Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 115,94 Kb.
səhifə3/12
tarix30.12.2021
ölçüsü115,94 Kb.
#49256
1   2   3   4   5   6   7   8   9   ...   12
Xürrəmilər hərəkatı

2.Cavidanın Babəklə ilk tanışlığı

Azərbaycanda xürrəmilərin üsyanı öz başlanğıc mərhələsində Cavidan ibn Səhl və ya ibn Sührak adı ilə bağlı idi. İbn ən-Nədimin qismən sitat gətirdiyi Baqid ibn Əmr ət- Təmiminin itirilmiş "Babəkin tarixi" əsərində xürrəmilər hərəkatının meydana gəlməsindən bəhs edilən çox maraqlı və mötəbər sayıla biləcək təfərrüat vardır, hərçənd ki, bütünlükdə "Babəkin tarixi" əsəri-hadisə və şəxsləri təhrif edən mövqedən yazılmışdır,xürrəmilərə və Babəkə pis meyil və niyyətlər isnad verir, habelə Xilafət düşmənlərindən bəhs edildikdə tamamilə yanlış məlumat verir.

"Babəkin tarixi" əsərindən İbn ən-Nədimin gətirdiyi sitatda deyilir:

Cavidan Ərdəbil mahalında yaşayırdı, onun böyük qoyun sürüləri var idi və o, qoyunları Zəncan bazarında satırdı. Yağ gəzdirib satan Abdullah adlı1 bir şəxs Mədaindən köçüb bu yerlərə, daha doğrusu, Meymad rustakının Bilalabad kəndinə gəlmişdi. O, yağını satarkən bir kənddən digərinə gedərdi, nəhayət, kəndlərdən birində özünə Bərumənd adlı birgözlü məşuqə tapır ki, o da yerli hakim ibn ər-Rəvvadın qulluqçusu idi. Bir ildən sonra Abdullah ölür, Bərumənd isə oğlu Babək ilə Səraba köçür. Burada Babək əvvəlcə çobanlıq edir, sonra isə Təbrizə gedib, şəhər hakimi Məhəmməd ibn ər-Rəvvad əl-Əzdinin yanında qulluq etməyə başlayır. Bundan sonra o, anasının yanına qayıdır.

Bir dəfə Cavidan Zəncanda bir qədər mal-qara satıb öz yerinə, Bəzzə qayıdanda hava pis olduğuna görə təsadüfən Babəkin anasının evində qalır. Görür ki, onun müxtəlif tapşırığını yerinə yetirən Babək çox bacarıqlı və zirək oğlandır. O, Cavidanın xoşuna gəlir, bu da gənc Babəkin gələcək müqəddəratını həll edir. Cavidan Babəkin anasına təklif edir ki, oğlunu ona qulluq etməyə versin, bunun müqabilində Cavidan onun anasına hər ay müəyyən məbləğ pul ödəsin. Bərumənd razılaşır, Babək də Bəzzə gedib, Cavidanın malikanəsini idarə etməyə başlayır. Az sonra Cavidan öz daimi rəqibi Əbu İmranla vuruşmada ölümcül yaralanır və üç gündən sonra ölür. Cavidanın Babəkə gözü düşən cavan arvadı, ərinin ölümündən sonra tez Babəklə danışır ki, Cavidanın tərəfdarlarına rəhbərliyi öz öhdəsinə götürsün. Arvad onları ölən rəhbərin yanına toplayıb deyir ki, onların ağası Cavidan ölümqabağı ona aşağıdakı vəsiyyəti etmişdir: "Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən çıxıb Babəkin bədəninə keçəcək və onun ruhu ilə birləşəcəkdir... Mən onu öz yerimə öz ardıcıllarıma rəhbər təyin edirəm"

Cavidanın tərəfdarları onun dul arvadının sözünə inanıb, şərtlərini danışıqsız qəbul etdilər, bundan sonra isə Babəkin icma rəhbərliyini qəbul etməsi mərasimi başlandı. Arvad əmr etdi bir inək gətirdilər, onu kəsdilər, dərisini soyub yerə sərdilər. Sonra dərinin ortasında bir şərab qədəhi qoyuldu, arvad da onun içərisinə çörək doğradı. Bu hazırlıq görüldükdən sonra, arvad Cavidanın hər bir tərəfdarını adı ilə çağırmağa başladı və ona əmr etdi ki, dərinin üstünə çıxsın, qədəhdən bir tikə çörək götürüb yesin və onun ardınca bu sözləri təkrar etsin: "Mən Cavidanın ruhuna inandığım kimi, sənə də inanıram, ey Babəkin ruhu!" Bundan sonra hər biri Babəkin əlindən tutub öpür və ona baş əyirdi. Sonra kef məclisi quruldu, bu ziyafətdə dul arvad Babəki öz yanında oturtdu və ona bir budaq reyhan verdi, ki, bu da Azərbaycanda qədimdən kəbin mərasiminin simvolu idi. Mənbələrin məlumatına görə, bu əhvalat hicri 201 (b.e. 816)-ci ildə olmuşdur.




Yüklə 115,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin