Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü IL tarixli



Yüklə 18,71 Kb.
səhifə4/10
tarix26.12.2016
ölçüsü18,71 Kb.
#3559
1   2   3   4   5   6   7   8   9   10
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az

http://www.e-health.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

      http://www.e-health.gov.az

      email: office@health.gov.az

      tel.: 012-565-12-57, 012-431-38-28 



2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Fiziki şəxslər üçün

2.6.1.1. Ərizə (əlavə №1);

2.6.1.2. Ərizəçinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti;

2.6.1.3. Ərizədə qeyd olunan obyekt üçün ərizəçinin istifadə hüququnu təsdiq edən sənədin surəti;

2.6.1.4. tibb və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların texniki-normativ hüquqi aktların tələblərinə uyğun  olması  barədə  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədinin surəti;

2.6.1.5. tibb xidməti göstərən şəxslərin ali və ya orta tibbi ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti;

2.6.1.6. əczaçılıq xidməti göstərən şəxslərin ali və ya orta əczaçılıq ixtisasına malik olmalarını təsdiq edən sənədlərin surəti.


Yüklə 18,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin