edilirdi.
815
Keçmiş Rusiya imperiyasının dağılmasından sonra yaranmış yeni
respublikaların gərgin səyləri nəticəsində hazırlanıb, Sülh konfransına və ayrı-
ayrılıqda müttəfiqlərin nümayəndələrinə təqdim etdikləri Bəyanat və etiraz
notalarına о qədər də əhəmiyyət verilmədi. Ə.M.Topçubaşov yazırdı: "Bu
etirazlara nə Konfrans, nə də Müttəfiqlər cavab vermədilər. Eyni zamanda çox
güclü şəkildə, hər vasitə ilə Kolçak hökumətinin və Könüllülər Ordusunun tərəfi
saxlanılır. Bolşeviklər üzərində qələbə qazanıldıqdan sonra onların (müttəfiqlərin)
arasında vahid Rusiya yaradılacağına inam artmışdır. Bununla belə, bir şey
diqqətdən yayınmışdır: bu məqsədə can atarkən onlar hüquq və maraqlarını himayə
etdikləri kiçik xalqların, göründüyü kimi, azadlıq və müstəqilliyini qurban
vermişlər. Müttəfiqlər Dağlılar Respublikasının darmadağın edilməsinə elə etinasız
yanaşırlar ki, biz, doğrudan da, onların halına acımalı oluruq və buna görə də öz
gələcəyimizə həyəcansız baxa bilmirik."
816
Yaranmış bu təhlükə, habelə Qafqazdan alınan həyəcanlı xəbərlər Qafqaz
respublikalarının Versaldakı nümayəndələrinin birliyini və əməkdaşlığını zəruri
edirdi. Eyni zamanda yeni respublikaların nümayəndələri müşahidə edirdilər ki,
Rusiyaya münasibətdə müttəfiqlər о qədər də yekdil deyillər. Əli Mərdan bəyin
yazdığı kimi: "Onlardan bəziləri (İtaliya və Fransa) həqiqətən vahid Rusiya
yaradılmasını istəyirlər, başqaları (İngiltərə və Amerika) isə özlərini elə göstərirlər
ki, guya bu fikrə tərəfdardırlar."
817
Hətta ingilis və amerikan nümayəndələri Omsk
hökumətini tanımaqları ilə yanaşı, yeni respublikaların nümayəndələrinə də son söz
demirdilər. Onlar bir tərəfdən yeni respublikaların müstəqilliyini müzakirəyə
qoymaqdan imtina edirdilərsə, digər tərəfdən müttəfiqlərin ayrı-ауrı nümayəndələri
istiqlaliyyət uğrunda mübarizə aparmağa tərəfdar olduğunu bildirirdilər.
Azərbaycan Nazirlər Şurasının sədrinə respublikanın Parisdəki nümayəndələrinin
yazdığı hesabatda qeyd edilirdi: "Müttəfiqlər, nəinki bizim müstəqillik məsələmizi
müzakirəyə qoymurlar, hətta göründüyü kimi, buna yol vermək belə istəmirlər.
815
Papers Realting to the Foreign Relations of the United States. Russia, 1919, p.766-767
816
Azərbaycan Respublikasının Sülh nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun Nazirlar Şurasının
sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.l, i.142, v.11
817
Yenə orada, v.10
240
Doğrudur, onların nümayəndələri ilə görüşlər zamanı hər biri ayrılıqda bizə
xeyirxahlıqla yanaşır və müstəqil olmaq uğrunda atdığımız addımları yüksək
dərəcədə qiymətləndirirlər. Bunu biz mətbuatdan, ayrı-ауrı deputatlardan, iqtisadi
qurumların və başqa təşkilatların nümayəndələrindən də eşidirik."
818
Dağlılar Respublikasının Denikin könüllüləri tərəfindən işğal edilməsi
Parisdə olan Azərbaycan və Gürcüstan nümayəndələrini ciddi şəkildə narahat
edirdi. 1919-cu ilin yazında Şimali Qafqazda cərəyan edən hadisələr bu
respublikalar üçün də gözlənilməz nəticələr verə bilərdi. Bu təhlükəni hiss edən
Azərbaycan nümayəndələri Versalda olan ingilis nümayəndəsi ser Luiz Malletlə
görüşdə bildirmişdilər ki, "Könüllülər Ordusu bolşeviklərlə mübarizə aparmaq
əvəzinə müttəfiqlərdən aldıqları silahları dinc yerli əhaliyə qarşı çevirir və bu ordu
Şimali Qafqaz Respublikasının ərazisini tutduqdan sonra bizim torpaqlara
soxulacaq.
819
Yaranmış vəziyyətlə əlaqədar may ayının axırlarından başlayaraq,
Azərbaycan, Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri arasında siyasi
və iqtisadi ittifaq bağlamaq haqqında danışıqlar başlandı. May ayının 30-da
Versalda A.Çermoyevin mənzilində Azərbaycan və Dağlı nümayəndələrinin birgə
iclası keçirildi.
820
İclasda dövlətlərarası komissiyanın Qafqaz konfederasiyası
yaratmaq barədə təklifləri müzakirə edildi. Gürcülərin mübahisəli ərazi
məsələlərini beynəlxalq arbitraja çıxartmaq təklifləri ilə bağlı göstərildi ki, bu
respublikalar arasında ziddiyyətlər о qədər də dərin deyildir və bunları yerlərdə
həll etmək olar. Bundan əlavə, Azərbaycan nümayəndələri bu fikirdə idi ki,
konfederasiya yaranacağı təqdirdə hər respublika öz siyasi müstəqilliyini
saxlamalıdır. Bu məsələ hər üç nümayəndəliyin 15 iyun tarixli iclasında da
müzakirə edildi. Konfederasiya haqqında tam razılıq əldə edilməsə də, hər üç
nümayəndəliyin vahid siyasi fəaliyyəti haqqında qərar qəbul edildi. Denikin
təhlükəsi ilə bağlı iclasda qeyd edildi ki, Könüllü Ordunun Cənubi Qafqaza doğru
hərəkəti region xalqları üçün çox ağır nəticələr verə bilər. Ona görə qərara alındı
ki, bu fakt ciddi şəkildə müzakirə edilməli və birgə addımlar atılmalıdır. Gürcü
nümayəndəsi Z.Avalov düzgün olaraq göstərdi ki, Denikin ordusunu Antanta
dövlətləri silah və hərbi sursatla təmin etdiyi üçün onlardan bu ordunun Şimali
Qafqazı tərk etməsini tələb etməyin heç bir əhəmiyyəti olmayacaqdır. Onun
fikrincə, Qafqaz respublikaları bu təhlükədən öz gücləri ilə xilas olmağın yollarını
özləri fikirləşməlidirlər.
821
Azərbaycan Xarici İşlər Nazirliyinin respublikanın Versal Sülh
konfransındakı nümayəndə heyətinin sədrinə göndərdiyi məlumatda "Vahid və
818
Yenə orada, v.10
819
Yenə orada, v.11
820
Parisdə olan Azərbaycan və Dağlılar Respublikası nümayəndələrinin birgə iclasının Protokolu.
30.05.1919. //ARDA, f.970, s.l, i.142, v.165
821
Parisdə olan Azərbaycan, Gürcüstan və Şimali Qafqaz nümayəndələrinin birgə iclaslarının protokolu.
15.06.1919. //ARDA, f.970, s.1, i.142, v.181-183
241
bölünməz Rusiya" uğrunda mübarizə aparan Denikin könüllülərinin yeni yaranmış
milli respublikalar, о cümlədən Azərbaycan üçün real təhlükə törətdiyi
göstərilirdi.
822
Xüsusilə Qafqazın Qara dəniz sahillərində yerləşən Tuapse, Soçi və
Suxumi rayonlarının üstündə Gürcüstanla hərbi toqquşmadan sonra denikinçilərin
hərbi təcavüzkarlığı daha da genişlənmişdi. 1919-cu ilin fevralında Dağlılar
Respublikası ilə Denikin arasında danışıqların müsbət nəticəsi olmadı. 1918-ci ilin
may ayının əvvəllərində öz istiqlaliyyətini elan etmiş, dekabr ayında parlamentini
yaratmış Şimali Qafqaz Respublikası 1919-cu ilin mart ayının əvvəllərində
Konüllü Ordu tərəfindən hücuma məruz qalmışdı. Onlar bu addımlarını
bolşevizmlə mübarizə aparmaq məqsədi ilə əlaqələndirirdilər, halbuki bolşevizm
cənubda deyil, şimalda fəaliyyət göstərirdi. Bundan əlavə, Dağlılar Respublikası
müttəfiqlərin Bakıdakı komandanlığı tərəfindən tanınmışdı və general Tomson
1918-ci ilin noyabr ayının 27-də Bəyanat verərək bildirmişdi ki, Qafqazın taleyi
beynəlxalq Sülh konfransında həll edilənə qədər Müttəfiqlər Şimali Qafqaz
hökumətini yeganə qanuni hakimiyyət orqanı kimi tanıyırlar. Həmin bəyanatda
bildirilmişdi ki, Denikin könüllüləri Dağlılar respublikasının ərazisinə
buraxılmayacaqdır.
823
Lakin indi baş vermiş təcavüz aktı ilə əlaqədar general
Tomson Dağlı respublikası hökumətinin sorğusuna birbaşa cavab verməkdən
yayınırdı. Polkovnik Raulsonun başçılığı ilə Teymur xan Şurada olan müttəfiqlərin
missiyası Denikin hücumundan sonra Bakıya qayıtmışdı. Petrovskda olan iki
ingilis piyada batalyonunun başlıca vəzifəsi Denikin könüllülərini Dağıstana
buraxmamaq olsa da,
824
əslində onlar Könüllü ordunun cənuba doğru irəliləməsinə
laqeyd münasibət bəsləyirdi.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycan hökuməti ölkə daxilində
denikinçilərin hərbi siyasi fəaliyyətini məhdudlaşdırmaq üçün bir sıra
təxirəsalınmaz tədbirlər gördü. Könüllü ordu nümayəndələrinin və ermənilərin
hərbi hissələr yaratmaq cəhdləri ilə bağlı 1919-cu ilin fevral ayının 15-də
V.Tomsona məktubundan sonra Denikin təhlükəsi ilə bağlı Azərbaycan
Parlamentinin iclasında Baş Nazir F.Xoyskinin fövqəladə bəyanatı elan edildi.
Burada Denikinə yardım göstərən qüvvələrin, о cümlədən ermənilərin gizli şəkildə
silahlanmasının, hərbi dəstələr təşkil etmələrinin dözülməz fakt olduğunu, belə
hərəkətlərin hökumətin ləyaqətinə toxunduğunu qeyd edərək o, təcili şəkildə bu
halların qarşısının alınmasının zəruriliyini bildirdi. Fətəli xan dedi: "General
Prjevalski özünə könüllü ordu komandanı adı verib, Bakıda məşhur olan Hamazasp
ilə guya könüllü əsgər toplayırlar. General Prjevalski sabiq Rusiya əsgərlərinə,
Hamazasp isə ermənilərə silah verirlər, bunlar İçəri şəhərdəki və Təzə Pir
822
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Paris sülh konfransındakı respublika
nümayəndəliyinə məlumatı. İyun, 1919-cu il. //ARDA, f.2905, s.l, i.13, v.51-66
823
ARDA, f.970, s.3, i.5, v.l
824
О событиях на Кавказе и в Средней Азии. Донесение генерала Джорджа Мильна. //
Каспийский Транзит. В двух томах, т.I. Москва, 1996, с.329
242
yanındakı qışlaları, Salyan kazarmalarını tutublar. Bu əhvalat əhalini təşvişə
salmışdır. Hökumət bunu əvvəl gündən bilib, bu əhvalatı təhqiq etmək və bunların
kim və mənzurlarının nə olduğunu kəşf etməyə çalışmışdır".
825
Baş nazir bununla
bağlı V.Tomsona məktubunu və ingilis komandanlığının cavabını parlament
üzvlərinə çatdırdı. Bundan sonra ilk növbədə rusların Bakıda lövbər salmış Xəzər
donanması tərksilah edildi və onun fəaliyyəti hökumətin nəzarəti altına alındı.
Azərbaycan ərazisində yaşayan molokanlar arasında təbliğat işi aparıb Denikin
ordusu üçün əsgər toplanışı təcili surətdə dayandırıldı və F.Xoyskinin tələbinə
əsasən, bu işə rəhbərlik edən general Prjevalski Azərbaycan ərazisini tərk etdi.
İngilislər tərəfindən müdafiə edilən L.Biçeraxov dəstəsinin fəaliyyəti də
Azərbaycanda qadağan edildi. Məlum olduğu kimi, L.Biçeraxov Azərbaycanda
Denikin siyasətinin başlıca aləti idi. Hələ yanvarda o, Azərbaycanda qanuni
hakimiyyəti devirmək məqsədi ilə Qafqaz-Xəzər hökuməti yaratmışdı. Bu
avantürist plan ingilislərə məlum idi və onlar bu məsələnin sakitliklə həll
olunmasını istəyirdilər. İngilislər L.Biçeraxovu guya, danışıqlar aparmaq üçün
Londona dəvət etdilər. O, Bakını tərk edən kimi Azərbaycan hökuməti Biçeraxov
dəstələrinin 24 saat ərzində Azərbaycanı tərk etmələri barədə əmr verdi.
Biçeraxovu əvəz edən general Erdeli Azərbaycan hökumətinin bu hərəkəti barədə
general Tomsona etiraz etdikdə, Tomson bildirdi ki, Bakıdan çıxarılan Biçeraxov
ordusu öz simasını itirmişdir, sülh və qayda-qanun üçün təhlükə təşkil edir.
826
İstər Azərbaycan hökuməti ilə danışıqlarda, istərsə də müxtəlif
yazışmalarda və bəyanatlarda ingilislər vəd verirdilər ki, Könüllü ordu Dağıstana
girməyəcəkdir. Lakin Denikinin Dərbəndə doğru hərəkəti bu vədlərin etibarsız
olduğunu sübut etdi. May ayında Azərbaycanın diplomatik nümayəndəsi
Ə.Haqverdiyevin Dağıstanda apardığı danışıqlarda isə onlar Dərbənddən cənuba
keçməyəcəklərini bildirirdilər.
827
May ayının axırlarında Könüllülər ordusunun bir
hissəsinin Dərbəndi tutması haqqında həyəcanlı xəbərlər gəldi. Bu addım
Azərbaycanda böyük narahatçılığa səbəb oldu. Britaniya komandanlığı yanında
Könüllü ordunun nümayəndəsi polkovnik Lazarev may ayının 21-də baş nazir
H.Usubbəyova bildirdi ki, Cənubi Rusiya ordusu komandanlığının Azərbaycana
qarşı heç bir təcavüzkarlıq niyyəti yoxdur və Könüllü ordu Azərbaycanın
müstəqilliyini tanıyır. Lakin məlumatda qeyd edilirdi ki, Rusiya bolşeviklərindən
azad edildikdən sonra köhnə imperiyanın ərazilərində yaradılmış yeni dövlətlərin
məsələsinə xalq yığıncağında və ya bolşeviklərə qarşı mübarizə aparan silahlı
qüvvələrin öz hüquqlarını təslim etdiyi ali hakimiyyət orqanında baxılacaqdır.
828
825
Azərbaycan Xalq Cümhuriyyəti. Parlament, I cild, s.285
826
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.243
827
Azərbaycan Respublikasının Dağlılar İttifaqında diplomatik nümayəndəsi Ə.Haqverdiyevin xarici
işlər nazirliyinə məlumatı. May, 1919.//ARDA, f.970, s.1, i.5, v.1
828
Polkovnik Lazarevin Azərbaycanın müstəqilliyinin tanınması haqqında Nazirlər Şurasının sədri
N.Usubbəyova müraciəti. 21.05.1919. //ARDA, f.970, s.1, 4.48, v.15
243
Bu məktub barədə H.Usubbəyov iyun ayının 5-də keçirilən parlament iclasına
məlumat verdi. Məktubun mətni və onun Azərbaycan dilinə tərcüməsi parlament
üzvlərinə oxundu. Eyni zamanda baş nazir Könüllü Ordu komandanı Erdelinin
may ayının 18-də Yekaterinodardan polkovnik Lazarevə göndərdiyi teleqramı da
oxudu. Orada deyilirdi: "Əgər Azərbaycan hökuməti tərəfindən üzərimizə hücum
olmazsa, öz tərəfimdən ordularımızın Zaqatala - Qafqaziya dağları və Qızılburun
xəttindən irəliyə getməyəcəyini təmin edirəm. N.Usubbəyov alınmış teleqramlarla
bağlı ingilis komandanlığı ilə geniş söhbət etdiyini, bu məqsədlə bütün zəruri
hazırlıq işlərinin görüldüyünü ingilis komandanlığına bildirdiyini məclis üzvlərinə
dedi".
829
Könüllü Orduya münasibətdə Azərbaycan hökumətinin münasibəti
birmənalı idi. Parlamentin hələ may ayının 26-da keçirilən iclasında Baş Nazir
N.Usubbəyov demişdi ki, Denikin ancaq bizim meyitlərimiz üzərindən Azərbaycan
sərhədlərini keçə bilər.
830
İyun ayının 5-də parlament müzakirəsində hökumətin
Denikin təhlükəsinə qarşı tədbirləri müdafiə edən M.Ə.Rəsulzadə hökumətə
fövqəladə səlahiyyətlər verilməsini təklif etdi. Bu səlahiyyətlər çərçivəsində
ümumi səfərbərlik elan edilməli, şiddətli qanunlar qəbul edilməli və sonradan
hesabat verilməsi şərti ilə düşmənə qarşı hazırlıq tədbirləri üçün xəzinədən vəsait
ayrılmalı idi. Bu təklifə uyğun olaraq, iyun ayının 5-də Azərbaycan Parlamentində
xüsusi Dövlət Müdafiə Komitəsi yaradıldı. Bura yeni hökumət kabinəsinə rəhbərlik
edən N.Usubbəyov, yollar naziri X.Məlik-Aslanov, ədliyyə naziri A.Səfikürdski,
hərbi nazir S.Mehmandarov və xarici işlər naziri M.Y.Cəfərov daxil oldular.
Dövlət Müdafiə Komitəsi iyun ayının 11-də bütün Azərbaycanda hərbi vəziyyət
elan etdi.
İyun ayının əvvəllərində Denikinə və ona himayədarlıq edən ingilis generalı
Q.N.Koriyə vurduğu teleqramda N.Usubbəyov beş gün ərzində denikinçilərin
Dağıstanı tərk etmələrini tələb etmişdi. Eyni zamanda Gürcüstan hökuməti də
Könüllü Ordunun hərəkətləri ilə bağlı ingilis komandanlığına öz etirazlarını
bildirdi. Lakin ingilis komandanlığı işə qarışdısa da, Könüllü Ordu Dərbəndi tərk
etməkdən imtina etdi, onlar Samur çayı, Zaqatalanın şimal sərhədləri üzrə yeni
demarkasiya xətti müəyyən etdilər. Bununla bağlı Azərbaycan hökumətinin ikinci
etirazına cavab olaraq, İngilis komandanlığı bildirdi ki, Denikinin müəyyən etdiyi
"Cənub demarkasiya xətti İngiltərə hökumətinin bəyanatına uyğun deyildir".
831
Onlar bu barədə Londona məlumat verəcəklərini bildirdilər. Аzərbаусаn
hökumətini və sonuncu demarkasiya xətti ilə əlaqədar narazı qalan ingilisləri
sakitləşdirmək üçün Denikin məktubla müraciət edib, Rusiyada mərkəzi ali
hakimiyyət bərpa olunana qədər Azərbaycanın müstəqilliyini tanıdığını bildirdi.
832
Lakin Azərbaycan hökuməti bu və buna bənzər vədlərə artıq inanmırdı.
829
Azərbaycan Xalq Cümhuriyyəti. Parlament, I cild, s.670-671
830
Yenə orada, s.614
831
ARDA, f.2905, s. 1, 4-12
832
ARDA, f.2905, s.1, i.13, v.54
244
F.Kazımzadənin yazdığı kimi, "azərbaycanlılar başa düşürdülər ki, Denikinin
yürüşünün son məqsədi Azərbaycanı və keçmiş Rusiya imperiyasının digər
hissələrini qaytarmaq idi.
833
Ona görə də təcili şəkildə yaradılan Konüllü milli müdafiə dəstələri nizami
ordu hissələri ilə birlikdə Azərbaycanın Şimalına yeridildi və Samur çayı boyunca
yerləşdirildi. Uzun müddət Denikinlə "əməkdaşlıqda" ittiham edilən Azərbaycan
hökumətinin ağqvardiyaçı orduya münasibəti hökumətin xarici işlər nazirinin
müavini Ə.Ziyadxanovun Kuban hökumətindəki Azərbaycanın səlahiyyətli
nümayəndəsi Cəfər bəy Rüstəmbəyova məktubunda belə şərh edilirdi: "Bizim
hökumətimizin fikri belədir: kim olursa-olsun bolşevik - menşevik, denikinçi və
i.a. Azərbaycanın istiqlaliyyətinə qəsd edən hər kəs onun düşmənidir... Könüllü
orduya da münasibətimiz belədir: birdəfəlik və qəti olaraq qərara alınmışdır ki,
Könüllü ordu hissələrini Azərbaycan Respublikası ərazisinə buraxmamalı,
Dağıstanda olan Könüllü ordu hissələrinin oradan çıxarılması üzərində israr etməli
və Azərbaycan ordusu demarkasiya xəttinə qədər Dağıstanı tutmalıdır".
834
Burada
nəzərdə tutulan demarkasiya xətti 1919-cu ilin yanvar ayında ingilis komandanlığı
ilə denikinçilərin danışıqlarında müəyyən edilmişdi.
Denikinin qərargahında olan ingilis generalı Briks Azərbaycan hökuməti ilə
Könüllü ordu arasında əlaqə yaratmağa cəhd göstərirdi. O, Azərbaycan
hökumətinin Kubanda olan diplomatik nümayəndəsi C.Rüstəmbəyovu A.Denikinlə
görüşdürmüşdü. General Briks təklif edirdi ki, Denikinlə Azərbaycan arasında
ixtilafı aradan götürmək üçün diplomatik nümayəndəliklər təsis edilsin. Denikin
buna razı olsa da, Azərbaycan hökuməti bu təklifi rədd etdi.
835
Azərbaycan və
Gürcüstan hökumətlərinin Denikin təhlükəsinə, onun cənuba doğru irəliləməsinə
qarşı sərt mövqeyi öz nəticəsini verdi. Londondan Könüllü Ordu yanında Britaniya
nümayəndəsi general Briksə teleqrama gəldi ki, əlahəzrət hökuməti general
Lyaxovun Dağıstanın general-qubernatoru təyin edilməsini böyük narazılıqla
qarşılayır. Halbuki, Denikin ordusu ora yalnız "bolşevizmə qarşı mübarizə məqsədi
ilə" daxil olmuşdu. Həmin teleqramda göstərilirdi ki, əgər Denikin Böyük
Britaniya üçün məqbul olmayan bu istiqamətdə hərəkətini davam etdirsə, əlahəzrət
hökuməti ona kömək göstərməkdən imtina edəcək və indi göndərilən yardımı
dayandırmalı olacaqdır.
836
Azərbaycandan çıxmaq ərəfəsində ingilislərin istifadəsində olan Xəzər hərbi
donanmasının bir hissəsinin Könüllü Orduya verilməsi Azərbaycan hökumətinin
ciddi etirazına səbəb oldu. İngilis komandanlığına avqust ayının 3-də verilən etiraz
833
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.247
834
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini A.Ziyadxanovun Kuban hökumətindəki
diplomatik nümayəndə C.Rüstəmbəyova təcili diplomatik məlumatı. 26.06.1919. //ARDA f.970,
s.1,i.89, v.38
835
ARDA, f.2905, s.1, i.13, v.61
836
Е.С.Лукомский. Деникин и Антанта.// Революция и гражданская война в описаниях
белогвардейцев. Деникин - Юденич - Врангель. Сост. С.А.Алексеев. Москва, 1927, с.92
245
notasında Azərbaycan hökuməti, bunu respublikanın suverenliyi üçün təhlükə
hesab edən ingilislərin hərəkətini hörmətsizlik kimi qiymətləndirdi. General
V.Tomson belə bir addımı Denikinin bolşeviklərə qarşı mübarizəsi ilə
əlaqələndirsə də, milli hökumətin başçıları heç nədən çəkinmədən bu diplomatik
oyunbazlığı Azərbaycanın təhlükəsizliyinə qarşı yönəlmiş qəsd kimi
qiymətləndirdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin respublikanın Versalda olan
nümayəndələrinə göndərdiyi məlumatda Denikin təhlükəsinin Gürcüstanla
Azərbaycan arasında əməkdaşlığı möhkəmləndirdiyi qeyd edilirdi. 1919-cu ilin
aprel ayında çağırılmış Qafqaz konfransında bir çox məsələlərlə bərabər bu
respublikaları təhdid edən Denikin təhlükəsi də müzakirə edildi. Konfransda olan
erməni nümayəndələri Denikin könüllülərinə münasibətlə bağlı birbaşa cavab
verməkdən yayındılar. Lakin Şimaldan gələn təhlükə Azərbaycan və Gürcüstanı
eyni dərəcədə narahat etdiyi üçün onlar bu məsələdə həmrəy olduqlarını bildirdilər.
Tiflis fəhlə deputatları sovetinin iclasında Geqeçkori bildirdi ki, Bakı proletariatı
ilə əl-ələ biz həyasız təcavüzkarı qəti şəkildə dəf edəcəyik və nə qədər ki, çar
generalını əzməmişik silahı yerə qoymayacağıq.
837
Ermənistan respublikalarının
qeyri-müəyyən mövqeyi bir tərəfdən Azərbaycan və Gürcüstandan fərqli olaraq
cəbhəyanı zolaqda yerləşməməsindən irəli gəlirdisə, digər tərəfdən Denikin
təhlükəsi ilə bağlı Ararat Respublikasının öz planları vardı. Bu planların böyük bir
qismi İ.Şaxdinin 1931-ci ildə Tiflisdə nəşr edilmiş kitabında öz əksini tapmışdır.
838
Kitabda sənədlərə istinad edilərək göstərilir ki, Könüllü ordu ilə Ermənistan
Respublikası arasında gizli saziş mövcud idi. Həmin sazişə görə, Ermənistan
Respublikası Denikin ordusunun Azərbaycana və Gürcüstana hücumu zamanı ona
köməklik göstərməli idi.
839
Öz növbəsində Könüllü ordunun şimaldan bu
respublikalara hücumu Ermənistanın Azərbaycana və Gürcüstana olan ərazi
iddialarını silah yolu ilə həll etmək üçün əlverişli şərait yaratmalı idi. Denikinlə
Ermənistanın məqsədlərinin üst-üstə düşməsini sonralar A.Mikoyan da təsdiq
edirdi. О yazırdı: "Təkcə erməni hökuməti Denikinə təslim olaraq öz
"neytrallığını" elan etdi. Həmin vaxt onların rəğbəti gündən-günə güclənən
Denikinin tərəfində idi."
840
İngilislərin iyunun 11-də müəyyən etdiyi Petrovsk şəhərinin cənubundan
keçən ikinci demarkasiya xəttinə də Denikinin məhəl qoymaması Azərbaycanla -
Gürcüstanın əməkdaşlığını daha da sürətləndirirdi və hər iki respublika öz
aralarında hərbi xarakterli müqavilə imzalamağı qərara aldılar. Bu barədə
Ermənistan hökumətinə də müraciət edildi. Lakin öz qoşunlarına qarşı Denikinlə
837
A.İ.Mikoyan. Qafqaz məsələsinə dair. 1920. // RDSSTA, f.298, s.l, i.116, v.2
838
И.Шахдин. Дашнакцутюн на службе русской белогвардейшины и английского командования
на Кавказе. Тифлис, 1931
839
Заря, 1919, 25 мая.
840
A.İ.Mikoyan. Qafqaz məsələsinə dair. 1920. // RDSSTA, f.298, s.1, i.116, v.2-3
246
gizli sazişə girmiş Ermənistan hökumətinin sonralar müxtəlif bəhanələrlə iyun
ayının 16-da könüllülər təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında
imzalanmış hərbi müdafiə paktına daxil olmaması təbii idi.
Parisdə olan Azərbaycan nümayəndələrinin 1919-cu ilin yazında və yayında
gürcü və dağlı nümayəndələri ilə səmərəli əməkdaşlığı müxtəlif beynəlxalq
məsələlərə münasibətdə Qafqaz həmrəyliyinin yaranmasında mühüm rol oynadı.
Denikin təhlükəsinə qarşı bu respublikaların müqavimətini gücləndirdi.
Müttəfiqlərin Kolçak Hökumətini tanımaq haqqında bəyanatı keçmiş Rusiya
imperiyasında yaranmış yeni dövlətlərin həmrəyliyini gücləndirdi. Azərbaycan
nümayəndələri Versalda "vahid və bölünməz Rusiya" təhlükəsinə qarşı gərgin
mübarizə aparmalı oldular. Müttəfiq dövlətlərin etinasızlığına baxmayaraq,
Azərbaycan nümayəndələri istiqlaliyyətin tanınması uğrunda mübarizədən bir
addım belə geri çəkilmədilər, respublikanın mənafeyi, xüsusilə onun ərazi
bütövlüyünün qorunub saxlanılması ilə bağlı dəfələrlə Sülh konfransına, Versal Ali
Şurasına və Antanta ölkələrinin dövlət başçılarına öz haqqları və hüquqları ilə
bağlı tələbnamələr verdilər. Azərbaycan nümayəndə heyəti Qərb ölkələrinin dövlət
və hökumət başçıları tərəfindən müdafiə edilən və bilavasitə, Azərbaycan
Respublikasının ərazi bütövlüyünə qarşı yönələn "Böyük Ermənistan" iddialarını
bütün vasitələrlə dəf etməyə nail oldular.
Üç il müddətinə imzalanmış hərbi müdafiə xarakterli müqaviləyə görə,
Azərbaycan və Gürcüstanın istiqlaliyyəti və ərazi bütövlüyünə hər hansı dövlət
tərəfindən təcavüz olunduğu təqdirdə müqavilədə olan tərəflər bir-birinə hərbi
yardım göstərməyə borclu idilər. Müqavilədə göstərilirdi: 1. Müqavilədə olan
dövlətlər öz üzərlərinə götürürlər ki, bir və ya hər iki tərəfin ərazi bütövlüyü və
müstəqilliyinə hər hansı hücum və təhlükə olarsa, özlərinin bütün silahlı qüvvələri
vasitələri ilə buna qarşı çıxarlar; 2. Qonşu dövlətlərdən hər hansı biri əvvəlki bəndə
uyğun olaraq başlanmış hərbi əməliyyatlar zamanı sərhəd mübahisələrini silah
gücünə həll etmək üçün müqavilədə olan tərəflərin birinə, yaxud hər ikisinə hücum
edərsə, həmin dövlət vuruşan tərəf kimi tanınır; 3. Müqavilə ciddi müdafiə
xarakteri daşıyır, əgər tərəflərdən biri öz xüsusi təşəbbüsü ilə, qabaqcadan
razılaşdırılmadan müharibə elan edir, yaxud hərbi əməliyyatlara başlayırsa,
müqavilədə olan digər tərəf həmin hərbi əməliyyatlarda iştirak etməyə borclu
deyildir; 4. Müqavilədə olan tərəflər, onlar arasında baş verən bütün sərhəd
münaqişələrini sazişlər və arbitraj yolu ilə həll etməyi öhdələrinə götürürlər. Belə
halda qəbul edilmiş qərar hər iki tərəf üçün sonuncu və məcburi qərar hesab edilir;
5. Müqavilə üç il müddətinə bağlanır. Bu müddətin başa çatmasına bir il qalmış
tərəflərə hüquq verilir ki, onun müddətinin uzadılması, yaxud ləğv edilməsi barədə
öz arzusunu bildirsin; 6. Müqavilədə olan tərəflər, hər iki dövlətin suveren
hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlar
aparmağı və həmrəy çıxış etməyi öz üzərinə götürürlər; 7. Müqavilədə olan
tərəflər, separat sülh bağlamamağı öhdələrinə götürürlər; 8. Müqavilədə olan
247
tərəflər, öz müttəfiqinə qabaqcadan xəbərdarlıq etmədən digər dövlətlə hərbi saziş
bağlamamağı öz üzərinə götürür; 9. Əgər 5-ci bənddə göstərilən müddət başa
çatmamış bütün dövlətlərin sərhədlərinin toxunulmazlığına təminat verən xalqlar
liqası yaranarsa və müqavilədə olan tərəflər ora daxil olarsa, onda bu müqavilə öz
qüvvəsini itirir; 10. Bu müqavilə barədə rəsmi surətdə məlumat verdikdən sonra
Ermənistan 2 həftə ərzində bu müqaviləyə qoşula bilər.
841
Müqavilə barəsində
Azərbaycan və gürcü nümayəndələrinin Paris Sülh konfransına təqdim etdikləri
məlumatda göstərilirdi ki, "bu sazişdə yalnız müdafiə məqsədləri güdülür."
842
16 iyun müqaviləsinə uyğun olaraq, tərəflər hərbi-texniki saziş imzaladılar,
Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri birgə hərbi şura yaratdılar. Hərbi
şuranın sədri general İ.Odişelidze, üzvləri general Ə.Şıxlinski, general M.Sulkeviç
və general Kutateladze idilər. Hərbi Şura hərbi əməliyyatların getdiyi əraziləri və
düşmənin imkanlarını dərindən öyrənməli, müdafiə planını işləyib hazırlamalı, hər
iki respublikanın ordusunun hərbi hazırlıq səviyyəsindən daim xəbərdar olmalı və
onun yerləşdirilmə vəziyyətini işləyib hazırlamalı idi.
843
Əvvəlcə ingilis komandanlığının Azərbaycan-Gürcüstan müdafiə paktına
münasibəti mənfi idi. Lakin sonralar bu qəti şəkildə dəyişildi. İstanbula ezam
edilmiş Azərbaycan Respublikasının nümayəndəsi Əziz bəу Tahirbəyov burada
Böyük Britaniyanın Şərqi Avropada və Qafqazda olan qüvvələrinin Ali Baş
Komandanı general Milnlə görüşüb Denikinin cənuba doğru irəliləməsi barədə ona
məlumat verdi. Miln Denikinin onun razılığı olmadan cənub istiqamətində hərəkət
etdiyini və bu işdən onun xəbəri olmadığını Ə.Tahirbəyova bildirdi. Ə.Tahirbəyov
general Milnin Denikinin hərəkəti ilə razı olmadığı barədə N.Usubbəyova
radioteleqram göndərdi.
844
Xarici işlər nazirliyi tərəfindən Paris Sülh konfransına göndərilən
məlumatda qeyd edilirdi ki, ingilis komandanlığı imzalanmış hərbi sazişi Cənubi
Qafqaz birliyi üçün başlıca təminat hesab edir. Versaldakı Azərbaycan
nümayəndələrinə bildirilirdi ki, Qafqazda Azərbaycanla Gürcüstan arasında tam
əlaqə, hərtərəfli razılaşdırılmış birgə fəaliyyət proqramı həyata keçirilir. Denikin
ordusunun Dağıstanı tutması və cənuba doğru hərəkət etməsi barəsində İstanbula
gəlmiş Ə.Tahirbəyov Parisdə olan Azərbaycan nümayəndələrinə teleqram
göndərmişdi.
845
Azərbaycan hökumətinin Dağlılar İttifaqına, Denikin könüllülərinə
münasibətdə sabit siyasəti, yaranmış təhlükə ilə bağlı Gürcüstanla əməkdaşlığı
841
Gürcüstan Respublikası ilə Azərbaycan Respublikası arasında hərbi-müdafiə sazişi. 16.06.1919.
//ARDA, f.970, s.1, i.64, v.15
842
З.Авалов Независимость Грузии в международной политике, с.210
843
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında hərbi-texniki saziş - 16.06.1919.
//ARDA, f.970, s.1, i.64, v.18
844
Ə.Tahirbəyovun Azərbaycan Respublikası Nazirlər Şurasının sədri N.Usubbəyova radioqramı.
18.07.1919. // ARDA, f.894, s.10, i.70, v.5
845
ARDA, f.2905, s.1, i.13, v.55
248
respublikanın Versalda olan nümayəndələri tərəfindən razılıq hissi ilə qarşılandı.
Qeyd edilən məsələlərdə Azərbaycan hökuməti ilə onun sülh konfransındakı
nümayəndələrinin fəaliyyəti bəzən bir-birindən xəbərsiz üst-üstə düşürdü. Şimali
Qafqazda vəziyyət haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatı ilə
tanış olduqdan sonra Ə.M.Topçubaşov Bakıya, Azərbaycan Nazirlər Şurasının
sədrinə yazırdı: "Belə bir möhkəm, qəti, vətənpərvər siyasətin hər yerdə nə vaxt
lazım gəlsə, yerinə yetirilməsini görmək istərdik. Biz əminik ki, hökumət yalnız
belə bir siyasətlə saxlanılacaq və hazırda saxlanılır, çünki hər cür məsələlərdə,
keçmiş Rusiyaya münasibətdə və xüsusən, Könüllü orduya olan münasibətdə
tərəddüd ola bilməz və olmamalıdır: əgər qarşımıza yalnız bütün Dağıstanın
təmizlənməsini, daha sonra Şimala qədər təmizlənməsini məqsəd qoysaq, heç bir
aldadıcı təkliflər, vədlər, qeyri-müəyyən xarakterli danışıqlar bizə kömək edə
bilməz".
846
Parisdə olan Azərbaycan, Gürcüstan və Dağlılar Respublikasının
nümayəndələri Avropa hökumətlərini, Antanta Ali Şurasının üzvlərini inandırmağa
çalışırdılar ki, Cənubi Qafqaza Könüllü ordunun yolunu bağlamaq lazımdır. Üç
respublikanın nümayəndələrinin Ali Şuraya təqdim etdiyi bəyanatda göstərilirdi ki,
müttəfiqlər tərəfindən müdafiə edilən Könüllü orduya bildirilməlidir ki, о Qafqaz
xalqları ilə mübarizə aparmaq üçün deyil, bolşevizmlə mübarizə aparmaq üçün
yaradılmışdır. Ona görə bəyanatda təklif edilirdi ki, işğal olunmuş ərazilərin tərk
edilməsi, Qafqaz respublikalarının hüquqlarına hörmət edilməsi Könüllü ordudan
tələb edilməlidir. Hətta bu məqsədlə Azərbaycan və gürcü nümayəndələri Avropa
sosial-demokratlarının imkanlarından da istifadə edirdilər. İyul ayının əvvəllərində
"Keçmiş Rusiya xalqlarının hüquqlarını müdafiə cəmiyyətinin" üzvlərindən biri
sosial-demokrat Albert Tomun təşəbbüsü ilə Denikinin Şimali Qafqaz
respublikasının ərazisini tutmasına, Dağlıların hökumət və parlamentinin
qovulmasına, habelə Azərbaycan Respublikasının təhlükəyə məruz qalmasına qarşı
etiraz notası hazırlandı. Notanı Azərbaycan nümayəndələrindən Ə.Şeyxülislamov
və M.Məhərrəmov imzaladılar və onu Albert Тоm özü Antanta ölkələrinin xarici
işlər nazirlərinə təqdim etdi.
847
İyul ayının əvvəllərində könüllü ordunun yaratdığı təhlükə ilə bağlı
Gürcüstan nümayəndələri ABŞ prezidentinin məsləhətçisi polkovnik Hauzla
görüşdülər. O, danışıqlar zamanı Denikinin cənub istiqamətində hərəkətinin
dayandırılmasının zəruriliyini təsdiq etdi.
848
Elə bu zaman Azərbaycan nümayəndə
heyətinin sədri Ə.M.Topçubaşov da İngiltərə nümayəndəsi Ser Luiz Malletlə
görüşdü. Ə.Topçubaşov Malletə məlumat verdi ki, könüllülər ordusu bolşeviklərlə
846
Paris Sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşovun Nazirlər
Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA f.894, s.10. i.70, v.5
847
Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 832, folio 79; ARDA f.970,
s.1, i.143, v.71-72
848
З. Авалов Независимость Грузии в международной политике, с. 199
249
mübarizə aparmaq əvəzinə Müttəfiqlərdən aldıqları silahları dinc yerli əhaliyə qarşı
çevirir və bu ordu Şimali Qafqaz Respublikasının ərazisini tutduqdan sonra
Azərbaycan torpaqlarına soxulacaq. Bununla bağlı, Mallet qeyd etdi ki, Denikin
nəzərdə tutulan sərhədi keçə bilməz, buna görə də Gürcüstan və Azərbaycan
təhlükədən uzaqdır.
849
Dağlılar Respublikası ilə əlaqədar o, Ə.M.Topçubaşova
məsləhət gördü ki, İngiltərə nümayəndələri arasında Şərqin və eləcə də Qafqazın
bilicisi sayılan professor Simpsonla görüşsün. Topçubaşov elə həmin gün professor
Simpsonla görüşdü. Simpson Azərbaycanın əhalisi, ərazisi, siyasi quruluşu,
hökumət və parlamentinin tərkibi haqqında, Azərbaycan Respublikasının
Ermənistanla və Rusiyadakı müxtəlif siyasi qüvvələrlə münasibətlərinə dair bəzi
məsələləri söhbətin gedişində aydınlaşdırdı. Lakin o, Dağlılar Respublikası ilə
bağlı bildirdi: "Tərkibinə görə yekcins millət olmayıb, çoxlu tayfalara
bölündüklərinə görə onlar /dağlılar/ öz dövlətlərini yarada bilməzlər."
850
Dağlılar
Respublikasının bir hissəsini təşkil edən Dağıstana gəldikdə isə o, qeyd edirdi:
"Dağıstan sizindir və Denikin siz tərəfə keçməyəcəkdir." O, əlavə etdi ki, Oliver
Uordrop bu məqsədlə oraya göndərilir. O, Könüllülər ordusu və bizim oradakı
nümayəndələr üçün təlimat aparır".
851
İyul ayının 24-də Çxeidzenin sədrliyi,
Məhərrəmovun katibliyi ilə keçirilən Gürcüstan və Azərbaycan nümayəndələrinin
birgə iclasında qərar qəbul olundu ki, 16 iyun müqaviləsi barədə Sülh konfransına
məlumat verilsin. Müqaviləyə əlavə edilmiş izahedici məktubda göstərildi ki, bu
ittifaq müqaviləsi Ermənistana qarşı deyildir və müqavilədə üçüncü dövlət deyəndə
Ermənistan nəzərdə tutulmur.
852
1919-cu ilin yayında müttəfiqlərin, ilk növbədə ingilislərin Qafqazdan
çıxmaq xəbəri, istər yerlərdə Azərbaycan və Gürcüstan hökumətinin, istərsə də,
onların Parisdəki nümayəndələrinin ciddi narahatçılığına səbəb oldu. Nə qədər ki,
ingilis ordusu Qafqazda idi, Könüllü ordunun Azərbaycana və Gürcüstana
hücumunun qarşısı bir növ alınmışdı və müttəfiqlərin nümayəndələri olan general
Miln, general Tomson hər iki respublikanın Denikin təhlükəsinə məruz
qalmayacaqları barədə bəyanatlar vermişdilər. İngilis ordusunun Qafqazdan
çıxmasına Könüllü ordu və ümumiyyətlə, rus ağqvardiyaçıları, onların Parisdə olan
rus müşavirəsinin üzvləri Qafqazın yenidən Rusiyaya birləşdirilməsi üçün əlverişli
şəraitin yaranması kimi baxırdılar. Omsk hökuməti Antanta tərəfindən tanındıqdan
sonra "rus müşavirəsi"nə daxil olanlar rəsmi "rus nümayəndəliyi"ni yaradıb,
Parisdə Kolçak hökumətini təmsil etməyə başladılar. "Rus nümayəndəliyi"nə
849
А.М.Топчибашев. Письма из Парижа, с.55
850
Yenə orada, s.56
851
Yenə orada, s.55
852
Le Prèsident de la Dèlègation Gèorgienne N.Tcheidzè, Le Prèsident de la Dèlègation de
l'Azerbaïdjan A.M.Toptchibacheff - Transmis par le Secrètariat General de la Confèrence de
la Paix. Le 24 juillet 1919.// Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.
832, folio 82; Copie Convention entre les Rèpubliques de Gèorgie et d'Azerbaïdjan.// Ministère des
Affaires Etrangère de France, Archives Diplomatique, vol 832, folio 87
250
köhnə səfirlərdən, diplomatlardan və siyasi mühacirlərdən Lvov, Çaykovski,
Sazonov, Maklakov, Savinkov və digərləri daxil idilər. Lakin bunların da arasında
birlik yox idi. Sergey Sazonov bir çox məsələlərdə onlarla həmrəy deyildi. Yeni
yaranmış respublikaların nümayəndələri ilə "rus nümayəndəliyi" arasında
düşmənçilik olduğu üçün demək olar ki, onlar görüşmürdülər. Ə.M.Topçubaşov
rus mühacirlərinin təkəbbürü haqda yazırdı: "Biz onların heç birisi ilə,
ümumiyyətlə, burada yaşayan ruslarla ünsiyyətdə olmuruq. Bizim müstəqillik üçün
möhkəm şəkildə çalışmağımızı görüb, onların heç biri qəzəb və narazılıqlarını
gizlədə bilmir. Hamını günahlandırırlar, xüsusilə də gürcüləri. Bizim ünvanımıza
belə sözlər yayırlar ki, müstəqil Azərbaycan şüarını yalnız ziyalılar irəli sürüblər.
Guya, azərbaycanlılar özləri rusları çox sevdiklərindən, Rusiyadan ayrılmaq
arzusunda deyillər. Нər halda bu "vəkillər" bir səslə "vahid və bölünməz Rusiya" -
nəhəng ümumrusiya fikrindən möhkəm yapışıblar və utanıb, qızarmadan bildirirlər
ki, Polşadan savayı qədim rus votçinasının torpaqlarından bir arşın da olsa belə,
heç kəsə verməyəcəklər. Bütün yerdə qalan torpaqlar isə, onların fikrincə, gələcək
Rusiyanın tərkibində qalmalıdır. Hələ, Polşa ərazisinin də bir hissəsi - Şərqi
Qalitsiya, Xolm quberniyası və Volın da Rusiyanın olmalıdır. Böyük dövlətlərin
Finlandiyanın müstəqilliyini tanımasına və onunla diplomatik əlaqələr yaratmasına
baxmayaraq, Rusiyanın "nümayəndələri" bunları fakt kimi qəbul etmək istəmirlər.
Cənab Denikin isə bunlara qarşı qəti etirazını bildirir."
853
Rus siyasi mühacirlərinin fəallaşması və yeni yaranmış respublikalara qarşı
mürtəce mövqe tutması Azərbaycan nümayəndələrini təmsil etdikləri respublikanın
istiqlaliyyətinin qorunmasında daha fəal olmağa sövq edirdi. Bu məqsədlə avqust
ayının 19-da və 24-də Sülh konfransının sədrinə, "habelə İngiltərənin xarici işlər
naziri Balfura, sentyabr ayının 9-da yenidən konfransın sədrinə məktubla müraciət
edildi.
854
Avqust ayının 24-də verilmiş etiraz notasında Denikinin müttəfiqlərin
müəyyən etdiyi demarkasiya xəttinə məhəl qoymadan Dərbənd də daxil olmaqla
bütün Dağıstanı işğal etdiyi göstərilir. Eyni zamanda müttəfiq komandanlığının
Denikin Könüllülərinə verdiyi donanmanın Azərbaycanın Xəzər sahili sərhədləri
üçün ciddi təhlükə törətdiyi qeyd edilirdi.
855
Bir çox məsələlərlə yanaşı, Xəzər
donanması hərbi gəmilərinin bir hissəsinin ingilis komandanlığı tərəfindən
Denikinə verilməsinin Azərbaycanın təhlükəsizliyinə ciddi хələl gətirdiyi
Ə.M.Topçubaşovun Balfura məktubunda da öz əksini tapmışdı. Orada deyilirdi:
"İndi Könüllü ordu Xəzər dənizi istiqamətindən Azərbaycan Respublikasını
853
Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndə heyətinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA f.970, s.l, i 142, v.21-
22
854
А.М.Топчибашев. Письма из Парижа, с.71-72
855
La Dèlègation de Paix de l'Azerbaïdjan. Le Prèsident, Ali Mardan Toptchibacheff-Membres: Mamad
Hassan Gadjinsky, Agber Cheik-Ul-Islamoff. Conseillers: Mir Yagoub Mir Mehtieff, Mamed
Magueramoff - Monsieur le Prèsident de la Confèrence de la Paix, le 24 août 1919.// Ministère des
Affaires Etrangère de France, Archives Diplomatique, vol. 832, folio 95
251
hədələmək imkanı əldə etmişdir... Ələ keçirdiyi donanma ilə Könüllü ordu öz hərbi
hissələrini Azərbaycan sahillərinə gətirib Xəzər dənizinin Azərbaycan sahillərinə,
hətta bizim paytaxtımız Bakı şəhərinə hücum edə bilər."
856
Məktubda Könüllü ordu
təhlükəsi, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətləri, ümumilikdə
Cənubi Qafqazda vəziyyəti müzakirə etmək üçün Azərbaycan nümayəndələrinin
Baş nazir Lloyd Corc, yaxud elə xarici işlər naziri Balfur tərəfindən qəbul edilməsi
xahiş edilirdi. Azərbaycan nümayəndələri, təkcə Balfura deyil, Fransanın Baş
naziri Jorj Klemanso və xarici işlər naziri Jan Mari Pişona da onları qəbul etmək
barədə müraciət etmişdilər. Lakin hər dəfə İngiltərə və Fransa dövlət başçıları yeni
yaranmış respublikaların nümayəndələrini qəbul etməkdən boyun qaçırırdılar.
Azərbaycan Nazirlər Şurası sədrinin adına Versaldan Ə.M.Topçubaşovun
göndərdiyi hesabatda göstərilirdi ki, Antantanın "əsas nümayəndələri bizimlə
birbaşa görüşdən hələlik boyun qaçırırlar. Мən bu barədə cənab Klemanso, cənab
Pişon, cənab Balfur və başqalarından xüsusi məktubla xahiş etmişəm. Eyni
zamanda bir neçə nəfər bütün bunları onlara dönə-dönə xatırlatmışdır. Cənab
Balfurdan (katibi vasitəsi ilə) aldığımız məktubdan belə məlum olur ki, o, çox
məşğul olduğundan bizi qəbul etməyə imkanı yoxdur. Buna görə üzr istəyir.
Həmin Balfur hər dəfə nümayəndələrdən aldığı, surətləri Sülh konfransına
göndərilən məktublara, konfransa təqdim edilən memorandumun nüsxələrinə görə
yazılı şəkildə öz təşəkkürünü bildirir. Sülh konfransının katibliyi də həmin qaydada
hərəkət edir. Bir sözlə nə isə gözləyirlər..."
857
Sentyabr ayının 3-də Parisdə olan Azərbaycan nümayəndələri respublika
xarici işlər naziri M.Y.Cəfərovun imzası ilə Könüllü ordunun fəaliyyəti ilə bağlı
avqustun 26-da göndərdiyi teleqramı aldılar. Teleqramda ingilislərin müəyyən
etdiyi demarkasiya xəttinə Denikinin məhəl qoymadığı, müttəfiqlərin razılığı
əsasında Azərbaycana birləşdirilməsi nəzərdə tutulan Dərbənd və bütün
Dağıstandan Könüllü ordunun çıxmaq fikrində olmadığı, habelə Xəzər donanması
vasitəsi ilə Denikinin öz ordusunu Azərbaycana yaxın ərazilərə daşıdığı
göstərilirdi.
858
Bu məlumata uyğun olaraq avqust ayının 29-da Azərbaycan sülh
heyəti tam tərkibdə konfransın rəhbərliyinə,
859
Ə.M.Topçubaşov isə sentyabr
ayının 9-da yenidən Versal Sülh konfransının sədrinə məktubla müraciət etdi.
Məktubda Denikin təhlükəsi ilə bağlı mövcud vəziyyət təsvir edilməklə yanaşı,
Denikinin bilavasitə müttəfiqlərdən yardım aldığını nəzərə alaraq, Sülh
856
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov Britaniyanın
xarici işlər naziri A.Balfura məktubu. 10.09.1919. //ARDA f. 970, s.l, i.142, v.92
857
А.М.Топчибашев. Письма из Парижа, с.59
858
Xarici işlər naziri M.Y.Cəfərovun Ə.M.Topçubaşova teleqramı. 26.09.1919. //ARDA, 1970, s.3, i.4,
v.99
859
La Dèlègation de Paix de l'Azerbaïdjan. Le Prèsident, Ali Mardan Toptchibacheff-Membres: Mamad
Hassan Gadjinsky, Agber Cheik-Ul-Islamoff. Conseillers: Mir Yagoub Mir Mehtieff, Mamed
Magueramoff - Monsieur le Prèsident de la Confèrence de la Paix, le 24 août 1919.// Ministère des
Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 71-72
252
konfransının qarşısında üç mühüm tələb qoyulurdu: 1. Könüllü ordu Dağıstan
vilayətinə münasibətdə müttəfiq komandanlığının müəyyən etdiyi demarkasiya
xəttini pozmamalıdır; 2. Könüllü ordu ən qısa vaxtda Dərbənddən təmizlənməlidir;
3. Könüllü ordunun əlinə keçən Xəzər Donanmasının gəmiləri Azərbaycan
hökumətinə qaytarılmalıdır.
860
Ümumilikdə, Könüllü ordu ilə bağlı Azərbaycan
nümayəndələrinin Parisdə qarşılaşdığı çətinliklər 1919-cu ilin axırlarına qədər
davam etdi. 1919-cu ilin noyabrında Böyük Britaniyanın Baş naziri Lloyd Corcun
İngiltərə Parlamentinin İcma palatasındakı çıxışından sonra Qafqaz
respublikalarının müstəqilliyinin tanınmasına doğru meyl başlandı. Kolçak,
Denikin və digər rus generallarının yaratdığı hökumətlərin о qədər də möhkəm və
etibarlı olmadığını müttəfiqlər hiss etməyə başladılar.
1919-cu ilin yayında Versal Sülh konfransında böyük dövlətlər arasında
ziddiyyətlər daha da kəskinləşmişdi. Almaniya ilə sülh müqaviləsinin işlənib
hazırlanması, Avstriya-Almaniya, Yaponiya-Almaniya münasibətləri diqqət
mərkəzində olduğundan kiçik xalqların problemi demək olar ki, unudulmuşdu.
Almaniya ilə imzalanacaq sülh müqaviləsində onun Avstriya ilə birləşmək imkanı
nəzərdən qaçırıldığından bu "xətanın" düzəlişinə müttəfiqlər bir aydan artıq vaxt
sərf etmişdilər. Paris mətbuatı da bu zaman əsəbləri xeyli dərəcədə gərginləşdirirdi.
Müxtəlif mətbuat orqanları tez-tez yazırdılar ki, Almaniya öz üzərinə götürdüyü
öhdəlikləri yerinə yetirməyəcəkdir.
Avropa ölkələrində başlanmış iqtisadi böhran, pulun qiymətdən düşməsi və
xüsusilə kömür qıtlığı, Fransa və İngiltərədə seçkilərin başlanması, ABŞ-ın Avropa
dövlətlərindən və Yaponiyadan narazılıqları Beynəlxalq Sülh konfransına olan
marağı xeyli azaltmışdı. Rumıniyanın Macarıstana qəfil hücumu, Konfransın
Yuqoslaviyaya vermək istədiyi Fium şəhərinin şair Qabriel d'Annunsio başda
olmaqla italyan əsgərləri tərəfindən istila olunması Versal Sülh konfransının
nüfuzunu aşağı salmışdı. Hətta yaranmış vəziyyətdə konfransın öz işini
dayandırmaq ehtimalı belə meydana çıxmışdı. Konfransın açılışında iştirak edən
dövlət başçılarından yalnız Klemanso öz yerində idi. Vilson, Lloyd Corc, Orlando,
Tittoni, Lansinq, Makino və digərləri Parisi tərk etmiş, onları ikinci dərəcəli
nümayəndələr əvəz etmişdilər. Belə bir şəraitdə ən ziddiyyətli hesab edilən rus
məsələsinin müzakirəsini Antanta dövlətləri yubatmağa çalışırdılar. Hətta Paris
mətbuatı yazırdı ki, Rusiya və Türkiyə məsələlərini konfrans yaxın vaxtlarda
fəaliyyətə başlayacaq, Millətlər Cəmiyyətinin müzakirəsinə vermək fikrindədir.
Bütün bunları dərindən müşahidə edən Ə.M.Topçubaşov öz hökumətinə yazırdı:
860
Protestation prèsènte par la Dèlègation Azerbaïdjanienne à Monsieur le Prèsident de la Confèrence
de la Paix à Paris, à propos des actions éminemment agressives de l'Armée Volontaire contre la
République azerbaïdjanienne. Le 12 septembre 1919.// Ministère des Affaires Etrangère de France,
Archives Diplomatique, vol. 832, folio 103-106
253
"Cəsarətlə demək olar ki, bu konfransı Sülh konfransı adlandırmaq olmaz."
861
Əlbəttə, belə bir fikrin meydana çıxması Sülh konfransının kiçik xalqlara
münasibətdə aydın mövqe tutmaması, onların taleyinə biganə münasibəti ilə də
bağlı idi. O, göstərirdi: "Onlarla (müttəfiqlərin nümayəndələri ilə - C.H.)
apardığımız danışıqlardan, adətən dumanlı təsəvvür ortaya çıxır, ümumi
məsələlərdən uzağa gedə bilmirik və konkret suallara (Mir Yaqub Mehdiyevin
yanında mən Amerika nümayəndəsi Morqentaudan soruşdum ki, müttəfiqlər bizi
tanıyacaqmı?) ümumi cavablar alırıq və yaxud susurlar. Elə bil ki, onlar hər
məsələni həll ediblər, ancaq nəzakət xatirinə hər şeyi açıq söyləmirlər. Burada
nəzakət məsələsi yoxdur, çox mürəkkəb və dolaşıq bir siyasi vəziyyət yaranıbdır,
buna görə də müttəfiqlərin özünün də Rusiyanın və ondan ayrılmış hissələrin
gələcəyinə aid müəyyən bir fikri olmasına inanmaq belə olmur."
862
Kiçik xalqların taleyində mühüm rol oynayacağı gözlənilən Millətlər
Cəmiyyəti ilk dövrlərdə ümidləri doğrultmurdu. Vilson layihəsi üzrə təsis edilən bu
cəmiyyət İngiltərə və Fransa tərəfindən güclü müqavimətə rast gəlməklə yanaşı,
Amerika Senatı tərəfindən də çox güclü etiraza səbəb olmuşdu. Vilsonun sevimli
övladı hesab edilən "yeni dünya qaydalarının qorunmasına" yönəldilən Millətlər
Cəmiyyəti məsələsi ABŞ nümayəndələrinin nəzərdə tutduqlarından fərqli xarakter
almışdı. Vilsonun "on dörd maddə"sində nəzərdə tutulan Millətlər Cəmiyyəti
İngiltərə və Fransa nümayəndələri tərəfindən bir sıra dəyişikliklər edilməklə təsis
edilmişdi.
Millətlər
Cəmiyyətinin
ilk
addımlarını
nəzərdə
tutaraq,
Ə.M.Topçubaşov yazırdı: "Hər halda kiçik xalqları xilas etmək üçün yaradılmış bu
təşkilat - Millətlər Cəmiyyəti hələlik ölü doğulmuş uşağa bənzəyir, onu kim, necə
və nə zaman dirçəldəcək, məlum deyil. Elə bil ki, Fransa, İtaliya və İngiltərə də
bunları unudubdur."
863
Bütün qeyd edilənlərə baxmayaraq, Azərbaycanın istiqlaliyyətinin Sülh
konfransı tərəfindən tanınmasına nail olmaq Versaldakı Azərbaycan
nümayəndələrinin başlıca məqsədləri olduğu üçün, onlar vaxtaşırı bu məramla
konfransın rəhbərliyinə müraciət edirdilər. Parisdəki "rus nümayəndə"lərinin
fəallaşdığı bir vaxtda avqust ayının 19-da Azərbaycan nümayəndələri yenidən Sülh
konfransının sədrinə Azərbaycanın istiqlaliyyətinin tanınmasını konfransın
gündəliyində qoymaq barədə müraciət etdilər. Müraciətdə Azərbaycan
nümayəndələrinə konfransın tribunasından çıxış edib, öz tələblərini vermək, onun
müstəqilliyini tanımaq, Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsini
obyektiv qiymətləndirmək və digər məsələlər öz əksini tapmışdı. Orada
göstərilirdi: "Bütün Azərbaycan xalqı öz gələcəyinə dərindən inanır, Millətlər
Cəmiyyətinin yüksək himayəsi altında, qonşu xalqlarla sülh və razılıq şəraitində
861
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşovun Nazirlər
Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.l, i.142, v.22
862
Yenə orada, v.12
863
Yenə orada, v.13
254
sosial-siyasi həyatda ona müstəqil yaşamağa imkan verən öz maddi və mənəvi
gücünə ümid bəsləyir.
864
Antanta ölkələrinə müraciət edilərək göstərilirdi ki,
Böyük dövlətlərdən qayğıkeşlik gözləyən Qafqaz Azərbaycanı "Azərbaycan
Respublikası" adı ilə tanınacağına inanır. Müraciətin sonunda Azərbaycan
nümayəndələri əvvəlki tələblərini bir daha təkrar edir və konfrans tərəfindən,
nəinki, tanınacağını, eyni zamanda ilk addımlarını atan respublikanın dünya
siyasətini müəyyən edən ölkələr tərəfindən müdafiə ediləcəyini arzulayırdılar.
Müraciətə əlavə olaraq bir sıra tarixi, siyasi, etnoqrafik sənədlər, Azərbaycan
Respublikasına aid ayrı-ayrı xəritələr də konfransa təqdim edilmişdi.
1919-cu ilin yayında Paris Sülh konfransında Azərbaycan nümayəndələrinin
qarşılaşdığı ciddi məsələlərdən biri də erməni nümayəndəliyi ilə münasibətlər idi.
Ermənilər Paris Sülh konfransının onların bütün problemlərini həll edəcəyinə ümid
bəslədikləri üçün ona ciddi surətdə hazırlaşmışdılar. Onlar özlərini "böyük
müttəfiqlərin kiçik müttəfiqi"
865
hesab edib, Aralıq dənizindən Qara dənizə, Qara
dənizdən Xəzər dənizinə qədər "Böyük Ermənistan" yaratmaq xülyasına
düşmüşdülər. Amerika tarixçisi F.Kazımzadə haqlı olaraq yazırdı ki, Ermənistan,
"nəinki, Anadolunun altı vilayətini, eyni zamanda Kilikiyanı da tələb edirdi. Onlar,
hətta İran Azərbaycanının bir hissəsini tələb edirdilər, halbuki İran müharibədə
iştirak etməmişdi. Onların əsassız iddialarını Paris, London və xüsusilə, Vaşinqton
müdafiə edirdi."
866
Məsələn, mətbuatın məlumatına görə, Təbrizdən
Aleksandropola gələn Britaniya generalı Biç «Union» mehmanxanasında onun
şərəfinə verilən ziyafətdə guya demişdi ki, "Paris sülh konfransının mərkəzi Van
olan geniş ərazilərə malik Ermənistanın müstəqilliyini tanıması münasibətilə
erməni cəmiyyətini təbrik etməkdən məmnunluq hissi keçirirəm. Sən demə, siz
ermənilər dünya mədəniyyətinə və Antantaya əhəmiyyətli dərəcədə xidmət
göstərmisiniz və dənizdən-dənizə Ermənistan yaradılması məsələnin yeganə doğru
həllidir. Ermənistanın sərhədləri elan olunan zaman bu qonşularınızın təəccübünə
səbəb olacaq. Azərbaycan və Gürcüstana gəldikdə general Biç onların
müstəqilliyinin Antanta tərəfindən tanınmayacağını bu respublikaların vahid
Rusiyanın tərkibinə qatılacağını bildirmişdi." Bu fikirlər "Sakartvelo" qəzetində
çıxanda və "Gürcüstan" qəzetində təkrar dərc ediləndə Britaniya komandanlığının
nümayəndəsi redaksiyaya gəlib, generalın belə söz demədiyini bildirmiş və təkzib
verilməsini tələb etmişdi. Məsələ dəqiqləşdirilən zaman ermənilərin general Biçin
sözlərini təhrif etdikləri bəlli olmuş və "Gürcüstan" qəzeti iyul ayının 3-də təkzib
verməli olmuşdu.
867
864
Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndə heyətinin
başçısı
Ə.M.Topçubaşovun Versal konfransının sədrinə məktubu. 16.09.1919. //ARDA f.970, s.1, i.142, v.49
865
S.Atamian. The Armenian Community. New.York, 1955, p.234
866
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.253
867
Грузия, 1919,3 июля.
255
Dənizdən-dənizə "Böyük Ermənistan" yaratmaq iddiaları Birinci Dünya
müharibəsindən sonra, istər Cənubi Qafqazda, istərsə Parisdə və istərsə də bütün
Avropa və Amerikada erməni təbliğatının başlıca mövzusuna çevrilmişdi. Belə
böyük iddiaların nəticəsi idi ki, ermənilər Parisə bir deyil, iki nümayəndəlik
göndərmişdilər. Birincisi milli erməni diasporunun nümayəndəliyi idi ki, ona
Qərbdə və xüsusən Fransa siyasi dairələrində yaxşı tanınan Poqos Nubar paşa
(Poqos Nubaryan - C.H.) başçılıq edirdi. Milli erməni nümayəndəliyi müttəfiqlərin
müəyyən dairələri tərəfindən konfransa çağrılmışdılar. İkincisi isə, Ermənistan
Respublikasının nümayəndəliyi idi ki, ona az əvvəl İstanbul konfransında erməni
nümayəndə heyətinə başçılıq etmiş, erməni Milli Şurasının sədri Avetik Aqaronyan
başçılıq edirdi. Son məqsəddə münasibət eyni olsa da, ilk dövrlərdə ermənilərin iki
nümayəndəliyi arasında müxtəlif məsələlərə münasibətdə fikir ayrılıqları var idi.
Lakin digər Qafqaz dövlətləri kimi Ermənistanın da adı rəsmi şəkildə konfransa
dəvət edilən dövlətlərin siyahısında yox idi.
Sülh konfransına dəvət edilən dövlətlərin siyahısında Ermənistanı
görməyəndə 1919-cu ilin yanvarında Poqos Nubar paşa prezident Vilsona
məktubla müraciət edib müttəfiqlərin işi "uğrunda" minlərlə erməninin öldüyünü
xatırlatmışdı. Yanvar ayının 30-da Londonda "Tayms" qəzetinin redaktoruna
Poqos Nubarın məktubu dərc edilmişdi. Məktub qəzetin redaktoruna yazılsa da,
əslində Antanta dövlətlərinin başçılarına ünvanlanmışdı. Burada göstərilirdi ki,
"müttəfiqlərin ümumi işinə görə ölməyə belə hazır olan" ermənilərin konfransa
dəvət edilməməsi onların təəccübünə səbəb olmuşdur. Məktubda deyilirdi:
"Müttəfiqlərə sədaqətlərinə görə ermənilər böyük əziyyətlər çəkmiş, çoxlu itkilər
vermişlər. Müharibənin başlandığı vaxtdan ermənilər bütün cəbhələrdə
müttəfiqlərin tərəfində vuruşmuşlar... Lakin bədbəxtlikdən bunu çox az adam
bilir.
868
Poqos Nubar az qalırdı ki, Antantanın Yaxın Şərqdəki qələbəsini
bütövlükdə ermənilərin adına çıxsın. Bütün bunları xatırlatmaqla o, Sülh
konfransında Ermənistana Antantanın bərabər hüquqlu üzvü kimi baxılmasını tələb
edirdi. Bundan sonra prezident Vilson erməni nümayəndələrinin konfransa
buraxılacağına söz vermiş və bu istiqamətdə çalışacağını bildirmişdi. 1919-cu ilin
yanvarın ilk günlərində ingilis diplomatı Q.Nikolson öz gündəliyində qeyd edirdi
ki, bu zaman ABŞ Ermənistan üzərində mandat almağa hazırlaşırdı.
869
Yanvar
ayının 30-da Onlar Şurasının iclasında Lloyd Corc bildirəndə ki, İngiltərə Türkiyə
və Cənubi Qafqazda "əbədi" ordu saxlaya bilməz, bununla ABŞ-a Ermənistana
sahib durmağı xatırladırdı.
870
ABŞ prezidenti V.Vilsonun təklifi ilə qərara alındı ki,
868
Armenian Allegations: Myth and Reality. Handbook of Fakts and Dokuments. Washington, 1987, p.
115-116
869
Г.Никольсон. Как делался мир в 1919 г. М., 1945, с. 182
870
Д.Ллойд Джордж. Правда о мирных договорах, Т.2, с.389
256
fevral ayının 28-də ermənilər Onlar Şurasının iclasında "dənizdən dənizə Böyük
Ermənistan" yaratmaq proqramları ilə çıxış etsinlər.
871
Ermənistan nümayəndə heyətinin başçısı A.Aqaronyan Onlar Şurasının
iclasında geniş ərazi tələbləri və hətta əsaslandırılmamış mənəvi iddialarla çıxış
etdi. О dedi: "İrəvan şəhərində öz parlamenti və hökuməti olan Ermənistan
Respublikası nümayəndəliyi adından aşağıdakı məlumatları Sülh konfransının
diqqətinə çatdırmağı özüm üçün şərəf hesab edirəm. Türkiyə və İranda yaşayan
erməniləri nəzərə almadan, 1914-1918-ci illər müharibəsinə qədər Cənubi Qafqaz
Rusiyasında təxminən 2 milyon erməni yaşayırdı. Bundan 50 faizi Tiflis, Batum və
Bakı kimi böyük şəhərlərdə, milyon və ya milyon yarım nəfəri 2-3 min ildir ki, sıx
icmalar halında İrəvan, Qars, Şuşa və Aleksandropolda yaşayıblar. Erməni
kilsəsinin başçısı sayılan katoliko Eçmiədzin monastrında oturur." Onlar Şurasının
məlumatsızlığından istifadə edərək, Aqaronyan tarixi istədiyi kimi saxtalaşdırıb
dedi: "Tatarlar (azərbaycanlılar - C.H.) və kürdlər açıq şəkildə Türkiyə ilə
birləşərək bizdən xəbərsiz güc topladılar və bizə mane olmaq üçün hər şeyi etdilər.
Bizim dindaşlarımız və əqrəbalarımız sayılan gürcülər bizim tərəfimizdə durmağı
lazım bilmədilər. Düşmənlər əhatəsində müttəfiqlərdən vəd olunan yardımı
almayan ermənilər Qafqaza can atan türklərin yolunu cəsarətlə bağladılar. Bizim
işimiz uğursuz olsa da, lakin biz müttəfiq dövlətlərə inamımızı itirmədik."
872
A.Aqaronyan belə saxta məlumatlarla ermənilərin şişirdilmiş ərazi tələblərinə
bəraət qazandırmağa və müttəfiqlərdən "Böyük Ermənistan" planlarına dəstək
olmağa cəhd göstərirdi.
Ərazi tələblərinə münasibətdə iki erməni nümayəndələri arasında cüzi fikir
ayrılığı var idi. Katolikosla sıx əlaqədə olan diasporların nümayəndəsi Kilikiyanı
da almaq niyyətində idi. Erməni diasporunun tanınmış nümayəndələrindən biri
Loris Melikov sonralar yazırdı ki, S.D.Sazonov da erməniləri Kilikiyaya qarşı
iddia irəli sürməyə şövq edirdi. Ola bilsin ki, Sazonov bu fikirdə idi ki, Rusiya
tezliklə bərpа olunacaq və Ermənistanla birlikdə Kilikiyanı da alacaqdır.
873
Lakin
Ermənistan Respublikasının nümayəndəsi A.Xatisyan Kilikiyanın adını belə
çəkməməyi məsləhət görürdü. Maraqlıdır ki, Massaçusetsdən olan senator, ABŞ-da
təcridçiliyin görkəmli nümayəndələrindən biri Henri Kobet Locun Amerika
Senatına təqdim etdiyi müstəqil Ermənistan qətnaməsi ilə, ermənilərin Paris Sülh
konfransına təqdim etdiyi "Böyük Ermənistan" tələbləri bir-birinin eyni idi. Onlar
Şurasında müzakirə zamanı Poqos Nubar paşa hər iki nümayəndəlik arasında
ermənilərin razılaşdırılmış aşağıdakı ərazi tələblərini Sülh konfransına təqdim etdi.
Bu tələblər heç vaxt ermənilərin yığcam yaşamadığı aşağıdakı əraziləri əhatə
871
Papers Relating of the Foreign Relation of the United States. Paris Peace Conference, vol. IV, 1919,
p. 157
872
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace conference. 1919,
vol.IV, p.147-149
873
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.256
257
edirdi: 1. Türkiyənin yeddi şərq vilayəti - Van, Bitlis, Diyarbəkir, Xarput, Sivas,
Ərzurum və Trabzon; 2.Dörd Kilikiya sancaqlığı - Maraş, Xozan, Cebel Berket və
Aleksandretta şəhəri ilə birlikdə Adana; 3.Qafqaz Ermənistanın bütün ərazisi,
bütün İrəvan quberniyası, keçmiş Tiflis quberniyasının cənub hissəsi, Yelizavetpol
(Gəncə) quberniyasının cənub hissəsi, Qars və Ərdəhan.
874
Ərazi iddialarından
əlavə, ermənilər təzminat tələbləri də irəli sürmüşdülər ki, bunun da ümumi
məbləği 19130982000 franka bərabər idi. F.Kazımzadənin fikrincə, "bu rəqəm
fantastik olsa da, ermənilər onu almağa ümid bəsləyirdilər."
875
Ermənilərin irəli sürdüyü ərazi iddiaları о qədər böyük idi ki, hətta
Antantanın qalib üzvü olan dövlətlər belə tələblər irəli sürmürdülər. Bununla
razılaşmayan Lloyd Corc bildirir ki, ermənilərin arzuları həddindən artıq çoxdur.
Onlar Aralıq dənizindən Qara dənizədək böyük əraziləri bir vaxtlar mövcud olmuş
Erməni çarlığına istinad edərək tələb edirlər, lakin təəssüflər olsun ki, bu ərazilərdə
ermənilər əhalinin çox az faizini təşkil edirlər.
876
Bir vaxtlar "Daşnaksutyun"
partiyasının əsasını qoymuş və Ermənistan baş naziri olmuş O.V.Kaçaznuni
ermənilərin şişirdilmiş ərazi planları ilə bağlı 1923-cü ildə yazırdı: "Belə
cəfəngiyyat layihə nə erməni hökumətinin, nə də Daşnaksutyun partiyasının
rəhbərliyinin ağlına da gəlmirdi. Əksinə, direktivə uyğun olaraq, bizim
nümayəndəlik İrəvandan elə də böyük olmayan gücümüzə uyğun tamamilə
ağlabatan bir tələblərlə Parisə yollanmışdılar. Nə baş verdi ki, nümayəndəlik
"dənizdən-dənizə" tələbini qoydu. Bu qəribə tələblər ağlabatan olmasa da, lakin
Parisdə ermənilər bu tələbi irəli sürdülər və bizim nümayəndəlik də koloniyalarda
hökm sürən bizə tanış bu əhvali-ruhiyyənin əsirinə çevrildilər... Bundan əlavə
göstərilirdi ki, Amerika kiçik Ermənistanın mandatını qəbul etməz, "dənizdən-
dənizə" böyük Ermənistan mandatını isə qəbul edər. Beləliklə, ən əsas, ən məsul və
ən mühüm məsələlərin həlli zamanı biz öz iradəmizi ifadə etməyib, işlərimizi
özümüz anladığımız kimi aparmayıb, öz yolumuzla getməyib başqalarının bizi öz
ardınca aparmasına imkan verdik".
877
Erməni daşnakı ilə yanaşı, erməni
kommunistin də bu məsələdə mövqeyi xüsusi maraq kəsb edir. Sovet ittifaqının
həm siyasi, həm fiziki mənada ən uzunömürlü kommunist liderlərindən olan
A.İ.Mikoyan yazırdı: "Erməni şovinistləri hələ də imperialist müttəfiqlərin və
general Denikin tör-töküntülərinin köməyinə arxalanaraq, tərkibində yeddi
vilayətin yer aldığı Qara dənizdən Aralıq dənizinə qədər tarixi hüdudlarda "Böyük
Ermənistan" yaratmaq kimi cinayətkar ideyanın şirin xülyasına ümid bəsləyirlər.
Müstəsna qaydada müsəlmanlardan ibarət olan bu ərazidə ermənilərin olmaması
onları narahat etmir. "Böyük Ermənistan" ideyasının əhalinin çoxluğuna deyil,
onun iradəsinə deyil, imperialist silahına arxalanması Ermənistanı "yadellilərdən",
874
The Armenian Question Before the Peace Conference, p.5
875
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.258
876
İbid, p.259
877
О.В.Качазнуни. Дашнакцутюн больше делать нечего. Баку, 1990, с.44
258
"cinayətkar ünsürlərdən", müsəlmanlardan təmizləmək yolu ilə qurulması təlqin
edilir. A.Mikoyanın fikrincə, "belə bir cəhənnəmin" yaradılması ideyası öz
agentləri vasitəsi ilə Türkiyəni talamaq istəyən imperialistlərdən qidalanır.
878
Qafqaz respublikalarının və ümumiyyətlə, köhnə Rusiya imperiyasının
hüdudlarında
yaranan
yeni
respublikaların
müzakirələrində
erməni
nümayəndəlikləri demək olar ki, iştirak etmirdilər. Onlar bu fikirdə idilər ki, Paris
konfransı «hər şeyi aydınlaşdıracaq, hər şeyi həll edəcəkdir."
879
Səsli-küylü Paris
bir növ erməni banketini xatırladırdı. Onlar çoxlu iclas və yığıncaqlar keçirir, bura
onlarla jurnalisti, yazıçını, senatoru və keçmiş nazirləri dəvət edib ermənilər və
Ermənistan haqqında uzun-uzadı nitqlər söyləyirdilər. "Erməni nümayəndələri
Vilsonu, Lloyd Corcu və Klemansonu izləyərək, hər dəqiqə onlara Ermənistan
qarşısında borclarını xatırladırdılar."
880
Onların bu hərəkətləri Sülh konfransının
rəhbərliyində hamını bezdirmişdi və ermənilər getdikcə öz "dostlarını" itirməyə
başlamışdılar. Xüsusən, Anadoluda milli hərəkat başladıqdan sonra böyük
dövlətlər ermənilərin Türkiyəni bölüşdürmək planlarına bir qədər ehtiyatla
yanaşmağa başladılar. Müttəfiqlərin ermənilərdən uzaqlaşmasında onların
haqqında əvvəllər bəhs edilən, Sülh konfransına təqdim etdikləri şişirdilmiş
tələbləri az rol oynamamışdı. Sülh konfransı keçirilən zaman Parisdə olan erməni
müəllifi Loris Melikov etiraf edirdi ki, konfrans açılan zaman ermənilər hamıdan
həqiqi qayğıkeşlik görürdülər. Halbuki bu zaman Gürcüstan soyuq qarşılanırdı.
Lakin gürcülər tezliklə avropalıları valeh etdilər, özlərini sevdirməyə nail oldular.
Əksinə olaraq, ermənilər əvvəlki qayğıkeşlikdən məhrum oldular. Həddindən artıq
şişirdilmiş tələblər və onun təqdimat forması ona gətirib çıxardı ki, adamların çoxu
onlardan üz döndərdi.
881
Parisdə olan erməni nümayəndələrinin öz ərazilərini, təkcə Türkiyənin
hesabına deyil, Azərbaycanın və Gürcüstanın hesabına genişləndirmək niyyətləri
hər iki nümayəndəliyin ciddi müqavimətilə qarşılaşırdı. Versaldakı Azərbaycan və
Gürcüstan nümayəndələri ermənilərə qarşı çox vaxt həmrəy çıxış edirdilər. Ərazi
tələbləri ilə bağlı ermənilər, təkcə Avropanın siyasi dairələrini deyil, sosialist və
sosial-demokrat qüvvələrini də Gürcüstana və Azərbaycana qarşı səfərbərliyə
almağa cəhd göstərir, onların mətbuatından öz məqsədləri üçün istifadə edirdilər.
Bu məqsədlə Avropa sosialist dairələrində məşhur olan Mikael Varandyan II
İnternasionala 1919-cu ilin mayında şikayət ərizəsilə müraciət etmişdi ki, guya,
gürcülər və azərbaycanlılar dinc erməni əhalisinə zülm edirdilər. Dostları ilə paylaş: |