Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 115,94 Kb.
səhifə11/12
tarix30.12.2021
ölçüsü115,94 Kb.
#49256
1   ...   4   5   6   7   8   9   10   11   12
Xürrəmilər hərəkatı

10.Xürrəmilər və məzdəkilər

Abbasilərin qələbəsinə gətirib çıxaran 747-750-ci illər Əbu Müslim üsyanı müxtəlif dinlərə etiqad edən, lakin eyni məqsədə – Əməvi üsul-idarəsini devirməyə xidmət edənləri birləşdirmişdi; üsyançılar arasında müxtəlif şiə və sünni təriqətlərinə mənsub müsəlmanlar, eləcə də atəşpərəstlik ideyalarını təbliğ edən məzdəkilər və başqaları da vardı. Bütün bu qüvvələrdən istifadə edən Abbasilər hakimiyyətə gəldikdən sonra öz əvvəlki havadarlarından yaxa qurtarmağa çalışdılar. Yeni sülalə ilə əvvəlkində ciddi bir fərq görməyən, eləcə də heç bir imtiyaz qazanmayan sıravi üsyançıların səbr kasası Əbu Müslimin qətli ilə son həddini aşdı. Əməvilərə qarşı siyrilmiş qılıncın ağzı Abbasilərə tərəf çevrildi. Beləliklə, hakim sülalə ilə mübarizə səhnəsinə etiqadları ayrı da olsa, məqsədləri yaxın olan təriqətlər atıldılar. Elə buna görə də müsəlman müəllifləri ideya baxımından yaxınlaşmış bu təriqətləri sadəcə olaraq bir-birinə qarışdırır, onları gah xürrəmi, gah məzdəki adlandırır, ifrat şiə təriqətlərinə aid edirdilər.

İbn ən-Nədim (X əsr) xürrəmiləri atəşpərəst müxəmmirilərə – məzdəkilərə və müsəlman babəkilərə ayırır. Əl-Bağdadi də islamaqədərki xürrəmiləri məzdəkilər, islam dövrü xürrəmilərini isə xürrəmdinilər adlandıraraq, sonuncuların ümumi adları müxəmmirə olan babəkilərə və məzyərilərə ayrıldıqlarını bildiri.

Əş – Şəhrəstani ifrat şiəçi kimi xarakterizə etdiyi, eyni ehkamlara riayət edən bu təriqətçilərin İsfahanda xürrəmilər və kuzilər, Reydə məzdəkilər və sunbadilər, Azərbaycanda bir yerdə dakulilər, başqa yerdə müxəmmirilər, Mavarannəhrdə mübayyidilər kimi tanındıqlarını bildirir. İslam dövrü məzdəkilərinin tarixi ilə xüsusi məşğul olmuş İ. P. Petruşevskinin fikrincə, burada söhbət yaxın ideologiyası və sosial proqramı olan qohum təriqətlər qrupundan gedir; buna görə də eyni təriqətlərin bəzən xürrəmi, bəzən məzdəki hesab edilməsi heç də təəccüb doğurmur. Onun rəyinə görə, burada erkən məzdəkilik inamları ilə "ifrat" şiə ideyalarının birləşməsindən yaranmış ümumi məzdəki-xürrəmi tipli təriqətlərdən danışmaq olar.



Qeyd edilməlidir ki, xürrəmiləri və xürrəmdiniləri ifrat şiə təriqətləri kimi qiymətləndirən müsəlman filosofları içərisində bu təriqətlərin ardıcıllarını "ifrat" şiə baxışlarına çox yaxın olan "batinilər" – ismaililər təriqətinə aid edənlər də vardı. XI əsrdə yaşamış məşhur filosof imam Əbu Hamid əl – Ğəzalı batinilərin səkkiz ləqəbləri sırasında ismaililər və qarmatlarla yanaşı, xürrəmiləri, babəkiləri, müxəmmiriləri də sadalayır. Elə oradaca batiniliyin mənası da açılır: "Quranda və hədislərdə bütün aşkar görünənlərin gizli (batini) mənası var; zahirdə olan yalnız simvoldur, gizlində qalan isə həqiqətə işarədir; gizlini dərk edənin üzərindən dini borclar götürülür."


Yüklə 115,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin