Danışıqlar stolu arxasında eyni cavabların təkrarından usanmış Türkiyə tərəfi aprel
ayının 6-da Zaqafqaziya nümayəndələrinə ultimatum verib, Brest-Litovsk
müqaviləsini tanıyıb-tanımamaq barəsində 48 saat ərzində cavab tələb etdi. Eyni
zamanda ultimatumda göstərilirdi ki, əgər Cənubi Qafqaz Türkiyə ilə müqavilə
münasibətlərinə girmək istəyirsə, öz müstəqilliyini elan etməlidir, yalnız bundan
sonra diplomatik danışıqlar davam etdirilə bilər.
151
Aprelin 7-də A.Çxenkeli
alınmış ultimatum barədə Tiflisə məlumat verdi. Ölkədə anarxiyanın hökm
sürdüyünə və cəbhənin dağılmasına istinad edərək o, Batum istisna olmaqla, Brest
müqaviləsinin tanınmasına və təcili surətdə müstəqilliyin elan edilməsinə çağırırdı.
Eyni zamanda A.Çxenkeli Gürcüstan Milli Şurasının sədri N.Jordaniyaya yazırdı:
"Vəziyyət böhranlıdır, bizim ordu hər cür tənqiddən aşağı səviyyədədir, türkləri
Batumun lap yaxınlığına buraxmışlar, Çakvi yaxınlığında dəmir yolu kəsiləcəkdir.
Əgər Batum alınarsa, Gürcüstanın taleyi barədə düşünmək lazım gələcəkdir".
152
O,
Seymdən və Gürcüstan Milli Şurasından Batum limanını saxlamaqla, Brest-
Litovsk müqaviləsini tanımağa səlahiyyət istəyirdi. Trabzonda olan erməni
nümayandələri A.Xatisov və R.Kaçaznuni Brest müqaviləsinə münasibətdə əvvəlki
təkliflərinin əhəmiyyətsiz olduğunu anladılar. Onlar Türkiyə ilə gizli danışıqlar
aparmağa cəhd göstərdilər. Bu məqsədlə A.Xatisov başda olmaqla, ermənilər türk
nümayəndə heyətinin başçısı Rauf Orbayla görüşdülər. Erməni nümayəndələri
bildirdilər ki, Osmanlıların əlindən qaçıb Qafqazda yerləşdirilən 400 min nəfər
erməni vardır. Osmanlı dövləti onların təkrarən Osmanlı torpaqlarında
yerləşməsinə icazə verərsə, ermənilər Qars-Ərdahan və Batumun türklərdə
149
Enver Konukçu. Ermenilerin Yeşilyayladakı Türk soykırımı (11-12 mart 1918). Ankara, 1990, s. 19-
22
150
V.Stepakov və T.Kuprikov - Sov.İKP MK-ya. 25.06.1965. //RDƏYTA, f.5, s.33, i.221, v.35
151
N.Kurat. Türkiye ve Rusiya, s.472
152
С.Аркомед. Материалы по истории отпадения Закавказья от России, с.67
49
qalmasına qarşı çıxmayacaqlar. Lakin ermənilərin təklifi qəbul edilmədi. Belə
olduqda A.Kaçaznuni yaranmış vəziyyətdə Brest müqaviləsini "ən az bəla" hesab
edib, bütövlükdə Batum da daxil olmaqla, onun tanınmasını təklif etdi.
153
Ermənilər Batumun türklərə verilməsi təklifini, Qars məsələsində möhkəm
dayanmadıqları üçün, gürcülərin acığına etdilər. Azərbaycan nümayəndəsi
X.Xasməmmədov Brest müqaviləsinin beynəlxalq hüquqi akt olduğuna istinad
edərək bildirdi ki, həmin müqavilə nöqteyi-nəzərindən Türkiyənin hərəkətlərinə
təbii baxılmalıdır. "Türk ordusunun hərəkətinə, qayda-qanunun bərqərar edilməsi
kimi baxılmalıdır. Rusiya öz üzərinə düşən öhdəlikləri yerinə yetirdi və tezliklə
ordusunu bu vilayətlərdən çıxartdı. İndi Türkiyə orada fəaliyyət göstərən milli
hissələrə partizanlar kimi baxır və bu əraziləri partizan dəstələrindən təmizləyir".
154
İndi artıq Brest müqaviləsinin təsdiq edilməsi mübahisəsiz bir fakt kimi qarşıda
durmuşdu. Əvvəlki müzakirələrdə tərəddüd edən A.Çxenkeli də bu fikrə gəldi.
Ultimatumun müddəti tamam olduqda o, Tiflisdən cavab gözləmədən Osmanlı
imperiyasının nümayəndələrinə bildirdi: "Zaqafqaziya sülh nümayəndəliyi
Osmanlı nümayəndələrinin 6 aprel 1918-ci il məktubuna cavab olaraq bildirir ki, o,
Brest-Litovsk müqaviləsini qəbul edir və sonrakı danışıqları onun əsasında davam
etdirməyə hazırdır".
155
Sonralar bir sıra erməni siyasi xadimləri və müəllifləri
nəinki müsavatçıları, eyni zamanda A.Çxenkeli başda olmaqla gürcü
menşeviklərini Brest müqaviləsini tanımaqla, erməni xalqına xəyanət etdiklərini
iddia edirdilər. Leo 1921-ci ildə çap olunmuş xatirələrində yazırdı: "Sən demə,
Çxenkelinin əsas məqsədi türk ordusunun Batuma hücumunun dayandırılmasına
nail olmaq imiş... Sonralar aydın oldu ki, bu menşevik siyasəti ermənilər hesabına
türklərlə dostluq üzərində qurulub".
156
A.Çxenkelinin türk ultimatumunu qəbul
etmək haqqında qərarına gəlincə, bu, gecikmiş bir qərar idi. T.Svyatoçovski
düzgün olaraq yazır ki, "Çxenkeli aprel ayının 10-da Brest müqaviləsinə razılıq
verdikdə məlum oldu ki, Batum istisna olunarsa, osmanlılar tələb etdiyi ərazilərin
hamısını ələ keçiriblər".
157
Bununla belə, A.Çxenkelinin cavabı alınan kimi aprelin
11-də türk komandanlığı Batumun komendantına bildirdi ki, əldə olunan razılığa
əsasən, atəş dayandırılır. Bir gün sonra türklər şəhəri boşaltmaq və 1877-ci il
sərhədini bərpa etməyi tələb etdilər.
Trabzondan fərqli olaraq, Tiflisdə hadisələr bir qədər ayrı istiqamətdə
inkişaf edirdi. Batum haqqında ultimatum verilən kimi, Zaqafqaziya Seyminin
təcili iclası çağırıldı. E.Geqeçkori, İ.Sereteli, X.Karçikyan, Y.Semyonov və
digərləri öz çıxışlarında müqavimət göstərməyi zəruri hesab edərək, əslində
Türkiyəyə rəsmən müharibə elan etməyi tələb edirdilər. Seymin erməni və gürcü
153
Seymin müsəlman fraksiyasının iclasının protokolu. 03.04.1918.//ARDA, f.970, s.1, i.1, v.10
154
С.Аркомед. Материалы по истории отпадения Закавказья от России, с.63
155
Документы и материалы по внешней политике Закавказья и Грузии, с. 160
156
Лео. Из прошлого. Эривань, 1921, с.33
157
T.Swietochowski. Russian Azerbaijan, р. 123
50
nümayəndələrinin çıxışlarında müharibəyə çağırış artıq açıq hiss edilirdi. Aprelin
13-də (martın 31-də) Seymin iclasından əvvəl bütün müsəlman seym fraksiyasının
birgə toplantısı keçirildi. Türkiyə ilə müharibə məsələsində tam yekdillik yox idi.
Hümmətçilər öz əvvəlki mövqeyini dəyişərək, bu məsələdə gürcü menşevikləri ilə
birgə olacaqlarını bildirdilər. Müsəlman sosialist bloku isə müharibəyə tərəfdar
olmasa da, öz mövqeyini bildirməyib, Seymdə müstəqil hərəkət etmək fikrində
idi.
158
Yaranmış vəziyyətə münasibətdə mövqeləri bir-birinə yaxın olan Müsavat,
bitərəflər qrupu və ittihadçılar müharibə əleyhinə birgə qətnamə qəbul etdilər.
Orada deyilirdi ki, Türkiyə ilə müharibənin Cənubi Qafqaz demokratiyası və onun
daxili həyatı üçün ağır nəticələr verə biləcəyini əsas tutaraq müsavat firqəsi,
bitərəflər qrupu və ittihad partiyası onun məsuliyyətini öz üzərinə götürmür. Bu
qətnamə ilə Seymdə çıxış etmək seym üzvü Ş.Rüstəmbəyova tapşırıldı. Seymin
iclasında qeyd olunduğu kimi, bütün qeyri-müsəlman partiyaları müharibəyə
tərəfdar idi. Ş.Rüstəmbəyov müsavat, ittihad və bitərəf qrupun yuxarıda göstərilən
qətnaməsini elan etməklə yanaşı, mövcud vəziyyətin müsəlman demokratiyası
üçün müstəsnalıq təşkil etdiyini bildirdi və dedi: "Biz bu müharibədə fəal iştirak
edə bilmərik, ona görə də öz üzərimizə böyük məsuliyyət götürmürük". О əlavə
etdi ki, "Birincisi, hələ indiyə qədər müsəlmanlara münasibətdə hərbi
mükəlləfiyyət tətbiq edilmədiyindən, ikincisi, Türkiyə ilə bizi bağlayan dini
əlaqələr baxımından müsəlmanların Türkiyəyə qarşı hərbi əməliyyatlarda fəal
iştirak etməsi məqsədəuyğun deyildir".
159
Dini amillə bağlı erməni və gürcülər şiə
azərbaycanlıların uzun bir tarixi dövr ərzində sünni türklərə qarşı döyüşdüyünü
xatırlatdılarsa da, bunun elə bir əhəmiyyəti olmadı. Hadisələrin sonrakı inkişafı
Azərbaycan fraksiyasının aparıcı qüvvələrinin düzgün mövqe tutduğunu təsdiq
etdi. Türkiyə ilə müharibədə iştirak etmək - xüsusən Bakıdakı mart hadisələrindən
sonra - Azərbaycan üçün acınacaqlı nəticələrə gətirib çıxara bilərdi.
F.Kazımzadənin yazdığı kimi, "türklərin gəlişindən azərbaycanlıların qorxmağına
heç bir əsas yox idi. Əksinə, türklərin köməyi ilə onlar Bakını sovetlərdən geri
qaytarmağa, şəhərin küçələrində hələ qurumayan qan üçün qisas almağa ümid
bəsləyirdilər".
160
Azərbaycan partiyalarının antimüharibə mövqeyi Seymi öz fikrindən
döndərə bilmədi. Seym 13 aprel tarixli iclasında Türkiyə ilə müharibə haqqında
qərar qəbul etdi. Ölkədə hərbi vəziyyət elan edildi. "Ali Müdafiə Şurası" yaradıldı
və Cənubi Qafqazın bütün xalqlarına əldə silah "vətəni" qorumaq haqqında
müraciət qəbul edildi. İ.Sereteli və digərləri azərbaycanlıları nəzərdə tutaraq
deyirdilər ki, "əgər arxadan xəyanət olmazsa", Zaqafqaziya ordusu Osmanlılara
158
Seymin müsəlman fraksiyasının iclasının protokolu. 31.03.1918.//ARDA, f.970, s.1, i.1, v.6
159
Документы и материалы по внешней политике Закавказья и Грузии, с. 178
160
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p. 101
51
uğurla müqavimət göstərə bilər.
161
Əlbəttə, bu fikrin elə bir əsası yox idi, cəbhə
xəttinə yaxın olan və vəziyyəti bilavasitə yerində müşahidə edən A.Çxenkeli çox
gözəl görürdü ki, ordu dağılıb, fərarilik hökm sürür və Zaqafqaziya ordusu Türkiyə
hücumuna müqavimət göstərmək iqtidarında deyildir.
Cənubi Qafqazda vəziyyətin gərginləşməsi Rusiyaya olan meyli yenidən
qüvvətləndirirdi. Hətta Seymin iclasında menşeviklər Rusiyaya sədaqətlərini
nümayiş etdirib, rus proletariatına manifestlə müraciət etdilər. Orada göstərilirdi:
"Zaqafqaziya Brest-Litovsk müqaviləsini ona görə rədd edir ki, bu müqavilə ilə
razılaşmaq Rusiyadan ayrılmaq deməkdir". Rusiya proletariatına müraciəti
menşeviklərlə bərabər, hümmətçilər də imzalamışdılar, bu da müsəlman
fraksiyaları arasında "Bakıda minlərlə müsəlmanın bolşevik-erməni dəstəsinin əli
ilə öldürüldüyü bir vaxtda" ciddi narazılığa səbəb olmuşdu. Gürcü xalqının
mənafeyindən çıxış edən menşeviklərin quyruğunda sürünən hümmətçilərin
hərəkətlərinin milli mənafeyə zidd olduğu göstərilmişdi. D.Axundov və
S.Ağamalıoğlu (hümmətçilər) rus demokratiyası və proletariatına müraciətin heç
də bolşeviklərə müraciət olmadığını əsaslandırmağa çalışırdı. Oriyentasiya
məsələsində hümmətçilər arasında birlik yox idi. Onlardan bəziləri deyirdi: "Əgər
müstəqillik olmayacaqsa və şimaldan bolşeviklər gələcəksə, biz bu halda onların
əleyhinə olub, Türkiyə oriyentasiyasına tərəfdarıq, əgər şimaldan əsil demokratlar
gələrsə, biz onlarla türklərin əleyhinəyik".
162
Bütün bu dolaşıq fikirlərə qarşı
M.Ə.Rəsulzadə dedi: "biz hər hansı formada Zaqafqaziyanın Rusiyaya geri
qaytarılmasına qarşıyıq və əlimizdə silah buna qarşı mübarizə aparacağıq. Biz öz
qüvvəmizə inanırıq və çətin anlarda cənub-qərbdən (Türkiyədən - C.H.) kömək
çağıra bilərik".
163
Müharibə elan etmək haqqında qərarın qəbul edilməsi və
Rusiyaya meylin güclənməsi digər amillərlə də bağlı idi. Hələ müharibə haqqında
qərar qəbul edilməzdən bir neçə gün əvvəl Qara dəniz donanması Mərkəzi
Komitəsindən teleqram alınmışdı ki, onlar Batumu müdafiə etmək üçün hərbi
gəmilər göndərmək barədə göstəriş vermişlər.
164
Batumun tutulması ərəfəsində
(aprel ayının 12-də) RSFSR Xalq Xarici İşlər Komissarlığı G.Çiçerin və
L.Karaxanın imzası ilə Almaniyaya nota verib, ondan Сənubi Qafqazda hücumu
dayandırmaq məqsədilə Türkiyəyə təsir göstərməyi xahiş etdi. Notada deyilirdi:
"Türkiyə cəbhəsində üstünlük Rusiyanın tərəfində idi, Ərdahan, Qars və Batumu
ona görə vermək lazım idi ki, Türkiyənin müttəfiqi Almaniya idi".
165
Hadisələrin
sonrakı inkişafından aydın oldu ki, bu nota bir növ Almaniyanın Cənubi Qafqaza
nüfuz etməsini sürətləndirmək məqsədi güdürdü. Çünki az sonra, aprel ayının 27-
161
Документы и материалы по внешней политике Закавказья и Грузии, с. 174
162
Seymin bütün müsəlman fraksiyasının birgə iclasının protokolu. 06.04.1918.//ARDA, f.970,
s.1,i.1,v.15
163
Yenə orada, v.17
164
Документы и материалы по внешней политике Закавказья и Грузии, с. 115
165
Документы внешней политики СССР. T.I, с.240-241
52
də Almaniya sultan hökumətini məcbur etdi ki, Cənubi Qafqazın nüfuz dairəsinə
bölüşdürülməsi haqqında gizli saziş imzalasınlar. Həmin sazişə görə, Gürcüstan və
Ermənistan Berlinin, Azərbaycan isə İstanbulun təsir dairəsinə düşməli idi.
166
13 aprel iclasında hərbi vəziyyətlə əlaqədar yaradılmış "Ali Müdafiə
Şurası"na hökumətin sədri və hərbi nazir E.P.Geqeçkori, daxili işlər naziri
N.V.Ramişvili, maliyyə naziri X.Karçikyan daxil edilmişdilər. Seymin fəaliyyəti
iki həftəliyə dondurulmuşdu.
167
Göründüyü kimi, "triumviratda" Azərbaycan təmsil
edilməmişdi. Bu, Azərbaycan fraksiyasının müharibə əleyhinə olmağından daha
çox, onları hadisələrdən təcrid etməyə yönəldilmişdi. Seymin iclaslarının olmaması
isə, Azərbaycan fraksiyasını tamamilə təcrid vəziyyətinə salmışdı. Ona görə
Azərbaycan fraksiyası ona qarşı yönəldilmiş bu iki qərara biganə qala bilməzdi.
Еlə həmin gün, aprel ayının 13-də axşam Seymin müsəlman fraksiyasının iclası
çağırıldı. İclasda Seymin qəbul etdiyi qərarlar barədə Ş.Rüstəmbəyov məlumat
verdi. Türkiyəyə müharibə elan edilməsi ilə bağlı Seymin iki həftəlik fasiləsi və
fövqəladə səlahiyyətə malik üç nəfərdən ibarət hərbi kollegiyanın yaradılması ilə
bağlı yaranmış vəziyyətdə müsəlman fraksiyasının vəzifələrini müəyyənləşdirmək
zərurəti meydana çıxmışdı. İclasda çıxış edən H.Məmmədbəyov bildirdi ki,
hökumət və Seym bu addımı ilə müsəlmanların hüquqlarını tapdalayır, belə
olduqda erməni və gürcülərlə işləmək mümkün deyildir. O, təklif edirdi ki, Seymin
tərkibindən çıxıb Qafqazın çeçen və inquş nümayəndələrini bir yerə toplayıb, bu
xalqların gələcək taleyi barədə fikirləşmək lazımdır.
168
Lakin M.Y.Cəfərov
Trabzondan sülh nümayəndələri qayıdana qədər Seymin tərkibindən çıxmaq
məsələsini müzakirələrdən çıxarmağı məsləhət gördü. Eyni zamanda müharibə ilə
bağlı o, milli münasibətlərin gərginləşdiyi bir vaxtda bütün hakimiyyətin hərbi
kollegiyanın əlində cəmlənməsi ilə müsəlmanların barışa bilməyəcəyini göstərdi.
H.Ağayev isə bu fikirdə idi ki, fövqəladə səlahiyyətli hərbi kollegiyanın
yaradılması müsəlmanları ağır vəziyyətə salacaq. Bundan yaxa qurtarmaq üçün o,
təklif edirdi ki, hansı hüquqların hərbi kollegiyaya verildiyi qabaqcadan
aydınlaşdırılmalıdır və paralel şəkildə Seym işləməlidir. Bir sıra çıxışlardan sonra
üç bənddən ibarət qərar qəbul edildi: "1. Seymin fəaliyyətinin dayandırılmasına
bütün vasitələrlə etiraz etmək; 2. Seym buraxılacağı təqdirdə onun hüquqları
hökumətə verilməlidir, hərbi kollegiyaya hansı hüquqların verildiyi dəqiq
göstərilməlidir və o, hökumət qarşısında məsuliyyət daşımalıdır; 3. Hərbi
kollegiyaya fövqəladə səlahiyyət veriləcəyi və Seym fəaliyyətə başlayandan sonra
kollegiyanın Seymə cavab verəcəyi təqdirdə, müsəlman nazirləri hökumətin
tərkibindən çıxmalıdırlar".
169
166
Системная история международных отношений, Том первый, с. 117
167
Адрес Календарь Азербайджанской Республики, с.6
168
Seymin müsəlman fraksiyasının iclasının protokolu. 13.04.1918.//ARDA, f.970, s.1, i.1, v.8
169
Seymin müsəlman fraksiyasının iclasının protokolu. 13.04.1918.//ARDA, f.970, s.1, i.l, v.9
53
Müharibə haqqında qərar qəbul edildikdən bir gün sonra E.Geqeçkori
A.Çxenkeliyə şifrəli teleqramla məlumat verdi ki, danışıqları dayandırıb tezliklə
Trabzonu tərk etsin.
170
Bu xəbər Trabzonda olan Azərbaycan nümayəndələrini bərk
əsəbiləşdirdi. M.Hacınski Cənubi Qafqaz Seyminin bu qərarını sülhü pozmağa
yönəldilmiş cəhd kimi qiymətləndirir və bunu "beynəlxalq münasibətlər tarixində
bənzəri olmayan bir təxribat adlandırırdı". O, yaranmış vəziyyətdən hiddətlənib
bildirdi ki, "bizim zəruri sülhə nail olmağımız üçün İstanbula gedib qəti tədbirlərə
əl atmaq barəsində öz partiyamızdan mandatımız vardır".
171
Müharibə tərəfdarı olmayan A.Çxenkeli M.Hacınskinin məsləhəti ilə
danışıqları tamamilə kəsməyib daha münasib formada türk nümayəndələrinə
bildirdi ki, Cənubi Qafqaz hökumətindən təlimat almaq üçün nümayəndə heyəti bu
gün Tiflisə yola düşməlidir.
172
A.Çxenkeli bu fikirdə idi ki, Tiflisə qayıtdıqdan
sonra ola bilsin ki, hökuməti müharibə avantürasından uzaqlaşdıra bilsin. O,
müharibənin Cənubi Qafqazda milli ziddiyyətləri kəskinləşdirəcəyindən ehtiyat
edirdi. Onun fikrincə, "müharibə nəinki Zaqafqaziyanın müstəqilliyini, eyni
zamanda onun birliyini də təhlükə altına alırdı". Vəziyyəti daha düzgün
qiymətləndirən "Çxenkeli müharibədən uşaq oddan qorxan kimi qorxurdu".
173
Danışıqları tamamilə kəsməməsi üçün razılığa gəlindi ki, nümayəndə
heyətinin bir neçə nəfər üzvü Trabzonda qalsın. Azərbaycanlılardan M.Hacınski və
Ə.Pepinov, gürcü Milli Şurası Rəyasət Heyətinin üzvü Q.Voşapeli, Zaqafqaziya
birliyinə daxil olmaq üçün Tiflisə, oradan da Trabzona gəlmiş Şimali Qafqaz
nümayəndələri H.Bammatov və T.Çermoyev Trabzonda gözlədilər.
174
Lakin
nümayəndə heyətləri danışıqlar aparmaq üçün bir daha orada toplanmadılar.
Bununla da Trabzon konfransı öz işini dayandırdı. Regionda gərgin vəziyyət
yarandı.
Gürcü Milli Şurasında müharibənin qarşısını almaq uğrunda A.Çxenkelinin
səyi bir nəticə vermədi. Batumun türklər tərəfindən tutulması ciddi psixoz yaratmış
və gürcüləri müharibə üzərində kökləmişdi. Trabzondan qayıdan erməni
nümayəndələri Gümrüdə Erməni Milli Şurasının iclasında danışıqlar barədə
məlumat verdilər. R.Kaçaznuni geniş məruzə ilə çıxış etdi. O, etiraf edirdi ki,
ermənilər vuruşmaq iqtidarında deyil və təkid edirdi ki, sülh şərtləri qəbul edilməli
və müharibə dayandırılmalıdır. R.Kaçaznuni ümid edirdi ki, təzyiq göstərmək
vasitəsi ilə Seymin müharibə haqqında qərarına yenidən baxmasına nail olmaq
olar. Lakin Kaçaznuninin təklifləri erməni Milli Şurasının üzvləri tərəfindən süngü
170
Seymin müsəlman fraksiyasının iclasının protokolu. 16.04.1918.//ARDA, f.970, s.l, i.l, v.10
171
T.Swietochowski. Russian Azerbaijan, p.124
172
Cənubi Qafqaz Seyminin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 01.05.1918.//
ARDA, f.970, s.1, i.l, v.31
173
С.Аркомед. Материалы по истории отпадения Закавказья от России, с.39
174
Cənubi Qafqaz Seyminin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu.
01.05.1918.//ARDA, i.970, s.1, i.l, v.31
54
ilə qarşılandı. İclasda iştirak edənlərin əksəriyyəti müharibəni davam etdirməyə səs
verdi. Qərara alındı ki, Milli Şuranın üzvləri səfərbərlik keçirmək üçün yerlərə
gedib kəndlilər içərisində izahat işi aparsınlar, lakin onlardan heç biri yerlərə
getmədi. "Heç kəs şuranın işi ilə maraqlanmadı, hamı səfərbərlikdən yayınaraq öz
ticarət işləri ilə məşğul idi... Daşnaklar özləri zəngin dövlət ehtiyatlarını qəsb
edərək silah alveri edirdilər".
175
Cənubi Qafqaz hökumətilə Türkiyə arasında müharibə cəmisi səkkiz gün
davam etdi. Aprel ayının 15-də Batumun tutulması barədə rəsmi məlumat
İstanbulda elan edildi. Batumun tutulmasında Acariya əhalisi türklərə yaxından
köməklik etdi. 40 ildən sonra Türkiyə yenidən Batumu özünə qaytardı. Qars
uğrunda döyüşlər bir qədər uzandı. Nəzərdə tutulan ərazilərin böyük bir hissəsini
tutduqları üçün, artıq itki verməyi lazım bilməyən türklər, aprel ayının 22-də sülh
təşəbbüsü ilə çıxış etdilər. A.Çxenkeliyə göndərdiyi teleqramda Vehib paşa Cənubi
Qafqazı Trabzon danışıqlarını kəsməkdə günahlandırdı və bildirdi ki, sülh məsələsi
Cənubi Qafqazdan asılıdır.
176
Seym sülh danışıqlarına başlamaq haqqında təklifi
qəbul etdi. Əslində Cənubi Qafqaz hökuməti belə bir təklifə hazır idi, çünki
müharibəni aparmaq onu elan etməkdən çox çətin idi. Seymin müsəlman
fraksiyasında müharibənin aparılmasından, gürcü fraksiyasında isə məğlubiyyətdən
ciddi narazılıq yaranmışdı. Aprel ayının 20-də hümmətçilərin iştirakı olmadan
Seymin Azərbaycan fraksiyasına daxil olan bütün partiyaların nümayəndələrinin
iştirakı ilə təcili birgə iclası keçirildi. İclasda Bakı hadisələri ilə bağlı hökumətin
biganə siyasətindən, bolşevik terroru və özbaşınalığına qarşı ciddi tədbir
görülmədiyindən danışıldı, daşnakların Bakı bolşevikləri ilə əlaqəsindən, habelə
gürcü menşeviklərində də belə meylin hiss edildiyindən bəhs edildi. Orada
göstərildi ki, "polkovnik knyaz Maqalov indi hər gün həddindən artıq həyəcanlı
teleqramlar göndərib xahiş edir ki, zirehli qatar, top, mərmi, pulemyot və patron
göndərilsin, lakin hökumət buna heç bir əhəmiyyət vermir və onların göndərilməsi
üçün əməli tədbir görmür".
177
N.Usubbəyov bu fikirdə idi ki, hökumətə və
menşeviklərə ultimatum verib, Cənubi Qafqazın müstəqilliyinə nail olmaq
lazımdır. Onun fikrincə, müstəqilliyin elan edilməsi Bakı Sovetinə qarşı
mübarizəni sürətləndirə bilərdi. X.Xasməmmədov haqlı olaraq qeyd edirdi ki,
Zaqafqaziyada indi hökumət yoxdur, Geqeçkori, Karçikyan və Ramişvilidən ibarət
erməni və gürcülərin diktaturası vardır. M.Ə.Rəsulzadə bu fikirdə idi ki, Trabzon
danışıqlarına tərəfdar olan menşeviklərdən istifadə etmək, Seym üzvü olan
A.Çxenkeli ilə danışmaq lazım idi. A.Çxenkeli müstəqilliyin elan edilməsinə
tərəfdar idi. Uzun müzakirələrdən sonra iclasda belə bir razılıq əldə edildi ki,
rəhbər partiyaların (menşevik və daşnak - C.H.) nümayəndələrinin nəzərinə
175
Лео. Из прошлого, с.39
176
Документы и материалы по внешней политике Закавказья и Грузии, с. 199
177
Seymin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 20.04.1918.//ARDA, f.970, s.1,
i.l,v.20
55
çatdırılsın ki, Seymin müsəlman fraksiyası qəti surətdə bu əqidədədir ki, Cənubi
Qafqazın müstəqilliyi elan edilməlidir, əks təqdirdə fraksiya Azərbaycanın
müstəqilliyinin elan edilməsinin mümkünlüyü məsələsini müzakirə etməli
olacaqdır.
178
Elə həmin gün, aprelin 20-də, yəni Türkiyədən danışıqlara başlamaq
haqqında təklif almazdan iki gün əvvəl Seym fraksiyalarının birgə iclası oldu. Rus
kadetləri və eserlərin bir hissəsi istisna olmaqla, aparıcı partiyaların hamısı
Türkiyənin bütün tələblərinin qəbul edilməsi və müstəqilliyin elan edilməsinə
tərəfdar olduqlarını bildirdilər. Azərbaycan fraksiyasının öz iclaslarında qəbul
etdikləri qərar Seymdə elan edildi. Gürcü fraksiyası, Batum limanı da daxil
olmaqla, ərazi bütovlüyünə təminat almaqla Türkiyə tələblərini qəbul etməyə hazır
idilər. Sol eserlərin bir hissəsi isə Türkiyəyə qarşı birgə mübarizə aparmaq məqsədi
ilə Bakı və Şimali Qafqaz bolşevikləri ilə danışıqlara girməyi təklif edirdilər.
Ölkədə yaranmış vəziyyət və cəbhədəki məğlubiyyətlər menşeviklərin tərəddüdünə
son qoydu. Bir gün sonra müharibənin davam etdirilməsinin ölkə üçün
məqsədəuyğun olmadığını qeyd edərək menşeviklər təcili surətdə hərbi
əməliyyatların dayandırılması və Cənubi Qafqazın müstəqilliyinin elan edilməsinə
tərəfdar oldular. Gümrü müşavirəsindən yenicə qayıtmış və müharibəni davam
etdirmək haqqında qərar qəbul etmiş erməni fraksiyası təcrid olunmuş vəziyyətdə
qaldı. Belə olduqda onlar Brest müqaviləsi və müstəqilliyin elan olunması
haqqında məsələlərin müzakirəsində susmağı lazım bildilər.
179
Gec də olsa, Cənubi
Qafqazın müstəqilliyinin elan edilməsi artıq reallığa çevrilmişdi.
Bu müddət ərzində Trabzonda qalan nümayəndələr də fəaliyyətsiz
olmadılar. Danışıqlar kəsildikdən az sonra Ənvər paşanın Trabzona və Batuma
səfəri oldu. O, Azərbaycan nümayəndələrini Trabzonda qəbul etdi.
180
M.Hacınki
gürcü-türk münasibətlərindəki düşmənçiliyi aradan qaldırmağın Batum
məsələsindən asılı olduğunu bildirib, bu şəhərin gürcülərdə qalmasına çalışdısa da,
lakin bunun əhəmiyyəti olmadı. Ənvər paşa Türkiyənin Batuma olan hüququnun
Rusiya hökuməti tərəfindən tanındığını qeyd edib bildirdi ki, ağılsız erməni
siyasətinə uyub türklərə qarşı düşmənçilik mövqeyində durmasalar, Türkiyə
Gürcüstanın azad şəkildə mövcud olmasını arzulayır və onu etibarlı qonşu hesab
edir.
181
178
Seymin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 20.04.1918.//ARDA, f.970, s.1, i.l,
v.22
179
О.Минасян. Внешняя политика Закавказской контрреволюции в первой половине 1918 года,
с.74
180
Cənubi Qafqaz Seyminin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 01.05.1918.//
ARDA, f.970, s.1, i.1, v.31
181
Cənubi Qafqaz Seyminin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 01.05.1918.//
ARDA, f.970, s.1.i-1, v.32
56
Azərbaycan nümayəndələri Cənubi Qafqazın siyasi quruluşu, ən başlıcası
isə iki qardaş Azərbaycan və Osmanlı türklərinin gələcək qarşılıqlı münasibətləri
barədə Türkiyənin siyasətini müəyyən edən Ənvər paşanın fikrini bilmək
istəyirdilər. Ənvər paşa dedi ki, müsəlman qəzaları olan Axalsıx və Axalkələk
əsrlərlə can atdığı Türkiyəyə qovuşmalıdır, Azərbaycan, Gürcüstan və Ermənistan
isə ümumi Seymi olan, habelə Türkiyə ilə sıx ittifaqda federasiya, yaxud
konfederasiya yarada bilərlər. Əgər vahid Zaqafqaziya dövləti yaratmaq mümkün
olmazsa, Ənvər paşa qeyd etdi ki, onda Türkiyə ilə ümumi sərhədi olan müstəqil
Azərbaycan Osmanlı imperiyası ilə daha sıx ittifaqa girə bilər, hətta Avstriya-
Macarıstan formasına qədər. Eyni zamanda Ənvər paşa əlavə etdi ki, artıq Türkiyə
Azərbaycana hərtərəfli yardım göstərilməsi istiqamətində ciddi addımlar atmağa
qərarlıdır. M.Hacınski məlumat verdi ki, Osmanlı imperatorluğunun hərbi naziri
Ənvər paşanın qardaşı Nuru paşa 300 hərbi təlimatçı ilə yaxın vaxtlarda İran
vasitəsi ilə Azərbaycana gələcəkdir, onlar yəqin ki, Təbrizdən Araza doğru gələn
yoldadır.
182
Lakin bu ideya ilə bağlı Seymin müsəlman fraksiyasının müzakirələri
göstərdi ki, Azərbaycan siyasi xadimləri Osmanlı imperiyası ilə sıx əlaqədə olan
müstəqil Azərbaycan dövləti yaratmağı üstün tuturdular, onlar Azərbaycanı
Türkiyənin Macarıstanına çevirmək fikrindən uzaq idilər.
Danışıqlar zamanı M.Hacınski müstəqil Ermənistan dövlətinin yaradılacağı
təqdirdə türklərin hansı mövqedə duracağı ilə maraqlandı. Ənvər paşa öz
cavabında qeyd etdi ki, "əgər erməni xalqı ingilis-rus siyasətinə uymayıb türklərə
qarşı fitnə-fəsada son qoyarsa, Türkiyə müstəqil erməni dövlətinin yaradılmasının
əleyhinə deyildir".
183
Bu danışıqlar barəsində Seym fraksiyasına məruzəsində
M.Hacınski Trabzon danışıqlarında Türkiyə nümayəndəliyinin rəhbəri Rauf bəyin
və hadisələrə daha yaxından bələd olan Qafqaz cəbhəsinin komandanı Vehib
paşanın Ənvər paşadan fərqli fikirlərə malik olub, bu regionda sülhü bərqərar
etmək naminə Cənubi Qafqazın daxili işlərinə müdaxilə edilməməsinə tərəfdar
olduqlarını qeyd etdi.
Hərbi kollegiyanın hökmranlığı və müharibənin davam etdirildiyi dövrdə
özünün hadisələrdən, ən başlıcası isə hakimiyyətdən təcrid edildiyini görən
Azərbaycan nümayəndələri Cənubi Qafqazda yaranmış vəziyyət barədə
Almaniyanın regiona gəlmiş nümayəndəsi ilə danışıqlar apardılar. Seym üzvləri
F.X.Xoyski və X.Xasməmmədov Almaniyanın İrandakı keçmiş konsulu, onun
şərqdə siyasi məqsədlərini izləyən və Almaniya siyasi dairələrinə yaxın olan Tiflis
universitetinin professoru Q.Şreyder ilə görüşdülər. Cənubi Qafqazın gələcəkdə
siyasi cəhətdən necə qurulacağı və oriyentasiya məsələləri danışıqların əsas
mövzusu oldu. Q.Şreyder Mərkəz dövlətlərinə istiqamət götürmək məsələsinə
toxunduqda, Azərbaycan nümayəndələri bu ad altında Almaniya-Türkiyənin
nəzərdə tutulduğunu, Avstriya-Macarıstan və Bolqarıstanın isə Cənubi Qafqaza
182
Yenə orada, v.33
183
Yenə orada, v.33
57
münasibətdə elə ciddi bir rol oynamadıqlarını göstərərək qeyd etdilər:
"Oriyentasiya məsələsində Cənubi Qafqaz türklərinin mövqeyi aydın və dəqiqdir,
bu alman-türk oriyentasiyasıdır. Bizim bu düşüncəmiz möhkəmdir, hətta
qonşularımızın hər hansı birinin razılaşmayacağı təqdirdə belə dəyişməz
qalacaqdır, ola bilsin ki, hətta Azərbaycanın ayrılmasına aparacaqdır".
184
Q.Şreyderin ölkə daxilində anarxiyanın hökm sürəcəyi təqdirdə qayda-qanun
yaratmaq üçün xarici qüvvənin dəvət olunmasının mümkünlüyü sualına cavab
olaraq bildirildi ki, əgər həmin xarici qüvvə türk ordusu olarsa, bu, mümkündür.
Q.Şreyder dünyada gedən proseslərin Almaniya ilə İngiltərə arasındakı
mübarizədən asılı olduğunu, habelə Rusiyanın bir daha Zaqafqaziyaya qayıtmasına
və yaxud orada İngiltərənin təsirinin güclənməsinə Almaniyanın imkan
verməyəcəyini söylədi. O, hətta təklif etdi ki, bilavasitə Almaniya ilə danışıqlar
aparmaq üçün Cənubi Qafqaz türklərinin nümayəndələri onunla birlikdə Berlinə
getsinlər. Lakin Azərbaycan nümayəndələri Türkiyənin xəbəri olmadan Almaniya
ilə əlaqəyə girməyi lazım bilmədilər.
185
Türkiyənin yeni sülh təşəbbüsü ilə çıxış etməsində Trabzonda qalan
nümayəndələrin və xüsusilə M.H.Hacınskinin mühüm rolu olmuşdu. Seymin
müstəqilliyini elan etmiş tarixi iclası ərəfəsində müsəlman fraksiyasının günün
birinci yarısı yığıncağı keçirildi və qəti razılıq əldə olundu ki, müstəqilliyin elan
olunmasına və sülh danışıqlarına tərəfdar olan A.Çxenkelini müdafiə etmək
lazımdır. Müzakirələrdə qeyd edilirdi ki, digər menşevik rəhbərlər elə də möhkəm
olmayıb, tez-tez öz fikirlərini dəyişirlər. F.Xoyski deyirdi ki, Sereteli səhər bir şey
deyir, axşam ayrı şey, menşeviklərin digər nümayəndəsi Noy Ramişvili axşam bir
şeyi təsdiq edir, səhərisi isə bunun tamamilə əksinə hərəkət edir.
186
Yığıncaq qərara
aldı ki, iki məsələnin üzərində möhkəm dayanmaq lazımdır:
Sülh nümayəndəliyinin addımlarını müdafiə etmək;
Sərhədlərin müəyyən edilməsilə müstəqilliyi müdafiə etmək.
187
Bu bəndlərdən hər hansı biri yerinə yetirilməzsə, müstəqil bəyannamə ilə
çıxış etmək nəzərdə tutulurdu.
Nəhayət, Türkiyə tərəfindən təklif alınan kimi aprel ayının 22-də
N.Çxeidzenin sədrliyi ilə Seymin tarixi iclası çağırıldı. Onun gündəliyində üç
mühüm məsələ dururdu: 1. Cənubi Qafqazın müstəqilliyi. 2. Trabzon sülh
konfransı haqqında A.Çxenkelinin məruzəsi. 3. Hökumətin təşkili. Birinci məsələ
barədə menşevik Oniaşvili məruzə edib bildirdi ki, hazırkı mövcud vəziyyətdə rus
oriyentasiyası əslində mürtəce oriyentasiyasıdır. Sosializm işini təhlükə altına alan
184
Seymin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 17.04.1918.//ARDA, f.970, s.1,
i.1, v.12
185
Seymin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 17.04.1918.//ARDA, f.970,
s.1,i.1,v.13
186
Yenə orada, v.25
187
Yenə orada, v.25
58
Rusiyadakı irtica və anarxiya Cənubi Qafqazı məcbur edir ki, yeni oriyentasiya
axtarsın. О bildirdi ki, Rusiyadan ayrılmaq indi artıq zərurətdir. Bolşevizm
Rusiyada ideya baxımından öz simasını itirmiş və mürtəce hərəkata çevrilmiş,
nəinki indi Rusiyada, eləcə də bütün dünyada sosializm işini təhlükə altına
atmışdır. Oniaşvili öz məruzəsində əsaslandırdı ki, Cənubi Qafqaz müstəqil
federativ respublikasının elan edilməsi hazırda siyasi zərurətə çevrilmişdir.
188
Məruzə ətrafında birinci olaraq M.Ə.Rəsulzadə söz aldı. O, çox parlaq bir nitq
söylədi. Bu, təsadüfi deyildi, çünki Cənubi Qafqazın müstəqilliyi Müsavat partiyası
və Seymin müsəlman fraksiyasının tələbi ilə elan edilirdi. O, öz çıxışında deyirdi
ki, Cənubi Qafqaz böyük rus inqilabının nailiyyətləri əvəzinə, bizə yalnız irtica vəd
edən Rusiyaya qurban verilməməlidir. Cənubi Qafqaz müstəqil olmalıdır. Bu
müstəqillik zərurətə çevrilməlidir. Əgər biz istəyiriksə, Cənubi Qafqazın yeni
doğulan övladı həyat qabiliyyətli olsun, ilk növbədə biz onun müstəqilliyini
qorxunun hökmü ilə deyil, vicdanın hökmü ilə qəbul etməliyik, bu halda
müstəqillik Cənubi Qafqaz xalqlarını daha sıx şəkildə bir-birinə bağlayacaqdır.
M.Ə.Rəsulzadə qeyd edirdi ki, Cənubi Qafqaz xalqları despotizmin zülmü altında
inləyiblər və bu despotizmə qarşı ümumi arzu və ümumi ideallarla birgə mübarizə
aparıblar. Bu arzu və ideallar özünü onda ifadə edib ki, despotik Rusiyanın yerində
demokratik Rusiya qurulsun, milliyyət, dini etiqad fərqi qoymadan bütün xalqların
azad Rusiyası qurulsun və bu xalqlar ögey ananın ауrı-seçkiliyinə məruz qalmadan
özlərini bərabər hiss etsinlər.
189
Seymin iclasında müstəqilliyin elan edilməsi ilə bağlı Georqadze, Tumanov,
Kaçaznuni və digərləri də çıxış etdi. Məlum oldu ki, bütün Seym fraksiyaları
müstəqilliyin elan edilməsinə tərəfdardır. Uzun tərəddüdlərdən sonra 1918-ci ilin
aprel ayının 22-də gecədən xeyli keçmiş Seym böyük səs çoxluğu ilə Cənubi
Qafqazı Müstəqil Demokratik Federativ Respublika elan etdi.
190
Qərar qəbul edildi
ki, yeni yaranmış dövlətin konstitusiyasını hazırlamaq üçün komissiya təsis edilsin.
Müstəqilliyin elan edilməsi Azərbaycan fraksiyasının, ilk növbədə isə Müsavat
partiyasının mühüm qələbəsi idi.
191
T.Svyatoçovski yazır ki, "gürcülər müstəqillik
ideyasında azərbaycanlılarla həmrəy olduqda, ermənilər də eyni cür hərəkət etmək
məcburiyyətində qaldılar".
192
Cənubi Qafqazın müstəqil respublika elan edilməsi
onun beynəlxalq münasibətlərin subyekti olması yolunda mühüm addım idi.
Cənubi Qafqazın müstəqilliyinin elan edilməsi siyasi, hərbi və diplomatik
baxımdan Rusiyadan ayrılma prosesini başa çatdırdı və Azərbaycanın, eləcə də
digər Zaqafqaziya millətlərinin müstəqilliyinin elan olunması ərəfəsində
188
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.203
189
Yenə orada, s.204-205
190
T.Swietochowski. Russia and Azerbaijan. Borderland Transition. Columbia University Press, New
York, 1995, p.66
191
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.107
192
T.Swietochowski. Russian Azerbaijan, p.125
59
əhəmiyyətli hadisə oldu. Lakin elə bu zaman, aprelin 25-də bolşeviklərin Bakıda
hakimiyyəti ələ keçirməsi nəticəsində Azərbaycan ərazisinin mühüm hissəsi
Cənubi Qafqaz federasiyasının nəzarətindən kənarda qalmışdı.
193
Seymin 22 aprel tarixli iclasında Trabzon danışıqları barədə A.Çxenkelinin
məruzəsi dinlənildi və hökumətə tapşırıldı ki, sülh müqaviləsi bağlamaq üçün sülh
danışıqlarını davam etdirsin. Seymin iclasında eser İ.Lordkipanidze müstəqilliyə
beynəlxalq təminat almaq məqsədilə danışıqların tək Türkiyə ilə deyil, eyni
zamanda onun müttəfiqləri ilə də aparılmasını təklif etdi. İclasın səhəri gün, aprel
ayının 23-də A.Çxenkeli Vehib paşaya məlumat verdi ki, öz müstəqilliyini elan
etmiş Cənubi Qafqaz respublikası Türkiyənin bütün tələblərini qəbul edir və Brest
müqaviləsi əsasında danışıqları davam etdirməyə hazırdır. O, xahiş etdi ki,
danışıqlar Batumda davam etdirilsin. A.Çxenkeli təcili surətdə Batum və Qars
cəbhələrində atəşin dayandırılması, şəhərlərin boşaldılması haqqında sərəncam
verdi.
Aprel ayının 26-da Seym müstəqil Cənubi Qafqaz hökumətinin tərkibini
təsdiq etdi və hökumət bəyanatını dinlədi. Yeni hökumətin təşkili Cənubi Qafqazın
idarəçiliyində azərbaycanlıların rolunun yüksəkliyini nümayiş etdirirdi.
A.Çxenkelinin təşkil etdiyi hökumət kabinəsində (o, həm də xarici işlər naziri idi)
F.X.Xoyski ədliyyə naziri, N.Usubbəyov xalq maarifi naziri, X.Məlik-Aslanov
yollar naziri, M.Hacınski ticarət və sənaye naziri, İ.Heydərov dövlət nəzarətçisi
vəzifələrini tutdular.
194
Seymin sədri Çxeidzenin tapşırığı üzrə hökumətin tərkibi
A.Çxenkeli tərəfindən təqdim edilmişdi. Cənubi Qafqazın idarəçiliyində
azərbaycanlıların rolunun artması bir sıra əsas məsələlərə münasibətdə A.Çxenkeli
ilə Azərbaycan fraksiyasının eyni mövqedən çıxış etməsi və azərbaycanlı siyasi
xadimlərin Cənubi Qafqazın müstəqilliyinin elan olunmasında mühüm rol
oynamaları ilə bağlı idi. Hətta gürcü menşevikləri mərkəzi komitəsinin orqanı olan
"Mübarizə" qəzeti yeni hökumət kabinəsi ilə bağlı yazırdı: "E.Geqeçkori
kabinetinin getməsi və yeni kabinəyə A.Çxenkelinin rəhbərlik etməsi Müsavat
partiyasının böyük qələbəsidir".
195
Öz kabinetini təqdim etdikdən sonra A.Çxenkeli
xüsusi bəyanatda çıxış edib, hökumətin əsas vəzifələri üzərində dayandı. Bunlar
Konstitusiyanın hazırlanmasından, respublikanın sərhədlərinin müəyyən
edilməsindən, müharibəyə son qoymaqdan, anarxiya və əksinqilaba qarşı
mübarizədən və torpaq islahatı keçirməkdən ibarət idi.
196
Azərbaycan fraksiyasının
sədri M.Ə.Rəsulzadə daha iki mühüm məsələni baş nazirin proqramına əlavə
etməyi zəruri sayırdı. O, yeni hökumətə xatırlatdı ki, Bakını özünü Zaqafqaziyanın
fövqəladə komissarı adlandıran yadelli casusların hakimiyyətindən azad etmək,
habelə Cənubi Qafqaz federasiyasına daxil olmaq arzusunda olan Dağıstanla əlaqə
193
T.Swietochowski. Russia and Azerbaijan, p.68
194
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.229
195
Борьба, 1918, 27 апреля
196
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.230-231
60
məsələlərini də diqqət mərkəzində saxlamaq lazımdır.
197
Aprel ayının 28-də yeni
yaradılmış Cənubi Qafqaz Müstəqil Demokratik Federativ Respublikası Osmanlı
imperiyası tərəfindən tanındı.
Hələ sülh danışıqları başlanmazdan əvvəl A.Çxenkelinin Qarsı təhvil
vermək haqqında sərəncamı silahlı erməni hərbi birləşmələrini bərk əsəbiləşdirdi.
Hətta bu haqda Seymdə məlumat verildikdə az qalmışdı yeni yaranmış kabinet öz
ilk böhranı ilə qarşılaşsın. Qarsın türklərə qaytarılması haqqında məlumat elan
edildikdə, erməni fraksiyası zaldan çıxmağa başladı və öz nümayəndələrinə də
tapşırıq verdi ki, hökumətdən çıxsınlar. Bu böhrandan hökuməti A.Çxenkeliyə о
qədər də rəğbəti olmayan N.Jordaniya xilas etdi. O, ermənilərə bildirdi ki, "siz bu
hərəkətinizlə Zaqafqaziya federasiyasını dağıdırsınız".
198
Bundan sonra ermənilər
öz yerlərinə qayıtdılar, əlbəttə ki, tək qalmaq vahiməsi də burada müəyyən rol
oynadı. Qarsın müdafiəsinə rəhbərlik edən general Nazarbeqov daşnak lideri
Kaçaznuniyə bildirdi ki, onsuz da silahlı qüvvə çatışmadığından Qarsı müdafiə
etmək mümkün deyildi. Bundan az əvvəl isə ermənilər Ərzurumdan geri çəkilməyə
başlamışdılar. Türkiyənin şərq vilayətlərində qanlı hadisələr törədən quldur
dəstələrə rəhbərlik edən Andronik rüsvayçı məğlubiyyətinə görə erməni liderlərini
lənətləməklə yanaşı, erməni əsgərlərinin də cəbhəyə getmək istəmədiklərini etiraf
etmişdi.
199
Lakin Qarsın "müdafiəçiləri" və oradan çıxan silahlı ermənilər intiqam
hissini yolboyu yerli türk əhalisinə qarşı zorakılıq və terror hesabına soyutmağa
başladılar. Qars hadisələri, orada erməni silahlı dəstələrinin törətdiyi vəhşiliklər
barədə Seym üzvü Əli xan Qantəmirov müsəlman fraksiyasının iclasında geniş
məlumat verdi. Qarsdan sonra zorakılıq dalğası İrəvan quberniyasına keçdi.
200
Qısa
müddətdə Qars vilayətində 82, İrəvan quberniyasında 211 müsəlman kəndi
yandırıldı, əhalisinin bir hissəsi qırıldı, qalan hissəsi isə didərgin düşdü.
201
İrəvan
quberniyasından olan qaçqınların sayı 80 min nəfəri keçirdi.
202
Qars vilayətində
ermənilərin törətdikləri vəhşilikləri ermənilərlə bərabər, Qarsı tərk etmiş yunanlar
belə təsvir edirdilər: "Türk ordusu qarşısında geri çəkilən silahlı erməni qaçqınları
ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək, hər bir şeyi atəş və qılıncdan
keçirir, təsəvvürə gəlməz bir vəhşət və fəlakət törədirdilər. "Qalib" erməni ordusu
"hərbi qənimətlərini", yəni, süngü ucuna keçirilmiş südəmər uşaqları nümayiş
etdirmək üçün keçəcəkləri uzun yollar boyunca çılpaq soyundurulmuş müsəlman
qadınlarını düzürdülər. Bu cəhənnəm əzabından ağlını itirmiş qadın və uşaqların
197
Yenə orada, s.233-234
198
O. Минасян. Внешняя политика Закавказской контрреволюции в первой половине 1918 года,
с.76
199
Enver Konukçu. Ermenilerin Yeşilyayladakı Türk soykırımı, s. 18
200
Öke Kemal. Ermeni meselesi, s.160
201
Seymin bütün müsəlman fraksiyasının iclasının protokolu. 28.04.1918.//ARDA, f.970, s.1.i.1, v.29
202
Seymin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 23.04.1918.//ARDA, f.970,
s.1,i.1,v.26
61
ürək parçalayan iniltilərini, qocaların ümidsiz nalələrini dinləmək üçün adamın
qəlbi daşdan olmalıdır. Səksən iki kənddən ibarət bir sancaq bu təsəvvürə gəlməz
fəlakətə düçar edilmişdi".
203
Sənəddə göstərilir ki, general Areşivin və kapitan
Mosesyanın dəstələrinin vəhşilikləri nəticəsində Qars vilayəti 1915-ci ilin
əvvəllərindəki faciəni xatırladırdı. İndi bütün Qars vilayəti nəhəng bir qəbristanlığa
bənzəyirdi ki, onun hər bir daşı əbədi olaraq insanlıq simasını itirmiş, erməni
quldurlarının yırtıcılığı, vəhşiliyi, əxlaqsızlığı və həyasızlığı barədə şahidlik edə
bilərdi.
Qars vilayətində və İrəvan quberniyasında törədilən vəhşiliklər Seymin
müsəlman fraksiyasında aprel ayında iki dəfə müzakirə edildi. Müzakirələrdə qeyd
edildi ki, Ermənistan muxtariyyəti yaratmaq üçün erməni ordusu İrəvan
quberniyasını düşünülmüş şəkildə müsəlmanlardan təmizləyir. Qərara alındı ki,
yeni təşkil edilmiş Çxenkeli hökuməti ilə İrəvan quberniyasının müsəlman
əhalisinin həyatı üçün yaranmış təhlükə ilə bağlı danışıqlar aparılsın və Seymə
aşağıdakı tələblər verilsin:
daxili işlər nazirinə tapşırılsın ki, müsəlmanlara kömək etmək üçün xüsusi
komissiya göndərilsin:
bütün müsəlman qaçqınları öz yerlərinə qaytarılsın;
Ərzaq Nazirliyinə tapşırılsın ki, təcili yardım göstərilsin;
azğınlıq edən erməni hərbi hissəsi buraxılsın;
müsəlman qaçqınlarının sayı və vəziyyəti öyrənilsin, onlara əlavə yardım
göstərilsin.
Azərbaycan fraksiyasının gərgin səyi nəticəsində Cənubi Qafqaz hökuməti
bu məsələni öyrənmək üçün komissiya yaratdı və ilk addım kimi qaçqınların ən
zəruri ehtiyaclarını ödəmək üçün bir milyon manat vəsait ayırdı.
204
Türkiyə hökuməti yeni sülh danışıqlarının Batumda keçirilməsinə razılıq
verdi və bu danışıqların xüsusi əhəmiyyətini nəzərə alaraq, Batuma daha nüfuzlu
sülh nümayəndəliyi göndərdi. Xəlil Menteşənin rəhbərliyi ilə Batuma yollanan
nümayəndəliyi Qafqaz cəbhəsinin komandanı Vehib Mehmed paşa müşayiət
edirdi. Sülh konfransının açılışında iştirak etmək üçün dənizçilik naziri Camal paşa
da Batuma gəlmişdi.
Sülh konfransında iştirak edəcək Cənubi Qafqaz nümayəndəliyinə 45 nəfər
daxil idi.
205
Nümayəndəliyin belə çox olması Cənubi Qafqazdakı siyasi vəziyyətin
mürəkkəbliyinə dəlalət edirdi. Hər bir Seym fraksiyası və bu fraksiyalara daxil olan
hər bir siyasi partiya nümayəndəlikdə təmsil olunmaq arzusunda idi. Bu arzu
Batumu görmək, yaxud konfransda iştirak etmək istəklərindən daha çox, fraksiya
və partiyaların bir-birinə inamsızlığından irəli gəlirdi. Lakin heyətin böyük
203
Seymin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. 28.04.1918.//ARDA, f.970,
s.1,i.1,v.28-29
204
Seymin müsəlman fraksiyasının iclasının protokolu. 23.04.1918.//ARDA, f.970, s.1, i.1, v.27
205
N.Kurat. Türkiye ve Rusiya, s.464
62
olmasına baxmayaraq, nümayəndəlik altı həlledici üzvdən ibarət idi. Ora
Azərbaycandan M.Ə.Rəsulzadə və M.H.Hacınski, Gürcüstandan A.Çxenkeli və
H.Nikoladze, Ermənistandan R.Kaçaznuni və A.Xatisyan daxil edilmişdi.
206
Batum konfransının Trabzon konfransından fərqi onun daha mötəbər
olmasında idi. Batumda Almaniya və Türkiyənin arzusuna uyğun Şimali Qafqaz
dağlılarının nümayəndələri də iştirak edirdi. Alman nümayəndəliyinə İmperiya ali
komandanlığının Türkiyə hökuməti yanında nümayəndəsi general fon Lossov
rəhbərlik edirdi. Hələ Batum konfransı ərəfəsində gürcülərlə almanlar arasında
yaxınlaşma meyli güclənmişdi. Gürcülər gizli şəkildə Berlinə nümayəndə heyəti
göndərib Almaniya himayəsinə daxil olmaq istədiklərini bildirmişdilər.
207
Bu təklif
Almaniyanın Cənubi Qafqaza nüfuz etməsi üçün ideal şərait yaradırdı.
Nümayəndəliyə Almaniyanın Tiflisdəki keçmiş konsulu qraf Şulenberq, Yaxın
Şərq üzrə mütəxəssis, gənc diplomat fon Vezendonk daxil idi.
208
Alman
nümayəndələrinin Batum konfransında iştirak etməsi ona xüsusi əhəmiyyət verirdi.
Bundan əlavə Bammatov, Çermoyev, Temirxanov və Seym üzvü Qandəmirovdan
ibarət olan Şimali Qafqaz dağlılar ittifaqının nümayəndələri də Batuma
gəlmişdilər. Yeri gəlmişkən, onlar Trabzon konfransında da qeyri-rəsmi iştirak
etmişdilər və sonra Rauf bəylə birlikdə İstanbula gedib, elan etdikləri istiqlaliyyət
barədə Türkiyəyə və Mərkəz ölkələrinə məlumat vermişdilər.
209
Türkiyə və
Almaniya Dağlılar İttifaqının Batum konfransında iştirak etməsinə məmnuniyyətlə
razılıq verdilər. Sovet Rusiyası bu barədə Almaniyaya öz narazılığını bildirdisə də,
bunun əhəmiyyəti olmadı, konfransın birinci iclasında bu məsələ müzakirə edildi
və Şimali Qafqazın dağlılar ittifaqının nümayəndələri konfransa buraxıldılar.
Batum konfransı may ayının 11-də açıldı və cəmisi bir iclası oldu. Türkiyə
nümayəndəliyi adından Хəlil bəy giriş nitqi söylədi, habelə Türkiyənin tələblərini
şərh etdi. Nitqin qısa mahiyyəti ondan ibarət idi ki, əgər iki dövlət arasında Brest-
Litovsk müqaviləsindən sonra qan axıdılmışsa, həmin müqavilənin şərtləri indiki
danışıqlar üçün əsas ola bilməz. Türkiyə tərəfindən hazırlanmış on iki maddədən
və üç əlavədən ibarət olan "Osmanlı imperiyası ilə Cənubi Qafqaz konfederasion
respublikası arasında sülh və dostluq haqqında" müqavilənin layihəsi müzakirə
üçün Zaqafqaziya nümayəndələrinə təqdim edildi. Bu layihədə artıq Türkiyə hərbi
əməliyyatlar meydanında verdiyi qurbanların əvəzi olaraq yeni ərаzilər tələb edirdi.
Yeni ərazi iddialarına Tiflis quberniyasının Axalsıx, Axalkələk rayonları, Gümrü
və Eçmiədzin qəzalarının bir hissələri, habelə Qars-Aleksandropol-Culfa dəmir
yolu daxil idi. Ümumiyyətlə, layihədə dünya müharibəsi qurtarana qədər
206
T.Swietochowski. Russian Azerbaijan, p.125
207
Hikmet Yusuf Bayur. Türk İnkilabi Tarihi. cilt III. Ankara, 1983, s.165
208
З.Авалов. Независимость Грузии в международной политике, с.38
209
С.Аркомед. Материалы по истории отпадения Закавказья от России, с.92
63
Türkiyənin ingilislərə qarşı hərbi əməliyyat aparmaları üçün Cənubi Qafqazın
dəmir yol şəbəkələrindən istifadə ediləcəyi göstərilmişdi.
210
A.Çxenkeli yeni ərazi iddialarının əleyhinə çıxış edib danışıqlar üçün Brest
müqaviləsinin əsas götürülməsi üzərində təkid etdi. Türkiyənin təklifləri
Ermənistan və Gürcüstanın mənafeyinə toxunduğu halda, Azərbaycan təqdim
olunan layihə üzrə heç nə itirmirdi. Əksinə, Bakı Sovetinə, habelə İrəvan
quberniyasında müsəlmanlara qarşı törədilən vəhşiliklərə Cənubi Qafqaz
hökumətinin biganə münasibəti Azərbaycan nümayəndələrinin Türkiyəyə olan
meylini artırırdı.
211
Cənubi Qafqazın müstəqilliyinin elan edilməsi onun daxili və xarici
siyasətində о qədər də dəyişiklik etməmişdi. Zaqafqaziyanı böhrandan çıxarmaq
üçün Seymin ümumi proqramı yox idi, fraksiyalararası ziddiyyətlər nəinki azalır,
əksinə daha da dərinləşirdi. Milli münaqişələr qarşısıalınmaz problemə çevrilirdi.
Təkcə İrəvan quberniyasında deyil, Bakı və Yelizavetpol quberniyalarında da türk
əhalisi terrora məruz qalırdı. Hələ nümayəndə heyəti Batuma yola düşməzdən
əvvəl keçirilən yığıncaqda N.Usubbəyov göstərirdi ki, biz ölkənin daxili və xarici
vəziyyətini dərindən öyrənib öz nümayəndələrimizə direktivlər verməliyik. Alınan
yeni məlumatlar Cənubi Qafqazın hər yerində dəhşətli anarxiyanın hökm
sürdüyünü göstərir. Kənd kəndin üstünə gedir, vətəndaş müharibəsinin dəhşətli
dövrü başlanır, hər gün adamlar soyulur və öldürülür. Günün günorta çağı Gəncədə
heç nədən çəkinməyən qudurmuş soyğunçular müsəlman qadınının çadrasını cırır
və qiymətli zinət şeylərini soyurlar. İndi təkcə Azərbaycan türklərini deyil, bütün
Cənubi Qafqazı bürüyən anarxiyanı öz qüvvəmizlə dəf edə bilmərik.
212
Hələ aprel
ayında Qarsı azad edəndə Vehib paşa bildirmişdi: "Mən belə hesab edirəm ki,
Bakını yadellilərdən təmizləmək və müsəlmanları xilas etmək üçün türk ordusunun
göndərilməsi zəruridir".
213
May ayının əvvəllərində vəziyyət о qədər ağırlaşdı ki,
Azərbaycanın ayrı-ауrı yerlərindən nümayəndələr Batuma gedib Türkiyədən
kömək istəmək qərarına gəlmişdilər. May ayının 13-də Yelizavetpol
quberniyasının qəzalarından gələn nümayəndələrlə Seymin müsəlman fraksiyasının
birgə iclası oldu. İclasda göstərildi ki, Seym üzvləri M.Ə.Rəsulzadə və
M.Hacınskinin Batumda bütün Azərbaycanın mənafeyini müdafiə etdiyi halda,
ayrı-ауrı şəxslərin Batuma getməsinə ehtiyac yoxdur. Yerlərdən gələn
nümayəndələrin təkidindən sonra qərara alındı ki, Türkiyə tərəfindən yardım
almağı sürətləndirmək üçün M.Y.Cəfərov, N.Usubbəyov və X.Xasməmmədov
Batuma və İstanbula ezam olunsunlar.
214
Elə bu vaxt Gürcüstanın türklər yaşayan
210
W.E.D.Allen and Paul Muratof. Caucasian Batlefilds, p.468
211
T.Sünbül. Azerbaycan Dosyası, s.83
212
Адрес Календарь Азербайджанской Республики, с. 12-13
213
Возрождение. 1918, 16 мая.
214
Seymin bütün müsəlman fraksiyasının birgə iclasının protokolu. 13.05.1918.//ARDA, f.970,
s.1,i.1,v.39-40
64
ərazilərindən və Şimali Qafqazdan olan müsəlman nümayəndələri Türkiyə ilə
birləşmək üçün Osmanlı imperatorluğuna müraciət etdilər. Batum konfransındakı
Almaniya nümayəndəsi fon Lossov yazırdı: "Batumun və Qarsın alınmasından
sonra geniş müsəlman kütlələri içərisində Türkiyənin nüfuzu gündən-günə
yüksəlirdi".
215
Bütün bunlar Batum konfransında Türkiyənin mövqeyinə müsbət
təsir göstərirdi.
Türkiyə tərəfinin təqdim etdiyi layihə öyrənildikdən sonra Cənubi Qafqaz
nümayəndələri Xəlil bəyə dörd təklif təqdim etdilər: "Müqavilə təkcə Türkiyə ilə
Cənubi Qafqaz arasında deyil, Dördlər İttifaqı ilə Cənubi Qafqaz arasında
imzalanmalıdır, hazırda müharibəyə aid bütün sazişlər xüsusi bir konvensiyanın
predmeti olmalıdır, Türkiyə ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin
yaradılması ikitərəfli xüsusi sazişlə təsdiq edilməlidir, Avstriya ilə Bolqarıstan
nümayəndələrinin iştirak etməməsi müqavilə imzalanmasına mane olmur, onlar
müqaviləyə sonrakı mərhələdə də qoşula bilərlər.
216
Bu təkliflər Almaniyanı Sülh
konfransına daha yaxından cəlb etmək üçün diplomatik bir manevr idi və birinci
təkliflə dördüncü təklif arasında ziddiyyət var idi. Xəlil bəy Çxenkelidən alınmış
təkliflərə etiraz edib bildirdi ki, türklər Cənubi Qafqaz nümayəndələrinin
təkliflərində yer alan hansı dövlətin müqaviləni imzalayıb-imzalamayacağına aid
mülahizələrini qəbul etmir, bu, müttəfiqlərin öz daxili işidir.
217
May ayının 14-də Bakı istiqamətində, Xəzərin cənubuna doğru hərəkət edən
ingilis qoşunlarının qarşısını almaq üçün türk qoşunlarının Cənubi Qafqaz
ərazisinə buraxılması haqqında Xəlil bəy Zaqafqaziya nümayəndələrinə nota
təqdim etdi. Orada qeyd olunurdu ki, bütün cəbhə komandirlərinə Cənubi Qafqaz
ərazisində hərəkət edən zaman orduya qarşı silah işlədilməzsə, yerli əhaliyə
toxunulmayacağı barədə göstəriş verilmişdir.
218
Öz növbəsində Azərbaycan
nümayəndələri Bakı Xalq Komissarları Sovetinin Gəncə istiqamətində hərəkət
etməsinin qarşısını almaq üçün türk qoşunlarının Zaqafqaziya ərazisinə daxil
olmasına razılıq verilməsini tələb etdilər. Cənubi Qafqazdakı vəziyyətin gərginliyi
tərəflərin mənafeyinə müxtəlif cür təsir göstərdiyi üçün Batumdakı nümayəndələr
arasında fikir ayrılığını gücləndirdi. Almaniyanın Azərbaycan ərаzisindən Mərkəzi
Asiya, Əfqanıstan və Hindistana müdaxilə edərək orada düşmən dövlətlərin
mövqelərinə zərbə endirmək niyyətləri türklərə bəlli idi.
219
Türkiyənin Şərqi Qafqaza olan meyli təkcə ingilislərə qarşı olmayıb, eyni
zamanda Almaniyanın planlarına qarşı idi. Batumda olan alman nümayəndəsi fon
Lossov hələlik danışıqların gedişini sakit izləyirdisə və bəzən tərəflər arasında
215
T.Swietochowski. Russian Azerbaijan, p.126
216
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.286-289
217
Yenə orada, s.272-273
218
Yenə orada, s.269-270
219
R.Hətəmov. Almaniya-Osmanlı münasibətlərində Azərbaycan amili (1917-1918-ci illər). Namizədlik
dissertasiyasının avtoreferatı. Bakı, 2005, s.18
65
vasitəçiliyə саn atırdısa, Fələstindəki məğlubiyyətdən sonra Tiflisə gəlmiş
polkovnik Kress fon Kressenşteyn türklərə münasibətdə dostluqdan və
müttəfiqlikdən xeyli uzaq idi. O, Gürcüstan hakimiyyət dairələrində türklərin
Bakıya dair planlarını pozmaq üçün vasitə axtarırdı. Gürcülər isə bu vasitəçiliyə
Gürcüstanın yeganə xilası kimi baxırdılar.
220
Göründüyü kimi, Qafqaza
münasibətdə dünənki müttəfiqlər bugünkü rəqiblərə çevrilmişdilər. Yeganə
çatışmayan cəhət ondan ibarət idi ki, Ukraynanı və Qara dənizin Şimal sahillərini
öz nüfuz dairələrinə daxil edən almanların Cənubi Qafqazda hərbi qüvvəsi yox idi.
Fon Kressenşteyn bu fikirdə idi ki, gürcü hərbi hissələri Almaniya bayrağı altında
fəaliyyət göstərərsə, bu türkləri çətin vəziyyətdə qoyar. Bunun üçün fon
Kressenşteyn diplomatik missiyanın sıravi üzvlərindən, hərbi əsirlərdən tutmuş
milliyyətcə alman olan Yelenendorf sakinlərinə qədər səfərbər etməyə hazır idi.
221
Osmanlı dövlətinin müttəfiqi olan Almaniya bütün vasitələrlə Ənvər paşanın Şərq
siyasətini pozmaq istəyirdi. Ermənilər də Almaniya qəyyumluğuna can atırdılar.
222
Lakin ermənilərin müdafiə edilməsində almanlar maraqlı deyildilər. Onlar türkləri
Ermənistan və Cənubi Azərbaycan ərazisindən keçib, ingilislərin Bakıya yolunu
bağlamağa istiqamətləndirirdilər. Çünki almanlar üçün Bakı nefti artıq böyük
zərurətə çevrilmişdi və onlar gözəl bilirdilər ki, şəhər türklərin əlinə keçsə,
almanlar neft almayacaqlar.
223
General E.Lyüdendorf 1914-1918-ci illər
müharibəsi haqqında xatirələrində yazırdı: "Biz yalnız öz qüvvəmiz hesabına
Bakıdan neft ala bilərdik".
224
Batum danışıqlarındakı ziddiyyətlər Azərbaycan nümayəndələrinin
Türkiyəyə, gürcü və erməni nümayəndələrinin Almaniyaya meylini sürətləndirdi.
Ona görə may ayının ortalarından başlayaraq azərbaycanlı nümayəndələr Türkiyə
ilə, erməni və gürcülər isə Almaniya ilə gizli əlaqələr yaratmağa başlamışdılar.
Erməni və gürcülər müharibənin son mərhələsində Almaniya ilə Türkiyə
arasındakı ziddiyyətlərdən xəbərdar idilər. Almanları cərəyan edən hadisələrə daha
yaxından cəlb etmək üçün türk ordusunun hərəkəti ilə bağlı A.Çxenkeli may ayının
15-dəki etiraz notasını təkcə Türkiyəyə deyil, eyni zamanda onun digər üç
müttəfiqinə də göndərdi.
225
Əvvəllər danışıqlarda yalnız müşahidəçi kimi iştirak edən fon Lossov və
digər alman nümayəndələri may ayının ortalarından başlayaraq xeyli fəallaşdılar.
Onların bir sıra təklifləri erməni və gürcü nümayəndələri tərəfindən rəğbətlə
qarşılandı. Almanlar Batum danışıqlarında türklərin yalnız Cənubi Qafqaz dəmir
220
W.E.D.Allen and Paul Muratof. Caucasian Batlefilds, p.470
221
Yenə orada, s.470
222
Tevfik Biyiklioğlu, Mondros Mütarikesinin Evliye-i selase ile ilgili Yeni vesikalar. //Bulleten, 1957,
Ekim, cilt XXI, s.571
223
Kemal Öke. Ermeni meselesi, s. 162
224
Э.Людендорф. Мои воспоминания о войне 1914-1918 гг. Т.П., М., 1924, с.219
225
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.278
66
yolundan ordu daşınması üçün olan tələbini müdafiə edir və göstərirdilər ki, dəmir
yolunun idarəsi türklərə deyil, alman, türk, Zaqafqaziya qarışıq komissiyasına
verilməlidir. İkincisi, almanlar təklif edirdilər ki, Batumda Brest sülhü əsasında
ilkin saziş imzalansın, qalan müqavilələr isə İstanbulda Dördlər İttifaqının
nümayəndələrinin iştirakı ilə imzalansın.
226
Türklər bu təkliflərin heç birini qəbul
etmədilər, almanlar Türkiyə ilə münasibətləri kəskinləşdirməmək naminə təkid
etmədilər və danışıqların sonrakı gedişi üçün öz vasitəçiliyini təklif etdilər.
Vasitəçilik məsələsi ilə bağlı fon Lossovun məktubunun müzakirəsi Cənubi Qafqaz
nümayəndələri arasında fikir ayrılığının olduğunu əks etdirirdi. Azərbaycan
nümayəndələri bunun yalnız Türkiyə ilə Almaniya arasında razılıqdan sonra
mümkün olacağını qeyd edib, əslində Almaniya vasitəçiliyi məsələsinin əleyhinə
çıxdılar. Müzakirələrin gedişində aydın oldu ki, vasitəçilik məsələsi almanlarla
gürcülər arasında qabaqcadan razılaşdırılmışdır. Seym üzvü Bernşteyn gürcülərin
təşəbbüsü ilə fon Lossovu Cənubi Qafqazdakı vəziyyətlə tanış etməli idi və bu
məqsədlə regionun etnoqrafik xəritəsi də fon Lossova təqdim edilmişdi.
227
Azərbaycan
nümayəndələrinin
etirazına
baxmayaraq,
Cənubi
Qafqaz
nümayəndəliyi Almaniya vasitəçiliyindən istifadə etmək qərarına gəldi. Lakin
Azərbaycan nümayəndələrindən bu qərar barədə məlumat almış Xəlil bəу alman
vasitəçiliyinə qəti surətdə etiraz etdi. Hətta almanlar bu etirazın alman-türk
münasibətlərinin kəsiləcəyinə səbəb olacağını bildirdilərsə də, bunun elə bir
əhəmiyyəti olmadı. Çünki türklər yaxşı bilirdilər ki, Almaniyanın vəziyyəti elə
deyildir ki, о Türkiyə ilə əlaqələrini kəssin. Ona görə də daha əlverişli məqam
yetişəcəyinə ümid edən fon Lossov "vasitəçilik" məsələsində Türkiyənin
müqaviməti qarşısında geri çəkildi. M.Mehdiyev Batum danışıqlarında
azərbaycanlıların mövqeyini səciyyələndirərək yazır: "Almaniya Azərbaycan
neftinə və Türkistan pambığına laqeyd deyildi və bu istismar regionlarına
yaxınlaşmaq üçün hər cür vasitə axtarırdı. Qafqazın müsəlman millətləri
almanlardan çox türklərə rəğbət bəsləyirdi, onlar Almaniyanın müstəmləkəçi
olmasından qorxurdular. Buna görə də Batumdakı müsəlman nümayəndələri
almanlara qarşı soyuq münasibət bəsləyir, türklərə isə böyük inam və ümidlə
baxırdılar".
228
Almaniyanın Batum konfransına Rusiyanı cəlb etmək planları da müsbət
nəticə vermədi. Ümumiyyətlə, Almaniya Bakı neftinə dinc vasitələrlə nail olmaq
üçün Rusiya hökuməti ilə də gizli danışıqlar aparırdı. May ayının ikinci yarısında
Moskvada olan Almaniya səfiri qraf Mirbax Sovet Rusiyasının Batum konfransına
cəlb edilməsinə cəhd etdi. Eyni zamanda o, Rusiyaya bildirdi ki, bu heç də Cənubi
226
О.Минасян. Внешняя политика Закавказской контрреволюции в первой половине 1918 года,
с.78
227
Hikmet Yusuf Bayur. Türk İnkilabı Tarihi, cilt III, s.198
228
Mir-Yacoub. Le probleme du Caucase. Paris, 1933, p.110
67
Qafqaz hökumətinin tanınması demək deyildir.
229
Cavabında Sovet Rusiyası
ikibaşlı formada bildirdi ki, о Batum danışıqlarına cəlb olunmağı zəruri hesab edir,
eyni zamanda Cənubi Qafqaz hökumətinə qarşı xalq hərəkatının yüksələcəyini
düşünür və Rusiya tərəfindən qəbul edilməyən bu hökumətin imzalayacağı
sənədlərin Sovet hökuməti tərəfindən tanınmayacağı fikrindədir.
230
Rusiya
tərəfindən Zaqafqaziya hökumətinin mövcudluğunun inkar edilməsi Cənubi
Qafqaz nümayəndələrinin Rusiyanın dəvət olunmasına qarşı müqavimətini
gücləndirdi. Son nəticədə Almaniyanın Cənubi Qafqaz nümayəndələri ilə Rusiya
arasında görüşü Kiyevdə keçirmək barədə təklifinə ilkin razılıq əldə edildisə də, bu
görüş baş tutmadı.
231
Sovet Rusiyasının belə mövqeyi Bakıda bolşeviklərin
hakimiyyəti ələ keçirmələri ilə bağlı idi. Çünki aprelin 25-də S.Şaumyan başda
olmaqla Bakı Xalq Komissarları Sovetinin yaradılması ilə bolşeviklərin mart
ayından başlayaraq hakimiyyəti zor gücünə ələ keçirmək uğrunda mübarizəsi
uğurla başa çatmışdı.
Cənubi Qafqaz Seymində Bakı Xalq Komissarları Sovetinə münasibət
məsələsi müzakirə edildikdə, Seymin müsəlman fraksiyası elan etdi ki, əgər
hökuməti bolşeviklərin Bakıdan çıxarılması haqqında tədbir görməsə, onlar Seymi
tərk edəcəklər. Məcburiyyət qarşısında qalan Seym Bakı üzərinə azərbaycanlı və
gürcülərdən ibarət zəif bir hərbi dəstə göndərdisə də, bu uğursuzluqla nəticələndi.
Aprel ayının sonuna qədər Bakı Soveti öz hakimiyyətini Bakı quberniyasına
yaymaq məqsədilə qəzalarda müsəlman əhalisinə qarşı soyqırım siyasətini davam
etdirdi. Cənubi Qafqaz Seymi bu təcavüzün qarşısını ala bilmədi. Çünki Seymin
əlində müntəzəm hərbi qüvvə yox idi. "Azərbaycanlılar üçün tək çıxış yolu
Osmanlı Ordusundan yardım istəmək idi".
232
Bakıda cərəyan edən hadisələrlə tanış
olduqdan sonra Almaniyanın İstanbuldakı səfiri Bernsdorf göstərirdi ki, Bakıda baş
verənlər "daha çox erməni hərəkatıdır, nəinki bolşevik siyasəti".
233
Seymin Bakı XKS-nə münasibətlə bağlı qərarına erməni fraksiyası səs
verməyib, "bitərəf" olduqlarını elan etdilər. Şübhəsiz ki, bu qərar daşnakların
inqilaba rəğbətindən deyil, Bakıda S.Şaumyanın rəhbərlik etdiyi və həlledici
mövqeləri ermənilər tərəfindən tutulan mövcud Xalq Komissarları Sovetinin
onların maraqlarına uyğun olduğundan irəli gəlirdi. Lakin Cənubi Qafqaz
Seyminin gücsüzlüyü ucbatından Türkiyəyə müraciət etmək meylinin artdığını hiss
edən daşnak liderləri Bakı Sovetinə olan "bitərəf" münasibətini bəzi şərtlər
daxilində dəyişməyə hazır olduğunu müsəlman nümayəndələrinə təklif etdilər.
Siyasi alver xarakteri daşıyan bu şərtlər Bakıda gələcək hökumətin təşkilində
229
Документы и материалы по внешней политике Закавказья и Грузии, с.291
230
A.Nimet Kurat. Türkiye ve Rusiya, s.476
231
Mir-Yacoub. Le probleme du Caucase. Paris, 1933, p.110
232
H.Baykara. Azerbaycan İstiklal Mücadilesi Tarihi. İstanbul, 1975, s.256
233
Azərbaycanın İstanbuldakı nümayəndəliyinin sədri M.Ə.Rəsulzadənin xarici işlər naziri
M.H.Hacınskiyə məktubu. 19.07.1918.//ARDA, f.894, s.10, i.31, v.2
68
onların iştirakının təmin edilməsi, habelə erməni hərbi hissələrinin Bakıda
saxlanmasından ibarət idi. Bu iki şərt daxilində Seymin erməni fraksiyası "Bakı
hadisələrini (bolşeviklərin hakimiyyətini - C.H.) ləğv etməyi öhdələrinə"
234
götürdülər. Lakin müsəlman fraksiyası bu şərtləri qəbul etməkdən qəti surətdə
imtina etdi. May ayının 6-da Seymin müsəlman fraksiyasının birgə iclasında Seym
üzvü F.X.Xoyski fövqəladə bəyanat verərək dedi: "Daşnaksütyun partiyasının
Seym fraksiyasının məsul nümayəndələri bildirmişlər ki, Bakı hadisələrini ləğv
etməyi bu şərtlərlə öz üzərlərinə götürürlər ki, Bakıda gələcək hökumət sırf
müsəlmanlardan deyil, beynəlmiləl hökumət kimi yaradılsın və erməni hərbi
hissələri Bakıda saxlanılsın". F.X.Xoyski qeyd edirdi ki, belə həyasız təklifi o,
həmin dəqiqə taktiki mülahizələrlə rədd etməmişdi". Seym üzvü N.Usubbəyov
bildirdi ki, daşnakların bu qeyri-səmimi xidmətləri mehriban qonşuluq şəraitində
yaşamaq arzusundan deyil, daha çox türk qoşunlarının Azərbaycana
yaxınlaşmasından irəli gəlir. Seym üzvü X.Xasməmmədov Bakıda hakimiyyətin
bölüşdürülməsinin yolverilməz olduğunu söyləyib qeyd edirdi ki, Bakıda və
ümumilikdə Şərqi Zaqafqaziyada bütün hakimiyyət müsəlmanlara məxsus
olmalıdır, biz Bakını müvəqqəti olaraq itirmişiksə də, lakin onu bütövlükdə və
əbədi olaraq qaytarmaq üçün hər şey etməliyik, ikinci bir yol yoxdur, ya hamısını,
ya da heç nə. İclasda iki bənddən ibarət qərar qəbul edildi: "Bakıda hakimiyyət
müsəlmanlara verilməlidir. 2. Müsəlman hərbi hissələri həmin hökuməti müdafiə
etmək üçün Bakıya daxil olmalı, erməni hərbi hissələri isə tərksilah edilib oradan
çıxarılmalıdır".
235
Lakin məlum səbəblərə görə Seymin tərkibində olan Azərbaycan
bu vəzifələri yerinə yetirməkdə ciddi çətinliklərlə qarşılaşmışdı. Bakı Sovetinin
simasında Sovet Rusiyasının bütün Azərbaycanı işğal etmək niyyətinin qarşısını
yalnız xarici qüvvə ilə almaq olardı. Seymin müsəlman fraksiyasının may ayının
axırlarında keçirilən iclasında ölkədə vəziyyət haqqındakı çıxışında N.Usubbəyov
dedi: "Yalnız Azərbaycanı deyil, bütün Cənubi Qafqazı bürüyən dəhşətli
anarxiyanı biz öz qüvvəmizlə aradan qaldıra bilmərik. Şərq tərəfdən bolşeviklərin
bizim əsrlik düşmənimizlə birləşərək hücum etməsi vəziyyəti daha da
ağırlaşdıraraq türk millətinə çox böyük müsibət və fəlakət gətirir. Vəziyyət belə
ikən, bizə xarici bir qüvvənin müdaxiləsini istəməkdən başqa çarə qalmayır.
İstiqlalımızın qızğın tərəfdarı olmaqla bərabər, mən bu məsələ haqqında birinci
olaraq məsləhətləşmək məcburiyyətindəyəm. Fəlakətin gözünün içinə düz baxaraq
biz şükür etməliyik ki, xoş bir təsadüf olaraq müdaxilə edəcək xarici qüvvə bizimlə
dost və qardaş olan Türkiyədir. Bəlkə bu bizim qonşularımızın çox xoşuna
gəlməyəcəkdir. Lakin başqa çarəmiz də yoxdur. Müdhiş anarxiya qarşısında, onlar
da bizim kimi gücsüzdürlər... Kimin xatirinə isə xəstə yatağında yata bilmərik.
Bizim heyətin Batuma gedərək, Şərqi Zaqafqaziya türkləri adından Osmanlı
234
Seymin bütün müsəlman fraksiyalarının və Cənubi Qafqaz mərkəzi müsəlman şurası üzvlərinin birgə
iclasının protokolu. 06.05.1918.//ARDA, f.970, s.1, i.1, v.37
235
ARDA, f.970,s.1,i-1,v.37
69
dövlətindən yardım istəməsinin zamanı gəlmişdir... Bununla birlikdə Azərbaycanın
istiqlal üsul-idarəsini də heç bir vaxt unutmamalıyıq".
236
Bakı Sovetinin müsəlman
əhalisinə qarşı törətdiyi zorakılıqlar "vətəndaş müharibəsi" adı altında milli qırğın
siyasəti sinfi əlamətlərə görə deyil, milli əlamətlərə görə adamların öldürülməsi
müsəlman əhalisi içərisində sovet ideyasına əvvəllər də olmayan inamı birdəfəlik
qırmışdı.
Azərbaycanda baş vermiş mart-aprel hadisələrinin xəbəri Türkiyəyə də
gəlib çatmışdı. Türkiyənin Batum konfransındakı nümayəndə heyətinin başçısı
Хəlil bəyin 1918-ci ilin may ayının 26-da Zaqafqaziya heyətinin başçısına təqdim
etdiyi memorandumda deyilirdi: "...Zati-alilərinə məlum olduğu üzrə Qafqazın
vəziyyəti çox kritik və qarışıqdır və çözümlənməyə möhtacdır. Bakı və ətrafında
yüz minlərcə türk və müsəlmanlar özlərinə inqilabçı deyən vicdansız haydukların
qanlı pəncəsində inləyir. Bu zavallıları təhdid edən düzəlməsi imkansız fəlakət
gündən-günə artmaqdadır. Saysız mütəşəkkil quldur dəstələrinin təcavüzünə məruz
qalan Qafqazın başqa bölgələrindəki türk və müsəlman xalqın vəziyyəti də heç cür
ümidverici deyildir. Rəis həzrətləri, qəbul edərsiniz ki, bu adı daşımağa layiq olan
heç bir hökumət, qonşu olduğu bir ərazidə belə cinayətlərin cəzasız olaraq
qalmasına dözə bilməz və yenə qəbul edərsiniz ki, Qafqazı məhv edən bu anarxiya
münasibətilə Dövlət-Aliyeyi-Osmaniyyənin vəziyyəti çox nazikdir. Çünki bu
anarxiya Dövlət-Aliyeyi-Osmaniyyənin əhalisi ilə eyni irq və dinə mənsub bir
əhalinin asayişinə dəxi əlaqəsi vardır. Digər tərəfdən, ümumi hərbin gərəyi olaraq
Dövlət-Aliyə öz ordusunu digər cəbhələrə Qafqaz yolu ilə göndərmək
məcburiyyəti qarşısındadır. Bu da indiki müəyyən olmayan vəziyyətə son qoymağı
tələb edir".
237
May ayının ortalarından başlayaraq, təkcə Azərbaycan fraksiyası deyil,
gürcü fraksiyası da xarici qüvvə dəvət etmək qərarına gəlmişdi. Menşevik qəzeti
"Ertoba" yazırdı: "Anarxiya bizi məhv edir. Bolşeviklər gah bu, gah da digər yerdə
bizim üçün üsyanlar təşkil edirlər. Ona görə bizim xalq əgər bizə qayda-qanun
yaradarsa, xaricilərin hökmranlığı ilə tez barışacaqdır".
238
May ayının 14-də gürcü milli şurasının gizli iclası keçirildi və qərara alındı
ki, general fon Lossov vasitəsi ilə Gürcüstana qəyyumluq göstərmək üçün
Almaniya hökumətinə müraciət edilsin. Əslində Milli Şuranın bu iclası keçiriləndə
Berlinə getmiş gürcü nümayəndələri Gürcüstanı himayədarlığa götürmək barədə
Almaniyanın razılığını almışdılar.
239
Ona görə Milli Şuranın iclası formal şəkildə
bu razılığı rəsmiləşdirməli idi. Milli Şuranın qərarında göstərilirdi: 1. Alman sülh
236
M.B.Mehmetzade. Milli Azerbaycan hareketi. Milli Azerbaycan "Müsavat" Halk Fırkası tarihi.
Ankara, 1991, s.86-87
237
T.Sünbül. Azerbaycan Dosyası, s.83-84
238
Г.В.Хачапуридзе. Борьба грузинского народа за установление Советской власти. М., 1956,
с.133
239
H.Baykara. Azerbaycan İstiklal Mücadilesi Tarihi, s.257-258
70
nümayəndə heyətinin başçısı general fon Lossova məlumat verilsin ki, gürcü Milli
Şurası Gürcüstanın dövlət-siyasi və beynəlxalq məsələlərdə Almaniya tərəfindən
müdafiə edilməsi arzusundadırlar; 2. Fon Lossovdan xahiş edilsin ki, alman ordusu
Şimali Qafqazdan Türkiyə sərhədlərinə doğru yolunu davam etdirsin və Gürcüstanı
xarici təhlükədən qorumaq barədə onlarla saziş imzalansın; 3. General fon
Lossovdan xahiş edilsin ki, Almaniyadakı gürcü hərbi əsirlərinin tezliklə vətənə
qayıtmasını təşkil etsin; 4. General fon Lossovdan xahiş edilsin ki, əgər mümkünsə
alman hərbi əsirlərinin və zabitlərinin Gürcüstanda qalıb hərbi birləşmələr
formasında təşkil olunmasına göstəriş versin və gürcü hökuməti bu qüvvədən
anarxiyaya qarşı mübarizə və daxili qayda-qanunu bərqərar etmək üçün istifadə
etsin.
240
General fon Lossovla gizli danışıqlar aparmaq üçün menşeviklərin lideri
N.Jordaniya başda olmaqla komissiya yaradıldı. Göründüyü kimi, Batum konfransı
ərəfəsində gürcü nümayəndələrinin Berlinə səfəri və konfrans açıldıqdan üç gün
sonra gürcü Milli Şurası separatçılıq yoluna qədəm qoymuşdu. Bu elə bir dövr idi
ki, Gürcüstan Cənubi Qafqaz federasiyasının tərkibində idi və hələ müstəqilliyini
elan etməmişdi. General fon Lossov bildirdi ki, Almaniya bir şərtlə Gürcüstana
qəyyumluğu öz üzərinə götürür ki, о Zaqafqaziya federasiyasının tərkibindən çıxıb
özünün müstəqilliyini elan etsin. Danışıqlar zamanı Almaniya Cənubi Qafqaz
dəmir yolunun Gürcüstan hissəsindən, Gürcüstanın təbii ehtiyatlarından istifadə
etmək hüququ alırdı, əvəzində isə Gürcüstanın müstəqilliyinin Sovet Rusiyası
tərəfindən tanınacağını vəd edirdi.
241
Batum danışıqlarına gəlmiş üç nümayəndəlikdən ən çətin vəziyyətdə olanı
erməni nümayəndəliyi idi. Gürcülərin almanlarla sövdələşməsi onları həyəcana
gətirmişdi. Gürcü-alman razılaşmaları haqqında xəbər tutan R.Kaçaznuni
N.Jordaniya ilə görüşündə ona demişdi: "Deməli, Noy Nikolayeviç siz bizi
satırsınız", N.Jordaniya qısa cavabında bildirmişdi ki, "biz özümüzü xilas
edirik".
242
Artıq may ayının 22-də gürcü nümayəndəliyi müstəqillik elan etmək
haqqında qəti qərara gəldi. May ayının 24-də A.Çxenkeli Gürcüstan Milli
Şurasının prezidentinə göndərdiyi teleqramda yazırdı: "Müstəqilliyin elan
edilməsinin yubadılması gözlənilməz nəticələr verə bilər. Almanların vasitəçi
olmaq cəhdi baş tutmadı. Bir şey qalır, türk müdaxiləsinə qarşı Almaniyanın
müdafiə etdiyi müstəqil Gürcüstanı qoymaq. Gürcüstan hökumətində alman
nümayəndəsi qraf Şulenberq olacaqdır. Almaniya ilə bir sıra müvəqqəti sazişlər
imzalanmaq üçün hazırdır".
243
May ayının 25-də gizli şəkildə imzalanmış, lakin
hələ elan edilməmiş müqavilənin şərtlərinə görə Almaniya ilk addım kimi
240
О.Минасян. Внешняя политика Закавказской контрреволюции в первой половине 1918 года,
с.83
241
Hikmet Yusuf Bayur. Türk İnkilabı Tarihi, cilt III, s.204-205
242
О.Минасян. Внешняя политика Закавказской контрреволюции в первой половине 1918 года,
с.83
243
З.Авалов. Независимость Грузии в международной политике, с.59
71
Gürcüstana 5 min, daha sonra isə 12 min əsgər göndərməli idi.
244
May ayının 25-də
general fon Lossov Cənubi Qafqaz nümayəndələrinə sonuncu məktubunda açıq
surətdə bildirdi ki, onda olan məlumata görə, Cənubi Qafqaz federasiyası
parçalanmaq ərəfəsindədir. Onun vəkalətinin yalnız Zaqafqaziya federasiyası ilə
danışıqlar aparmağa aid olduğunu bildirib, yaranmış vəziyyətlə əlaqədar öz
hökumətindən təlimat almaq üçün Berlinə yola düşdüyünü bildirdi. Fon Lossovun
Batumu tərk etməsi böhranı daha da sürətləndirdi.
May ayının 25-də Batumdan Tiflisə qayıdan N. Jordaniya sülh
danışıqlarının gedişi barədə menşeviklərin konfransına məlumat verdi və
Gürcüstanın Cənubi Qafqaz federasiyasından çıxıb müstəqilliyini elan etmək
məsələsini qoydu. Gürcülər bu fikrə artıq fon Lossovla gizli danışıqlar zamanı
gəlmişdilər.
245
Federasiyanı qismən də olsa saxlamağı zəruri bilən Batumdakı Azərbaycan
nümayəndələri gürcülərə təklif etdilər ki, ermənilərsiz ikilikdə dövlət yaratsınlar.
Lakin gürcülər bildirdilər ki, onlar özlərinin ayrıca dövlətlərini yaratmaq
fikrindədirlər. Azərbaycan fraksiyası bu xəbəri eşidən gün iki dəfə, səhər və axşam
iclas keçirdi. Səhər iclasında bildirildi ki, etibarlı mənbələrdən alınan məlumata
görə, gürcü fraksiyası Batumda olan gürcü nümayəndələri ilə birlikdə Gürcüstanın
ayrılmasına və müstəqilliyini elan etməsinə dair gizli danışıqlar aparırlar. Qərara
alındı ki, Gürcüstanın ayrılması məsələsi demək olar ki, həll edildiyindən Seymin
müsəlman fraksiyası bu akta hazır olmalıdır. İclasda bütün Seym fraksiyası belə bir
qəti qərara gəldi ki, "Gürcüstanın ayrılıb müstəqilliyini elan edəcəyi halda,
Azərbaycan da öz müstəqilliyini elan etməlidir".
246
Axşam iclasında da Gürcüstanın ayrılacağı təqdirdə Azərbaycan
fraksiyasının vəzifələri məsələsi müzakirə edildi. İclasa F.X.Xoyski sədrlik edirdi
və on altı nəfər Seym üzvü toplanmışdı. İclas açılan kimi F.X.Xoyskiyə tapşırıldı
ki, Zaqafqaziya Seyminin sədri Çxeidzenin yanına gedib sabaha təyin edilmiş
iclasın gündəliyini öyrənsin və Batumdakı Azərbaycan nümayəndələri ilə birbaşa
əlaqəyə girsin. F.X.Xoyski getdikdən sonra müvəqqəti olaraq iclasa sədrlik edən
X.Xasməmmədov ölkədəki vəziyyət haqqında məlumat verir. O, Cənubi Qafqaz
hökumətində əsl birliyin olmadığını və Azərbaycan türklərinə heç bir yardım
göstərilmədiyini qeyd edib Kürdəmirə doğru hərəkət edən bolşeviklərə qarşı
menşeviklərin heç bir ciddi tədbir görmədiyindən şikayətləndi.
247
Az sonra F.X.Xoyski gürcü menşeviklərinin liderləri Cənubi Qafqaz
Seyminin sədri N.Çxeidze, Seym üzvləri İ.Sereteli və E.Geqeçkori ilə birlikdə
244
T.Sünbül. Azerbaycan Dosyası, s.84
245
З.Aвалов. Независимость Грузии в международной политике, с.57
246
Cənubi Qafqaz Seyminin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. Səhər iclası.
25.05.1918.//ARDA, f.970, s.1, i.1, v.43
247
Cənubi Qafqaz Seyminin bütün müsəlman fraksiyalarının birgə iclasının protokolu. Axşam iclası.
25.05.1918.//ARDA, f.970, s.1.i.1, v.43a
72
qayıtdı. Azərbaycan fraksiyasının iclasında bəyanatla çıxış edən İ.Sereteli göstərdi
ki, Seymin gürcü fraksiyası bu fikirdədir ki, Cənubi Qafqaz xalqlarını müstəqillik
şüarı ətrafında birləşdirmək mümkün olmadı, Cənubi Qafqazın parçalanması artıq
göz qabağındadır. Birliyin olmaması xüsusi ilə Türkiyə ilə danışıqlarda özünü
göstərdi. Ona görə biz indi Gürcüstanın müstəqilliyini elan etməyə məcburuq.
Sonra Seymin sədri N.Çxeidze Zaqafqaziya xalqlarının parçalanmasına təəssüf
etdiyini bildirdi. Onlara Azərbaycan fraksiyası adından Seym üzvü F.Xoyski cavab
verdi. Onun fikrincə, Zaqafqaziya xalqları öz mənafeləri baxımından bir-birləri ilə
sıx surətdə bağlıdırlar, onların ayrılması о qədər asan məsələ deyildir. Lakin gürcü
xalqının iradəsi belədirsə, biz ona mane olmaq iqtidarında deyilik, bu yeni
vəziyyətdən asılı olaraq Azərbaycan türklərinin müvafiq qərar qəbul etməkdən
başqa yolları qalmır. F.X.Xoyski Seym üzvü X.Korçikyanla söhbəti barədə
məlumatında gürcülər ayrılarsa, ermənilərin də müstəqilliklərini elan edəcəklərini
bildirdi. Yaranmış siyasi vəziyyəti hərtərəfli müzakirə edərək Seymin müsəlman
fraksiyası aşağıdakı məzmunda qərar qəbul etdi: "Əgər Gürcüstan özünün
müstəqilliyini elan edərsə, bizim tərəfimizdən də Azərbaycanın müstəqilliyi elan
olunmalıdır".
248
Beləliklə, istiqlaliyyətin elan olunmasına doğru gedən yolda yeni təşəkkül
tapan Azərbaycan diplomatiyası 1918-ci ilin yazında çətin və ziddiyyətli bir yol
keçdi. Siyasi böhran məngənəsində boğulan Cənubi Qafqaz Seyminin dağılması
Azərbaycanın istiqlalının elan edilməsi ilə nəticələndi.
Dostları ilə paylaş: |