3.Üsyanın II mərhələsi
Bəzz qalası
Üsyanın II dövrü 816 – 817-ci ildən, yəni Babəkin üsyana rəhbərliyi öhdəsinə götürdüyü tarixdən başlanır və Bəzzin süqutuna qədər davam edir. Birinci mərhələdə olduğu kimi üsyanın ikinci mərhələsində də əsas hərbi əməliyyatlar (Həmədan və Həşdadsər döyüşləri kimi) Azərbaycan ərazisində aparılsa da bu dövrdə artıq üsyan əhatə dairəsini genişləndirir və ətraf vilayətlərin (Gilan, Mazandaran və s.) əhalisi də üsyana qoşulur. Babəkin rəhbərliyi ilə üsyan iyirmi ilə yaxın davam edir və Xürrəmilər bu dövrdə Ərəb Xilafətinin altı nəhəng ordusunu darmadağın edirlər.
Dostları ilə paylaş: |