920
В.И.Адамия. Из истории Английской интервенции в Грузии, с. 123
921
Bax: Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 1 Septembre, №1, p.2-4; Bulletin
d'Information d L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2, p.1-4; Bulletin d'Information d
L'Azerbaidjan. Paris, 1919, 13 Octobre, №3, p.1-6; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919,
18 November, №4, p.3-4; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 15 December, № 5, p.1-3
271
IX FƏSİL
Qərb mandatlığına münasibət: Fransa, Britaniya və İtaliya
ilə yaxınlaşmaq cəhdləri
Paris Sülh konfransında beynəlxalq siyasətin əsas istiqamətlərini diqqətlə
izləyən Azərbaycan diplomatları gənc respublikanın azad dünyaya inteqrasiya
olunmasının yollarını arayırdılar. Müxtəlif rəng çalarlarında şimaldan yaxınlaşan
təhlükə, ağ və qırmızı Rusiyanın imperiyanın köhnə hüdudlarına münasibətdə eyni
mövqedən çıxış etməsi Qərb orientasiyasını Azərbaycan xarici siyasətinin üstün
istiqamətinə çevirirdi. Çətinliklə olsa da, Avropa ölkələrinin siyasi dairələrində
Azərbaycan haqqında müəyyən təsəvvürlər yaranır, Qafqaza gələn siyasi, hərbi,
diplomatik nümayəndələr onun həyat qabiliyyətli olduğunu etiraf edirdilər.
Azərbaycanın Qərb nümayəndələrini heyrətə salan təbii zənginlikləri, bir sıra
hallarda ona olan marağı şərtləndirən başlıca amilə çevrilirdi. Sülh konfransının
regiona göndərdiyi müxtəlif missiyalar öz hesabatlarında bunu açıq-aydın ifadə
edirdilər. Azərbaycanın təbii ehtiyatları haqqında əfsanələr, nəinki Avropa
paytaxtlarına, hətta okeanın о biri tərəfində yerləşən ABŞ-a belə gedib çatmışdı.
1919-cu ilin ortalarından etibarən, Azərbaycan hökumətinin və onun Paris
Sülh konfransındakı nümayəndələrinin müttəfiq axtarışı bir tərəfdən azad dünyaya
yaxınlaşmaqla bağlı idisə, digər tərəfdən, köhnə və yeni Rusiyanın Azərbaycana
forma etibarı ilə fərqli, mahiyyət etibarı ilə eyni olan münasibətindən irəli gəlirdi.
Dünya müharibəsindən sonra, təkсə məğlubların deyil, qaliblərin də yorulduğu
mürəkkəb beynəlxalq şəraitdə kimdən kömək ummalı, kimə arxalanmalı sualı
bütün kəskinliyi ilə xarici siyasət idarəsinin qarşısında dayanırdı. Azərbaycan
Nazirlər Şurasının sədrinə göndərdiyi hesabatında Ə.M.Topçubaşov yazırdı:
"Keçmiş Rusiyanın ərazisində yeni yaranmış bütün respublikaların sülh
nümayəndələri, demək olar ki, bizimlə eyni vəziyyətdədirlər. Belə bir vəziyyətdə
çıxış yolu, kömək və dayaq axtarmaq təbiidir. Lakin harada və kimdən? Bizim
xalqımızın müstəqil yaşamaq hüququ şübhəsizdir. Bu haqda biz mümkün qədər hər
yerdə danışırıq və hamıya yazırıq. Bunu bizim təsdiq etməyimiz azdır, bir halda ki,
bizdən daha çox tanınmış, mütəşəkkil və hətta, müstəqil yaşayan xalqlar özlərinə,
ancaq müttəfiqlər deyil, himayədarlar, protektorlar, mandatarilər axtarırlar, bu və
ya başqa güclü dövlətlərə arxalanıb, öz yollarını müəyyənləşdirməyə çalışırlar, hər
zaman olduğu kimi, öz yolunu müəyyənləşdirmək mühüm həyati bir məsələ olaraq
öz əhəmiyyətini və dəyərini saxlamaqdadır. Bizim nümayəndələr İstanbulda bu
məsələni dönə-dönə müzakirə etmişdir və burada da həmin sualla məşğul olurlar.
Hansı dövlətə arxalanıb yolumuzu müəyyənləşdirməli?"
922
922
А.М.Топчибашев. Письма из Парижа, с.61
272
Dünya müharibəsindəki məğlubiyyətə qədər Azərbaycan üçün arxalana
biləcəyi müttəfiq dövlət qeydsiz-şərtsiz Türkiyə idi. Dünya müharibəsi
qurtardıqdan sonra beynəlxalq siyasi vəziyyət köklü surətdə dəyişdiyindən
Azərbaycana dost münasibəti göstərən, ona himayədarlıq edə bilən dövlət Fransa,
Böyük Britaniya, ABŞ və İtaliyadan biri ola bilərdi. Lakin bu işin ağırlığını öz
üzərinə götürməyə razılıq verən güclü dövlət tapmaq о qədər də asan deyildi. Elə
götürək ingilisləri, əslində onları Qafqazdan heç kəs çıxarmadı, əksinə, Qafqaz
dövlətləri və onların Parisdəki nümayəndələri Böyük Britaniya hökumətindən
xahiş etsələr də, ingilislər Qafqazda qalmadılar.
Qafqaz dövlətlərinə Fransa himayədarlığı о qədər də real deyildi. Fransa
işgüzar dairələrinin Qafqaza marağı güclü olsa da, Klemanso hökumətinin "vahid
və bölünməz Rusiya" ideyasına sədaqəti daha üstün idi. Sülh konfransında yüksək
nüfuza malik olan böyük dövlətlər içərisindən, məhz Fransa yeni yaranmış
respublikaların müstəqilliyinin tanınmasının əleyhinə idi. Digər dövlətlər kimi,
Fransa hökuməti də 1919-cu ilin ortalarında öz nümayəndələrini Qafqaza
göndərmişdi. Fransızların Qafqazda vəziyyəti öyrənməyə göndərdiyi nümayəndə
milliyyətcə erməni olan İv.Loris-Melikov idi. O, Paris Sülh konfransında olan
erməni milli nümayəndəliyinin üzvü, Ermənistan Respublikasının Parisdəki
nümayəndəsi hesab edilən qraf Loris-Melikovun qardaşı oğlu idi. İv.Loris-Melikov
vaxtilə Ə.M.Topçubaşovla bir gimnaziyada oxumuşdu. 1905-1906-cı illərdə
Peterburqda məşhur rus publisisti Maksim Kovalevski ilə birlikdə "Strana"
qəzetində birgə işləmiş, sonra isə Parisə köçüb Fransa vətəndaşlığını qəbul etmişdi.
O, Fransanın baş naziri Jorj Klemansonun yaxın dostu idi. Qafqaza yola
düşməzdən əvvəl iki dəfə Ə.M.Topçubaşovun yanında olmuş, bir dəfə də Əli
Mərdan bəy, M.H.Hacınski ilə birlikdə onun görüşünə getmişdi. Danışıqlar zamanı
aydın olmuşdu ki, Loris-Melikovu Qafqaza göndərməkdə Fransa hökumətinin əsas
məqsədi bütün Qafqaz xalqlarının daxil olacağı Federativ Respublikanın
yaranmasının mümkün olub-olmamasını və Qafqazın siyasi vəziyyətini
öyrənməkdir. Loris-Melikovun görüşləri haqda Əli Mərdan bəy yazırdı: "O hər
şeуə fransız kimi baxır və qəlbən "vahid və bölünməz" Rusiya tərəfdarıdır. Özünün
dediyi kimi, o, millətçi deyil, buna görə də, burada Ermənistan nümayəndəliyinin
addımlarını təqdir etmir. Özünün söylədiyinə görə, bu nümayəndəliklə heç
görüşməyir də. Bir sözlə, işgüzar siyasətçi təsiri bağışlamasa da, ancaq öz uğuruna
inanır. Qafqaz respublikalarının müstəqil bərqərar ola biləcəyinə inanmır, daha
doğrusu inanmaq istəmir, böyük Rusiya təşkil etməyi sərfəli hesab edir."
923
Ə.M.Topçubaşovun belə xarakteristikasından sonra İstanbul-Batum-Tiflis-İrəvan-
Bakı-Şimali Qafqaz marşrutu ilə hərəkət edən Loris-Melikovun Qafqaz barəsində
Fransa hökumətinə verəcəyi təkliflər demək olar ki, məlum idi.
923
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.1, i.142, v.31
273
Fransanın Qafqazda olan iqtisadi marağı belə, 1919-cu ilin ortalarında onun
siyasi baxımdan bu respublikalar barədə obyektiv mövqe tutmasına təsir göstərə
bilmədi. Fransanın hərbi nazirliyi yanacağa olan ehtiyac səbəbindən Parisdə olan
Azərbaycan nümayəndələri ilə kerosin alınması barədə danışıqlar aparırdı.
924
Belə
bir danışıqlar Cənubi Qafqazda olan Fransa hərbi və siyasi dairələri ilə Azərbaycan
nümayəndələri arasında da aparılırdı və alınan neft məhsullarının Batumdan
Marselə daşınması barədə razılıq əldə edilmişdi.
925
Fransanın Azərbaycanın və
Gürcüstanın siyasi cəhətdən tanınmasında, onlarla iqtisadi əməkdaşlığa girməsində
və son nəticədə onlara himayədarlıq göstərməsində ən çox marağı olan "Aique
Navale Fransause" cəmiyyətinin tərkibində yaranmış "Franko Qafqaz" komitəsi
idi.
926
Komitənin sədri Fransa parlamentinin üzvü, keçmiş ticarət naziri de Monzie
Qafqaz respublikaları, xüsusilə, Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verirdi.
Onun fikrincə, Azərbaycan müsəlman ölkəsi kimi, bütün İslam dünyası ilə
əlaqələrdə mühüm rol oynaya bilərdi. Komitənin üzvü Labri avqust ayının 27-də
Azərbaycan və gürcü nümayəndələri ilə keçirilən iclasda Rusiyadan ayrılmış
millətlərin
müdafiə
edilməsinin
zəruriliyini
bildirdi.
Azərbaycan
nümayəndələrindən
M.Məhərrəmov,
M.Mehdiyev,
C.Hacıbəyov,
gürcü
nümayəndələrindən Qobeçia, knyaz Sumbatov və knyaz Avalov "Franko-Qafqaz"
komitəsinin işinə cəlb edilmişdilər.
927
Komitənin avqustun 27-də keçirilən
iclasında de Monzie razılıq verdi ki, Azərbaycan və Gürcüstan barəsində Fransa
parlamentində çıxış etsin. Avqust ayının 28-də Azərbaycan və Gürcüstan
nümayəndəliklərinin sədrləri komitənin üzvü Labri ilə görüşüb de Monzienin
parlament çıxışının forma və xarakterini müzakirə etdilər.
928
Bundan əlavə, de
Monzie deputat sorğusu ilə Fransa Xarici İşlər Nazirliyindən Qafqaz
respublikalarına, о cümlədən Azərbaycan və Gürcüstana Fransa rəsmi dairələrinin
münasibətini soruşdu. Sorğuda deyilirdi: "Öz xalqlarının yekdil iradəsinə uyğun
olaraq, yaradılmış, konstitusiyası, parlamenti və ordusu olan Qafqaz
respublikalarının - Gürcüstanın və Azərbaycanın tanınmasına Fransa hökuməti
nесə münasibət bəsləyir?" Bu sorğuya cavab olaraq, Fransa xarici işlər naziri
Stefan Jan Mari Pişon yazılı şəkildə bildirirdi ki, Fransa hökuməti Qafqaz
respublikalarını hüquqi cəhətdən tanımır. Bu tanımamağı Pişon onunla
əlaqələndirirdi ki, Qafqazda vəziyyət möhkəm və sabit deyildir. Bununla yanaşı,
Fransa xarici işlər naziri Qafqaz xalqlarına rəğbət bəslədiyini, onların
924
ARDA, f.970, s.1, i.157, v.24
925
Cachet du Cabinet du Ministre de la Guerre/Section Tèlègraphique. Le 26 octobre 1919.// Ministère
des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 114, folio 115
926
Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.638, folio 93, folio 95
927
Comite France-Caucase.// Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 18 Novembre, №4,
p.3
928
Parisdə olan Azərbaycan və Gürcüstan nümayəndələrinin birgə iclasının protokolu. 28.08.1919.
//ARDA, f.970, s.1, i.142, v.230-231
274
nümayəndələrinin Parisə buraxıldığını, habelə Bakıda, Batumda və Tiflisdə Fransa
nümayəndələrinin olduğunu qeyd edirdi. Cavabının sonuncu bəndində Pişon
göstərirdi ki, yolların dağıldığı, maliyyə sisteminin pozulduğu bir şəraitdə Fransa
hökuməti Qafqaz hökumətləri ilə müqavilələr bağlamağa çətinlik çəkir, lakin
bununla belə Fransa Azərbaycan və Gürcüstanla poçt-teleqraf əlaqələrini qurmaq
üçün artıq qərarlar qəbul etmişdir. Hökumət bu ölkələrlə ticarət əlaqələrinin
mümkün olan dərəcədə inkişaf etdirilməsinə tərəfdardır.
929
Göründüyü kimi, Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu
halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi.
Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti
Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu
da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. "Franko-
Qafqaz" komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz
mandatını götürmək fikri yox idi.
930
Əslində Azərbaycan hökuməti də öz
növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki,
Birinci dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək
cəhdləri Azərbaycan siyasi dairələrinə məlum idi. Fransa hökuməti açıq
ermənipərəst siyasət yeritdiyi üçün sonralar Cənubi Qafqazda olan Britaniya Ali
komissarı öz ölkəsinə məsləhət görürdü ki, Fransadan fərqli olaraq, əlahəzrət
hökumətinin Azərbaycanı müdafiə etməsi məqsədəuyğundur
931
. Digər tərəfdən,
Parisdən alınan məlumatlar göstərirdi ki, Qafqaz respublikalarının siyasi və hüquqi
cəhətdən tanınmaması fransız hakim dairələrinin bu respublikalara mənfi
münasibəti ilə bağlı idi. 1919-cu ilin yazında Avropa mətbuatı Cənubi Qafqaza
Fransa və Yunanıstan qoşunlarının daxil olması ehtimalından yazdıqda Azərbaycan
hökumətinin Tiflisdəki diplomatik nümayəndəsi bu məsələni aydınlaşdırmaq üçün
aprel ayının 7-də general Tomsonun yanına getmişdi. Tomsonun qeyd edilən
orduların Cənubi Qafqaza daxil olmasına Azərbaycanın münasibəti barədə
sorğusuna cavab olaraq M.Y.Cəfərov bildirmişdi ki, bizə düşmən münasibət
bəsləyən qüvvələrin, xüsusən yunanların Cənubi Qafqaza gəlməsi bizim üçün
arzuolunmazdır.
932
Qafqaza, о cümlədən Azərbaycana Böyük Britaniya və İtaliya mandatlığı
məsələsi bir-biri ilə qarşılıqlı şəkildə əlaqədə idi. Daha doğrusu, italyanların
Qafqaza meyli ingilislərin oradan çıxmaq arzuları ilə sıx bağlı idi. Əvvəllər qeyd
olunduğu kimi, ingilislər hələ 1918-ci ilin noyabrında Bakıya daxil olduqda elan
etmişdilər ki, onlar müvəqqəti olaraq, Qafqaza daxil olublar. Bu müvəqqəti müddət
929
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.1, i.142, v.45
930
Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2, p.5
931
Documents on British Foreign Policy, 1919-1939, Vol.12, p.578-580
932
Azərbaycan Respublikasının Tiflisdəki diplomatik nümayəndəsi M.Y.Cəfərovun V.Tomsona
məktubu. 07.04.1919. //ARDA, f.970, s.1, i.42, v.50
275
beynəlxalq Sülh konfransının Qafqazda siyasi problemləri həll etməsinə qədər
nəzərdə tutulurdu. Lakin ingilis qoşunları Bakıya daxil olduqdan üç ay sonra,
1919-cu ilin fevralında Lloyd Corc hökuməti qoşunları Cənubi Qafqazdan
mümkün qədər tez çıxarmağı qərara aldı.
933
Lakin ingilislər Qafqazı tərk etməklə
yanaşı, elə etmək istəyirdilər ki, nə amerikanlar, nə də fransızlar bu regionda
birtərəfli qaydada möhkəmlənməsinlər. Çünki 1919-cu ilin fevral-mart aylarında
ABŞ-ın və Fransanın Paris Sülh konfransındakı siyasi dairələrinin çıxışları açıq-
aydın bu ölkələrin Qafqaza marağını əks etdirirdi. Belə meylləri hiss etdikdə
italyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə ingilislər tərəfindən irəli
sürülmüşdü. Doğrudan da, İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın
Şərqdə mövcud olan qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla
İtaliyanın Sülh konfransından narazılığı da bir qədər aradan qaldırılmış olurdu. İlk
dövrlərdə ingilislərlə italyanlar arasında Qafqaz barəsində gizli aparılan danışıqlar
Vittorio Orlando hökumətinin Qafqaza həm siyasi, həm də iqtisadi marağının
olduğunu üzə çıxarmışdı. Digər Avropa rəhbərləri kimi, Orlando da ermənipərəst
bir siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, noyabr ayının 18-
dəki çıxışında digər Avropa rəhbərlərindən geri qalmayaraq, Ermənistanın
müstəqilliyini müdafiə edəcəyini bildirərək demişdi: "Ermənilərə çatdırın ki, mən
onların işini öz işim hesab edirəm"
934
.
Cənubi Qafqaz məsələsinə dair ingilislərlə italyanlar arasında aparılan
danışıqlar mart ayının 24-də onların Baş qərargahları arasında ilkin sazişin
imzalanması ilə nəticələndi. Gizli sazişin şərtlərinə görə, Cənubi Qafqazdakı ingilis
ordusunun mövqeləri İtaliya ordusuna təslim edilməli idi. İtalyanlar Batum limanı
vasitəsilə Qafqaza yetərli sayda ordu çıxarmalı idilər. Ermənistanın Şərqi Anadolu
və Kilikiya torpaqları hesabına Aralıq dənizinə çıxmaq iddiaları, əslində həmin
dənizi "İtaliya gölünə" çevirmək istəyən Orlando hökumətinin regionda
mövqelərinin möhkəmlənməsinə xidmət etməli idi.
935
Lakin ilk dövrlərdə Britaniya siyasi dairələri bu məsələdə yekdil deyildilər.
Qafqazın bilicisi hesab edilən lord Kerzon xarici işlər naziri Balfura 25 mart tarixli
məktubunda göstərirdi ki, Cənubi Qafqaza ordu çıxarmaq İtaliyanın "milli
maraqlarına" uyğun deyildir, onlar Qafqaza doğru irəliləyən bolşevizmə qarşı
davam gətirə bilməyəcəklər. O, haqlı olaraq yazırdı ki, italyanların Qafqaz xalqları
arasında heç bir siyasi nüfuzu yoxdur, biz oradan çıxdıqdan sonra hadisələrlə üz-
üzə dayandıqda onlar ağırlaşması ehtimal olunan vəziyyətdən çıxa
bilməyəcəklər.
936
Lakin lord Kerzonun təklifi nəzərə alınmadı, aprel ayının 9-da
İngiltərənin hərbi şurası martın 24-də gizli şəkildə imzalanmış Britaniya-İtaliya
933
T.Swietochowski. Russian Azerbaijan. p.156
934
R.Hovannisian. The Republic of Armenia, p.272
935
R.Hovannisian. The Republic of Armenia, p.306
936
Г.Никольсон. Как делился мир в 1919 году. М., 1945, с.268
276
sazişini bəyəndi.
937
May ayının 10-da isə Britaniya komandanlığı İngiltərə hərbi
şurasının Cənubi Qafqazdan orduları çıxarmaq qərarı barədə Azərbaycan və
Gürcüstan hökumətlərinə məlumat verdi.
938
Bu qərar doğura biləcək siyasi
nəticələrinə görə, hətta müttəfıq qoşunlarının Bakıda olan komandanı general
V.Tomson üçün belə gözlənilməz idi. General Tomsonun 1915-ci ildə İngiltərədən
çıxmasına, I Dünya müharibəsinin müxtəlif cəbhələrində xidmət etməsinə və
vətənə dönmək istəyinin üstün olmasına baxmayaraq o, yerli vəziyyətlə yaxından
tanış olan bir hərbçi kimi İngiltərə qoşunlarının Qafqazdan və xüsusilə,
Azərbaycandan çıxarılmasının əleyhinə idi. V.Tomson deyirdi ki, "britaniyalıların
Cənubi Qafqazdan çıxarılması zorakılıq aktıdır, yeni yaranmış respublikalara
münasibətdə xəyanətdir."
939
Bununla belə, general Tomson öz hökumətinin
qərarını qeyd edildiyi kimi, may ayının 10-da Azərbaycan hökumətinə çatdırdı və
eyni zamanda həmin məlumatda xatırlatdı ki, Azərbaycanı tərk edən ingilis ordusu
İtaliya ordusu ilə əvəz ediləcəkdir.
940
Paris Sülh konfransı adından general Tomson
Azərbaycan hökumətinə göndərdiyi teleqramda yazırdı: "Sizə bildirməliyəm ki,
Britaniya qoşunlarını İtaliya hərbi hissələri əvəz edəcəkdir. İtaliya zabitlərindən
ibarət olan hərbi heyət artıq Gürcüstana gəlmişdir... Cənubi Qafqazda bu
əvəzlənmə yalnız hərbi xarakter daşıyır və məsələnin siyasi həlli demək deyildir.
Bu addım Sülh konfransının son qərarını özündə ehtiva etmir və konfransın Cənubi
Qafqaz dövlətləri haqqında qərarı hələ qarşıdadır." General Tomson Azərbaycan
Xarici İşlər Nazirliyinə bildirirdi ki, bu dəyişiklik sırf hərbi məzmuna malikdir və
işğal cəhdlərindən ehtiyat etməyə heç bir əsas yoxdur. Eyni zamanda o, özünün də
Qafqazdan İngiltərəyə gedəcəyini, onun general-mayor Kori ilə əvəz olunacağını
bildirirdi.
941
Həm Azərbaycan, həm Gürcüstan hökuməti ingilislərin bu
respublikaların ərazisindən çıxmasına və onların italyanlarla əvəz edilməsinə ilk
dövrlərdə etiraz edirdilər.
General Tomsondan teleqram alındıqdan sonra Azərbaycanın xarici işlər
naziri M.Y.Cəfərov Tiflisə gedərək müttəfiq qüvvələrin komandanı ilə görüşdü.
Söhbət zamanı M.Y.Cəfərov ingilis qoşunlarının italyan qoşunları ilə əvəz
olunmasının arzuolunmaz olduğunu bildirib, bunun gözlənilməz nəticələr verə
biləcəyini qeyd etdi. Lakin general Tomson bu qərarın Paris Sülh konfransı
tərəfindən verildiyinə istinad edərək, onun dəyişilməsinin qeyri-mümkün olduğunu
vurğuladı. Belə vəziyyətdə gündən-günə kəskinləşən Şimal təhlükəsi Azərbaycan
hökumətini İtaliya ilə dil tapmağa və ondan sipər kimi istifadə etməyə cəhd
937
Document on British Foreign policy 1919-1939, Vol.III, p.229
938
ARDA, f.970, s.1.i.36, v.43
939
T.Swietochowski. Russian Azerbaijan. p.156
940
General V.Tomsonun Azərbaycan Nazirlər Şurasının sədri N.Usubbəyova teleqramı. 10.05.1919.
//ARDA, f.970, s.l, i.54, v.11
941
Azərbaycanın Tiflisdəki diplomatik nümayəndəsinin Xarici İşlər Nazirliyinə məlumatı. May, 1919.
//ARDA, f.897, s.1, i.38, v.49
277
göstərmək məcburiyyətində qoydu."
942
Lakin bununla belə britaniyalıların Qafqazı
tərk etməsi ilə Azərbaycan Respublikası üçün öz tarixində tam müstəqillik
mərhələsi başlandı.
943
1919-cu ilin may ayının 10-da İtaliyanın bir hərbi korpusu
artıq Batuma daxil olmuşdu. May ayının 16-da isə prins Savoyskinin rəhbərlik
etdiyi fövqəladə İtaliya missiyası, ondan az sonra isə mayın 22-də polkovnik
Melxior Qabbanın başçılığı ilə hərbi ekspertlər qrupu Bakıya gəldi. İtaliya
missiyalarının başçıları Azərbaycan hökumətinin baş naziri, xarici işlər naziri və
iqtisadi məsələlərlə bağlı bir sıra nazirlikləri ilə danışıqlar apardılar. İlkin
danışıqlar zamanı iki mühüm məsələ aydın oldu. Birincisi, Azərbaycan hökuməti
ingilislər Qafqazdan çıxacağı təqdirdə, italyanların onu xarici təhlükədən, ən
başlıcası isə Denikin təhlükəsindən qorumaq arzusunda olduğunu bildirdi. Bununla
bağlı polkovnik Qabba müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində
Azərbaycan hökumətinə yardım göstəriləcəyini vəd etdi. Bu vədi gerçəkləşdirmək
üçün İtaliya missiyası ilk növbədə təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın
ehtiyaclarını öyrənməyə başladı. Kapitan Oldani Azərbaycana gələcək İtaliya hərbi
hissələrinə müvafiq kazarmalar hazırlamaq üçün Şuşa və Şəkiyə səfər etdi.
Azərbaycan ordusunun silah və hərbi sursata olan ehtiyacları İtaliya hərbi
mütəxəssisləri tərəfindən araşdırılmağa başlandı. Lakin ingilis generalı Briksin
dediyi kimi, Cənubi Qafqazın heç bir yerində italyanların gəlişi əhəmiyyətli hadisə
hesab edilmirdi. Başqa bir məlumatda isə göstərilir ki, italyanlar regiona nəzarət
etmək iqtidarında deyildilər, onların bu missiyanı yerinə yetirmək üçün yetərli
dərəcədə siyasi nüfuzu, kifayət qədər maliyyə ehtiyatları və bu prosesdə zəruri
sayılan tarixi təcrübəsi yox idi.
944
İkincisi, Cənubi Qafqaz hökumətlərinin
arzularından asılı olmayaraq, İtaliyanın Qafqaza marağı bu respublikaları müdafiə
etməkdən daha çox özünün iqtisadi ehtiyaclarını ödəmək zərurətindən irəli gəlirdi.
F.Kazımzadənin yazdığı kimi, İtaliya "yeganə olaraq ona çalışırdı ki, tez və asan
yolla qazanc götürsün."
945
Əslində müharibə başa çatdıqdan sonrakı illərdə
"xammal axtarışı" İtaliya xarici işlər nazirliyinin başlıca vəzifələrindən biri idi.
Hətta, italyanlar belə bir mülahizə irəli sürmüşdülər ki, xammalın beynəlxalq
bölgüsü Millətlər Cəmiyyətinin əsas vəzifəsi olmalıdır.
946
Bu mülahizənin
müqavimətlə qarşılanması İtaliyanın Azərbaycan neftinə və Gürcüstan kömürünə
olan marağını daha da artırmışdı. Pambıq, ipək, yun və digər məhsullar da İtaliya
maraq dairəsindən kənarda qalmamışdı. Siyasi missiya Qafqaza gəlməmişdən
əvvəl İtaliyanın müxtəlif ticarət və sənaye dairələrinin nümayəndələri burada özləri
üçün xammal axtarışına çıxmışdılar. 1919-cu ilin aprelində Milanda yerləşən
"Mişo və Miossi Ticarət Evinin" "Per-il-Marnero" rus-italiya cəmiyyətinin
942
N.Nəsibzadə. Azərbaycanın xarici siyasəti, s.80
943
T.Swietochowski. Russian Azerbaijan, p.81
944
T.Swietochowski. Russian Azerbaijan. p. 157
945
F.Kazemzadeh. The Struggle for Transcaucasia. p.221
946
З.Авалов. Независимость Грузии в международной политике, с.221
278
ipəkçilik üzrə eksperti Vittario Renmuvar öz firmaları üçün Şəkidən xeyli xam
ipək almışdı.
947
Azərbaycanla tanış olduqdan sonra polkovnik M.Qabba onun
iqtisadi ehtiyatlarından о dərəcədə heyrətlənmişdi ki, o, İtaliya fəhlələrinin
Azərbaycana mühacirət edib, işləmələrinin mümkünlüyü məsələlərini Bakıda bir
sıra nazirliklərlə danışıqlarda müzakirə etmişdi.
948
Qafqaza İtaliya ordusu göndərmək məsələsini müzakirə etmək üçün
polkovnik Qabba iyun ayının əvvəllərində Romaya çağırıldı. İtaliya hökuməti
Qabbanın Azərbaycan və Gürcüstan barədə məlumatını dinləyib, ora ordu
göndərilməsinə tərəfdar olduğunu bildirdi. Az sonra, iyun ayının 28-də Böyük
Britaniya hökuməti rəsmi şəkildə ingilis ordusunun Qafqazdan və ümumilikdə,
keçmiş Rusiya ərazisindən çıxarılması barədə Paris Sülh konfransına məlumat
verdi.
949
Belə olduqda müttəfiqlər Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu
ilə əvəz etmək haqqında rəsmi qərar qəbul etdilər. Cənubi Qafqazın İtaliya
mandatlığına verilməsi haqqında vəsadət qaldırıldı. Qafqaza göndərilmiş İtaliya
missiyaları oradan əlverişli cavablarla qayıtdığı üçün Orlando hökuməti
müttəfiqlərin bu qərarına həvəslə razı oldu. Qafqaza İtaliya ordusu göndərilməsi
məsələsinə
Azərbaycan və Gürcüstan respublikalarının Versalda olan
nümayəndələrinin münasibətini öyrənmək məqsədi ilə italyanlar onlarla əlaqə
yaratdılar. İyun ayının 13-də polkovnik Qabbanın hərbi hissəsinin keçmiş
nümayəndəsi Valeri Ə.M.Topçubaşovla görüşdü. О bildirdi ki, İtaliya hökuməti
Qafqaza ordu göndərilməsinin tərəfdarıdır. Danışıqlar zamanı Valeri qeyd etdi:
"Biz əgər sizə ordu göndərməli olsaq, bu işğal və polis məqsədləri daşımayacaq,
yalnız mədəni və iqtisadi məramlara xidmət edəcək. Amma iş orasındadır ki, biz
indi belə ağır vəzifəni çiynimizə götürə bilmərik və mən bura sizin bu məsələyə
münasibətinizi öyrənməyə gəlmişəm."
950
Söhbət zamanı aydın oldu ki, italyanlar
Qafqaza daxil olmaq üçün bu respublikaların ya dəvətini, уa da razılığını almaq
arzusundadırlar. Belə bir arzu İtaliya hökumətinin italyan xalqı və parlamenti
qarşısında özünə bəraət qazandırması zərurətindən irəli gəlirdi. Lakin vəziyyət
qeyri-müəyyən olduğu üçün, bu görüş keçirilən zaman ingilislər isə hələlik
Qafqazdan çıxacaqlarını Sülh konfransına rəsmi şəkildə bildirmədikləri üçün
Ə.M.Topçubaşov İtaliya nümayəndəsinə aydın cavab vermədi.
İyun ayının 15-də Azərbaycan nümayəndəliyinin iqamətgahında gürcü və
dağlı nümayəndələri ilə birlikdə keçirilən iclasda qərara alındı ki, ingilislərin
Qafqazdan çıxması və onların italyanlarla əvəz edilməsi məsələsi ətraflı öyrənilsin.
Amerikalılara verilən sorğudan aydın oldu ki, bu məsələ hələlik Versal hərbi
947
ARDA,f.970, s.1, i.13, v.13
948
Борьба за победу социалистической революции в Азербайджане. Документы и материалы. Б.,
1967, с.321-322
949
Б.Е.Штейн. "Русский вопрос" на парижской мирной конференции, с.332
950
Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndə heyətinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 08.09.07.1919. //ARDA, f.970, s.l, i.142, v.17
279
şurasında müzakirə edilməmişdir.
951
İyun ayının axırlarında Ə.M.Topçubaşov və
İ.Q.Sereteli İngiltərə nümayəndə heyətinin rəhbərlərindən biri L.Malletlə
görüşdülər. O, ingilislərin Qafqazdan çıxmaq haqqında qərarını təsdiq edərək
bildirdi ki, Qafqazda olan ordu indi onlara başqa yerdə lazımdır. İtalyanların
Qafqaza gəlişi ilə bağlı ingilis nümayəndəsi dedi: "İtalyanların gəlişi heç bir halda
vəziyyəti dəyişmir, ingilislərin başladığı işi bundan sonra italyanlar davam
etdirəcəklər."
952
Denikin təhlükəsi ilə bağlı Əli Mərdan bəyin sualına cavab olaraq
Mallet bildirdi ki, "Denikin nə Azərbaycana, nə də Gürcüstana doğru gəlməyəcək,
çünki Könüllü ordunun komandanlığı bu günlərdə Qafqaza yola düşən ingilis
müvəkkili Uordrop tərəfindən belə bir tapşırıq almışdır."
953
Bu məsələlər barədə
Azərbaycan nümayəndələri keçmiş Rusiyanın işləri ilə məşğul olan, Böyük
Britaniya nümayəndə heyətinin məsləhətçisi, professor Simpsonla da ətraflı söhbət
etdilər.
Yuxarıda qeyd olunduğu kimi, İngiltərə Qafqazdan çıxmaq haqqında
qərarını iyun ayının 28-də Sülh konfransına təqdim etdi. Bu məlumatı aldıqdan
sonra Azərbaycan, gürcü və dağlı nümayəndələri italyanlarla yaxınlaşmağı
mümkün hesab edirdilər. Lakin çətinlik onda idi ki, İtaliyada hökumət kabinəsi
dəyişmişdi və əvvəllər Qafqaza həvəs göstərən, ora ordu göndərməyə razılıq verən
Orlando hökuməti istefa vermişdi. Romada yeni yaradılmış Françesko Nitti
hökuməti ilk addım kimi Qafqaza ordu göndərilməsi məsələsini müvəqqəti olaraq
dayandırdı. İyun ayının 28-də Ə.M.Topçubaşovla yeni görüşündə İtaliya
nümayəndəsi Valeri Nitti hökumətinin Qafqaz məsələsində tərəddüd etdiyini təsdiq
etdi.
954
Lakin bununla belə o, İtaliyanın Qafqazda güclü iqtisadi marağının
olduğunu göstərdi.
İyul ayının 7-də Azərbaycan, gürcü və dağlı nümayəndələri İtaliyanın
Parisdəki hərbi attaşesi Sadino ilə görüşdülər. Fikir mübadiləsi zamanı Sadino öz
hökumətinin Qafqazdakı niyyətlərini belə izah etdi: 1. İtaliya Qafqazda siyasi
deyil, yalnız iqtisadi məqsədlər güdür; 2. Qafqazın idarə olunmasına dair Millətlər
Cəmiyyətinin mandatını İtaliya həmin ölkələrin razılığı ilə almaq istəyir; 3. İtaliya
Qafqazda üç-beş ildən artıq qalmayacaq; 4. Bu müddət ərzində Qafqaz
respublikaları konfederasiyası yaradılacaq, bu konfederasiya gücləndiriləcək,
Qafqaz xalqları özləri öz talelərini həll edəcəklər. Əgər bu müddət ərzində Rusiya
Federativ Respublikası yaradılarsa, ola bilsin ki, Qafqaz Konfederasiyası Rusiya
Federasiyasının tərkibinə daxil olsun, bu halda İtaliya Qafqazdan gedəcəkdir; 5.
951
Paris Sülh konfransındakı Azərbaycan, Gürcüstan və Dağlılar Respublikası nümayəndələrinin birgə
iclasının protokolu. 15.06.1919. //ARDA, f.970, s.l, i.142, v.181-184
952
А.М.Топчибашев. Письма из Парижа, с.46
953
Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 13 Octobre, №3, p.7; Azərbaycan
Respublikasının Paris Sülh konfransında nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun Nazirlər
Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.l, i.142, v.19
954
ARDA, f.894, s.10, i.94, v.8
280
İtaliya nə Denikinlə, nə də başqa birisi ilə vuruşmayacaqdır; 6. Qafqazın öz ordusu
ola bilər və İtaliya da öz tərəfindən buna kömək edəcəkdir.
955
Avqust ayının 5-də və 6-da Azərbaycan, gürcü və dağlı nümayəndələrinin
birgə iclasında oriyentasiya məsələsi ətraflı müzakirə edildi. Yaranmış çətinlik
İtaliyanın Qafqaza ordu göndərməsindən imtina etməsi ilə bağlı idi. İyul ayının
axırlarında İtaliya missiyasının üzvü kapitan Oldaninin Gəncə, Şuşa, Şəki və digər
yerlərdə İtaliya ordusu üçün kazarmalar hazırladığı, tərkibində iki piyada diviziyası
olan İtaliya 12-ci hərbi korpusunun Qafqaza yola düşdüyü bir vaxtda, Cənubi
Qafqazda olan İtaliya missiyasının rəhbəri Marlis Mişel iyul ayının 31-də İtaliya
Xarici İşlər Nazirliyindən aldığı məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinə
çatdırdı. Orada aydın şəkildə göstərilirdi ki, Britaniya qoşunlarını əvəz etmək üçün
Cənubi Qafqaza İtaliya ordusu göndərilməyəcəkdir. Bununla belə, İtaliya kral
hökuməti Azərbaycan hökumətinin razılığı ilə kommersiya, maliyyə, sənaye və
digər sahələrdə Azərbaycan Respublikası ilə əməkdaşlıq etmək arzusunda
olduğunu bildirirdi. İtaliya Xarici İşlər Nazirliyi vəd edirdi ki, Azərbaycanı
maraqlandıran məsələlərlə bağlı, xüsusilə onun mənafeyi ilə bağlı Paris Sülh
konfransında yaxın vaxtlarda başlanacaq müzakirələrdə yaxından iştirak
edəcəkdir.
956
Bu məzmunda bir teleqramı Zaqafqaziyadakı İtaliya missiyasının
başçısı polkovnik Qabba da xarici işlər naziri M.Y.Cəfərova göndərmişdi.
Bu məsələlər müzakirə edilən zaman Azərbaycan Xarici İşlər Nazirliyi
tərəfindən Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə
Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin
nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi
Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini
soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya
nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun
göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında
əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi
ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və
hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya
tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk
müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun
ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu
fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə
İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan
edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh
konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında
955
Azərbaycan Respublikasının Paris Sülh konfransında nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun
Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.l, i.142, v.21-22
956
İtaliya missiyasının başçısı M.Mişelin Azərbaycan Xarici İşlər Nazirliyinə məlumatı. 31.07.1919.
//ARDA. f.894, s.10, i.86, v.17
281
siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi
ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla,
Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə
yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul
mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin
ordunuzu Azərbaycanda görməkdən şad olardı. İtaliya xarici işlər naziri vəzifəsini
icra edən qraf Sforsla görüş zamanı da bu məsələlər ətraflı müzakirə edildi. İtaliya
hökumətinin məlum qərarından sonra vəziyyət dəyişdiyindən Sidney Sonninodan
sonra xarici işlər naziri vəzifəsini icra edən qraf Sfors tərəfindən məsələ bir qədər
fərqli formada qoyulurdu. Ona görə qraf Sfors soruşdu ki, əgər italyanlar
Azərbaycana ordu göndərməsələr, yalnız təlimatçılar və bütün sahələri bilən hərbi
mütəxəssislər göndərsələr, əhali və hökumət buna necə münasibət bəsləyər.
Ə.Tahirov cavabında bildirdi ki, İtaliya ordusunun və Azərbaycan ordusu üçün
hərbi sursatın göndərilməsi daha çox arzuolunandır. Bu halda qraf Sfors
Azərbaycan ordusunun ilk növbədə ehtiyacı olduğu hərbi sursat haqqında yazılı
müraciət hazırlamağı təklif etdi və bu müraciəti İtaliya tərəfinin müzakirə
edəcəyini bildirdi. Bu təklifə uyğun olaraq, Ə.Tahirov Azərbaycan ordusunun
aeroplan, hidroplan, artilleriya qurğuları və digər silahlara, partladıcı maddələrə,
zirehli, yük və sərnişin avtomobillərinə, habelə bu texniki vasitələrdən istifadəni
öyrədən təlimatçılara ehtiyacı olduğunu İtaliya Xarici İşlər Nazirliyinə yazılı
şəkildə təqdim etdi. Nəhayət, Azərbaycan nümayəndəsi ilə üçüncü görüşdə İtaliya
rəsmisi Mayoni öz hökuməti adından Qafqaza ordu göndərməyin mümkün
olmayacağını, lakin Azərbaycan ordusu üçün zəruri olan bütün hərbi sursatın
göndəriləcəyini açıqladı. Eyni zamanda, Mayoni Azərbaycanın təhlükəsizliyinin
İtaliya tərəfindən müdafiə olunacağını da vurğuladı. Mayoni Ə.Tahirova məsləhət
gördü ki, Bakıya dönüb istədikləri hərbi sursatı almaq üçün öz hökumətindən yazılı
vəkalət gətirsin, habelə bu barədə Qafqazdakı İtaliya missiyasına məlumat versin
və qeyd edilən hərbi ləvazimatı qəbul etmək üçün Azərbaycan hökuməti Romaya
hərbi mütəxəssislər ezam etsin.
957
Bu razılaşmalara uyğun olaraq, az sonra Azərbaycan hökuməti silah və
hərbi sursat almaq üçün general İbrahim ağa Usubov başda olmaqla, Romaya bir
heyət göndərmək arzusunu İtaliya tərəfinə bildirdi. Cənubi Qafqazdakı İtaliya
missiyasının başçısı M.Qabba Azərbaycan xarici işlər naziri M.Y.Cəfərova
göndərdiyi 6 sentyabr 1919-cu il tarixli məktubda kral hökumətinin bu heyətin
İtaliyaya getməsinə razılıq verdiyini yazırdı. O, təklif edirdi ki, İtaliyaya ezam
olunacaq şəxslərin sənədləri viza alınması üçün Tiflisdəki İtaliya konsulluğuna
göndərilsin.
958
Müvafiq sənədləşmədən sonra 1919-cu ilin noyabr-dekabr aylarında
957
Müttəfiq komandanlığı yanında Azərbaycanın nümayəndəsi Ə.Tahirovun İstanbul və Romaya səfəri
barədə Nazirlər Şurasının sədri N.Usubbəyova yazılı məlumatı. 06.08.1919. //ARPİİ SPİHDA, f.277,
s.2, i.22, v. 103-105
958
Э.Э.Исмаилов. Георгиевские кавалеры-азербайджанцы. Москва, 2005, с.201
282
İ.Usubov başda olmaqla Azərbaycan hərbi heyəti Romaya ezam olundu. 14
oktyabr tarixində M.Y.Cəfərova göndərdiyi digər bir məktubda isə polkovnik
Qabba İtaliya ilə Qafqaz arasında kommersiya xarakterli dəniz yolunun açıqlığını
bildirirdi. O, məlumat verirdi ki, Triest limanından çıxan İtaliya gəmisi ayda iki
dəfə, cümə axşamı və cümə günləri Batum və Poti limanlarında olacaqdır.
959
Azərbaycan xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi digər bir məktubda
polkovnik Qabba italyanların Cənubi Qafqaza köçürülməsinin mümkünlüyünü
öyrənmək üçün İtaliya hökumətinin Qafqaza ezam etdiyi doktor Feliks
Kalimaninin Azərbaycanda əmək ehtiyatlarının vəziyyətini araşdırmaq üçün
Bakıya gələcəyini bildirirdi. О xahiş edirdi ki, bu məsələdə doktor Kalimaniyə
köməklik göstərilsin, onun hökumət üzvləri ilə görüşləri təşkil edilsin və ölkənin
iqtisadi həyatı ilə bağlı lazımi statistik məlumatlarla təchiz edilsin.
960
Lakin bütün
bunlar bir qədər sonrakı hadisələr idi.
1919-cu ilin yayında İtaliya hökumətinin qəflətən Qafqaza ordu
göndərməsini təxirə salması Şimal təhlükəsi ilə üz-üzə dayanan yeni respublikalar
üçün böyük çətinliklər yaratdı. Avqust ayının 1-də İtaliya Xarici İşlər Nazirliyi
Romada olan İngiltərə səfirliyinə məlumat verdi ki, F.Nitti hökuməti Qafqaza ordu
göndərməyəcəkdir. İtaliya hökumətinin avqust ayının 5-də elan edilən rəsmi
bəyanatı da bu fikri təsdiq etdi. İngilislərin Qafqazı tərk etmələri barədə məlumat
verildikdən sonra F.Nittinin belə qərar qəbul etməsi Azərbaycanı və Gürcüstanı
çətin vəziyyətə salırdı. Digər tərəfdən, bu dövrdə İtaliyanın sosial-siyasi və iqtisadi
vəziyyətinin təhlili belə bir fikir söyləməyə əsas verir ki, Qafqaza hərbi ekspedisiya
göndərilməsi İtaliyanın özü üçün ciddi problemlər yarada bilərdi. Özündən əvvəlki
hökumət başçısı Orlandoya nisbətən, daha real düşünən Françesko Nitti bunu hiss
etmişdi. О qeyd edirdi ki, dünya müharibəsi başa çatdıqdan sonra İtaliya dövlət
başçıları iki ağılsız qərar qəbul etmişlər: birincisi, İzmiri tutmaq, ikincisi isə
Gürcüstana hərbi ekspedisiya göndərmək. Onun fikrincə, bu addımlar İtaliyanı bir
tərəfdən Türkiyə, digər tərəfdən Rusiya ilə müharibəyə aparıb çıxara bilərdi. Bu isə
İtaliyanın iqtisadi cəhətdən məhvi demək idi. O, sonralar yazırdı: "İtaliyanın baş
naziri kimi, mən şəxsən 1919-cu ilin yayında Gürcüstana (Cənubi Qafqaza ordu
göndərmək nəzərdə tutulur - C.H.) hərbi ekspedisiya göndərməyi qadağan
etdim".
961
Orlandodan fərqli olaraq Nitti "Böyük Ermənistan" yaradılması
çağırışlarını, xüsusilə, Türkiyənin parçalanması ideyasını Antanta dövlətlərinin
avantürası hesab edirdi. О vurğulayırdı ki, sözdə hamı prezident Vilsonun "Böyük
Ermənistan" layihəsinə tərəfdardır. Lakin nə İngiltərə, nə Fransa, nə də İtaliya
böyük bir ordunun yerinə yetirməli olacağı bu işin ağırlığını öz üzərinə götürmək
istəmir, ABŞ Senatı isə bu məsələdə Vilsonun arzularının əleyhinə hərəkət edir.
Bütün bunları xatırlatdıqdan sonra F.Nitti yazırdı: "Heç olmasa kiçik Ermənistan
959
Азербайджанская Демократическая Республика. Внешняя политика, с.375
960
Yenə orada, s.418
961
Ф.Нитти. Вырождение Европы, с. 105
283
mövcud olması naminə "Böyük Ermənistan" haqqında əfsanələr uydurmaq lazım
deyildir."
962
Antanta dövlətlərinin Türkiyəyə ədalətsiz münasibəti ilə bağlı Nitti
bildirirdi ki, böyük dövlətlərə nə vaxt lazımsa, həmin vaxt onlar türklərin öz
qonşularına münasibətdə "vəhşi obrazını" yarada bilirlər. Halbuki onun fikrincə,
"türklər təbiət etibarilə qəddar və zülmkar deyildilər. Lakin onlar çox hiyləgər və
məkrli qonşularla - bir qayda olaraq əkinçilik və sənaye ilə deyil, əsasən, iri və
xırda ticarətlə məşğul olan, ticarət və sələmçilik hesabına yaşayan yunanlar,
ermənilər və yəhudilərlə əhatə olunmuşlar".
963
Nitti hökumətinin avqustun 5-də Qafqaza ordu göndərməkdən imtina etməsi
oriyentasiya məsələsini yenidən kəskin şəkildə meydana çıxardı. Avqust ayının 6-
da Azərbaycan, Gürcüstan və Dağlılar respublikaları nümayəndələrinin birgə
iclasında oriyentasiya məsələsi geniş şəkildə müzakirə edildi. İclasa sədrlik edən
Ə.M.Topçubaşov qeyd etdi ki, indiki vaxtda bizim dövlətlərimizin müstəqil
olmaları hər birimizin ən böyük arzusu olmasına baxmayaraq, müəyyən bir dövrdə
yaxın vaxtlar üçün kənardan siyasi kömək və hərbi yardım almadan keçinə
bilmərik. O, Qafqaz respublikaları ətrafında yaranmış şəraiti təhlil edərək, dedi:
"Bir halda ki, vəziyyət belədir, onda sağımıza və solumuza baxıb, özümüzə kömək
axtarmalıyıq". Müzakirələrin gedişində vəziyyətdən çıxış yolu kimi bir sıra
təkliflər irəli sürüldü. Ayrı-ayrı nümayəndələrin çıxışlarında göstərildi ki,
Azərbaycan və Gürcüstanın Paris Sülh konfransındakı təmsilçiləri Millətlər
Cəmiyyətinə müraciət etsinlər və Qafqaz mandatını qəbul edən ölkə Millətlər
Cəmiyyəti tərəfindən müəyyən edilsin. Sonra M.H.Hacınski belə bir təklif irəli
sürdü ki, ehtimal edilən dövlətlər içərisindən öz gücü və imkanlarına görə, yalnız,
Böyük Britaniya bu missiyanı yerinə yetirə bilər və ona görə də Azərbaycanın
mandatının götürülməsi İngiltərədən xahiş edilsin. O, iclasdakı çıxışında
əsaslandırmağa çalışdı ki, İngiltərədən başqa Qafqaz respublikalarının, о
cümlədən, Azərbaycanın heç bir oriyentasiyası olmamalıdır.
964
Çıxış edən
Gürcüstan nümayəndələri də bu təklifə tərəfdar çıxdılar. Lakin böyük dövlətlərin
regionda maraqlarının toqquşmasını nəzərə alaraq, iclasda qeyd edildi ki, bu xahiş
İngiltərədən elə incə formada edilməlidir ki, digər dövlətlər narazı qalmasınlar.
Ona görə, müzakirələrin gedişində belə bir razılıq əldə edildi ki, bu məsələ ilə bağlı
ilk növbədə, İngiltərə siyasi dairələrinin fikri öyrənilsin, sonra isə Millətlər
Cəmiyyətinə müraciət edilsin. Millətlər Cəmiyyətində Böyük Britaniyanın üstün
rol oynayacağına əsaslanıb, bu məsələnin mümkün olacağına ümid bəsləmək
olardı. Lakin bu ümidlər doğrulmadı. Hətta Azərbaycan hökumətinin qərarı ilə
xarici işlər naziri M.Y.Cəfərov Britaniya ordusunun ölkədə müəyyən şərtlər
daxilində saxlanması haqqında avqustun 4-də general D.Şatelvorta müraciət etsə
962
Yenə orada, s.109
963
Yenə orada, s.109
964
Parisdə olan Azərbaycan, Gürcüstan və Dağlılar Respublikası nümayəndələrinin birgə iclasının
protokolu. 06.08.1919. //ARDA, f.970, s.l, i.142, v.205-212
284
də, ingilis ordusunu Bakıda saxlamaq mümkün olmadı. M.Y.Cəfərov yazırdı:
"Hökumətimizin əlində olan rəsmi məlumata görə, avqust ayının ortalarında
Britaniya ordusu Azərbaycanı tərk edəcəkdir. Bunu nəzərə alaraq Azərbaycan
hökuməti qərar qəbul etmişdir ki, ingilis ordularının müvəqqəti olaraq,
Azərbaycanda saxlanmasını əlahəzrət kral hökumətindən xahiş etsin. Əgər
Britaniya hökuməti orduların Azərbaycanda saxlanmasına öz prinsipial razılığını
bildirsə, onun şərtləri qarşılıqlı razılıq əsasında hazırlana bilər".
965
Lakin
Azərbaycan hökuməti və onun Parisdəki nümayəndələrinin ciddi-cəhdlərinə
baxmayaraq, avqust ayının axırlarında ingilislər Qafqazı tərk etdilər. Azərbaycan
hökumətinin Parisdə olan nümayəndələrinə xarici işlər nazirliyi tərəfindən
respublikanın beynəlxalq vəziyyəti ilə bağlı gürcü nümayəndəsi Qambaşidzedan
göndərilən hesabatda göstərilirdi ki, avqust ayının axırlarında sonuncu ingilis hərbi
dəstələri Azərbaycan ərazisindən çıxmışdır.
966
Azərbaycandan çıxmaq ərəfəsində,
avqust ayının 23-də Müttəfiq qoşunlarının komandanlığı adından ingilis generalı
Şatelvort Bakı əhalisinə vida çağırışı ilə müraciət etmişdi. Müraciətdə deyilirdi:
"Fürsətdən istifadə edib, indi Bakını tərk edən Britaniya qoşunları adından
Azərbaycan, xüsusən, Bakı şəhəri əhalisindən üzr istəyirik. Səmimiyyətlə
təəssüflənirik ki, çoxsaylı dostlarımızla və tanışlarımızla vidalaşırıq, onlara
ürəkdən sülh və xoşbəxtlik arzulayırıq. Britaniya ordusunun bütün şəxsi heyəti
Azərbaycanda keçirdikləri günlərin ən yaxşı xatirələrini özləri ilə aparırlar."
967
İngilis qoşunlarının 1918-ci ilin noyabrından 1919-cu ilin avqustuna qədər
Azərbaycanda olduğu dövrlə bağlı qeyd etmək lazımdır ki, 1918-ci ilin noyabrında
müttəfiq orduları Bakıya işğal niyyəti ilə girsələr də, onların Azərbaycanda
yeritdiyi siyasət işğal xarakteri daşımırdı. Bu dövrlə bağlı hadisələrin təhlili belə
bir fikrə gəlməyə əsas verir ki, 1918-ci ilin oktyabrında imzalanmış Mudros
sazişinin şərtlərinə görə, Bakıya daxil olan ingilis qoşunları 1919-cu ilin
avqustunda Azərbaycandan dost kimi çıxdılar. Adil xan Ziyadxanov 1919-cu ildə
Bakıda nəşr edilmiş "Azərbaycan" adlı kitabında yazırdı: "Müttəfiqlərin bizə olan
münasibət və əlaqələri daha əvvəlinci gündən zahir olub, hörmət pərdəsi aramızda
quruldu. Yüz cürə əhvaldan nəticə, əlbəttə, о oldu ki, mədəni millətlərin
nümayəndələri bizim torpаğımıza gəldikdə, Azərbaycanda bütün əhvali-ictimaiyyə
və siyasiyyənin əhalinin rizasilə axıb getməkdə olduğunu gözləri ilə görüb həqiqət
halını yaxından dərk etdilər. Mən kəmali ümid və cəsarətlə deyə bilərəm ki, nə
qədər böyük, mədəni millətlərlə münasibət və əlaqədə olarıqsa, bir о qədər də
965
Xarici işlər naziri M.Y.Cəfərovun general D.Şatelvorta rəsmi məktubu. 04.08.1919. //ARDA, f.894,
s.10, i.86, v.20
966
ARDA, f-2905, s.1, i-20, v.2
967
Telegramme du general Shuttleworth.//Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 17
Janvier, №7, p.2; General Şatelvortun Bakı əhalisinə vida müraciəti. 23.08.1919. //ARDA, f-970, s.1,
i.144, v.9
285
aramızdakı əlaqeyi-dostanə möhkəmləşib, bir-birimizin həqiqi əhvalından daha
artıq dərəcədə xəbərdar olarıq."
968
İngilis ordusunun Qafqazda olması yalnız Denikin təhlükəsindən müdafiə
olunmaq üçün deyil, eyni zamanda Qafqaz respublikalarının öz aralarında da sülh
və sabitlik yaratmaq üçün əhəmiyyətli idi. Tanınmış ingilis siyasətçisi U.Çörçilin
belə bir fikri ilə razılaşmaq olar ki, "Qara dənizdən Xəzər dənizinə qədər bütün
Qafqazı tutmuş Britaniya diviziyası bir-biri ilə rəqabət aparan xalqlar - ermənilər,
gürcülər, tatarlar /azərbaycanlılar - C.H./, dağlılar və ruslar arasında sülhün yeganə
təminatçısı idi".
969
Böyük Britaniyanın Cənubi Qafqaz siyasətini obyektiv
işıqlandırmağa cəhd göstərmiş R.Uilman da öz araşdırmasında bu fikri təsdiq edir.
O, yazır ki, region xalqları arasında bir sıra hallarda milli qırğın xarakteri alan
ədavəti
aradan
qaldırmaq
ingilis
siyasətinin
müsbət
cəhəti
kimi
qiymətləndirilməlidir.
970
İngilislərin Bakıdan çıxması münasibəti ilə Azərbaycan Nazirlər Şurasının
sədri "Metropol" mehmanxanasında general Korinin və digər yüksək rütbəli
şəxslərin şərəfinə ziyafət verdi. Ziyafətdəki çıxışında general Kori qeyd etdi ki, bu
çətin keçid dövründə Azərbaycan hökumətinin və xüsusən, Azərbaycan Xarici İşlər
Nazirliyinin fəaliyyəti, onların gördüyü işlər adamı heyrətləndirir. Bakını tərk
edərkən, ingilislər şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostansiyalarını,
ordunun hərbi sursatını və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə
verdilər.
971
Bu məsələ ilə bağlı avqust ayının 4-də Azərbaycanın xarici işlər naziri
M.Y.Cəfərov Bakıdakı Britaniya ordusunun komandanı general D.Şatelvorta
müraciət etmişdi. O, xahiş edirdi ki, Azərbaycanın sahil ərazilərini və xüsusilə,
ölkənin paytaxtı Bakını Xəzər dənizi tərəfindən ola biləcək hər hansı təhlükədən
qorumaq üçün Britaniyanın komandanlığının nəzarətində olan donanmanın bir
hissəsi Azərbaycan hökumətinə verilsin.
972
Avqust ayının 8-də M.Y.Cəfərov
general D.Şatelvorta göndərdiyi ikinci məktubda Britaniya komandanlığının
sorğusuna cavab olaraq bildirirdi ki, Azərbaycan hökuməti ölkədə sabitliyi və
qayda-qanunu saxlamaqda maraqlı olduğundan alınmış gəmilər sahil sularının
müdafiəsi üçün bolşeviklərə qarşı mübarizə məqsədilə istifadə ediləcəkdir.
M.Y.Cəfərov yazırdı: "Respublika hökuməti güman edir ki, Astraxan, Zakaspi və
digər yaxın ərazilərdə bolşeviklər ləğv edildikdən, bilavasitə Azərbaycanın
sahilləri və paytaxtına qarşı yönəlmiş təhlükə aradan qalxdıqdan sonra müttəfiq
komandanlığı Xəzər donanmasını tərksilah etməуə qərar versə, Azərbaycan da öz
gəmilərində bu tədbiri həyata keçirəcəkdir. İndi Britaniya hökumətinin
968
A.Ziyadxanlı. Azərbaycan, s.61
969
У.Чeрчиль. Мировой кризис, с.247
970
R.Ullman. Anglo-Soviet Relations 1917-1921, p.337
971
Banquet d'adieu des Anglais. 24.08.19197/Bulletin d'lnformation de L'Azerbaidjan. Paris, 1920, 17
Janvier, №7, p.2
972
Xarici işlər naziri M.Y.Cəfərovun general D.Şatelvorta rəsmi məktubu. 04.08.1919. //ARDA, f.970,
s.l, i.60, v.9
286
Azərbaycanın paytaxtını və onun Хəzər dənizi sahillərini xaricdən, bolşeviklər
tərəfindən ola biləcək təhlükə qarşısında qoyub, çıxmağa qərar verməsi əhalidə
böyük həyəcan yaratmışdır. Ona görə, mənim hökumətim bir daha müttəfiqlərin
Xəzər dənizindəki gəmilərinin bir hissəsinin Azərbaycan ordusuna verilməsini
xahiş edir."
973
Xarici işlər naziri M.Y.Cəfərovun səyləri öz nəticəsini verdi və son
anda Britaniya komandanlığı Xəzər dənizində olan hərbi donanmanın böyük bir
hissəsini Azərbaycan hökumətinə verməli oldu. İngilislərin verdiyi gəmilər
əsasında Azərbaycan Respublikasının Xəzər donanması yaradıldı. Azərbaycan
hökumətinin öz dəniz sərhədlərini qorumaqla bağlı atdığı bu mühüm addım, az
sonra Denikinin rəhbərlik etdiyi Cənubi Rusiyanın silahlı qüvvələrinin etirazına
səbəb oldu. Könüllü ordunun dəniz donanmasının vitse-admiralı Gerasimovun
Azərbaycan hökumətinə verdiyi notada Azərbaycanın yeni yaradılan Xəzər
donanmasının ləğv edilməsi tələb edilirdi. Notada deyilirdi: "Rusiya ilə İran
arasında 10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin 8-ci
maddəsində, əsasən, Xəzər dənizində, yalnız, Rusiya və İran ticarət donanması
saxlaya bilər. Həmin müqaviləyə əsasən, hərbi donanma saxlamaq hüququ isə
ancaq Rusiyaya məxsusdur. Cənubi Rusiya silahlı qüvvələrinin Baş komandanlığı
yanında Dənizçilik idarəsi bunu bildirməyi zəruri hesab edir ki, Azərbaycan hərbi
və ticarət gəmilərinin, rus bayrağından başqa hər hansı bayraq altında üzməsinə yol
verməyəcəkdir."
974
Bu əsassız notanı Azərbaycan Dövlət Müdafiə Komitəsi öz
iclasında müzakirə edərək, Xarici İşlər Nazirliyinə tapşırdı ki, Cənubi Rusiya
silahlı qüvvələrinin Baş komandanlığının nümayəndəsinə aşağıdakı məzmunda
cavab versin: 1. Rusiya və İran arasında imzalanmış Türkmənçay müqaviləsi,
yalnız, Rusiya və İran üçün məcburi ola bilər, bu yeni yaranmış dövlətlərə şamil
edilə bilməz; 2. Xəzər dənizi sahillərində yerləşən Azərbaycan Respublikasının
dəniz limanları və ticarət gəmiləri vardır və bu gəmilər Azərbaycan bayrağı altında
üzəcəkdir.
975
Eyni zamanda Dövlət Müdafiə Komitəsi Könüllü ordu rəhbərliyinin
belə tələblərini Azərbaycanın suveren hüquqlarına qarşı yönəlmiş akt kimi
qiymətləndirdi və Xarici İşlər Nazirliyinə tapşırdı ki, bu məsələ ilə bağlı
müttəfiqlərin Cənubi Qafqazda olan Ali komissarları və diplomatik nümayəndələri
qarşısında etiraz notası ilə çıxış etsin.
973
Xarici işlər naziri M.Y.Cəfərovun general D.Şatelvorta rəsmi məktubu. 08.08.1919. //ARDA, f.894,
s.10, i.86, v.30
974
Mission Militaire Française au Caucase. Extrait «d'Obnovlenie» (Reproduit d'Azerbaïdjan» le 29
octobre 1919).Correspondance entre l'Armèe volontaire et le Gouvernement d'Azerbaïdjan au sujet de la
flotte de la Caspienne// Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.638,
folio 125; Rusiyanın cənubunda silahlı qüvvələrin Baş komandanlığı yanında Dənizçilik İdarəsinin
vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə notası. 17.10.1919. //ARDA, f.970, s.l, i.196, v.3
975
Mission Militaire Française au Caucase. Extrait «d'Obnovlenie» (Reproduit d'Azerbaïdjan» le 29
octobre 1919).Correspondance entre l'Armèe volontaire et le Gouvernement d'Azerbaïdjan au sujet de la
flotte de la Caspienne// Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.638,
folio 125; Dövlət Müdafiə Komitəsinin qərarından çıxarış. 21.10.1919. //ARDA, f.970, s.1, i.196, v.4
287
Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ, Böyük
Britaniya və İtaliyanın Cənubi Qafqazda olan missiyalarına etiraz notası verdi.
Eyni zamanda nazirlik respublikanın Tiflisdə, Parisdə, Kuban hökumətində və
digər yerlərdə olan diplomatik nümayəndələrinə məlumat göndərdi ki, mümkün
olan bütün diplomatik vasitələrlə könüllü ordunun Azərbaycanın hərbi
donanmasının yaradılmasına qarşı yönəlmiş təcavüzkar məqsədlərini dəf etsinlər.
Kuban hökumətindəki diplomatik nümayəndə Cəfər bəy Rüstəmbəyova təlimat
verildi ki, admiral Gerasimovun notası ilə bağlı general Denikinlə görüşüb,
Azərbaycanın Türkmənçay müqaviləsini imzalamadığını və bu səbəbdən də həmin
müqavilənin maddələrinin Azərbaycana dəxli olmadığını onun nəzərinə çatdırsın.
Azərbaycan Xarici İşlər Nazirliyinin fikrincə, əgər söhbət Türkmənçay
müqaviləsinə görə, gəmilərin yalnız rus bayrağı altında üzməsindən gedirsə, onda
Xəzər dənizində gəmilərin ingilis bayrağı altında üzməsi də yolverilməz hesab
edilməli idi. Ona görə respublika xarici siyasət idarəsi öz nümayəndəsi
C.Rüstəmbəyov vasitəsi ilə general Denikinə çatdırılırdı ki, öz milli donanması
olan Azərbaycan hökuməti razı ola bilməz ki, onun donanması ayrı bir ölkənin
bayrağı altında üzsün.
976
Müttəfiq qoşunlarının Qafqazdan çıxması yeni respublikalar və onların
Versaldakı nümayəndələri üçün bir qədər gözlənilməz oldu. Ə.M.Topçubaşovun
ingilis nümayəndələri ilə görüşündə aydın oldu ki, Britaniya hökuməti tərəfindən
qoşunların geri çağırılması artıq həll edilmişdir. O, yazırdı ki, "biz möhkəm əmin
idik ki, ingilis qoşunları bizdə qalacaqdır. Ancaq məlum oldu ki, yanılmışıq. Həm
də təkcə biz yox, о biri Zaqafqaziya respublikalarının - Gürcüstan və Ermənistanın
nümayəndələri də yanılıblar. İngilis nümayəndələri ilə şəxsi görüşlər zamanı
Britaniya hökuməti tərəfindən qoşunların geriyə çağırılması məsələsinin artıq həll
olunduğundan başqa heç nə öyrənə bilmədik. Belə bir vəziyyətdə biz, gürcülər və
ermənilər bir уеrə yığışdıq, Sülh konfransına və bütün müttəfiqlərə ayrılıqda,
respublikalarımızın taleyi konfransda həll oluncaya qədər, qoşunların bizdə
qalması üçün xahişnamə ilə müraciət etməyi qərara aldıq."
977
Nəticədə, hər üç
respublika nümayəndələrinin imzaladığı və haqqında yuxarıda bəhs edilmiş 28
avqust xahişnaməsi meydana çıxdı.
Böyük Britaniya hökuməti ingilis qoşunlarının Qafqazdan çıxarılması ilə
bağlı Oliver Uordrop başda olmaqla, özünün siyasi missiyasını Cənubi Qafqaza
göndərdi. Bu barədə ilk dəfə Paris Sülh konfransında olan Britaniya nümayəndəsi
Krou iyul ayının 25-də İngiltərə xarici işlər naziri Balfurun qərarını Azərbaycan
nümayəndə heyətinə çatdırdı. Krou yazırdı: "Mən xarici işlər naziri Balfurdan
sərəncam almışam sizə bildirim ki, əlahəzrət kral hökuməti Cənubi Qafqaza
Uordrop başda olmaqla, missiya göndərmək niyyətindədir. Cənab Uordrop Cənubi
976
Azərbaycan Xarici İşlər Nazirliyinin Cənubi Rusiya Silahlı Qüvvələrinin Baş komandanlığı yanında
diplomatik nümayəndə C.b.Rüstəmbəyova təlimatı. Oktyabr, 1919. //ARDA, f.970, s.l, i.196, v.5
977
А.М.Топчибашев. Письма из Парижа, с.59-60
288
Qafqaza yaxşı bələd olduğuna və əlahəzrətin konsul xidmətində uzun müddət
çalışdığına görə xüsusi olaraq, bu missiya üçün seçilmişdir. Ümid edirik ki, bu ayın
axırında о yola düşəcəkdir. Cənab Uordrop əlahəzrət hökumətini Cənubi
Qafqazdakı vəziyyət haqqında məlumatlandıracaqdır, lakin bu təyinat Azərbaycan
hökumətinin əlahəzrət hökuməti tərəfindən tanınması kimi qəbul edilməməlidir."
978
Oliver Uordrop Qafqaza yola düşməzdən əvvəl Parisdə olan Azərbaycan,
Gürcüstan və Ermənistan nümayəndələri ilə görüşdü. Bu görüş barədə
Ə.M.Topçubaşov Azərbaycan Nazirlər Şurasının sədri N.Usubbəyovun adına
göndərdiyi hesabatda yazırdı: "Biz Qafqaza göndərilən Britaniya missiyası ilə
burada görüşdük, onun gəlişi barədə qabaqcadan xəbərdar edilmişdik. Cənab
Uordropun səfəri barədə nazir Balfur... məlumat vermişdi. Cənab Uordrop özü
katibləri ilə birlikdə bizim görüşümüzə gəldi, onlardan biri cənab Uayt əvvəllər
Təbrizdə və Odessada konsul olduğu üçün bizim dildə və rusca yaxşı danışırdı.
Cənab Uordrop özü xoş təsir bağışladı, özünün xeyirxah niyyətdə olduğunu
bildirdi və xahiş etdi ki, Qafqazda bütün xalqların əmin-amanlıq şəraitində
yaşamasına hər cür təsir göstərək. Gürcülərlə gürcü dilində danışdı və ermənilərlə
görüşdü, həmin gün Qafqaza yola düşdü."
979
İngilis qoşunlarının Qafqazdan çıxarılmasının başa çatdırıldığı dövrlərdə,
avqust ayının axırlarında Uordropun başçılıq etdiyi Uayt, Malliqan, Qrandi və daha
bir nəfərdən ibarət olan ingilis missiyası Tiflisə gəldi. İngiltərə xarici işlər nazirinin
Uordropu Cənubi Qafqaza Ali Britaniya komissarı təyin etməsi barədə qərarı
avqust ayının 22-də Azərbaycan hökumətinə çatdırıldı.
980
Bununla da, Böyük
Britaniya imperiyasının Azərbaycan və bütövlükdə Qafqaz siyasətinin mahiyyət
etibarı ilə əvvəlkindən fərqlənən yeni mərhələsi başlandı. Tiflisdə işə başladıqdan
az sonra O.Uordrop sentyabr ayının 27-də Britaniya missiyasının üzvü Uayt,
Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəsi F.Vəkilov və Gürcüstanın
Azərbaycanda diplomatik nümayəndəsi Q.Alşibayanın müşayiəti ilə Bakıya yola
düşdü. Sentyabrın 28-də onu Bakı dəmiryol vağzalında xarici işlər naziri
M.Y.Cəfərov və digər rəsmi şəxslər qarşıladılar. Səfər zamanı O.Uordrop Baş nazir
N.Usubbəyov, xarici işlər naziri M.Y.Cəfərov, yollar naziri X.Məlik-Aslanov,
hərbi nazirin müavini, general Ə.Şıxlinski, daxili işlər nazirinin müavini
M.Ağabəyov və digərləri ilə görüşdü. Oktyabr ayının 2-də Bakıya səfəri barədə
Londona geniş hesabat göndərən O.Uordrop yazırdı: "İstənilən başqa ölkədən
fərqli olaraq, bu ölkənin xalqı və hökuməti Böyük Britaniyaya çox yaxşı münasibət
bəsləyir. Baş nazirin mövqeyi kifayət qədər möhkəmdir. Əgər biz onlara kömək
etsək, onlar İngiltərə ilə səmimi şəkildə əməkdaşlıq edəcəklər. Cənab
978
Paris Sülh konfransındakı Britaniya nümayəndə heyətinin üzvü Krounun Ə.M.Topçubaşova
məktubu. 25.07.1919. //ARDA, f.970, s.l, i.142, v.46; Bulletin d'Information d L'Azerbaidjan. Paris,
1919, 13 Octobre, №3, p.7
979
А.М.Топчибашсв. Письма из Парижа, с.68-69
980
ARDA, f.970, s.3, i.4, v.30
289
Usubbəyovun səmimiliyi və onun öz ölkəsinin siyasətinə nəzarət etmək bacarığı
barədə məndə yüksək fikir oyandı. Bizim hər ikimizdə gələcək münasibətlərimizin
inkişafına böyük ümid yarandı." Bakıya səfəri zamanı Britaniya Ali komissarı
O.Uordropa ermənilərin Azərbaycanda və bütövlükdə, Cənubi Qafqazda
törətdikləri vəhşiliklər haqqında geniş məlumat verildi. O, Londona göndərdiyi
hesabatda yazırdı: "Azərbaycanlılar bildirirlər ki, yerli ermənilər bolşeviklərin
köməyi ilə çoxlu sayda müsəlman əhalisini qırmışlar." Onların fikrincə, Şaumyan
saxta bolşevik imiş. O.Uordrop öz hesabatına əlavə edirdi ki, lap bu yaxınlarda
ermənilər yeni Bəyazit, Aleksandropol və İrəvan vilayətlərində 60 müsəlman
kəndini yerlə yeksan etmişlər. Bakıdan dönən zaman Britaniya Ali komissarı
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə də baş çəkdiyini və şəhərin
general qubernatoru Xudadad bəy Rəfibəyov tərəfindən təmtəraqla qarşılandığını
bildirirdi. О yazırdı: "Dəmir yol vağzalı başdan-başa yaşıl atlasa bürünmüşdü və
hər tərəf xalçalarla bəzədilmişdi, hər уеrə milli bayraqlar sancılmışdı."
981
İngilislərin Azərbaycandan çıxması ilə bağlı Azərbaycanın daxilində və
xaricində müxtəlif pozucu qüvvələr şayiələr yaymağa başladılar ki, guya,
Azərbaycan hökumətini idarə edən ingilislər idi. Guya, onlar çıxdıqdan sonra
Azərbaycan hökuməti ölkəni idarə edə bilməyəcəkdir, ölkədə erməni və rus
talanları başlayacaqdır. Bu baxımdan Azərbaycanda olan ingilis hərbi jurnalisti
Skotland-Liddelin sentyabr ayının əvvəllərində ingilis qəzetləri üçün hazırladığı
material çox maraqlı və səciyyəvi idi. О yazırdı: "Cənubi Qafqaz şayiələr ocağıdır.
Burada şayiələr külək təpələr arasında yayılan kimi yayılır. Bir çox şayiələr
Moskvada quraşdırılır və dövriyyəyə buraxılır." Skotland-Liddel ingilis ordusunun
Azərbaycandan çıxması ilə bağlı qeyd edirdi ki, "Bakıda ingilis ordusuna ehtiyac
yoxdur. Azərbaycan özü-özünü idarə edə bilər. Mən bura iki gün əvvəl gəlmişəm
və açığını deyim ki, bütün gördüklərim məndə dərin təəssürat yaradıb. Mənim
şəhərdə olmadığım dörd həftə ərzində burada çox maraqlı dəyişikliklər olub. Mən
buraya gəldim ki, hamının mənə dediyi qarışıqlığı görüm, lakin onu görə
bilmədim. Əvəzində tam qayda-qanun gördüm. Mənə deyirdilər ki, qanla dolu
küçələr və dəhşətli səhnələr görəcəksən. Onun əvəzində mən sülh və sakitlik
gördüm. Mənə deyirdilər ki, ordu əvəzinə pozğunlaşmış kütlə görəcəksən, lakin
yaxşı intizam görmüş, güclü və odlu-alovlu gənclərdən ibarət ordu gördüm.
Doğrudan da, mən indi Bakıda elə əmin-amanlıq gördüm ki, müharibə başlayandan
bəri Bakıda heç vaxt belə əmin-amanlıq olmamışdı... Qayda-qanun, ancaq Bakıda
hökm sürmür, son dəyişikliklər bütün respublikada vəziyyəti dəyişmişdir. Qarabağ
qarışıqlığı sülhlə əvəzlənmişdir. Ermənilər və tatarlar /azərbaycanlılar - C.H./
sazişə gəlmişlər. Lənkəranda bolşeviklər tatar /azərbaycanlı - C.H./ ordusu
tərəfindən məğlubiyyətə uğradıldılar. Onlar bütün silah və sursatlarını Azərbaycan
981
O.Uordropun Bakıya səfəri haqqında Londona teleqramı. 02.10.1919. //Azərbaycan Xalq
Cümhuriyyəti. Böyük Britaniya Arxiv Sənədləri, s.187-194
290
hökumətinə təhvil verdilər, adamlar isə xahiş etdilər ki, onları Azərbaycan
hökumətinin təəbəliyinə götürsünlər... Bütün bunlar şübhəsiz sübut edir ki,
Azərbaycan qarmaqarışıqlıqdan qorxmur və bolşeviklərdən çəkinmir. Azərbaycan
dövləti indi Cənubi Qafqazın bütün qalan xalqları üçün həqiqi nümunəyə
çevrilmişdir."
982
Skotlend-Liddelin
sadaladığı daxili vəziyyətlə yanaşı,
Azərbaycanın beynəlxalq vəziyyəti də müəyyən qədər sabitləşmişdi. Qonşu
Gürcüstanla əlaqələr 16 iyun müqaviləsi əsasında daha da genişlənir, İranla əvvəlki
qeyri-müəyyənliyi əməli əməkdaşlıq əvəz edirdi. Oktyabr ayının 7-də İranın
Bakıdakı konsulunun məktubuna cavab olaraq, N.Usubbəyov yazırdı ki, ticarət,
poçt-teleqraf, gömrük və digər məsələlərlə bağlı İranla Azərbaycan arasında
müvafiq sazişlərin bağlanması zəruridir. О qeyd edirdi ki, Azərbaycan hökuməti öz
tərəfindən İranla və onun xalqı ilə dost, qardaş və mehriban qonşuluq münasibətləri
qurmağı arzulayır.
983
Sentyabr ayının 21-də Azərbaycan Xarici İşlər Nazirliyi
Qolovanıni Ukrayna Demokratik Respublikasının Bakıda müvəqqəti vitse-konsulu
kimi tanıdı.
984
Sentyabrın 22-də isə iqtisad elmləri namizədi Şeyx Əli Useynov
Azərbaycan Respublikasının Krıma konsulu təyin edildi.
985
İki gün sonra Paşa bəу
Sultanov Rostov şəhərinə Azərbaycanın konsulu agenti vəzifəsinə göndərildi.
986
Yeni yaranmış respublikalardan Finlandiya və Polşanın da Bakıda konsulluq
idarələri açıldı. Eyni zamanda Ə.M.Topçubaşov Nazirlər Şurasının sədri
N.Usubbəyova göndərdiyi hesabatda Paris sülh konfransındakı Polşa nümayəndə
heyətinin başçısı Dımovski, habelə Polşa Nazirlər Şurasının sədri Paderevski,
Fransa Xarici İşlər Nazirliyinin Şərq şöbəsinin əməkdaşı Qu ilə görüşüb fikir
mübadiləsi etdiyini, Estoniya, Latviya, Belorusiya və Ukrayna nümayəndələri ilə
əlaqələr yaradıldığını bildirirdi. О yazırdı: "Bir neçə Amerika yəhudisi ilə əlaqəmiz
var. Onlar bizə məsləhət görürlər ki, 1918-ci ilin sentyabr ayında guya, kütləvi
şəkildə qətlə yetirilmələri ilə bağlı ermənilər bizə qarşı hay-küylü təbliğat
kampaniyasına başlayıblar. Bu təbliğat kampaniyasının əsassız olduğunu
göstərmək və onu şübhə altına almaq məqsədilə Amerikaya bir neçə nəfər
göndərmək lazımdır."
987
Türkiyəyə diplomatik nümayəndə təyin edilmiş Yusif
Vəzirov İstanbulda fəaliyyətə başlamış və xarici işlər naziri tərəfindən qəbul
edilmişdi. Türkiyəyə gəlmiş Azərbaycan nümayəndəsi Azərbaycan Xarici İşlər
Nazirliyinə yazırdı ki, "Türkiyə dəhşətli dərəcədə ağır vəziyyətdədir. Burada bir
982
Skotland-Liddel. Öz ümidinə qalmış Azərbaycan. İngilislər Bakını tərk etdilər. 08.09.1919. //ARDA,
f.894, s.10, i.82, v.1-10
983
Азербайджанская Демократическая Республика. Внешняя политика, с.363-364
984
Азербайджан, 1919, 21 сентября.
985
Ş.Ə.Useynovun Krımda Azərbaycanın konsul agenti təyin edilməsi haqqında Xarici İşlər
Nazirliyinin əmri. 22.09.1919. //ARDA, f.970, s.2, i.120, v.52
986
Азербайджан, 1919, 24 сентября.
987
А.М.Топчибашев. Письма из Парижа, с.50-51
291
çox siyasi dairələr Azərbaycanın güclənməsinə böyük ümid bəsləyir və bildirirlər
ki, Türkiyədə azadlıq hərəkatına Azərbaycan böyük təsir göstərə bilər.
988
Oliver Uordropun rəhbərlik etdiyi ingilis missiyasından başqa, Qafqaza
gəlmiş mayor de Nonankurun rəhbərlik etdiyi Fransa, polkovnik Y.Haskelin
rəhbərlik etdiyi Amerika, polkovnik M.Qabbanın rəhbərlik etdiyi İtaliya
missiyaları ilə Azərbaycan hökuməti, respublika Xarici İşlər Nazirliyi arasında
getdikcə qarşılıqlı etimada əsaslanan işgüzar münasibətlər yaranırdı. Qərb ölkələri
ilə münasibətlər və himayədarlıq məsələlərinin təhlili göstərir ki, böyük dövlətlər
içərisindən Qafqaz respublikaları üzərində Paris Sülh konfransının razılığı ilə
praktiki cəhətdən, yalnız, Böyük Britaniya himayədarlığı mümkün idi. Bu,
Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi cəhətdən dirçəldilməsində, siyasi
cəhətdən inkişaf etməsində, ümumilikdə, regionda sülhün və sabitliyin təmin
edilməsində faydalı addım ola bilərdi. Ən başlıcası isə yalnız Böyük Britaniya
himayədarlığı bu respublikaları xarici təcavüzdən - Denikin könüllülərinin və
bolşevik Rusiyasının təcavüzündən xilas edə bilərdi. Digər dövlətlərə gəldikdə isə
nə ABŞ, nə Fransa, nə də İtaliya müxtəlif səbəblərə görə, yuxarıda qeyd edilən
məsələlərin praktiki cəhətdən öhdəsindən gəlmək imkanına malik deyildilər. 1919-
cu ilin axırlarından isə hər hansı böyük dövlətin himayədarlıq sistemi vasitəsi ilə
Cənubi Qafqaz respublikalarını hərbi və siyasi cəhətdən müdafiə etməsi praktiki
baxımdan öz əhəmiyyətini itirməyə başlamışdı. 1919-cu ilin payızından
başlayaraq, beynəlxalq vəziyyət yeni respublikaların xeyrinə dəyişməyə başladı.
Ümumilikdə, Azərbaycan nümayəndələrinin 1919-cu ilin əvvəllərindən başlayaraq,
həmin ilin payızına qədərki ağır təzyiqlərə məruz qaldığı qeyri-müəyyən dövr başa
çatmaqda idi.
Azərbaycanla bağlı Qərb himayədarlığı məsələsinin təhlili göstərir ki,
doğrudan da, bu dövrdə güclü və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən
birinin himayədarlığına respublikanın ehtiyacı var idi. Digər Qərb ölkələri ilə
müqayisədə Fransanın Qafqaza, о cümlədən, Azərbaycana marağı tərəddüdlü idi.
Almaniya və Türkiyə müstəmləkələrinin bir hissəsini ələ keçirən Fransa Rusiya
imperiyasının müstəmləkələrinə son dərəcədə ehtiyatla yanaşırdı. Bir qayda olaraq,
Fransız siyasətçiləri "vahid və bölünməz Rusiya" ideyasının tərəfdarı idilər. Digər
tərəfdən, Fransanın regionda və ona yaxın olan ərazilərdə güclü hərbi birləşmələri
yox idi.
İtaliyanın Azərbaycana güclü iqtisadi marağı var idi. Lakin о mandatlığa
götürmək istədiyi əraziləri xarici təcavüzdən qorumaq imkanına malik deyildi.
Gələcəkdə Rusiya və Türkiyə ilə qarşılaşmaq qorxusu İtaliyanı belə bir addımdan
çəkindirdi. Azərbaycan Respublikası üçün İtaliya mandatlığı sərfəli deyildi.
Bu dövrdə Böyük Britaniya yeganə ölkə idi ki, Qafqaz, о cümlədən
Azərbaycan mandatını götürməyə hər cür imkanı var idi. Böyük Britaniyanın
988
Türkiyədə diplomatik nümayəndə Y.Vəzirovun Xarici İşlər Nazirliyinə məlumatı. 1919. //ARDA,
f.970, s.1, i.22, v.28
292
regiondakı güclü hərbi qüvvələri xarici təcavüzdən müdafiə olunmaqda onun
qüdrətli iqtisadi potensialı, bütün dünyadakı siyasi nüfuzu Azərbaycanın
tərəqqisində və taleyində əhəmiyyətli rol oynaya bilərdi.
|