Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü IL tarixli


Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar



Yüklə 18,71 Kb.
səhifə6/10
tarix26.12.2016
ölçüsü18,71 Kb.
#3559
1   2   3   4   5   6   7   8   9   10
3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:



3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və fin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda,  bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Elektron xidmətin göstərilməsindən imtina, istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.


Yüklə 18,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin