İonlaşma nədir? İonlaşma-atomdan (və ya molekuldan) bir, yaxud bir neçə elektronun forması və ya elektronun ona birləşməsi hadisəsidir. İonlaşma nəticəsində sərbəst elektronlar, müsbət və mənfi ionlar əmələ gətirir. İonlaşma bir sıra səbəblərdən (elektromaqnit şüalanmasının udulmasından-fotoionlaşma, cismin qızmasından-termik ionlaşma elektrik sahəsinin təsirindən və s.), o cümlədən bitki örtüyünün təsirindən-insan orqanizmi üçün faydalı olan yüngül ionların konsentrasiyasının artmasından dəyişir. Hər hansı təsir nəticəsində atomun elektron qəbul etməsi və ya atomun elektron itirməsi prosesi ionlaşma adlanır. İonlaşma nəticəsində atomun elektronlarının sayı həmin atomun nüvəsindəki protonların sayından artıqdırsa, mənfi yüklü ion, elektronlarının sayı həmin atomun nüvəsindəki protonların sayından az olarsa, müsbət yüklü ion yaranır. İki müxtəlif nüvənin protonlarının sayı eyni, neytronlarının sayı müxtəlif olarsa, bunlara eyni elementin müxtəlif izotopları deyilir. Məsələn, Uran-238 92 protondan, 146 neytrondan, Uran-235 isə 92 protondan, 143 neytrondan ibarətdir. Bir elementin bir neçə izotopu ola bilər. Məsələn, hidrogenin 3 izotopu var: hidrogen-1 (adi hidrogen), hidrogen-2 (deyterium) və hidrogen -3 (tritium). Kimyəvi elementlərin bütün izotoplarının nüvələri “nuklidlər” qrupunu təşkil edir. İonlaşdırıcı şüalanma- Kifayət qədər yüksək enerji ilə şüalanma atomları ionlaşdıra bilər; yəni ionlar meydana gətirərək elektronları atomlardan qopara bilər. İonlaşma, atomu xalis müsbət yüklə tərk edən bir atomun bir elektron qabığından soyulduqda (və ya "döyüldükdə") meydana gəlir. Canlı hüceyrələr və daha da önəmlisi, həmin hüceyrələrdəki DNT bu ionlaşma nəticəsində zədələnə bilər, ionlaşdırıcı radiasiyaya məruz qalma xərçəng riskini artırır. Beləliklə, "ionlaşdırıcı şüalanma" bioloji zərər üçün böyük potensiala görə bir qədər süni şəkildə hissəcik radiasiyasından və elektromaqnit radiasiyasından ayrılır. Fərdi bir hüceyrə trilyonlarla atomdan ibarət olsa da, bunların yalnız kiçik bir hissəsi aşağı və orta radiasiya gücündə ionlaşacaqdır. Məsələn, meşə havasında oksigenin ionlaşma dərəcəsi dəniz səthindən adətən 2-3 dəfə, çəmən səthindən 5-10 dəfə, yaşayış evinin havasından təxminən 150 dəfə artıqdır. Ağ akasiya, palıd, küknar, şam, ardıc ən yüksək mənfi ionlaşma qabiliyyətinə malikdir. Lakin bəzi bitkilər yüngül ionların miqdarını azaldır, ağır ionların sayını isə artırır. Bunlardan giləmeyvə, qaraçöhrə, tütün, bağ qərənfili, maqnoliya, mimoza, araliya və evkalipti göstərmək olar. Radiasiya-Şüalanma nədir? Radiasiya – radioaktiv kimyəvi elementlərin nüvələrinin parçalanması zamanı yaranan enerjinin alfa, beta, qama şüaları və Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanın ətraf mühitdə müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır. Ətraf mühitin təbii radiasiya fonu– kosmik şüalanmanın torpaq, hava, su və ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların atmosferə səpələnən şüalarının miqdarının insan və digər canlı orqanizmlərə zərər verməyən ionlaşmış radiasiyasının təbii dərəcəsidir. Radiasiya fonunun təbii mühitdə formalaşmasında ilkin yeri kosmik şüalar, yəni atmosferə düşən böyük enerjili zərrəciklər tutur. Temperaturun dəyişməsi ilə əlaqədar radiasiya fonu lokal olaraq dəyişir.