Radiasiya kimi tanınan enerji dalğalar və ya hissəciklər şəklində bir yerdən digərinə keçir. Mənbədən çıxan və kosmosda işıq sürəti ilə hərəkət edən enerjiyə radiasiya deyilir. Bu enerji dalğa kimi keyfiyyətlərə malikdir və elektrik sahəsi və maqnit sahəsi ilə müşayiət olunur. Radiasiyaya elektromaqnit dalğaları da aid edilə bilər. Radiasiya işıq və ya istilik şəklində ola bilər. Bir elektronu atomdan çıxarmaq üçün kifayət qədər enerjiyə malik olduğundan, bu veb saytında əhatə olunan şüalanma növü ionlaşdırıcı şüalanma kimi tanınır. Geniş mənada radiasiya mühitdə enerjinin müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır. Radiasiyanın hansı formada olduğuna, insan orqanizminə necə təsir etməsinə və s. məsələlərə aydınlıq gətirmək üçün bəzi anlayışlarla tanış olaq. İonlaşdırıcı radiasiya? İonlaşdırıcı radiasiya- çox yüksək bioloji təsir etmə xassəsinə malikdirlər, bu şüalarla canlı orqanizmin atom və molekulları arasındakı qarşılıqlı təsir, yəni bu şüaların təsirindən insan və heyvan orqanizmi hüceyrələrində, orqanlarında baş verən mürəkkəb biokimyəvi, fiziki-kimyəvi və s. proseslər nəzərdə tutulur. Bu məsələ son illərə qədər rentgenoloq və radioloqları bir qədər də maraqlandırmırdı. Lakin son 20-30 il ərzində bəzi ölkələrdə atom sənayesinin sürətlə inkişafı ilə əlaqədar olaraq, tibb, kənd təsərrüfatı və baytarlıq elmlərinin böyük bir qrup alimləri şüaların bioloji təsir mexanizmini öyrənməyə başlamışdır. Şüa zədələnmələrinin əsas profilaktik və müalicə məsələlərini düzgün həll etmək üçün bu şüaların birincili bioloji təsir mexanizmini öyrənmək dərin bilik tələb edir. İonlaşdırıcı radiasiyanın, bioloji təsir mexanizmini təmini olaraq iki əsas etapa bölmək olar, ilk olaraq şüalanmanın bioloji təsiri ilə təyin olunur, yəni orqan və toxumaların biokimyəvi proseslərinə təsir etmək, ikinci etap orqanizmaya şüalanmanın təsiri zamanı neyrogen və gumoroloji dəyişkənlik vasitəsilə əmələ gələn prosesdir. İonlaşdırıcı şüaların bioloji təsiri bir çox amillərdən asılı olaraq özlərini müxtəlif cür biruzə verə bilir. Bu amillərdən şüaların növünü, enerjisini, təsir etmə müddətini, cisimlərdən görmə qabiliyyətini, ionlaşdırma xassələrini və s. göstərmək olar. İonlaşdırıcı radiasiya o radiasiyadır ki, onların enerjisinin təsirindən udulduqları mühitdə, eləcə də canlı orqanizmdə ionlar əmələ gəlir. Bu şüaların şüaları, mənfi yüklü - zərrəciklər (elektronlar) müsbət yüklənmiş e+-hissəciklər və xassələrinə görə Rentgen şüalarına oxşar kvantlar və ya elektromaqnit şüalanma fotonları aiddir. 1905-ci ildə Berqon və Trobondo tərfəindən teoriya əmələ gəldi, bu teoriyada qeyd olunurdu ki, Süd xəstəliyinin əmələ gəlməsində maddələr mübadiləsinin pozulması nəticəsində yaranır.