Azərbaycanın və Gürcüstanın
müstəqilliyinin tanınmasına aid qətnaməni Senata və Konqresə verəcəyəm."
Мəktubda o, Azərbaycanın istiqlaliyyətini tanıtmaq üçün bütün vasitələrdən
istifadə edəcəyini, Ə.M.Topçubaşov və gürcü nümayəndəsi Z.Avalovun
Amerikaya gəlməsi üçün çalışdığını göstərirdi.
1112
Ə.M.Topçubaşov Çandlerə yazdığı cavab məktubunda konfransda Qafqaz
barədə cərəyan edən hadisələr, konfransda Azərbaycana münasibət, Denikinlə və
digər məsələlərlə bağlı ətraflı məlumat vermişdi. O, Parisdə Amerika nümayəndə
heyətinin üzvü və Henri Morqentaunun onunla tanış etdiyi M.Q.Buklerlə görüşmüş
və Qafqazda cərəyan edən hadisələrlə bağlı Buklerin çoxlu suallarına cavab
vermişdi. Xüsusən, Qafqazda ermənilərlə bağlı eşitdikləri M.Q.Bukler üçün yenilik
olmuşdu. Söhbətin sonunda o, Əli Mərdan bəyə təşəkkür edərək demişdi: "Biz
sizin qonşularınızı bir az da tanıdıq, onları heç də mələk saymırıq."
1113
Lakin
M.Q.Buklerin dediyinin əksinə olaraq, ermənilər okeanın о tayında "mələk"
donuna girə bilmişdilər. Amerikada fəaliyyət göstərən "Müstəqil Ermənistanın
Amerika Komitəsi"nin sədri, Birləşmiş Ştatların Berlində keçmiş səfiri Ceyms
Cerard "əzabkeş xristian ermənilərin", "xristian məbədlərinin" xilas edilməsini
bütün vasitələrlə amerikanlara təlqin edirdi. Sentyabr ayının 28-də onun imzası ilə
bütün Amerika şəhərlərində yayılmış müraciətdə göstərilirdi: "Erməniləri tamamilə
məhv olmaq təhlükəsi təhdid edir. Ermənistan Respublikası nümayəndələrindən
aldığımız teleqram bu məsələdə heç bir şübhə yeri qoymur. Ermənistan sonuncu
yalvarışlarını göndərir ki, xristian Amerikası onu xilas etsin. Deməyə ehtiyac
yoxdur ki, əgər erməni xalqının məhv edilməsi baş verərsə, xristian kilsəsi əbədilik
təhqir olunacaqdır. Yazıb sizdən xahiş edirik ki, Amerika Birləşmiş Ştatlarının
prezidentinə teleqramlar vurun, məktublar yazın, Ermənistanın xilas edilməsi üçün
əsaslı və təcili tədbirlər görməyə onu tələsdirin. Sizin yaşadığınız yerlərdə təcili
şəkildə kilsələrin diqqətini buna cəlb edin. Hər bir kişidən və qadından xahiş edirik
ki, prezidentə və öz ştatlarından olan senatorlara teleqram vurub Ermənistanı xilas
etmək üçün təcili tədbirlər görməyə çağırsınlar. Bizim icraiyyə komitəsi bu
fikirdədir ki, yardım göstərmək üçün prezident yetərli hakimiyyətə malikdir və
kömək etmək onun borcudur. Ermənistan məhv olur. Amerika öz sözünü
deməlidir." Bu müraciətin mətnini Ə.M.Topçubaşova göndərərək, Çandler yazırdı
ki, "Azərbaycanın və Gürcüstanın müstəqilliyi uğrunda mübarizə aparmaq üçün də
bax belə komitələr və belə müraciətlər zəruridir."
1114
Erməni nümayəndələri
1112
Valter Çandlerin Paris Sülh konfransındakı Azərbaycan nümayəndəliyinin sədri Ə.M.Topçubaşova
məktubu. 18.10.19197/ARDA, f.970, s.l, i.146, v.53-54
1113
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.19197/ARDA, 1.970, s.l, i.146, v.11.
1114
Valter Çandlerin Paris Sülh konfransındakı Azərbaycan nümayəndəliyinin sədri Ə.M.Topçubaşova
məktubu. 01.11.1919.//ARDA, f.970, s.l, i.145, v.59
328
Kaçaznuni, Enfiadcyan və Piralovun Amerikaya səfəri münasibəti ilə C.Cerardın
komitəsi nümayəndələr palatasının bütün üzvlərini, о cümlədən V.Çandleri də
təbliğat xarakterli ziyafətə dəvət etmişdi. V.Çandler həmin dəvətnamənin mətnini
də Əli Mərdan bəyə göndərmişdi. Ziyafətdə çıxış edən Kaçaznuni ABŞ siyasi
dairələrinə bildirirdi ki, "Ermənistana silah versəniz əmin ola bilərsiniz ki, türklər,
kürdlər və tatarlar erməni xalqının dincliyini pozmağa cəsarət etməzlər."
1115
Ziyafətdə iştirak edən və az sonra respublikaçılar partiyasından ABŞ-ın prezidenti
seçilmiş U.Hardinq Kaçaznuniyə qulaq asdıqdan sonra bildirdi ki, bu təklifləri
yığıncağın adından hökumətə vermək lazımdır. Ceymis Cerardın geniş məruzəsi
əsasında yığıncaqda dörd bənddən ibarət qərar qəbul edildi. Orada federal
hökumətdən tələb edilirdi ki, Ermənistan Respublikası Birləşmiş Ştatlar tərəfindən
tanınsın; 30 min nəfərlik ordunu saxlamaq üçün Ermənistana ərzaqla, silahla və
hərbi sursatla yardım göstərilsin; ABŞ-da yaşayan ermənilərə 10 min nəfərlik
könüllü legion təşkil etməyə icazə verilsin, eyni zamanda İstanbul və Bolqarıstanda
da 10 min nəfərlik erməni legionu təşkil edilsin və bu konüllü legionlar
Ermənistana göndərilsin; Ermənistanın müstəqilliyi, Şərqi Anadolunun "erməni
vilayətləri" və Kilikiyanın da daxil olduğu Ermənistan dövlətinin yaradılması
haqqında hazırlanmış qətnamə ABŞ Senatından keçirilsin.
1116
Noyabr ayının 1-də yazdığı məktubda Çandler ABŞ-da ermənilərə
münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. O, göstərirdi
ki, qarşılaşdığım hər hansı senator və deputat bu fikirdədir ki, guya
azərbaycanlılara çox diqqət yetirmək lazım deyil, ona görə ki, onlar türk, tatar və
müsəlmandırlar. Мən onları başa salıram ki, "Azərbaycan xristian ölkəsi olan
Gürcüstanla tam həmrəydir, azərbaycanlılar və xristian gürcülər bu yaxında
müdafiə paktı imzalamışlar və siyasi cəhətdən müttəfiqdirlər, onlar erməniləri də
bu pakta dəvət etmişlər."
1117
Valter Çandlerin bu məktubuna cavab olaraq, Parisdə
olan Azərbaycan və Gürcüstan nümayəndələri yazıb xahiş etdilər ki, "ermənilərlə
heç bir mübahisəyə girmədən orada bizim xeyrimizə xüsusi təbliğat komitəsi
yaratsın."
1118
Az
sonra,
noyabr
ayının 3-də M.Rabinov Azərbaycan
nümayəndələrinə məktubla müraciət etdi. Məktubdan məlum olur ki, о xeyli iş
görmüş, Azərbaycana göndərmək üçün 15 milyon dollarlıq mal tədarük etmişdir.
Amerika kreditləri məsələsinə gəldikdə isə bu məsələdə çətinlik ondan ibarət idi ki,
ABŞ siyasi cəhətdən tanımadığı ölkəyə kredit vermirdi. Rabinov bunu üçüncü ölkə
vasitəsi ilə etmək istəyirdi. M.Rabinov Ə.M.Topçubaşova bildirirdi ki, dekabrın 5-
də o, Parisdə olacaqdır və özü ilə Bakıya yola salmaq üçün işgüzar adamların
1115
Yenə orada, v.58-59
1116
Азербайджан, 1920, 1 января.
1117
Valter Çandlerin Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin sədri
Ə.M.Topçubaşova məktubu. 01.11.1919.//ARDA, f.970, s.1, i.145, v.56
1118
ARDA, f.970, s.1, i.145, v.10
329
böyük bir dəstəsini gətirir.
1119
M.Rabinovun qısa müddətdə ABŞ-da gördüyü ən
mühüm iş Amerika-Qafqaz kommersiya palatasını təşkil etmək idi. Bu palata
Azərbaycanla ticarət-iqtisadi münasibətlərdə həlledici rol oynaya bilərdi.
ABŞ-ın keçmiş Rusiya imperiyasında yeni yaranmış dövlətlərə, о cümlədən,
Azərbaycana münasibətinin səciyyəvi cəhətləri V.Çandlerin noyabr ayının 10-da
Ə.M.Topçubaşova göndərdiyi məktubda daha qabarıq şəkildə açılır. O, rəsmi
şəkildə Azərbaycanın müstəqilliyinin tanınmasını Dövlət Departamenti qarşısında
qaldıranda aydın olur ki, Birləşmiş Ştatlar Kolçak, Denikin və Yudeniçin
aqibətinin nə ilə qurtaracağını gözləyir. V.Çandler göstərir ki, rus ağqvardiyaçı
generallarının məğlubiyyəti Dövlət Departamentində fikri yeni yaranmış
respublikaların xeyrinə dəyişdirməkdədir. ABŞ Dövlət Departamentində yeni
respublikaların müstəqilliyinin tanınması ilə bağlı V.Çandlerin sorğusuna verilən
cavabda göstərilirdi ki, Ştatların Departamenti son nəticədə kiçik xalqların
müstəqilliyinin tanınmasının əleyhinə deyildir, lakin bu indi ona görə mümkün
deyildir ki, Amerika hökuməti Millətlər Cəmiyyəti məsələsini axıra qədər həll
etməmişdir və bir də Kolçaka axırıncı dəfə imkan verilir ki, bolşevizmi məhv
etmək üçün öz gücünü göstərsin. Eyni zamanda bu məktubda yaxın vaxtlarda,
Azərbaycan da daxil olmaqla, Rusiya xalqlarına ABŞ tərəfindən prezident layihəsi
üzrə yardım göstəriləcəyinin mümkünlüyü söylənilirdi. V.Çandler haqlı olaraq
qeyd edirdi ki, kiçik xalqlar öz müstəqilliklərinin tanınması üçün bir neçə ay, yəni,
Kolçak və Denikinin tam məğlubiyyətini gözləməli olacaqlar.
1120
1919-cu ilin payızında rus ağqvardiyaçı generallarının məğlubiyyəti hiss
edildiyi üçün, təkcə ABŞ-ın deyil, Böyük Britaniya, Fransa, İtaliya siyasi və
işgüzar dairələrinin də Qafqaza, о cümlədən Azərbaycana marağı artırdı. De-
Monzienin rəhbərlik etdiyi Franko-Qafqaz Komitəsi oktyabr ayının 4-də
Azərbaycan və gürcü, habelə Fransa işgüzar dairələrinin iştirakı ilə Qafqaza aid
konfrans keçirmişdi.
1121
Konfransın işini şərh edən Fransa mətbuatının Qafqaza
münasibətdə əvvəlki mühafizəkarlığı demək olar ki, yox idi. Konfransda
Azərbaycan nümayəndələrindən C.Hacıbəyli və M.Məhərrəmov məruzə etmişdilər.
Oktyabr ayının ortalarında Fransa hərbi missiyası ilə birlikdə Fransa
Respublikasının ticarət və sənaye nazirliyinin nümayəndəsi də Bakıya gəlmişdi.
1122
Xarici işlər naziri M.Y.Cəfərovla danışıqlarda onlar bildirmişdilər ki, Fransa
hökuməti Azərbaycanın iqtisadi və siyasi vəziyyəti ilə maraqlanır və onunla
dostluq münasibətləri yaratmağı arzulayır. Fransadan gəlmiş missiyanın başçısı
1119
Maks Rabinovun Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin sədri
Ə.M.Topçubaşova məktubu. 03.11.1919.//ARDA, f.970, s.1, i.145, v.79-80
1120
Valter Çandlerin Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin sədri
Ə.M.Topçubaşova məktubu. 10.11.19197/ARDA, f.970, s.l, i.145, v.80
1121
Comite France-Caucase.// Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 18 Novembre, №4,
p.5; Fransa-Qafqaz komitəsi haqqında. 1919.// ARDA, f.970, s.1, i. 146, v.91.
1122
Télégramme Le Ministre des Affaires EtrangèresA Mission Militaire Française Tiflis. // Ministère
des Affaires Etrangère de France, Archives Diplomatique,vol.638, folio 95.
330
qeyd etdi ki, fransız ictimaiyyəti və hökuməti Azərbaycandakı vəziyyət haqqında
çox pis məlumatlandırılır. Onlar Azərbaycana səfər zamanı gördükləri vəziyyət
haqqında Fransa hökumətinə məlumat verəcəklərini bildirdilər.
1123
Bunun ardınca
isə İ.Enriko başda olmaqla, İtaliya missiyası Azərbaycana gəlmişdi. Böyük
Britaniyanın ən böyük kompaniyalarından biri olan "Kosmos" kompaniyası ilə
Azərbaycan nümayəndələri arasında imzalanmış sazişə görə, kompaniya Qara
dəniz limanlarından Azərbaycanda olan artıq xammalın daşınıb Avropada satışının
təşkil edilməsini öz üzərinə götürürdü.
1124
Fransanın teleqraf və telefon kompaniyası Azərbaycan Respublikasının
poçt-teleqraf işlərini ümumdünya standartlarına uyğunlaşdırmaq və Gəncə
radiostansiyasını Eyfel qülləsindəki Avropa radiostansiyasına qoşmaq üçün
Parisdəki Azərbaycan nümayəndələri ilə qarşılıqlı razılaşmaya əsasən,
Azərbaycana xeyli avadanlıq göndərmiş və öz mühəndislərini ezam etmişdilər.
1919-cu ilin noyabrında ilk dəfə olaraq, Ə.M.Topçubaşov Eyfel qülləsindəki
radiostansiyadan Gəncə radiostansiyasına birbaşa xətlə Azərbaycan Respublikası
Nazirlər Şurasının sədrinə bu məzmunda teleqram göndərdi: "Əziz vətənimizin
iqtisadi və mədəni tərəqqisində böyük rol oynayacaq ilk Azərbaycan
radiostansiyasının fəaliyyətə başlaması münasibəti ilə sizi təbrik edirəm."
1125
Fransa ilə poçt-teleqraf sahəsində imzalanmış sazişdən az sonra Ə.M.Topçubaşov
İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya poçt ittifaqına üzv olmaq üçün
Beynəlxalq Büroya ərizə ilə müraciət etdi.
1919-cu ilin payızında Gürcüstan və Azərbaycan nümayəndələri Sülh
konfransında Qafqaz məsələsinin həll edilməsini sürətləndirmək məqsədi ilə
müxtəlif formalarda konfransın sədrinə və Beşlər Şurasının üzvlərinə müraciət
etmişdilər. Hər iki nümayəndəlik Qafqaz işləri üzrə xüsusi komissiyanın
yaradılması barədə sentyabrın 17-də konfransın sədrinə, sentyabrın 20-də isə
Antanta dövlətlərinin konfransında olan nümayəndələrinə ərizə ilə müraciət
etdilər.
1126
Ərizədə Azərbaycanda və Gürcüstanda, ümumilikdə Qafqazda cərəyan
edən hadisələr dərindən təhlil edilir və göstərilir ki, Cənubi Qafqaza aid məsələ
zəruri beynəlxalq problem kimi, rus məsələsindən asılı olmayaraq, müstəqil məsələ
kimi yubadılmadan həll edilməlidir. Müraciətdə qeyd edilirdi ki, güclü xammal
1123
Rapport sur le mouvement commercial de la province de l'Azerbaidjan pendant l'année Yount Il
1298. // Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.638, folio 96 - folio
101; Азербайджан, 1919, 17 октября.
1124
ARDA, f.970, s.l, i.142, v.128-130
1125
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Eyfel qülləsindəki radiostansiya vasitəsi ilə Nazirlər Şurasının sədrinə teleqramı.
Noyabr, 1919.//ARDA, f.970, s.l, i.145, v.109
1126
Président de la Délégation de Paix de la République d'Azerbaïdjan Аli Mardan Toptchibacheff - Son
Excellence, Monsieur le Président de la Conférence de la Paix. Lle 17 septembre 1919.// Ministère des
Affaires Etrangère de France, Archives Diplomatique, vol.832, folio 107-108
331
ehtiyatları olan bu regionu Avropa və Amerika iqtisadi mexanizminə qoşmaq üçün
poçt-teleqraf, kommersiya, maliyyə, dəmiryolu və digər sahələrin inkişaf
etdirilməsi təxirəsalınmaz məsələlər kimi həll edilməlidir. Bütün bu məsələlərin
həlli üçün ərizədə təklif olunurdu ki, "Sülh konfransında Qafqaz məsələsinə dair
xüsusi komissiyanın yaradılması zəruridir."
1127
1919-cu ilin payızında Gürcüstan və Azərbaycan nümayəndələri Qafqaza
aid bütün məsələləri, ilk növbədə isə onlara aid siyasi məsələləri müzakirə etdilər
və bu barədə Antanta Ali Şurasına nota vermək qərarına gəldilər. Azərbaycan
nümayəndələri tərəfindən hazırlanmış kollektiv notanın layihəsinin müzakirəsində
Azərbaycan, Estoniya, Latviya, Litva, Belorusiya, Ukrayna, Kuban, Şimali Qafqaz
və Gürcüstan nümayəndələri iştirak etdilər. Nəticədə Belorusiya və Ermənistan
nümayəndələri notanı imzalamaqdan imtina etdilər. Erməni nümayəndəsi doktor
Ohancanyan bildirdi ki, "söhbət tanımaqdan gedirsə, erməni nümayəndəliyi bu
notanı imzalamayacaq, çünki onlar belə hesab edirlər ki, Versal traktatına görə
onları tanıyıblar." Bununla yanaşı, Ohancanyan əlavə etdi ki, "əgər türkləri, yaxud
Denikini seçmək lazım gəlsə, ermənilər axırıncıya üstünlük verəcəklər."
1128
Qalan
səkkiz respublikaların nümayəndələri sülh konfransının sədri Jorj Klemansonun
adına hazırlanmış notanı imzaladılar və oktyabr ayının 8-də Sülh konfransına
təqdim etdilər. Bu müttəfiqlərin Kolçakı tanıması ilə bağlı yeni respublikaların
iyun ayındakı etiraz notasından sonra ikinci kollektiv nota idi. Notada yeni
respublikaların maddi və mənəvi, ilk növbədə isə hərbi yardıma ciddi
ehtiyaclarının olduğu göstərilir, bunun üçün onları beynəlxalq hüququn subyekti
kimi tanımağın zəruriliyi qeyd edilirdi. Rusiyada qarşı-qarşıya duran müxtəlif
qüvvələrin siyasi məqsədləri araşdırılaraq, notada belə bir nəticəyə gəlinirdi ki,
bolşeviklər Rusiya imperiyasının hüdudlarında proletariat diktaturası, ağqvardiyaçı
generalların simasında mürtəce qüvvələr isə həmin hüdudlarda hərbi diktatura
yaratmaq planları ilə xalqlar həbsxanası olan köhnə Rusiyanı bərpа etmək
istəyirlər. Bu arzuya çatmaq yolları müxtəlif olsa da, yeni yaranmış respublikaların
taleyi baxımından məqsəd və mahiyyət eynidir. Notada haqlı olaraq qeyd edilirdi
ki, Rusiyada bir-birinə qarşı vuruşan bu qüvvələr əlverişli məqam düşən kimi silahı
yeni yaranmış demokratik respublikalara qarşı çevirməyə hazırdırlar. Belə bir
şəraitdə yalnız Antanta dövlətlərinin yardımı müstəqil respublikaları Rusiyanın
yeni və köhnə qüvvələrinin təcavüzündən qoruya bilər. Lakin səkkiz respublikanın
nümayəndələri göstərirdilər ki, onların dövlətlərinin dəfələrlə müraciət etməsinə
baxmayaraq, Antanta tərəfindən heç bir yardım alınmamışdır. Əksinə olaraq, bu
yardım bolşevizmə qarşı mübarizə pərdəsi altında gizlənmiş, yeni respublikalara
münasibətdə təcavüzkar məqsədlərdən əl çəkməmiş Kolçak və Denikinə
1127
Ə.M.Topçubaşov və N.S.Çxeidzenin Sülh konfransının sədrinə məktubu. 17.09.1919. // ARDA,
f.970, s.1, i.142, v.102
1128
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.970, s.1. v.146, v.2
332
göstərilmişdir. Onların ciddi cəhdlərinə baxmayaraq, ötən dövr sübut etmişdir ki,
xalqların azadlıq ruhuna məhəl qoymadan Rusiyanı köhnə hüdudlarda bərpа etmək
artıq mümkün deyildir.
1129
Notada deyilirdi: "Bizim dövlətlərimizin məsələlərinin
beynəlxalq həlli bundan sonra yubadılmamalıdır və Rusiya məsələsindən asılı
olmayaraq həll edilməlidir. Bunu sülhün, humanizmin və tərəqqinin mənafeyi tələb
edir. Bizim dövlətlərimizin beynəlxalq cəhətdən tanınmasının zəruriliyi göz
qabağındadır... Bizim xalqlar beynəlxalq maliyyə aləmindən təcrid olunub, xarici
kreditlərdən istifadə etmək və öz iqtisadi-maliyyə vəziyyətini tənzim etmək
imkanından məhrum edilib."
1130
Notada dağılmış Rusiya imperiyasında yaranmış
respublikaların müstəqilliyinin tanınması, onların beynəlxalq maliyyə sisteminə və
iqtisadi münasibətlərə cəlb edilməsi zəruri bir məsələ kimi Sülh konfransının,
Antanta dövlətlərinin xarici işlər nazirlərinin daxil olduğu və Fransanın xarici işlər
naziri Stefan Jan Mari Pişonun sədrlik etdiyi Ali Şuranın nəzərinə çatdırılırdı.
Notanın surəti oktyabr ayının 12-də Fransanın "Le Temps" qəzetində çap
edilmişdi.
1131
Əvvəllər yeni respublikalara qarşı barışmaz, daha doğrusu mürtəce
mövqe tutan Fransa mətbuatının belə məzmunda sənədlərə maraq göstərməsi,
həmin respublikaların taleyində yaxşılığa doğru dönüşün başlandığından xəbər
verirdi.
Bu notadan az sonra, oktyabr ayının 29-da, Fransa müstəmləkə liqasının
xarici siyasət bölməsində Azərbaycan və Gürcüstan nümayəndələrinin müraciəti
əsasında Cənubi Qafqaz məsələsi müzakirə edilmişdi. Liqanın direktoru Pol
Burdari Azərbaycan nümayəndə heyətinin sədrinə göndərdiyi məktubda yazırdı:
"Azərbaycan və Gürcüstan respublikalarının mövcud hökumətlərinin de-fakto və
de yure tanınması haqqında xahişləri Fransa müstəmləkə liqasının iclasında
müdafiə edilmişdir."
1132
Bu respublikalarda Fransanın yüksələn iqtisadi mənafeyini
nəzərə alaraq, Liqa Azərbaycana və Gürcüstana təcili diplomatik nümayəndəlik
göndərməsini Klemanso hökumətindən xahiş etmişdi. Pol Burdari məktubun
axırında qeyd edirdi: "Mən ürəkdən arzulayıram ki, bu xahiş /Fransa hökumətinə
Liqanın xahişi - C.H./ sizin daimi olaraq uğrunda çalışdığınız - xalqınızın müstəqil
inkişafı məqsədinə xidmət etmiş olsun."
1133
1919-cu ilin oktyabr ayında Parisdə olan Azərbaycan nümayəndələri daha
iki mühüm addım atdılar. Bunlardan biri Hindistan müsəlmanlarının və
1129
Note remise le 8 octobre, par les representants de nouveaux Etats а М. Georges Clemenceau,
president du Conseil supreme interallie a la Conference de la Paix. // Bulletin d'Intormation de
L'Azerbaidjan. Paris, 1919, 18 Novembre, №4, p.1-3
1130
Ə.M.Topçubaşov (Azərbaycan), A.M.Çermoyev (Dağlılar Respublikası), S.R.Pusta (Estoniya),
N.S.Çxeidze (Gürcüstan), L.Bıç (Kuban), İ.Seskis (Latviya), F.Naruşeviç (Litva) qraf Tışkevişin
(Ukrayna) Sülh konfransının sədri Jorj Klemansoya notası. 08.10.1919.// ARDA, f.970,
s.1, i.13, v.8-9
1131
Bax: Le Temps, 1919, 12 octobre
1132
Une letter De M.Bourdarie.// Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 15 Decembre,
№5, p.3
1133
Pol Bardurinin Ə.M.Topçubaşova məktubu. 29.10.1919.//ARDA, f.970, s.l, i.5, v.8
333
ismayililərin başçısı, hələ 1886-cı ildə yaradılmış Mərkəzi Müsəlman
Cəmiyyətinin liderlərindən olan Ağa Xanla,
1134
ikincisi isə İran şahının Londona
səfərini müşayiət edərkən yolüstü Parisə gəlmiş İranın xarici işlər naziri Firuz
Mirzə ilə keçirilən görüşlər olmuşdu. Sentyabrın 30-da Londondan Parisə gəlmiş
Ağa Xan Azərbaycan nümayəndələri ilə görüşdü. Ə.M.Topçubaşov Azərbaycanın
istiqlaliyyəti haqqında ona geniş məlumat verərək, Azərbaycan Respublikasının
Paris Sülh konfransından tələblərini Ağa Xana təqdim etdi. O, Azərbaycan
haqqında İngiltərənin Baş Naziri Lloyd Corcla danışacağını və Azərbaycan
nümayəndələrinin tələblərini ona çatdıracağını vəd etdi. Ağa Xan Londona
döndükdən sonra Parisə - Azərbaycan nümayəndələrinin ünvanına Mərkəzi
Müsəlman Cəmiyyətindən təbrik məktubu gəldi. Məktubda qardaş Azərbaycan
xalqının müstəqilliyə nail olmasında Versalda olan Azərbaycan nümayəndələrinə
uğurlar arzu edilirdi.
1135
Oktyabrın ortalarında Mərkəzi Müsəlman Cəmiyyətinin
Baş katibi Mirzə Haşım İsfəhani də Parisə gəldi və oktyabr ayının 25-də İran
nümayəndələrinin iştirakı ilə Hind-Azərbaycan nümayəndələrinin birgə müşavirəsi
oldu.
1136
Müşavirədə, həm Mərkəzi Müsəlman Cəmiyyətinin nümayəndələri, həm
də İranın xarici işlər naziri Firuz Mirzə Qafqazda müstəqil Azərbaycanın
mövcudluğunun zəruriliyini və ona kömək göstərilməsinin vacibliyini qeyd etdilər.
İran xarici işlər naziri müşavirənin bu qərarını Azərbaycan nümayəndələri ilə
görüşdə bir daha təsdiq etdi və bildirdi ki, onlar Qafqaz Azərbaycanına ümumi
maraq naminə kömək etməyə hazırdırlar və bu köməkdə öz xeyirlərinə heç bir
məqsəd güdmürlər. Firuz Mirzə dedi: "Bizim nümayəndələrə birgə hərəkət etmək
lazımdır. İngiltərə rəhbərlərinin diqqətini sizin məsələyə yönəltməyə mənim
imkanım var. Bizim birgə çıxışlarımız həm sizə, həm də bizə kömək edər. Belə
birləşmə formasını yalnız müzakirə etmək lazımdır və bunun üçün həm sizdən,
həm də bizdən bərabərhüquqlu komissiya yaratmaq lazımdır."
1137
Göründüyü kimi,
belə səmimi və faydalı münasibətlər İran tərəfinin 1919-cu ilin yayında
Azərbaycana qarşı ərazi iddiaları üzərində köklənmiş tələblərdən əsaslı surətdə
fərqlənirdi."
1138
İndi artıq müstəqil Azərbaycan dövlətinin olmasında İranın özünün
də maraqları var idi. Hələ 1919-cu ilin iyulunda "Azərbaycan" qəzetində Yusif
Vəzir Çəmənzəminli yazırdı: "Böyük rus tufanından həmişə zərər görənlərdən biri
də İran idi. Bu məmləkət çoxdan bəri dövləti islahatları həyata keçirmək meylində
idisə də, rus intriqaları heyfən ki, bu fikirləri yıxıb əzirdi. İranın bir daxili işləri yox
idi ki, ona rus qarışmasın... Biçarə İran rus zərbəsindən göz aça bilmirdi ki,
1134
L'Azerbaidjan et l'Aga Khan.//Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 17 Janvier, №7,
p.3
1135
А.М.Топчибашев. Письма из Парижа, с.93
1136
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.894, s.10, i.94, v.21
1137
ARDA, f.894, s.10, i.94,v.21
1138
Azərbaycan, 1919, 7 iyun.
334
ölkəsinin rahət və tərəqqisinə çalışsın. Rus yıxıldı. Rus ilə İran arasında
Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları döşlərini
sipər edərək durdular və duracaqlardır. İran da asudə nəfəs almağa başladı... hansı
nöqteyi-nəzərdən baxsaq, İranın müstəqil və məsud yaşaması bizə əlverişlidir.
Dövlətimizin "Azərbaycan" adlandığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki Təbriz
əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortaqlıqda heç
bir məsələ yoxdur. İranın haqqına təcavüz etmək fikrində deyilik, olmamışıq və
olmayacağıq, bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə
dostluğumuz olacaqdır."
1139
Rəsmi dövlət orqanlarında verilən belə yazılar və ayrı-
ayrı bəyanatlar İran tərəfinin Azərbaycan Respublikasına olan əvvəlki şübhələrini
aradan qaldırmışdı. Az vaxt içərisində Parisdə Azərbaycan-İran birgə komissiyası
yaradıldı və ora Azərbaycan nümayəndələrindən M.Mehdiyev və C.Hacıbəyov,
İran tərəfindən isə Parisə gəlmiş yeni nümayəndələr - Zəkov Mülk və Mustan-
Sarus-Səltənə daxil oldular.
1140
Bir neçə günlük müzakirədən sonra birgə
komissiya noyabr ayının 1-də dörd maddədən ibarət İran-Azərbaycan İttifaqı
haqqında saziş hazırladı. Orada göstərilirdi: 1. Rusiyada hansı dövlət forması və
quruluşu yaranırsa yaransın, Qafqaz Azərbaycanı, Azərbaycan nümayəndələrinin
Sülh konfransına təqdim etdiyi tələblərdə və xəritələrdə göstərilən sərhədlərdə qəti
olaraq birdəfəlik Rusiyadan ayrılır; 2. Qafqazın göstərilən dairəsində mövcud olan
Azərbaycan Respublikası 1918-ci il mayın 29-dan etibarən Azərbaycan hökuməti
tərəfindən ümumi seçki yolu ilə yaradılmış, Azərbaycan Müəssislər Məclisində
təsdiq edilmiş qanun əsasında seçilən prezidenti və parlamenti ilə, paytaxtı Bakı
şəhəri olmaqla, müstəqil, asılı olmayan, demokratik respublika kimi tanınır; 3.
Xarici işlər sahəsində Azərbaycan Demokratik Respublikası Azərbaycan və İran
hökumətlərinin qarşılıqlı razılıq əsasında işləyib müəyyən etdiyi əlaqələr
formasında qonşu İran dövləti ilə siyasi-iqtisadi münasibətlər yaradır. Yuxarıda bir
və ikinci maddələrdə göstərilən məqsədə nail olmaq üçün Azərbaycan
Respublikası özünün müstəqilliyinin tanınmasında, hər cür qəsddən qorunmasında,
təhlükəsizliyinin təmin olunmasında, siyasi, iqtisadi və mədəni inkişafında, hərbi
gücündə İranın etdiyi kömək şəklində, İngiltərənin də həqiqi köməyinə ehtiyac
duyur; 4. Bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndəliyinin
özü tərəfindən elan edilməlidir.
1141
Bu razılıq əldə edildikdən sonra Azərbaycan
nümayəndələri bildirdilər ki, onlar özləri İran hökumətinin vasitəçiliyi ilə İngiltərə
hökuməti ilə görüşüb lazımi məsələləri aydınlaşdırmalıdırlar. Ə.M.Topçubaşov
İran nümayəndələri ilə hazırlanmış İttifaq Müqaviləsi haqqında Bakıya yazırdı:
"Əlbəttə, İranın müasir vəziyyətini və eyni zamanda onun avqustun 9-da İngiltərə
ilə bağladığı sazişi nəzərə alırıq və bizim fikrimizcə, əgər bu müqavilə həyata
1139
Azərbaycan, 1919, 11 iyul.
1140
А.М.Топчибашев. Письма из Парижа, с.94
1141
Yenə orada, s.94-95
335
keçərsə, onda çox gözəl nəticə alınar. Maddələrin mətnindən gördüyünüz kimi,
bizim tərəfimizdən müstəqillik prinsipi möhkəm qorunur."
1142
Tərəflər arasında
razılaşmadan aydın görünürdü ki, Azərbaycan nümayəndələri 1919-cu ilin
avqustun 9-da İngiltərə ilə İran arasında imzalanmış sazişə "dolayısı yolla
Britaniya qalxanının altında müdafiə imkanı kimi baxırdılar."
1143
Məlum olduğu
kimi, avqustun 9-da Tehranda imzalanmış İngiltərə-İran sazişi İngiltərəyə bir sıra
üstünlüklər verirdi.
1144
Lakin nəzərə almaq lazımdır ki, 9 avqust İngiltərə-İran
sazişinə qarşı çıxan İran ictimaiyyəti həmin dövrdə xeyli dərəcədə bolşevik
təbliğatının təsiri altında idi. Halbuki İranın vəziyyəti baxımından bu о qədər də
sərfəsiz saziş deyildi. Elə müqavilənin birinci bəndində Böyük Britaniya hökuməti
İranın ərazi bütövlüyünə və müstəqilliyinə sədaqətini ifadə edirdi. Sonrakı
maddələrdə İran ordusunun müdafiə qabiliyyətini yüksəltmək üçün tədbirlər
kompleksi nəzərdə tutulurdu. Dördüncü maddədə və əlavə sazişə əsasən isə Böyük
Britaniya İrana uzun müddətə iki milyon funt sterlinq məbləğində kredit verirdi.
1145
9 avqust sazişinə İranın təhlükəsizliyi baxımından yanaşıldıqda, Tehranın bu
müqavilədə bir sıra siyasi məqsədlər güddüyü aydınlaşır. Məlum olduğu kimi,
1918-ci ildən başlayaraq, İranda bolşevizm təhlükəsi güclənmişdi. Gilan Sovet
respublikası bunun əyani nümunəsi idi.
1146
Digər tərəfdən, Xəzər dənizində rus
donanması ağalıq edirdi. Belə vəziyyətdə Rusiyada qarşı-qarşıya duran hər iki
qüvvə İran üçün eyni dərəcədə təhlükəli idi. Ona görə də Böyük Britaniya kimi
qüvvətli bir dövlətin İranın təhlükəsizliyini öz üzərinə götürməsi İran üçün etibarlı
müdafiə sistemi demək idi. Şübhəsiz ki, bu saziş Böyük Britaniyanın da
mənafeyinə uyğun idi. İranda siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmlənməklə
Britaniya özünün Yaxın və Orta Şərqdəki müstəmləkələrində nəzarəti
qüvvətləndirir, digər tərəfdən isə qeyd edilən regionda Böyük Britaniya siyasəti
üçün ciddi təhlükə təşkil edən bolşevizmə qarşı etibarlı müdafiə sistemi yaradırdı.
İranla ittifaqa girməklə Azərbaycan nümayəndələri nəzərdə tuturdular ki,
"Azərbaycan da İran kimi Britaniyadan eyni dərəcədə kömək alacaqdır."
1147
1919-
cu ilin yayında ingilis qoşunlarının Qafqazda qalmasına nail ola bilməyən
Azərbaycan üçün öz istiqlaliyyətini Denikin və bolşevik Rusiyası təhlükəsindən
qorumaqda bu, ən yaxşı vasitə idi. Əslində, Parisdə hazırlanmış "İran-Azərbaycan
İttifaqı" az sonra bu ölkələr arasında faydalı əməkdaşlığın və işgüzar
münasibətlərin yaradılmasında uğurlu başlanğıc oldu. 1920-ci ilin mart-aprel
1142
Yenə orada, s.95-96
1143
Swietochowski. Russian Azerbaijan, p.157
1144
Əlavə məlumat üçün bax: С.М.Алиев. История Ирана. XX век, с.97-98.
1145
ARDA, f.970, s.1, i.146, v.118-120
1146
Gilan Sovet respublikası haqqında geniş məlumat üçün bax: В.Генис Красная Персия.
Большевики в Гилане. 1920-1921. Москва, 2000; М.А.Персиц. Застенчивая интервенция. О
советском вторжении в Иран и Бухару в 1920-1921 гг. Москва, 1999; S.Rüstəmova-Tohidi.
Kominternin Şərq siyasəti və İran. 1919-1943. Bakı, 2001.
1147
T.Swietochowski. Russian Azerbaijan, p.158
336
aylarında Azərbaycanla İran arasında siyasi, iqtisadi, ticarət, poçt-teleqraf, gömrük,
konsulluq mübadiləsi və digər məsələlərlə bağlı ikitərəfli müqavilələr imzalandı.
Son nəticədə İran, Azərbaycan Respublikasının müstəqilliyini de yure cəhətdən
tanıyan ilk dövlətlərdən biri oldu.
1148
Hadisələrin sonrakı inkişafı təsdiq etdi ki,
1919-cu ilin payızında Azərbaycan nümayəndələrinin Versalda İran nümayəndələri
ilə əməkdaşlığı, onların Paris Sülh konfransındakı fəaliyyətinin uğurlu
addımlarından biri hesab edilməlidir.
1919-cu ilin payızından başlayaraq, beynəlxalq iqlimin yeni yaranmış
respublikaların xeyrinə dəyişdiyi dövrdə Azərbaycan nümayəndələri Parisdə, təkcə
siyasi və iqtisadi məsələlərlə deyil, eyni zamanda geniş təbliğat işləri ilə də məşğul
olurdular. Çox böyük maliyyə çətinliklərinə baxmayaraq, Versalda olan
Azərbaycan nümayəndələri az qüvvə ilə böyük işlər görməyə nail ola bilmişdilər.
Onların fədakarlığı sayəsində Azərbaycanın tarixi, əhalisi, iqtisadiyyatı, təbii
sərvətləri və siyasi vəziyyəti haqqında ingilis və fransız dillərində kitabçalar
seriyası hazırlanıb, çap edilmiş, ilk dəfə olaraq, Avropa mətbuatına çıxmaq
mümkün olmuşdu. İstiqlaliyyətin tanınması ərəfəsində bunlar mühüm addımlar idi.
Xarici ölkələrdə təbliğat işi Azərbaycan Xarici İşlər Nazirliyinin də diqqət
mərkəzində idi. 1919-cu ilin ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində
Cənubi Qafqazda rus siyasətinə dair materiallar toplayan xüsusi komissiya
yaradılmışdı. Bu komissiya müstəqilliyi ideoloji baxımdan möhkəmləndirmək
istiqamətində faydalı işlər görmüş, rus müstəmləkəçiliyinin ifşası baxımından
maraqlı materiallar toplamışdı. Azərbaycanın tanındığı Şərq regionunda təbliğat
işləri о qədər də çətinlik təşkil etmirdi. Azərbaycan və rus dillərində nəşr edilmiş
materialları asanlıqla qonşu ölkələrdə yaymaq olurdu. Məsələn, Adil xan
Ziyadxanovun 1919-cu ildə Bakıda nəşr edilmiş "Azərbaycan: tarixi, ədəbi və
siyasi vəziyyəti" adlı kitabının üç min nüsxəsi qısa müddətdə İranda olan
Azərbaycan konsulluğu tərəfindən yayılmışdı.
1149
Lakin Azərbaycanın az tanındığı
Qərb ölkələrində onun haqqında təbliğat işləri aparmaq böyük çətinliklər təşkil
etdiyindən bu iş planlı şəkildə aparılmalı idi. Ona görə də, Azərbaycan Xarici İşlər
Nazirliyi Qərbi Avropa ölkələrində təbliğatın təşkili ilə bağlı xüsusi plan müzakirə
edib qəbul etmişdi.
Orada göstərilirdi ki, Azərbaycan nümayəndələrinin Versalda olması onun
tanınması üçün zəruri olan addımlardan biridir. Lakin Avropada buna zəmin
hazırlanmalı, ictimai rəy formalaşdırılmalıdır. Sənəddə deyilirdi: "Bizim
nümayəndələrimiz о zaman arzu olunan nəticələr əldə edə bilərlər ki, heç olmasa
neytral dövlətlərin ictimai fikri onların tərəfində olsun. Bu əsasda ictimai fikri öz
tərəfimizə çəkmək üçün Qərbi Avropanın böyük mərkəzlərində intensiv təbliğat
1148
Bax: Qafqaz fövqəladə heyəti: Seyyid Ziya-əddin Təbatəbainin rəhbərliyi altında Qafqaza
ezam
olunmuş heyətin müzakirə və müqavilələrinə dair sənədlər (1919-1920). Tehran, Siyasi
və beynəlxalq
tədqiqatlar mərkəzi, 1379 (2000)
1149
ARDA, f.970, s.1, i.203, v.3-4
337
işlərini təşkil etmək zəruridir." Bu məqsədlə 1919-cu ildə Paris Sülh konfransında
fəaliyyət göstərən nümayəndə heyəti üçün materialları toplayan xüsusi komissiya
təsis edilmişdi. Avropa ölkələrində təbliğat işlərini genişləndirməyə zərurət onunla
bağlı idi ki, erməni "təbliğatçıları" Azərbaycanda milli münasibətlərə, sosial-
iqtisadi və siyasi vəziyyətə dair faktları saxtalaşdıraraq, guya onun siyasi, mədəni
və iqtisadi sahəsində həddindən çox geri qaldığını "əsaslandırır", bu yolla
Azərbaycanın müstəqil dövlət kimi tanınmasının əleyhinə çalışırdılar. Ona görə
Azərbaycan Xarici İşlər Nazirliyi Qərbi Avropada iki mühüm vəzifəni -
Azərbaycan haqqında yayılan saxta materialları təkzib etmək və Azərbaycanı
populyarlaşdırmaq vəzifəsini yerinə yetirmək üçün təbliğat mərkəzi yaratmağı
vacib bilirdi.
1150
Bunun üçün nəzərdə tutulurdu ki, Avropa mərkəzlərindən birində,
konkret mənada İsveçrədə illüstrasiyalı əlavə ilə birlikdə heç olmasa bir qəzet
buraxılsın, bu ölkələrdə Azərbaycanın tarixi, ədəbiyyatı, incəsənəti, sosial-siyasi
vəziyyəti haqqında broşurlar çap edilib yayılsın, təbliğat məqsədi ilə Qərbi Avropa
ölkələrində müxtəlif siyasi partiyaların mətbuat orqanlarından istifadə edilsin, açıq
mühazirələr oxunsun və mitinqlərdə çıxışlar edilsin. Bu vəzifələri yerinə
yetirməkdən ötrü Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycanın mənafeyinin
müdafiəsinə həsr edilən Avropada qəzetlər buraxmaq və İsveçrəyə fövqəladə
missiya göndərmək haqqında" məsələni müzakirə edib, parlamentin təsdiqinə
verdi. Azərbaycan Xarici İşlər Nazirliyinin müəyyən etdiyi vəzifələri yerinə
yetirmək üçün neytral ölkələr içərisindən İsveçrənin seçilməsi heç də təsadüfi
deyildi. Parlament üçün hazırlanmış məruzədə qeyd edilirdi ki, hazırda neytral
ölkələr içərisində öz coğrafi vəziyyətinə və siyasi əhəmiyyətinə görə İsveçrə dünya
siyasətində başlıca rol oynayır. İndi yalnız İsveçrədən Qafqaz dövlətlərinə dair
daha müstəqil və uğurlu siyasət aparmaq olar. Məruzədə İngiltərə, Fransa, İtaliya,
Almaniya, yaxud Avstriyada müstəqil, hansı dövlətinsə siyasətinə uyğun gəlməyən
təbliğatın aparılmasının qeyri-mümkün olduğu qeyd edilir, digər neytral mərkəzlər
olan Kopenhagendə, Brüsseldə və Madriddə bu işin əlverişsiz olduğu göstərilirdi.
İsveçrə son illərdə bu və ya digər dövlətlər qruplaşmalarına münasibətdə öz
neytrallığını qoruyub saxlaya bildiyindən dünya siyasətinin bütün xətləri demək
olar ki, burada kəsişirdi. Bütün bunları nəzərə alaraq, Azərbaycan Xarici İşlər
Nazirliyi İsveçrəyə fövqəladə missiya göndərilməsini, Cenevrədə Azərbaycan
mətbuat orqanının nəşr edilməsini, bu mümkün olmazsa, İsveçrə mətbuatından
Azərbaycanın mənafeyi üçün istifadə etməyi zəruri hesab edirdi.
1151
Versaldakı Azərbaycan nümayəndələri də Azərbaycan təbliğat mərkəzinin
İsveçrədə yaradılmasına tərəfdar idilər. Millətlər Cəmiyyətinin Cenevrədə fəaliyyət
göstərəcəyini nəzərə alaraq, Azərbaycan nümayəndələri ilk addım kimi orada
ingilis və fransız dillərində çıxan "L"Eyrope Orientale" jurnalının rəhbərliyi ilə
əməkdaşlığa başlamış və razılığa gəlmişdilər ki, 20 min nüsxə jurnala abunə
1150
ARDA, f.2905, s.l, i.21, v.7
1151
Yenə orada, v.8-10
338
yazılmaq müqabilində "L"Eyrope Orientale"də Azərbaycan haqqında tez-tez
yazılar getsin. Ə.M.Topçubaşov bu jurnalla əməkdaşlıq barədə Azərbaycan
Nazirlər Şurasının sədrinə yazırdı: "Jurnal, gələcəkdə bizim üçün çox faydalı orqan
olacaq, xüsusən, Cenevrədə Millətlər Cəmiyyətinin gözü qabağında bizim
ocağımızın yaranması üçün bu jurnal çox lazımdır... Məsələ, təkcə jurnalda deyil,
Cenevrədə elə bir mərkəz yaratmaq planlaşdırılır ki, keçmiş Rusiyanın ərazisində
yaradılmış bütün yeni respublikaların müdafiəsini öz üzərinə götürə bilsin... bu işə
kömək etmək, başlıcası isə Cenevrədə möhkəmlənməyə tələsmək lazımdır."
1152
1919-cu ilin noyabr ayının 10-da Bakıya göndərdiyi məlumatda Ə.M.Topçubaşov
yazırdı: "Etiraf etmək lazımdır ki, bizim burada olduğumuz ilk vaxtlara nisbətən
indi mətbuat Azərbaycan haqqında daha çox yazır... İndi heç olmazsa bizə rəğbət
göstərən mətbuat orqanları var."
1153
Böyük çətinliklərdən sonra 1919-cu ilin
yayında və payızında Avropada müxtəlif dillərdə nəşr edilən "L"Eyrope Orientale",
"Limaçe", "Les Paubles Libres" jurnallarında, "Le Temps", "Revus du Monde
musulman", "Revus Kon Temporaine", "Humanite", "Le Dieçe Kolonial", "Le
Derniçes Nouvelles", "Le Kroix" və digər qəzetlərdə Azərbaycan haqqında maraqlı
məqalələr çap olunmuşdu. Azərbaycanı təbliğ etmək məqsədi ilə Ə.M.Topçubaşov
"Limaçe" jurnalının naşiri ilə razılığa gəlmişdi ki, jurnalın bir nömrəsi
Azərbaycana həsr edilsin. Qarşılıqlı razılıq əsasında bu noyabr nömrəsi olmalı idi.
Ə.M.Topçubaşov yazırdı: "Azərbaycan üçün noyabr nömrəsini götürmək istədim,
lakin əlimizdə olan fotoları, poçt şəkillərini və başqalarını nəzərdən keçirəndə,
məlum oldu ki, nömrə çox solğun çıxacaq. Ordumuzu əks etdirən fotoların
olmaması bizi xüsusilə pis vəziyyətdə qoyur. Bizdə nə general Mehmandarovun,
nə də başqalarının bir dənə də olsun şəkli yoxdur. Halbuki bütün buraxılışlar
həyəcanlı dövrü əks etdirən hərbi xarakterli fotoşəkillərlə doludur, bu, həm də
ölkənin hərbi qüdrətini, müdafiə qabiliyyətini göstərən bir vasitədir."
1154
Bu
mülahizələrlə bağlı olaraq, Ə.M.Topçubaşov noyabr nömrəsini 1920-ci ilin yanvar
nömrəsi ilə əvəz etdi. Bakıya yazdığı məktubda o, təcili şəkildə fotoillüstrativ
materialların göndərilməsini xahiş edirdi. Onun təxmini planı üzrə jurnalın üz
qabığının əvvəlinci və sonuncu səhifələrində Kür vadisi, pambıq tarlası, Beş-
Barmaq dağı, dəniz sahili, neft buruğu, Bakının ümumi fonu və Abşeronun xəritəsi
getməli idi. Jurnalda gedəcək tarixi, siyasi, iqtisadi və mədəniyyət xarakterli
məqalələrə görə Bakıda və Gəncədə tədris müəssisələrinin, bir neçə Azərbaycan
kəndinin qədim mədəniyyət abidələrinin, görkəmli ictimai və mədəniyyət
xadimlərinin, general S.Mehmandarov, Ə.Şıxlinski və İ.Usubovun, Bakının azad
edilməsinin birinci ildönümü ilə bağlı Azərbaycan ordusunun hərbi paradının,
parlamentin təntənəli iclaslarının fotoşəkillərinin göndərilməsi xahiş edilirdi.
1152
Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndə heyətinin başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.970, s.1, i.146, v.8-9
1153
Yenə orada, v.17
1154
Yenə orada, v.16-17
339
Bunlar əldə edildikdən sonra "Limaçe" jurnalı özünün 1920-ci ilin yanvar
nömrəsini bütövlükdə Azərbaycana həsr etmişdi. Jurnalda Azərbaycanın tarixi,
mədəniyyəti, siyasi vəziyyəti, iqtisadiyyatını əks etdirən yazılardan əlavə, Bakıdan
göndərilmiş xeyli foto-illüstrativ materiallar da verilmişdi. 1919-cu ildə Cenevrədə
çıxan "Journal de Geneve" və Lozannada çıxan "Les paubles Libres" jurnallarının
hər birində fransız professoru Q.Borşenin iki məqaləsi çap olunmuş, bunlardan
əlavə o, İngiltərə və Amerika mətbuatında da Azərbaycan haqqında məqalələrlə
çıxış etmişdi. Azərbaycanı tanıtmaq baxımından onun "Journal de Geneve"
jurnalında çap edilmiş "Öz müqəddəratını təyinetmə hüququ və Azərbaycan
Respublikası" adlı məqaləsi daha səciyyəvi idi. Məqalənin girişində prezident
Vilson tərəfindən xalqların təyini müqəddərat hüququna aid elan edilmiş
prinsiplərin ciddi şəkildə pozulduğu göstərilir və xatırladılır ki, millətlərin öz
müqəddəratını təyin etməsi üçün Vilson aşağıdakı şərtlərin olmasını vacib hesab
edirdi: hər bir millət öz fiziki-intellektual və mənəvi-dini xüsusiyyətləri ilə
fərqlənməlidir: bu millət öz müqəddəratını təyin etməyə qadir olduğunu
göstərməlidir: həmin millət öz xərclərini ödəmək üçün iqtisadi, təbii və maliyyə
sərvətlərinə malik olmalıdır: o, özünü xarici hərbi müdaxilədən qorumağı
bacarmalıdır, həmin millət əvvəllər tərkibində olduğu hökumətin istibdad üsul-
idarəsindən ziyan çəkmiş olmalıdır.
1155
Bu maddələrin bəzilərini ədalətli hesab
etməyən Q.Borşe qeyd edir ki, Skandinaviya, Qərbi Avropanın bir sıra yerləri və
Latın Amerikasında öz müqəddəratını təyin edib müstəqil dövlətlərini yaradan
xalqların çoxu eyni kökə, eyni dini etiqada, eyni irqə və eyni dilə malik olublar.
Belə bir şəraitdə onların müstəqilliyi bütün dövlətlər tərəfindən tanınıbdır. Borşe
bildirirdi ki, elə xalqlar vardır ki, prezident Vilson tərəfindən elan olunmuş bütün
beş şərti özündə cəmləşdirir, lakin onların müstəqilliyinin tanınması yubadılır. О
yazırdı: "Biz görürük ki, Azərbaycan xalqların öz müqəddəratını təyin etməsi üçün
zəruri olan bütün göstəricilərə malikdir. Mən bunu bütün Qafqazı gəzmiş və
öyrənmiş kənar müşahidəçi kimi, bir fransız kimi deyirəm. Mən indiyə qədər təyini
müqəddərat hüququnun tanınmasına etiraz edilən bir millətin müdafiəsi üçün
səsimi qaldırıram və onların tələbinin ədalətli olduğuna dərindən inanıram."
Q.Borşe Аzərbaycan haqqında az məlumatı olan Avropa oxucularına bildirirdi ki,
Azərbaycan öz təbii sərvətləri, coğrafi vəziyyəti, intellektual səviyyəsi baxımından
bəşəriyyətə böyük xidmət göstərəcək ölkələrdən biri kimi diqqəti cəlb etməlidir. О
yazırdı: "Ora Avropa ilə İran, Mərkəzi Asiya və Türküstan arasında mal
mübadiləsinin təbii mərkəzidir... Rus kilsəsinin müsəlmanların dini azadlığını
sıxışdırmasına baxmayaraq, azərbaycanlılar digər dini etiqadlara münasibətdə çox
təmkinlidirlər."
1156
Q.Borşe saxta məlumatlar əsasında "ermənipərəstlik" azarına
tutulmuş bir cəmiyyətdə ingilis və fransız dillərində çoxtirajlı jurnal vasitəsi ilə
1155
Q.Borşe. Öz müqəddəratını təyinetmə hüququ və Azərbaycan Respublikası. //ARDA, f.970, s.1.
i.142, v.136
1156
Yenə orada, v.137
340
Avropa ictimaiyyətinə müraciət edərək yazırdı: "Protestant etiqadçısı kimi, bunu
deməyi özümə borc bilirəm ki, azərbaycanlıların mənəvi-etik keyfiyyətlərinə bələd
olan xarici tacirlər onlara daha çox etibar edirlər, nəinki ermənilərə."
1157
Azərbaycanın siyasi vəziyyəti ilə bağlı məqalədə qeyd edilirdi ki, 1918-ci
ildə istiqlaliyyət elan edildikdən və bolşeviklər ölkədən qovulduqdan sonra
Azərbaycan sürətlə demokratikləşmiş, ölkədə Parlament üsul-idarəsi yaradılmışdır.
Q.Borşe bunu xüsusi şəkildə vurğulayırdı ki, qadınlara seçki hüququ verməklə
Azərbaycan siyasi baxımdan qabaqcıl ölkələrin sırasına çıxmışdır. İl yarım ərzində
mədəniyyət və təhsil sahəsində heyrətləndirici işlər görüldüyünə, Azərbaycan
hökumətinin yüksək təhsil görmüş yerli adamlardan təşkil olunduğuna məqalədə
geniş yer verilmişdi.
Azərbaycanın iqtisadi imkanları ilə bağlı Q.Borşe yazırdı: "İkinci elə bir
ölkə yoxdur ki, təbiət ona bu qədər böyük sərvətlər bəxş etmiş olsun. Neftlə zəngin
olan torpaqlardan böyük miqdarda neft çıxarılır və ondan kerosin, benzin və yağ
istehsal olunur. Neftdən gələn gəlir bütün dövlət xərclərindən çoxdur."
1158
Bundan
əlavə, məqalədə Azərbaycanda zəngin kənd təsərrüfatı ehtiyatlarının, üzümçülük,
taxılçılıq, çayçılığın olduğu, onun dəmir, mis, marqaneslə zəngin olduğu işgüzar
dairələrə çatdırılırdı. Jurnalda xatırladılırdı ki, əgər xarici kapital və xarici
mühəndislər dəmir mədənlərinə cəlb olunarsa, yaxın vaxtlarda Azərbaycan metalı
dünya bazarlarına çıxarıla bilər.
1159
Azərbaycan öz müstəqilliyini qoruya biləcəkmi? Q.Borşe öz məqaləsində
bu suala da müsbət cavab verirdi. О yazırdı ki, əlli minlik yaxşı təlim görmüş ordu
qəhrəmanlığını rus-alman müharibəsində nümayiş etdirmiş və hazırda öz
generallarının komandanlığı altında vətəni xarici təcavüzdən qorumağa hazırdır.
Q.Borşenin fikrincə, azərbaycanlıların azadlığa və müstəqilliyə olan arzuları
obyektiv qiymətləndirilməlidir. O, haqlı olaraq qeyd edirdi ki, Rusiya
imperiyasında heç bir xalq azərbaycanlılar kimi ağır həqarətlərə məruz
qalmamışdır. 1906-cı ilə qədər ana dilində kitab və mətbuat orqanlarının nəşrinə
icazə verilmirdi. Az-çox verilən güzəştlərə də 1914-cü ildə müharibənin
başlanması ilə son qoyulmuşdu. Q.Borşe Azərbaycanı müstəqillikləri Sülh
konfransı tərəfindən tanınmış keçmiş Rusiya müstəmləkələri olan Polşa və
Finlandiya ilə müqayisə edərək yazırdı ki, Polşa Almaniya imperatorundan
müstəqilliyə vəd alaraq, müttəfiqlərə qarşı vuruşduğu halda, azərbaycanlı
könüllülər rus ordusunun tərkibində müttəfiqlərlə çiyin-çiyinə döyüşürdülər. Onun
fikrincə, Polşa heç vaxt rus zülmündən Azərbaycan qədər ziyan çəkməmişdir.
Azərbaycan dilindən fərqli olaraq, polyak dili rus dilinə yaxın olan slavyan dil
qrupuna daxil idi. Məqalədə Q.Borşe bu nəticəyə gəlirdi ki, "öz müstəqilliyini
arzulayan hər bir xalq azad olmaq hüququna malikdir. Azərbaycan artıq sübut
1157
Yenə orada, v.137
1158
Yenə orada, v.138
1159
Yenə orada, v.138
341
etmişdir ki, о müstəqil olmaq istəyir və öz müstəqilliyini qorumaq və ondan
istifadə etmək bacarığına malikdir. Ona görə də Azərbaycan müstəqil Demokratik
Respublika kimi Sülh konfransı tərəfindən tanınmalıdır."
1160
1919-cu ilin oktyabr ayının 23-də Azərbaycanda və Gürcüstanda olmuş
italiyalı kommersant Korsinin "Korrena della sera" qəzetində müsahibəsində də
Azərbaycan Respublikasının müstəqillik uğrunda əzmlə mübarizə apardığı qeyd
edilirdi. Korsi göstərirdi ki, hər iki respublikanın müstəqilliyi ən qısa vaxtda Sülh
konfransı tərəfindən tanınmalıdır və hər iki respublika bu tanınmaya layiqdir. Korsi
ilk avropalı idi ki, incə bir məsələyə toxunub yazırdı: Türkiyə ilə əməkdaşlıq
Azərbaycanın tanınmasına mane olmamalıdır, eyni dinə və eyni etnik mənşəyə
malik olan bu xalqların əməkdaşlığına təbii baxılmalıdır. Korsi Avropa
siyasətçilərinə xatırladırdı ki, "əgər general Denikinin hücumunu dəf etmək
mümkün olmasa, güman etmək olar ki, bu respublikalar bolşeviklərlə ümumi
düşmənə qarşı ittifaqa girsinlər. Avropa bolşevizmin Qafqazda təntənəsinin acı
nəticələrini qiymətləndirməyi bacarmalıdır. Qafqazda bolşevizm qalib gəlsə,
Türkiyə və İrana da yol açılar."
1161
Avropa mətbuatında aparılan təbliğat işlərindən başqa, Versalda olan
Azərbaycan nümayəndələri Paris Sülh konfransının iştirakçılarını, Fransa, Böyük
Britaniya, ABŞ və digər ölkələrin ictimaiyyətini məlumatlandırmaq üçün sentyabr
ayından etibarən "Azərbaycan haqqında İnformasiya bülleteni" buraxmağa
başlamışdılar.
1162
Səkkiz səhifədən ibarət olan Azərbaycan informasiya
bülletenlərində rəsmi materiallar, diplomatik yazışmalar və notalar, respublika
haqqında Qərb ölkələrinin mətbuat materiallarının icmalı, Azərbaycanın siyasi və
iqtisadi həyatının xronikası verilirdi.
1163
Bu buraxılışların redaktoru tanınmış
fransız şərqşünası, Azərbaycan xalqının yaxın dostu Lyusen Byuve idi. 1919-cu
ildə bülletenin dörd nömrəsi çapdan çıxmışdı və qalan yeddi nömrəsi də 1920-ci
ilin aprelinə qədər buraxılmışdı.
1164
Bülleten buraxılışı ilə bağlı 1919-cu ilin
1160
Yenə orada, v.138
1161
Азербайджан, 1919, 5 ноября.
1162
Xarici ölkələrdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında nəşr işləri ilə bağlı məlumat üçün bax:
V.Quliyev. Azərbaycan Demokratik Respublikası xarici mənbələrdə. //Azərbaycan Demokratik
Respublikası. Bakı, 1992, s.47-62
1163
Азербайджан, 1919, 5 ноября.
1164
Bax: Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 1 Septembre, №1, p.1-8; Bulletin
d'Information d L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2, p.1-8; Bulletin d'Information d
L'Azerbaidjan. Paris, 1919, 13 Octobre, №3, p.1-8; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919,
18 November, №4, p.1-8; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 15 December, №5, p.1-
8; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1920, 1 Janvier, №6, p.1-8; Bulletin d'Information d
L'Azerbaidjan. Paris, 1920, 17 Janvier, №7, p.1-8; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1920,
1 Fevrier, №8, p.1-8; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1920, 15 Fevrier, №9, p.1-8;
Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1920, 1 Mars, №10, p.1-8; Bulletin d'Information d
L'Azerbaidjan. Paris, 1920, 15 Mars, №11, p.1-8; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1920, 1
Avril, №12, p.1-8.
342
noyabrında Ə.M.Topçubaşov yazırdı: "Hər şeydən əvvəl, biz Bülleten buraxılışını
davam etdiririk, artıq üç nömrə çıxıb, dördüncüsü bu günlərdə çıxacaq. Biz bu
bülletenləri soraq kitabçası kimi burada da, İngiltərədə də, Amerikada da hər yerə
yayırıq. Eyni zamanda fransız və ingilis dillərində memorandum iqtisadi və
etnoqrafik kitabçalar, əhalinin yerləşməsi vəziyyətini göstərən xəritə və
diaqramlarla birlikdə hər yerə göndərilir."
1165
Bu baxımdan ingilis və fransız
dillərində nəşr edilmiş "Qafqaz Azərbaycan Respublikasının Paris Sülh
konfransına memorandumu" kitabçaları daha səciyyəvi idi.
1166
1919-cu ildə Parisdə
C.Hacıbəyli tərəfindən hazırlanmış "İlk müsəlman respublikası Azərbaycan" kitabı
çapdan çıxmışdı.
1167
Həmin ildə o, "Revue du Monde musulman" qəzetində Cənubi
Qafqazda milli zəmində baş verən hadisələrlə bağlı məqalələrlə çıxış etmişdi.
"İlk müsəlman respublikası Azərbaycan" kitabının elə birinci cümləsində
Ceyhun bəу tarixin ədalətsizliyi ucbatından azərbaycanlıların bölünmüş xalq
olduğunu Avropa oxucularının diqqətinə çatdırırdı. O, yazırdı: türk əhalisindən
ibarət iki Azərbaycan vardır: İran mədəniyyəti və islamın şiə təriqətinə etiqad edən,
İranda yerləşən Təbriz Azərbaycanı və Cənubi Qafqazda yerləşən Bakı
Azərbaycanı. Avropa mətbuatında müxtəlif intriqaların nəticəsi kimi meydana
çıxan erməni məsələsi haqqında geniş müzakirələr aparıldığı bir vaxtda Ceyhun
bəу yazırdı ki, xristianlar rus bürokratizminin Cənubi Qafqazda həyata keçirdiyi
zülmkarlıq siyasətinin yeganə qurbanları deyildirlər, digərləri də, ilk növbədə
Bakının, Gəncənin və Qarabağın azərbaycanlıları da bu zülmə məruz qalıblar.
1168
Eyni zamanda kitabın əvvəlində Azərbaycanın sərhədlərini özündə əks etdirən çox
qiymətli xəritə verilmişdi. Nümayəndə heyətinin üzvü Ə.Şeyxülislamovun
Azərbaycan əhalisinin etnik tərkibi haqqında fransız dilində çıxan kitabçası da
burada böyük marağa səbəb olmuşdu.
1169
Kitabça sülh konfransının bütün
nümayəndələri arasında yayılmış və Amerikaya da göndərilmişdi. Bu broşura
zəngin mənbələr əsasında yazıldığından onun nəticələri çox inandırıcı idi. Həmin
mənbələr əsasında Cənubi Qafqazın əhalisinin dini inancları və milli-etnik tərkibi
haqqında ətraflı məlumat verildikdən sonra kitabın sonunda təqdim edilən cədvəl
əsasında Azərbaycan əhalisinin 75,41 faizini türklərin təşkil etdiyi bildirilirdi.
Broşurda Cənubi Qafqaz və Azərbaycan əhalisinin dini və milli tərkibi cədvəllər,
1165
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 29.11.19197/ARDA, f.970, s.l, i.142, v.7
1166
Claims of the Peace Delegation of the Republic of Caucasian Azerbaijan presented to the Peace
Conference in Paris. Paris, 1919; La Republique de l'Azerbaidjan du Caucase. Paris, 1919
1167
La premiera Republique musulmane: l'Azerbaidjan. Editions Ernest Leroux, vol. XXXVI, Paris,
1919
1168
La premiera Republique musulmane: l'Azerbaidjan, p.5
1169
Composition antropologique et ethnique de la population de l'Azerbaidjan du Caucase. Paris, 1919.
Bu kitabın tam mətni ilə Fransa Xarici İşlər Nazirliyinin diplomatik sənədlər arxivində də tanış olmaq
olar, bax: Composition Anthropologique et Ethnique de la Population de l'Azerbaïdjan du Caucase.
Classé 1
er
juin 1919 Délégation Azerbaïdjanienne à la Conférence de la Paix // Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol.638, folio 45-52
343
rəngli diaqramlar və coğrafi illüstrasiyalar ilə təqdim edilirdi.
1170
Azərbaycanın
siyasi və maliyyə vəziyyəti haqqında kitabçanı M.Hacınski hazırlamışdı.
1171
"Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti" adlı kitabçada müharibənin
və bolşevik dağıntılarının Azərbaycana gətirdiyi fəlakətlər, ölkənin iqtisadi
həyatının bərpa olunması, azad biznes mühitinin yaradılması, dəmir yolu və su
nəqliyyatının işlək vəziyyətə gətirilməsi, Azərbaycanla Qərbi Avropa arasında mal
mübadiləsinə mane olan bütün bürokratik əngəllərin aradan qaldırıldığı əhatə
olunurdu. Kitabda göstərilirdi: "Azərbaycanın üzləşdiyi çətinliklər yalnız
qısamüddətli böhranın təzahürüdür. Bu ölkənin güclü iqtisadi mərkəzə
çevriləcəyini anlamaq üçün sadəcə rəqəmlərə baxmaq yetərlidir. Tükənməz
sərvətləri olan bu ölkə bütün imkanlara malikdir. Qeyri-məhdud həcmdə çıxarılan
neft, daha böyük ehtiyatlara malik neftli ərazilər, böyük həcmdə istehsal olunan
pambıq, Kür sahillərində bunun üçün yararlı olan daha böyük ərazilər, tükənməz
balıq ehtiyatları, böyük həcmdə kürü istehsalı, geniş meşələr, düyü plantasiyaları,
yun, mədən sənayesi və s. bunun aydın göstəricisidir. Azərbaycan əlverişli coğrafi
mövqeyə malikdir. O, Avropa ilə Rusiya, Avropa ilə İran, Rusiya ilə Mərkəzi
Asiya arasındakı ticarət yollarının üzərindədir. Nəhayət, onun bütün varlığı ilə
ənənələrə, xarici sənayeçiləri həvəslə qəbul edən babalarının adətlərinə sədaqətli
olan əməksevər və sadə əhalisi vardır."
1172
Azərbaycan nümayəndə heyətinin
üzvləri tərəfindən hazırlanıb Parisdə nəşr edilmiş "Azərbaycan rəqəmlərdə"
kitabçası da Avropa işgüzar dairələrinə respublikanın iqtisadi həyatı haqqında
maraqlı statistik məlumatlar verirdi. Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş
statistik materiallar əsasında hazırlanmış bu broşura respublikanın dövlət büdcəsi,
onun mədaxili və məxarici, ölkənin iqtisadi zənginliyi haqqında Avropa
oxucusunda aydın təsəvvürlər yaradırdı.
1173
1919-20-ci illərdə Azərbaycan
nümayəndə heyətinin üzvləri tərəfindən Parisdə yazılıb nəşr edilmiş bu kitablar,
broşur və məqalələr bir çox cəhətlərinə görə bu gün də öz əhəmiyyətini saxlayır.
Azərbaycanın Versal Ali Şurası tərəfindən tanınmaq ərəfəsində bu nəşrlər
Qərbin siyasi dairələri, ictimai xadimləri, geniş oxucu kütləsinə Azərbaycan
haqqında müfəssəl məlumat verirdi. Çap materiallarının hazırlanmasında və onun
faktlarla zəngin olmasında Azərbaycan Xarici İşlər Nazirliyinin Parisə göndərdiyi
1170
Composition Anthropologique et Ethnique de la Population de l'Azerbaidjan du Caucase. Classé 1
er
juin 1919 Délégation Azerbaidjanienne à la Conférence de la Paix. // Ministère des Affaires Etrangère
de France, Archives Diplomatique,vol.638, folio 52
1171
Economic and Financial Situation of Caucasian Azerbaijan. Paris, 1919, 22 p; Bu kitabın tam mətni
ilə Fransa xarici işlər nazirliyinin diplomatik sənədlər arxivində də tanış olmaq оlar, bax: Situation
économique et financiére de la République de l'Azerbaidjan du Caucase. Classé 1
er
juin 1919 Délégation
de l'Azerbaidjan à la Conférence de la Paix à Paris. // Ministère des Affaires Etrangère de France,
Archives Diplomatique, vol.638, folio 30-43
1172
Economic and Financial Situation of Caucasian Azerbaijan, p.8
1173
L'Azerbaidjan en chiffres. Paris, 1919.
344
sənədlər, arayışlar, statistik məlumatlar və fotogörüntülər mühüm rol oynadı. Bu
materiallar Azərbaycan haqqında hazırlanan təbliğati nəşrləri maraqlı etməklə
yanaşı, eyni zamanda həmin nəşrlərə olan etimadı da artırırdı. "Azərbaycan" qəzeti
12 noyabr tarixli sayında yazırdı: Azərbaycan nümayəndələrinin ingilis və fransız
dillərində nəşr etdikləri bir sıra broşurlar Avropanın geniş dairələrinin diqqətini
gənc respublikanın siyasi və iqtisadi vəziyyətinə cəlb edir, onlara Azərbaycan
əhalisinin milli tərkibi, qədim keçmişi və tarixi, müstəqil dövlətin yaranması və
gələcək arzuları barədə maraqlı məlumatlar verir.
1174
Beləliklə, 1919-cu ildə Parisdə nəşr olunmuş bu kitab və broşurlar,
Avropanın müxtəlif mətbuat orqanlarında dərc olunmuş çoxsaylı məqalələr ilk dəfə
olaraq, Azərbaycan, onun əhalisi, iqtisadiyyatı, siyasi sistemi, mədəniyyəti
haqqında Qərb oxucularına geniş məlumat verirdi. Bütün bunlar Azərbaycanın
azad dünyaya qovuşması istiqamətində əhəmiyyətli addımlar olub, yeni müstəqillik
qazanmış bir millətin istək və arzularını əks etdirirdi.
Dostları ilə paylaş: |