Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

 

 

170 

 

VI FƏSİL 



 

Azərbaycan diplomatiyası Paris Sülh Konfransına hazırlıq dövründə 

 

1918-ci  ilin  payızında  Dördlər  İttifaqına  daxil  olan  ölkələr  bir-birinin 

ardınca  təslim  aktını  imzaladılar.  Antanta  bloku  Birinci  dünya  müharibəsində 

qələbə  çaldı.  Noyabr  ayından  başlayaraq  dünya  müharibəsinin  nəticələrini  təsbit 

etmək,  qalib  ölkələrin  əldə  etdiyi  qələbəni  rəsmiləşdirmək,  müharibədən  sonrakı 

vəziyyəti tənzimləmək və mübahisəli məsələləri həll etmək üçün beynəlxalq Sülh 

konfransına  ciddi  hazırlıq  gedirdi.  Açılışına  hazırlıq  gedən  Versal  Sülh 

konfransının  əsas  təşkilatçıları  Fransa,  İngiltərə,  ABŞ,  İtaliya  və  Yaponiya  idi. 

Bütün  təşkilati  məsələlər  bu  məhdud  dairədə  həll  edilirdi.  Konfransa  hansı 

dövlətlərin dəvət edilməsi və onun iş qaydası məsələləri ciddi mübahisələrə səbəb 

olmuşdu. Fransanın baş naziri Jorj Klemanso bu fikirdə idi ki, bütün məsələlər baş 

dövlət tərəfindən həll edildikdən sonra konfransın müzakirəsinə təqdim edilsin. O, 

fikrini  əsaslandırmaq  üçün  deyirdi:  «Yeni  müharibə  baş  verərsə  Almaniya  bütün 

ordusunu Kuba və Honduras üzərinə deyil, Fransanın üzərinə yeridəcəkdir, Fransa 

yenidən  cavab  verməli  olacaqdır».

610


  ABŞ  prezidenti  V.  Vilson  məsələlərin 

məhdud  dairədə  həll  edilməsinin  əleyhinə  idi.  Böyük  Britaniya  nümayəndələri 

Klemansonun təklifinin əleyhinə getməsələr də, təkid edirdilər ki, kiçik xalqlara da 

konfransın işində iştirak etmək imkanı verilməlidir. 

Uzun müzakirələrdən sonra  fransızlar tərəfindən hazırlanmış və 1919-cu il 

yanvar  ayının  12-də  qəbul  edilmiş  sənəd  əsasında  konfransa  dəvət  edilən  ölkələr 

dörd  kateqoriyaya  bölünürdü.  Birinciyə  ümumi mənafe  baxımından  çıxış  edərək, 

vuruşan  ölkələr  daxil  idi.  Bu  ölkələr  Sülh  konfransının  bütün  işində  və 

komissiyalarında  iştirak  etməli  idilər.  İkinci  kateqoriyaya  məhəlli  mənafe 

baxımından  vuruşan  ölkələr  daxil  idi.  Bu  ölkələr  yalnız  özlərinə  aid  məsələlərin 

müzakirəsində iştirak  edə  bilərdilər.  Üçüncü  kateqoriyaya  müharibənin  gedişində 

Almaniya  bloku  ilə  diplomatik  əlaqələrini  kəsmiş  ölkələr  daxil  idilər.  Həmin 

ölkələrin nümayəndələri  də  yalnız  onlara  aid  olan  iclaslarda  iştirak  etməli  idilər. 

Nəhayət,  dördüncü  kateqoriyaya  neytral  və  yeni  yaranma  mərhələsində  olan 

dövlətlər daxil idilər. Bu qrupa daxil olan ölkələr bilavasitə onlara aid olan xüsusi 

məsələlərin  müzakirəsində  birinci  kateqoriyaya  daxil  olan  beş  dövlətdən  birinin 

dəvəti  ilə  iştirak  edə  bilərdilər.  Onlar  şifahi  və  ya  yazılı  formada  öz  arzu  və 

təkliflərini  iclasa  təqdim  edə  bilərdilər.  Almaniya  və  onun  müttəfiqləri  barədə 

reqlamentdə heç nə deyilmirdi. 

Versal  Sülh  konfransı  rəsmi  olaraq  Antanta  dövlətləri  ilə  məğlub  olmuş 

Almaniya bloku arasında sülh müqavilələrini işləyib hazırlamaq üçün çağırılmışdı. 

Lakin  aydın  idi  ki,  konfransın  gündəliyində  «rus  məsələsi»  əsas  yer  tutacaqdır. 

                                                        

610


 С.Бекeр. Вудро Вильсон. Мировая война. Версальский мир. М, 1923, с 204 

171 

 

Dağılmış  Rusiya  imperiyasının  ərazisində  yeni  yaranmış  milli respublikalar  Sülh 



konfransından  çox  şey  gözləyirdilər.  Öz  istiqlaliyyətini  elan  etmiş  Azərbaycan 

Respublikası dünya  dövlətləri tərəfindən tanınmaq, beynəlxalq birliklərin bərabər 

hüquqlu üzvü olmaq, respublikanın suverenliyi və ərazi bütövlüyünü təmin etmək 

baxımından ümumdünya Sülh konfransına böyük ümid bəsləyirdi. 

Azərbaycan  hökumətinin  nümayəndələri  hələ  1918-ci  ilin  noyabrında 

Ənzəlidə  Müttəfiq  qoşunlarının  baş  komandanı  general  V.Tomsonla  danışıqlar 

zamanı Azərbaycanın beynəlxalq Sülh konfransında iştirak edəcəyinə ümüdverici 

vəd almışdılar.

611

 Antanta qoşunları Bakıya daxil olduqdan sonra general Tomson 



və az sonra Böyük  Britaniya hökumətinin rəsmi nümayəndəsi general Corc Miln 

dəfələrlə  verdikləri  bəyanatlarda  Azərbaycan  Respublikasının  Paris  Sülh 

konfransında  iştirak  edəcəyini  bildirmişdilər.  Qeyd  edilən  şəxslər  Antanta 

dövlətlərinin  regionda  rəsmi  nümayəndələri  olduğu  üçün  onların  bəyanatları 

Azərbaycan hökumətinin Paris Sülh konfransına dəvəti kimi qəbul edilirdi. General 

Tomson Azərbaycan hökumətinə yazılı şəkildə bildirirdi ki, bütün mübahisəli ərazi 

məsələləri  Sülh  konfransının  qərarları  ilə  həll  ediləcəkdir.

612


  Bu  barədə  o,  rəsmi 

göstəriş aldığını qeyd edirdi. 

İstanbulda  olan  Azərbaycanın  səlahiyyətli  nümayəndəsi  Ə.M.  Topçubaşov 

da  1918-ci ilin  oktyabr-dekabr aylarında  bu  istiqamətdə  faydalı  addımlar atmışdı. 

Oktyabr  ayı  ərzində  Türkiyə  rəsmi  dairələri  ilə  keçirdiyi  görüşlərində  o,  Sülh 

konqresinə  hazırlığın  bəzi  cəhətlərini  müzakirə  etmişdi.  Oktyabr  ayının  31-də 

F.X.Xoyskiyə  göndərdiyi  məktubda  Ə.M.Topçubaşov  gələcək  Sülh  konqresinə 

ciddi  hazırlaşmağı,  göndəriləcək  nümayəndə  heyətinin  üzvlərinin  müəyyən 

edilməsini məsləhət  görürdü  ki,  beynəlxalq  konfransa təsadüfi  nümayəndə heyəti 

göndərilməsin.  Eyni  zamanda  o,  müəyyən  edilmiş  nümayəndə  heyətinin  Sülh 

konfransına  ciddi  hazırlaşmasını  zəruri  hesab  edirdi.  Beləliklə,  yaranmış 

vəziyyətdə  beynəlxalq  Sülh  konfransına  hazırlaşmağı  Azərbaycanın  İstanbuldakı 

fövqəladə  səlahiyyətli  nümayəndəsi ən  vacib  vəzifə  hesab  edirdi.  О  bildirirdi  ki, 

yaranmış  vəziyyətlə  əlaqədar  bizim  hər  birimiz  daha  gərgin  və  səmərəli 

işləməliyik,  taleyin  gətirdiyi  şıltaqlıqlara  və  zərbələrə  hazır  olmalıyıq.  Durub  fal 

açmamalıyıq  ki,  bizi  nə  gözləyir,  indiyə  qədər  nə  olubsa,  hər  halda  ondan  pis 

olmayacaq. Yalnız lazımdır ki, qüvvələri düzgün bölək, hərə öz yerində olsun, öz 

gücünə inansın. Onun fikrincə, "söhbət xalqın taleyindən getdikdə, şəxsi xarakterli 

fikirlərə yer yoxdur və olmamalıdır."

613


 

Mudros barışığının Bakıya aid maddələri barədə Osmanlı hökumətinə etiraz 

notası  təqdim  edən  Ə.M.Topçubaşov  noyabr  ayının  ortalarında  həmin  notanın 

surətini  İstanbula  gələn  müttəfiqlərin  hərbi  nümayəndələrinə  də  təqdim  etmişdi. 

                                                        

611


 А.Раевский. Английское интервенция и мусоватское правительство, с 33 

612


 АВДА, f. 970, s.3, i.4, v.6. 

613


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Nazirlər 

Şurasının sədri F.X.Xoyskiyə məktubu. 31. 10. 1918. // ARDA, f. 994, s. 10, i. 34, v. 17 



172 

 

Bundan 



əlavə  o,  müttəfiq  dövlətlərin  İstanbula  gələcək  diplomatik 

nümayəndələrinə  təqdim  etmək  üçün  Azərbaycan  Respublikası  adından 

memorandum  hazırlamışdı.  Eyni  zamanda  Əli  Mərdan  bəy  İstanbuldakı  ingilis 

nümayəndələri ilə görüşüb Sülh konfransı barədə məlumat almışdı. Noyabr ayının 

20-də 

Azərbaycan  nazirlər  kabinəsinin  sədrinə  göndərdiyi  məktubda 



Ə.M.Topçubaşov  bir  gün  əvvəl  ingilis  nümayəndəsi  polkovnik  Tampl  ilə 

görüşdüyünü  bildirib  yazırdı  ki,  Sülh  konfransı  iki-üç  ay  ərzində  Parisdə 

keçiriləcəkdir.

614


 İngilis nümayəndələri ilə danışıqlardan aydın olmuşdu ki, Cənubi 

Qafqaz  respublikalarının  konfransa  müştərək  nümayəndə  heyəti  göndərməsi  və 

Azərbaycan  respublikasının  orada  kifayət  qədər  təmsil  ediləcəyi  nəzərdə 

tutulmuşdu.  Belə  bir  fikir  yəni  Cənubi  Qafqaz  respublikalarının  vahid 

nümayəndəliklə Sülh konfransında iştirak etməsi Türkiyə Xarici İşlər Nazirliyində 

oktyabr ayının əvvəllərində aparılan danışıqlarda da müzakirə edilmişdi. Bu, həmin 

respublikaların  arasında  kiçik  ziddiyyətlərin  aradan  qaldırılmasına  və  onların 

müstəqilliyinin  tanınmasına  böyük  yardım  göstərmiş  olardı.  Ona  görə 

Ə.M.Topçubaşov  erməni  və  gürcü  nümayəndələri  ilə  təmasda  olub  əlaqələri 

möhkəmləndirməyi və Azərbaycanın konfransa hazırlaşmasını zəruri hesab edirdi. 

Dekabr  ayının  16-da  Azərbaycan  respublikası  Nazirlər  Şurasının  sədrinə  yazdığı 

məktubda Ə.M.Topçubaşov Qafqazın Rusiya əsarətindən azad olması və gələcəkdə 

yenidən Rusiyanın əsarətinə düşməməsi üçün vahid nümayəndəlikdə birləşməsini 

zəruri  hesab  edirdi.  О  bildirdi  ki,  indiki  yaranmış  şəraitdə  Qafqaz  xalqlarının 

müstəqilliyinin  tanınmasının  yeganə  yolu  "azərbaycanlıların,  gürcülərin  və 

ermənilərin birgə addımlarındandır. Bu xalqların milli siyasi ideallarında hər hansı 

fərq  olursa-olsun,  indi  onların  hamısının  müstəqilliyi  Sülh  konfransında  birgə 

işlərindən  və  birgə  çıxışlarından  asılıdır".  Ə.M.Topçubaşov  Paris  Sülh 

konfransında  etimad  qazanmaq  üçün  Qafqaz,  yaxud  Cənubi  Qafqaz  konfederativ 

nümayəndəliyi yaratmağı təklif edib yazırdı: "Mənim  fikrimcə, hələlik bu yeganə 

çıxış yoludur".

615


 İstanbuldakı Antanta diplomatik nümayəndələrinə təqdim edilən 

memorandumu  Ə.M.Topçubaşov  Cənubi  Qafqazın  hər  üç  millətinin  mənafeyini 

ədalətli  şəkildə nəzərə  almaqla hazırlamışdı  və  memorandumun  surəti  erməni  və 

gürcü  nümayəndələrinə  də  verilmişdi.

616

  Fransa,  İngiltərə,  Amerika,  İtaliya, 



Yunanıstan  və  Yaponiya  diplomatik  nümayəndələrinə  təqdim  edilmiş 

memorandumda  qeyd  edilirdi  ki,  Azərbaycan  Respublikası  Azərbaycan  xalqının 

əsrlər boyu qonşuluq etmiş erməni və gürcü xalqları ilə daha da yaxınlaşması, bu 

                                                        

614

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Nazirlər 



Şurasının sədri F.X.Xoyskiyə məktubu. 20. 11. 1918.// ARDA, f. 70, s.1, i. 68, v. 21 

615


  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Nazirlər 

Şurasının sədri F.X.Xoyskiyə məktubu. 16.12.1918. // ARDA, f.894 , s.10, i.66, v.3 

616

  Dövləti  -  Aliyeyi  -  Osmaniyə,  Gürcüstan  və  Ermənistan  hökumətləri  yanında  Azərbaycan 



Respublikasının  fövqəladə  səlahiyyətli  naziri  Ə.M.Topçubaşov  tərəfindən  İstanbuldakı  Antanta 

dövlətlərinin  yüksək  nümayəndələrinə  təqdim  olunmuş  memorandum.  Noyabr,  1918.//  ARDA,  f.970, 

s.1, i.108, v.1-27 


173 

 

xalqların  bir  konfederasiyada  birləşməsini  mümkün  hesab  edir.



617

  Antanta 

ölkələrinin İstanbuldakı diplomatik nümayəndələrinə təqdim edilən memorandum, 

eyni  zamanda  İngilis  və  Fransız  dillərinə  tərcümə  edilib  Stokholma,  Parisə, 

Cenevrəyə,  Londona  və  Nyu-Yorka  göndərilmiş,  həmin  sənədin  mətni  Türkiyə 

Xarici  İşlər  Nazirliyinə  təqdim  edilmişdi.  Memorandumun  fransız  dilində  olan 

mətni xüsusi başlıqla İstanbulda olan xarici mətbuat üçün yayılmış, eyni zamanda 

onun  türk  dilinə  tərcümə  edilmiş  variantı  İstanbulda  yayılmaq  məqsədilə  750 

nüsxəlik  bir  broşura  formasında  nəşr  edilmişdi.

618


  Memorandum  Azərbaycanla 

bağlı siyasi, iqtisadi, mədəni, etnik-milli məsələləri əhatə edən, gənc respublikanın 

təbliği  və  tanıdılması  zərurətindən meydana  gələn  kifayət  qədər  ciddi  diplomatik 

bir  sənəd  idi.  Orada  istər  Qafqaz  haqqında,  istərsə  də  Azərbaycan  haqqında  çox 

maraqlı  məlumatlar  verilirdi.  Qafqazın  cografiyası,  inzibati  bölgüsü,  regionun 

demoqrafik  vəziyyəti  haqqında  memorandumda  çox  saylı  faktlar,  statistik 

materiallar yer almışdı. Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 

qısa  müddətdə  ölkədə  aparılan  islahatlarından,  1918-ci  ilin  martında  Bakıda 

törədilmiş  faciəli  hadisələrindən  bəhs  edilir  və  Qarabağ  məsələsi,  onun  tarixi  və 

çağdaş durumu haqqında geniş məlumat verilirdi. Ə.M.Topçubaşov əsaslandırırdı 

ki,  Azərbaycan  Respublikasının  müstəqil  yaşamağa  haqqı  və  qüdrəti  çatır,  məhz 

elə  bu  məqsədlə  də  Azərbaycan  türkləri  qurduqları  çağdaş  cümhuriyyətin  dünya 

tərəfindən tanınacağına ümid bəsləyirlər. 

Paris Sülh konfransına hazırlıqla, Azərbaycan nümayəndə heyətinin təşkili 

və  mandatların  hazırlanması  ilə  bağlı  o,  Bakıya  gəlmək  niyyətində  olduğunu 

Azərbaycan  hökumətinin  sədrinə  yazırdı.  1918-ci  ilin  dekabr  ayında  sədr-əzəm 

Əhməd  Tevfik  Paşaya  yazdığı  məktubda  Ə.M.Topçubaşov  onun  rəhbərlik  etdiyi 

missiyanın  (bura  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  nümayəndəsi  Səlim  Bəy 

Behbutov,  Ə.M.Topçubaşovun  iki  katibi,  Mustafa  bəy  Vəkilov  və  Əli  Mərdan 

bəyin  oğlu  Rəşid  bəу  Topçubaşov  daxil  idilər-C.H.)  Azərbaycana  qayıtmasını 

təşkil etməyi və  müvafiq sənədlərin verilməsini xahiş edirdi.

619


  Lakin  bu  məktub 

qeyd edilən ünvana göndərilmədi, çünki Sülh konfransının yanvar ayında açılacağı 

artıq elan edilmişdi. Ona görə Paris Sülh konfransına hazırlıqla bağlı Azərbaycan 

hökuməti ilə diplomatik kuryer vasitəsi ilə əlaqə saxlanılmışdı və məsləhətləşmələr 

keçirilmişdi. Dekabr ayının ortalarında, o, aydın fəaliyyət proqramı almaqdan ötrü 

                                                        

617

  Azərbaycan  Respublikasının  fövqəladə  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  İstanbuldakı  Fransa, 



İngiltərə,  Amerika,  İtaliya,  Yunanıstan  və  Yaponiya  diplomatik  nümayəndəhrinə  məktubu.  Dekabr, 

1918. //ARDA, f,970, s.1, v.25 

618

  Дипломатические  беседы  А.М.Топчубашeва  Стамбуле  (записи  чрезвычайного  посланника  и 



полномочного министра Азербайджанской республики). 1918-1919 гг. Баку, 1994, с. 143 

619


  Azərbaycan  Respublikasının  fövqəladə  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Türkiyənin  sədri-

əzəmi Əhməd Tevfik Paşaya məktubu. Dekabr, 19187/ ARDA, f. 970, s. 1, i. 68, v.25 



174 

 

fövqəladə səlahiyyətli nümayəndəliyin katibi Mustafa  bəу  Vəkilovu Azərbaycana 



göndərdi.

620


 

Digər  tərəfdən,  İstanbula  gələn  Antanta  ölkələrinin  diplomatik 

nümayəndələri ilə görüşmək zərurəti də Ə.M.Topçubaşovun orada qalmasını zəruri 

edirdi.  Noyabr-dekabr  aylarında  Ə.M.Topçubaşov  Türkiyə  dövlət  başçıları  və 

İstanbula gələn müttəfiqlərin nümayəndələri ilə bir sıra faydalı görüşlər keçirmişdi. 

Noyabr  ayının  3-də  Türkiyə  tərəfindən  Mudros  danışıqlarını  aparmış  Rauf  bəylə, 

noyabrın  4-də  xarici  işlər  nazirinin  müavini  Reşad  Hikmət  bəylə,  noyabrın  5-də 

xarici  işlər naziri  Nəbi  bəуlə, noyabrın  8-də  maliyyə  naziri  Hüseyn  Cavid  bəylə, 

noyabrın  15-də  Ukrayna  nümayəndəsi  Sukovçinlə,  noyabrın  16-da  və  18-də 

Türkiyənin  yeni  xarici  işlər naziri  Mustafa  Reşad  paşa  ilə,  yenə  həmin  gün  yeni 

sədr-əzəm Tevfik paşa və İstanbulda olan İngiltərə diplomatik nümayəndəsi Tampl 

ilə,  noyabrın  25-də  Türkiyənin  maliyyə  naziri  Əbdülrəhman  bəylə,  hərbi  naziri 

Abdulla paşa ilə, dekabrın 7-də Rusiya nümayəndəsi P.N.Milyukovla, dekabrın 23-

də  Amerika  diplomatik  nümayəndəsi  Braunla,  dekabrın  31-də  İtaliya  krallığının 

nümayəndəsi  qraf  Sfors  ilə  görüşüb  danışıqlar  aparmışdı.

621 


Bu  danışıqlarda 

müharibənin  qurtarması  ilə  bağlı  dünyada  yaranmış  şərait  və  Azərbaycanın 

vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmişdi. 

Yeni  təsis  edilmiş  Azərbaycan  Parlamenti  özünün  ilk  iclaslarında  dünya 

xalqlarına  və  parlamentlərinə,  habelə  müharibədən  sonrakı  dünya  düzəninin  baş 

memarı  hesab  edilən  ABŞ  prezidenti  V.Vilsona  müraciət  qəbul  etdi.  Müraciətdə 

parlamentli  respublika  kimi,  Azərbaycanın  istiqlaliyyətinin  tanınması  xahiş 

edilirdi.  Parlament  müzakirələrində  Paris  Sülh  konfransına  hazırlığa  xüsusi 

əhəmiyyət  verilirdi  və  qeyd  edilirdi  ki,  gürcü  və  erməni  nümayəndələri  artıq 

Avropada öz ölkələrinin xeyrinə fəaliyyətə başlayıblar. "Azərbaycan" qəzeti 1918-

ci il 21 dekabr tarixli nömrəsində Paris Sülh konfransına hazırlıq məsələsini bütün 

kəskinliyi ilə qoymuşdu. Qəzet yazırdı: "Azərbaycana münasibətdə biz nə görürük. 

Parisdə,  yaxud  Londonda  onun  mənafeyini  kim  müdafiə  edəcək,  onun  xaricdə 

hansı  "mətbuatı"  var,  kim  Qərbi  Avropada  və  Amerikada  Azərbaycan  haqqında 

ictimai  rəy  yaradacaq."

622


  Bu  suallarla  bağlı  Qərbi  Avropa  ölkələrinə  və  ABŞ-a 

xüsusi  nümayəndəlik  göndərilməsi  zəruri  hesab  edilirdi.  Müxtəlif  ölkələrdə 

Azərbaycanın  mənafeyinin  müdafiə  olunması,  ictimai  rəyin  obyektiv  məlumatlar 

əsasında  Azərbaycanın xeyrinə formalaşdırılması, Azərbaycanda hansı hökumətin 

olması,  onun  müstəqilliyə  can  atması  və  demokratiya  uğrunda  mübarizəsinin  əsl 

səbəbləri  barədə  məlumat  vermək,  danışıqlar  aparmaq  bu  nümayəndəliyin  əsas 

vəzifəsi olmalı idi. Azərbaycan Xarici İşlər Nazirliyinin hazırladığı proqrama görə 

Avropaya  və  ABŞ-a  gedəcək  diplomatik  nümayəndəlik,  əsasən,  dörd  mühüm 

                                                        

620


  Ə.M.Topçubaşovun  Azərbaycan  Respublikası  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskiyə  məktubu. 

16.12.1918. // ARDA, f.894, s.10, i.66, v.3 

621

 Дипломатические беседы А.М.Топчибашева в Стамбуле, с 33 -88. 



622

 Aзербайджан, 1918, 21 декабря. 



175 

 

vəzifəni  yerinə  yetirməli  idi.  Birincisi,  Böyük  Britaniya,  ABŞ,  Fransa  və  İtaliya 



müttəfiq  hökumətlərin,  habelə  İsveçrə  və  Hollandiya  kimi,  neytral  dövlətlərin 

nümayəndələri  ilə  danışıqlar  aparıb  suveren  dövlət  kimi,  Azərbaycanın 

müstəqilliyinin  tanınmasına  nail  olmaq,  Azərbaycan  respublikasını  bütün  digər 

iştirakçılarla  birlikdə  Paris  Sülh  konfransında  bərabər  hüquqda  iştirakını  təmin 

etmək; ikincisi, müttəfiq dövlətlərdə tanınmış ictimai xadimlərlə, sosialist hərəkatı 

liderləri,  beynəlmiləl  təşkilatların  başçıları  ilə  görüşmək  və  onların  diqqətini 

Azərbaycana  cəlb  etmək;  üçüncüsü,  ictimai  fikri  Azərbaycan  haqqında 

məlumatlandırmaq,  onun  gələcəkdə  xalqlar  ailəsində  oynaya  biləcəyi  rolu, 

mənafeyi ilə bağlı məsələləri yerli mətbuatda işıqlandırmaq; dördüncüsü isə, yerli 

ticarət-sənaye  dairələri  ilə  kommersiya  əlaqələrinə  girib  Azərbaycanın  gələcəyi 

üçün  zəruri  olan  materiallar  toplamaq.

623


  Belə  bir  nümayəndəliyin  İstanbul 

vasitəsilə  Romaya  və  Parisə,  oradan  neytral  ölkələrin  paytaxtlarına,  Londona, 

Vaşinqtona göndərilməsi təklif edilirdi. Azərbaycan hökuməti bu məsələyə böyük 

əhəmiyyət  verirdi.  Ona  görə  də  noyabr  ayında  Avropa  və  Amerikaya  fövqəladə 

nümayəndə  heyəti  göndərmək  üçün  Xarici  İşlər  Nazirliyinə  2,5  milyon  manat 

həcmində  vəsait  ayrılmışdı.  Nümayəndəlik  Avropa  və  Amerika  ictimaiyyətini 

Azərbaycana  aid  müxtəlif  tarixi,  etnoqrafik  və  statistik  materiallarla  tanış  etməli 

idi.


624

  Heç  şübhəsiz ki,  belə  bir addım  Azərbaycanın  istiqlaliyyətinin  tanınmasına 

müsbət  təsir  göstərərdi.  Lakin  Paris  Sülh  konfransının  açılmasına  az  qalırdı, 

dünyanın  bütün  siyasi  dairələri  Versala  toplanmalı  idi.  Ona  görə hökumət  Parisə 

elə  bir  nümayəndə  heyəti  göndərmək  istəyirdi  ki,  Versal  Sülh  konfransında 

Azərbaycan  Respublikasını  təmsil  etməklə  yanaşı,  yuxarıda  qeyd  edilən  dörd 

prinsipi də yerinə yetirmiş olsun. 

Dekabr  ayının  26-da  keçirilən  parlament  iclasında  hökumət  proqramı  ilə 

çıxış  edən  F.X.Xoyski  xarici  siyasət  məsələlərinə,  ümumdünya  Sülh  konfransına 

hazırlığın gedişi və xarici işlər nazirliyinin fəaliyyət istiqamətlərinə geniş yer verdi. 

О  qeyd  etdi  ki,  beşillik  dünya  müharibəsindən  sonra  çağırılan  Sülh konfransında 

bizim  başlıca  məsələmiz  istiqlaliyyətimizin  təsdiqi  məsələsi  olacaqdır.  Fətəli  xan 

dedi:  "Hökumət  bütün  vəzifələrindən  qabaq,  bu  istiqlaliyyəti  göz  bəbəyi  kimi 

müdafiə  və  mühafizə  etməyi  özünə  borc  bilir.  Azərbaycan  istiqlaliyyəti  ondan 

ibarət  deyil  ki,  özümüz  ilə  özgə  dövlətlər  arasında  bir  divar  yapaq.  Aşkardır  ki, 

müstəqil Azərbaycan hökuməti özgə dövlətlər ilə rabitəyə girməyə çalışacaqdır. Bu 

rabitə  əvvəlki  qonşu  Rusiyada  təşkil  olunmuş  məmləkətlər  və  Rusiyanın  özü 

olacaqdır".  Beynəlxalq  Sülh  konfransından  Azərbaycanın  gözləntiləri  ilə  bağlı 

Fətəli xan bildirdi: "İstiqlalımız Sülh konfransında qəbul olunub tanınacaqdır. Biz 

ümidvarıq ki, Sülh konfransında Amerikanın bütün cahana elan etdiyi deklarasiya 

                                                        

623


 Азербайджан, 1918, 21 декабря. 

624


  Avropa  və  Amerikaya  fövqəladə  nümayəndəlik  göndərilməsi  ilə  bağlı  Azərbaycan  Xarici  İşlər 

Nazirliyinə  maliyyə  vəsaiti  ayrılması  haqqında  Nazirlər  Şurasının  qərarı.  Noyabr,  1918.  //  ARDA, 

f.894, s.10, i.147, v.34 


176 

 

ilə  demokratik  İngiltərə  və  Fransa  cümhuriyyətləri  tərəfindən  öz  istiqlalına  cəhd 



edən bir millətin hüququ tapdalanmayacaqdır. Bu cür hökumət nümayəndələrindən 

ibarət  cahan  məhkəməsi  olan  Sülh  konfransında  bizim  sözümüz  eşidiləcəkdir." 

Xarici  İşlər  Nazirliyinin  başlıca  vəzifəsini  qonşu  dövlətlərlə  sülh  yaratmaqda, 

mübahisəli  məsələləri  dinc  yolla  nizama  salmaqda,  xarici  dövlətlərlə  əlaqə 

yaratmaqda  görən  baş  nazir  yeni  hökumətin  proqramını  təqdim  edərkən  dedi  ki, 

xarici işlər nazirliyi başqa  dövlətlərlə həm siyasi, həm də ticari rabitə qurmalı və 

həm  də  sülhü  təmin  etməlidir.  Amma  sülhü  təmin  etmək  о  demək  deyildir  ki, 

hökumət  özü  üçün  bir  qüvvə  hazırlamayacaq.  Gərək  hər  bir  dövlət  daima  özünü 

müdafiə  etmək  üçün  qüvvə  hazırlasın.  Ona  görə  də  bizim  həm  xarici 

düşmənlərimizə qarşı, bizim istiqlalımıza hücum edənlərə qarşı müdafiə edəcək bir 

qüvvəmiz olsun.

625


 

Dekabr  ayının  28-də  yeni  yaranmış  hökumət  kabinəsi  Paris  Sülh 

konfransına  gedəcək  Azərbaycan  nümayəndə  heyətinin  tərkibini  təsdiq  etdi. 

Nümayəndə  heyətinə  parlamentin  sədri  Əli  Mərdan  bəy  Topçubaşov  rəhbərlik 

etməli  idi,  onun  müavini  hökumət  üzvü  Məmməd  Həsən  Hacınski  təyin  edildi. 

Nümayəndə heyətinə  iki nəfər  parlament üzvü  Əhməd  bəy  Ağayev  və  Əkbərağa 

Şeyxülislamov daxil edildilər. Parlament üzvləri Mir Yaqub Mehdiyev, Məmməd 

Məhərrəmov və "Azərbaycan" qəzetinin redaktoru Ceyhun bəy Hacıbəylidən ibarət 

məsləhətçilər  müəyyən  edildi.  Hökumət  başçısı  və  xarici  işlər  naziri  kimi 

F.X.Xoyskinin  imzaladığı  etimadnamədə  göstərilirdi  ki,  beynəlxalq  Sülh 

konfransında  iştirak  etməklə  yanaşı,  bu  heyət  müxtəlif  dövlət  və  millətlərlə 

Azərbaycan  adından  hər  cür  siyasi,  iqtisadi  və  maliyyə  xarakterli  müqavilələr 

imzalamaq səlahiyyətinə  malikdir. Texniki işçiləri nümayəndəlik özü seçməli idi. 

Ə.M.Topçubaşov  Bakıda  olmadığı  üçün  M.H.Hacınski  İstanbula  çatana  qədər 

hökumətin tapşırığı ilə müvəqqəti olaraq nümayəndə heyətinə başçılıq etməli idi. 

Yanvarın  ilk  günlərində  nümayəndə  heyətinin  üzvlərinə  diplomatik 

pasportlar və zəruri sənədlər təqdim edildi.  Müttəfiq qoşunlarının baş komandanı 

V.Tomson  Parisə  səfəri  asanlaşdırmaq  üçün  onlara  öz  imzası  ilə  rəy  məktubu 

verdi.  Xarici  işlər  nazirliyinin  qərarı  ilə  nümayəndə  heyəti  sədrinin  müavini 

M.H.Hacınskiyə  150  min  manat  pul  verildi,  Avropa  və  Amerika  nümayəndəlik 

göndərmək üçün ayrılmış 2,5 milyon manat vəsait xarici işlər nazirliyi tərəfindən 

nümayəndəliyin hesabına keçirildi.

626

 

Xarici  işlər  nazirliyi  tərəfindən  Azərbaycanın  Tiflisdə  olan  səlahiyyətli 



nümayəndəsi  M.Y.Cəfərova  göndərilən  teleqramda  bildirilirdi  ki,  aşağıdakı 

tərkibdə Azərbaycan nümayəndə heyəti Avropaya yola düşür: 

1.  Nümayəndə heyətinin müvəqqəti sədri M.H.Hacınski. 

                                                        

625

 Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920). Parlament, I cild, s. 122-123 



626

 Paris  Sülh konfransında iştirak  etmək üçün  Azərbaycan  nümayəndə  heyətinə  verilmiş etimadnamə. 

04.01.1919.// ARPİİ SPİHDA, f.277, s.2, i.22 , v.18 


177 

 

2.  Nümayəndəliyin  üzvləri:  Ə.Ağayev,  Ə.Şeyxülislamov,  M.Mehdiyev, 



C.Hacıbəyli və M.Məhərrəmov.

627


 

Azərbaycan  nümayəndələri  Tiflisə  gəldikdən  sonra  ilkin  danışıqlardan 

aydın  oldu  ki,  Cənubi  Qafqaz  respublikalarının  birgə  nümayəndəlikdə  təmsil 

olunmaları  qeyri-mümkündür,  hər  bir  nümayəndəlik  ayrı-ayrılıqda  fəaliyyət 

göstərməlidir. Lakin buna baxmayraq, Tiflisdə E.Geqockori ilə danışıqlarda razılıq 

əldə  edildi  ki,  Azərbaycan  və  Gürcüstan  nümayəndəlikləri  öz  fəaliyyətlərini 

əlaqələndirsinlər. Bunun əksinə olaraq, özünü Antantanın bir hissəsi "hesab edən" 

Ermənistan  nə  gürcülərlə,  nə  də  azərbaycanlılarla  heç  bir  əməkdaşlıq  etmək 

fikrində  deyildi.  Qısa  danışıqlardan  sonra  Azərbaycan  nümayəndələri  Qafqazdan 

gedən  Dağlılar  Respublikası  və  Gürcüstan  nümayəndə  heyəti  ilə  birlikdə  yanvar 

ayının  8-də  İstanbula  yola  düşdülər.  Bu  barədə  Tiflisdə  olan  M.Y.Cəfərov 

Azərbaycan Xarici İşlər Nazirliyinə teleqramla məlumat verdi.

628

  Elə həmin  vaxt 



xarici işlər nazirinin müavini A.Ziyadxanov Azərbaycanın Paris Sülh konfransına 

göndərilən  nümayəndə  heyətinin  başçısı  Ə.M.Topçubaşova  təcili  diplomatik 

məlumat  göndərdi  ki,  Qafqaz  xalqlarının  taleyi  Sülh  konfransında  həll  edilənə 

qədər  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  İrəvan  quberniyasının  müsəlman 

rayonlarının,  eyni  zamanda  Batum,  Qars  və  Axalsıx  vilayətlərinin  müsəlman 

əhalisinin fiziki mövcudluğunu qorumaq və bu ərazilərdə mövcud "status kvo"nu 

saxlamaq  məsələsini  müttəfiqlərin  nümayəndələri  qarşısında  qaldırsınlar.  Təcili 

diplomatik  məlumatda  göstərilirdi  ki,  Ermənistan  ordusu  İrəvan  quberniyasının 

müsəlman  əhalisini  məhv  edir  və  onları  yaşadıqları  ərazidən  təmizləyir. 

A.Ziyadxanov  yazırdı:  "Böyük  Avropa  dövlətlərinin  İstanbulda  və  Parisdə  olan 

nümayəndələri  qarşısında  vəsadət  qaldırmaq  lazımdır  ki,  məsələlər  Sülh 

konfransında  həll  olunana  qədər  qeyd  edilən  vilayətlərin  dinc  əhalisinin  həyatını 

hər  cür  cinayətkar  qəsdlərdən  qorumaq  üçün,  bu  ərazilərə  öz  hərbi  dəstələrinin 

göndərilməsi  məqsədilə  Qafqazda  olan  mütəffiq  komandanlığına  göstəriş 

verilsin."

629


 

Gürcüstan nümayəndə heyətinə daxil olan üzvlərin bir hissəsi artıq bir neçə 

ay  idi  ki,  Avropa  ölkələrində  idilər.  Hələ  sentyabr  ayında  Dördlər  ittifaqının 

məğlubiyyəti hiss edildikdə gürcü menşevikləri və Gürcüstan hökumətinin tapşırığı 

ilə Z.Avalov Fransa, İngiltərə, İsveç  və digər ölkələrin diplomatik nümayəndələri 

ilə  görüşmək  üçün  İstanbula  gəlmişdi.

630

  Noyabr  ayında  isə  Almaniyanın 



məğlubiyyətindən  sonra  Berlində  olan  gürcü  nümayəndələrindən  Z.Avalov  təcili 

                                                        

627

 ARDA, f. 970, s. 1, i. 34, v. 24 



628

  Avropaya  Azərbaycan  Sülh  nümayəndəliyinin  göndərilməsi  ilə  bağlı  yazışmalar.  Yanvar, 

1919.//ARDA, f.894, s.10, i.147, v.34 

629


  Avropaya  Azərbaycan  Sülh  nümayəndəliyinin  göndərilməsi  ilə  bağlı  yazışmalar.  08.01.1919. 

//ARDA, f. 970, s.1, i. 147, v.34 

630

  Xarici  işlər  nazirinin  müavini  A.Ziyadxanovun  Paris  Sülh  konfransında  Azərbaycan  nümayəndə 



heyətinin  sədri  Ə.M.Topçubaşova  təcili  diplomatik  məlumatı.  Yanvar,  1919.  //ARPİİ  SPİHDA,  f.277, 

s.2, i.22, v.40 



178 

 

şəkildə  Londona  və  Parisə,  M.Sereteli  Skandinaviya  ölkələrinə,  A.Çxenkeli 



İsveçrəyə yollanmışdılar.

631


 Dekabr ayında İngiltərəyə gələn gürcü nümayəndələri 

Z.Avalov  və  D.Qambaşidze  Londonda  faydalı  danışıqlar  apardılar,  Britaniyaya 

gedərkən onlar Norveçin Bergen şəhərində Cənubi Qafqazın gələcək Ali komissarı 

Oliver  Uordrop  ilə  tanış  oldular  və  ondan  yardım  alacaqlarına  təminat  aldılar. 

Azərbaycanın  Londonda  nümayəndəsi  olmadığı  üçün  ədalət  naminə  qeyd 

edilməlidir  ki,  bir  sıra  məsələlərdə  gürcü  nümayəndələri  Azərbaycanın  da 

mənafeyini müdafiə etmişdilər və Cənubi Qafqazın "vahid və bölünməz" Rusiyaya 

bir daha qayıtmayacağını hər iki respublika adından bildirmişdilər. Londonda olan 

gürcü nümayəndələrinin gərgin mübarizəsindən sonra Böyük Britaniya xarici işlər 

nazirinin müavini ser Luis Mallet dekabr ayının 31-də belə bir notanı imzaladı ki, 

İngiltərə  Gürcüstan  Respublikasının  elan  edilməsinə  rəğbətlə  yanaşır  və  onun 

müstəqilliyinin  Sülh  konfransı  tərəfindən  tanınması  məsələsini  qaldırmağa 

hazırdır.

632


 Bununla da Parisə yollanmaq ərəfəsində gürcülər öz  vəziyyətlərini bir 

qədər  yaxşılaşdırdılar.  Versal  konfransına  gedən  Gürcüstan  nümayəndə  heyətinə 

N.Çxeidze  rəhbərlik  edirdi  və  gürcü  nümayəndəliyi  bir  çox  məsələlərdə 

Azərbaycan nümayəndəliyi ilə birgə çıxış edirdi. 

Yanvar  ayının  11-də  Batuma  çatan  Azərbaycan  nümayəndələri  bir  gün 

sonra  Ermənistan  Respublikasının  nümayəndələri  ilə  burada  görüşdülər.  Yanvar 

ayının  13-nə  kimi  gürcü  nümayəndələri  ilə  də  bir  sıra  görüşlər  keçirildi.  Gürcü 

nümayəndələri bu fikirdə idi: "Nə qədər ki, ermənilər onları təmin edən qədər ərazi 

əldə  etməyiblər  bizim  həyatımızı  zəhərləyəcəklər".  Ona  görə  gürcülər  təklif 

edirdilər  ki,  Ermənistanın  ərazi  iddiaları  Türkiyənin  hesabına  ödənilməli  və 

Türkiyədə müstəqil  Ermənistan  dövləti  yaradılmalıdır.  Bu  məsələnin  Azərbaycan 

üçün  əhəmiyyətini  nəzərə  alaraq  M.H.Hacınski  Batumdan  vurduğu  şifrəli 

teleqramda  Azərbaycan  hökumətinin  mövqeyini  bilmək  istəyirdi.  Vəziyyətlə 

yaxından  tanış  olduqdan  sonra  o,  özü  "Türkiyə  Ermənistanın  muxtariyyəti 

haqqında  məsələdə  müəyyən  həddə  bəzi  güzəştlərə  getməyi"

633


  mümkün  hesab 

edirdi. 


Batumda  olarkən  Azərbaycan  nümayəndələri  buradakı  vəziyyətlə  tanış 

olduqdan sonra yerli  müsəlmanların nümayəndələri ilə bir sıra görüşlər keçirdilər. 

Qəflətən türklərin Batumdan çıxması və ingilislərin bura daxil olması ilə Batumun 

və  Qarsın  müsəlman  əhalisi  ağır  vəziyyətdə  qalmışdı  və  bundan  istifadə  edən 

gürcülər  dərhal  burada  öz  xeyrlərinə  təbliğata  başlamışdılar.  Azərbaycan 

nümayəndələri Acariyanın tanınmış adamları ilə danışıqlarda məsləhət gördülər ki, 

qonşu  Qars,  Sürməli  və  digərləri  ilə  birlikdə  öz  dövlətlərini  yaratsınlar.  Bu  işdə 

Batumdakı Azərbaycan konsulu Mahmud bəy Əfəndiyev yerli müsəlman əhalisinə 

yaxından  köməklik  göstərməli  idi.  Yanvar  ayının  17-də  F.Xoyskiyə  göndərdiyi 

                                                        

631

 З.Авалов. Независимость Грузии в международной политике, с. 138 



632

 Yenə orada, s.153 

633

 Yenə orada, s.163-164 



179 

 

teleqramda  M.H.Hacınski  bildirdi:  "Belə  düşünmək  olar  ki,  bizim  məsləhətimiz 



həyata  keçiriləcək...  Bizim  Batumdakı  konsula  şərait  yaradılmalı...  və  onun 

ixtiyarına hesabat tələb etmədən təcili şəkildə təbliğat işləri üçün 200 min manata 

qədər  pul  buraxılmalıdır.  Bunu  yalnız  Mahmud  bəy  Əfəndiyev  bilməlidir".

634


 

Konsulluğun işini gücləndirmək məqsədilə M.Əfəndiyev yanvar ayının ortalarında 

1919-cu  il  üçün  xərclər  smetasını  hazırlayıb  xarici  işlər  nazirliyinə  göndərdi.  O, 

doktor  Əziz  bəy  Qədimbəyovun  Konsulluqda  katib  vəzifəsinə  qəbul  edilməsini, 

Səfvət  Ağayevin  isə  kargüzarlıq  işlərinə  rəhbərlik  etməsini  xahiş  edirdi. 

M.Əfəndiyev  diplomatik  işə  cəlb  edilən  hər  iki  şəxsi  yaxşı  tanıdığını  onların 

yüksək  mənəvi  keyfiyyətlərə  malik  vətənpərvər,  öz  millətinə  sədaqətli  olan 

adamlar kimi dəyərləndirirdi.

635

 

Batumdan Azərbaycan hökuməti başçısına və xarici işlər nazirinə vurduğu 



teleqramda  M.Hacınski  daha  iki  məsələyə  -  Paris  Sülh  konfransına  yollanan 

nümayəndəliyin  qüvvətləndirilməsi  və  maliyyə  məsələlərinə  toxunmuşdu.  О 

yazırdı:  "Fətəli  xan,  Bakıdan  nə  qədər  çox  uzaqlaşırıqsa,  bizim  nümayəndəliyin 

tərkibinin  zəifliyi  bir  о  qədər  güclü  hiss  edilir.  Bizim  qonşularımız  öz 

nümayəndəliklərinə  12  nəfər  çox  nüfuzlu  və  məşhur  üzvlər  daxil  ediblər, 

məsləhətçiləri  də  ciddi  şəkildə  nümayəndəliyə  kömək  etmək  səviyyəsindədir. 

Nəzərə almalıyıq ki, həm Parisdə və həm də Londonda onların öz adamları və öz 

komitələri  vardır.  Siz  nümayəndəliyi  möhkəmləndirmək  barədə  ciddi  şəkildə 

fikirləşməlisiniz."  Bu,  həm  də  onunla  bağlı  idi  ki,  Azərbaycan  nümayəndə 

heyətinin texniki personalı hələ rəsmiləşdirilməmişdi. 

Maliyyə  məsələlərinə  gəldikdə  isə  M.H.Hacınskinin  məlumatından  aydın 

olur ki, qonşularla müqayisədə Azərbaycan nümayəndəliyi çox az maliyyə vəsaiti 

ilə yola çıxıblar. Halbuki Parisdə və ümumilikdə Qərbi Avropada nəzərdə tutulan 

işi  yerinə  yetiımək  üçün  külli  miqdarda maliyyə  vəsaiti  lazım  idi.  M.H.Hacınski 

yazırdı: "Deyirlər iri həcmli maliyyə vəsaiti olmadan orada /Parisdə - C.H./ heç bir 

iş görmək mümkün deyil". Bunu nəzərə alaraq erməni nümayəndələri 10 milyon, 

gürcülər  isə  hələlik  5  milyon  manat  pul  götürmüşdülər.

636


  Bunlarla  müqayisədə 

Azərbaycan  nümayəndələrinin  maliyyə  imkanları  çox  az  -  2,5  milyon  manata 

bərabər idi.

637


 

Yanvar  ayının  18-də  Azərbaycan,  Gürcüstan  və  Şimali  Qafqaz 

nümayəndələri  Batumdan  İstanbula  yola  düşdülər.  Onlar  gələnə  qədər  İstanbulda 

yanvar  ayının  ilk  günlərindən  başlayaraq,  Ə.M.Topçubaşov  çox  mühüm  işlər 

                                                        

634


  M.H.Hacınskinin  Azərbaycan  Respublikası  Nazirlər  Şurasının  sədri  F.Xan  Xoyskiyə  teleqramı. 

13.01.1919.// ARDA, f.894, s.10, i. 66, v.l 

635

 Azərbaycan Respublikasının Batumdakı Konsulu M.Əfəndiyevin 1919-cu ildə Konsulluğu saxlamaq 



üçün xərclər smetasına qoşma məktubu. 15.01.19197/ ARDA, f.970, s.1, i.43, v.l 

636


  M.H.Hacınskinin  Azərbaycan  Respublikası  Nazirlər  Şurasının  sədri  F.Xan  Xoyskiyə  teleqramı. 

17.01.1919. //ARDA, f.894, s.10, i. 66, v.5 

637

  M.H.Hacınskinin  Azərbaycan  Respublikası  Nazirlər  Şurasının  sədri  F.Xan  Xoyskiyə  teleqramı. 



17.01.1919. //ARDA, f.894, s.10, i. 66, v.6 

180 

 

görmüşdü.  Türkiyə  mətbuatı  artıq  məlumat  vermişdi  ki,  o,  Parisə  yollanan 



Azərbaycan  nümayəndə  heyətinə  rəhbərlik  edəcəkdir.  "Zaman"  qəzeti  yanvar 

ayının  12-də  yazırdı:  "Ə.M.Topçubaşov  Azərbaycanın  hüququnu  müdafiə  etmək 

üçün  Bakıdan  Paris  Sülh  konfransına  gedən  nümayəndə  heyətinin  sədri  təyin 

edilmişdir. Ona görə Əli Mərdan bəу  vətənə dönmək əvəzinə Parisə gedəcəkdir". 

Elə həmin yazıda qəzet Ə.M.Topçubaşov haqqında və onun İstanbuldakı dörd aylıq 

missiyası barədə məlumat verirdi: Əli Mərdan  bəу Peterburq Universitetini bitirib 

və Rusiyanın çox tanınmış hüquqşünaslarından sayılır. 30 il yorulmadan çarizmin 

təqiblərinə və zorakılığına qarşı Rusiya türklərinin siyasi hüquqlarını müdafiə edib. 

İstanbula gəldiyi müddətdən bəri, əlverişli siyasi şəraitin olmamasına baxmayaraq 

Əli Mərdan bəу kifayət qədər ciddi və aktiv fəaliyyət göstərmişdir."

638

 

Yanvarın ilk günlərində o, İstanbulda olan müttəfiqlərin və neytral ölkələrin 



nümayəndələri  ilə  görüşmüş,  onlara  Mudros  sazişi  ilə  bağlı  Azərbaycan 

Respublikasının  etiraz  notasını  təqdim  etmiş,  İran  və  Rusiya  diplomatları  ilə 

danışıqlar  aparmış,  yanvar  ayının  11-də  Türkiyə  Sultanı  tərəfindən  qəbul 

edilmişdi.

639

  Yanvar  ayının  6-da  Ə.M.Topçubaşov  İstanbulda  olan  Amerika 



diplomatik nümayəndəsi mister Heyk ilə görüşüb danışıqlar aparmış və prezident 

V.Vilsonun  "on  dörd  sülh  prinsiplərinin"  Azərbaycana  şamil  edilməsini, 

respublikanın  istiqlaliyyətinin  ABŞ  tərəfindən  tanınmasına  köməklik  göstərməyi 

ondan  xahiş  etmişdi.

640

  Yanvarın  10-da  isə  o,  Hollandiya  nümayəndəsi  Van  Der 



Does  de  Villebua  ilə  görüşmüşdü.  Görüş  zamanı  Villebua  Ə.M.Topçubaşovun 

göndərdiyi  memorandumu  və  oradan  Qafqaz, habelə  Azərbaycan haqqında  çoxlu 

maraqlı məlumatlar aldığını bildirdi. О dedi: "Мən diqqət yetirdim ki, sizin zəngin 

ölkəniz var, ona görə də siz öz vəsaitləriniz hesabına yaşaya bilərsiniz. Sizdə çoxlu 

neft,  pambıq  var,  lakin  dəmir  yollarınız  yetərli  deyildir."  Söhbətin  sonunda 

Villebua  Avropanın  xəritəsində  böyük  dəyişikliklər  olacağının  ehtimal  edildiyini 

xatırlatdı.

641


  Hollandiya  nazirinin  bu  ehtimalı  müharibənin  gətirdiyi  dəyişikliklər 

fonunda  Avropada,  о  cümlədən  Rusiya  imperiyasının  yerində  yeni  dövlətlərin 

qurulacağı üzərində qurulmuşdu. 

Hələ  dekabrın  30-da  Ə.M.Topçubaşov  Azərbaycanın  hazırki  vəziyyəti 

haqqında  hazırladığı  memorandumu  İstanbulda  olan  İsveç  səfiri  S.Anşarsveldə 

təqdim  etmişdi.  İsveç  səfiri  ilə  razılıq  əsasında  bu  Memorandumla  Stokholmda 

olan  böyük  dövlətlərin  diplomatik  nümayəndələri  də  tanış  edilməli  idi.  Yanvar 

ayının  12-də  S.Anşarsveld  Ə.M.Topçubaşova  yazırdı:  "Sizin  dekabrın  30-da 

                                                        

638


  Ə.M.Topçubaşovun  Türkiyə  Sultanı  tərəfindən  qəbul  edilməsi  haqqında  "Zama n"  qəzetinin 

məlumatı. 12.01.1919. //ARDA, f.970, s.1, i.158, v.3 

639

 Yenə orada, v.3 



640

  Azərbaycan  Respublikasının  Sülh  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  Türkiyədəki 

Amerika diplomatik nümayəndəsi Heyklə söhbəti. 06.01.1919.// ARDA, f.894, s.10. i. 151,v.45 

641


  Azərbaycan  Respublikasının  Sülh  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  Türkiyədəki 

Hollandiya  nümayəndəsi  Van  Der  Does  de  Villebua  ilə  söhbəti.  10.01.1919.//  ARDA,  f.894,  s.10.  i. 

151, v.52-53 


181 

 

göndərdiyiniz Azərbaycanın indiki vəziyyəti haqqında memorandumu Stokholma, 



İsveç  kral  hökumətinin  xarici  işlər  nazirliyinə  göndərdim."

642


  Belə  bir  məlumatı 

İstanbulda  olan  ingilis  Ali  komissarı  R.Vebb  də  bildirdi.  О  da  öz  növbəsində 

Ə.M.Topçubaşovun  dekabrın  30-da ingilis nümayəndəliyinə  təqdim  etdiyi  sənədi 

Böyük Britaniya kral hökumətinə göndərdiyini yazırdı."

643

 

Yanvar ayının 5-də və 6-da xarici nümayəndəliklərin yerləşdiyi İstanbulun 



Pera  Palas  mehmanxanasında  Ə.M.Topçubaşov  ağqvardiyaçı  Kolçak  və  Denikin 

hökumətlərinin  nümayəndəsi  kimi,  Paris  Sülh  konfransına  gedən  S.D.Sazonovla 

görüşdü.  S.D.Sazonov  1883-cü  ildən  fəaliyyətə  başlayan  tanınmış  rus  diplomatı 

idi. Böyük Britaniyada, ABŞ və Vatikanda diplomatik işdə olmuşdu, 1909-cu ildən 

1916-cı  ilə  kimi,  Rusiya  imperiyasının  xarici  siyasət  aparatına  rəhbərlik  etmiş, 

Antantanın  yaradılmasında  xüsusi  xidmətləri  olmuşdu.

644

  Lakin  o,  Rusiya 



imperiyasının  dağılması  və  yeni  dövlətlərin  yaranması  ilə  heç  cürə  razılaşmaq 

istəmirdi.  Düz  bir  ay  əvvəl,  1918-ci  ilin  dekabr  ayının  7-də  Ə.M.Topçubaşovun 

belə bir görüşü Rusiyanın keçmiş xarici işlər naziri Pavel Milyukovla da olmuşdu. 

Rusiyada  gedən  mürəkkəb  proseslər  geniş  müzakirə  edildikdən  sonra, 

Ə.M.Topçubaşov  hələ  birinci  rus  inqilabı  dövründə  Xalq  Azadlıq  partiyasından 

yaxşı  tanıdığı  P.Milyukov  qeyri-rus  xalqlara  münasibət  məsələsinə  aydın  cavab 

verməkdən  çəkinmiş,  hazırda  başlıca  məsələnin  Rusiyanın  bolşeviklərdən  azad 

olunmasından ibarət olduğunu bildirmişdi. О demişdi: "Əgər bolşeviklər səhnədən 

getsələr,  Rusiya  xilas  olacaq".  Əli  Mərdan  bəyin  öz  hökuməti  və  ordusu  olan  üç 

müstəqil  Cənubi  Qafqaz  respublikalarına  münasibətlə  bağlı  sualına  cavab  olaraq 

P.Milyukov  bildirmişdi  ki,  mən  başa  düşürəm,  sizin  xalqlar  özlərini  xilas  etməli 

idilər,  bu  baxımdan  sizin  respublikaların  yaranması  təbiidir  və  siz  belə  də  addım 

atmalı idiniz. Lakin digər tərəfdən, sizin respublikaların yaranmasında almanların 

əlinin  olduğunu,  son  dövrlərdə  onların  Şərq  siyasətinin  rolu  olduğunu  da  inkar 

etmək  mümkün  deyildir.  P.Milyukovun  bu  eyhamına  cavab  olaraq 

Ə.M.Topçubaşov bildirmişdi ki, xalqlar artıq öz talelərini həll ediblər, о cümlədən 

biz  azərbaycanlılar  da.

645


  İlk  danışıqlardan  P.N.Milyukovun  və  S.D.Sazonovun 

Paris  Sülh  konfransında  "vahid  və  bölünməz  Rusiya"  uğrunda  mübarizə 

aparacaqları  göz  qabağında  idi.  Ə.M.Topçubaşov  Azərbaycanın  Rusiyanın 

əsarətindən  qurtarıb  müstəqil  respublika  yaratdığını  və  Rusiyanın  daxili  işlərinə 

qarışmayacağını  əsaslandıraraq  bildirdi:  "Biz  azərbaycanlılar  rusların  düşməni 

deyilik və onlara öz ölkələrində istədikləri kimi, bolşevizm, sosializm, ya da lap elə 

                                                        

642


  İsveçin  İstanbulda 

olan  nümayəndəsi  S.Anşarsveldin  Azərbaycan  Respublikası  Sülh 

nümayəndəliyinin başçısı Ə.M.Topçubaşova məktubu. 12.01.1919.// ARDA, f.970, s.1, i. 37, v.1  

643


 İstanbulda olan Britaniya Ali Komissarı R.Vebbin Azərbaycan Respublikası Sülh nü mayəndəliyinin 

başçısı Ə.M. Topçubaşova məktubu. Yanvar, 1919.// ARDA, f.970, s.1, i. 139, v.2 

644

 Дипломатический словарь. Том III, М, 1986, с.6-7 



645

  Azərbaycan  Respublikasının  fövqəladə  səfiri  və  səlahiyyətli  naziri  Ə.M.Topçubaşovun  Rusiya 

müvəqqəti hökumətinin keçmiş xarici işlər naziri P.N.Milyukovla söhbəti. 07.12.1918.// ARDA, f.894, 

s. 10, i. 151.v.34 



182 

 

monarxizm  əsasında  öz  həyatlarını  sahmana  salmağı  arzu  edirik.  Ancaq  mən 



bildirirəm  ki,  azərbaycanlılar  və  təkcə  azərbaycanlılar  deyil,  həm  də  Terek  və 

Kuban kazakları istisna olmaqla, yerdə qalan Qafqazlılar daha ruslarla birgə yaşaya 

bilməzlər.  Əvvələn,  baxın,  sizdə  nə  qədər  yeni  dövlət  qurumları  meydana  çıxıb: 

Don, Kuban, Şimali Qafqaz respublikası, Dağıstan. Deməli fiziki, əlaqələr qırılıb. 

Mənəvi  əlaqələr,  həyat  tərzi  və  xüsusən  də  sosial  siyasi  dünyagörüş  fərqlilikləri 

daha böyük əhəmiyyət kəsb edir. Bu cəhətdən ciddi problemlər, son dərəcə böyük 

uyğunsuzluqlar olub və indi də mövcuddur. Əvvəlki rejim bunu nəzərə almamışdı 

və  Allahın  bizdən  anadangəlmə  istedad  və  əməyə  məhəbbət hissini  əsirgəmədiyi 

bir  vaxtda  bizi  geridə  qalmış  bədbəxt  xalqa  döndərən  rusların  məşum  səhvi  də 

bunda  idi.  Əgər  siz  yenə  də  bizim  Rusiyanın  əsarətində  olmağımızı  arzu 

edirsinizsə, onda deməli, taleyimiz belədir ki, bədbəxt qalaq, çünki biz, bizim xalq 

xalis  rus  vilayətlərində  kök  atmış,  bütün  Mərkəzi  Rusiyanı  çulğamış  bolşevizm 

formasını alan ifrat sosializmdən son dərəcə uzaqdır. Bizi təzədən  belə bir ölkəyə 

birləşdirsələr,  biz  həmişə  geridə  qalacaq  və  öz  geriliyimizlə  sizin  ümumi 

hərəkətinizə maneçilik törədəcək, eyni zamanda da mənasız ömür sürməyə düçar 

olacağıq.  Azərbaycanlılar  5-6  milyondurlar,  Vilsonun  prinsiplərinə  əsasən, 

müstəqil  yaşamaq  üçün  onların  əlində  əsasları  var  və  biz  həmişə  müstəqil 

yaşamağa  can  atacağıq,  yaxın  qonşularımızla  birgə  həyata  cəhd  göstərəcəyik."

646

 

Ə.M.Topçubaşovun  ayrılmaq,  müstəqil  olmaq  və  zərurət  olarsa,  qonşu  xalqlarla 



birlikdə Qafqaz konfederasiyası yaratmaqla bağlı fikirləri ilə tanış olduqdan sonra 

S.D.Sazonov  bildirdi:  "Deməli,  Qafqazda  tatarlar  (azərbaycanlılar  -  C.H.),  yəni 

müsəlmanlar  artıq  Rusiyanı  dəfn  ediblər  və  onun  üzərinə  böyük  xaç  qoyublar." 

Ə.M.Topçubaşov etiraz edərək bildirdi ki, əksinə, biz azərbaycanlılar öz yolumuzla 

getməyi,  öz  gücümüz  və  imkanlarımızla  yaşamağı  arzulamaqla,  xalis  rus 

əhalisindən  və  əyalətlərindən ibarət  olacaq  gələcək  Rusiyanın  işini  asanlaşdırmış 

oluruq.  Belə  Rusiyaya  biz  həmişə  xoşbəxtlik  arzulayacağıq.  Daha  sonra  biz 

azərbaycanlılar  öz  qonşularımız  olan  gürcü  və  ermənilərlə  dinc  şəraitdə  birgə 

yaşamağı  arzulayırıq  və  İsveçrə  ittifaqına  bənzər  vahid  federativ  respublika 

yaratmaq niyyətindəyik. Böyük siyasi təcrübəsi olan Sergey Sazonov haqlı olaraq 

dedi: "Çətin ki, bu mümkün olsun. Qafqaz xalqları arasında çox böyük fərqliliklər 

vardır.  Xüsusilə  ermənilər  sizinlə  birgə  addımlamazlar.  Axı  Qafqazda  nə  qədər 

tatarlarla  (azərbaycanlılarla  -  C.H),  yəni,  müsəlmanlarla  qanlı  toqquşmalar  olub. 

Ayrı-ауrı xalqlar arasında  gedən müharibələri  unutmaq mümkündür, lakin  qırğını 

bilmirəm,  sizin  Bakıda  ermənilər  tatarları  (azərbaycanlıları  -  C.H)  qırdılar, 

sentyabrda  isə  əksinə.  Əvvəllər  də  dəfələrlə  qırğın  olub...  Bir  də  mən  sizə 

deməliyəm ki, Qafqaz müsəlmanlarının Rusiyaya meyli və Rusiyadan uzaqlaşmaq 

istəmədikləri  haqqında  tez-tez  eşitməli  oluram.  Onun  bu  sözləri  ilə  bağlı  Əli 

Mərdan bəу bildirdi ki, hər şeydən əvvəl biz Rusiyadan deyil, Rusiya özü bizdən 

                                                        

646

  Azərbaycan  Respublikası  Sülh  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  Rusiya  imperiyasının 



keçmiş xarici işlər naziri S.D.Sazonovla söhbəti. 06.01.1919. // ARDA, f.894, s.10. i.151,v.42 

183 

 

uzaqlaşdı.



647

  Danışıqlar  zamanı  S.D.Sazonov  Rusiyanın  bərpa  ediləcəyini, 

xalqların  hüquqlarının  tanınacağını  və  eyni  zamanda  "yaxşı  idarə  olunan  Rusiya 

olacağını" vəd edirdi. Bolşevizmə münasibətdə о bildirdi: "Bu heç ideya da deyil, 

öz tamahkar məqsədləri üçün özgənin malını qənimət bilmək və dağıtmaqdır. Bir 

ovuc  ağılsız  və  satqın  Rusiyanı  zəbt  edə  bilməz".  Dağılmış  Rusiya  imperiyasına 

daxil  olan  xalqlara  münasibətdə  S.D.Sazonovun  mövqeyi  onilliklər  boyunca 

formalaşmış  velikorus  şovinizminin  açıq  təzahürü  idi.  Maraqlıdır  ki,  köhnə  rus 

diplomatı  Avstriya-Macarıstan  və  Osmanlı  imperiyasına  daxil  olan  xalqlara 

müstəqillik  verilməsinə  tərəfdar  olduğu  halda,  bolşevizmdən  yaxa  qurtardıqdan 

sonra,  Polşa  istisna  olmaqla  yenidən  Rusiya  imperiyasının  bərpa  olunacağını 

bildirirdi.  Bu  baxımdan  Ə.M.Topçubaşovla  S.D.Sazonovun  danışıqlarının 

stenoqramı  çox  maraqlıdır  və  ondan  bir  parçaya  diqqət  yetirək:  "Sazonov.  Мən 

Rusiyanın  günahını,  təkcə  Polşaya  münasibətdə  görürəm. Biz  ona  qarşı ədalətsiz 

olmuşuq və bu tarixi səhvi düzəltmək bizim üzərimizə düşür. Мən həmişə bu fikrin 

üstündə  durmuşam  və  bu  məsələnin  ucbatından  öz  vəzifəmi  qurban  vermişəm. 

Qalan  xalqların  qarşısında  isə  bizim  Rusiyanın  vicdanı  təmizdir  və  elə  ki, 

bolşeviklərdən yaxa qurtardıq, biz Rusiyadan ayrılmaq istəyən xalqlara deyəcəyik: 

buyurun, geriyə yenə bizə /şəhadət barmağı ilə işarə edir/ qayıdın. 

Topçubaşov.  Neynəyək,  deməli,  yüz  il  bundan qabaqkı kimi  kazaklarınızı 

üstümüzə göndərəcəksiniz, biz öyrənmişik. 

Sazonov.  /Sözünü  kəsərək/  Bilmirəm  necə  olacaq?  Ancaq  Rusiyanın 

Qafqazdan ayrılmasına hər şeydən qabaq müttəfiqlər çətin ki, razılaşsınlar. İnanın 

ki,  onlar  bunu  sizə,  gürcülərə,  ermənilərə  deyəcəklər.  Onların  Rusiya  və  bütün 

Qafqaz xalqlarının mənafeləri ilə üst-üstə düşən maraqları bundadır. 

Topçubaşov. Siz belə düşünürsünüz? 

Sazonov.  Мən  əminəm  ki,  Qafqaz  xalqları  müstəqil  yaşamaq  iqtidarında 

deyillər.  Buyurun,  deyin  görüm  bu  səfeh,  qoyun  gürcülər  öz  dövlətlərini  yarada 

bilərlərmi?  Onların  cürbəcür  rəhbərləri  -  Çxeidze,  Çxenkeli,  yaxud  bu  yaramaz 

Sereteli  Rusiyanı  dağıtmağa  kömək  etsələr  də,  nə  isə  bir  şey  yaratmağa  qadir 

deyillər.  Ermənilər  nisbətən  maraqlı  xalqdır.  Sizin  azərbaycanlılar  isə  Rusiyadan 

ayrılmaq  istəmirlər,  baxmayaraq  ki,  siz  bunun  əksini  iddia  edirsiniz.  О  ki,  qaldı 

Ukraynaya, onun yaranması Rusiyanın cənubunda ayrıca dövlət yaratmaq yolunda 

çoxdan bəri əlləşib-vuruşan alman-avstriyalıların işləridir... 

Topçubaşov.  Elə  isə,  bəs  sizcə,  hansı  xalqlar  müstəqil  yaşamaq 

iqtidarındadır? 

Sazonov.  Bax,  serblər,  çexlər.  Bu  müharibədə  serblər  necə  gözəl  rol 

oynadılar? Bax, mən bunu başa düşürəm. 

Topçubaşov. Hansı rol? 

                                                        

647

  Azərbaycan  Respublikası  Sülh  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  Rusiya  imperiyasının 



keçmiş xarici işlər naziri S.D.Sazonovla söhbəti. 05.01.1919.// ARDA, f.894, s.10. i.151, v.39 -41 

184 

 

Sazonov.  /Bu  suala  cavab  verməyərək/  Bəs  çexlər?  Görürsünüzmü  onlar 



necə  qətiyyət  və  inad  göstərdilər?  Ümumiyyətlə,  keçmiş  Avstriya-Macarıstan 

xalqları.  Və  elə  bu  Türkiyə  -  axı  bu  ölü  ölkədir,  ölü  xalqdır,  düşünürəm  ki, 

türklərin özləri də bunu dərk ediblər ........................................ 

Topçubaşov. Əksinə, türklər özlərini məhz indi yaşamağa qabil xalq hesab 

edirlər  və  bunun  üçün  onların  əsasları  var.  Ancaq  məni  Qafqazla  əlaqədar 

baxışlarınız maraqlandırır. Bax, siz gürcülər barədə bu cür fikir söyləməyi özünüzə 

rəva gördünüz. Siz Parisə gedirsiniz və orada, əlbəttə, Gürcüstanın və Ermənistanın 

nümayəndələrini görəcəksiniz... 

Sazonov. Onları görmək mənim nəyimə gərəkdir? Ümidvaram ki, bu mənə 

lazım olmayacaq. Bundan başqa, mən, hətta, düşünürəm və əminəm ki, onlardan 

heç birini Sülh konqresinə buraxmayacaqlar. 

Topçubaşov. Yəni başqa sözlə desək, belə çıxır ki, Qafqaz xalqlarından heç 

birinin müstəqilliyi tanınmayacaq. Bəs onda Vilson prinsipləri necə olsun? 

Sazonov. Vilson prinsipləri yalnız ideologiyadır. Axı o, təzə bir şey demir. 

O,  yalnız  təcrübədə  və  ümumiyyətlə,  həyatda  çətin  tətbiq  oluna  bilən  nəzəri 

müddəaları  sistem  halında  cəmləşdirib.  İnanın  ki,  həlledici  rolu  bu  prinsiplər 

oynamayacaqdır.

648


 

Bir gün sonra, yanvar ayının 7-də Ə.M.Topçubaşov hələ Tiflisdən tanıdığı 

Rusiya nümayəndəliyinin üzvü V.İ.Savitski ilə də təxminən bu məzmunda söhbət 

keçirdi.  V.İ.Savitskinin  atası  İ.K.Savitski  uzun  müddət  Tiflis  dairə  məhkəməsi 

sədrinin  müavini  işləmişdi.  İndi  V.Savitski  A.Denikinin  mandatı  ilə  iqtisadi 

məsələlər üzrə xüsusi müvəkkil kimi Parisə gedirdi. S.D.Sazonov kimi, о da iddia 

edirdi  ki,  Sülh  konfransında  mədəni,  iqtisadi,  coğrafi  və  başqa  səciyyəvi  çoxlu 

mülahizələrə  görə  yeni  yaranmış  respublikaların  müstəqilliyi  tanınmayacaqdır. 

V.İ.Savitski Antantanın yeni dövlətlərə münasibətini xeyli dərəcədə rus borcları ilə 

əlaqələndirirdi  ki,  sonralar  rus  diplomatları,  doğrudan  da,  bu  amillə  Antanta 

dövlətlərini qorxuda bilmişdilər. О deyirdi: "Rusiyanın 65-68 milyardlıq borcunun 

taleyi  onları  qorxutmaya  bilməz.  Onda  onlar  öz  pullarını  haradan,  necə 

qaytaracaqlar?  Ona  görə  də  onlara  vahid  Rusiyanın  olması  sərf  edəcək,  bir-

birindən yoxsul onlarca yeni dövlətdənsə, bir borcludan borcu geri qaytarmaq daha 

asandır."

649


  Bu  dövrdən  başlayaraq  beynəlxalq  miqyasda  "vahid  və  bölünməz 

Rusiya"  iddiasında  olan  ağqvardiyaçı  hökumətlərin  diplomatlarına  qarşı 

Azərbaycan və digər yeni yaranmış respublikaların Parisə gedən nümayəndələrini 

çətin mübarizə gözləyirdi. 

Yanvar  ayında  Ə.M.Topçubaşovun  İranın  xarici  işlər  naziri  ilə  keçirdiyi 

görüşün mühüm əhəmiyyəti oldu. 1919-ci ilin yanvar ayının 9-da o, İranın xarici 

                                                        

648


 Yenə orada, v.42-44 

649


  Azərbaycan  Respublikası  Sülh  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  Könüllü  Ordunun 

Parisə gedən nümayəndəsi V.İ.Savitski ilə söhbəti. 07.01.1919.// ARDA, f.894, s.10, i. 151.v.44 

 


185 

 

işlər naziri  Müşavirülməmalik  Əliqulu  xan  Ənsari ilə  danışıqlar apardı.  Əvvəllər 



qeyd olunduğu kimi, İranın Azərbaycan Respublikasının yaranmasına münasibəti о 

qədər  də  müsbət  deyildi.  İstanbuldakı  yanvar  danışıqları  zamanı  İran  tərəfinin 

düşmənçilik mövqeyini bir qədər yumşaltmaq mümkün oldu. İran xarici işlər naziri 

ilə  görüş  barəsində  Ə.M.Topçubaşov  Azərbaycan  Nazirlər  Şurasının  sədrinə 

yazırdı:  "İranın  nümayəndə  heyəti,  о  cümlədən  xarici  işlər  naziri 

Müşavirülməmaliklə  görüş  məsələsinin  müsbət  həlli  xəbərini  alanda  bir  qədər 

tərəddüd  etdim.  Salonda  /diplomatik  nümayəndələrin  toplandığı  Pera  Palas 

mehmanxanasının salonu nəzərdə tutulur - C.H./ özlərini hamıdan təcrid etmələri, 

mənim  göndərdiyim  M.Mirzəyevə  verilən  cavab  /nazirin  hüquqşünaslıq 

məktəbində təhsil alan oğlunun Mirzəyevə dediyi "biz türkcə danışmırıq" sözləri/, 

İran hökumətindən  ümumi narazılıq,  eləcə  də  İranın  diplomatik  nümayəndəsi  ilə 

olan  söhbətim,  bütün  bunlar  mənə  bir  qədər  xoşagəlməz  anlaşılmazlıq  xofu 

aşılayaraq yolumu kəsirdi... Təsadüfən üçüncü gün İran nazirinin yanına getməyə 

hazırlaşan  təbrizli  Seyid  Həsən  söz  verdi  ki,  elə  həmin  gün  mənə  bir  cavab 

deyəcək, amma vədinə xilaf çıxdı. Bununla belə, mən bu münasibəti qeyri-normal 

hesab etdiyimdən bu gün başına qabaqcadan Qafqazlı papağı geydirdiyim katibim 

Rəhim bəylə öz tanınma kartımı İranın xarici işlər nazirinə göndərdim. Rəhim bəy 

çox  tezliklə  qayıdıb  gəldi  və  bildirdi  ki,  Müşavirülməmalik  yanına  gəlməyimi 

xahiş edir. Dərhal durub getdim və əslən, deyəsən, İran Azərbaycanından olan şair 

Hüseyn Daneş bəyi də onun yanında gördüm. Nazir məni çox mehriban qarşıladı... 

Özümü  təqdim  eləyib  qurtarmağa  macal  tapmamış  o,  bütün  çöhrəsi  ilə 

gülümsünərək dedi: axı biz, sizinlə köhnə tanışlarıq, keçmiş diplomatik nümayəndə 

Müşirilmülklə  birlikdə  Bakıda,  sizin  evinizdə  qonağınız  olmuşuq.  О  zaman  sizin 

evinizə  yığışan  müsəlman  ziyalılarının  ürəkaçan  mühiti  indi  də  mənim 

yadımdadır"

650


 

İranın  Azərbaycana  iddiasının  əsassızlığı  ilə  bağlı  hələ  İstanbula  gələrkən 

Bakıda iki gün qalmış İran xarici işlər naziri ilə Nəsib bəy Usubbəyov, Əhməd bəy 

Ağayev  arasında  ciddi  mübahisələr  olmuşdu.  Əliqulu  xan  belə  hesab  edirdi  ki, 

guya Azərbaycan İran şahlarının hakimiyyətinə tabe olmuşdur. Əhməd bəy Ağayev 

isə tarixi dəlillərlə Azərbaycan xanlıqlarının yüz illərlə müstəqil yaşadığını sübut 

etmişdi. Azərbaycan hökumətinə belə bir məlumat daxil olmuşdu ki, İran hökuməti 

Sülh  konqresi  üçün  hazırladığı  proqramın  8-ci  bəndində  Gülüstan  müqaviləsinə 

qədərki  sərhədlərin  bərpa  edilməsi tələbini  irəli  sürmüşdür.  Bunu  dəqiqləşdirmək 

məqsədi  ilə  xarici  işlər  naziri  F.X.Xoyski  İranın  Bakıdakı  konsuluna  məktubla 

müraciət edib belə bir tələb olub-olmadığını soruşmuşdu. Bununla bağlı Fətəli xan 

yazmışdı ki, əgər  belə bir tələb yoxsa, onda konsul bunu qəzet vasitəsi ilə təkzib 

etsin.  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  məktubu  haqqında  konsul  yolüstü 

Bakıda olan Əliqulu xan Ənsariyə хəbər verdikdə İran xarici işlər naziri  belə bir 

                                                        

650


  Azərbaycan  Respublikasının  Sülh  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  İranın  xarici  işlər 

naziri Əliqulu xan Ənsari ilə söhbəti. 09.01.1919.// ARDA, f.894, s.10. i.151, v.50-51 



186 

 

tələbin olmadığını bildirmiş və konsula göstəriş vermişdi ki, bunu təkzib etsin.



651

 

Lakin  sonralar  aydın  oldu  ki,  belə  bir  tələb  İranın  Paris  Sülh  konfransına  təqdim 



etdiyi memorandumda vardır. 

Danışıqlar  zamanı  Ə.M.Topçubaşov  İran  hökumətinin  Azərbaycana 

münasibətinin  yaxşı  olmamasının  əsassız  olduğunu  bildirdi.  О  qeyd  edirdi  ki, 

"bizim  istiqlaliyyətimiz,  təkcə  özümüz  üçün  deyil,  İrana  da  fayda  gətirəcək, 

xüsusən də məhz indiki vaxtda. Buna görə də güman edirəm ki, Sülh konqresində 

sizin nümayəndə heyətiniz, xüsusilə də siz özünüz bizim istiqlaliyyətimizə tərəfdar 

çıxacaqsınız".  İranın  xarici  işlər  naziri  Azərbaycanın  istiqlaliyyətinə  tərəfdar 

olduğunu  və  bu  işdə  ona  yardım  edəcəyinə  vəd  verdi.  Hətta  o,  Əli  Mərdan  bəyə 

bildirdi ki, "siz, təkcə Qafqazda deyil, bizdə də məşhur adamsınız. Yadınızdadırmı, 

İran  hökuməti  məhkəmənin  işinin  təşkili  üçün  sizi  Tehrana  dəvət  etmişdi.  Siz 

həmişə  müsəlmanların  mənafeyini  müdafiə  edirdiniz  və  mən  də  müsəlmanların 

mənafeyi  naminə  sizi  əmin  etmək  istəyirəm  ki,  biz  iranlılar  sizin  Azərbaycana 

ürəkdən səadət arzulayırıq və onun istiqlaliyyətinə sizinlə birlikdə şad olacağıq."

652


 

Yanvar ayının 11-də və 15-də Əli Mərdan bəy İranın xarici işlər naziri ilə daha iki 

görüş  keçirdi.  Əliqulu  xan  bir  daha  Qafqaz  respublikalarının,  ilk  növbədə  isə 

Azərbaycanın İran  tərəfindən tanındığını və bu respublikaların İran üçün gələcək 

Rusiya əleyhinə müəyyən təminatlar verə biləcəyini söylədi. Azərbaycanın dövlət 

başçısı  bu  sözlərdən  məmnun  olduğunu  bildirərək  əlavə  etdi  ki,  bir  qədər  əvvəl 

İran  nümayəndəsi  Azərbaycan  dövlətinin  İran  Azərbaycanını  İrandan  qoparmaq 

istəyən türklərin diktəsi ilə yarandığını bildirmişdi. Əliqulu xan bu anlaşılmazlığın 

"Azərbaycan"  adı  ilə  bağlı  olduğunu  bildirərək  dedi:  "Mənim  fikrimcə,  bu 

məsələdə  sizin  tərəfinizdən  səhvə  yol  verilib.  Axı  indiyə  qədər  mərkəzi  Təbriz 

olmaqla bizim ərazilər Azərbaycan adlanıb. Ancaq məsələ bunda deyil. Bəs siz öz 

müstəqilliyinizi  necə  saxlayacaqsınız?  Axı  sizin  qonşularınız  olan  ermənilər  və 

gürcülər  sizə  düşmən  kimi  baxır.  Antantaçılar  da  çətin  ki,  Türkiyəyə  görə  sizə 

rəğbət bəsləsinlər." Əliqulu xan gürcü və xüsusilə ermənilərlə birgə konfederasiya 

yaradılmasının  mümkünlüyünə  şübhə  ilə  yanaşdığını  bildirdi  və  dedi  ki, 

ümumiyyətlə, ermənilərlə yola getmək sizin üçün çətin olacaq. İndi onların güclü 

müdafiəsi  var  və  sizinlə  federasiya  yaratmağa  razı  olmayacaqlar,  indi  onlar  öz 

çarlıqlarını  bərpa  etməyə  can  atırlar.  Əli  Mərdan  bəу  bildirdi  ki,  onlar  can  ata 

bilərlər, lakin çətin ki, bu onlara nəsib olsun. Söhbət zamanı İran xarici işlər naziri 

"tarixi  hüquqlara"  istinadən  ölkəsinin  də  Azərbaycana  iddialı  olduğuna  eyham 

vurdu.  Ə.M.Topçubaşov  bu  halda  İranın  "tarixi  hüquqlarına"  qarşı  daha  əsaslı 

xarakter daşıyan digər tarixi hüquqların ortaya qoyulacağını bildirdi. Danışıqların 

sonunda İran naziri bəzi həqiqətləri dilə gətirməli oldu. О dedi: "İndi gərək siz və 

biz zamanın ağırlığını unutmayaq, xüsusilə biz müsəlmanlar gərək bir yerdə olaq. 

Doğrudanmı,  hələ  indi  də  biz  anlamayacağıq  ki,  bütün  zərbələr  bizə  dəyəcək. 

                                                        

651

 Yenə orada, v.59. 



652

 Yenə orada, v.51. 



187 

 

Baxın  Türkiyə  ilə  nə  edirlər,  çətin  ki,  bu  dövlət  bir  də  dirçəlsin.  Deməli,  bütün 



ümidlər itir. Əgər indi də bizim həmrəyliyimiz olmasa, demək biz hamımız məhvə 

məhkumuq.  Xüsusilə,  Qafqazda  hər  şeydən  əvvəl  ruslar,  sonra  isə  gürcülər  və 

ermənilər  sizi,  sonra  isə  bizi  yeyəcəklər.  Düşmənçilik  etsələr  də,  hər  halda 

xristiandılar.  Ona  görə  bizim  aramızda  gərək  etimad  olsun.  Lakin  hələki  bu 

yoxdur.

653


  Yanvar  ayının  16-da  isə  Ə.M.Topçubaşov  İstanbula  gəlmiş 

Ermənistanın Paris Sülh konfransına yollanan nümayəndə heyətinin başçısı erməni 

milli şurasının sədri A.Ağaronyanı qəbul etdi. A.Ağaronyan son vaxtlarda Cənubi 

Qafqazda  baş  vermiş  hadisələr,  xüsusilə  erməni-gürcü  müharibəsi,  Azərbaycan-

Ermənistan  münasibətləri  haqqında  Ə.M.Topçubaşova  geniş  məlumat  verdi  və 

gürcülərlə  dolanmağın  mümkün  olmadığını  bildirdi.  O,  Lori  üstündə  başlanmış 

müharibədən sonra ermənilərin Tiflisdə təqib olunduğunu və ümumiyyətlə, bütün 

hadisələrin Tiflis üstündə başladığını vurğuladı. A.Ağaronyan izah etdi ki, gürcülər 

ermənilərin Tiflisə iddialı olmasından şübhələnirdilər. Lakin bizim Tiflisə heç bir 

iddiamız  yoxdur.  Biz  bu  şəhəri  gürcülərə  buraxırıq.  Мən  Tiflisdə  də  dedim,  biz 

qərara aldıq ki, hər şeyi Tiflisdə qoyub bütün erməniləri oradan çıxaraq, onda Tiflis 

gürcü  kəndinə  çevriləcək  və  məhv  olacaq.  Azərbaycanla  münasibətlərə  gəldikdə 

isə Ağaronyan dedi ki, hələ bir çox məsələlər həll olunmayıb, ermənilər, xüsusilə 

tanınmış adamlar Bakıya gedə bilmirlər. Zaqafqaziya dəmir yolunun Azərbaycana 

aid olan hissəsində ermənilərlə müsəlmanlar arasında tək-tük toqquşma halları baş 

verir.  A.Ağaronyan  bildirdi  ki,  sizin  hökumətin  başında  Fətəli  xan  Xoyski 

durduqca ermənilərin Azərbaycana münasibəti qeyri-normal olacaqdır. Fətəli xanı 

ermənilər, sentyabrda - Bakı alınan zaman çoxlu sayda ermənilərin öldürülməsinin 

və zorakılığın günahkarı hesab edirlər. Bizimkilər fikirləşirlər ki, Fətəli xan buna 

yol  verməyə  bilərdi.  Bununla  belə,  A.Ağaronyan  münasibətlərin  tənzim 

olunmasına tərəfdar olduğunu bildirdi. Qafqaz federasiyası məsələsinə gəldikdə isə 

o, indi bunun mürəkkəb məsələ olduğunu dedi və əlavə etdi ki, bu məsələ ilə bağlı 

onun  məktubuna  A.Çxenkeli  cavab  verib  ki,  bizim  ayrı-ayrı  respublikalar 

möhkəmlənmədiyi halda, federasiya haqqında düşünmək olmaz. Ə.M.Topçubaşov 

məsələnin belə qoyuluşundan və Qafqaz xalqlarının qarşıdurması haqqında aldığı 

məlumatlardan təəssüfləndiyini bildirdi.

654

 

Yanvar  ayının  20-də  Azərbaycan  nümayəndə  heyəti  İstanbula  gəldi. 



M.H.Hacınskinin  müvəqqəti  sədrliyi  başa  çatdı.  O,  Parisdə  keçiriləcək  Sülh 

konfransında  Azərbaycan  nümayəndə  heyətinə  rəhbərlik  etmək  haqqında 

Azərbaycan  hökumətinin  qərarını  və  bu  məsələ  ilə  bağlı  digər  mühüm  sənədləri 

Ə.M.Topçubaşova  təqdim  etdi.  Yanvar  ayının  22-də  Ə.M.Topçubaşovun 

                                                        

653


  Azərbaycan  Respublikasının  Sülh  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  İranın  xarici  işlər 

naziri Əliqulu xan Ənsari ilə söhbəti


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin