3.5. Portal radiasiya monitorları (PRM)
“Portal” latın sözü olub, mənası giriş, qapı deməkdir.
“Monitor” – videonəzarətedici qurğudur.
Keçid monitoru radiasiya detektoru və nəticələri
göstərmək üçün displey ilə təmin edilmiş iki dayaqdan ibarətdir
(şək. 3.9). Cihaz müəyyən edilmiş səviyyədən artıq olan radio-
aktiv materialın mövcudluğunu göstərmək üçün xəbərdarlıq
siqnalı vermək funksiyasına malikdir. İlk dəfə nüvə
obyektlərində quraşdırılmışdır.
Aşağıda portal monitorların quraşdırılması səbəblərinin
xronikası verilmişdir.
71
1976-cı
ildə bəzi atom elektrik stansiyalarında
radioaktiv çöküntü müəyyən edildi.
1984-cü ildə bir sıra metaləritmə zavodlarında radioaktiv
çirklənmiş polad tapıldı. Odur ki, metaləritmə zavodlarında
RPM-lər quraşdırılmağa başlandı.
1984-cü ildə atom elektrik stansiyası işçinin üzərində
radon aşkar edildi.
1986-cı ildən başlayaraq ən böyük Çernobıl nüvə qəzası
ilə əlaqədar olaraq sərhəd ölkələrində də nüvə radiasiya portalı
radioaktiv çirklənməni aşkar etdi. Odur ki, 1990-cı ildən
başlayaraq Polşa öz sərhədlərində portal monitorları quraş-
dırmağa başladı. Rusiya Federasiyası sərhədlərində Arxa
müdafiə mövqeyi proqramı həyata keçirildi və portal
monitorların sərhədlərdə, dəniz limanlarında, aeroportlarda
geniş surətdə quraşdırılması həyata keçirildi.
Sərhəd monitoru üç mərhələli prosesdir:
AĢkaretmə.
Bu mərhələdə portal radiasiya monitorunda
radiasiyanın yalnız movcudluğu aşkar edilir.
Yerini tapma.
Portativ tipli axtarış cihazları vasitəsilə
radiasiya mənbəyinin yerini tapılır.
Müəyyən etmə.
Radioizotop identifikasiya cihazları
vasitəsilə radiasiya mənbəyinin növü və intensivliyi müəyyən
edilir.
72
a) b)
ç) c)
Şək. 3.9. Sərnişin a) və nəqliyyat portalları b), ç), c)
RPM-lər fasiləsiz olaraq qamma və neytron şüalarının fon
vəziyyətinə nəzərən şüalanma həddini ölçürlər. Yük maşını,
yük və ya sərnişin portala daxil olduqda şüalanma həddi
müəyyən edilmiş olur və portaldakı xəbərdarlıq həddi ilə
müqayisə edilir, xəbərdarlıq həddini aşdığı halda həyəcan
siqnalı verilir.
|