Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

Bakı  üzərinə  getmək  olmayıb,  birliklərimizi  toplayaraq  bolşeviklərin  Gəncə 

üzərinə hücumunun qarşısını almaq olduğunu bir daha təkrar edirəm.

362

 Eyni ilə bu 



məzmunda  bir  əmri  Ənvər  paşa  Şərq  Ordu  Qrupu  komandanına  da  göndərmişdi. 

Orada  deyilirdi:  "İcazəm  olmadan  Nuru  paşaya  heç  bir  qüvvə  göndərməmənizi, 

Nuru  paşa  üçün  yola  çıxarılan  birlikləri  geri  almanızı  rica  edirəm.  Əvvəlcə 

bildirildiyi  üzrə  Nuru  paşa  qüvvələrini  toplu  halında  hazırlayaraq  yalnız 

bolşeviklərin  irəliləməsinə  mane  olmağa  çalışmalıdır.

363


  Bolşeviklərin  Bakı  neft 

mədənlərini yandıracağı barədə almanların narahatlığının nəticəsi kimi, Ənvər paşa 

İslam  Ordusu  komandanlığına  xəbərdarlıq  edirdi  ki,  mənim  razılığım  olmadan 

qətiyyən  Bakı  istiqamətində  hücum  edilməməsini  əmr  edirəm.

364

  Bu  vəziyyət 



Rusiyanı  təmin  edirdi  və  iyulun  8-də  Bakı  barəsində  hazırlanan  alman-rus 

sövdələşməsi haqqında  S.Şaumyana  göndərilən  məktubda  qeyd  edilirdi  ki,  bizim 

burada  ümumi  siyasətimiz  Cənubi  Qafqaz  məsələsinin  Rusiyanın  daxili  işi 

olduğunu  almanlara  qəbul  etdirməkdir.  Almanların  diplomatik  yardımına  böyük 

ümid  bəsləyən  Sovet  Rusiyası  belə  güman  edirdi  ki,  onların  təzyiqi  ilə  Türkiyə-

Azərbaycan  qoşunları  geri  çəkilməli  olacaqdır.  Ona  görə  İ.Stalin  S.Şaumyana 

yazdığı  məktubda  məsləhət  görürdü  ki,  almanlarla  qarşılaşmamaq  üçün 

Yelizavetpoldan  о  tərəfə  keçməyin,  istiqlaliyyəti  Almaniya  tərəfindən  tanınmış 

Gürcüstana  daxil  olmayın.  О  yazırdı:  "Ola  bilsin  ki,  biz  gürcü  məsələsində 

almanlara  güzəştə  gedək,  lakin  biz  bu  güzəşti,  ancaq  о  şərtlə  edə  bilərik  ki, 

almanlar  erməni  və  Azərbaycan  probleminə  müdaxilə  etməyəcəklərinə  təminat 

versinlər".

365

 

Əslində  Ənvər  paşanın  Bakıya  hücumu  dayandırmaq  haqqında  əmrləri  və 



teleqramları aldadıcı olub, manevr xarakteri daşıyırdı. Elə həmin vaxt hərbi nazir 

gizli yollarla səlahiyyətli dairələrə çatdırırdı ki, "38-ci piyada alayını və bir topçu 

taborunu  Qazax  yolu  ilə  Nuru  paşaya  göndərdim".

366


  Bir  rəsmi  əmrində  Bakı 

                                                        

360

 V.İ.Lenin. Azərbaycan haqqında, s.131 



361

 M.Süleymanov. Qafqaz İslam Ordusu və Azərbaycan, s.215 

362

 Yenə orada, s.215 



363

 Yenə orada, s.215 

364

 Birinci Dünya Harbinde Türk Harbi Kafkas Cebhesi 3-cü Ordu Hareketi. Cilt II, Ankara, 1993, s.563 



