4
Bir sıra ölkələrin kütləvi qırğın silahlarından imtina
etməsi radioaktiv mənbələrin ələ keşirilməsi
üçün real şərait
yaratmışdır.
Terroristlər öz məqsədlərinə çatmaq üçün radiasiya mənbəyi
kimi əsasən Cs-137, Co-60, Am-241, Ra-226, İr-192
izotoplarından istifadə edə bilərlər. Bu vasitələr qaz, maye və
ya bərk haldadırlar. Radiasiyanın
təsiri ilə həyata keçirilən
terror aktı qısa zaman müddətində, qəfildən, gizli, həmçinin
gözlənilməz yerdə baş verə bilər. Oğurlanmış,
itirilmiş və ya
qaçaqmalçılıq yolu ilə əldə olunmuş radioaktiv material və
mənbələr terroristlər tərəfindən silah kimi istifadə oluna bilər.
Mənbələr
radioizotopların
şüalandırdığı
tibbi
radioterapiya və sənaye qurğularından, sterilizator və
detoskoplardan, rentgen və radioqraf qurğularından götürülə
bilər. Tibbi və elmi-tədqiqat institutlarında,
xəstəxanalarda,
hərbi hissələrin anbarlarında da radioaktiv mənbələrin olduğu
məlumdur.
Radioaktiv maddələrdən istifadə etməklə baş verən
aktların az olmasına baxmayaraq,
onun heç vaxt baş
verməyicini demək olmaz. Radiasiya mənbələrinin qərəzli
istifadəsi ilə bağlı bir sıra faktlara nəzər salaq.
İlk dəfə olaraq çeçen terroristi Ş. Basayev nüvə aktından
istifadə etməklə rus xalqına təsir edəcəklərini, atom elektrik
stan-siyalarında və digər nüvə yanacağı obyektlərində bu üsulla
diversiya terror aktları törədəcəkləri ilə hədələmişdir. Bu
hədənin ciddi olduğunu inandırmaq üçün o, Moskvanın
İzmaylov parkın-da radioaktiv maddə - Cs-137 konteynerinin
və partlayıcı qur-ğunun yerləşdirildiyi yeri xəbər vermişdir.
1996-cı ilin martında bu konteyner müsadirə olunmuşdur.
1998-ci ildə Çeçenistanda
polis tərəfindən içərisində
radio-aktiv maddə olan konteynerə birləşdirilmiş bomba
tapılmışdır.
2002-ci ildə Çində xəstəxana işçisi öz iş yoldaşının
otağında İr-192 maddəsi gizlətdiyinə görə ittiham olunmuşdur.
5
Pul kağızlarının radioaktiv çirklənməsi də böyük
həyəcan yaradır. Məsələn, Moskva sənaye bankının
filiallarından birində 50000-lik pul vahidinin özündən 31000
mkR/saat, Rus Slavyan bankında həmin banknotdan olan və
özündən 650000 mkR /saat şüa buraxan pul aşkar edilmişdir.
Elektrostal şəhərində aşkar olunan şübhəli banknotların
şüalanma dozası 2,6 R/saat olmuşdur. Brest şəhərində dollar
Dostları ilə paylaş: