Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

 f.970, s.1, i.5, v.2 

144 

 

göndərmişdilər.  Avropanın  mərkəzində  hadisələrin  gedişini  yaxından  izləyən  bu 



nümayəndəliklər Dördlər İttifaqının gözlənilən məğlubiyyətini hiss etdikdə Norveç 

və  İsveçin  paytaxtlarında  ABŞ,  İngiltərə  və  Fransa  diplomatik nümayəndələri ilə 

qeyri-rəsmi əlaqələr yaratmışdılar.

526


 Osloda Z.Avalov Britaniya və Fransa səfirləri 

ilə görüşdü. Böyük Britaniyanın Norveçdəki səfiri ser Mensfeld K.Findli onu qəbul 

edərək  Cənubi  Qafqazdakı  vəziyyət  barədə  ətraflı  məlumat  aldı.

527


  Bakının  azad 

edilməsi məsələsi ilə dərindən maraqlanan ingilis səfiri bu fikirdə idi ki, Türkiyə 

Almaniyanın  təhriki  ilə  Bakı  istiqamətində  hərəkət  etmişdir.  Lakin  Z.Avalov  bu 

mübahisədə  Almaniyanın  Rusiya  ilə  müttəfiq  olduğunu  qeyd  edib  bildirdi: 

"Türkiyə ilə Azərbaycanın yaxınlaşması türk həmrəyliyi zəminində olmuşdur".

528


 

Norveçdə  olan  erməni  və  gürcü  nümayəndələri  Osloda  olan  ABŞ 

səlahiyyətli  nümayəndəsi  Artur  Şoupfeld  ilə  görüşüb  ona  istiqlaliyyətin  elan 

edilməsi  haqqında  memorandum  təqdim  etdilər.  Az  sonra  bunun  nəticəsi  oldu. 

Artıq sentyabr ayında ABŞ-ın nufuzlu siyasi xadimlərindən olan keçmiş prezident 

Teodor  Ruzvelt  və  respublikaçı  senator  Henri  Kabot  Loc  azad  Ermənistan 

dövlətinin  yaradılması  barədə  çıxış  etdilər.  Senator  H.Locun hazırladığı  qətnamə 

əsasında  müstəqil  Ermənistan  dövləti  nəinki  Rusiya  və  "Türkiyə  Ermənistanı" 

ərazilərini əhatə etməli, eyni zamanda Kilikiya, Cənubi Azərbaycanın bir hissəsi və 

digər  ərazilər  də  bura  daxil  olmalı  idi.  Az  sonra  senator  Vilyam  Kinq  də 

Ermənistan  barəsində  buna  bənzər  bir  qətnaməni  müzakirə  üçün  senata  təqdim 

etmişdi. 

Erməni  və  gürcü  nümayəndələrinin  1918-ci  ilin  payızında  Avropa 

dövlətlərinin  paytaxtlarında  Antanta  dövlətlərinin  diplomatik  nümayəndələri  ilə 

apardığı danışıqlar Dördlər İttifaqının məğlubiyyətindən sonra onların beynəlxalq 

vəziyyətinə  müsbət  təsir  göstərdi.  İstanbulda  olan  Azərbaycan  nümayəndələri  və 

xüsusilə fövqəladə səlahiyyətli nümayəndə Ə.M.Topçubaşov Avropa paytaxtlarına 

xüsusi  nümayəndəlik  göndərilməsinə  böyük  əhəmiyyət  verirdi.  Dörd  aya  yaxın 

Bakının  azad  edilməsi  ilə  məşğul  olan  Azərbaycan  hökuməti  bu  istiqamətdə 

əhəmiyyətli  addım  ata  bilmədiyi  üçün  Ə.M.Topçubaşov  İstanbulda  öz  təşəbbüsü 

ilə  Əli  bəy  Hüseynzadənin  başçılığı  ilə  neytral  ölkə  olan  İsveçrəyə  göndərilmək 

üçün  kiçik  nümayəndəlik  yaratdı.  Burada  onlar  xarici  ölkələrin  diplomatik 

nümayəndələri ilə görüşməli, Hollandiya, İtaliya və Fransaya getməli idilər. Lakin 

bu  missiyaya  Avropa  ölkələrinə  getmək  üçün  Antanta  ölkələri  tərəfindən  viza 

verilmədi. 

Berlinə və Vyanaya səfərə çıxmağa hazırlaşan Ə.M.Topçubaşov oktyabr ayı 

ərzində  İstanbulda  Türkiyənin  rəsmi  dövlət  nümayəndələri  ilə  bir  sıra  görüşlər 

keçirdi.  Lakin  Türkiyə  məğlubiyyət  ərəfəsindəki  böhran  içərisində  olduğu  və  ay 

yarım ərzində üç hökumət kabinəsi dəyişdiyi üçün Azərbaycanla Osmanlı  dövləti 

                                                        

526

 З.Авалов. Независимость Грузии в международной политике, с. 115-116 



527

 F.Kazemzadeh. The Struggle for Transcaucasia, р. 162 

528

 З.Авалов. Независимость Грузии в международной политике, с.118 



145 

 

arasında  sabit  münasibətlər  bərqərar  etmək  mümkün  olmadı.  Ə.M.Topçubaşov 



Azərbaycan  hökumətinin  başçısına  noyabr  ayının  14-də  yazdığı  məktubda  bu 

barədə  deyirdi:  "Mənim  gəldiyim  müddətdə  artıq  üçüncü  kabinet  yaradılır, Tələt 

paşa kabinəsindən sonra yaradılmış İzzət paşa kabinəsi buraxıldı. Və bir neçə gün 

əvvəl köhnə diplomat Tevfik paşa xarici işlər naziri Mustafa Reşad paşa ilə yeni 

kabinet  yaratdılar.  Bir  kabinetlə  hər  hansı  bir  əlaqə  yaratmağa  macal  tapmamış, 

yeni kabinə yaranır".

529

 

İstanbula gəldikdən sonra birinci olaraq oktyabr ayının 2-də Azərbaycanın 



fövqəladə səlahiyyətli nümayəndəsini sədr-əzəm Tələt paşa qəbul etdi. Bundan iki 

gün əvvəl o, İstanbulda olan M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskini 

qəbul etmişdi. Tələt paşa Berlində apardığı danışıqlarda Azərbaycanın mənafeyini 

müdafiə  etdiyini,  lakin  vəziyyətin  xeyli  çətinləşdiyini  bildirdi.  О  qeyd  edirdi  ki, 

bizim yalnız bir arzumuz - Rusiya imperiyasının dağılması - yerinə yetmişdir: "Bu 

həm  bizim  üçün, həm  sizin  üçün, həm  də  bütün  Qafqaz  və  Rusiya  xalqları  üçün 

yaxşı  nəticədir".  Bundan  səmərəli  istifadə  etmək  üçün  azərbaycanlılar,  ermənilər 

və gürcülər öz aralarında olan kiçik ziddiyyətləri və narazılıqları unudub, mehriban 

əlaqələr yaratmalıdırlar. Eyni zamanda, Tələt paşa qeyd  edirdi ki, belə əlaqələrin 

yaradılmasına  məhz  indi  başlanılmalıdır.  "Əlbəttə,  mübahisəli  məsələləri  həll 

etmək  üçün  yeni  yaranan  dövlətlər  beş-altı  mübahisəli  kəndi  bir-birinə  güzəştə 

getməlidir. Yalnız bu halda biz Qafqaz dövlətləri ilə Sülh konqresində birlikdə ola 

bilərik".

530


  Tələt  paşa  danışıqlar  zamanı  müstəqil  Azərbaycan  dövlətinin 

yaradılmasının Türkiyənin çoxdankı arzusu olduğunu bildirdi. 

Ə.M.Topçubaşov  Berlin  səfəri  zamanı  Azərbaycanın  mənafeyi  uğrunda, 

habelə  türk  əsgərlərinin  Bakının  azad  edilməsində  iştirakına  görə  sədr-əzəm 

Azərbaycan  hökuməti  adından  təşəkkürünü  bildirdi.  Qonşularla  münasibətlərdə 

yarandığı  gündən  Azərbaycan  Respublikasının  mehriban  qonşuluq  prinsiplərini 

rəhbər  tutduğunu  göstərərək  о  bildirdi  ki,  bu  xoş  məqsədə  nail  olmağın  böyük 

çətinlikləri  vardır.  Əgər  gürcülərlə  sülh  yolu  ilə  keçinmək  mümkünsə,  lakin 

ermənilərlə  çox  çətindir,  "bizim  müsəlmanların  bu  işdə  səmimiliyi  çoxdan 

məlumdur.  Ermənilərin  isə  yalnız  indiki  hərəkətlərini  göstərmək  kifayətdir.  Nə 

qədər ölkə varsa, onların bir о qədər də oriyentasiyaları vardır. İstanbulda sizə öz 

məhəbbət  və  sədaqətlərini  bəyan  edirlər,  Berlində  almanlara.  Ona  görə  də  bizim 

hökumətimiz  məni  fövqəladə  səlahiyyətli  nazir  kimi  Avstriya-Macarıstan  və 

Almaniya paytaxtına göndərməyi lazım bilmişdir".

531

 

                                                        



529

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Nazirlər 

Şurasının sədri F.X.Xoyskiyə məktubu. 14.11.1918. //ARDA, f.894, s.10, i.34, v.18 

530


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin 

sədr-əzəmi Tələt paşa ilə söhbətinin yazılı qeydləri. 02.10.1918. //ARDA, f.894, s.10, i.150, v.2 -3 

531

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin 



sədr-əzəmi Tələt paşa ilə söhbətinin yazılı qeydləri. 02.10.1918. //ARDA, f.894, s.10, i.150, v.3 

146 

 

Elə  həmin  gün,  oktyabr  ayının  2-də  Ə.M.Topçubaşov  Türkiyə  xarici  işlər 



naziri  Əhməd  Nəsim  bəyin  qəbulunda  oldu.  Azərbaycan  hökuməti  tərəfindən 

İstanbulda, Berlində, Vyanada, habelə Ermənistan və Gürcüstan nümayəndələri ilə 

danışıqlar  aparmaq  üçün  ona  verilmiş  fövqəladə  səlahiyyətli  nazir  mandatını 

Osmanlı Xarici İşlər Nazirliyinə təqdim etdi və Azərbaycan Respublikası barəsində 

məlumat  verdi.  Əhməd  Nəsim  bəy  Ə.M.Topçubaşovun  missiyası  və  Azərbaycan 

barəsində bu yaxınlarda sədr-əzəmlə söhbət etdiyini qeyd edib bildirdi: "İndi ümid 

etmək  olar  ki,  sizin  üçün,  azərbaycanlılar  üçün  yaxşı  günlər  başlayır  və  siz  öz 

dövlət quruculuğunuzla məşğul ola bilərsiniz".

532

 

Danışıqlar  zamanı  Türkiyə  xarici  işlər  naziri  Qafqaz  respublikalarının  öz 



aralarında  olan  ixtilafları  aradan  qaldırmağın,  qarşılıqlı  razılıq  əsasında  öz 

aralarında sərhədləri müəyyənləşdirməyin zəruriliyini qeyd etdi. Son vaxtlar dünya 

hadisələrinin  istiqamətinin  dəyişdiyini,  İstanbul  konfransının  mümkün 

olmayacağını  qeyd  edərək  o,  Qafqazda  sülhün  və  sabitliyin,  mehriban  qonşuluq 

münasibətlərinin bərqərar edilməsini vacib hesab edirdi. Danışıqlar zamanı Əhməd 

Nəsim  bəy  bildirdi:  "Buna  mümkün  olduqca  tez  başlamaq  lazımdır  ki,  Sülh 

konqresinə hazırlaşmaq mümkün olsun. Azərbaycanlılar, gürcülər və ermənilər ora 

bir ümumi arzu ilə getməlidir". 

Osmanlı xarici işlər naziri ilə razılaşsa da, Ə.M.Topçubaşov ermənilərlə bir 

yerdə  işləməyin  qeyri-mümkünlüyünü  əsaslandırdı.  О  bildirdi  ki,  ermənilərin 

iştahası  çox  böyükdür  və  həm  də  bu  iştahı  özgələrinin,  ilk  növbədə  isə  bizim 

hesabımıza  doyurmaq  istəyirlər.  Onlar  demək  olar  ki,  bütün  ölkələrin 

paytaxtlarında bizə qarşı təbliğat aparıb, bizim millətin öz dövlət həyatını qurmağa 

qadir  olmadığını  və  qonşu  xalqlarla  sülh  şəraitində  yaşamağı  bacarmadığına dair 

saxta 

məlumatlar 



yayıb, 

Azərbaycanın 

mənafeyinə 

ziyan 


vururlar. 

Ə.M.Topçubaşov  dedi:  "Ona  görə  də  mühüm  Avropa  paytaxtlarında 

nümayəndəliyimizin  olması  bizim  üçün  zəruridir".  Türkiyə  Xarici  İşlər  Nazirliyi 

bu  fikrə  tərəfdar  idi.  Bu  barədə  o,  İstanbul  konfransına  gəlmiş  Azərbaycan 

nümayəndələri ilə də söhbət etmişdi. Əhməd Nəsim bəy danışıqlar zamanı bildirdi 

ki, bu çox  faydalı fikirdir, əgər siz xaricdə olsanız çox  yaxşı olar və Azərbaycan 

haqqında özünüz danışmalı olarsınız.

533


 

Oktyabr  ayının  3-də  Azərbaycanın  fövqəladə  səlahiyyətli  nümayəndəsini 

Osmanlı imperiyasının hərbi naziri Ənvər paşa qəbul etdi. Hərbi nazirliyin qəbul 

otağında  Ə.M.Topçubaşov  vaxtilə  Batum  danışıqlarında  Türkiyə  nümayəndə 

heyətinə  başçılıq  etmiş  ədliyyə  naziri  Xəlil  bəylə  qarşılaşdı  və  Qafqaz 

                                                        

532

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin 



xarici işlər naziri Əhməd Nəsim bəylə söhbəti. 02.10.1918. //ARDA, f.894, s.10, i.150, v.4 

533


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin 

xarici işlər naziri Əhməd Nəsim bəylə söhbəti. 02.10.1918. //ARDA, f.894, s.10, i.150, v.5 

 


147 

 

respublikalarının  sərhəd  məsələlərinə  və  qarşılıqlı  münasibətlərinə  dair  qısa  fikir 



mübadiləsi edildi. 

Hərbi  nazirlikdə  danışıqlar  zamanı  Azərbaycan  ordusunun  yaradılmasına, 

bilavasitə  qayğısına  və  Bakının  azad  edilməsində  yardımına,  habelə  Azərbaycan 

xalqı qarşısında xidmətləri olan İslam Ordusuna hərbi nazirin qardaşı Nuru paşanın 

rəhbərlik  etdiyinə  görə  Ənvər  paşaya  öz  minnətdarlığını  bildirdi.  Azərbaycan 

ordusu  üçün zəruri  olan  kadrların hazırlanması,  silah  və hərbi  sursat təchizatı ilə 

bağlı  bir  sıra  məsələlər  danışıqlarda  müzakirə  edildi.  Avropa  paytaxtlarına 

Azərbaycan  nümayəndələrinin  göndərilməsinə  Ənvər  paşa  böyük  əhəmiyyət 

verirdi.  О  qeyd  edirdi  ki,  nəinki  Berlin  və  Vyanaya,  hətta  vuruşan  ölkələrin 

səfirlikləri ilə əlaqə saxlamaq üçün neytral dövlətlər olan İsveçrə və Hollandiyaya 

da  getmək  lazımdır.  Belə  səfərlər  nəticəsində  Azərbaycanın  müstəqil  bir  dövlət 

olduğunu qəzetlər və digər vasitələrlə təbliğ etmək olar. Ənvər paşa deyirdi: "Uzun 

müddət,  ən  azı  ümumi  sülh  bağlanana  qədər  İsveçrədə  qalmaq,  Berlinə  və  digər 

mərkəzlərə  getmək  lazımdır.  Əgər  sizə  orada  çox  qalmaq  olmazsa,  indiki 

nümayəndəliyinizdən  kimisə  göndərmək  olar.  Daha  yaxşı  olardı  ki,  məsələn 

Cenevrə və

 

Lozannada bütöv bir Azərbaycan nümayəndəliyi olsun".



534

 

Lakin  dünya  müharibəsinin  çətinlikləri  Türkiyədə  hökumət  böhranını 



dərinləşdirmişdi.  Oktyabrın  əvvəllərində  Almaniyada  hökumət  dəyişikliyinin 

Osmanlı  dövlətinə  də  təsiri  oldu.  Oktyabr  ayının  8-də  Tələt  paşa  kabineti  istefa 

verdi  və  oktyabr  ayının  19-da  Türkiyənin  siyasətini  ABŞ  prezidenti  V.Vilsonun 

"14 maddəsinə" uyğunlaşdırmağa çalışan İzzət paşa kabineti yaradıldı. 

Oktyabrın  ortalarında  Türkiyənin  siyasi  dairələrində  ingilispərəst  meyl 

güclənmişdi.  Mətbuatda  köhnə  kabinə  və  xüsusi  ilə  Ənvər  paşa  ciddi  tənqid 

obyektinə  çevrilmişdi,  bir  növ  "bütün  günah"  onun  üzərinə  qoyulurdu.  Və  hətta 

belə bir sual verilirdi ki, "nə üçün o, Azərbaycanı Türkiyə ilə bağladı?" Bununla 

belə  yeni  kabinənin  də  mövqeyi  güclü  deyildi.  Azərbaycan  hökumətinin  rəisinə 

yazdığı məktubda Ə.M.Topçubaşov göstərirdi ki, "indiki kabinet özünün zəifliyini 

etiraf edir".

535


 Türkiyədə  yaranmış yeni kabinetin zəifliyi Baş  nazir və xarici işlər 

nazirinin  Ə.M.Topçubaşovla  danışıqlarında  da  özünü  göstərirdi.  Oktyabrın  21-də 

yeni  sədr-əzəm  İzzət  paşa  Azərbaycanın  fövqəladə  səlahiyyətli  nümayəndəsini 

qəbul  etdi.  Ə.M.Topçubaşov  yeni  hökumət  kabinəsini  təbrik  etdi  və  sədr-əzəmə 

Azərbaycan Respublikası, İstanbulda keçirdiyi görüşlər, habelə yaranmış vəziyyət 

barədə məlumat verdi. İzzət paşa vəziyyətin böhranlı bir mərhələyə çatdığını qeyd 

edərək dedi: "Bəli, zaman sürətlə gedir, indi hər şey gün ərzində deyil, saat ərzində 

dəyişir. Baxın, dünən nə var idi, bu gün nələr baş verir. Dünən biz elə vəziyyətdə 

idik  ki,  özümüzü  yaxşı  hiss  edirdik,  bu  gün  biz...  məğlubuq.  İndi  bizə  birlikdə 

                                                        

534

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin 



hərbi naziri Ənvər paşa ilə söhbəti. 03.10.1918. //ARDA, f.894, s.10, i.150, v.8 

535


  Osmanlı  hökumətində  Azərbaycan  Respublikasının  fövqəladə  səlahiyyətli  nümayəndəsi 

Ə.M.Topçubaşovun F.X.Xoyskiyə məktubu. 31.10.1918. //ARDA, f.894, s.10, i.34, v.12-13 



148 

 

fəaliyyət  göstərmək  lazımdır  ki,  öz  mənafelərimizi  saxlaya  bilək.  Heç  kim  üçün 



sirr  deyildir  ki,  biz  sizin  Azərbaycanı  sevirik  və  indiyə  kimi  nə  mümkündürsə 

etmişik".

536

  Danışıqlarda  Azərbaycan  tərəfi  indiyə  kimi  göstərilən  yardıma  görə 



təşəkkürünü  bildirdi  və  yeni  kabinənin  də  Azərbaycana  münasibətdə  köhnə  xətti 

davam  etdirəcəyinə  ümidvar  olduğunu  qeyd  etdi.  Cavabında  İzzət  paşa  böyük 

qardaşın kiçik qardaşa imkanları daxilində kömək göstərməsinin vacibliyini təsdiq 

edərək, daha çox yaranmış obyektiv reallıqlar baxımından çıxış edərək dedi: "Siz 

özünüz  görürsünüz  ki,  şərait  dəyişir,  bizim  və  bizim  müttəfiqlərin  də  vəziyyəti 

kəskin  şəkildə  dəyişir.  Ona  görə  indi  söz  bizim  yox,  Vilsonun  və  onun 

tərəfdarlarınındır".

537


 Uzun müzakirələrdən sonra razılıq əldə edildi ki, Türkiyənin 

Azərbaycana  əvvəlki  münasibətinin  dəyişməz  qaldığı  barədə  Ə.M.Topçubaşov 

Azərbaycan  hökumətinə  məlumat  versin.  Oktyabr  ayının  24-də  yeni  sədr-əzəm 

İzzət  paşa  türk  ordularının  Qafqazdan  çıxarılıb  Brest-Litovsk  sülhündə 

müəyyənləşmiş  sərhədlərə  çəkilməsi  haqqında  əmr  verdi.  Bu  əmr  Türkiyənin 

təslimçiliyə doğru getdiyinin aydın təzahürü idi. 

Oktyabr  ayının  27-də  Ə.M.Topçubaşov  yeni  xarici  işlər  naziri  Nəbi  bəylə 

görüşdü. Danışıqlar zamanı Azərbaycan-Türkiyə münasibətlərinin bir sıra mühüm 

istiqamətləri  müzakirə  edildi  və  yeni  xarici  işlər  naziri  Türkiyənin  Azərbaycana 

olan münasibətinin dəyişməz qaldığını bir daha təsdiq etdi. Azərbaycan tərəfi yeni 

yaradılmış  milli  ordunun  komplektləşdirilməsi  üçün  zəruri  olan  hərbi  sursatı 

Osmanlı  dövlətindən  alacağına  ümidvar  olduğunu  bildirdi.  Türkiyə  xarici  işlər 

naziri  müttəfiqlərin  təzyiqi  ilə  Osmanlı  ordusunun  Azərbaycandan  çıxmaq 

məcburiyyətində  qalacağını  göstərdi.  Lakin  Nəbi  bəy  türk  zabit  və  əsgərlərinin 

könüllü şəkildə Azərbaycan ordusunda qalıb xidmət etməsinin mümkünlüyünü də 

qeyd  etdi.  Danışıqlar  zamanı  Nəbi  bəу  türk  qoşunlarının  çıxacağı  təqdirdə 

Azərbaycana tezliklə diplomatik nümayəndə təyin ediləcəyi barədə məlumat verdi. 

