Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti


İonlaşdırıcı radiasiya zamanı yaranan hissəciklər?



Yüklə 13,78 Kb.
səhifə3/3
tarix26.12.2023
ölçüsü13,78 Kb.
#197366
1   2   3
Radioekologiya

İonlaşdırıcı radiasiya zamanı yaranan hissəciklər?
Alfa hissəciklər, ağır nüvələr, məsələn, uran, radium, radon, plutonium kimi elementlərin nüvələrinin buraxdığı müsbət yüklü zərrəciklərdən ibarətdir. Bu zərrəciklər alfa-hissəcik adlandırılır və 2 proton, 2 neytrondan ibarətdir.
Alfa-hissəciklər havada yalnız bir neçə santimetr məsafə keçə bilir və adi kağız vərəqəsi ilə tam udulurlar. Alfa-şüalanma dəridən keçmə qabiliyyətinə malik deyil. Əgər alfa-hissəciklər buraxan hər hansı bir maddə bədənə düşərsə, bu halda o öz enerjisini ətrafdakı hüceyrələrə ötürür. Alfa-şüalandırıcılar tənəffüs yolu və açıq yaradan daxil olmaqla insanlara zərər verə bilərlər.
Beta-şüalanma alfa-hissəciklərdən kifayət qədər kiçik olan elektronlardan və ya pozitronlardan ibarətdir. Elektronlar mənfi elektrik yükünə, pozitronlar isə, müsbət elektrik yükünə malikdirlər.
Beta şüalanma daha dərinə nüfuz edə bilir və onun qarşısı metal lövhə və ya şüşə, ya da adi paltarla alına bilər. Beta-şüalanma insanın dərisində yeni dəri hüceyrələrinin əmələ gəldiyi “rüşeym qatına” qədər keçə bilir. Əgər beta-şüalandırıcılar dəridə uzun müddət qalarlarsa, onlar onun zədələnməsinə səbəb ola bilərlər.
Qamma - şüalanma elektromaqnit dalğalarıdır. Qamma şüalanmanın hissəcikləri qamma-kvant adlanır. Qamma-kvantlar elektrik yükünə malik deyildir.
Qamma kvantların havada qaçış məsafəsi böyük, nüfuzetmə qabiliyyəti isə əhəmiyyətli dərəcədədir. Qamma-şüalanma üçün beton və ya qurğuşun kimi sıxlığı yüksək olan materiallar yaxşı sədd ola bilərlər.
Diqqətinizə görə çox sağ olun.
Hörmətlə: Dadaşzadə Ayxan.
Yüklə 13,78 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin