X FƏSİL
ABŞ-ın Qafqaza marağının güclənməsi və Azərbaycan
Birinci dünya müharibəsindən sonra ABŞ qüdrətli dövlət kimi tarix
səhnəsinə çıxmışdı. Döyüşən tərəflərin hərbi sifarişi Birləşmiş Ştatları sözün tam
mənasında dünyanın iqtisadi və maliyyə mərkəzinə çevirmişdi. 1917-ci ildə
Amerikanın hərbi əməliyyatlara daxil olması onun siyasi nüfuzunu artırmış, qalib
Antantanın üzvü kimi dünyanın taleyinin müəyуən edilməsində rolunu
gücləndirmişdi. Birləşmiş Ştatlar müharibədən sonrakı dünya düzəninin
qurulmasında həlledici dövlət statusu qazanmış, onun sülhün memarı kimi
məşhurlaşan prezidenti Vudro Vilson eyni zamanda kiçik xalqların dostu kimi
tanınmağa başlamışdı.
ABŞ Paris Sülh konfransına hələ 1918-ci ilin yanvar ayında elan edilən
Vilsonun 14 maddəsi ilə gəlmişdi. Prezident Vilson tərəfindən sistemləşdirilmiş bu
sülh prinsipləri Birləşmiş Ştatların böyük dünyaya və böyük siyasətə gəlişinin çıxış
nöqtəsini təşkil edirdi. V.Vilsonun təqdim etdiyi sülh maddələri gücə deyil,
prinsiplərə, qaliblər üçün də, məğlublar üçün də maraqlara deyil, hüquqa
əsaslanmalı idi.
989
Rusiya imperiyasının dağılması və onun hüdudlarında yaranan
yeni dövlətlərin tanınması məsələsi Vilson prinsiplərində yer almasa da, Sülh
konfransı başlandıqdan sonra Qafqaz regionu strateji baxımdan Amerika siyasəti
üçün cəlbedici görünməyə başladı. Ona görə də Avropa dövlətləri ilə yanaşı,
Qafqaz mandatına namizədlərdən biri də ABŞ idi. Böyük Britaniya, Fransa və
İtaliyadan fərqli olaraq, Amerika Qara dəniz boğazları, İstanbul və bütövlükdə,
Qafqaz mandatını qəbul etməkdə maraqlı idi. Əvvəllər göstərildiyi kimi, Dördlər
Şurası hələ may ayında boğazlar və Ermənistan üzərində mandatı ABŞ-a təklif
etmişdi. ABŞ prezidenti V.Vilsonla, Amerikanın Paris Sülh konfransındakı
nümayəndələri ilə, dövlət katibinin müavini F.Polkla və uzun müddət Yaxın
Şərqdə işləmiş H.Morqentau ilə danışıqlardan aydın olmuşdu ki, respublikanın
daxili işlərinə müdaxilə etməyəcəyi, Vilsonun "on dörd maddəsinə" əməl edəcəyi
və əvəzində ayrı bir şey ummayacağı təqdirdə, Azərbaycan nümayəndələri
Amerika himayəçiliyinə razı idilər.
990
Amerikanlar belə bir söhbəti gürcü
nümayəndələri ilə də etmişdilər. İyun ayının 11-də N.Çxeidze başda olmaqla,
Gürcüstan nümayəndələri prezident Vilsonun müşaviri polkovnik E.Hauzla
görüşmüş və Gürcüstan üzərində ABŞ mandatına razılıq vermişdilər.
991
Az sonra,
989
Генри Киссинджер. Дипломатия. Москва, 1997, с.200.
990
Daha geniş məlumat üçün bax: Jamil Hassanov. Azerbaijani-American Relations from 1918-1920: A
page in Their History. // Caspian Crossroads, vol.2, Issue 1, Spring-Sumer 1996, p. 1-9
991
З.Авалов. Независимость Грузии в международной политике, с.226
294
iyun ayının axırlarında Parisdəki Amerika nümayəndələri bu məsələni Dördlər
Şurasının iclasına çıxardılar.
Dördlər Şurasının 28 iyun iclasında ABŞ nümayəndələri, sonralar Birləşmiş
Ştatların prezidenti olmuş Herbert Huver və ABŞ-ın Türkiyədə keçmiş səfiri Henri
Morqentau təklif etdilər ki, Amerikanın Ermənistanda geniş səlahiyyəti olan Ali
komissarlığına ən yaxşı namizəd general Ceymis Harborddur.
992
Əgər C.Harbord
hər hansı səbəbdən bu vəzifəni öz üzərinə götürməsə, onda polkovnik
V.H.Haskelin üzərində dayanmaq lazımdır.
993
İyun ayının 28-dən iyul ayının 4-nə
qədər Amerika nümayəndələri prezident Vilsonla məsləhətləşmələr keçirib,
dəfələrlə bu məsələni müzakirə etdilər. İyul ayının 2-də dövlət katibi R.Lansinqin,
Versaldakı ABŞ nümayəndə heyətinin üzvləri Uaytın, Blissin və Huverin iştirakı
ilə keçirilən iclasda ABŞ nümayəndələri öz təkliflərini konkretləşdirdilər və
Ermənistanda Ali Komissar kimi polkovnik V.N.Haskelin üzərində dayandılar.
Paris Sülh konfransında Amerika nümayəndəliyinin Kiçik Asiya və Qafqaz üzrə
məsləhətçisi V.Buklerə tapşırıldı ki, H.Huverin memorandumu əsasında iyul ayının
5-də keçiriləcək Onlar Şurasının iclasına təqdimat hazırlasın. İyulun 5-də Onlar
Şurasının iclası Amerika təqdimatı əsasında polkovnik V.Haskeli Ermənistana Ali
Komissar təyin etdi. Onlar Şurasının qərarında göstərilirdi ki, polkovnik Haskel
Birləşmiş Ştatlar, İngiltərə, Fransa və İtaliya hökumətləri adından Ermənistana Ali
Komissar təyin edilir, eyni zamanda o, Ermənistana yardım göstərilməsi ilə bağlı
bütün tədbirlərə cavabdehdir. ABŞ, İngiltərə, Fransa və İtaliya hökumətlərinin
Azərbaycanda, Gürcüstanda, Ermənistanda və İstanbulda bütün nümayəndələri
təcili şəkildə polkovnik Haskellə əməkdaşlığa girməli və ona yardım göstərməli
idilər.
994
Elə həmin iclasda qərar qəbul edildi ki, repatriasiya, ümumi hərbi və
iqtisadi məsələlər üzrə hesabat hazırlamaq məqsədilə general Harbord İrəvana yola
düşməlidir. Qəbul edilmiş bu qərarlar haqqında Robert Lansinq elə həmin gün
teleqrafla Vaşinqtona məlumat verdi. О yazırdı ki, V.Haskel Qafqazda Dövlət
Departamentinin nümayəndəsi kimi hərəkət edəcəkdir, adamlar toplamaqda ona
kömək etmək lazımdır, onun fəaliyyəti Yaxın Şərqə Amerika Yardım Komitəsi
tərəfindən maliyyələşdiriləcəkdir. Bu komitəyə Ermənistan üzərində Amerika
mandatı barədə memorandumla çıxış edən H.Huver başçılıq edirdi. Ona görə
V.Haskel eyni zamanda "Yaxın Şərqə Amerika Yardımı Komitəsinin" Qafqaz üzrə
sədri təyin edildi ki, həmin komitənin Bakıda və Şuşada da bölmələri açılmalı idi.
Lakin burada məqsəd erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində öz
yurdundan didərgin düşmüş azərbaycanlılara köməklik göstərmək deyil, qeyd
edilən şəhərlərdə erməni əhalisini himayə etmək idi.
992
Г.Гамбашидзе. Из истории политики США в отношении Грузии, с.36
993
В.И.Адамия. Из истории английской интервенции в Грузии, с. 127
994
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference.
Washington, 1947, vol.VII, p.28
295
"Yaxın Şərqə Amerika Yardımı Komitəsi"nin baş direktoru H.Huver iyul
ayının 16-da xüsusi məktubla Sülh konfransının rəhbərliyinə Gürcüstan üzərindən
Ermənistana ərzaq yardımı daşınmasının çətinliyi haqqında məlumat vermişdi. О
yazırdı: "Yardım komitəsi müttəfiqlərin müxtəlif hökumət orqanları ilə əməkdaşlıq
şəraitində Rusiya Ermənistanını bürümüş dəhşətli aclığın qarşısını almaq üçün
aylarla işləyir. Bu məqsədlə 50.000 ton ərzaq toplanmışdır. Bu yükün Batum
limanından Ermənistana daşınması üçün yeganə yol Gürcüstanın ərazisindən keçir.
Bu dəmir yolu qismən Britaniya ordusunun nəzarəti altındadır. Müttəfiqlərin
nümayəndələrinin etirazlarına baxmayaraq, yardımın bir hissəsinin onlara
verilməsini tələb edən gürcülər mütəmadi olaraq, ərzağın daşınmasına mane
olurlar, hətta 4-5 gün dəmir yolunda hərəkət, ümumiyyətlə, dayandırılmışdı.
Ermənistanda vəziyyət təsvir ediləsi deyil, artıq 60 gündür ki, adamlar ölüləri
yeyirlər. Son iki ayda ərzaq daşınması vəziyyəti bir qədər yaxşılaşdırmışdır, lakin
əslində orada ərzaq ehtiyatı heç vaxt 10 gündən artıq olmayıb. Biz Gürcüstan
Respublikası ilə əməkdaşlıq etməyə cəhd göstəririk, lakin Gürcüstanda ərzaq
ehtiyatı yaratmağa zərurət yoxdur. Gürcüstanla bizim rəsmi nümayəndələr arasında
olan danışıqlara toxunmayacağam. Yalnız bir faktı demək yetərlidir ki, onların
aclıqdan can üstə olan əhaliyə münasibəti sadəcə olaraq vəhşilikdir. Sonda qeyd
etməliyəm ki, bizim nəqliyyat vasitələrimiz artıq bir həftədir ki, dayanıb. Мən başa
düşürəm ki, bu məsələ müttəfiqlərin silahlı qüvvələrinin səlahiyyətlərinə aid deyil,
lakin Gürcüstanın Ali Şura qarşısındakı öhdəliklərindən mən məlumatlıyam. Mənə
belə gəlir ki, Şura Gürcüstana müvafiq teleqram göndərsə və Parisdə gürcü
nümayəndələrinə təsir göstərilsə yaxşı olar. Mən teleqramın mətnini belə təklif
edirəm: Şura məlumatlıdır ki, gürcülər acından ölən bədbəxt adamlara (ermənilərə
-C.H.) ərzaq daşınmasına mane olurlar. Şura bu hərəkətlərə göz yuma bilməz. Bu
orada yaşayan bütün insanlara, bütün bəşəriyyətə münasibətdə ədalətsizlik aktıdır.
Ona görə Şura gözləyir ki, Gürcüstan nəinki yüklərin dəmir yolu ilə daşınmasını
təmin edəcək, eyni zamanda bu yüklərə ən aşağı gömrük tarifləri tətbiq edəcək.
Şura Gürcüstan hökumətindən cavab gözləyir."
995
H.Huver eyni zamanda Birləşmiş Ştatların İstanbuldakı Ali Komissarı
Q.Bristolun Türkiyə və Azərbaycan əleyhinə Versala və ABŞ prezidenti V.Vilsona
göndərdiyi teleqramların da əsas təşkilatçısı idi. İyul ayının 29-da göndərdiyi
teleqramda Bristol, Qarabağ haqqında aydın təsəvvürü olmadığı halda yazırdı ki,
türklər və tatarlar (azərbaycanlılar - C.H.) Rusiya Ermənistanının torpaqları olan
Qarabağı tutublar. Əgər Britaniya, Qarabağ da daxil olmaqla bütün Rusiya
Ermənistanının türklərdən və tatarlardan (azərbaycanlılardan - C.H.) təmizlənməsi
haqqında əmr verməzsə, biz buradan kömək göstərilməsini davam etdirə
995
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference. 1919,
vol.X, p.482-483
296
bilmərik.
996
Mətndən göründüyü kimi, bütün bu sənədlərin hazırlanmasında
ermənilərin əli var idi. H.Huver Cənubi Qafqazda vəziyyəti tünd rəngdə təqdim
etməklə Ermənistana Amerika Ali Komissarının təyin olunmasına nail olmaq
istəyirdi. Versal Ali Şurasının sənədlərində göstərilirdi: Şura Huverdən xahiş etdi
ki, Sülh konfransına və prezident Vilsona ünvanlanmış məktub təqdim etsin.
Məktubda ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın adından təklif edilməli idi
ki, Ermənistana ezam olunan şəxsə Müvəqqəti Аli Komissar və yuxarıda adları
çəkilən dövlətlərin vahid nümayəndəsi kimi vəkalət verilsin.
997
1919-cu ilin yayında V.Haskel Qafqaza gəldi. Onun qərargahı İrəvanda
yerləşirdi. Ermənistan hökumət nümayəndələri ilə ilk görüşdə Haskel elan etdi ki,
Paris Sülh konfransı ona vəkalət vermişdir ki, Ermənistanı və harada
yaşamalarından (Gürcüstanda, Azərbaycanda, Türkiyədə) asılı olmayaraq,
erməniləri qorusun. Ona görə də o, Paris Sülh konfransının qərarına görə,
"müttəfiqlərin Ali komissarı" adlandırılır.
998
İyul ayının axırlarında Paris Sülh
konfransına göndərdiyi ilk məlumatda Haskel Ermənistanın ağır vəziyyətdə
olduğunu bildirirdi. Haskel missiyasından istifadə edərək, ermənilər öz qonşularına
qarşı ərazi iddialarını yenidən qaldırdılar. Avqustun 5-də və sonrakı
məlumatlarında polkovnik Haskel Gürcüstan hökumətindən Paris Sülh konfransına
şikayət edirdi. Guya, Gürcüstan hökuməti öz ərazisindən Ermənistana göndərilən
yardımın daşınmasına icazə vermir. Avqust ayının 13-də Versalda olan Amerika
nümayəndələri H.Huverin və V.Haskelin məlumatları əsasında Gürcüstan haqqında
xüsusi məsələ müzakirə etdilər və bildirdilər ki, onlar Gürcüstan hökumətinin belə
mövqeyinə sadəcə, seyrçi kimi yanaşmayacaqlar. Avqustun axırlarında Sülh
konfransı Haskelin məlumatı əsasında yenidən Cənubi Qafqazdakı vəziyyəti
müzakirə etdi. V.Haskelin göndərdiyi məlumatı J.Klemanso oxudu. Haskel qayda-
qanun yaradılması üçün ya Amerika süvari korpusunun, ya da piyada briqadasının
Ermənistana göndərilməsini xahiş edirdi.
999
V.Haskelin Ermənistana Ali Komissar təyin edildikdən sonra göndərdiyi
məlumatlar əsasında prezident V.Vilson Türkiyə sultanına hədələyici tələblər
göndərdi. Avqust ayının 23-də İstanbuldakı Amerika Ali Komissarı admiral Bristol
bu tələbləri Türkiyə Baş Nazirinə təqdim etdi. Tələblərin hazırlanma metodunda
ermənilərin dəsti-xətti açıq-aydın hiss edilirdi. Orada deyilirdi: "Prezident Vilson
Türkiyə hökumətinə хəbərdarlıq edir ki, əgər Qafqazda və digər yerlərdə türklər,
kürdlər və digər müsəlmanlar tərəfindən ermənilərə münasibətdə təcavüz və qırğın
dayandırılmasa, prezident Türkiyənin suverenliyinin saxlanmasını özündə ehtiva
996
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference. 1919,
vol.X,p.532
997
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference. 1919,
vol.VI, p.741
998
Г.Гамбашидзе. Из истории политики СШA в отношении Грузии, с.38.
999
Yenə orada, c.42
297
edən 12-ci maddəni sülh müqaviləsindən çıxaracaqdır. Bu addım Osmanlı
imperiyasının tamamilə çökməsini başa çatdıra bilər. Əgər türklər imperiyanın
hansısa bir hissəsində suverenliyi saxlamaq istəyirlərsə, onda gərək sübut etsinlər
ki, öz əhalisinin qeyd edilən cinayətlərdə iştirakını, nəinki dayandırmaq
niyyətindədir, eyni zamanda bunu etməyə qabildir. Türk tərəfinin bu hadisələrin
qabağını almaq üçün öz gücsüzlüyünə istinad etməsi qəbul edilməyəcəkdir."
1000
Belə tələblər və müraciətlər erməniləri Türkiyəyə, Azərbaycana və Gürcüstana
qarşı daha təcavüzkar mövqedən hərəkət etməyə sövq edirdi. Getdikcə onlar
özlərini ABŞ tərəfindən övladlığa götürülmüş, lakin böyük vərəsəlik iddiası olan
yetim uşaq qismində təsəvvür edirdilər.
Ermənistana V.Haskelin müttəfiqlərin Аli Komissarı təyin edilməsi Türkiyə
ilə yanaşı, Azərbaycan Respublikasının da Amerikanın Qafqaz siyasətinə cəlb
edilməsinə təsir göstərdi. Yaranmış vəziyyətdən ermənilər indi ABŞ vasitəsi ilə
Azərbaycana olan ərazi iddialarını həll etmək istəyirdilər. Avqustun ortalarında
daşnak parlamentində çıxış edən V.Haskel ermənilərin ərazi iddialarını müdafiə
etdiyini bildirmişdi. Ermənilər bu dəfə Qarabağ və Zəngəzur məsələlərini deyil,
Naxçıvan və Şərur-Dərələyəz məsələlərini həll etmək istəyirdilər. V.Haskel öz
çıxışında qeyd edirdi ki, Azərbaycan hökumətinin başçıları bu qəzalarla bağlı
ermənilərin iddialarını qəbul etməzsə, onda onlar bu məsələyə "şəxsi məsuliyyət
daşıyacaqlar."
1001
Polkovnik V.Haskelin əməkdaşlarından biri kimi polkovnik Ceymis Pey Ali
Komissarın Azərbaycan üzrə müvəkkili təyin edilmişdi. Eyni zamanda Tiflisdə
olan Amerika konsulluğunun əməkdaşı Con Randolf da vitse-konsul kimi Bakıya
göndərilmişdi.
1002
Polkovnik V.Haskel bir müddət İrəvanda qaldıqdan sonra avqust ayının 28-
də Bakıya gəldi. Baş nazir N.Usubbəyov, xarici işlər naziri M.Y.Cəfərov və
Nazirlər Kabinəsinin digər üzvləri ilə çoxsaylı görüşlər keçirdi. Ermənistanın
maraqlarını özündə ehtiva edən ərazi məsələləri ilə bağlı V.Haskel öz planını
sentyabr ayının 1-də elan etdi. Bu plana görə, Amerika Ali Komissarı Qarabağı və
Zəngəzuru Azərbaycanın ayrılmaz hissəsi hesab edirdi. Bunun müqabilində
V.Haskel təklif edirdi ki, İrəvan quberniyasının cənub hissəsində olan Naxçıvan və
Şərur-Dərələyəz qəzalarında neytral zona yaradılmalıdır.
1003
Həmin neytral zona
Batumda olan ingilis general-qubernatorluğuna bənzər olmalı idi. Naxçıvan və
Şərur-Dərələyəz torpaqlarından ibarət olacağı nəzərdə tutulan general
qubernatorluğun Amerika nümayəndəsi tərəfindən idarə olunması planlaşdırılırdı.
1000
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference. 1919,
vol.VII, p.858
1001
М.И.Найдель, Ю.В.Согомонов. К истории интервенции США в Закавказье. История СССР,
1961, №3, с.35
1002
ARDA, f.2905, s.1, i. 20, v.2
1003
ARDA, f.2905, s.l, i.20, v.2.
298
Əlbəttə, bu planda həm amerikalıların və həm də ermənilərin öz niyyətləri var idi.
Amerikalılar hələ nə qədər ki, Qafqaza istədikləri qədər ordu çıxara bilmirdilər,
strateji baxımdan əlverişli olan Naxçıvan və Şərur-Dərələyəz general-
qubernatorluğunu yaradıb, orada möhkəmlənmək niyyətində idilər. Birinci dünya
müharibəsindən sonra Naxçıvan və Şərur-Dərələyəzin strateji mövqeyi
təcridçilikdən geniş beynəlxalq əlaqələrə doğru ilk addımlarını atan Amerika üçün
çox cəlbedici idi. Buradan gələcəkdə, nəinki Azərbaycana, Ermənistana, İran və
Türkiyəyə, eləcə də bütün Yaxın və Orta Şərqə çox asanlıqla nüfuz etmək olardı.
Ermənilərə gəldikdə isə, daşnak hökuməti hələ 1918-ci ilin noyabrında türk
qoşunları Azərbaycandan çıxdıqdan sonra Naxçıvan və Şərur-Dərələyəz,
Eçmiədzin qəzalarını, Qars vilayətini müsəlman əhalisindən təmizləyib, qeyd
edilən ərazilərdə Ermənistan hökumətinin hakimiyyətini bərqərar etmək istəyirdi.
Lakin bu yerlərin müsəlman əhalisinin güclü müqaviməti bu planın həyata
keçməsinə mane olmuşdu. Hətta ingilis komandanlığı müvəqqəti olaraq,
Naxçıvanın idarəçiliyini Ermənistana versə də, qəzanın əhalisinin böyük
əksəriyyəti Azərbaycan türkləri olduğu üçün daşnak hökuməti bu qərarı həyata
keçirə bilməmişdi.
1004
1919-cu ilin mayında keçmiş xarici işlər naziri Xan Xoyski Tiflisdə general
Tomsonla görüşdükdə, müttəfiqlərin baş komandanlığı tərəfindən Naxçıvanın
idarəçiliyinin müvəqqəti olaraq, Ermənistan hökumətinə verilməsinə öz kəskin
etirazını bildirmiş və Naxçıvan, Ordubad, Şərur-Dərələyəzin qədim Azərbaycan
torpaqları olduğunu bildirmişdi.
1005
İndi silah gücünə öz hakimiyyətini qura
bilməyən Ermənistan hökuməti, Amerika layihəsi üzrə bu ərazilərdə neytral zona
yaradılmasına çalışırdı. Şübhəsiz ki, Amerika nümayəndəsinin idarə edəcəyi
Naxçıvan və Şərur-Dərələyəz general-qubernatorluğu gələcəkdə bu ərazilərin
Ermənistana keçməsi üçün əlverişli şərait yaratmalı idi. Düzdür, Azərbaycan
hökumət başçıları ilə söhbətində Vilyam Haskel inandırmağa çalışırdı ki, o,
"ermənilərin vəkili deyildir",
1006
lakin onun Azərbaycan hökumətinə Naxçıvan və
Şərur-Dərələyəzlə bağlı təqdim etdiyi layihə bu ərazilərin gələcəkdə Ermənistana
verilməsini asanlaşdırmağa xidmət edirdi.
1007
Türklər Qafqazdan çıxdıqdan sonra Qars və Batum vilayətləri Tiflis
quberniyasının Axalsıx və Axalkələk qəzaları ilə birlikdə mərkəzi Qars olmaqla
Cənubi Qərbi Qafqaz respublikası yaratdılar. 1919-cu ilin yanvarında yaradılmış
Parlamentə Çıldırlı Esad bəy, hökumətə isə Cahangiroğlu İbrahim bəу başçılıq
1004
ARDA, f.2898, s.1, i. 6, v.2.
1005
Xarici İşlər naziri M.Y.Cəfərovun Bakıda müttəfiq ordularının komandanı V.Tomsonla danışıqların
yekunları barədə Nazirlər Şurasının sədri N.Usubbəyova məlumatı. 07.05.1919 // ARDA, f.970, s. 1, i.
60, v.3.
1006
Борьба, 1919, 28 август - 2 сент.
1007
Ermənistanda Amerika Аli Komissarı V.Haskelin Naxçıvan və Şərur-Dərələyəzdə Amerika general-
qubernatorluğu yaradılması ilə bağlı layihəsi. 01.09.1919. // ARDA, f.970, s.1, i.93, v.3-4.
299
edirdi.
1008
Qısa müddətdə ingilis valisi Temperley, Azərbaycan Respublikası və
Türkiyə Cənub-Qərbi Qafqaz respublikasını tanımışdılar. Qonşu dövlətlərin
təcavüzünə məruz qalan Cənub-Qərbi Qafqaz respublikası özünü müdafiə etmək
üçün 8 min nəfərlik ordu yaratmışdı. 40 min kvadrat kilometr ərazisi, 1.763.148
nəfər əhalisi olan müstəqil Türk Respublikası altı aya qədər ömür sürdü. Millətlərin
öz hüququnu təyinetmə prinsipinə əməl edilməklə yaradılmış Cənub-Qərbi Qafqaz
respublikası 1919-cu ilin aprel ayında müttəfiqlərin baş komandanı general
Tomsonun dekreti ilə buraxılmışdı.
1009
V.Haskel layihəsinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki,
Azərbaycanın Versal Sülh konfransında olan nümayəndələri də Ermənistan
hökumətinin qədim Azərbaycan torpaqları olan Naxçıvan və Şərur-Dərələyəzi,
Qafqazda olan Cənub-Qərbi Qafqaz Türk Respublikasını özünə birləşdirmək
niyyətlərinə, daşnakların bu ərazilərdə törətdiyi zorakılıq aktlarına qarşı mübarizə
aparırdılar. Bu barədə Ə.M.Topçubaşov avqust ayının 19-da Sülh konfransının
sədrinə xüsusi etiraz notası təqdim etmişdi.
1010
Notada göstərilirdi ki, Azərbaycan
nümayəndə heyəti respublikanın müstəqilliyini tanımaq barədə Sülh konfransı
qarşısında çıxış edəcəyi günü səbirsizliklə gözlədiyi halda, bizim ölkəmizdə
mühüm hadisələr baş verir, Sülh konfransının səlahiyyətinə aid olan məsələlərə
müdaxilə edilir, Qafqaz Azərbaycanının ərazisi zor gücünə dəyişdirilir, əhalisi öz
yurdlarından didərgin salınır. Azərbaycan sülh nümayəndə heyəti öz ölkəsindən
rəsmi məlumat almışdır ki, Qars vilayəti, İrəvan quberniyasının Naxçıvan, Şərur-
Dərələyəz, Sürməli qəzaları və İrəvan qəzasının bir hissəsi Ermənistan
Respublikasına birləşdirilmişdir.
1011
Etiraz notasında xatırladılırdı ki, bütün bu
ərazilər türk ordusu tərəfindən tutulmuşdu və saziş bağlanana qədər onların əlində
olmuşdur. Orada qeyd olunurdu ki, parlamentin və hökumətin başçısı 11 nazirlə
birlikdə ingilislər tərəfindən həbs edilmiş və Malta adasına sürgün edilmişdilər.
Halbuki ingilis komandanlığı Azərbaycan xarici işlər naziri Xan Xoyskiyə vəd
1008
ARDA, f.970, s.1, iş 27, v.7.
1009
Qars vilayətinin Ermənistan Respublikasına birləşdirilməsi və Naxçıvan, Şərur-Dərələyəz, Sürməli
qəzalarının, İrəvan qəzasının bir hissəsinin Ermənistana verilməsinə qarşı Ə.M.Topçubaşovun
müttəfiqlərin sülh konfransındakı nümayəndələrinə etiraz notası. 19.08.1919. // ARDA, f.970, s.l, i.142,
v.58; La Question de Nakhitchevan. Note Presentee A Le Conference de La Paix Par La Delegation de
L'Azerbaidjan.// Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2, p.2
1010
La Question de Nakhitchevan. Note Presentee A Le Conference de La Paix Par La Delegation de
L'Azerbaidjan.// Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2, p. 1-4
1011
Qars vilayətinin Ermənistan Respublikasına birləşdirilməsi və Naxçıvan, Şərur-Dərələyəz, Sürməli
qəzalarının, İrəvan qəzasının bir hissəsinin Ermənistana verilməsinə qarşı Ə.M.Topçubaşovun
müttəfiqlərin Sülh konfransındakı nümayəndələrinə etiraz notası. 19.08.1919. // ARDA, f.970, s.l, i.
142, v.56.; La Question de Nakhitchevan. Note Presentee A Le Conference de La Paix Par La
Delegation de L'Azerbaidjan.// Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2,
p.l; Bu dövrdə Naxçıvanda cərəyan edən hadisələr haqqında ətraflı məlumat üçün bax: İ.Musayev,
Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-
1921-ci illər). Bakı, 1996
300
vermişdi ki, Cənub-Qərbi Qafqaz Respublikasını Paris Sülh konfransında bu
ərazinin taleyi həll edilənə qədər qoruyub saxlayacaqdır. İngilislərdən sonra, aprel
ayının 30-da guya qaçqınları yerləşdirmək adı altında Qarsa ermənilər, az sonra isə
gürcülər daxil oldular. Qarsın işğal edilməsinə qarşı və orada törədilən cinayətlərə
görə, Azərbaycan Respublikası Gürcüstan və Ermənistan Respublikalarına,
Qafqazdakı ingilis ordusunun komandanlığına öz kəskin etirazını bildirdi.
1012
Versal Sülh konfransının sədrinə təqdim edilmiş notada Azərbaycan
nümayəndələri yazırdılar: "Qars vilayətinin belə acı taleyinə Azərbaycan
Respublikası adicə seyrçi kimi biganə yanaşa bilməz və yanaşılmamalıdır". Notada
xatırladılırdı ki, Qarsın əhalisinin 60 faizi müsəlman olmaqla yanaşı,
azərbaycanlılarla bir kökdən olan xalqdır. Ermənilər isə vilayət əhalisinin cəmisi
23,4 faizini təşkil edirdilər.
1013
Ermənilər qaçqınları qaytarmaq adı altında Qarsda
milli tərkibi öz xeyirlərinə dəyişmək istəyirdilər.
Etiraz notasının ikinci hissəsi Naxçıvan və Şərur-Dərələyəz hadisələrindən
bəhs edirdi. Burada göstərilirdi ki, Naxçıvan, Şərur-Dərələyəz, Sürməli və İrəvan
qəzasının bir hissəsinin Ermənistana verilməsi ilə Azərbaycan hökuməti
barışmayacaqdır. Etiraz notasında müttəfiq ölkələrin rəhbərlərinə bildirilirdi ki,
Versalda olan Azərbaycan nümayəndələri Azərbaycan hökumətinin Naxçıvan
qəzası ilə bağlı müttəfiqlərin komandanlığına təqdim etdiyi etiraz notasını müdafiə
edir. Paris Sülh konfransına məlumat verilirdi ki, Naxçıvan, Şərur-Dərələyəz,
Sürməli və İrəvan qəzasının bir hissəsinin Ermənistanın idarəçiliyinə verilməsi
açıq şəkildə Azərbaycan Respublikasının hüquqlarının pozulması deməkdir. Belə
bir aktın qəbul edilməsinin regionda daimi münaqişə ocağının yaradılmasına
gətirib çıxaracağı böyük dövlətlərin nümayəndələrinə xəbərdarlıq edilirdi. Notada
qeyd edilirdi ki, göstərilən ərazilərdə əhalinin milli tərkibi haqqında rəqəmlərin
nəzərdən keçirilməsi bu əraziləri Azərbaycan torpaqları hesab etmək üçün
kifayətdir. Müttəfiqlərin Versalda olan nümayəndələrinə bildirilirdi ki, Naxçıvan
qəzasında 62,5 faiz azərbaycanlı, 36,7 faiz erməni, Şərur-Dərələyəzdə 72,3 faiz
azərbaycanlı, 27,1 faiz erməni, Sürməlidə 68 faiz azərbaycanlı, 30,4 faiz erməni,
İrəvan qəzasında 60,2 faiz azərbaycanlı, 37,4 faiz erməni yaşayır. Sonuncu qəza ilə
bağlı qeyd etmək lazımdır ki, gətirilən rəqəmlər bütün qəza üzrə əhalinin nisbətini
əks etdirir. Lakin bu qəzanın mübahisə obyekti olan Vedibasar və Millistanda
1012
Xarici işlər naziri M.Y.Cəfərovun Zaqafqaziyadakı Britaniya qüvvələrinin komandanı general-
mayor Q.N.Koriyə notası. 30.04.1919. // ARDA, f.2898, s.l, i. 6, v.2
1013
Qars vilayətinin Ermənistan Respublikasına birləşdirilməsi və Naxçıvan, Şərur-Dərələyəz, Sürməli
qəzalarının, İrəvan qəzasının bir hissəsinin Ermənistana verilməsinə qarşı Ə.M.Topçubaşovun
müttəfiqlərin Sülh konfransındakı nümayəndələrinə etiraz notası. 19.08.1919. // ARDA, f.970, 8.1,
i.142, v.58; U Question de Nakhitchevan. Note Presentee A Le Conference de La Paix Par La
Delegation de L'Azerbaidjan.// Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2,
p.2
301
əhalinin 90 faizi azərbaycanlılar idi.
1014
Əslində əhalinin belə nisbəti Rusiya
Qafqaza nüfuz etdikdən və qonşu dövlətlərdən erməniləri İrəvan və Naxçıvan
vilayətlərinə köçürdükdən sonra yaranmışdı. Halbuki, Rusiya Qafqaza gələnə
qədər İrəvan vilayətində 49 875 nəfər müsəlman, 20 073 nəfər erməni, Naxçıvan
vilayətində isə 17 138 nəfər müsəlman, cəmisi 2690 nəfər erməni yaşayırdı.
1015
Bu
qəzaların əhalisi 1918-ci ildə təşkil etdikləri müsəlman Milli Şurası vasitəsi ilə
kəndbəkənd Azərbaycan Respublikasının idarəçiliyinə keçmək barədə qərar qəbul
edib, Azərbaycan hökumətinə göndərmişdilər. Hətta Ordubadda 5 erməni kəndi də
Azərbaycan Respublikasının tərkibində olmaq barədə akt tərtib etmişdi.
1016
Qeyd
edilən ərazilərdə müsəlman əhalisinin sayını azaltmaq üçün ermənilər rəqəmlərin
saxtalaşdırılması da daxil olmaqla müxtəlif üsullardan istifadə edirdilər. Birinci
dünya müharibəsinin sonunda hazırlayıb Moskvaya göndərdikləri sənədlərdə onlar
türk əhalisini müxtəlif etnik adlar altında verməklə buna nail olmağa cəhd
göstərirdilər. Məsələn, ermənilərin Moskvaya göndərdikləri sənəddə Sürməli
qəzasında əhalinin 59 faizinin türk, 11 faizinin kürd, 30 faizinin erməni olduğu
bildirilirdi. Yaxud, Şərur-Dərələyəzdə 90 250 nəfər əhalinin 58 496 nəfərinin (64,8
faiz) türk, 29 165 nəfərinin (32,3 faiz) erməni, 2589 nəfərinin (2,9 faiz) digər
millətlərin nümayəndələri olduğu qeyd edilirdi.
1017
Ermənistan hökuməti statistik
məlumatları öz xeyrinə dəyişmək üçün etnik təmizləmə, deportasiya və yerli
əhalinin məhv edilməsi üsullarına da tez-tez əl atırdı. Cənubi Qafqazda sovetləşmə
prosesi başlananda qırmızı ordunun komandirləri olan Todorski və Sviridov
sovetlərin Qafqaz canişini Q.K.Orconikidzeyə yazırdılar: "Araz çayı boyunca
Uluxanlı stansiyasından Naxçıvana qədər əhalisi müsəlmanlardan ibarət olan,
Arazın bol taxıl anbarı sayılan Şərur rayonu indi meyitlərin çürüdüyü ölüm
vadisini xatırladır. Şərurun bütün əhalisinin bir hissəsi 1919-1920-ci illərdə
Ermənistan Respublikasının hökumət ordusu tərəfindən məhv edildi, qalanı isə
Türkiyəyə qovuldu, əmlakları indi Njdenin malikanəsini mühafizə edən
mauzeristlər tərəfindən talan edildi. Bəşəriyyət hələ belə vəhşilikləri görməyib."
1018
1014
Qars vilayətinin Ermənistan Respublikasına birləşdirilməsi və Naxçıvan, Şərur-Dərələyəz, Sürməli
qəzalarının, İrəvan qəzasının bir hissəsinin Ermənistana verilməsinə qarşı Ə.M.Topçubaşovun
müttəfiqlərin Sülh konfransındakı nümayəndələrinə etiraz notası. 19.08.1919. // ARDA, f.970, s.1, i.
142, v.60-61; La Question de Nakhitchevan. Note Presentee A Le Conference de La Paix Par La
Delegation de L'Azerbaidjan.// Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2,
p.3
1015
Гражданское управление Закавказьем от присоединения Грузии до наместничества Великого
князя Михаила Николаевича. Исторический очерки. Тифлис, 1901, с.229
1016
Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar vilayətlərinin müvəqqəti general-qubernatorunun
Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsinə məktubu. Oktyabr-dekabr, 1919.
// ARDA, f.970, s.l, i 104, v.2-95
1017
Ermənistan sonuncu erməni-türk müharibəsinin başlanmasına qədər. 28.02.1921. //RDSSTA, f.5,
s.1, i. 2797, v.22
1018
Zəngəzur əməliyyatının ideya təminatı. İyul, 1921. // RDSST A, f.85, s.13, i.75, v.2
302
Qeyd edilən ərazilərin əhalisinin, əsasən, müsəlmanlardan ibarət olduğu 1918-ci
ilin dekabr ayında Qafqazda olan Fransa missiyasının hazırlayıb Parisə göndərdiyi
geniş hesabatda da təsdiq edilir.
1019
Bölgədə baş verən qanlı hadisələri nəzərə alaraq, Paris sülh konfransına
təqdim olunan etiraz notasının axırında Sülh konfransından xahiş edilirdi ki,
Qafqazda olan müttəfiq komandanlığı vasitəsi ilə iki mühüm məsələ həll edilsin: 1.
Qars vilayətinin hüdudlarından müttəfiq qoşunlarından başqa bütün hərbi qüvvələr
çıxarılsın, bu ərazinin taleyi həll edilənə qədər, onun idarəçiliyi yerli əhalinin
arzusuna uyğun təşkil edilsin. 2. Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzalarının
və İrəvan qəzasının bir hissəsinin idarəçiliyi Azərbaycan Respublikasının əlində
saxlanılsın.
1020
Azərbaycan nümayəndələri etiraz notasını Sülh konfransına təqdim
etməklə yanaşı, Müttəfiqlərin Parisdə olan bütün nümayəndələrinə də verdilər. Bu
etiraz notasından sonra Qarsda baş vermiş hadisələrlə maraqlanan və Qafqaza Ali
Komissar göndərilən Oliver Uordrop vasitəsilə faktları dəqiqləşdirən lord Kerzon
Qars hadisələrində Ermənistan hökumətini günahlandırmışdı. Bununla bağlı
Parisdə olan erməni nümayəndə heyətinin başçısı A.Ağaronyan Ermənistan Xarici
İşlər Nazirliyinə göndərdiyi məlumatda məsləhət verirdi ki, təcili şəkildə Tiflisdə
olan O.Uordropla görüşsünlər.
1021
Ermənilər lord Kerzonun belə mövqe tutmasına
biganə qalmadılar. Daşnak A.Saqatelyan Ermənistan Xarici İşlər Nazirliyinin
"İnformasiya bülletenin"də nəşr olunmuş "Antanta, bolşevizm və müsəlmançılıq"
məqaləsində izah edirdi ki, guya, lord Kerzonun ermənilərə qarşı müsəlmanpərəst
mövqe tutması vaxtilə onun Hindistanın vitse-kralı olması ilə bağlıdır. Hətta
ermənilər Kerzonun Əfqanıstan siyasətini də onun "müsəlmanpərəstliyi" ilə
əlaqələndirməyə çalışırdılar.
1022
Müttəfiq komandanlığının qeyd edilən ərazilərlə bağlı ermənipərəst
mövqeyinə baxmayaraq, bu qəzaların əhalisi Ermənistan hökumətinə tabe
olmadılar. Daşnak hökumətinin öz hakimiyyətini silah gücünə yaymaq cəhdləri
xeyli müsəlman kəndlərinin boşaldılması ilə nəticələnsə də, lakin bütövlükdə bu
siyasət iflasa uğradı. Silah gücünə öz hakimiyyətini Naxçıvan, Şərur-Dərələyəz və
Sürməlidə yaya bilməyən ermənilər 1919-cu ilin sentyabrından başlayaraq, buna
Amerika diplomatiyası vasitəsi ilə nail olmaq istəyirdilər. Polkovnik Vilyam
Haskel Sülh konfransı tərəfindən Ermənistana müvəkkil təyin edildiyindən,
Ermənistan hökumətinin İrəvan quberniyasının yuxarıda adları çəkilən qəzalarını
1019
Considérations générales sur l'organisation du Caucase en cantons. Annexe № 1 au rapport № 1 du
10 décembre 1918. // Ministère des Affaires Etrangère de France, Archives Diplomatique,vol.832, folio
19
1020
La Question de Nakhitchevan. Note Presentee A Le Conference de La Paix Par La Delegation de
L'Azerbaidjan.// Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2, p.3-4
1021
Ermənistan Respublikasının Paris Sülh konfransında olan nümayəndəliyinin başçısı A.Ağaronyanın
xarici işlər nazirinə məktubu. Sentyabr, 1919.//ARPİİSPİHA, f.276, s.9, i.29, v.6
1022
Ermənistan Respublikasının Azərbaycandakı nümayəndəsi A.Saqatelyanın "Antanta, bolşevizm və
müsəlmançılıq" adlı məruzəsinin surəti. 1920. // ARPİİ SPİHDA, f.276, s.9, i.38, v.2
303
ələ keçirməsi üçün əlverişli şərait yaradırdı. İngilis komandanlığının Naxçıvan və
Şəruru Ermənistan hökumətinin idarəçiliyinə vermək təcrübəsi özünü
doğrultmadığı üçün bu dəfə yeni bir plan - Naxçıvan və Şərur-Dərələyəzdən ibarət
Amerika general-qubernatorluğu yaratmaq planı irəli sürülmüşdü. Sentyabr ayının
1-də Azərbaycan hökumətinə verilmiş 20 bənddən ibarət Haskel layihəsində,
əslində Naxçıvan və Şərur-Dərələyəzin Azərbaycandan ayrılması öz əksini
tapmışdı. Layihədə göstərilirdi: Amerikanların yaratdığı neytral zonaya Naxçıvan
və Şərur-Dərələyəz daxil edilir, neytral zonanın idarəçiliyi polkovnik Haskelin
təyin etdiyi Amerika general-qubernatorunun əlində olacaqdır; ermənilərin
üstünlük təşkil etdiyi (bu amerikanlar tərəfindən müəyyən edilməli idi) yerləri
çıxmaq şərti ilə yerli hakimiyyət azərbaycanlıların əlində qalırdı; Azərbaycan və
erməni hökumətləri neytral zonada olan öz qoşunlarını geri çağırmalı idilər; hər
hansı tərəfin qoşunu bura, yalnız, Amerika qubernatorunun icazəsi ilə daxil ola
bilərdi; Azərbaycan və Ermənistan hökumətləri təcili olaraq, yerli əhali arasında
təbliğat aparan öz nümayəndələrini və ona rəğbət bəsləyən ölkənin
nümayəndələrini neytral zonadan çıxarmalıdır; hər iki tərəf 1919-cu ilin 1
sentyabrına qədər törədilmiş hadisələrə görə həbs edilənlərə amnistiya verməlidir;
yerli çinovniklər Amerika qubernatoru tərəfindən təyin edilir və qubernator neytral
zonanın hüdudlarında istənilən çinovniki dəyişdirmək hüququna malikdir;
Azərbaycan hökuməti neytral zonada və İrəvan rayonunda azərbaycanlı,
Ermənistan hökuməti isə neytral zonada və Zəngəzur rayonunda erməni əhalisini
sakitləşdirmək üçün öz nüfuzundan istifadə etməlidir; Azərbaycan və Ermənistan
hökumətləri öz ərazilərində yaşayan azərbaycanlı və erməni əhalisinin həyatının və
əmlakının toxunulmazlığına təminat verməlidir; neytral zonanın hüdudlarında olan
dəmir yolu xətti üzərində nəzarət hüququ Amerika general-qubernatoruna
keçməlidir; Azərbaycan hökuməti "Yaxın Şərqə Amerika Yardım Komitəsi"nin
Şuşa və Gorusda nəzərdə tutulan yardım tədbirlərinin həyata keçirilməsinə mane
olmamalıdır; Azərbaycan hökuməti erməni qaçqınlarının öz yerlərinə qayıtmasına
razılıq verməli və onlara yardım göstərməlidir; Böyük Vedinin azərbaycanlı əhalisi
Amerika qubernatorunun müşayiəti ilə neytral zonanın hüdudlarından digər yerə
köçürülməlidir və onlara şərait yaradılmalıdır ki, bütün əmlaklarını özləri ilə
götürsünlər; hazırda inşa edilən Bakı-Culfa dəmir yolu Azərbaycan hökumətinin
səlahiyyətində qalmalıdır; Amerika qubernatorunun idarəçiliyi dövründə neytral
zonanı idarə etmək üçün lazım olan maddi vəsait yerli vergilər hesabına
ödənilməlidir, bu məqsədlə Azərbaycan hökumətindən əlavə vəsait tələb
edilməlidir və s.
1023
İlk baxışda layihənin məzmunundan aydın olur ki, belə bir
layihə amerikanlar tərəfindən hazırlana bilməzdi. Bu müttəfiqlərin Ali Komissarı
Vilyam Haskelin adı ilə elan edilmiş erməni layihəsi idi. Lakin bu layihə
Azərbaycan hökuməti tərəfindən qəbul edilmədiyi üçün sentyabrın 27-də Vilyam
1023
Zaqafqaziyada Amerika Ali Komissarı V.Haskelin Naxçıvan və Şərur-Dərələyəzdə Amerika
general-qubernatorluğu yaradılması ilə bağlı yeni layihəsi. 27.09.1919. // ARDA, f.970, s.1. i. 93, v.3-5
304
Haskel bir qədər yumşaldılmış, əslində isə mahiyyət etibarı ilə birincidən о qədər
fərqlənməyən 12 bənddən ibarət ikinci layihəni Azərbaycan hökumətinə
göndərdi.
1024
Azərbaycan xarici işlər naziri sentyabr ayının 29-da Haskelə yazırdı
ki, onun hökuməti Naxçıvan və Şərur-Dərələyəz qəzalarında xüsusi general
qubernatorluğunun yaradılmasının əleyhinə deyildir, lakin təklif edilən şərtlərin bir
qisminə etiraz edir.
1025
Bu məsələ ilə bağlı Azərbaycan hökuməti general-
qubernatorluq barədə özünün tərtib etdiyi layihəni sentyabr ayının axırlarında
polkovnik Haskelə göndərdi. 12 bənddən ibarət layihədə göstərilirdi: Naxçıvan və
Şərur-Dərələyəz qəzalarında müvəqqəti olaraq, xüsusi general-qubernatorluq
yaradılır; general-qubernatoru Amerika vətəndaşları içərisindən polkovnik Haskel
təyin edir; bu qəzalar ümumi, birbaşa, bərabər və gizli səsvermə yolu ilə seçilən
yerli Şuralar tərəfindən idarə edilir; vilayətdə bütün hakimiyyət - inzibati,
məhkəmə, dəmir və şose yolları, poçt-teleqraf, xalq maarifi və sair Şuranın
müstəsna səlahiyyətinə daxil edilir və bu işi general-qubernator tənzim edir; Şura
tərəfindən təyin edilən icra hakimiyyəti çoxluq təşkil edən millətin
nümayəndəsindən olmalıdır; bütün general-qubernatorluqda mətbuat, vicdan, söz
azadlığı, şəxsiyyətin və əmlakını toxunulmazlığı elan edilməlidir; general-
qubernatorluğun büdcəsinə Azərbaycan parlamentində baxılmalı, çatışmayan
məbləğ Azərbaycan xəzinəsindən əlavə edilməlidir; Azərbaycan pulu rəsmi pul
vahidi kimi qəbul edilməlidir; seçkilər keçirilənə qədər general-qubernator
Azərbaycandan iki məsləhətçi dəvət edib, onların köməyi ilə qayda-qanun
yaratmalıdır; neytral zonadan Bakı-Culfa dəmir yolunun keçdiyi xüsusi zolaq
ayrılıb, Azərbaycan hökumətinə verilməlidir; general-qubernatorluğun əhalisi
tərksilah edilməməlidir; general-qubernatorluğun bütün ərazisində amnistiya
keçirilməlidir.
1026
Lakin Azərbaycan hökuməti tərəfindən tərtib edilən layihə
Haskel tərəfindən qəbul edilmədi. Sentyabr ayının ortalarında Haskel Naxçıvan,
Şərur və Ordubad nümayəndələri Əli Səbri Qasımovu və Ələsgərovu qəbul edərək
bildirdi ki, Birləşmiş Ştatların ordu mühəndisi polkovnik Edmond Deli Naxçıvana
qubernator təyin edilmişdir və oktyabr ayının 23-də öz vəzifəsinə başlayacaqdır.
Nümayəndələr adından Əli Səbri Qasımov Naxçıvan əhalisinin on bənddən ibarət
olan tələblərini V.Haskelə təqdim etdi. Burada Naxçıvan əhalisinin bu rayona
erməni qoşunu yeridilməsinə razı olmayacağı, bu qəzaların əhalisinin Ermənistan
hökumətinə tabe olmayacağı və lazım gələrsə, azərbaycanlı əhalinin öz
istiqlaliyyətini silahlı yolla qoruyacağı göstərilirdi.
1027
1024
Zaqafqaziyada Amerika Ali Komissarı V.Haskelin Naxçıvan və Şərur-Dərələyəzdə Amerika
general-qubernatorluğu yaradılması ilə bağlı yeni layihəsi. 27.09.1919. // ARDA, f.970, s.1, i.93, v.6
1025
Azərbaycan Respublikası Xarici işlər naziri M.Y.Cəfərovun Zaqafqaziya Amerika Ali Komissarı
V.Haskelə məktubu. 29.09.1919. // ARDA, f.970, s.1, i. 93, v.9
1026
Азербайджан, 1919, 23 октября.
1027
Yenə orada.
305
Ümumiyyətlə, türklər Naxçıvanı tərk etdikdən sonra bu regionun əhalisi
özünü erməni talanlarından silah gücünə müdafiə edirdi. Azərbaycan hökuməti
bütün vasitələrlə İrəvan quberniyasının müsəlman qəzalarının istiqlaliyyət uğrunda
mübarizəsini müdafiə edirdi. Ermənilər bu regionu özlərinə tabe edə
bilməməklərini həmişə guya burada türk əsgərlərinin olması ilə əlaqələndirirdilər
və buna ingilisləri və amerikanları qıcıqlandırmaq üçün bir vasitə kimi baxırdılar.
İrəvan quberniyasının müsəlman qəzalarının ermənilərə uğurlu müqavimətində
Azərbaycan Respublikasının Ermənistandakı diplomatik nümayəndəsi Məmməd
xan Təkinski böyük rol oynamışdı. Əgər müttəfiqlər işə qarışmasaydılar Naxçıvan,
Şərur-Dərələyəz, Sürməli qəzalarının əhalisi özünü erməni hücumlarından
qorumaq iqtidarında idi. İyul ayının 11-də M.Təkinski Azərbaycan Xarici İşlər
Nazirliyinə şifrəli məlumatlar yazırdı ki, Böyük Vedidə erməni ordusunun hücumu
dəf edilmişdir, İrəvana çoxlu yaralı erməni əsgərləri gətirirlər, ölmüş erməni
əsgərlərinin sayı 200-dən çoxdur. Müsəlmanlar ermənilərdən iki top və səkkiz
pulemyot müsadirə etmişlər. Ermənilərin əhvali-ruhiyyəsi aşağı düşüb. Onlar
uğursuzluğu ingilis missiyasına inandırmaq istədikləri guya döyüşlərdə türk
əsgərlərinin iştirakı ilə izah etməyə çalışırlar. Qəti şəkildə demək olar ki, bu
kəndlərdə heç bir türk əsgəri yoxdur.
1028
Amerikalıların Ermənistanda hərbi qüvvəsi olmadığı, erməni ordusu isə
əslində, bu işin öhdəsindən gələ bilmədiyi üçün Haskel müsəlman qəzalarında
ümumxalq həyəcanının qalxmasından ehtiyat edir və əhalini sakitləşdirmək üçün
diplomatik vasitələrə əl atırdı. O, neytral zonanın müsəlman əhalisinə vəd edirdi ki,
onların hüquqları Paris Sülh konfransında nəzərə alınacaqdır.
1029
Oktyabr ayının
əvvəllərində xarici işlər naziri M.Y.Cəfərova teleqramında Haskel bildirirdi ki,
yaxın vaxtlarda o, Parisə gedəcək, əgər Azərbaycan hökuməti neytral zonaya daxil
olan ərazilərdə əhalinin sakitləşdirilməsinə yardım edərsə və neytral zona
yaradılması haqqında Amerika planını müdafiə edərsə, Haskel vəd verirdi ki, Paris
Sülh konfransı qarşısında Azərbaycanın tanınması məsələsini qaldıracaqdır.
1030
Hətta bu məqsədlə Amerika missiyasının üzvləri podpolkovnik J.A.Ulio və mayor
Parker K.Kollok Azərbaycan hökumətindən yazılı şəkildə xahiş edirdilər ki, Sülh
konfransı üçün məruzə hazırlandığından Azərbaycana aid statistik məlumatlar
xəritələrlə birlikdə, Sülh konfransına təqdim edilmək üçün iki nüsxədən ibarət
memorandum formasında Amerika Ali Komissarlığına göndərilsin. Oktyabr ayının
4-də Azərbaycan xarici işlər naziri, Haskelə göndərdiyi notada yazırdı ki,
Azərbaycan hökuməti, onun təklifləri və mənafeyi nəzərə alınmaqla bu ərazinin
1028
Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi M.X.Təkinskinin xarici işlər naziri
M.Y.Cəfərova şifrəli teleqramı: 11.07.1919. // ARDA, f.970, s.l, i. 54, v.52
1029
ARDA, f.970, s.1, i.213, v.9
1030
Zaqafqaziyada Amerika Ali Komissarı V.Haskelin xarici işlər naziri M.Y.Cəfərova teleqramı.
Oktyabr, 1919. // ARDA, f.970, s.l, i 93, v.9
306
yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi Amerika general-qubernatorluğu
tərəfindən idarə edilməsinə razılıq verə bilər. M.Y.Cəfərov polkovnik Haskelə
göndərdiyi notada Azərbaycan xalqının prezident Vilson tərəfindən elan olunmuş
xalqların hüquqlarına dair prinsipinə uyğun olan ədalətli tələblərinin onun
tərəfindən Sülh konfransında müdafiə olunacağına ümidvar olduğunu bildirirdi.
Məktubda İrəvan quberniyasında Azərbaycan xalqının öz iradəsinə uyğun olaraq
bərqərar etdiyi hüquqlarının da Vilyam Haskel tərəfindən Sülh konfransı qarşısında
müdafiə olunması arzu edilirdi.
1031
Amerika missiyası Denikin təhlükəsindən də neytral zona yaradılması
məqsədi ilə istifadə etmək istəyirdi. Denikin təhlükəsi ilə bağlı Şimal sərhədlərində
neytral zona yaradılması haqqında Xarici İşlər Nazirliyinin sorğusuna Haskel
cavab verirdi ki, Naxçıvan və Şərur-Dərələyəzdə neytral zona yaradılmayınca
mənim tərəfimdən Denikinlə və digər məsələlərlə bağlı heç bir addım
atılmayacaqdır.
1032
Haskel layihəsi elan edildikdən sonra təkcə Naxçıvanı deyil, İrəvan
quberniyasının bütün müsəlman qəzalarını xalq həyəcanı bürümüşdü. Azərbaycan
Xarici İşlər Nazirliyinin Versaldakı Azərbaycan nümayəndələrinə göndərdiyi
məlumatda göstərilirdi ki, İrəvan quberniyasında vəziyyət üsyan həddinə çatıb, bu
ərazidə Böyük Vedi üsyanı xüsusilə kəskin xarakter alıb, erməni qüvvələrinin
tamamilə darmadağın edilməsi ilə nəticələndi və erməni ordusu İrəvan şəhərinin
özünə qədər geri oturduldu.
1033
Məlumatda qeyd edilirdi ki, Şərur-Dərələyəzdə
müsəlmanların hərəkatına erməni dəstələri və hərbi hissələri tərəfindən incidilən
Kağızman əhalisi və Eçmiədzin qəzasının sakinləri də qoşuldular. Hazırda İrəvan
quberniyasının bütün müsəlman əhalisi güclü şəkildə həyəcanlanmışdır. İrəvan
quberniyasının dinc müsəlman əhalisinə divan tutulması Azərbaycan xalqının və
siyasi dairələrinin də narazılığına səbəb olmuşdur. Şübhəsiz ki, hökumət belə
zorakılıq aktlarına və incidilən müsəlman əhalisinin yardım çağırışlarına biganə
qala bilməzdi. Ona görə də Azərbaycan hökuməti avqust ayında olduğu kimi və
sentyabr ayında da İrəvan quberniyası müsəlmanlarına qarşı ermənilərin törətdiyi
zorakılıqlara qarşı Ermənistan hökumətinə qəti etiraz notası göndərmişdi.
1034
1031
Xarici işlər naziri M.Y.Cəfərovun müttəfiqlərin Zaqafqaziyada Ali komissarı U.Haskelə notası.
04.10.1919. // ARPİİ SPİHDA, f.277, s.2, i.18. v.18
1032
Zaqafqaziyada müttəfiqlərin ali komissarı U.Haskelin xarici işlər naziri M.Y.Cəfərova teleqramı.
26.10.1919.//ARDA, f.970, s.1, i.93, v.7
1033
Azərbaycan Xarici İşlər Nazirliyinin Versaldakı Azərbaycan nümayəndəliyinə məlumatı. Oktyabr,
1919. // ARDA, f.2905, s.1, i.20, v.2
1034
Lа situation de la population musulmane dans la Republique d'Armenie. // Bulletin d'Information de
L'Azerbaidjan. Paris, 1919, 13 Octobre, №3, p.4-6; Xarici işlər naziri M.Y.Cəfərovun Ermənistan
Respublikası Xarici İşlər Nazirliyinə notası. 22.09.1919. // ARDA, f.970, s.l, i.184, v.16-17; Note de
l'Azerbaidjan a l'Armenie. 22 septembre 1919. // Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919,
15 Decembre, №5, p.1-2
307
Oktyabrın ortalarında polkovnik Haskel Parisə çağırıldıqdan sonra onun
müavini polkovnik Ceymis Rey neytral zona məsələsini müzakirə etmək üçün
Bakıya gəlmişdi. Hələ bundan iki həftə əvvəl İstanbuldakı Amerika səfirliyinin
nümayəndəsi mayor Doyl da Azərbaycan paytaxtına gəlmişdi.
1035
Danışıqlar
zamanı Ceymis Rey Azərbaycan hökumətinə təklif edirdi ki, hökumət öz
nümayəndəsini onunla birlikdə neytral zona məsələsini həll etmək üçün İrəvana və
Naxçıvana ezam etsin. Bununla amerikanlar yerli əhaliyə göstərmək istəyirdilər ki,
Azərbaycan hökuməti neytral zona yaradılmasına tərəfdardır. Lakin hökumət buna
etiraz edərək bildirdi ki, o, əhalini çaşdıra bilməz və hökumət tərəfindən
bəyənilməyən prinsiplərin bərqərar edilməsində iştirak edə bilməz. Bununla belə,
polkovnik Reyə bildirildi ki, əgər əhali amerikanlar tərəfindən təklif olunan şərtlərə
razı olarsa, (İrəvan quberniyası müsəlman qəzalarının əhalisinin neytral zona
yaradılmasına qarşı kütləvi həyəcanları Azərbaycan hökumətinə məlum idi - C.H.),
hökumət neytral zonanın yaradılmasına müqavimət göstərməyəcəkdir. Paris Sülh
konfransına göndərilən hökumət məlumatında qeyd edilirdi ki, bu etiraz polkovnik
Reyi elə də təmin etmədi və o, Naxçıvana tək qayıtmalı oldu.
1036
Oktyabr ayının 24-də Ceymis S.Rey Naxçıvana gəldi və müsəlman Milli
Şurası qarşısında neytral zona yaratmaq barədə Amerika Ali Komissarı Vilyam
Haskelin bəyanatını elan etdi. Bəyanatda deyilirdi: "Ermənilərlə azərbaycanlılar
arasında silahlı toqquşmanın dincliyi pozduğunu, vətəndaşların həyatı və əmlakı
üçün təhlükə yarandığını, Ermənistan və Azərbaycanın bu əraziyə iddiası
olduğunu, Şərur və Naxçıvana Ermənistan və Azərbaycanın hüququnun hələlik
Sülh konfransı tərəfindən həll edilmədiyini, Ermənistan və Azərbaycanın bu
ərazini idarə etmək üçün qarşılıqlı razılığa gələ bilmədiyini, Ermənistan və
Azərbaycanın bu ərazidə sülh yaratmaq arzularını nəzərə alaraq... mən Vilyam
N.Haskel Sülh konfransının mənim üzərimə qoyduğu vəkalətə əsaslanaraq,
Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya və İtaliya Ali Komissarı
kimi... Şərur və Naxçıvan dairəsində, Amerika qubernatorunun rəhbərliyi altında
müttəfiq idarəçilik zonasının yaradıldığını... Şimali Amerika Birləşmiş Ştatları
ordusunun hərbi mühəndisi polkovnik Edmund L.Dellinin bu zonaya qubernator
təyin edildiyini bildirirəm.
1037
V.Haskeli əvəz edən Ceymis Rey bu bəyanata uyğun
iki bənddən ibarət Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması,
polkovnik Edmund L.Dellinin qubernator təyin edilməsi haqqında sərəncam
imzaladı. Lakin Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə
Ceymis Rey bu qərarını dəyişməli oldu. Polkovnik Delli Naxçıvanda general-
qubernator kimi deyil, Amerika Аli Komissarın nümayəndəsi kimi qaldı. Ceymis
Reyin Naxçıvana səfəri ilə bağlı Naxçıvan Milli Şurasının üzvü S.Cəmillinski
1035
Азербайджан, 1919, 23 сентября.
1036
Azərbaycan Xarici İşlər Nazirliyinin Versaldakı Azərbaycan nümayəndəliyinə məlumatı. Oktyabr,
1919. //ARDA, f.2905, s.l, i. 20, v.7.
1037
Azərbaycan arxivi, 1988, №1-2, s.153
308
Azərbaycan
Respublikasının
Ermənistandakı
diplomatik
nümayəndəsi
M.Təkinskiyə oktyabr ayının 26-da yazırdı ki, о özü, Xəlil bəу, Kəlbalı xan,
D.Məmmədov və digərləri polkovnik Reylə iki günlük danışıqlar apardılar.
"Ceymis Rey razılıq verdi ki, polkovnik Dellini general-qubernator kimi deyil,
Sülh konfransının, yaxud Amerikanın nümayəndəsi kimi burada saxlasın. Bu
nümayəndə bizim idarəçilik işlərimizə qəti surətdə müdaxilə etməyəcək və
ermənilərlə bizim aramızda sülh yaratmaq, bizim qaçqınlara kömək etmək
istiqamətində fəaliyyət göstərəcəkdir."
1038
S.Cəmillinski qeyd edirdi ki, danışıqlar
zamanı məlum oldu ki, artıq burada müttəfiqlərin xüsusi idarə zonasının
yaradılması məsələsi təxirə salınır və bir çox cəhətlərinə görə bu diyarın
Azərbaycana birləşməsinə amerikanların razılığı hiss edilir. Naxçıvanda olduğu
müddətdə Ceymis Rey və digər Amerika nümayəndələri başa düşdülər ki, neytral
zona üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri-mümkündür.
Noyabr ayında Ermənistanda olan ABŞ zabitlərinin Dellinin sərəncamına
gəlməsi Naxçıvan və Şərur əhalisinin bərk həyəcanına səbəb oldu. Yaranmış
vəziyyətdən çıxış yolu kimi Delli zabitləri İrəvana qaytarmalı oldu.
1039
1920 -ci ilin
yanvarında amerikanlar tamamilə Şərur və Naxçıvanın hüdudlarından çıxdılar.
ABŞ missiyasının Qafqazda olduğu müddətdə Tiflisdə noyabr ayının 23-də
onların vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında saziş imzalandı.
Amerikanlarla yanaşı, ingilislər də iki respublika arasında hərbi əməliyyatların
dayandırılması və sülh bağlanmasına təşəbbüs etmişdilər. Noyabrın 16-da
Britaniya Ali Komissarı O.Uordrop Azərbaycan və Ermənistan hökumətlərinə bu
məqsədlə teleqram göndərmişdir.
1040
Lakin son anda amerikanlar vasitəçilik etdilər.
Sazişdə tərəflər təsbit edirdilər ki, hazırda сərəyan edən toqquşmanı dayandırmağa
və yenidən silaha əl atmamağa çalışacaqlar. Ermənistan və Azərbaycan
hökumətləri razılığa gəlirdilər ki, dinc əhalinin hərəkəti üçün Zəngəzurdan keçən
yolu açmalıdırlar, tərəflər öz üzərlərinə öhdəlik götürürdülər ki, bütün mübahisəli
məsələləri, о cümlədən sərhədlər məsələsini də dinc sazişlər vasitəsi ilə həll
etməlidirlər. Bu sazişin üçüncü bəndi tərəflər arasında razılıq Dostları ilə paylaş: |