Söhbətin  gedişində  Qarabağ  məsələsinə  və  bu  məsələ  ətrafında  İstanbul 

konfransına gəlmiş erməni nümayəndələrinin qaldırdığı təbliğat kampaniyasına da 

toxunuldu.  Ə.M.Topçubaşov  bu  məsələ  ilə  bağlı  göstərdi  ki,  ermənilərin  iddia 

etdikləri  Gəncə  quberniyasının  Şuşa,  Cavanşir,  Cəbrayıl  və  Zəngəzur  qəzaları 

Azərbaycanın  ərazisinə  daxildir  və  bizim  hökumətimiz  Andronik  kimi 

avantüristlərin  bandasının  pozduğu  öz  ərazi  sabitliyini  təmin  etmək  üçün  bu 

rayonlara  ordu  göndərmək  hüququna  malikdir.  О  dedi:  "Ermənilərin  bəyanatının 

əksinə  olaraq  sizə  bildirməliyəm  ki,  bu  bizim  ordu  hissələrimizdir  və  öz 

ərazilərimizə  göndərilmişdir".

538

  Qarabağa  Azərbaycan  Ordusunun  göndərilməsi 



barədə  İstanbulda  olan  erməni  nümayəndələri  Tiflisdəki  daimi  nümayəndələri 

A.Camalyandan teleqram almışdı. Bu teleqram əsasında erməni nümayəndəliyinin 

                                                        

536


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin 

yeni sədr-əzəmi İzzət paşa ilə söhbəti. 21.10.1918. //ARDA, f.894, s.10, i.150, v.8 

537

 Yеnə orada, v.9 



538

 Yenə orada, v.12 



149 

 

rəhbəri  A.Ağaronyan  Andronikin  Qarabağda  törətdiyi  cinayətlərin  üstündən 



sükutla  keçərək  bura  Azərbaycan  ordusunun  yeridilməsinin  guya  problemin  dinc 

yolla  həll  edilməsinə  maneçilik  törətdiyi  barədə  Ə.M.Topçubaşova  məktubla 

müraciət etmişdi.

539


 Belə bir müraciət Almaniya və Avstriya-Macarıstan səfirliyinə 

də  verilmişdi.  Lakin  almanların  ermənilərə  münasibəti  о  qədər  də  yaxşı  deyildi, 

onların şıltaqlığına dözsələr də, regionda ağalıq etmək arzularına mənfi münasibət 

bəsləyirdilər.

540

 

Bundan  əlavə,  Tiflisdə  olan  Ermənistanın  səlahiyyətli  nümayəndəsi 



Almaniyanın  Gürcüstandakı  diplomatik  heyətinin  başçısı  fon  Kressə  də müraciət 

etmişdi. Lakin fon Kress Qarabağ məsələsində Ermənistana heç bir kömək göstərə 

bilməyəcəyinə  təəssüfləndiyini  bildirib  Gürcüstanda  olan  Osmanlı  nümayəndəsi 

Əbdül Kərim paşa ilə görüşməyi məsləhət görmüşdü. Əbdül Kərim paşa da bu işin 

Türkiyəyə  dəxli  olmadığını  və  öz  növbəsində  Tiflisdə  olan  Azərbaycan 

nümayəndəsi  M.Y.Cəfərovla  görüşməyin  lazım  olduğunu  A.Camalyana 

bildirmişdi.

541


 

Oktyabr 


ayının  28-də  Azərbaycan  Respublikasının  səlahiyyətli 

nümayəndəsi İstanbulda - Türkiyə Xalq Maarifi Nazirliyində qəbul edildi. Maarif 

naziri  xəstə  olduğu  üçün  onun  müavini  ilə  Azərbaycan-Türkiyə  mədəni  əlaqələri 

barədə danışıqlar aparıldı. İlk növbədə hələ 1918-ci ilin yayında M.Ə.Rəsulzadə və 

Ə.Ağayev  tərəfindən  qaldırılan  Türkiyədən  müəllimlər  dəvət  etmək  məsələsinə 

toxunuldu.  Türkiyə  tərəfi  bu  işin  Maarif  Nazirliyi  tərəfindən  aparıldığını  və 

Azərbaycan  tərəfinin  bu  təşəbbüsünün  yaxın  vaxtlarda  həyata  keçiriləcəyini 

bildirdi.

542

  Danışıqlarda azərbaycanlı  gənclərin Türkiyəyə  oxumağa  göndərilməsi, 



habelə  əvvəlcədən  burada  təhsil  alan  azərbaycanlı  tələbələrin  təhsilini  başa 

çatdırdıqdan sonra Azərbaycana qayıtması məsələləri müzakirə edildi. Türkiyənin 

maarif 



 



mədəniyyət  nazirlikləri,  qabaqcıl  ziyalılarının  yardımı  ilə 

Ə.M.Topçubaşov İstanbulda "Azərbaycan mətbuat bürosu" yarada bilmişdi.

543

 Bu 


büronun  da  Azərbaycan  haqqında  olan  materialların  toplanması  və  yayılmasında 

böyük rolu oldu. 

Yenə  həmin  gün  oktyabr  ayının  28-də  günün  ikinci  yarısı  Azərbaycanın 

fövqəladə  səlahiyyətli  nümayəndəsinin  yeni  seçilmiş  Şeyxülislamla  görüşü  oldu. 

Şeyxülislam  özü  Qafqazdan  idi.  O,  vaxtı  ilə  Dağıstanın  Qünyub  aulu 

yaxınlığındakı  İnax  kəndindən  Türkiyəyə  təhsil  almağa  gəlmişdi  və  sonra 

                                                        

539


  Ermənistanın  İstanbuldakı  nümayəndəliyinin  sədri  A.Ağaronyanın  Azərbaycan  Respublikasının 

fövqəladə səlahiyyətli naziri Ə.M.Topçubaşova məktubu. Oktyabr, 1918. //ARDA, f.894, s.10, i.34, v.7  

540

  Ermənistanın  İstanbulda  olan  nümayəndəliyinin  sədri  A.Ağaronyanın  Almaniya  və  Avstriya-



Macarıstanın Türkiyədəki səfirlərinə müraciəti. Oktyabr, 1918. //ARDA, f.894, s.10, i.31,v.4 

541


 ARPİİ SPİHDA, f.276, s.9, i.17, v.44-46 

542


  Azərbaycan  Respublikasının  fövqəladə  səlahiyyətli  nümayəndəsi  Ə.M.Topçubaşovun  Türkiyənin 

xalq maarifi nazirinin müavini ilə söhbəti. 28.10.1918. //ARDA, f.894, s.10, i-150, v.13-14 

543

  Osmanlı  hökumətində  Azərbaycan  Rcspublikasının  fövqəladə  səlahiyyətli  nümayəndəsi 



Ə.M.Topçubaşovun F.X.Xoyskiyə məktubu. 31.10.1918. //ARDA, f.894, s.10, i.34, v.15 

150 

 

Türkiyədə qalmışdı. Ona görə də Şeyxülislam Qafqazdakı vəziyyət, Azərbaycan-



Dağıstan,  azərbaycanlı  gənclərin  dinə münasibəti  barədə  xeyli  sual-cavab  apardı, 

şəriətin  bəzi  vacib  cəhətləri  üzərində  dayandı.  Ə.M.Topçubaşov  Azərbaycandakı 

vəziyyət,  yüzillik  rus  müstəmləkəçiliyinin  Azərbaycanın  mənəviyyatına  vurduğu 

ziyanlar, habelə Qafqazda olan din xadimlərinin rus idarəçiliyinin  əlində bir alətə 

çevrildiyi  barədə  ətraflı  məlumat  verdi.  Uzun  müddət  müsəlmanların 

düşmənlərinin  sünni  şiə  ədavətindən  məharətlə  istifadə  etdiklərini  və  indi  artıq 

Azərbaycanda  belə  ziyanlı  ideyaların  aradan  qaldırıldığını  eşidən  Şeyxülislam 

bundan çox razı qaldı. О bildirdi: "Bunu sizdən eşitməyə çox-çox şadam. Əlbəttə, 

bu  fərq  bir  Allahı  tanıyan  və  Quranı  qəbul  edən  müsəlmanları  ayırmamalıdır  və 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin