Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə41/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   37   38   39   40   41   42   43   44   ...   65
Möhtəşəm festival

Gəncədə Beynəlxalq Şərab 

Festivalı keçirmək artıq ənənə 

şəklini alıb.Hazırkı festival da bu 

ənənənin davamı–dördüncüsi idi 

və şəhər həmişə olduğu kimi, ona 

da çox ciddi hazırlaşmışdı. Gəncə 

Şəhər İcra Hakimiyyətinin, iqtisadi 

inkişaf və sənaye, kənd təsərrüfatı, 

xarici işlər nazirliklərinin, 

Azərbaycanda İxracatın və İnves-

tisiyaların Təşviqi Fondunun və 

ölkəmizin Fransadakı səfirliyinin 

birgə təşkilatçılığı ilə keçirilən 

budəfəki festivalın ikinci gününə 

şəhərin Gəncəçay park bulvarı 

önündən start verildi. Ona görə 

ikinci gün deyirik ki, əslində, bu 

tədbirə bir gün əvvəl, ayrı-ayrı 

yerli və xarici şirkətlərin istehsal 

etdikləri məhsulların dequstasiyası 

ilə başlanmışdı və çox təcrübəli 

mütəxəssislər 100 ballıq sistemlə 

qalibləri müəyyənləşdirmişdilər. 

Tədbirə Azərbaycan, Fransa,  

Bolqarıstan, Moldova, Gürcüstan, 

Ukrayna və bir sıra digər xari-

ci ölkələrin şərab istehsalçıları, 

distribüterləri və istehlakçıları 

qatılmışdılar. Burada yerli və xarici 

şərab istehsalı ilə məşğul olan 

20-yə yaxın istehsal müəssisəsinin 

məhsulları nümayiş etdirilirdi.

Festivala “Kitabi-Dədə Qor-

qud” dastanından Qazan xanın 

şərab içməsi səhnəsini əks etdirən 

meydan tamaşası ilə başlanıl-

dı. Tamaşa  festival iştirakçıları 

və qonaqlar tərəfindən maraqla 

qarşılandı. Simfonik orkestrin 

ifasında “Koroğlu” operasın-

dan  uvertüra, Kukla Teatrının 

hazırladığı səhnə, uşaq bağçaları 

kollektivlərinin üzüm rəqsi, cizgi 

filmi qəhrəmanlarının rəngarəng 

rəqsləri alqışlarla qarşılandı.

Sonra yerli  və xarici isteh-

salçılar tərəfindən şərabçılıq 

məhsullarının təqdimatı oldu və 

bir gün əvvəl keçirilən “İkinci 

salxım” dequstasiya müsabiqəsinin 

qalibləri medal və diplomlarla 

mükafatlandırıldı. Bütövlükdə, 

müsabiqənin 14  qalibi  qızıl, 

gümüş və bürünc medala layiq 

görüldü.


Gəncə Şəhər İcra 

Hakimiyyətinin başçısı Elmar 

Vəliyev Fransa və digər xarici ölkə 

nümayəndələrinin iştirak etdikləri 

festivalın məramını diqqətə çat-

dırdı. Bildirildi ki, festivalın əsas 

məqsədi şərab məhsullarını nü-

mayiş etdirmək, yerli şərab bazarı 

iştirakçılarını bir araya gətirmək, 

Azərbaycanın şərab məhsullarının 

xarici bazarlara çıxarılmasını 

dəstəkləməkdən ibarətdir.

Fransanın Konyak şəhərinin 

meri Mişel Qurinçasdan, Fransa-

nın Burqundiya regionunun Yon 

vilayətinin Ali Şurasının prezidenti 

Andre Vilye, Varna şəhərinin meri 

İvan Partnix festival və ölkəmizlə 

bağlı yüksək fikirlər söylədilər, 

məmnun olduqlarını dilə gətirdilər. 

Bu sahədə beynəlxalq əməkdaşlığı 

təşviq etmək, şərab istehlakı 

mədəniyyətini formalaşdırmaq və 

şərab ənənələrini qoruyub saxlama-

ğın vacibliyini vurğuladılar.

Sonra festival iştirakçıları 

nümayiş etdirilən şərabların dadına 

baxdılar. Gəncənin “Təndir çörəyi” 

və yerli pendiri də şərablarla yana-

şı, dequstasiyadan keçirildi. Kuli-

nariya şousunda qonaqlar müxtəlif 

növ üzümlərin, şirniyyatların, 

Azərbaycan və Gəncə mətbəxinin 

ləziz təamlarından daddılar.

Onlar, həmçinin rəssamların 

əl işlərindən ibarət rəsm 

əsərlərinə, dekorativ tətbiqi 

sənət nümunələrinə, ayrı-ayrı 

kollektivlərin rəqs və musiqi 

nömrələrinə də tamaşa etdilər. Fes-

tival iştirakçıları tərəfindən qədim 

məişət əşyaları, Azərbaycanın adət 

və ənənələrini əks etdirən güşələr 

də maraqla qarşılandı.

Günortadan sonra 

Azərbaycanla Fransa regionları və 

şəhərləri arasında əməkdaşlığa dair 

I seminar keçirildi. Şəhərin Heydər 

Əliyev Mərkəzində keçirilən se-

minarda Tovuz, Naftalan, Goran-

boy, Şəmkir, İsmayıllı, Şəki rayon 

icra hakimiyyətlərinin başçıları 

və müavinləri, o cümlədən Uk-

rayna, Moldova, Fransa, Bol-

qarıstan, Gürcüstan, Meksika, 

Braziliya, Rusiya, Belarus və digər 

ölkələrdən olan əcnəbi qonaqlar 

iştirak edirdilər. Konfransda Gəncə 

Şəhər İcra Hakimiyyətinin başçısı 

Elmar Vəliyev Prezident İlham 

Əliyev tərəfindən təsdiq olunmuş 

dövlət proqramlarında bu sahənin 

inkişafına xüsusi önəm verildiyini, 

üzümçülük və şərabçılığın inkişafı 

üçün böyük potensialın olduğunu 

qeyd etdi.

İqtisadiyyat nazirinin müavini 

Sahib Məmmədov çıxış edərək 

bildirdi ki, bu qəbildən olan 

tədbirlərin keçirilməsi ölkələr 

arasında iqtisadi əlaqələrin daha 

da möhkəmlənməsinə xidmət 

edir. Təbii ki, bu əlaqələr iqtisadi 

sahənin inkişafına da öz töhfəsini 

verəcək.

Tovuz Rayon İcra 

Hakimiyyətinin başçısı Tofiq Zey-

nalov Konyak şəhəri ilə bu sahədə 

əməkdaşlıqdan, Şəki Şəhər İcra 

Hakimiyyəti başçısının müavini 

Həsən Həsənov isə Kolmar şəhəri 

ilə şərabçılığın inkişafı sahəsində 

həyata keçirilən tədbirlərdən da-

nışdılar.

Fransanın Burqundiya regionu-

nun Yon vilayətinin Ali Şurasının 

prezidenti Andre Vilye, Konyak 

şəhərinin meri Mişel Qurenşa, Bor-

do şəhər meriyasının Azərbaycan 

üzrə nümayəndəsi An-Sofi Moty-

liski bu gün Gəncədə keçirilən 

və artıq ənənəvi xarakter daşıyan 

festivalın Azərbaycan-Fransa 

iş adamları arasında əlaqələrin 

güclənməsində, qeyri-neft sektoru-

nun ixrac qabiliyyətli sahələrindən 

olan şərabçılığın inkişafında, bu 

sahədə təcrübə mübadiləsində 

əhəmiyyətli olduğunu diqqətə 

çatdırdılar.

Fransanın Azərbaycandakı 

səfiri Orelia Buşez və 

Azərbaycanın Fransadakı səfiri 

Elçin Əmirbəyov Fransanın 

şərabçılıq sahəsində böyük 

təcrübəyə malik olduğunu qeyd 

etdilər. Hər iki səfir şərabçılıq kimi 

ənənəvi sahələrin inkişafının prio-

ritet olduğunu vurğuladılar.

Seminarda Azərbaycan və 

Fransa arasında siyasi əlaqələrin 

yüksək səviyyədə olduğu

əməkdaşlığın genişlənməsində 

dövlət başçılarının qarşılıqlı 

səfərlərinin və keçirilən görüşlərin 

mühüm əhəmiyyəti də vurğulandı.

Fransa regionları və 

əməkdaşlığa dair I seminar iştirak-

çılarına sonda xatirə hədiyyələri 

təqdim olundu.     




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin