160. Qanunvericilik , icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrə hansı orqan baxır?
a) Ali Məhkəmə
b) Münsiflər Məhkəməsi
c) Apellyasiya məhkəməsi
d) Konstitusiya Məhkəməsi
e) Andlılar Məhkəməsi
161. Yuxarı instansiya məhkəmələri hansılardır?
a) Münsiflər Məhkələri
b) Hərbi Məhkəmələr
c) Yerli Məhkəmələr
d) İqtisad məhkəmələri
e) Apellyasiya məhkəmələri
162. Ali Məhkəmələrinin hakimlərini
hansı orqan təyin edir?
a) Konstitusiya Məhkəməsi
b) Ədliyyə Nazirliyi
c) AR Prezidentinin təqdimatı ilə Milli Məclis
d) Baş Nazir
e) Nazirlər Kabineti
163. Apellyasiya Məhkəmələri hakimlərini hansı orqan təyin edir?
a) Ədliyyə Nazirliyi
b) Baş Nazir
c) Nazirlər Kabineti
d) AR Prezidentinin təqdimatı ilə Milli Məclis
e) Konstitusiya Məhkəməsi
164. Baş prokuroru kim vəzifəyə təyin edir və vəzifədən azad edir?
a) Milli Məclisin sədri
b) Ədliyyə Naziri
c) Konstitusiya Məhkəməsinin sədri
d) Baş nazir
e) AR prezidenti Milli Məclisin razılığı ilə
165. Baş Prokurorun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları vəzifəyə kim təyin edir?
a) Ədliyyə naziri
b) Konstitusiya Məhkəməsinin sədri
c) Məhkəmə -hüquq şurası
d) Baş prokurorun təqdimatı ilə AR Prezidenti
e) Milli Məclisin sədri
166. Ərazi və ixtisaslaşdırılmış prokurorları kim vəzifəyə təyin və vəzifədən azad edir?
a) Ədliyyə Naziri
b) Konstitusiya Məhkəməsinin sədri
c) Ali Məhkəmənin sədri
d) AR Prezidentinin razılığı ilə Baş Prokuror
e) Milli Məclisin sədri
167. Naxçıvan MR –nın ali vəzifəli şəxsi kimdir?
a) Naxçıvan MR-nin prezidenti
b) Naxçıvan MR Ali Məclisinin sədri
c) Naxçıvan MR Baş Naziri
d) Naxçıvan MR Ali Məhkəməsinin sədri
e) Naxçıvan MR Prokuroru
168. Naxçıvan MR-nin Ali Məclisinin neçə üzvü var?
a) 65
b) 55
c) 45
d) 75
e) 125
169. Bələdiyyələr öz fəaliyyətləri barəsində qanunla müəyyən edilmiş hallarda və qaydada hansı orqana hesabat təqdim edirlər?
a) AR Prezidentinə
b) Mərkəzi Seçki Komissiyasına
c) Nazirlər Kabinetinə
d) Milli Məclisə
e) AR Ali Məhkəməsinə
170.AR –in qanunvericilik sisteminin əsasını hansı normativ hüquqi akt təşkil edir?
a) Torpaq Məcəlləsi
b) Vergi Məcəlləsi
c) Mülki Məcəllə
d) Konstitusiya
e) Seçki Məcəlləsi
171. Vətəndaşın hüquq və azadlıqlarının pozulması ilə əlaqədar verilən şikayətlər üzrə məhkəmələrin çıxardıqları yekun sənədin adı qanunvericilikdə necə müəyyənləşdirilib?
a) Qərar
b) Qərardad
c) Qətnamə
d) Əsasnamə
e) Hökm
172. AR vətəndaşı hansı hallarda vətəndaşlıqdan məhrum edilə bilər?
a) Xarici ölkədə daimi yaşadıqda
b) Mühacirət etdikdə
c) Cinayət törətdikdə
d) Əcnəbi ilə nikaha daxil olduqda
e) Heç bir halda
173. AR Qanunlarının rəsmi şərhi hansı dövlət hakimiyyəti orqanı tərəfindən verilə bilər?
a) Ali Məhkəmə
b) Nazirlər Kabineti
c) Konstitusiya Məhkəməsi
d) Ədliyyə Nazirliyi
e) Milli Məclis
174.Torpaq Məcəlləsinə görə subyektlərdən hansı torpağı xüsusi mülkiyyət hüququ əsasında əldə edə bilməz?
a) Hüquqi şəxslər
b) Dövlət hakimiyyəti orqanları
c) Bələdiyyələr
d) Fiziki şəxslər
e) Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar və xarici dövlətlər
175. Yerli bələdiyyənin qəbul etdiyi aktın icrasının məcburiliyini adları çəkilənlərdən hansı daha düzgün əks etdirir?
a) Beynəlxalq təşkilatlar üçün
B) Ölkənin bütün ərazisi və əhalisi üçün
c) Əcnəbilər üçün
d) Vətəndaşlığı olmayan şəxslər üçün
e) Bələdiyyənin ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün
176.AR ərazisində fövqəladə məhkəmələrin yaradılması mümkündürmü?
a) Fövqəladə vəziyyət tətbiq edildikdə
b) Hərbi vəziyyət elan edildikdə
c) Prezidentin fərmanı əsasında
d) Mümkündür
e) Mümkün deyil
177. 28 yaşlı AR vətəndaşı, ali təhsilli hüquqşünas Orxanın şəxsi əmlakı 10 milyon manatdır. O hüquq sahəsində uğur qazanıb. Orxan hakimliyə namizədliyini verərsə onun namizədliyi qeydə alınmalıdırmı?
a) Alınmalı deyil
b) Hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş stajı varsa mümkündür
c) Alınmalıdır
d) Kommersiya fəaliyyəti ilə məşğul deyilsə mümkündür
e) Yaşı 25-dən aşağı deyildirsə mümkündür
178. AR Prezidenti seçkilərinin yekunları haqqında məlumatı Konstitusiya Məhkəməsi səsvermə günündən sonra neçə gün ərzində rəsmən elan edir?
a) 21 gün ərzində
b) 14 gün ərzində
c) 5 gün ərzində
d) 15 gün ərzində
e) 7 gün ərzində
179. AR- in mülki- prosessual qanunvericiliyinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi nə vaxt qüvvəyə minir?
a) Tərəflərə təqdim ediləndən sonra
b) Elan edilən andan
c) İcra ediləndən sonra
d) Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra
e) Tərtib edildiyi andan
180. İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair Ombudsmanın təklifinə Milli Məclisdə baxılma qaydası neçədir?
a) MM-in sədri təklifləri Konstitusiya Məhkəməsinə göndərilir. Müsbət nəticə olarsa MM-in müzakirəsinə çıxarılır;
b) MM-in sədri təklifləri dərhal MM-in müzakirəsinə çıxarılır;
c) MM-in sədri həmin təklifləri Prezident Aparatına göndərir: Gösrtərilən təkliflərə dair müsbət münasibət bildirdikdə onlar MM-in müzakirəsinə çıxarılır;
d) MM-in sədri həmin təklifləri daimi komissiyalara və ya komissiyalara göndərir.Komissiya göstərilən təkliflərə dair müsbət münasibət bildirdikdə, onlar MM-in müzakirəsinə çıxarılır;
e) MM-in sədri təklifləri Apellyasiya Məhkəməsinə göndərir. Müsbət nəticə olarsa MM-in müzakirəsinə çıxarılır.
181. Azərbaycan xalqının suveren hüququdur:
a) Öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni həll etmək
b) Seçkilərdə və referendumda iştirak etmək
c) Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək
d) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
e) Cəmiyyətin siyasi həyatında könüllü iştirak etmək
182. AR –də Prokurorluq hər hansı hakimiyyət sisteminə daxildirmi?
a) İcra hakimiyyətinə
b) Heç birinə
c) Məhkəmə Hakimiyyətinə
d) qanunvericilik hakimiyyətinə
e) Bələdiyyə sisteminə
183. Hakimlər siyasi partiyalara üzv ola bilərmi?
a) Yalnız ədalət partiyasına
b) Ola bilər
c) Yalnız Kommunist partiyasına
d) Ola bilməz
e) Yalnız Sosial Rifah partiyasına
184. AR hakimləri hansı digər fəaliyyət növləri ilə məşğul ola bilərlər?
a) İstənilən ödənişli fəaliyyətlə
b) Kommersiya fəaliyyəti ilə
c) Sahibkarlıq fəaliyyəti ilə
d) Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə
e) İstənilən fəaliyyət növü ilə
185. Milli Məclis öz qanunvericilik səlahiyyətlərini hansı dövlət orqanlarına verə bilər?
a) AR Prezidentinə
b) Naxçıvan MR Ali Məclisinə
c) Konstitusiya Məhkəməsinə
d) Heç birinə
e) Ali Məhkəməyə
186. Hakim iddia ərizəsini icraata qəbul edən zaman məlum olur ki, iddiaçının fəaliyyət qabiliyyəti itirilmişdir. Hakim nə etməlidir ?
a) İddiaçının nümayəndələrini işə cəlb edir
b) İşə mahiyyəti üzrə baxmalıdır
c) İddiaçını fəaliyyət qabiliyyətində bərpa edir
d) Ərizəni rədd edir
e) Tərəfləri barışdırır
187. İşdən çıxarılmasını qanunsuz hesab edən işçi bu barədə fərdi əmək mübahisələrinin həll edilməsi üçün məhkəməyə hansı müddətdə müraciət edə bilər?
a) 1 ay müddətində
b) 2 ay müddətində
c) 3 ay müddətində
d) 1 il müddətində
e) 5 ay müddətində
188 . AR-in İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi hansı orqanın səlahiyyətinə aiddir?
a) Prezidentin təqdimatı ilə Milli Məclis
b) AR-in Nazirlər Kabineti
c) AR-in Baş Prokuroru
d) AR-in Konstitusiya Məhkəməsi
e) AR-in Ədliyyə Naziri
189. Hansı yaş həddinə çatdıqdan sonra şəxs işçi kimi əmək müqaviləsində tərəf ola bilər?
a) 18 yaşına
b) 17 yaşına
c) 14 yaşına
d) 16 yaşına
e) 15 yaşına
190. Qanun Milli Məclis tərəfindən 9 aprel 2000-ci ildə qəbul olunub .11 Mayda Prezident tərəfindən imzalanıb və 17 mayda dərc edilib. Qanunun müddəalarına əsasən o 1 yanvar 2001-ci ildən qüvvəyə minir. Qanun nə vaxtdan qüvvəyə minmiş hesab olunur?
a) 11 may 2000-ci ildən
b) 17 may 2000-ci ildən
c) 9 aprel 2000-ci ildən
d) 1 yanvar 2001-ci ildən
e) dərc ediləndən 10 gündən sonra
191. Konstitusiyaya əsasən bələdiyyələrin qəbul etdiyi aktların Nazirlər Kabinetinin qərarlarına uyğunluğu məsələləri hansı orqanın səlahiyyətinə aiddir?
a) Məhkəmə - hüquq şurasının
b) Milli Məclisin
c) AR Ali Məhkəməsinin
d) Konstitusiya Məhkəməsinin
e) Baş Prokurorun
192. Sakit okeanın adalarında yerləşən Kum dövləti Azərbaycanın tərkib hissəsi olmaq niyyətindədir və hər bir şərti yerinə yetirməyə hazırdır. Kumun AR-na inzibati bölgə kimi daxil olması üçün Azərbaycan dövləti nə etməlidir?
a) Konstitusiya Məhkəməsi qərar qəbul etməlidir
b) Milli Məclis qanun qəbul etməlidir
c) Prezident sərəncam verməlidir.
d) referendum keçirilməlidir
e) Baş Prokuror qərar qəbul etməlidir.
193. Vətəndaşın hüquq qabiliyyəti hansı yaşdan yaranır?
a) 18 yaşından
b) 16 yaşından
c) 14 yaşından
d) 15 yaşından
e) anadan olandan
194. Vətəndaşın tam fəaliyyət qabiliyyəti hansı yaşdan yaranır?
a) 15 yaşından
b) 16 yaşından
c) 14 yaşından
d) 18 yaşından
e) anadan olandan
195. Şəxs qanunla nəzərdə tutulan hallarda hansı orqan tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər?
a) Ombudsman tərəfindən
b) Nazirər Kabineti
c) Milli Məclis tərəfindən
d) Məhkəmə tərəfindən
e) bələdiyyə tərəfindən
196. Vətəndaşların xüsusi mülkiyyətdə necə evi və bağ evi ola bilər?
a) 5
b) 2
c) 1
d) Məhdudiyyət yoxdur
e) 10
197. AR-in Milli Məclisinə seçkilərin təyin edilməsi kimin səlahiyyətinə aiddir?
a) Milli Məclisin sədrinə
b) Mərkəzi Seçki Komissiyasının sədrinə
c)Konstitusiya Məhkəməsini sədrinə
d) AR-in Prezidentinə
e) Ali Məhkəmənin sədrinə
198. AR-in Konstitusiyasına uyğun olaraq dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsini hansı orqan həyata keçirir?
a) AR-in Prezidenti
b) AR-in Milli Məclisi
c) AR-in Nazirlər Kabineti
d) İqtisadi İnkişaf Nazirliyi
e) Əmək və əhalinin sosial Müdafiəsi Nazirliyi
199. Yerli İcra hakimiyyətlərinin səlahiyyətləri dairəsini kim müəyyən edir?
a) Prezident Administrasiyasının rəhbəri
b) AR-in Baş Naziri
c) Milli Məclisin sədri
d) Konstitusiya Məhkəməsinin sədri
e) AR-in Prezidenti
200. Əmək münasibətləri prosesində işə götürənin işçiyə vurduğu mənəvi ziyanın məbləğini kim müəyyən edir?
a) Müəssisənin rəhbəri
b) İcra hakimi
c) Həmkarlar ittifaqının sədri
d) Məhkəmə
e) Əmək mübahisələri üzrə komissiya
201. Azərbaycan xalqı ibarətdir:
1.Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlardan
2.Azərbaycan Respublikası ərazisindən kənarda yaşayan vətəndaşlardan
3.Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlığı olmayanlardan
4. Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılmayan vətəndaşlardan
5.Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan vətəndaşlardan
A) 3.4
B) 1.2.
C) 4.5
D) 1.5
E) 2,3
202. Azərbaycan xalqının suveren hüququ:
a) əhalisini təhsilinin artırılmasını təmin etmək
b) öz dövlətini yaratmaq
c) öz dövlət quruluşunu müəyyən etmək
d) öz inkişaf yolunu müəyyən etmək və xalqının firavan həyat tərzini qurmaq
e) öz müqəddaratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək
203. Xalqı təmsil etmək hüququ kimə məxsusdur?
a) AR-n Nazirlər kabinetinə
b) AR-n xalq yazıçılarına
c) AR-n alimlərinə
d) Xalqın seçdiyi səlahiyyətli nümayəndələrə
e) AR-n Baş prokuroruna
204. Azərbaycan dövlətinin başcısı kimdir?
a) AR –n Ali Məhkəməsi
b) AR-n Baş prokuroru
c) AR-n Milli Məclisinin sədri
d) AR-n Prezidenti
e) AR Baş Naziri
205. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir kəs ona məxsus olan mülkiyyətdən qərarı ilə məhrum edilə bilər?
a) Baş Nazirin
b) Məhkəmənin
c) Milli Məclisin
d) Bələdiyyələrin
e) Polisin
206. İlk yazılı konstitusiya vahid, əsas qanun harada və nə vaxt qəbul edilmişdir?
a) Polşada 1783-cü ildə
b) ABŞ –da 1787-ci ildə
c) Almaniyada 1795-ci ildə
d) İngiltərədə 1785-ci ildə
e) Fransada 1788-ci ildə
207. Avropada ilk yazılı konstitusiya təsis olunmuşdur:
a) Böyük Britaniya və Hollandiyada 1771-ci ildə
b) Almaniya və İtaliyada 1775-ci ildə
c) Çexoslovakiya və Ruminiyada 1773-cü ildə
d) Polşa və Fransada 1791-ci ildə
c) Ukrayna və Belarusiyada 1779-cu ildə
208. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Belə ki:
a) Onun əsasında dövlətin idarə edilməsi təmin edilir.
b) O qanunların hamısından öncə qəbul edilmişdir.
c) O, qanunverici orqan tərəfindən qəbul edilir.
d) Bütün qanunlar və dövlət orqanlarının aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir.
e) O, cari qanunvericilik üçün hüquqi bazadır.
209. Bunlardan hansı Konstitusiyanın funksiyasına aid deyildir.
a) siyasi funksiya
b) sosial funksiya
c) hüquqi funksiya
d) toxunulmazlıq funksiyası
e) tərbiyəvi funksiya
210. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir.
a) 01 dekabr 1997 ci ildə
b) 19 noyabr 1994-cü ildə
c) 20 noyabr 1991-ci ildə
d) 12 noyabr 1995-cı ildə
e) 15 noyabr 1998-ci ildə
211. Konstitusiyaya görə xalqı təmsil edə bilər:
a) İctimai təşkilatlar
b) Milli Məclis və Prezident
c) Xalqın seçdiyi nünayəndələr
d) Siyasi partiyalar
e) Baş Nazir
212. AR Konstitusiyanın 7-ci maddəsinin I hissəsində aşağıdakı əlamətlərdən hansı
göstərilməmişdir?
a) Azərbaycan dövləti hüquqi dövlətdir
b) Azərbaycan dövləti müstəqil dövlətdir
c) Azərbaycan dövləti dünyəvi dövlətdir
d) Azərbaycan dövləti demokratik dövlətdir
e) Azərbaycan dövləti unitar dövlətdir
213 Konstitusiya hüququ elminin obyekti ?
a) İctimai münasibətlər
b) Konstitusiya hüququ fənni
c) Konstitusiya hüquq münasibətləri
d) Vətəndaşların hüquqları
e) Hüquq mühafizə orqanlarının vəzifəəri.
214. Konstitusiya ilə normativ hüquqi aktlar arasında olan ziddiyyətlərin həlli.
a) Beynəlxalq qanun normaları tətbiq edilir
b) Ali məhkəməyə müraciət edilir.
c) Konstitusiya Məhkəməsinə müraciət edilir.
d) Konstitusiya normaları tətbiq edilir
e) Prezidentin sərəncamı ilə qaydaya salınır.
215. Ruhi xəstələr alkoqolozmə və narkomanlığa düçar olmuş şəxslər qanuni əsaslarla tutulduqdan sonra dərhal :
a) Vəkilin yanına gətirilir
b) hakimin yanına gətirilir
c) Həkimin yanına gətirilir
d) Məcburi müalicəyə göndərilir
e) Ailə üzvlərinə təhvil verilir
216. Amerika Birləşmiş Ştatları konstitusiyasının qəbul olunmasından neçə il sonra müstəqil Azərbaycan respublikasının konstitusiyası qəbul olunmuşdur?
a) 196
b) 169
c) 221
d) 208
e) 213
217. AzərbaycanRespublikasının Konstitusiyasına görəAzərbaycan Respublikasının dövlət quruluşu:
a) Dünyəvi, hüquqi , konfederativ
b) Teokratik,dini,dünyəvi
c) Konfederativ,hüquqi,unitar
d) Federativ,dünyəvi,demokratik
e) Demokratik,hüquqi,unitar,vahid
218. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hansı prinsip əsasında təşkil edilir?
a) Komstitusiya prinsipi əsasında
b) Qanunçuluq prinsipi əsasında
c) Ədalət prinsipi əsasında
d) Hakimiyyətlərin bölünməsi prinsipi əsasında
e) Mülkiyyətin bölünməsi əsasında
219. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni həll edə bilər.
a) Güclü ordusu hesabına
b) Gərgin zəhməti hesabına
c) Məhkəməyə müraciət etmək yolu ilə
d) Referendum yolu ilə
e) Güclü iqtisadiyyatı hesabına
220. Şəxsin sərbəst hərəkət etmək hüququ hansı hallarda məhdudlaşdırıla bilər?
a) Sağlamlığın və mənəviyyatın , başqa şəxslərin hüquq və azadlıqlarının qorunması üçün
b) Dövlət təhlükəsizliyinin qorunması üçün
c) İctimai təhlükəsizliyinin qorunması üçün
d) Dövlətin ərazi bütövlüyünün mənafelərin təmin edilməsi və kütləvi ixtisasların qarşısının alınması məqüsədilə
e) İctimai qaydanın təmin edilməsivə cinayyətin qarşısını alınması məqsdilə
221. Yazışma telefon danışıqları və başqa rabitə vasitələri ilə ötürülən məlumatın sirrinin saxlanılması hüququ hansı hallarda məhdudlaşdırıla bilər?
a) İxtişaşların və cinayətin qarşısının alınması üçün
b) İctimai qaydanın təmin edilməsi üçün
c) Aşağıda göstərilən halların hamısında
d) Dövlət təhlükəsizliyi və ölkənin iqtisadi rifahı mənafeləri üçün
e) Cinayyət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaq üçün
223. Azərbaycan Respublikasının dövlətçiliyini və xalqın varisliyini təmin edir:
a) Siyasi partiyalar
b) Deputatlar
c) Məhkəmə
d) Prezident
e) İctimai təşkilatlar
224. Seçkilərdə iştirak etməməyə görə vətəndaşlar hansı hüquqi məsuliyyət daşıyırlar?
a) İntizam məsuliyyəti
b) İnzibati məsuliyyət
c) Cinayyət məsuliyyəti
d) Məsuliyyət daşımırlar
e) Müdriyyət tərəfindən töhmət
225. Mülkiyyətin özgəninkiləşdirilməsinə hansı hallarda yol verilir:
a) Ali məhkəmənin tələbi əsasında
b) İctimai ehtiyacları ödəmək məqsədilə
c) Kənd təsərrüfatı nazirliyinin tələbi ilə
d) Məktəb binası tikmək üçün təhsil nazirliyinin tələbiilə
e) Dəyərini ödəməklə dövlət ehtiyaclarını ödəmək üçün
226. Konstitusiya aktlarının geriyə qüvvəsinin şamil edilməsi
a) Konstitusiya aktı subyektin vəziyyətini ağırlaşdırdıqda geriyə qüvvəsi var
b) Konstitusiya yalnız dərc edildiyi vaxtdan sonraya şamil edilir.
c) Subyektin hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən aktlar geriyə şamil edilir.
d) Aktın geriyə qüvvəsi heç bir halda şamil eilmir
e) Subyektin yetginlik yaşına çatmaması qanunun şamil edilməsinə yol vermir.
227. Hüquq nədir?
a) Cəmiyyətin adət-ənənə, əxlaq və dini –nizamasalma vasitəsidir
b) İnsanların davranış qaydalarını tənzimləyən vasitədir.
c) Ayrı-ayrı insanların və cəmiyyətin hərəkət qaydalarını tənzimləmə normasıdır.
d) İctimai inkişafın məhsuludur.
e) Dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan davranış ölçüsüdür.
228. Vətəndaşlığı olmayan şəxslər seçkilər zamanı səsvermədə iştirak edə bilərlərmi?
a) 18 yaşa çatmış vətəndaşlığı olmayan şəxslər yalnız bələdiyyələrdə səsvermədə iştirak edə bilərlər
b) AR-də 3il dən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər bütün seçkilər zamanı səsvermədə iştirak edə bilərlər
c) AR-də daimi yaşayan 18 yaşa çatmış vətəndaşlığı olmayan şəxslər yalnız bələdiyyələrdə səsvermədə iştirak edə bilərlər
d) AR-də 5 ildən az olmayaraq daimi yaşayan 18 yaşı çatmış tam fəaliyyət qabliyyətli, vətəndaşlığı olmayan şəxslər bütün seçkilər zamanı səsvermədə iştirak edə bilərlər
e) Vətəndaşlığı olmayan şəxs yalnız referendumda iştirak edə bilərlər
229. Bunlardan hansı hüquq pozuntusunun subyekti deyildir?
a) Odlu silahla adam öldürmüş 13 yaşlı yeni yetmə
b) 90 yaşlı ağır cinayət törətmiş qoca
c) Qonşusunu zəhərləmiş 55 yaşlı xanım
d) Qonşusunun inəyini oğurlamış 20 yaşlı ruhi xəstə
e) Xidmət yerini özbaşına tərk etmiş əsgər.
230. Qanunların qüvvəyə minməsi üçün onu kim imzalamalıdır.
a) AR-n Baş Naziri
b) Respublika Konstitusiya Məhkəməsinin sədri
c) Azərbaycan Respublikasının Prezidenti
d) AR-n Ali Məhkəməsi sədri
e) AR-n DİN-i
231. AR-n normativ hüquqi aktları ilə AR-n tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa:
a) AR-in Milli Məclisi yeni qanun qəbul edir
b) AR-in normativ aktları qəbul edilir
c) AR-in Nazirlər Kabinetinin qərarı qəbul edilir.
d) Beynəlxalq müqavilələr tətbiq edilir
e) AR-in Konstitusiya Məhkəməsinin qərarı qəbul edilidir.
232. Azərbaycan Respublikasının ərazisi hansı halda dəyişdirilə bilər?
a) AR-ın Prezidentinin qərarı ilə
b) AR-ın Nazirlər Kabinetinin qərarı ilə ,
c) AR-a Konstitusiya Məhkəməsinin qərarı ilə
d) AR-ın əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi ilə
e) AR-ın Müdafiə Nazirinin əmri ilə
233.Hansı vətəndaşlar Milli Məclisə seçkilər zamanı səsvermədə iştirak etmirlər?
a) Səsvermə günü təyyarələrdə və hava limanlarında , ekspedisiyalarda olan vətəndaşlar
b) Səsverməgünü Xəzər dənizinin AR-a məxsus sektorunda yerlışən Neft platformalarında
c) Səsvermə günü xəstəxanalarda, sanatoriyalarda olan vətəndaşlar
d) Aşağıda sadalanların hamısında
e) Səsverməgünü istirahət evlərində olan vətəndaşlar
234. Mərkəzi Seçki Komissiyasının üzvü hansı qaydada cinayyət məsuliyyətinə cəlb edilə bilər
a) Prezidentin razılığı ilə
b) Mərkəzi seçki komissiyasının razılığı ilə
c) Baş prokror razılığı ilə
d) Milli Məclisin razılığı ilə
e) Məsuliyyətə cəlb edilə bilməz
235. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan hansı müddətdə şikayət edilə bilər?
a) 5 gün müddətində
d) 1 gün müddətində
b) 7 gün müddətində
c) Həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində
e) Yalnız həmin şikayyət edilə bilər
236. AR- dövlət bayrağının eninin uzunluğuna nisbəti
a) 3:5
b) 2:3
c) 1:3
d) 1:2
e) 4:6
237. Hər kəsin toxunulmaz , pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır:
a) 25 yaşından
b) 16 yaşından
c) 18 yaşından
d) doğulduğu andan
e) 14 yaşından
Dostları ilə paylaş: |