e) ümumi, bərabər və dolayı seçki hüququ əsasında məcburi, şəxsi və açıq səsvermə yolu ilə 5 il müddətinə
327. Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı barədə aşağıdakı fikirlərdən hansı yanlışdır?
a) Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda Prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər
b) Prezident istefa verdikdə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər
c) səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər
d) Prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilməz
e) b, c və d variantlarında nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər
328. Azərbaycan Respublikasında vitse-prezident vəzifəsinə kimlər təyin oluna bilər?
a) Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasının Milli Məclisinə bu vəzifəni tutmaq üçün təqdim etdiyi istənilən namizədlər
b) seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, Azərbaycan Respublikasının ərazisində yaşayan bütün fiziki şəxslər
c) seçkilərdə iştirak etmək hüququna malik olan, təhsilli, başqa dövlətlər qarşısında vergi öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı
d) seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı
e) Azərbaycan Respublikasının 18 yaşına çatmış istənilən vətəndaşı
329. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
a) yuxarıdakı a və b variantları doğrudur
b) Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır, Azərbaycan Respublikasının Prezidentinə tabedir, lakin onun qarşısında cavabdehlik daşımır
c) Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır, lakin Azərbaycan Respublikasının Prezidentinə tabe deyil və Azərbaycan Respublikasının Milli Məclisi qarşısında cavabdehlik daşıyır
d) Azərbaycan Respublikasının Nazirlər Kabineti müstəqil yuxarı icra orqanıdır, xalq qarşısında cavabdehlik daşıyır, lakin iclaslarına rəhbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirirlir
e) Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır, Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir
330. Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı zamanı prezidenti əvəzləmək hüququna malik subyektlər aşağıdakı hansı sıralamada düzgün ardıcıllıqla göstərilmişlər?
a) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının vitse-prezidenti,
b) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri
c) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının vitse-prezidenti
d) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri
e) Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı mümkün deyildir
331. Məhkəmə hakimiyyətinə xas olmayan əlamət aşağıdakılardan hansıdır?
a) məhkəmə hakimiyyəti məhkəmə iclaslarında işlərə baxılıb həll edilməsi yolu ilə həyata keçirilir
b) məhkəmə hakimiyyəti qanunla müəyyən edilmiş qaydada yaradılmış xüsusi orqan - məhkəmələr tərəfindən həyata keçirilir
c) məhkəmə hakimiyyəti digər hakimiyyət qolları ilə heç bir əlaqəyə malik deyil
d) məhkəmə hakimiyyəti qanunla müəyyən edilmiş prosessual formada həyata keçirilməsi
e) məhkəmə hakimiyyəti fəaliyyətinə xüsusi nəzarət sistemi mövcuddur
332. Ədalət mühakiməsinin həyata keçirilməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsində nəzərdə tutulmuş əsas prinsip və şərtlərinə aşağıdakılardan hansı uyğun gəlmir?
a) Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir
b) Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar
c) Hakimlər müstəqildir, lakin bir sıra hallarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olmaya bilərlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər
d) Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır
e) Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir
333. Azərbaycan Respublikasının məhkəmə sistemi neçə qrupa bölünür və onlar hansılardır?
a) 4 - konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı, konstitusiya məhkəməsi, ümumi məhkəmələr və xüsusi məhkəmələr
b) 3 - konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı, ümumi məhkəmələr və xüsusi məhkəmələr
c) 2 - konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı və ümumi məhkəmələr
d) 2 - konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı və xüsusi məhkəmələr
e) 4 - konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı, hərbi məhkəmələr, ümumi məhkəmələr və xüsusi məhkəmələr
334. Azərbaycan Respublikasnın Konstitusiya Məhkəməsinin barədə aşağıda göstərilənlərdən sadəcə biri doğrudur:
a) konstitusiyada nəzərdə tutulmuş mülkiyyət formalarından sadəcə dövlət mülkiyyəti ilə əlaqədar yaranan iddialar üzrə mübahisələrə mahiyyəti üzrə baxır
b) konstitusiyada nəzərdə tutulmuş mülkiyyət formaları ilə əlaqədar meydana gələn mübahisələrı mahiyyəti üzr həll edir
c) konstitusiyada nəzərdə tutulmuş insan hüquq və əsas azadlıqlarının pozulması ilə əlaqədar iddialar üzrə işlərə baxır
d) Azərbaycan Respublikasının ən yuxarı məhkəmə orqanıdır və əsas vəzifəsi Konstitusiyanın aliliyini təmin etməyə yönəlmişdir
e) konstitusiyada nəzərdə tutulmuş insan hüquq və əsas azadlıqlarının yalnız və yalnız dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən pozulması ilə əlaqədar yaranan mübahisələr üzrə işlərə baxır
335. Azərbaycan Respublikasının ümumi məhkəmələrinin sistemi hansı normativ hüquqi aktda göstərilmişdir?
a) Azərbaycan Respublikasının Konstitusiyasında
b) “Məhkəmələr və hakimlər haqqında” qanunda
c) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
d) Azərbaycan Respublikasının Konstitusiyası məhkəməsinin qərarlarında
e) a, b və c variantlarında göstərilən sənədlərdə
336. Hakimlərin hüquqi statusunu müəyyənləşdirən prinsiplər aşağıdakı hansı cərgədə sadalanır?
a) hakimlərin təyinatı, hakimlərin dəyişilməzliyi, hakimlərin müstəqilliyi, ədalət, qanunçuluq
b) hakimlərin təyinatı, hakimlərin dəyişilməzliyi, hakimlərin müstəqilliyi, hakimliklə bir araya sığmayan fəaliyyətlə məşğul olmaması
c) hakimlərin təyinatı, hakimlərin dəyişilməzliyi, hakimlərin muxtariyyatı, hakim işləmək üçün ən azı 10 hüquqşünas təcrübəsinin olması
d) hakimlərin seçilməsi, hakimlərin rotasiyası, hakimlərin müstəqilliyi, hakimliklə bir araya sığmayan fəaliyyətlə məşğul olmaması
e) hakimlərin seçilməsi, hakimlərin rotasiyası, hakimlərin muxtariyyatı, hakimliklə bir araya sığmayan fəaliyyətlə məşğul olmaması
337. Hakimlərin vəzifəyə təyinatı qaydalarına əsasən hakimliyə namizədlərin keçməli olduğu müsabiqə neçə pilləlidir və bu pillələr hansılardır?
a) 1 – sadəcə Məhkəmə-Hüquq Şurası tərəfindən namizədlərlə keçirilən fərdi müsahibə
b) 2 – test üsulu ilə yazılı imtahan və Məhkəmə-Hüquq Şurası tərəfindən namizədlərlə keçirilən yazılı imtahan
c) 2 – test üsulu ilə yazılı imtahan və Məhkəmə-Hüquq Şurası tərəfindən namizədlərlə keçirilən fərdi müsahibə
d) 3 – test üsulu ilə yazılı imtahan, Məhkəmə-Hüquq Şurası tərəfindən namizədlərlə keçirilən fərdi müsahibə və Məhkəmə-Hüquq Şurası tərəfindən namizədlərlə keçirilən kollektiv yoxlama
e) 3 – test üsulu ilə yazılı imtahan, Məhkəmə-Hüquq Şurası tərəfindən namizədlərlə keçirilən fərdi müsahibə və Məhkəmə-Hüquq Şurası tərəfindən namizədlərlə keçirilən yazılı imtahan
338. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışı nə zaman baş verir?
1) Təqsirləndirilən şəxsin məhkəməyə verildiyi cinayətə görə cinayət qanununun norması ilə 15 ilədək azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi imkanı nəzərdə tutulduqda
2) Təqsirləndirilən şəxsin məhkəməyə verildiyi cinayətə görə cinayət qanununun norması ilə ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi imkanı nəzərdə tutulduqda
3) Xüsusi təhlükəli cinayətə görə məhkəməyə verilmiş təqsirləndirilən şəxslərdən heç olmasa biri ona elan edilmiş ittihamla məhkəmədə andlı iclasçıların iştirakı ilə baxılması haqqında arzusunu bildirdikdə
4) Xüsusi təhlükəli cinayətə görə məhkəməyə verilmiş təqsirləndirilən şəxslərdən heç olmasa biri ona elan edilmiş ittihamla məhkəmədə müdafiəçinin iştirakından imtina etdikdə
a) 2, 4
b) 1, 2 və 3
c) 2 və 3
d) 3 və 4
e) 1, 3 və 4
339. Konstitusiya Məhkəməsində icraat hansı üsullarla həyata keçirilir və həmin üsullar hansılardır?
a) 3 - sadələşdirilmiş məhkəmə icraatı, ümumi Konstitusiya icraatı və cinayət məhkəmə icraatı
b) 2 - Konstitusiya məhkəmə icraatı, ümumi Konstitusiya icraatı
c) 2 - sadələşdirilmiş məhkəmə icraatı, ümumi Konstitusiya icraatı
d) 3 - Konstitusiya məhkəmə icraatı, xüsusi Konstitusiya icraatı və ümumi Konstitusiya icraatı
e) 2 - Konstitusiya məhkəmə icraatı, xüsusi Konstitusiya icraatı
340. Hakimiyyət orqanları içərisində prokurorluq orqanlarının yeri barədə aşağıdakı hansı variant doğrudur?
a) Ali Məhkəməyə tabedir
b) Ədliyyə Nazirliyinə tabedir
c) Konstitusiya Məhkəməsinə tabedir
d) məhkəmə hakimiyyəti sisteminə daxildir
e) icra hakimiyyətinə daxildir
341. Prokurorluq orqanlarının səlahiyyətlərinə dair hər hansı müddəa Azərbaycan Respublikasının Konstitusiyasında mövcuddurmu?
a) əvvəl mövcud idi, sonra çıxarıldı
b) xeyr
c) bəli, konstitusiyada prokurorluğun 5 səlahiyyəti sadalanır
d) bəli, konstitusiyada prokurorluğun 3 səlahiyyəti sadalanır
e) bəli, konstitusiyada prokurorluğun 4 səlahiyyəti sadalanır
342. Mülki hüququn anlayışı və məzmunu ilə əlaqədar aşağıdakı fikirlərdən biri yanlışdır:
a) tətbiqi sferası çox genişdir
b) milli hüququn mühüm bir sahəsidir
c) sadəcə əmlakla bağlı münasibətləri tənzimləyir
d) müvafiq ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus metodu var
e) əmtəə-pul münasibətlərini də tənzimləyir
343. Mülki hüququn predmetini təşkil edir:
a) yalnız və yalnız mülkiyyətin alqı-satqısı ilə bağlı münasibətlər
b) əmək münasibətləri
c) inzibati münasibətlər
d) əmlak və şəxsi qeyri-əmlak münasibətləri
e) göstərilənlərdən heç biri
344. Mülki hüququn tənzimləmə metodunun xüsusiyyətlərinə daxil deyil:
a) tərəflərin bərabərliyi
b) mülki müdafiənin əsas prinsipləri
c) tərəflərin təşəbbüskarlığı
d) münasibətlərin bir qayda olaraq iddia qaydasında müdafiəsi
e) tərəflərin əmlak məsuliyyəti
345. Mülki hüququn obyektiv surətdə formalaşan sistemi neçə hissədən ibarətdir?
a) 4
b) 1
c) 3
d) 2
e) 6
346. Mülki hüququn prinsipləri hansı normativ hüquqi aktda əksini tapmışdır?
a) Mülkiyyət haqqında qanunda
b) Konstitusiyada
c) Mülki Məcəllədə
d) Mülki Məcəllədə və Konstitusiyada
e) Mülki Məcəllədə və Mülkiyyət haqqında qanunda
347. Azərbaycan Respublikasında mülki hüququn mənbələrinə aid deyil:
a) adətlər
b) ənənələr
c) qanunlar
d) məcəllələr
e) ənənə və adətlər
348. Mülki Məcəllə barədə aşağıdakı fikirlərdən sadəcə biri doğrudur:
a) preambulasında bu məcəllənin qəbul olunması məqsədləri sadalanır
b) əmlak və şəxsi-qeyri əmlak münasibətlərinin tənzimlənməsi zamanı konstitusiyadan belə üstün qüvvəyə malikdir
c) sistemləşdirilmiş və məcəlləşdirilmiş normativ hüquqi akt olmaqla mülki qanunvericiliyin özəyini, əsas mənbəyini təşkil edir
d) ümumi, xüsusi və nəticəvi olmaqla 3 hissədən ibarətdir
e) bu məcəllənin müddəaları sadəcə rayon məhkəmələri tərəfindən tətbiq edilə bilər
349. Mülki hüquq münasibətlərinin anlayışı barədə aşağıdakılardan hansı yanlışdır?
a) Mülki hüquq münasibətlərinin tənzimlənməsində əsas yol mülki hüquq normalarına aiddir
b) Mülki hüquq normaları ilə nizama salınan ictimai münasibətlərə mülki hüquq münasibətləri deyilir
c) Mülki hüquq münasibətləri əmlak xarakterli münasibətlərdir
d) Mülki hüquq münasibətləri sadəcə vətəndaşlar arasında meydana gəlir e) Mülki hüquq münasibətlərinin xüsusi növü - şəxsi qeyri-əmlak münasibətləri də mülki hüququn predmetini təşkil edir
350. Mülki hüquq münasibətlərinin təsnifatını apararkən şəxsi qeyri-əmlak münasibətləri neçə qrupa ayrılır?
a) 6
b) 3
c) 9
d) 7
e) 7
351. Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamının əsasları mülki hüquqda necə adlanır?
a) hüquqi sənədlər
b) hüquqi əsaslar
c) hüquqi sübutlar
d) hüquqi faktlar
e) hüquqi imkanlar
352. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin obyektlərinə nələr daxildir?
a) sadəcə maddi sübutlar
b) maddi və ya qeyri-maddi sübutlar
c) maddi və ya qeyri-maddi cihazlar
d) maddi və ya qeyri-maddi nemətlər
e) yalnız qeyri-maddi sübutlar
353. Mülki hüquqda hüquq subyektliyi anlayışı əks etdirir:
a) şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun vətəndaşlığını
b) şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun mülki durumunu
c) şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun sosial-iqtisadi imkanını
d) şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun sosial-hüquqi imkanını
e) şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun sosial-hüquqi imkanını və vətəndaşlığını
354. Mülki hüquq qabiliyyəti dedikdə nə başa düşülür?
a) subyektin siyasi-iqtisadi hüquqlara malik olmaq və siyasi-iqtisadi vəzifələri daşımaq qabiliyyəti
b) subyektin mülki həyatda özünü apara bilmək qabiliyyəti
c) subyektin cəmiyyət içərisində, başqaları ilə ünsiyyət qurarkən özünü aparmaq qabiliyyəti
d) subyektin siyasi hüquqlara malik olmaq və siyasi vəzifələri daşımaq qabiliyyəti
e) subyektin mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyəti
355. Mülki hüquqda fəaliyyət qabiliyyətinin mahiyyətini aşağıdakılardan hansı daha dolğun açıqlayır?
a) fəaliyyət qabiliyyəti subyektin başqasının hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, başqaları üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir
b) fəaliyyət qabiliyyəti subyektin başqasnın hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir
c) fəaliyyət qabiliyyəti subyektin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, başqaları üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir
d) fəaliyyət qabiliyyəti subyektin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir
e) mülki hüquqda fəaliyyət qabiliyyəti sadəcə hüquqi şəxslərə şamil edilir
356. Fiziki şəxslərin məhdud fəaliyyət qabiliyyəti neçə yaşda yaranır və hansı yaşda başa çatır?
a) 7 - 14
b) 7- 18
c) 7 - 17
d) 14 - 17
e) 14 - 18
357. Mülki hüquqda hüquqi şəxslərin əlamətlərinə aid deyil:
a) ayrıca əmlaka malik olma
b) təşkilati vahidlik
c) mülki hüquqlar əldə edə bilməmə
d) müstəqil əmlak məsuliyyəti
e) mülki dövriyyədə öz adından çıxış etmə
358. Hüquqi şəxslərin əmələ gəlməsinin neçə üsulu vardır?
a) 4
b) 5
c) 2
d) 3
e) 7
359. Hüquqi şəxsin xitamının neçə qaydası var və onlar hansılardır?
a) 3 – yenidən təşkiletmə, təsviyyə və ləğvetmə
b) 1 – ləğvetmə
c) 1 – təsviyyə
d) 2 – yenidən təşkiletmə və təsviyyə
e) 2 – təsviyyə və ləğvetmə
360. Fəaliyyət məqsədlərindən asılı olaraq hüquqi şəxslərin növləri hansılardır?
a) xarici və milli hüquqi şəxslər
b) xarici hüquqi şəxslər və qeyri-kommersiya təşkilatları
c) milli hüquqi şəxslər və qeyri-kommersiya təşkilatları
d) kommersiya və qeyri-kommersiya təşkilatları
e) kommersiya və dövlət təşkilatları
361. Mülki hüququn xüsusi subyekti kimi dövlət barəsində aşağıda sadalanan xüsusiyyətlərindən biri həqiqətə uyğun deyildir:
a) dövlət immunitetdən istifadə edir
b) dövlət özü mülki hüququn digər bütün subyektləri üçün məcburi olan qanunlar qəbul edir
c) dövlət digər tərəfin iradəsindən asılı olmayaraq mülki hüquq münasibətləri əmələ gətirən inzibati aktlar qəbul edir
d) dövlət bərabərlik əsasında qurulan mülki hüquq münasibətlərində iştirak etdikdə belə, hakimiyyət funksiyasını saxlayır
e) dövlətin mülki hüququn digər bütün subyektləri üçün qəbul etdiyi qanunlar onun özünə münasibətdə heç bir qüvvəyə malik deyil
362. Hüquq ədəbiyyatında əşyalar öz təyinatına, iqtisadi xarakterinə və əlamətlərinə görə aşağıdakı neçə qrupa bölünür?
a) 7
b) 12
c) 11
d) 14
e) 9
363. Mülki hüquq münasibətlərinin obyektləri barədə aşağıdakılardan biri yanlışdır:
a) işlər və xidmətlərin tənzimlənməsinə mülki hüquq normaları şamil edirlir
b) əşyalar hüquqi statusu mülki hüquqla tənzimlənir
c) yaradıcılıq fəaliyyətinin nəticələri mülki hüquqla tənzimlənir
d) əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara şamil edilmir
e) qeyri-maddi nemətlərlə əlaqədar yaranan münasibətlər də mülki hüquq normaları ilə tənzimlənir
364. Qiymətli kağızların neçə növü vardır?
a) 5
b) 2
c) 3
d) 7
e) 8
365. Mülki hüquqda daxili iradənin neçə ifadə üsulu var və onlar hansılardır?
a) 3 – birbaşa, hərəkətlə və danışmaqla
b) 2 – sadəcə birbaşa və dolayı
c) 2 – sadəcə birbaşa və susmaqla
d) 3 – birbaşa, dolayı və susmaqla
e) 3 – birbaşa, hərəkətlə və dolayı
366. Mülki Hüquqda əqdlərin əsasənı nə təşkil edir?
a) motiv
b) hüquqi məqsəd və hüquqi nəticə
c) hüquqi iradə və hüquqi məqsəd
d) hüquqi nəticə və motiv
e) sadalananların heç biri
367. İştirakçıların sayından asılı olaraq əqdlərin hansı növləri fərqləndirilir?
a) birtərəfli, real və çoxtərəfli
b) birtərəfli, ikitərəfli və əvəzli
c) birtərəfli, ikitərəfli və əvəzsiz
d) birtərəfli, ikitərəfli və çoxtərəfli
e) birtərəfli, real və konsensual
368. Əqdlərin bağlanması şərtləri ilə əlaqədar aşağıdakılardan biri yanlışdır:
a) təxirəsalıcı şərt
b) pozitiv şərt
c) neqativ şərt
d) yaradıcı şərt
e) ləğvedici şərt
369. Əqdlərin formaları hansılardır?
a) yazılı və elektron
b) şifahi və elektron
c) şifahi və yazılı
d) yalnız yazılı
e) yalnız notarial qaydada təsdiq etməklə yazılı
370. Əqdlərin etibarsız sayılması üçün aşağıda göstərilən ünsürlərdən biri qanunvericilikdə nəzərdə tutulmamışdır:
a) forma
b) subyekt tərkibi
c) məzmun
d) obyekt tərkibi
e) iradə və iradə ifadəsi
371. Əqdlərin etibarsızlığının nəticələri barədə aşağıdakı fikirlərdən biri yanlışdır:
a) üçtərəfli restitusiyanın tətbiq edilməsi
b) ikitərəfli restitusiyanın tətbiq edilməsi
c) birtərəfli restitusiyanın tətbiq edilməsi
d) restitusiyanın rədd edilməsi
e) b, c və d variantları doğrudur
372. Mülki Hüquqda iddia müddəti dedikdə:
a) hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddət başa düşülür
b) hüququ pozulmuş şəxsin iddiası üzrə onun öz hüquqlarının pozulduğunu bilməli olduğu müddət başa düşülür
c) hüququ pozulmuş şəxsin onun hüquqlarını pozan şəxsə bu barədə müraciət etməli olduğu müddət başa düşülür
d) hüququ pozulmuş şəxsin qanunvericiliklə nəzərdə tutulmuş hüquqları başa düşülür
e) hüququ pozan şəxsin iddiası üzrə onun digər şəxsin hüquqlarını müdafiə etməsi üçün müəyyən olunmuş müddət başa düşülür
373. Mülki Hüquq elmində mülkiyyət hüququ neçə mənada başa düşülür və onlar hansılardır?
a) 2 – obyektiv və neqativ mənalarda
b) 2 – obyektiv və perspektiv mənalarda
c) 2 – obyektiv və subyektiv mənalarda
d) 2 – subyektiv və pozitiv mənalarda
e) 1 – pozitiv mənada
374. Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyətin formaları göstərilir. Bu barədə aşağıdakı variantlardan hansı səhvdir?
a) bələdiyyə
b) xüsusi
c) xüsusi təyinatlı
d) dövlət
e) xüsusi və bələdiyyə
375. Qanunsuz sahibliyin neçə növü var və onlar hansılardır?
a) 2- vicdansız və imkansız
b) 2 – imkanlı və imkansız
c) 2 – vicdanlı və imkanlı
d) 2 – vicdanlı və vicdansız
e) 0 – sahibliyin növləri ola bilməz
376. İstifadə hüququ dedikdə:
a) əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini ayırmağın, habelə onun faydalarını istifadəsiz saxlamağın hüquqi cəhətdən təmin edilmiş imkanı başa düşülür
b) əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini kənarlaşdırmağın, habelə onun faydalarını özgəninkiləşdirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı başa düşülür
c) əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı başa düşülür
d) əmlakın (əşyanın), habelə onun faydalarının başqasının mülkiyyətinə keçirilməsi ilə əlaqədar hüquqi cəhətdən təmin edilmiş imkan başa düşülür
e) əmlakın (əşyanın) başqa şəxslər tərəfindən istifadəsi başa düşülür
377. Sərəncam hüququnun anlayışı ilə bağlı aşağıda verilənlərdən sadəcə biri doğrudur:
a) Sərəncam hüququ - əmlakla (əşya ilə) bağlı müvafiq məhkəmə orqanından sərəncam almağı hüquqi cəhətdən təmin edilmiş imkanıdır
b) Sərəncam hüququ - əmlakla (əşya ilə) bağlı müvafiq icra hakimiyyətindən sərəncam almağın hüquqi cəhətdən təmin edilmiş imkanıdır
c) Sərəncam hüququ - əmlakla (əşya ilə) bağlı müvafiq məhkəmə orqanından sərəncam almağı hüquqi cəhətdən təmin edilmiş imkanıdır
d) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
e) sadəcə d variantı doğrudur
378. Azərbaycan Respublikasında dövlət mülkiyyəti barədə aşağıdakı fikirlərdən biri yanlışdır:
a) dövlət ən iri əmlak mülkiyyətçisidir
b) dövlət mülkiyyəti iqtisadi baxımdan ümumxalq mənimsəməsinin forması hesab edilir
c) dövlət başqa mülkiyyətçilərin malik olmadığı mülkiyyət obyektlərini əldə edə bilməz
d) dövlət mülkiyyəti ümumdövriyyə xarakteri daşıyır
e) dövlət başqa mülkiyyətçilərin malik olmadığı mülkiyyət obyektlerini əldə edə bilər
379. Xüsusi mülkiyyət hüququ neçə yerə bölünür və onlar hansılardır?
a) 3 – fiziki şəxsləri, hüquqi şəxs kimi dövlətin mülkiyyət hüququ və hüquqi şəxs kimi bələdiyyələrin mülkiyyət hüququ
b) 2 – fiziki şəxslərin və hüquqi şəxs kimi dövlətin mülkiyyət hüququ
c) 2 – fiziki şəxslərin və hüquqi şəxs kimi bələdiyyələrin mülkiyyət hüququ
d) 2 – fiziki şəxslərin və hüquqi şəxsləri mülkiyyət hüququ
e) 1 – yalnız fiziki şəxslərin mülkiyyət hüququ
380. Mülki qanunvericilik xüsusi mülkiyyət hüququnun obyektləri üçün hansı rejimləri müəyyən etmişdir?
Dostları ilə paylaş: |