365

 Документы по истории гражданской войны в СССР, с.289-290 

366

 M.Süleymanov. Qafqaz İslam Ordusu və Azərbaycan, s.215 



104 

 

istiqamətində  hücumu  dayandırmağı  tələb  edən  Ənvər  paşa  gizli  qeydiyyatla 



göndərilən  digər  əmrində  Qafqaz  İslam  Ordusu  üçün  zəruri  olan  əsgər,  silah  və 

hərbi  sursatın dərhal  göndərilməsini,  Bakıya  doğru  dərhal hücuma keçib  şəhərin, 

almanların  müdaxiləsinə  yol  vermədən,  azad  edilməsini  tələb  edirdi.  O,  hətta 

Bakıya  doğru  hərəkətə  mane  ola  biləcək  alman  hərbi  dəstələri  ilə  döyüşə  girilə 

biləcəyini  də  bildirirdi.

367


  Eyni  zamanda  xarici  işlər  naziri  M.H.Hacınski 

İstanbulda  olan  M.Ə.Rəsulzadəyə  yazırdı  ki,  Bakının  azad  edilməsini 

sürətləndirmək üçün Türkiyə yardımın həcmini genişləndirməlidir. İyulun 22-dəki 

məktubunda о yazırdı: "Bizim cəbhədə vəziyyətimiz elə də ürəkaçan deyil. İrəliyə 

hərəkət edə bilmirik. Bolşeviklər güclü müqavimət göstərirlər, çoxlu mərmiləri var. 

Onlar  sayı  otuz  minə  qədər  olan  orduya  malikdirlər  (Bütün  bunlar haqqında mən 

sizə  ətraflı  teleqram  göndərəcəyəm).  Tezliklə  daha  bir  diviziyanın  göndərilməsi 

məsələsini Ənvər paşanın qarşısında qaldırmağınızı xahiş edirik, əks təqdirdə hər 

şey məhv olacaq. Biz  Bakını ala bilməyəcəyik, Türkiyənin nüfuzu düşəcək. Əgər 

bilmək  istəyirsinizsə,  о  artıq  düşməyə  başlayıb...  Ola  bilsin  ki,  ordunun  Bakı 

istiqamətində  buraxılması  və  bizim  işlərimizə  müdaxilə  etməməsi  məsələsini 

Türkiyə Almaniya qarşısında israr etsin. Əgər bu mümkün deyilsə, özünüz orada 

məsləhətləşin".

368


 

İyulun  axırlarında  hərbi  əməliyyatların  yenidən  fəallaşması,  İslam 

Ordusunun  Bakı  ətrafına  gəlib  çıxması  alman-rus  sövdələşməsini  daha  da 

reallaşdırdı.  Türk  qoşunlarının  Azərbaycandakı  uğurlu  hərbi  əməliyyatlarından 

qorxuya  düşən  Almaniya  Baş  qərargahı  avqustun  əvvəllərində  məsələyə  açıq 

müdaxilə etməyə başladı. Avqustun 4-də general Lüdendorf Ənvər paşaya bildirdi 

ki, 

Azərbaycanda 



hərbi 

əməliyyatlar 

dayandırılmasa, 

Osmanlı 


baş 

komandanlığında  olan  alman  zabitləri  geri  çağırılacaqdır.  О  yazırdı:  "Mən  dözə 

bilmərəm  ki,  Türkiyə  hakimiyyət  dairələrinin  sülh  müqaviləsi  şərtlərinə  zidd 

hərəkətləri Rusiya ilə yeni müharibə təhlükəsi törətsin.

369

 

Almaniya  ilə  yanaşı,  Rusiya  müxtəlif  diplomatik  yollarla  Türkiyəyə  də 



çəkindirici  təsir  göstərməyə  çalışırdı.  Bu  məqsədlə  avqust  ayının  8-də  G.Çiçerin 

Moskvadakı  türk  səfiri  Qalib  Kamalla  görüşdü  və  Bakıya  türk  hücumunun 

dayandırılmasını  tələb  etdi,  Osmanlı  imperatorluğunu  Brest  sülhünün  şərtlərini 

pozmaqda  günahlandırdı.  Türk  səfiri  bununla  razılaşmadı  və  türk  ordusunun 

Azərbaycandakı  fəaliyyətini  müsəlman  əhalisinə  divan  tutan  silahlı  erməni 

dəstələrinin  törətdiyi  vəhşiliklərlə  əlaqələndirdi.  Səfir  izah  etdi  ki,  Brest 

müqaviləsinə  görə,  erməni  quldur  dəstələrini  Rusiya  tərksilah  etməli  idi.  Qalib 

Kamalın  fikrincə,  Rusiya  öz  müqavilə  öhdəliklərini  yerinə  yetirmədiyi  üçün 

                                                        

367


 N.Yüceer. Birinci Dünya Savaşında Osmanlı Ordusunun Azerbaycan ve Dağıstan Hareketi. Ankara, 

1996, s.65 

368

  Xarici  işlər  naziri  M.H.Hacınskinin  İstanbulda  Azərbaycan  nümayəndəliyinin  rəhbəri 



M.Ə.Rəsulzadəyə məlumatı. 22.07.1918. //ARPİİ SPİHDA, f.277, s.2, i.7, v.44 

369


 T.Swietochowski. Russian Azerbaijan, p.134 

105 

 

Türkiyə Azərbaycan əhalisini və türk təbəələrini bu quldur dəstələrindən qorumaq 



məcburiyyətindədir.

370


 

Berlində  və  Moskvada  alman-rus  danışıqlarının  davam  etdiyi  müddətdə 

Bakı XKS-nin cəbhədəki uğursuzluqları Bakıda vəziyyəti daha da kəskinləşdirdi. 

Böhranlı günlərdə Bakını necə müdafiə etmək, yaxud kimə təslim etmək məsələsi 

gündəlikdə  dururdu.  Nəticədə  çar  polkovniki  Lazar  Biçeraxovun  yardımından 

istifadə etmək haqqında qərar qəbul edildi. 

Məlum olduğu kimi, Rusiyanın İranda saxladığı ordu 1918-ci ildə buraxıldı, 

yalnız L.Biçeraxovun başçılıq etdiyi kazak alayı hərbi qüvvə kimi öz fəaliyyətini 

saxlamışdı. Amerika alimi F.Kazımzadənin sözləri ilə deyilsə, "Biçeraxov tipik rus 

imperialisti idi".

371

 O, bolşeviklərə nifrət edirdi, əsas məqsədi isə Qafqaza hərəkət 



edib  Bakı  Sovetini  dağıtmaq  idi.  Lakin  o,  Azərbaycan  Respublikasının  Osmanlı 

yardımı ilə Bakını azad etmək əməliyyatına da mane olmaq istəyirdi. Hələ iyunun 

6-da  Ənzəlidə  olan  bolşevik  Çelyapin  S.Şaumyana  yazırdı  ki,  həmişə  ingilislərə 

yaxın olan L.Biçeraxov öz mövqeyini dəyişmişdir. Öz sədaqətini sübut etmək üçün 

o,  hətta  ingilislərin  bir  sıra  gizli  planları  barədə  Bakı  Sovetinə  məlumatlar  da 

vermişdi.  İranda  öz  vəhşilikləri  ilə  məşhur  olan  çar  polkovniki  L.Biçeraxov  indi 

Bakıya  inqilabın  müdafiəçilərindən  biri  kimi  gəlirdi.  Еlə  təxminən  bu  vaxt 

L.Biçeraxov Qızıl Ordunun komandanlığına başladığı dövrdə onun qardaşı Georgi 

Biçeraxov  Terekdə  antisovet  qiyama  başçılıq  edirdi.  L.Biçeraxovla  sövdələşmə 

barədə  S.Şaumyan  iyunun  23-də  V.İ.Leninə  yazdığı  məktubda  göstərirdi: 

"Biçeraxov  öz  üzərinə  məsul  bir  vəzifə  götürmüşdür  -  bizim  sağ  cinahımızı 

qorusun və Şamaxı-Göyçay yolu ilə Kaxetyadan keçib Tiflisə tərəf yerisin və yolda 

dağlıları, xüsusən osetinləri ayağa qaldırsın. Bu plan onu çox ruhlandırır və onun 

həmin bu planı ilə əlaqədar biz də Tiflislə müəyyən şəkildə danışmağa başladıq və 

qəti  qərara  gəlmədən  əvvəl  bir  daha  fikirləşəcəyik.  Nəzərdə  tutmaq  lazımdır  ki, 

məsələnin yarımçıq həlli Biçeraxovu qane etmir, onun üçün kifayət deyildir, çünki 

о öz dəstəsinə deyir: biz Tiflisdən keçib hərbi Gürcüstan yolu ilə evimizə gedirik. 

Biçeraxov  məsələsi  aydınlaşdırıldıqdan  sonra  ingilislər  bizi  daha  bir  о  qədər 

düşündürmür".

372


 

Bakı  XKS  rəhbərliyinin  L.Biçeraxovla  əməkdaşlığını  B.Şeboldayev 

L.Trotskiyə göndərdiyi 23 iyun tarixli məktubunda təsdiq edir. О yazır: "Ənzəlidən 

Biçeraxovun dəstəsi hərəkətə başladı. Onlar Ələt stansiyasına gəlib köhnə intizamı 

saxlamış, texniki cəhətdən təchiz olunmuş 1500 nəfərlik süngü ilə birbaşa cəbhəyə 

yollanacaqlar.  Onların  4  aeroplanı,  3 zirehli maşını ingilis xidmətçiləri  tərəfindən 

idarə  olunur.  Onların  alınması  məsələsi  açıq  qalır,  belə  ki,  biz  ingilislərin  bizim 

ərazilərimizə  buraxılmasının  prinsipial  olaraq  mümkünsüzlüyünü  bildirmişik. 

Biçeraxov fəaliyyətdə olan ordunun komandanı təyin edilir, lakin faktiki olaraq bu 

                                                        

370

 A.N.Kurat. Türkiye ve Rusiya, s.547 



371

 F.Kazemzadeh. Tlıe Struggle for Transcaucasia, p.134 

372

 S.Q.Şaumyan. Seçilmiş əsərləri, s.383 



106 

 

formal xarakter daşıyacaq  və  onun niyyəti  dəstəsinin  sayını  yeni  üzvlər hesabına 



artırıb,  Şamaxı  və  Siqnaxdan  keçən  köhnə  yol  ilə  Tiflisə  doğru  hərəkət 

etməkdir."

373

 

Əslində, Bakı XKS və onun rəhbəri S.Şaumyan Bakıya doğru hərəkət edən 



İslam  Ordusuna  qarşı  siyasi  yönümündən  asılı  olmayaraq  hər  kəslə  əməkdaşlıq 

etməyə hazır idi. Elə həmin ilin iyul ayında türk ordusunun qarşısında geri çəkilən 

və  keçdiyi  yerlərdə,  xüsusilə  müvəqqəti  olaraq  bir  hissəsini  ələ  keçirdiyi 

Naxçıvanda qanlı cinayətlər törədən Andronik S.Şaumyana yazırdı: "Qeyd-şərtsiz 

Brest-Litovsk  müqaviləsinin  şərtlərinə  tabe  oluram.  Hazırkı  vaxtda  öz  dəstəmlə 

birlikdə olduğum Naxçıvan qəzasını Rusiya Respublikasının ayrılmaz hissəsi elan 

edirəm. Xahiş edirəm, kimə lazımsa deyin ki, mən bu gündən etibarən öz dəstəmlə 

birlikdə  Mərkəzi  Rusiya  hökumətinin  sərəncamındayam.  Türk  ordusunun 

Naxçıvan  qəzasının  hüdudlarına  daxil  olmasına  mane  olmağa  çalışacağıq. 

Cavabınızı  və  sərəncamınızı  gözləyirəm".

374

  Müsəlman  əhalisinə  qarşı  qəddarlığı 



ilə ad  çıxarmış  Andronikdən  bu  məzmunda  teleqram  alan kimi  S.Şaumyan  təcili 

olaraq  Culfaya  onun  adına  cavab  teleqramı  göndərdi.  O,  yazırdı:  "Sizin 

teleqramınızı aldım. Tam mətnini Moskvaya, Mərkəzi hökumətə çatdıracağam. Öz 

tərəfimdən sizin simanızda xalq qəhrəmanını salamlayıram. Əgər cənab Kaçaznuni 

və digərləri sizə oxşasaydılar, erməni kəndliləri indiki faciələri yaşamazdılar. Sizin 

bayrağınız  altında  döyüşən  bütün  qəhrəman  döyüşçülərə,  türk  süngüsündən  və 

satqın  rəhbərlərdən  ikiqat  əziyyət  çəkən  zəhmətkeş  əhaliyə  bizim  salamımızı 

yetirin.  Hər  hansı  çətinliyə  baxmayaraq,  sizi  inqilab  bayrağını  endirməməyə 

çağırıram."

375


 Teleqramı alan Andronik ondan ruhlanaraq Zəngəzur və Qarabağdan 

keçib, Bakıya doğru hərəkət etməyə can atırdı. 

Biçeraxovun  dəstəsi  Xəzər  dənizi  vasitəsi  ilə  iyulun  5-də  Ələtə  çıxarıldı. 

İyulun  7-də  o,  Bakı  müdafiə  xəttinin  sağ  cinahının  komandanlığını  qəbul  etdi. 

Lakin  cəbhədə  vəziyyət  ağırlaşdığından  L.Biçeraxov  vuruşmadı  və  iyulun 

axırlarında  öz  dəstəsini  cəbhə  xəttindən  çıxarıb  Şimal  istiqamətinə  çəkildi.

376

 

Ümumiyyətlə, bu oyuna daxil olanda L.Biçeraxovun özünün də hesablamaları var 



idi. O, daşnaklarla və erməni Milli Şurası ilə ittifaqda Tiflisi də işğal edib Cənubi 

Qafqazda  hərbi  diktatura  yaratmaq  fikrində  idi.  1919-cu  ildə  Bakıda  erməni 

kilsəsində  axtarış  aparılan  zaman  oradan  L.Biçeraxovun  arxivi  tapıldı.  Sənədlər 

erməni  Milli  Şurasının,  daşnak  partiyasının  liderlərinin  L.Biçeraxovla,  onların 

üçünün də İranda olan ingilislərlə sıx əlaqədə olduğunu sübut edirdi.

377


 

İyulun  son  günlərində  Bakıda  ağır  vəziyyət  yaranmışdı.  Bakı  XKS-nin 

kəndlilərə,  müsəlman  əhalisinə  qarşı  yeritdiyi  zorakılıq  siyasəti  ətraf  kəndlərin 

                                                        

373

 B.Şeboldaev-L.Trotskiyə. 23.06.1918. //ARPİİ SPİHDA, surət fondu, sənəd № 371, v.3  



374

 V.Avetisyan, S.Ağayan - Sov.İKP MK-ya. 1965. //RDƏYTA, f.5, s.33, i.221, v.43 

375

 Бакинский рабочий, 1918, 20 июля. 



376

 R.Suny. The Baku Commune, p.317 

377

 Я.Ратгаузер. Революция и гражданская война в Баку, с. 197 



107 

 

Bakı ilə əlaqəsinin kəsilməsinə səbəb olmuşdu. Artıq iyulun 24-də Bakıda keçirilən 



qeyri-müsəlman  fəhlələrin  kütləvi  mitinqlərində  eser-menşevik-daşnak  liderləri 

İslam  Ordusunun  hücumundan  müdafiə  məqsədi  ilə  ingilislərin  Bakıya  dəvət 

olunmasına tərəfdar çıxdılar. İyul ayının 25-də Bakı Sovetinin təcili iclası çağırıldı, 

S.Şaumyan siyasi və hərbi vəziyyət  haqqında məruzə etdi. O, ingilis qoşunlarının 

çağırılması təklifinə etiraz etdi və bu barədə Mərkəzi Sovet hökumətindən alınmış 

teleqramın  V  Ümumrusiya  Sovetlər  qurultayı  tərəfindən  təsdiq  edilmiş  mətnini 

oxudu.  İ.Stalinin  imzaladığı  həmin  teleqramda  deyilirdi:  "Ümumrusiya  MİK  və 

Xalq  Komissarlar  Soveti  adından  mən  bütün  Bakı  Sovetindən,  ordu  və 

donanmadan  bütün  Rusiya  fəhlə  və  kəndlilərinin iradəsinə tamamilə  tabe  olmağı 

tələb edirəm. V Sovetlər qurultayının qərarına əsasən, mən Bakı Xalq Komissarları 

Sovetindən  hökmən  müstəqil  beynəlxalq  siyasət  yeritməyi  və  yadelli  kapital 

agentlərinə qarşı qəti mübarizə aparmağı, hətta müvafiq komissiyalarının üzvlərini 

həbs  etməkdən  çəkinməməyi  tələb  edirəm".

378


  S.Şaumyan  bildirirdi  ki,  Bakı 

RSFSR-in  ayrılmaz  hissəsi  olduğundan  Sovet  Rusiyasının  bu  göstərişləri  Bakı 

Soveti üçün məcburidir. İclasda S.Şaumyan başda olmaqla Bakı XKS-nin siyasəti 

kəskin surətdə tənqid edildi və bildirildi ki, öz xarici işlər komissarlığı olan Bakı 

Soveti  bu  işi  Rusiyadan  asılı  olmayaraq  müstəqil  şəkildə  həll  etməlidir.  İclasda 

bolşeviklər  avantürist  müharibəyə  başladıqlarına  görə  kəskin  şəkildə  tənqid 

edildilər.  Azərbaycan-türk  qoşunlarının  Bakının  astanasında  dayanması  mart 

hadisələrini  törətmiş  Bakı  Sovetini  dəhşətli  vahiməyə  salmışdı.  Sovetin  iclasında 

çıxış  edənlər  Sovet  Rusiyasının  Bakıya  heç  bir  yardım  göstərmək  iqtidarında 

olmadığını  qeyd  edərək,  ingilisləri  dəvət  etməyi  zəruri  hesab  edirdilər.  Nəticədə 

gərgin  mübahisələrdən  sonra  236  səsə  qarşı  259  səslə  ingilisləri  Bakıya  dəvət 

etmək və koalision hökumət yaratmaq barədə qətnamə qəbul edildi. Belə olduqda 

bolşevik fraksiyası hakimiyyətdən əl çəkmək məcburiyyətində qaldı və S.Şaumyan 

Xalq  Komissarları  Şurasının  istefa  verəcəyini  bildirdi.  Bu  barədə  V.İ.Leninə  və 

İ.Stalinə  teleqramla məlumat  verən  S.Şaumyan  "Bakını  Rusiya  üçün  xilas  etmək 

üçün"


379

  təcili  surətdə  qoşun  göndərilməsini  təkidlə  tələb  edirdi.  V.İ.Lenin 

cavabında  bildirmişdi  ki,  "qoşun  göndərmək  haqqında  tədbirlər  görəcəyik,  lakin 

qəti  vəd  edə  bilmərik".

380 

Bakının  idarəçiliyində  daşnakların  həlledici  rol 



oynadığını  bilən  Lenin  həmin  teleqramda  yazırdı:  "V  Sovetlər  qurultayının 

qərarına  və  Mərkəzi  Sovet  hakimiyyətinə  qarşı  daşnakların  hər  cür  hərəkətləri 

üsyan və xəyanət hesab ediləcəkdir".

381


 

Bakıya  göndərilən  belə  hədələyici  teleqramla  yanaşı,  Sovet  Rusiyası 

Almaniya və Türkiyəyə münasibətdə diplomatik fəallığını da artırdı. Almanlarla bu 

məsələdə danışıqlar aparan A.İoffe G.Çiçerinə təcili teleqram göndərmişdi. Orada 

                                                        

378


 S.Şaumyan. Seçilmiş əsərləri, s.412-413 

379


 Yenə orada, s.422 

380


 V.İ.Lenin Azərbaycan haqqında, s.138 

381


 Yenə orada. 

108 

 

deyilirdi:  "Almaniya  vasitəsi  ilə  İstanbula  təsir  göstərilmişdir  ki,  türklər  öz 



ordularını  geri  çəksinlər."

382


  İyul  ayının  25-də  G.Çiçerin  A.İoffeyə  bildirirdi  ki, 

alman-türk  orduları  Bakıya  hücum  edir,  şəhər  böyük  təhlükə  qarşısındadır.  Bu 

təhlükəni  aradan  qaldırmaq  üçün  hücuma  son  qoymaq  lazımdır.

383


  Görünür, 

mərkəzi  bolşevik  hökuməti  Azərbaycandakı  vəziyyət  haqqında  səhv  məlumat 

almışdı. Bakının azad edilməsi əməliyyatında Almaniya qoşunları iştirak etmirdi. 

Türkiyənin  hərbi  naziri  Ənvər  paşa  haqlı  olaraq  qeyd  edir  ki,  Almaniya  Bakını 

tutmaq istəyir, lakin bu planı gerçəkləşdirmək üçün Zaqafqaziyada yetərli qüvvəyə 

malik deyildir. G.Çiçerinin iyulun 29-da A.İoffeyə göndərdiyi digər bir teleqramda 

qeyd  edilirdi  ki,  Bakıda  Sovet  hakimiyyətinin  xilas  edilməsinin  yeganə  yolu 

oradakı  türk  ordularının  geri  çəkilməsidir.

384

  G.Çiçerinin  bu  teleqramında  və 



avqustun  ortalarında  Almaniyanın  baş  konsulu  Hauşildə  təqdim  edilən  sovet 

notasında  söhbət  artıq  türk  hücumundan  gedirdi.  Notada  qeyd  olunurdu  ki,  türk 

ordusu  iyulun  22-də  Ələtə,  iyulun  28-də  Biləcəri  stansiyasına  gəlib  çatıb.  İyulun 

31-də türklər Şıx yüksəkliklərini və Bibi-Heybəti ələ keçiriblər. Müsəlman əhalisi 

arasında  türklərə  qarşı  aparılan  quduz  təbliğata  cavab  olaraq  İslam  ordusu 

tərəfindən belə məzmunda vərəqələr yayılırdı ki, "biz vəhşi heyvanlar deyilik, sizi 

vəhşi heyvanların əlindən qurtarmağa gəlmişik". Öz notası ilə Rusiya Almaniyanı 

qorxudurdu  ki,  türklər  Bakını  tutmaqla  böyük  gəlir  mənbəyini  ələ  keçirəcəklər, 

halbuki  Bakı  nefti  tək  Sovet  Rusiyasına  deyil,  onunla  iqtisadi  müqavilələr 

bağlayacaq ölkələrə də lazımdır.

385

 

Almanlar  rusları  inandırmağa  çalışırdılar  ki,  türklərin  Bakıya  hücumu  ilə 



bağlı məlumatlar doğru deyildir. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi 

cənab  Buşe  A.İoffe  ilə  görüş  zamanı  ona  dedi  ki,  həm  İstanbuldan,  həm  də 

Tiflisdən  alınan  məlumatlar  türklərin  irəli  hərəkət  etməyəcəyindən  və  Bakını 

tutmayacağından  xəbər  verir.  Almaniya  Xarici  İşlər  Nazirliyinin  rəsmisinin 

sözlərinə  görə,  əgər  Sovet  Rusiyasının  məlumatları  doğru  çıxardısa,  türklərin 

verdikləri sözə əməl etmədikləri bəlli olardısa, onda almanlar onları vədlərinə əməl 

etməyə  məcbur  edəcəkdilər.

386


  Berlindəki  sovet  səfiri  A.İoffe  avqust  ayının  1-də 

Moskvaya göndərdiyi məlumatda yazırdı: "Az əvvəl alman qərargahından dönmüş 

Almaniyanın Xarici İşlər Nazirliyinin şöbə müdiri İstanbuldakı alman səfiri Kont 

Bernsdorfun 30 iyul tarixli teleqramını mənə göndərmişdir. Bu teleqramda "səfirin 

Bakı  haqqında  əldə  etdiyi  məlumatlarla  bağlı  Ənvər  paşa  və  sədr-əzəm  Tələt 

paşadan  xarici  işlər  naziri  Nəsim  bəylə  də  görüşdüyünü"  və  onların  hər  üçünün 

Nuru paşaya Bakı üzərinə hücumu dayandırmaq haqqında qəti bir əmr göndərdiyi 

                                                        

382

 С.Шаумян. Бакинская Коммуна. Баку, 1927, с.38-39 



383

 Документы внешней политики СССР, с.410 

384

 A.N.Kurat. Türkiye ve Rusiya, s.545 



385

 Документы внешней политики СССР, с.428-431 

386

 A.N.Kurat. Türkiye ve Rusiya, s.545-546 



109 

 

təsdiq edilirdi.



387 

İstanbuldakı Almaniya səfirliyinin məlumatına görə, Bakı üzərinə 

türk  ordusunun  hücumu  haqqında  xəbərlər  əsassız  idi,  əgər  belə  bir  hücum  var 

idisə,  bu,  Nuru  paşanın  özbaşınalığı  və  onun  Azərbaycan  könüllüləri  ilə  həyata 

keçirmək istədiyi bir təşəbbüs ola bilərdi."

388


 

Azərbaycan hökuməti Bakını sülh yolu ilə, danışıqlar yolu ilə azad etməyə 

cəhd  göstərirdi.  İyul  ayının  24-də  xarici  işlər  naziri  M.H.Hacınski  İstanbula, 

M.Ə.Rəsulzadəyə  yazırdı  ki,  şəhəri  təslim  etmək  barədə  bolşeviklərlə  danışıqlar 

aparmaq  üçün  Bakı  cəbhəsinə  yollanır.  M.H.Hacınski  məlumat  verirdi:  "Bakı 

cəbhəsində işlər bizim xeyrimizədir. Doğrudur, dəmir yolu xətti ilə bizimkilər çox 

olmasa  da,  Kərrar  stansiyasına  qədər  irəliləyə  biliblər.  Lakin  aldığımız 

məlumatlara  görə,  bolşeviklərin  əhval-ruhiyyəsi  ölmüşdür.  Biz  Kürdəmir  və 

Salyanda  18  iyul  tarixli  Bakı  qəzetlərini  aldıq.  Bolşeviklərlə  digər  partiyalar 

arasında (eyni zamanda sağ daşnaklar arasında, hərçənd mən buna inanmıram) fikir 

ayrılığı  var.  Faktiki  olaraq  bu  fikir  ayrılığı  milli  zəminə  keçib.  Ələ  keçirdikləri 

yerlərdə erməni bolşevikləri özlərini vəhşi kimi aparırlar, ruslar buna etiraz edirlər. 

Kürdəmir cəbhəsində yayılan şayiələrə görə, 800 nəfər rus, erməni vəhşiliklərinə 

etiraz  olaraq  (müsəlmanları  məscidə  toplayıb  yandırıblar,  uşaqları  və  qadınları 

kütləvi şəkildə qırıblar, bu fəlakətləri təsvir etməyə imkan yoxdur) silahlarını atıb 

gediblər. Onlar Bakıda həbs olunublar və indi Nargin adasında saxlanılırlar. Sonra 

ermənilər  Bakıda  ümumi  səfərbərlik  elan  ediblər.  Ruslar  buna  etiraz  ediblər  və 

vuruşmaq  istəmirlər.  Müsəlmanlar  da  bu  məsələdə  ruslarla  həmrəydirlər. 

Şamaxıdan  Çəngiyə  qədər  Şamaxı-Bakı  yolu  bizim  tərəfimizdən  alınıb.  Erməni 

dəstələri  vahimə  içində  Bakıya  doğru  qaçırlar.  Bakı  yaxınlığında  döyüş 

gözlənilir".

389


  İyulun  31-də  isə  baş  nazir  F.X.Xoyski  M.Ə.Rəsulzadəyə  yazırdı: 

"İki  gün  əvvəl  Məmməd  Həsən  cəbhəyə  gedib,  bu  axşam mən də  yola  düşürəm. 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin