3.Əməliyyat sistemlərinin növləri və ölçüləri Əməliyyat sisteminin nüvəsinin özünə məxsus xüsusiyyətlərini nəzərə almasaq bu təsnifat əməlyyat sistemini xarakterizə etmək üçün yetərli ola bilər. Aşağıdakı əməliyyat sistemlərini misal göstərmək olar:
DOS ailəsi
WINDOWS ailəsi
Linux
Unix ailəsi
OS/2
Kompüterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər: UNİX, DOS, MS DOS, OS/2, Windows 9x, Windows 95/98/Me/2000/XP/Vista/7. Fərdi kompüterlərdə əsasən Windows 9x (1995-ci ildə yaradimışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows 9x çoxməsələli əməliyyat sistemi olub, qrafiki pəncərə istifadəçi interfeysinə malikdir.
MSDOS(QDOS) əsasında: Microsoft Windows(+1993 Windows NT 3.1, NT 3.5, Windows 95, NT 3.51, NT 4.0, Windows 98, Windows 2000, Windows ME, Windows XP, Windows Server 2003, Windows Vista...)
Mac OS
UNIX əsasında:
Linux: Debian(Ubuntu, KNOPPIX və s.), SLS/RedHat(Fedora və s.), Slackware(SuSE, SLAX və s.) və s.
Əməliyyat sistemlərində yeni funksiyalar daxil edildikcə onların həcmi genişlənməyə başladı: 1963=cü ildə Massaçusets Texnologiya İnstitutunda tətbiq edilən Compatible Time Sharing System vaxtın bölünməsi əməliyyat sistemi 32 min yaddaş sözündən (hər biri 36 bit olmaqla) ibarət idi. 1964-cü ildə IBM firmasının istehsalı olan OS/360 artıq milyondan çox komandası olan koddan ibarət idi. 1975-ci ildə Massaçusets Texnologiya İnstitutunda Bell Laboratories ilə birlikdə hazırlanmış Multiks "monstr"ı 20 milyondan çox komandaya malik idi. Fərdi EHM-lər üçün yaradılan əməliyyat sistemləri isə, əksinə, yığcam idi: MS DOS-un ilkin versiyaları 50 min komandadan artıq deyildi. 80-cı illərin ortalarında UNIX 7.5 Bell Laboratories isə təqribən 100 min maşın komandasından ibarət idi. Vaxt keçdikcə, fərdi EHM-lər üçün nəzərdə tutulan UNIX olduqca yığcam olaraq qaldı, amma Windows-95, 98, 2000 seriyaları barədə bunu demək olmaz.