Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları testləri 501 test



Yüklə 0,62 Mb.
səhifə7/8
tarix23.02.2020
ölçüsü0,62 Mb.
#30518
1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikası Konstitutsiyası və hüququn əsasları

a) ümumi, xüsusi və vahid rejim

b) ümumi və əlahiddə rejim

c) ümumi və xüsusi təyinatlı rejim

d) ümumi və xüsusi rejim

e) ümumi, əlahiddə və xüsusi rejim
381. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, hansı mülkiyyət bələdiyyə mülkiyyəti hesab olunur?
a) bələdiyyənin mülkiyyət hüququ əldə etməyə hazırlaşdığı əmlak

b) bələdiyyənin istifadəsindəki əmlak

c) bələdiyyənin icarəyə götürdüyü əmlak

d) bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak

e) heç kimin mülkiyyətində olmayan əmlak
382. Mülkiyyət hüququnun əldə edilməsinin əsasını nə təşkil edir?
a) hüquqi şəxslərin arzusu

b) ilkin və törəmə üsullar

c) insanın istəyi

d) hüquqi faktlar və onların məcmusu

e) hüquqi fakt olmayan hallar
383. Mülki qanunvericiliyə əsasən mülkiyyət hüququnun itirilməsinin neçə növü mövcuddur?
a) 11

b) 4


c) 7

d) 8


e) 5
384. Milliləşdirmə üçün aşağıdakılardan biri səciyyəvi deyildir:

a) əmlakın dəyəri ödənilmədən dövlət mülkiyyətinə keçməsi

b) əsas istehsal vasitələrinin dövlətin xeyrinə məcburi alınması

c) milliləşdirmə aktlarının çox tez-tez və geniş surətdə həyata keçirilməsi

d) maddi dəyərlərin normativ qaydada, başqa sözlə, rəhbərliyin qərarı ilə və başqa aktlarla alınması

e) milliləşdirmənin qanunvericilikdə nəzərdə tutulması


385. Mülki hüquqda rekvizisiya ilə milliləşdirmə arasındakı fərqlər barədə aşağıda irəli sürülən fikirlərdən biri yanlışdır:
a) rekvizisiyada əmlakın alınması hüquq pozuntusuna görə deyil, dövlət və ictimai maraqların təmini məqsədilə həyata keçirilir

b) rekvizisiyada əmlakın dövlət mülkiyyətinə keçməsi, ancaq dəyəri ödənilməklə mümkündür

c) rekvizisiyada əmlak dövlət mülkiyyətinə qatılmır, müəyyən müddətdə alınır

d) rekvizisiya milliləşdirmədən fərqlənmir, onunla eyni məna kəsb edir

e) rekvizisiya barədə b, c və d variantları doğrudur
386. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi ilə əlaqədar aşağıda sadalananların hansı doğru fikir deyil?
a) mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi mülkiyyətçinin hüquqlarının müdafiəsinə yönəlir

b) mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi hüquqların pozulmasının aradan qaldırılmasını ehtiva etdirir

c) mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasını nəzərdə tutur

d) yalnız fiziki şəxslər mülkiyyət və digər əşya hüquqlarının müdafiəsi hüququna malikdir

e) mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu ilə təmin edilir
387. Vindikasiya iddiası dedikdə nə başa düşülür?
a) əmlakın, ona sahiblik etməyən mülkiyyətçinin faktiki sahiblik edəndən, pul formasında qaytarılması haqqında müqavilədən kənar tələbi başa düşülür

b) əmlakın, ona sahiblik edən mülkiyyətçinin faktiki sahiblik etməyəndən, naturada qaytarılması haqqında müqavilədən kənar tələbi başa düşülür

c) əmlakın, ona sahiblik etməyən mülkiyyətçinin faktiki sahiblik edəndən, naturada qaytarılması haqqında müqavilədən kənar tələbi başa düşülür

d) əmlakın naturada qaytarılması haqqında müqavilə tələbi başa düşülür

e) əmlakın pul formasında qaytarılması haqqında müqavilə tələbi başa düşülür
388. Neqator iddia kimlərə qarşı yönəlir və necə tələbdir?
a) fiziki şəxslərə qarşı, müqavilədən kənar tələb

b) fiziki şəxslərə qarşı, müqavilə tələbi

c) üçüncü şəxslərə qarşı, müqavilə tələbi

d) üçüncü şəxslərə qarşı, müqavilədən kənar tələb

e) sadəcə hüquqi şəxslərə qarşı, müqavilədən kənar tələb
389. Ailə hüququnun predmetini neçə qrup münasibətlər təşkil edir?
a) 1

b) 3


c) 4

d) 2


e) 5
390. Ailə hüququnun mənbələrinə aşağıda sadalananlardan biri daxil deyil:

a) Ailə Məcəlləsi

b) Konstitusiya

c) dini kəbin

d) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

e) Ailə Məcəlləsinə uyğun qəbul edilmiş normativ hüquqi aktlar


391. Ailə hüququnun Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2-ci maddəsində sadalanan prinsiplərinin arasında aşağıdakılardan hansı yoxdur?

a) ər-arvadın hüquq bərabərliyi

b) qadınla kişinin nikahının könüllülüyü

c) dini kəbinkəsmənin (dini nikah) hüquqi əhəmiyyətə malik olması

d) ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması

e) uşaqların ailə tərbiyəsinin üstünlüyü


392. Ailə Məcəlləsinin vəzifələri arasında aşağıdakı sadalananlardan biri yoxdur:

a) Ailədə uşaqların ictimai tərbiyə ilə üzvü əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi

b) Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması

c) Ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrindən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması

d) Uşaqlarda dövlət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi

e) Ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması


393. Nikahın hüquqi nöqteyi-nəzərdən ən diqqəti çəkən cəhəti nədir?

a) əhali artımına şərait yaratması

b) kişi ilə qadını birləşdirməsi

c) ailə yaratması

d) dövlət tərəfindən qeydə alınması

e) mənəvi-əxlaqi dəyərləri gücləndirməsi


394. Azərbaycan Respublikasında Ailə Məcəlləsinin müvafiq müddəalarına əsasən nikahın bağlanma şərtləri hansılardır?
a) nikaha daxil olan şəxslərin və onların valideyinlərinin razılığı , qanunla müəyyən edilən nikah yaşına çatma, sağlamlıq

b) nikaha daxil olan şəxslərin razılığı, 15 yaşına çatma, sağlamlıq

c) nikaha daxil olan şəxslərin razılığı, 15 yaşına çatma, infeksion xəstəliklərin olmaması

d) nikaha daxil olan şəxslərin razılığı, qanunla müəyyən edilən nikah yaşına çatma, sağlamlıq

e) yuxarıda sadalananların hamısı
395. Aşağıda sadalanan hansı şəxslər arasında nikahın bağlanmasına yol verilir?

a) Övladlığa götürənlər və övladlığa götürülənlər arasında

b) Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar)

c) Yaxın qohumluq əlaqələri olmayan, valideyinləri arasında da qan qohumluğu olmayan, hər hansı bir başqa nikahda olmayan kişi və qadın arasında

d) İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında

e) İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında


396. Ailə Məcəlləsinin 14-cü maddəsinə əsasən nikaha xitam verilməsinin neçə əsası vardır?

a) 4


b) 1

c) 3


d) 2

e) 5
397. Nikahın pozulmasının neçə qaydası var və onlar hansılardır?

a) 2 - nikahın məhkəmə tərəfindən pozulması və ərin və ya arvadın məhkəmə qaydasında fəaliyytə qabiliyyətsiz elan edilməsi

b) 2 - nikahın məhkəmə tərəfindən pozulması və nikahın ər və arvad tərəfindən pozulması

c) 2 - nikahın məhkəmə tərəfindən pozulması və nikahın vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar tərəfindən pozulması

d) 2 - nikahın məhkəmə tərəfindən pozulması və nikahın icra hakimiyyəti tərəfindən pozulması

e) 1 – nikah sadəcə məhkəmə tərəfindən pozula bilər
398. Tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah necə adlanır?

a) mənasız nikah

b) yalançı nikah

c) saxta nikah

d) hüquqa zidd nikah

e) niyyətsiz nikah


399. Ailə həyatının məsələlərini birlikdə həll etmək ər-arvadın:

a) öhdəliyidir

b) vəzifəsidir

c) hüququdur

d) borcudur

e) davasıdır


400. Ər-arvadın ümumi birgə mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüququ necə həyata keçirilir?

a) ər-arvadın və onların valideyinlərinin qarşılıqlı razılığı əsasında

b) ərin razılığı əsasında

c) arvadın razılığı əsasında

d) ər-arvadın qarşılıqlı razılığı əsasında

e) mülkiyyəti qazanan tərəfin razılığı əsasında


401. Aliment hüquq münasibətlərində hüququn subyekti kimdir?

a) ata


b) ana

c) uşaq


d) nənə

e) baba
402. Üç və daha çox uşağa görə nə qədər aliment tutulur?

a) qazancın yetərli hissəsi

b) qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi

c) qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi

d) qazancın (başqa gəlirlərin) yarısı

e) qazancın beşdə bir hissəsi
403. Aşağıdakı halların hansında aliment ödənilməsinə xitam verilmir?
a) Aliment alan şəxs və ya aliment ödəyən şəxs dünyasını dəyişərsə

b) Uşaq yetkinlik yaşına çatarsa və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə edərsə

c) Aliment ödənilən uşaq övladlığa götürülərsə

d) Aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənilmədiyi və ya əmək qabiliyyətinin bərpa olunmadığı məhkəmə tərəfindən müəyyən olunarsa

e) Əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olarsa
404. Övladlığa götürmə institutu Azərbaycanda ilk dəfə neçənci ildə yaranmışdır?

a) 1926


b) 1930

c) 1928


d) 1925

e) 1931
405. Övladlığa götürmə aşağıdakı hallardan hansında ləğv edilmir?

a) Övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda

b) Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə

c) Övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə

d) Övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə

e) Övladlığa götürənlər övladlığa götürülən uşağa valideyn münasibəti bəslədikdə
406. Qəyyumluq neçə yaşınadək şəxslər üzərində təyin olunur?

a) 15


b) 14

c) 16


d) 18

e) 13
407. Himayəçilik neçə yaş arası şəxslər üzərində təyin olunur?

a) 16-18

b) 14-16


c) 14-17

d) 14-18


e) 16-17
408. Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) nəyidir?
a) nə hüququ, nə də vəzifəsi

b) yalnız hüququ

c) yalnız vəzifəsi

d) həm hüququ, həm də vəzifəsi

e) mənəvi borcu
409. Əmək hüququ nəyin müstəqil bir sahəsidir?
a) işləmək hüququnun

b) beynəlxalq hüququn

c) milli hüququn

d) konstitusiya hüququnun

e) elə əmək hüququnun
410. Əmək hüququn mənbələrinə daxil deyil:
a) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

b) Azərbaycan Respublikasının Konstitusiyası

c) Əmək Məcəlləsi

d) əmək müqaviləsi

e) digər qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin, digər nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları
411. Əmək Məcəlləsi ibarətdir:
a) 11 bölmə, 40 fəsil və 371 maddədən

b) 13 bölmə, 45 fəsil və 301 maddədən

c) 13 bölmə, 40 fəsil və 371 maddədən

d) 13 bölmə, 48 fəsil və 317 maddədən

e) 11 bölmə, 48 fəsil və 317 maddədən
412. Əmək Məcəlləsinin prinsiplərinə aşağıdakılardan hansı aid deyil?
a) mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması

b) hüquq bərabərliyinin təmin edilməsi

c) hər kəsin işlə təmin edilməsi və işsizliyin aradan qaldırılması

d) maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi

e) əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması
413. Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasıında əsas yer hansı münasibətlərə aiddir?
a) işəgötürənlərin həmkarlar ittifaqları ilə münasibətlərinə

b) işçilərlə dövlət orqanları arasındakı inzibati münasibətlərə

c) istehlakçılarla istehsalçılar arasındakı iqtisadi xarakterli münasibətlərə

d) işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinə

e) işəgötürənlərlə maliyyə-kredit təşkilatları arasındakı maliyyə münasibətlərinə
414. İşədüzəltmə sahəsində əsas rol hansı dövlət qurumuna aiddir?
a) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial və Reablitasiya Xidmətinə

b) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

c) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə

d) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə

e) yerli icra hakimiyyətlərinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
415. Əmək müqaviləsinin anlayışı barədə aşağıda əksini tapmış fikirlərdən sadəcə biri düzgündür:
a) əmək müqaviləsi hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks etdirir

b) əmək müqaviləsi işəgötürənlə işçi arasında kollektiv qaydada bağlanan əmək münasibətlərinin bəzi şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən şifahi müqavilədir

c) əmək müqaviləsi işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir

d) əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir

e) əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi və ya kollektiv qaydada müddətsiz və ya 10 müddətinə bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir
416. Əmək müqaviləsinin aşağıdakı xüsusiyyətləri nə üçün faydalıdır?
1. əmək müqaviləsi müəyyən növ işin (müəyyən ixtisas, peşə və vəzifə çərçivəsində) işçinin özü tərəfindən şəxsən yerinə yetirilməsini nəzərdə tutur

2. işçinin müəssisədə, idarədə, təşkilatda müəyyən olunmuş daxili nizam-intizam qaydalarına tabe olmasını müəyyən edir

3.işəgötürən işçinin işini təşkil etməli, təhlükəsizlik və gigiyenik normalara cavab verən normal iş şəraiti yaratmalıdır
a) əmək müqavilələrini oxşar mülki-hüquqi müqavilələrlə eyni statusa qaldırır

b) əmək müqavilələrini oxşar mülki-hüquqi müqavilələrdən fərqləndirməyə imkan verir

c) əmək müqavilələrinin hüquqi gücünü oxşar mülki-hüquqi müqavilələrlə müqayisədə daha da artrmağa imkan verir

d) işçilərin hüquqlarının qorunmasına şərait yaratmaq üçündür

e) işəgötürənlərin hüquqlarının qorunması məqsədini daşıyır
417. Əməyin mühafizəsi barədə aşağıda səsləndirilən fikirlərdən yalnız biri doğrudur:
a) işçinin iş yerindəki münaqişələrinin həlli məqsədini daşıyan tədbirlər sistemidir

b) işçinin əmək haqqının yüksəldilməsi məqsədini daşıyan tədbirlər sistemidir

c) özündə sadəcə sanitar-gigiyenik tədbirləri əks etdirir

d) özündə sadəcə müalicə-profilaktik xaraterli tədbirləri əks etdiri

e) işçinin həyatının və sağlamlığının qorunması məqsədini daşıyan tədbirlər sistemidir
418. Məşğulluq dedikdə hansı kateqoriya şəxslərin respublika qanunvericiliyinə zidd olmayan, onların şəxsi və ictimai tələbatının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti başa düşülür?
a) Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin

b) Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında müvəqqəti yaşayan, vətəndaşlığı olan şəxslərin və iş icazəsi üçün müraciət etmiş əcnəbilərin

c) yalnız Azərbaycan Respublikası vətəndaşlarının

d) yalnız Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olan şəxslərin və əcnəbilərin

e) Azərbaycan Respublikasında müvəqqəti yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin
419. Əmək müqaviləsinin tərəfləri kimlərdir?
a) 15 yaşına çatmış işçi və 30 yaşına iş adamı

b) 15 yaşına çatmış işçi və 16 yaşına çatmış işəgötürən

c) 15 yaşına çatmış işçi və işəgötürən

d) 16 yaşına çatmış işçi və işəgötürən

e) yalnız 18 yaşına çatmış işçi və işəgötürən

420. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin müddəalarına əsasən, “əmək azaddır” cümləsinin hüququ məzmunu aşağıdakılardan hansında dolğun şəkildə açıqlanır?


I. Əmək fərdi və ictimai rifahın əsasıdır.

II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

III. Heç kəs zorla işlədilə bilməz.

IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət zamanı və hәrbi vəziyyət vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.

VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.


a) III və IV

b) I, II və IV

c) II və III

d) II, III və IV

e) III, IV və VI
421. Əmək müqaviləsi şərtlərinin neçə növü mövcuddur?
a) 5

b) 4


c) 6

d) 1


e) 2
422. Əmək müqaviləsinin bağlanması qaydasına əsasən o:
a) şifahi formada şərtləri müddətsiz olaraq bağlanır, sonra yazılı formaya salınır və maksimum 5 il müddətinə bağlanır, üç nüsxədə rəsmiləşdirilir və tərəflərin hər ikisində, eləcə də müvafiq dövlət orqanında saxlanılır

b) yazılı formada, eləcə də şifahi formada ya müddətsiz, ya da maksimum 5 il müddətinə bağlanır, yazılı müqavilə iki nüsxədə rəsmiləşdirilir və tərəflərin hər ikisində saxlanılır

c) yazılı formada ya müddətsiz, ya da maksimum 5 il müddətinə bağlanır, iki nüsxədə rəsmiləşdirilir və tərəflərin hər ikisində saxlanılır

d) yazılı formada ya müddətsiz, ya da maksimum 10 il müddətinə bağlanır, üç nüsxədə rəsmiləşdirilir və tərəflərin hər ikisində, 1 nüsxəsi isə, müvafiq dövlət orqanında saxlanılır

e) yazılı formada maksimum 1 il müddətinə bağlanır, üç nüsxədə rəsmiləşdirilir və tərəflərin hər ikisində, 1 nüsxəsi isə, müvafiq dövlət orqanında saxlanılır
423. Əmək müqaviləsinə xitam verilməsinin ümumi əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsində əksini tapmışdır. Aşağıdakılardan hansı sözügedən maddədə müqaviləyə xitam verilməsinin ümumi əsası kimi nəzərdə tutulmamışdır?
a) əmək müqaviləsinin müddətinin qurtarması

b) tərəflərdən birinin təşəbbüsü

c) əmək şəraitinin şərtlərinin uzun müddət ərzində dəyişmədən saxlanılması

d) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi

e) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar
424. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməz?
a) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə

b) müəssisə ləğv edildikdə

c) işçilərin sayı və ya ştatları ixtisar edildikdə

d) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda

e) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud aşağıdakı hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda
425. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayaraq xitam verilməsi halları hansılardır?
1. işçinin hərbi və ya alternativ xidmətə çağırılması

2. müəssisənin ləğv edilməsi

3. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda

4. əmək müqaviləsinin müddətinin qurtarması

5. qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar, işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə

6. peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə

7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə

8. əmək şəraitinin şərtlərinin dəyişdirilməsi


a) 2, 4, 6, 8

b) 1, 2, 5, 7

c) 3, 5, 7, 8

d) 1, 3, 5, 7

e) 1, 4, 6, 7
426. İş vaxtının növləri hansılardır?
a) həftəlik 40 saatlıq, normal iş vaxtı, azaldılmış iş vaxtı, tamamlanmamış iş vaxtı

b) həftəlik 42 saatlıq, normal iş vaxtı, qısaldılmış iş vaxtı, natamam iş vaxtı

c) həftəlik 38 saatlıq, normal iş vaxtı, qısaldılmış iş vaxtı, natamam iş vaxtı

d) həftəlik 40 saatlıq, normal iş vaxtı, qısaldılmış iş vaxtı, natamam iş vaxtı

e) həftəlik 38 saatlıq, normal iş vaxtı, azaldılmış iş vaxtı, tamamlanmamış iş vaxtı
427. Əmək Məcəlləsi:
a) əmək münasibətlərinə xitam verir və əmək müqaviləsinin şərtlərini dəyişdirir

b) əmək münasibətlərini tənzimləmir və Əmək Hüququnun mənbəyi deyil

c) əmək münasibətlərini yaradır və əmək müqaviləsinin mənbəyidir

d) əmək münasibətlərini tənzimləyir və Əmək Hüququnun mənbəyidir

e) əmək münasibətlərinə xitam verir və əmək müqaviləsinə əlavə və dəyişikliklər edir
428. Aşağıdakılardan biri istirahət vaxtının növü deyil:
a) bayram günləri

b) istirahət və nahar üçün fasilə

c) bazar günləri

d) ezamiyyət

e) məzuniyyət
429. Kollektiv müqavilənin istənilən tərəfi kollektiv danışıqların təşəbbüsçüsü ola bilər. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Bu halda xəbərdar olunan tərəf neçə gündən gec olmayaraq danışıqlara başlamağa borcludur?
a) 5

b) 7


c) bir həftə

d) 10


e) bir ay
430. Kollektiv müqavilənin tərəfləri aşağıdakılardan hansılardır:
a) işəgötürən və əmək kollektivi və ya işəgötürən və həmkarlar ittifaqları təşkilatı

b) işəgötürən və işçı və ya işəgötürən və həmkarlar ittifaqları təşkilatı

c) işəgötürən və dövlət qurumu və ya işəgötürən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

d) həmkarlar ittifaqları təşkilatı və əmək kollektivi, işçi və işəgötürən

e) həmkarlar ittifaqları təşkilatı və əmək kollektivi
431. Kollektiv müqavilədə daha güzəştli əmək və sosial-iqtisadi şərtlər nəzərdə tutula bilərmi?
a) hər hansı qeyd-şərtsiz bəli

b) müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla bəli

c) xeyr

d) Kollektiv müqavilə bu cür məsələləri tənzimləmir



e) müəssisənin iqtisadi imkanlarının müqaviləyə dəxli yoxdur
432. Kollektiv müqavilənin layihəsi tərəflərin bərabər saylı nümayəndələrindən ibarət olan müvafiq komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) ümumi yığıncağının (konfransının) müzakirəsinə verilir. Ümumi yığıncaqda işçilərin neçə faizdən çoxu iştirak etdikdə o, səlahiyyətlidir?
a) 50 %-dən ən azı 5 nəfər çox


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin