konfransında bildirib.
Aleksandr Jilkin AZƏRTAC-
ın Rusiya Federasiyasındakı
xüsusi müxbiri Fəridə Abdulla-
yevanın “Həştərxan qubernatoru
Azərbaycan və Həştərxan vilayəti
arasında ikitərəfli münasibətlərin
gələcək inkişafını necə görür?”
sualına cavabında deyib: “Yalnız
bu münasibətlərin səviyyəsini
yüksəltmək istiqaməti götür-
müşük”. Qubernatorun fikrincə,
vilayətin nümayəndə heyətinin bu
yaxınlarda Bakıya səfəri zamanı
hər iki tərəf buna maraq göstərib.
A.Jilkin deyib: “Ümidvaram ki,
möhtərəm Azərbaycan Prezidenti
və Azərbaycan Hökumətinin
rəhbərliyi Həştərxan vilayətinə
səfər edəcək. Biz buna çox şad
olarıq”.
Xatırladaq ki, dekabrın 16-da
Həştərxanda Azərbaycan Biznes
Mərkəzinin tikiləcəyi ərazində
xatirə kapsulunun qoyulması
mərasimi keçirilib. Mərkəzin açı-
lışı gələn il üçün nəzərdə tutulub.
Həştərxan vilayətinin
qubernatoru Aleksandr Jilkinin
mətbuat konfransında “ARB
ARAN” Media Şirkəti də iştirak
edib. Azərbaycan jurnalistlərini
Həştərxan vilayətində multikultu-
ral dəyərlərin və tolerantlığın qo-
runub-saxlanılması istiqamətində
görülən tədbirlər maraqlandırıb.
Aleksandr Jilkin qeyd edib ki,
çoxmillətli Həştərxan regio-
nunda multikultural inkişafa,
ahəngdar əməkdaşlığa, bir-
birinin mədəniyyətinə ehtiramla
yanaşılmasına, qarşılıqlı dəstəyə
və konfessiyalararası həmrəyliyə
həmişə böyük diqqət yetirilib. Bu
məqsədlə vilayətdə xüsusən Et-
nokonfessional Şura çərçivəsində
ardıcıl iş aparılır. Buna görə də
mütəxəssislər Həştərxan vilayətini
sakit, bu istiqamətdə sabit inkişaf
edən region kimi xarakterizə
edirlər. Qubernator deyib:
“Təsadüfi deyildir ki, bu il RF
Prezidenti yanında Millətlərarası
Münasibətlər üzrə Şuranın iclası
Həştərxanda keçirilmişdi”.
Dostları ilə paylaş: |