Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə


AZƏRTAC TürkPA parlamentlərarası ünsiyyətin



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   17   18   19   20   21   22   23   24   ...   65
AZƏRTAC

TürkPA parlamentlərarası ünsiyyətin 

demokratik forumuna çevrilib

 

ˆ

Dekabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin 



sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının 

(TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı 

mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Qırğızıstan 

Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən 

verilən məlumata görə, Türkdilli Ölkələrin 

Parlament Assambleyasının fəaliyyətindən 

söz açan Oqtay Əsədov vurğulayıb ki, bu 

qurum yarandığı gündən böyük inkişaf yolu 

keçib və parlamentlərarası əlaqələrimizdə 

yeni mərhələ açıb. TürkPA bundan sonra 

da geniş coğrafi ərazini əhatə edən türk 

dünyasının qarşılaşdığı problemlərin 

həllinə öz töhfəsini verəcək. Müasir dövrün 

çağırışları fonunda türkdilli dövlətlərin və 

parlamentlərin daha sıx birləşməsi vacibdir. 

Sevindirici haldır ki, eyni kökdən olan, or-

taq milli-mədəni dəyərləri bölüşən türkdilli 

dövlətlər bütün sahələrdə qarşılıqlı faydalı 

əməkdaşlığı gündən-günə gücləndirirlər.

Söhbət zamanı türk dünyasının bir-

liyini möhkəmləndirmək istiqamətində 

Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən 

və həyata keçirdiyi tədbirlərdən danışan 

Oqtay Əsədov türk sivilizasiyasının bərpası 

və inkişafı üçün türkdilli xalqların mədəni 

irsinin qorunmasının vacibliyini vurğulayıb.

Görüşdə Joqorku Keneş sədrinin 

diqqətinə çatdırılıb ki, Azərbaycan Qırğızıs-

tan ilə əlaqələrin daha da möhkəmlənməsinə 

və dərinləşməsinə mühüm əhəmiyyət verir. 

Dövlətlərarası əlaqələrimizdə son illər 

müşahidə olunan intensivlik siyasi dialoqun 

davam etdirilməsinə və əməkdaşlığın inkişa-

fına möhkəm zəmin yaradır.

Qonağa ölkəmizdə həyata keçirilən 

siyasi-iqtisadi islahatlar barədə məlumat 

verilib, indiyədək Azərbaycan ilə Qır-

ğızıstan arasında dövlətlərarası və 

hökumətlərarası səviyyədə 38 sənədin 

imzalandığı xatırladılıb. Azərbaycan-

Qırğızıstan münasibətlərində mədəni-

humanitar əlaqələrin rolu xüsusi vur-

ğulanıb, TÜRKSOY-un bu sahədəki 

fəaliyyəti yüksək qiymətləndirilib. Hazırda 

parlamentlərarası əlaqələrimizin daha 

dinamik xarakter aldığı və deputatları-

mızın müxtəlif beynəlxalq təşkilatlarda 

fəal əməkdaşlıq etdiyi qeyd edilib. Milli 

Məclisdə və Joqorku Keneşdə fəaliyyət 

göstərən dostluq qruplarından bəhs olunub.

Söhbət əsnasında Ermənistan–

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə 

də toxunulub.

Görüşdə Qırğızıstan Joqorku Keneşinin 

sədri Çınıbay Tursunbekov Azərbaycana 

səfərindən məmnunluğunu bildirib. O, 

TürkPA-nın Bakıda mənzil-qərargahının 

açılışını yüksək dəyərləndirib, Qırğızıstan 

parlamentində Milli Məclislə əlaqələrin 

inkişafına xüsusi diqqət yetirdiklərini deyib. 

Türkdilli xalqların birliyinə və inkişafına 

nail olmaq üçün TürkPA çərçivəsində bütün 

imkanlarını səfərbər edəcəklərini vurğulayib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra 

məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin