Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə25/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   21   22   23   24   25   26   27   28   ...   65
“YARAT”ın ARTIM layihə məkanında 

“Sən məni anlamırsan” adlı sərgi açılıb

 

ˆ

Dekabrın 21-də “YARAT” Müasir İncəsənət 



Mərkəzinin ARTIM layihə məkanında “Sən məni 

anlamırsan” adlı sərgi açılıb.

“ADO” teatr qrupunun 

iştirakı ilə gerçəkləşən sərgidə 

üç rəssam – Vüsal Rəhim, Vüqar 

Quliyev və Aysel Əmirovanın əl 

işləri təqdim olunur.

Bu, ziyarətçilərin “başqasının 

cildinə” daxil olmaqla, əsərlərin 

mənasını rəssamların baxış 

bucağından görməyə və anlamağa 

yönəlmiş eksperimental layihədir. 

Sərgidə təqdim olunan əsərlər 

özündə müasir incəsənətin dərk 

edilməsi və “Biz niyə görə başa 

düşülmək istəyirik?” sualını araş-

dıran psixoloji məqalə ilə əlaqəli 

sosial media müzakirələrindən sitat-

ları və kəlamları özündə birləşdirən 

broşüra ilə müşayiət olunur.

Vüsal Rəhim Mikelancelo-

nun cansız İsanı tutmuş kədərli 

Məryəmi əks etdirən məşhur 

“Pieta” əsərinin bədii obrazını 

araşdırır. “Pieta” adlı video ins-

talyasiyada, rəssam özü Kədərli 

Madonna obrazında çıxış edərək 

videoların birində dizlərinin 

üstündə çılpaq kişi, digərində isə 

çılpaq qadını tutur. Onların yalnız 

simaları qırmızı maska ilə örtülüb 

ki, bu da maddi aləmdən (maska) 

ruhani aləmə (çılpaqlıq) keçidi 

əks etdirir. Onların vücudlarında 

Cəlil Cavanşirin ölən insanın ağrı 

və acılarından bəhs edən şeir yazı-

lıb. Vüsal Rəhimin həyat və ölüm, 

maddi və mənəvi dünyalar, kişi və 

qadını qarşı-qarşıya qoyan “Pieta” 

əsəri hər bir insana xas olan qüssə 

və kədərin vizual təsvirini əks 

etdirməklə yanaşı, genderlərin 

dini və sosial quruluşuna dair 

sualları da ortaya qoyur.

Vüqar Quliyevin instalyasi-

yası divarlara kölgə salan parlaq 

tikanlarla dolu otaqdan ibarətdir. 

Ziyarətçi otağı araşdırmağa və 

otağın zülmət ab-havasına qərq ol-

mağa dəvət olunur. Rəssam üçün 

çıxış nöqtəsi özündə həbsxana və 

işgəncə kameralarını əks etdirir. 

Belə ki, bu kameralar hər bir in-

sanın emosional qorxu durumu ilə 

əlaqəli fərdi bağlılığının işıqqay-

tarıcı materialda görünməsi üçün 

nəzərdə tutulub. Tikanlar təkcə 

qəm-qüssə mənbəyi deyil. Onlar 

həm də üçbucaqlar və onların 

Misir mifologiyasında mənası ilə 

əlaqəlidir. Bununla da, rəssam 

qaranlıq kameranı işıqlı kameraya 

çevirir.


Rəssam Aysel Əmirova öz 

əsərini eyni diapazonu bölüşən 

iki insanın hipotetik konsepsi-

yası ilə əlaqələndirir. Hərçənd 

ki, bir insanın subyektiv, şüurlu 

həyatı digəri üçün sistematik 

olaraq fərqli ola bilər. Belə ki, 

bu əsər dünyamızın çoxşaxəli 

təcrübələrini xatırlatmaqla yanaşı, 

düzgün qoyulmayan prioritetlərə 

də işarə verir. “Qızıl piramidanın 

zirvəsini fəth etdikdən və qalxmaq 

üçün daha heç bir yüksəkliyin 

olmadığını gördükdən sonra, 

biz, bütün həyatımız boyu saxta 

piramidalara dırmandığımızı dərk 

edə bilərik. Biz öz arzularımızı 

həyata keçirmək üçün qorxulardan 

qaçırıq.

Maraqla qarşılanan sərgi 

dekabrın 30-dək davam edəcək.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin